Uşaq anatomiyası,fiziologiyası və gigiyenası (Mühazirələr)
onurğa beyni və baş beyindən gedən inplusları əzələlərə və daxili orqanlara ötürür.Hissi və hərəki neyronlar arasındakı əlaqə onurğa beynində və baş beynində ara neyronlar vasitəsilə yaranır.Bunların cisimləri və çıxıntıları mərkəzi sinir sistemindən kənara çıxmır. Embrional inkişaf dövrü. Embrional inkişafın 3 həftəliyində baş beyin qovucuq şəklində olur.Bunlarda ön beyin orta beyin və rombabənzər qovucuqlar adlanır.Bu vaxt birinci və üçüncü qovucuğun özlərinində iki hissəyə ayrılması hiss olunur və nəticədə baş beynin 5 qovucuqlu mərhələsi başlayır.Bu proses aşağıdakı kimi gedir.Ön beynin qovucuğunun bir hissəsi qabağa çıxaraq ön beyni arxa nahiyəsi aralıq beyni əmələ gətirir.Rombabənzər qovucuqdan isə arxa beyin və beşinci beyin qovucuğu inkişaf edir.Beşinci beyin qovucuğu uzunsov beyinə çevrilir.Dördüncü beyin qovucuğunun mərkəzi hissəsi və yaxud arxa beyindən körpü dorsal hissəsindən beyincik inkişaf edir.Beyin qovucuğundan isə beyin yarımkürələri inkişaf edir.Beyin yarımkürələrinin qabığı boz maddə altında isə ağ maddə əmələ gəlir.İnkişafın beşinci ayından başlayaraq beyin yarımkürələrinin xarici səthi qırışlarla örtülməyə başlayır.Altı aylıq döldə yarımkürələr beynin ayrı-ayrı şöbələrini əhəmiyyətli dərəcədə örtür.Qırışlar dahada dərinləşir.Çağa dövrü./Körpə dünyaya gəldikdə onun
orqanizmində sinir sistemi öz funksiyalırını normal yerinə yetirə bilir.Körpədə artıq beynin bütün şöbələri o cümlədən böyük yarımkürələr qabığı formalaşmış olur.Afferent və efferent sinir lifləri bədənin bütün orqanları ilə birlikdə mərkəzi sinir sisteminə