Vəzilər və onlrın hormonları haqqında daxili sekresiya vəziləri
bölməsində geniş şərh veriləcək.
Orqanizm tam bir vəhdət olduğundan onun daxili və sekresiya
vıziləri də qarşılıqlı əlaqədə və təsirdə olurlar.
Qeyd
etdiyimiz
kimi
orqanizmin
fəaliyyətinin
tənzim
olunmasında sinir sisteminin müstəsna rolu var.Mərkəzi sinir sistemin
baş və onurğa beyni xüsusi sinirlər vasitəsi ilə orqanizmdəki bütün
orqanları innvervasiya etməklə onların fəaliyyətini nizamlayır,tənzim
edirlər.Orqanları
təşkil
edən
hüceyrələr
sinir
hüceyrələrinin
membranları ilə əlaqəli olur ki,onun vasitəsilə də elektrik siqnalları sinir
implusları şəklində ötürülür.Baş beyin xarici mühitdə baş verən
dəyişilmələri qəbul edir,uyğun siqnalları orqanlara ötürür və orqanlarda
baş verən dəyişilmələridə qəbul edir.Belə iki tərəfli əlaqə nəticəsində
orqanizmin işi fəaliyyəti tənzim olunur.
Daxili sekresiya vəzilərində hazırlanan bioloji fəal maddələr və
sinir sistemi hər şeydən əvvəl orqanizmin daxili mühitinin sabitliyini
tənzim etməklə onun bütün funksiyalarını tənzimləyir bu isə başqa
sözlə,özünü tənzimləmədir.Özünü tənzimləmə o deməkdir ki, orqanizm
üçün vacib olan hər hansı bir maddə çatışmırsa (məsələn, şəkər), onda
humoral, həm də sinir tənzimləmə mexanizmi fəaliyyətə başlayır və bu
çatışmamazlığı aradan qaldırır.Belə misalı ürək döyünməsinin azalması
və qan təzyiqinin aşağı düşməsinə,hüceyrədə zülalların sintezinə
(həddindən çox sintezinə) və və s. ayırd etmək olar.Yuxarıda qeyd
olunanlardan aydın olunur ki,sinir və humoral tənzimləmə orqanlar
sisteminin qarşılıqlı əlaqəsini təmin edir və orqanizmin tam bir vəhdət
halında fəaliyyət göstərməsinə şərait yaradır.
Dostları ilə paylaş: