Ali MƏKTƏb pedaqogikasi


Tərbiyənin tərkib hissələri, onların məzmunu, əlamətləri və aşılanması yolları.Ağıl tərbiyəsi



Yüklə 246 Kb.
səhifə14/100
tarix15.04.2022
ölçüsü246 Kb.
#55443
1   ...   10   11   12   13   14   15   16   17   ...   100
“ALİ MƏKTƏB PEDAQOGİKASI” FƏNNİNDƏN

Tərbiyənin tərkib hissələri, onların məzmunu, əlamətləri və aşılanması yolları.Ağıl tərbiyəsi.


Ağıl əmək fəaliyyətində, işinin, əməlinin sonunu aydın təsəvvür etməkdə, öz nöqsanlarını görə bilməkdə, nitq fikrinə hakim kəsilməkdə, məntiqli danışmaqda, dostluqda, düşmənə münasibətdə s. sahələrdə qabarıq şəkildə özünü göstərir.


Adamın ağıllılıq dərəcəsi hər şeydən əvvəl onun gördüyü işdə, işin keyfiyyətində və nəticəsində təzahür edir. Hər hansı işi görməzdən əvvəl onun nə ilə nəticələnəcəyini aydın təsəvvür etmək bacarığı adamın ağıllı olduğuna dəlalət edir.

Milli pedaqogika ağıl məfhumunun mahiyyətini belə ifadə edir: Müvafiq təfəkkür əməliyyatları əsasında ailə xalq naminə bir peşənin əsil ustası olmağa çalışmaq, görəcəyi işin söyləyəcəyi fikrin ilə nəticələnəcəyini əvvəlcədən ölçüb biçmək, yol verdiyi nöqsanı etiraf edib aradan qaldırmaq, səbrli olmaq, biliyə daim can atmaq kimi xüsusiyyətlərin vəhdəti ağıldır.

Daim öyrənməyə, bilik əldə etməyə meyl ağıllı adamın bəzəyi olduğundan, əğıl tərbiyəsində gəncliyin biliyə can atması, bilikli olmağa səy göstərməsi diqqət mərkəzində durur. Bilikli adamın inamlı, güclü olduğu, biliksiz adamın isə avam qaldığı, zəif olduğu uşaqların nəzərinə çatdırılır.

İmkan düşdükcə təhlil, tərkib, müqayisə, ümumiləşdirmə, qruplaşdırma və s. təfəkkür əməliyyatları barədə tələbələrə məlumatların verilməsi və həmin əməliyyatlar üzrə bacarıqların onlara aşılanması da ağıl tərbiyəsinin məzmununa daxil edilir.

Nəzərə alınır ki, peşəsini kamil bilən, hərəkətlərinin sonunu ətraflı düşunən, sözunü lazımınca ölçüb-biçən, nöqsanını etiraf edib aradan qaldıran, səbrli olan, biliyə can atan adam nəinki ailəsi üçün, habelə öz xalqı üçün faydalı olur, sayılır-seçilir. Bu xüsusiyyətlərin sahibi həm də vətənpərvər hesab olunur.

Ağıl tərbiyəsinin vəzifələri ağıl məfhumunun mahiyyətindən irəli gəlir. Ağıl tərbiyəsi qarşısında qoyulan vəzifələrdən biri sənətlə, peşə ilə əlaqədardır. Tərbiyə zamanı hər bir uşaq, yeniyetmə və ya gənc öz şəxsi həyatında,ümumxalq işində peşənin, sənətin əhəmiyyətini aydın təsəvvür etməli və bir peşənin kamil ustası olmalıdır; bilməlidir ki, peşənin pisi yoxdur, cəmiyyət üçün bütün peşələr faydalıdır.

Ağıl tərbiyəsinin vəzifələrindən biri də atacağı addımın və deyəcəyi sözlərin nə ilə nəticələnəcəyini qabaqcadan düşünə bilmək baçarığının gənc nəslə aşılanmasından ibarətdir.. İşdə, adi həyatda yol verdikləri nöqsanların etiraf olunmasına və aradan qaldırılmasına yönələn səylər ağıl tərbiyəsinin vəzifələrinə aid edilir.

Ağıl tərbiyəsi qarşısında qoyulan vəzifələrdən biri də səbrlə əlaqədardır, Gənc nəsli səbrli, təmkinli olmağa alışdırmaq onu ağıl zirvəsinə qalxan cığıra salmaq deməkdir.



Daim biliyə can atmağın, geniş biliyə malik olmağın həyatda və fəaliyyətdə əhəmiyyətini gənc nəslə başa salmaq, biliyə, elmə onda dərin maraq oyatmaq ağıl tərbiyəsinin vəzifələrindəndir.

Təlim, tərbiyə və təhsil zamanı bizim uşaqlar, yeniyetmə və gənclər anlamalıdırlar ki, düzgün mühakimə yürütmək, əlaqəli, məntiqli danışmaq təfəkkür əməliyyatlarını tanımaqdan və onlardan yerli yerində istifadə etməkdən çox asılıdır. Təhlil, tərkib, müqayisə, ümumiləşdirmə və s. kimi təfəkkür əməliyyatlarının gənc nəsldə formalaşdırılması ağıl tərbiyəsinin vəzifələrinə aiddir.


Yüklə 246 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin