Ali SİNİr fəALİYYƏTİ VƏ onun tiPLƏRİ


VULVA VƏ UŞAQLIQ YOLUNUN KİSTASI



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə10/11
tarix15.11.2022
ölçüsü1,58 Mb.
#69207
1   2   3   4   5   6   7   8   9   10   11
Uşaq anatomiyası,fiziologiyası və gigiyenası (Mühazirələr)

VULVA VƏ UŞAQLIQ YOLUNUN KİSTASI. Vulvanın nahiyəsində kista 
iltihabi proses nəticəsində böyük vestibulyar vəzin axarının tutulması nəticəsində 
formalaşır Kista elastik konsistensiyalı, səthi hamar və əllədikdə ağrısız olur. 
Xəstə yeridikdə narahatlıq hiss edir. Müalicəsi cərrahidir (kistanın çıxarılması). 
Uşaqlıq yolunun kistası çox zaman yuxarı yan divarda lokallaşır Çox böyük 
olmur, elastik konsistensiyalı olur. Ağrı simptomu olmaya bilər, təsadüf 
nəticəsində aşkar edilir. Böyük olduqda cərrahi yolla müalicəsi olunur VULVA 
VƏ UŞAQLIQ YOLUNUN XOŞXASSƏLİ ŞİŞLƏRİVulva və uşaqlıq yolu 
nahiyəsində fibroma və mioma inkişaf edə bilər. Bu xəstəliklərə nadir hallarda rast 
gəlinir. Bu şişlər böyük ölçüyə çatmır və ağrısız simptomla gedir. Müalicəsi 
cərrahi yolla olur.
UŞAQLIQ MİOMASI. Uşaqlıq mioması xoşxassəli şiş olub, əzələ toxumasından 
inkişaf edir. Əmələ gəlmə səbəbi dəqiq məlum deyil. Müəyyən edilmişdir ki, onlar 
əzələ toxumalarının dishormonal hiperplaziyası nətisəsində əmələ gəlir, çox vaxt 
hormonal pozğunluqlarla, əsasən də cinsi hormonl balansın pozulması ilə müşayət 
edilir. Bir qayda olaraq, uşaqlıq mioması reproduktiv dövrdə, əksər halda 30 
yaşdan sonra baş verir. Ancaq bu dövrdə xəstəlik aydın təzahürlər olmadan keçir, 
ölçüləri böyük olmur və profilaktik baxışla aşkar edilir. Keçid dövrü başladıqda, 
yəni yumurtalıqların hormonal funksiyasının yaşa görə dəyişməsi başlandıqda 
uşaqlıq miomasının böyüməsi sürətlənir və onun simptomları daha aydın nəzərə 
çarpır. Menopauzanın başlanması və yumurtalıqların funksiyasının sönməsi ilə 
uşaqlıq miomasının böyüməsi dayanır, bəzi hallarda isə tamamilə sorulur. Bütün 
bu deyilənlər şişin hormonal asılılığını təsdiq edir. Morfoloji olaraq uşaqlıq 
mioması kapsulda yerləşmiş ayrı-ayrı düyünlərdən ibarət olur. Onların ölçüləri 
müxtəlif olub, bir neçə mm-dən 20-30 sm-ə qədər diametrdə olur. Hər bir düyün 
əzələ və birləşdirici toxuma elementlərindən təşkil olunur. Onların miqdar 
nisbətləri düyünün uşaqlıq divarında yerləşmə dərinliyindən asılıdır. Mioma 
düyünləri əvvəlcə əzələ qatının dərinliyində (əzələarası, interstisial düyünlər) 
əmələ gəlir. Mioma düyünləri bəzən uşaqlığın selikli qişasına tərəf böyüyür 
(selikaltı və ya submukoz). Bu düyünlər yumşaq konsistensiyalı olub, çoxlu əzələ 
elementlərindən ibarətdir, bir az uşaqlıq boşluğuna daxil olur, bəzən isə onu 
dolduraraq uşaqlıq divarını darta bilir. Uşaqlıq boşluğu tərəfdən düyünlər yalnız 
selikli qişa ilə örtülür, uşaqlıq divarı ilə isə ayaqcıq və ya daha geniş əsasla 
birləşmiş olur. Əgər düyün uşaqlığın periton örtüyü tərəfə böyüyürsə, uşaqlıqla 
nazik ayaqcıq və ya daha geniş əsasla birləşmiş peritonaltı düyün (subseroz) 
formalaşır. Bu düyünlər bərk konsistensiyalı olub, çoxlu miqdarda fibroz 
toxumalardan ibarət olur. Bütün istiqamətlərə eyni böyüyən düyünlər interstisial 
qalır. Mioma düyünləri uşaqlığın müxtəlif şöbələrində lokallaşa bilir; dibi, cismi, 


boyun və boğazda .Boğaz düyünləri çox vaxt uşaqlığın yan tərəflərində yerləşir, 
enli bağa tərəf böyüyür, onun vərəqləri arasında yerləşir və bağarası 
(intraliqamentar) mioma adlanır. Uşaqlığın mioma düyünləri nadir hallarda tək, 
əksər hallarda çox olur (2-3-dən 20-yə qədər və daha çox). Onların hamısı müxtəlif 
ölçülərə, konsistensiyaya və lokallaşmaya malik olub, uşaqlığı kəskin deformasiya 
edir: o düzgün olmur, kələ kötürlü və böyük ölçülərdə olur (uşaqlığın 
çoxsaylımioması) . Mioma zamanı uşaqlıq boşluğu da deformasiyaya uğrayır, 
xüsusilə qişaaltı və interstisial düyünlər tərəfindən, tək-tək periton altı düyünlər 
istisna təşkil edir və bu zaman uşaqlığın boşluğu dəyişməyə bilər. İnterstisial 
düyünlər zamanı boşluq düyünlərlə dolur, elə bil ki, darlaşır və ölçüləri kiçilir. 
Uşaqlıq miomaları hormonal dəyişikliklər nəticəsində endometriyanın 
hiperplaziyaları ilə müşayət olunur. Bu zaman yumurtalıqlarda xırda kistoz 
dəyişikliklər əmələ gəlir.

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin