Ali məktəb müəlliminin pedaqoji funksiyaları


Hiperrefleks modeli («Hamlet»)



Yüklə 251,13 Kb.
səhifə10/10
tarix25.12.2023
ölçüsü251,13 Kb.
#194411
1   2   3   4   5   6   7   8   9   10
Ali məktəb pedaqogikası

5.Hiperrefleks modeli («Hamlet»). Bu model əvvəlkinin bir növ əksini təşkil edir. Müəllim qarşılıqlı təsirin məzmununa deyil, ətrafdakıların onu necə qavramasına fikir verir. Bu cür müəllim dərsdə sanki özünü üzür. Daima öz arqumentlərinin həqiqiliyinə şübhə edir, hər şeyə ciddi reaksiya verir.
Nəticədə – müəllimin sosial-psiхoloji həssaslığı güclənir, kəskinləşir, sinfin replikasına və hərəkətinə qeyri adekvat reaksiya verir.
6.Dəyişməyən reaksiya modeli («Robot»). Bu cür müəllimlər şəraitin dəyişməsinə baхmayaraq ünsiyyəti əvvəl planlaşdırdıqları şəkildə aparmağa can atırlar.
Nəticədə – pedaqoji qarşılıqlı təsirin səmərəsi aşağı olur.
7.Avtoritar model («Mən özüm»). Təlim prosesində bu cür müəllim yeganə və əsas iştirakçı olur. Sualı da, cavabı da, hökmü də o verir. Siniflə onun arasında yaradıcı qarşılıqlı əlaqə praktik olaraq mövcud deyildir. Müəllimin birtərəfli fəallığı şagirdlərin, tələbələrin hər cür təşəbbüsünü boğur. Şagirdlər, tələbələr özlərini yalnız icraçı kimi dərk edirlər. Onların idrak və ictimai fəallığı minimuma enir.
Nəticədə – təşəbbüskar olmayan insanlar tərbiyə olunur. Təlimin yaradıcı хarakteri itir. İdrak fəallığının motivasiya sahəsi təhrif olunur.
Nəticə etibarilə qeyd edək ki, ali məktəbdə çalışan müəllimlər vəzifəsindən, elmi dərəcəsindən asılı olmayaraq, tələbələrlə dostluq mövqeyinə üstünlük verməli, rəftarında, səmimiyyətində ideal müəllim səviyyəsini qorumalıdırlar. Ümumiyyətlə, hər bir işinin ustası olan müəllim tələbəni təlim fəaliyyətinə cəlb etməyi bacarmalı, ona tədris etdiyi fənni sevdirməklə öyrənməyə sövq etməyin səmərəli yollarının axtarışında olmalıdır. Unudulmamalıdır ki, ali məktəblər tələbələrə yalnız informasiyanın ötürüldüyü tədris müəssisələri deyildir, həm də onlara biliklərin müstəqil qazanılması üçün istiqamətlərin verildiyi ali təhsil ocaqlarıdır. Tələbələrə ən vacib təlim materialını öyrətməklə müəllim həm də dərs prosesində tələbəyə qanunauyğunluqları üzə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı, nəticə çıxara bilməyi və əsl tədqiqatçı olmağı öyrətmək yolunda bələdçi olmalıdır.

Ədəbiyyat



  1. Müseyib İlyasov. Müəllim peşəkarlığı və pedaqoji səriştəliliyin müasir problemləri (Bakı: Elm və təhsil-2008)

  2. Ağahüseyn Həsənov,Əjdər Ağayev. Pedaqogika (Bakı-2007)

  3. https://azkurs.org/ali-mekteb-muellimi-fealiyyetinin-psiholoji-tehlili.html

Yüklə 251,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin