Ali MƏKTƏb pedaqogikasi



Yüklə 246 Kb.
səhifə13/100
tarix15.04.2022
ölçüsü246 Kb.
#55443
1   ...   9   10   11   12   13   14   15   16   ...   100
“ALİ MƏKTƏB PEDAQOGİKASI” FƏNNİNDƏN

Tərbiyənin məzmunu. Hər bir şəxsə aşılanan aşılanması arzu olunan mənəvi keyfiyyətlər tərbiyənin məzmununu təşkil edir. Məsələn, tərbiyə zamanı işgüzarlıq, alicənablıq, mehribanlıq, vətənpərvərlik, təmkinlilik, qənaətcillik, gözütoxluq, sədaqətlilik, nikbinlik kimi mənəvi keyfiyyətlərə aid verilən məlumatlar, gətirilən faktlar tərbiyə işinin məzmununa çevrilir.

Tərbiyənin ali məqsədi. Tərbiyə qarşısında qoyulan məqsəd uydurulmur. Hər ölkənin sosial-iqtisadi ehtiyaclarına uyğun tərbiyə məqsədi müəyyənləşdirilir.

Yəni indi respublikamızda tərbiyənin ali məqsədi belə ifadə olunur: davranışla əlaqədar olan milli ümumbəşəri mənəvi keyfiyyətlərin mənimsənilməsi yolu ilə Azərbaycanın dövlət müstəqilliyini, sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü qorumağa, respublikamızı inkişaf etmiş demokratik dövlətlər səviyyəsinə qaldırmağa qadir olan fəal vətəndaşlar yetişdirmək tərbiyənin ali məqsədidir.



Təlimin_məzmunu,_məqsədi_və_vəzifələri.'>8. Təlimin məzmunu, məqsədi və vəzifələri.

Öyrədənin məqsədyönlü planlı rəhbərliyi altında milli ümumbəşəri dəyərlərlə əlaqədar olan biliklərin, bacarıq vərdişlərin öyrənənlər tərəfindən mütəşəkkil mənimsənilməsi bu zaman onların tərbiyə olunmaları inkişaf etmələri prosesi təlimdir.

Təlimin ali məqsədi. Təlim pedaqoji prosesin tərkib hissəsi olduğundan onların məqsədləri, demək olar ki, üst-üstə düşür; təlimin məqsədi də tərbiyənin məqsədinə uyğun gəlir: milli ümumbəşəri dəyərlərlə əlaqədar olan biliklərin, bacarıq vərdişlərin mənismənilməsi yolu ilə Azərbaycanın dövlət müstəqilliyini, sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü qorumağa, respublikamızı inkişaf etmiş demokratik dövlətlər səviyyəsinə qaldırmağa qadir olan fəal vətəndaşlar yetişdirilməsi təlimin ali məqsədidir. Fərq orasındadır ki, təlim zamanı şəxsiyyətə pedaqoji və psixoloji təsirlər əsasən təbiət və cəmiyyətlə əlaqədar olan biliklər, bacarıq və vərdişlər vasitəsi ilə həyata keçirilir; tərbiyədə isə bir qədər fərqlidir: şəxsiyyətə ünvanlanan pedaqoji-psixoloji təsirin məzmununu əsasən davranışla əlaqədar olan mənəvi keyfiyyətlər təşkil edir.

Təlim elmi idrak. Təlim və elmi idrak arasında oxşarlıq var: Hər ikisi fəaliyyətin növləridir. Hər ikisi xarici aləmi dərk etməyə yönəlir; hər ikisi məqsədyönlü və planlı fəaliyyətdir; təlimin də, elmi idrakın da mərhələləri əsasən uyğun gəlir: elmi idrakın ilk mərhələsi müşahidədir, təlim də müşahidədən başlayır. Elmi idrakın ikinci mərhələsi anlayışlar səviyyəsində cərəyan edir; təlimin də ikinci mərhələsində məfhumların mahiyyətinə nüfuz edilir. Elmi idrakın son – üçüncü mərhələsi təcrübədir, sınaqdır. Təlimin də üçüncü mərhələsi biliklərin təcrübədə möhkəmləndirilməsi və tətbiqi ilə səciyyələnir.

Təlim və elmi idrak arasında fərqli cəhətlər də var. Başlıcası budur ki, təlimdə sonuncu mərhələ bilik və bacarıqların yoxlanılması və qiymətləndirilməsidir. Elmi idrakda belə mərhələ yoxdur.

Unutmayaq ki, elmi idrakın xüsusiyyətlərini bilib nəzərə almaq təlimdə müvəffəqiyyətin şərtlərindən biridir.

9. Təhsilin məzmunu, məqsədi və vəzifələri.

Təhsilin məzmunu aşağıdakı sənədlərdə əks olunur: təhsilin baza sənədləri, təhsil proqramı (kurrikulum), dövlət təhsil standartı, baza tədris planı, tədris planı, tədris proqramı, dərslik, dərs vəsaitləri.



Təhsilin baza sənədləri. Təhsilin baza sənədlərinə aiddir: təhsil proqramları, dövlət təhsil standartları və baza tədris planları.

Təhsilin hər mərhələsi üçün təhsil proqramı olur: məktəbə- qədər təhsil proqramı, ümumi orta təhsil proqramı,orta ixtisas təhsil proqramı, ali ixtisas təhsil proqramı və s.



Təhsil proqramı. Təhsilin müvafiq mərhələsinə aid olan bütün məsələləri təhsil proqramı özündə cəmləşdirir. Buna kurrikulum da deyilir.

Dövlət təhsil standartı. Bu da təhsilin mərhələləri ilə əlaqədar olan sənəddir. Təhsilin hər mərhələsi üçün minimum dövlət tələbləri müəyyənləşdirilir. Təhsilin müvafiq mərhələsi üçün həmin tələblərin məcmusu dövlət təhsil standartı hesab edilir.

Baza tədris planı. Təhsilin hər mərhələsində təhsilin müxtəlif növləri fəaliyyət göstərir. Təhsilin həmin növlərinə xas olan ümumi cəhətlər baza tədris planında əks olunur.

Eyni tipli təhsil müəssisələrinin hər biri üçün ayrılıqda tədris planı hazırlananda həmin baza tədris planı əsas götürülür.



Təhsilin real, konkret məzmunu üç əsas sənətdə əks olunur: tədris planında, tədris proqramlarında və dərsliklərdə.
Sosial-iqtisadi həyatın tərkib hissəi kimi, təhsil - müvafiq tədris müəssisəsində müəyyən müddətə məqsədyönlü, planlı və mütəşəkkil öyrədilən, tərbiyə və psixoloji inkişaf imkanları olan, təlimin bir halda zəruri şərti, digər halda nəticəsi kimi özünü göstərən, milli və ümumbəşəri səciyyəli biliklər, bacarıq və vərdişlər sistemidir.

Təhsilin məqsədi – milli və ümumbəşəri dəyərlərlə əlaqədar olan biliklərin, bacarıq və vərdişlərin mənimsənilməsi yolu ilə Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını qorumağa, respublikamızı inkişaf etmiş demokratik dövlətlər səviyyəsinə qaldırmağa qadir olan fəal vətəndaşlar yetişdirməkdən ibarətdir.

10. Tərbiyənin növləri.*

Yüklə 246 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin