Əxlaq qaydaları və hüquq normaları. Əxlaq qaydaları ilə yanaşı cəmiyyətdə hüquq normaları da tətbiq edilir. Əxlaq
qaydaları dövlət orqanları tərəfindən tənzimlənmir: könüllülük əsasında, tədricən formalaşır. Hüquq normaları isə dövlət tərəfindən tənzimlənir: bu qaydaları dövlət qanun formasında müəyyənləşdirir.
Əxlaq qaydalarını pozan şəxs qanunla cəzalandırılmır, hüquq normalarına əməl etməyən şəxsi isə qanunla müəyyənləşdirilmiş qaydada cəza gözləyir. Əxlaq qaydasına məhəl qoymayan şəxsi yalnız məzəmmət etmək olur.
Tərbiyə zamanı gənc nəslə aşılanan əxlaqi keyfiyyətlər əxlaq tərbiyəsinin məzmununu təşkil edir. Əxlaqi keyfiyyətləri iki böyük qrupa ayırmaq olar: cəmiyyətin, xalqın zərərinə olan, onun bəyənmədiyi əxlaqi keyfiyyətlər və cəmiyyətin, xalqın bəyəndiyi, qəbul etdiyi əxlaqi keyfiyyətlər.
Paxıllıq, yalan danışmaq, böhtan atmaq, satqınlıq, ikiüzlülük, arxadan danışmaq, qiybət, qorxaqlıq, iradəsizlik, sədaqətsizlik, etibarsızlıq, israfçılıq, tənbəllik, xudbinlik, özündən bədgümanlıq kimi əxlaqi keyfiyyətlər birinci qrupa aiddir.
Əməksevərlik, insanpərvərlik, təvazökarlıq, sadəlik, halallıq, işgüzarlıq, dostluq, yoldaşlıq, düzlük, doğruçuluq, vətənsevərlik və s. və i. a. faydalı mənəvi keyfiyyətlər ikinci qrupun məzmununu təşkil edir.
Dostları ilə paylaş: |