Ali MƏKTƏb pedaqogikasi


İdeya-siyasi tərbiyənin yolları



Yüklə 246 Kb.
səhifə18/100
tarix15.04.2022
ölçüsü246 Kb.
#55443
1   ...   14   15   16   17   18   19   20   21   ...   100
“ALİ MƏKTƏB PEDAQOGİKASI” FƏNNİNDƏN

İdeya-siyasi tərbiyənin yolları:


İdeya-siyasi tərbiyənin qarşısında qoyulmuş vəzifələr əsasən üç istiqamətdə həyata keçirilir: təlimdə, dərsdənkənar tədbirlərdə məktəbdənkənar tərbiyə işində.

Əxlaq tərbiyəsi


Etika əxlaq. Bunlar bir-biri ilə bağlı olan başqa-başqa məfhumlardır. Etika elmdir, özü də əxlaq haqqında elmdir. Etika əxlaq məsələlərini öyrənir.

Əxlaq bu ya digər cəmiyyətdə adamların bir-birinə, ətraf mühitə münasibətlərini tənzimləyən mənəvi keyfiyyətlərin, qaydaların məcmusudur. Hər hansı şəxsin mənəvi simasını müəyyənləşdirmək üçün birkəyaşayış qaydalarına onun nə dərəcədə əməl etdiyinə də diqqət yetirilir. Cəmiyyətdə birgəyaşayış qaydalarına tam əməl edən şəxsə “əxlaqlı adam”, “insan adam”, “gözəl adam”, “ədəbli adam” deyilir; həmin qaydaları pozan, bu qaydalara tam laqeyd olan şəxs isə “əxlaqsız adam”, “insanlıqdan uzaq adam” hesab

edilir.


Əxlaq, yəni birgəyaşayış qaydaları adamların şüuruna hakim kəsildikdə və oradan davranışa süzüldükdə güclü hərəkətveriçi qüvvəyə çevrilir.

Əxlaq qaydalarının tərkibində milli dəyərlərlə yanaşı ümumbəşəri dəyərlər də olur. Birinci qrupa yalnız bir xalq uçün spesifik olan qaydalar, ikinci qrupa isə bütün xalqların əməl etdikləri qaydalar aiddir. Məsələn, Azərbaycan xalqı arasında geniş yayılmış böyüklərə ehtiram, qadınlara hörmət, valideynlərə qayğı, nəqliyyata minəndə qadınları qabağa buraxmaq kimi əxlaq qaydaları milli dəyərlərimizdir; haqq, ədalət, azadlıq kimi mənəvi keyfiyyətlər ümumbəşəri dəyərlərdir. Bu cür dəyərləri araşdıran elm – etika adlanır.


Yüklə 246 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin