Ali MƏKTƏb pedaqogikasi



Yüklə 246 Kb.
səhifə16/100
tarix15.04.2022
ölçüsü246 Kb.
#55443
1   ...   12   13   14   15   16   17   18   19   ...   100
“ALİ MƏKTƏB PEDAQOGİKASI” FƏNNİNDƏN

İdeya-siyasi tərbiyənin məzmunu. İdeya tərbiyəsi siyasi tər- biyə ilə qaynayıb qarışır və vahid ali məqsədə – milli və ümumbəşəri keyfiyyətləri gənc nəslə məqsədyönlü, planlı və mütəşəkkil aşılamaq yolu ilə respublikamızın dövlət müstəqilliyini, ərazi bütövlüyünü, sərhdlərinin toxunulmazlığını qorumağa, ölkəmizi inkişaf etmiş demokratik dövlətlər səviyyəsinə qaldırmağa qadir olan vətəndaşlar yetişdirməyə xidmət edir.

Sual oluna bilər: bəs siyasi tərbiyənin nəzmununa indiki şəraitdə konkret nələr daxildir? Birinci növbədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması. Azərbaycan dövləti hazırda çalışır ki, pozulmuş ərazi bütövlüyü bərpa olunsun, qaçqın və köçkünlərimiz öz doğma yerlərinə qayıtsınlar. Gənc nəslin siyasi tərbiyəsinin istiqamətlərindən biri məhz bu ümumxalq vəzifəsi ilə bağlıdır. Özünü azərbaycanlı hesab edən hər bir gənc çalışmalıdır ki, Vətənnmizin ərazi bütövlüyü təmin olunsun, onun sərhədləri pozulmasın.

Azərbaycan xalqının tarixi nailiyyətlərindən biri dövlət müstəqilliyini əldə etməsidir. dövlət müstəqilliyimizin qorunması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi gənc nəslin siyasi tərbiyəsinin tərkib hissəsinə çevrilmişdir.

Siyasi tərbiyə dövlət rəmzlərinə dərin hörmət hissinin gənc nəslə aşılanması ilə də bağlıdır. Azərbaycan Respublikasının əsas dövlət rəmzləri onun bayrağı, gerbi və himnidir. Hər bir azərbaycanlı uşaq, yeniyetmə və gənc öz dövlətinin rəmzləri barədə konkret təsəvvürə malik olmalıdır; anlamalıdır ki, məsələn, dövlət bayrağımızdakı rənglər nələri bildirir, onun ortasındakı ay və ulduz nə deməkdir.

Göründuyu kimi, ideya tərbiyəsi və siyasi tərbiyə bir-birini tamamlayır. Bu səbəbdən də onlar tərbiyə zamanı vahid proses kimi cərəyan edir. Deyilənlər nəzərə alınarsa ideya- siyasi tərbiyənin mahiyyətini belə ifadə etmək olar: gənc nəsli milli mənlik şüuruna, milli mədəniyyətə bəşəri dəyərlərə qovuşdurmaq üçün, onda tarixi yaddaşı dövlət müstəqilliyini qoruyub saxlamaq meylini, Vətən təəssüfkeşliyi ərazi bütövlüyünü təmin etmək əzmini, habelə dövlət rəmzlərinə hörmət bəsləmək həvəsini gücləndirmək üçün aparılan




Yüklə 246 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin