Ali MƏKTƏb pedaqogikasi



Yüklə 246 Kb.
səhifə11/100
tarix15.04.2022
ölçüsü246 Kb.
#55443
1   ...   7   8   9   10   11   12   13   14   ...   100
“ALİ MƏKTƏB PEDAQOGİKASI” FƏNNİNDƏN

Milli pedaqogikanın mövqeyi.

Azərbaycanda milli pedaqogika səciyyələndirilən fikirlərin heç birini ayrılıqda məqbul hesab etmir. Çünki, onlar birtərəflidir. Milli pedaqogika tədqiqat mövzusunu yalnız gənc nəsillə, yaxud yalnız tədris müəssisələri ilə məhdudlaşdırmır. Çünki tərbiyə yaşlılarla da əlaqədardır; o, mədəni-maarif müəssisələrində də cərəyan edir.

Pedaqogikanın tədqiqat mövzusu ilə bağlı başqa iki cəhətə də diqqət yetirilməlidir. Birinci cəhət: dərs vəsaitlərinin əksəriyyətində pedaqogikanın mövzusu tərbiyə kateqoriyası ilə məhdudlaşdırılır: ya təlim və təhsil kateqoriyaları kölgədə qalır; yaxud bu sonuncular tərbiyə kateqoriyasının məzmununa aid edilir. İkinci cəhət: pedaqoji elmin mövzusunun şərhində təlimdən, tərbiyə və təhsildən ayrılmaz olan və daim onları müşaiyyət edən psixoloji inkişaf probleminə məhəl qoyulmur. Milli pedaqogika həm birinci cəhəti, həm də ikinci cəhəti, yəni təlim, təhsil və tərbiyə kateqoriyaları ilə yanaşı psixoloji inkişafı da pedaqogikanın tədqiqat mövzusuna aid edir. Çünki həmin dörd kateqoriya vəhdət halında vahid pedaqoji proses kateqoriyasını əmələ gətirir.

Deyilənlərə əsasən milli pedaqogikanın tədqiqat mövzusunu dəqiq belə ifadə etmək olar: adamların təlimi, tərbiyəsi, təhsili psixoloji inkişafı, yəni bütövlükdə pedaqoji proses milli pedaqogikanın tədqiqat mövzusudur. Bu anlayış milli ənənəni də nəzərə alır. Dünya şöhrətli Üzeyir Hacıbəyov (1885-1948) tövsiyə edirdi ki, “…müəllimlərimiz uşaqlara tərbiyə verən kimi, ümumi camaatımıza dəxi gərək tərbiyə versinlər”.

Tərbiyənin hamı üçün vacibliyini qeyd edən böyük Tusi adamların tərbiyəsini hətta sosial-iqtisadi vəziyyətlərinə görə aparmağı münasib hesab edirdi. O, insanları aşağıdakı təbəqələrə ayırırdı: əhli-qələm (ziyalılar), əhli-şəmşir (hərbçilər), əhli-müamilə (tacir və alverçilər) və əhli-məzriyə və hirfət (əkinçi və sənəkarlar).

Pedaqogikanın elmi mahiyyətini milli pedaqogikada üç səviyyədə açmaq mümkün olmuşdur: sadə, pedaqoji və fəlsəfi. Sadə səviyyədə, yuxarıda deyildiyi kimi, pedaqogika pedaqoji proses haqqında, yəni təlim, tərbiyə, təhsil onlardan ayrılmaz olan psixoloji inkişaf haqqında elmdir.

Pedaqoji səviyyədə: Pedaqoji prosesin qanunauyğunluqlarını öyrənmək əsasında təhsil işçilərinə sübut olunmuş tövsiyələr verməklə ölkənin sosial-iqtisadi mədəni-siyasi həyatının sonrakı inkişafına yardım edən elmə pedaqogika deyilir.

Fəlsəfi səviyyədə: İctimai şüurda pedaqoji prosesin inikası kimi özünü göstərən bu prosesi irəlilətməklə cəmiyyətə fayda verən real biliklər sisteminə pedaqogika deyilir.


Yüklə 246 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin