Ali SİNİr fəALİYYƏTİ VƏ onun tiPLƏRİ



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix15.11.2022
ölçüsü1,58 Mb.
#69207
1   2   3   4   5   6   7   8   9   10   11
Uşaq anatomiyası,fiziologiyası və gigiyenası (Mühazirələr)

ƏDƏBİYYAT. 
C.Ə.NƏCƏFOV N.R.ZEYNİYEV S.M.QULİYEV (UŞAQ ANATOMİYASI VƏ 
FİZİOLOGİYASI / G.A.HACIYEV (İNSAN ANATOMİYASI) 
DAXİLİ SEKRESİYA VƏZİLƏRİ,HORMONLAR. 
ONLARIN BÖYÜMƏ VƏ İNKİŞAFDA ROLU. 
PLAN 
1.Hormonların orqanlar sistemində rolu. 
2.Qalxanabənzər vəzi. 
3.Böyrəküstü vəzilər. 
4.Mədəaltı vəzi. 
5.Çəngələbənzər və ya timus vəzi. 
6.Epifiz. 
7.Hipofiz. 
Fizioloji funksiyalar orqanizmin bir çox oraqanları tərəfindən 
sintez olunan kimyəvi maddələrin köməyi ilə tənzim olunur.Belə 
maddələrə bioloji fəal maddələr deyilir.Orqanizmdə bioloji fəal 
maddələri hazırlayan vəzilər vardır.Bunlar üç növdür:1.Daxili sekresiya 
vəziləri;2.Xarici sekresiya vəziləri;3.Qarışıq vəzilər. 


Ayrıca axacaqları olmayan,hazırladıqları bioloji fəal maddələri-
hormonları qana ifraz edən vəzilərə daxili sekresiya vəziləri deyilir.Daxili 
sekresiya vəzilərinin hazırladığı bioloji fəal maddələrə hormonlar 
deyilir.Hormonlar çox fəal üzvi birləşmələrdir.Onların cüzi miqdarı 
orqanlar və orqanlar sisteminin fəaliyyətinə çox güclü təsir edir.Həmin 
orqanların hüceyrə membranlarında olan fermentlər hormonların 
təsirindən fəallaşır və onları seçicilikdə keçirirlər.Digər hormonlar isə 
membrandan nüvəyə keçərək müəyyən genləri formalaşdırır və bunula 
da orqan və orqan sisteminə tənzimedici təsir edir.Hormonlar maddələr 
mübadiləsinin tənzimində son dərəcə mühüm rol oynayır.Hormonlar 
maddələr mübadiləsinə ferment sistemi vasitəsi ilə təsir edir.Hormonlar 
bir ferment sisteminin sintezini fəallaşdırır,digərini ləngidir.Sinir və 
humoral tənzim bütün orqanlar sisteminin əlaqəli fəaliyyət 
göstərməsini təmin edir.Orqanizmin daxili mühitinin sabitliyində 
normadan kənara çıxan dəyişikliklər yaranan kimi,sinir və humoral 
proseslər işə başlayıb onu əvvəlki vəziyyətinə qaytarır.Məsələn,qanda 
qlükozanın miqdarının artması,ürəyin işininin zəifləməsi,qan təzyiqinin 
aşağı düşməsi nəticəsində sinir və humoral mexanizmlər işə 
düşərək,qanda şəkər miqdarını azaldır,ürəyin işini gücləndirir,qan 
təzyiqini qaldırır.Bəzi hormonların rolunu aşağıdaı cədvəldən daha 
aydın 
görmək 
olar.
Qalxanabənzər vəzi boyunda qıtlaqın yanlarında və nəfəs borusunun 
yuxarı hissəsinin önündə yerləşib,çəkisi 16-35 qrama qədərdir.Bu vəzi 
iki paydan və bunları birləşdirən boğazdan ibarətdir. 
Qalxanabənzər vəzin normal fəliyyət göstərməsi üçün su və hava 
vasitəsilə orqanizmə daima yod daxil olmalıdır.Qalxanbənzər vəzi həmin 
maddələrdən trioksin hormonu sintez edir.Trioksin hormonu maddələr 
mübadiləsini ,orqanizmin böyümə və inkişafını,sinir sisteminin 
fəaliyyətinini,zülal,yağ,karbohidratların 
parçalanmasını 
tənzim 
edir.Qalxanabənzər vəzi hormonu normadan artıq qana ifraz etdikdə 
Bazedov xəstəliyi əmələ gəlir.Belə xəstələrdə maddələr mübadiləsi 
sürətlənir sinir sisteminin həssaslığı yüksəlir,gözlər bərəlir ürək 


döyüntüləri və tənəffüs hərəkətlərinin sayı artır xəstə tez yorulur.Belə 
adamlarda üzvi maddələrin parçalanması sürətlənir ancaq ATF-in sintezi 
zəifləyir nəticədə kəskin arıqlama,yorğunluq,əzələ ağrıları,nəbz və 
tənəffüsün artması əsəbilik,gözlərin dəbəlməsi və s.müşahidə 
olunur.Qalxanabənzər vəzi normadan az hormon ifraz etdikdə yeni 
anadan olmuş uşaqlarda kritinizm,yaşlı insanlarda miksedema xəstəliyi 
əmələ gəlir.Miksedema xəstəliyinə tutulmuş xəstələrdə maddələr 
mübədiləsi və ürəyin fəaliyyəti zəifləyir.Bədənin kütləsi artır,saçı seyrək 
dərisi quru və şiş olur.Kritinizmə tutulmuş xəstələr ağıldan kəm,sifətləri 
çox eybəcər boydan kiçik olur.Bu vəzinin funksiyası zəiflədikdə 
orqanizmin infeksion xəstəliklərə qarşı müqaviməti zəifləyir. 
Çəngələbənzər və ya timus vəzi:-
Orta yaşlı adamlarda 
ağırlığı 25-35q qədər olur.Bu vəzi döş sümüyünün arxasında 
yerləşir.O,yuxarıda nəfəs borusuna,aşağıda aortaya bitişir.Timus vəzin 
hormonu uşaqlarda cinsiyyət vəzilərinin vaxtından əvvəl inkişaf 
etməsinin qarşısını alır,sümüyün isə böyümə və inkişafına təsir 
edir,həmçinin qanda limfositlərin miqdarını artırmaqla infeksion 
xəstəliklərdən orqanizmin qorunmasında iştirak edir. 
Epifiz:-
İnsanlar epifiz vəzi haqqında çox az məlumata 
malikdirlər.Arabeyinin üst artımı epifiz adlanır.İbtidai onurğalı 
heyvanlarda (balıqlarda,amfibilərdə sürünənlərdə) epifiz başın təpə 
nahiyəsində yerləşir və təpə göz üçüncü göz adlanır.Onun çəkisi insanda 
150-200 mq qədər olur.Bu vəzin hazırladığı melatonin hormonu 
uşaqlarda 
cinsiyyət 
vəzilərinin 
vaxtından 
əvvəl 
yetişməsini 
ləngidir.İşıqda melatonin hormonunun sintezi zəifləyir,qaranlıqda isə 
bərpa olunur.Bu isə epifizə gecə və gündüzün sirkat ritmini,yəni “bioloji 
saat” rolunu-vaxtı müəyyən etmək funsiyasını yerinə yetirməyə səbəb 
olur. 
Hipofiz:-
hipofiz və ya aşağı beyin artımı kütləsi 0,5 - 0,7 qram 
olub,beynin əsasında əsas sümüyün üzərindəki türk yəhəri çuxurunda 


yerləşir.Hipofiz ön,orta və arxa paylardan ibarətdir.Bu payların hər biri 
xüsusi hormon hazırlayır. 
Hipofiz vəzin ön payının hormonlarından biri somatotrop-boy 
hormonudur.Somatotrop 
hormonu 
boyun 
inkişafına 
təsir 
edir.Sümüklərin uzununa böyüməsini hipofizin ifraz etdiyi boy hormonu 
tənzimləyir.Uşaqlarda hipofizin hazırladığı boy hormonu çox 
olduqda,belə adamın boyu 2m və daha çox olur.Belə adamlara nəhəng 
boylu – giqant adamlar deyilir. 
Hipofizin boy hormonu normadan az olduqda belə adamların 
boyu yetkin yaşda 5-6 yaşlı uşaqların boyundan hündür olmur.Bunlara 
cırtdan boylu-karliklər deyilir.Bəzən yetkin yaşda hipofiz çox fəal olur və 
somatotrop hormonun miqdarı normadan artıq olur.Bu akromeqaliya 
xəstəliyinə 
səbəb 
olur.Belə 
xəstələrin 
bədəninin 
bəzi 
hissələri,məsələn,burun,dodaqlar,dil 
ətraflardan 
hər 
hansı 
biri 
həddindən artıq böyüyür. 
Embrional inkişaf zamanı hipofiz öz başlanğıcını ektoderma 
adlanan rüşeym vərəqindən gotürür.Qanda bu hormonun miqdarı yaşla 
əlaqədar olaraq dəyişir.Yeni doğulmuş körpələrin qanında somatotrop 
hormonunun miqdarı 120mq /ml – dən çox,3-5 yaşlarında daha çox,20 
yaşından sora isə azalır.30-40 yaşlarında isə onun miqdarı demək olar 
ki,minimuma enir,daha sonra rast gəlinmir. 
Hipotalamus və hipofiz öz fəaliyyətində bir-biri ilə qarşılıqlı 
əlaqədar olub,ümumi hipotalamo-hipofizar sistem əmələ gətirir. 
Hipotalamo-hipofizar sisteminin işi əks əlaqə prinsipinə 
əsaslanır.Belə ki,hər hansı vəzin hormonunun miqdarı qanda azaldıqda 
və ya artdıqda hipotalamus bunu müəyyən edib, hipofiz vasitəsilə 
həmin vəzə təsir edərək onun miqdarının tənzimlənməsinə səbəb olur. 
Hipotalamo-hipofizar 
sistem 
orqanizmin 
sinir-humoral 
tənziminin əlaqəli faəliyyətinə tipik misaldır. 


ƏDƏBİYYAT 
1.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV “UŞAQ 
ANATOMİYASI VƏ FİZİOLOGİYASI” 
2.G.A.HACIYEV “İNSAN ANATOMİYASI” 
BAKI-2001 
DAYAQ HƏRƏKƏT SİSTEMİ.KƏLLƏNİN QURULUŞU. 
PLAN 
1.Sümüyün kimyəvi tərkibi və fiziki xassəsi. 
2.Sümüklərin quruluşu. 
3.Sümüklərin böyüməsi. 
4.Başın və gövdənin skeleti. 
5.Qabırğalar və döş sümüyü. 
6.Ətrafların skeleti. 
7.Sümüklərin birləşmələri. 
Dayaq hərəkət aparatına somatik əzələ və skelet aiddir.Skelet 
bədənin ən möhkəm hissəsi olub,əzələlər,qarın boşluğunda və çanaqda 
yerləşən daxili orqanlar üçün dayaq,döş və baş beyin boşluqlarında 
yerləşən orqanlar üçün müdafiə və eləcə də orqanizmin yerdəyişməsini-


hərəkətini həyata keçirir.Bunlarla yanaşı skelet qanın tərkibindəki 
mineral duzların miqdarını sabit saxlayır.Onun daxilində qırmızı sümük 
iliyi olur ki,o da qanyaradıcı orqandır.Dayaq hərəkət aparatının bir 
komponenti olan əzələ haqqında bir qədər sonra məlumat 
veriləcək.Uşaqlarda skelet başlıca olaraq qığırdaqdan və sümükdən 
təşkil olunub,orqanizmin ümumi kütləsinin 15-20 faizini təşkil 
edir.Sümüklərin sayı 220-dən çoxdur.Sümükləşmə prosesi hələ 
embrional dövrdən başlayır,postembrional inkişafın ilkin dövrlərində isə 
davam edir. 
Sümüklər birləşdirici toxumanın bir növü olan,sümük 
toxumasından 
təşkil 
olunmuşdur.Sümük 
toxuması 
sümük 
hüceyrələrindən ibarətdir.Bu hüceyrələrin çıxıntıları vardır.Sümük 
hüceyrələri və bunların çıxıntıları içərisi hüceyrəarası maye ilə dolu olan 
kiçik 
“kanalcıqlarla” əhatə olunmuşdur. Sümük hüceyrələri 
kanalcıqların hüceyrəarası mayesi vasitəsilə qidalanır və tənəffüs 
edir.Sümük toxumasının 2/3 hissəsi hüceyrəarası maddədən 
ibarətdir.Sümük toxuması da başqa toxumalar kimi sinirlər və qan 
damarları ilə təchiz olunur.Sümüklərin tərkibi üzvi və qeyri üzvi 
maddələrdən ibarətdir.Sümüklərin elastikliyi üzvi (osseindən) və sərtliyi 
isə qeyri-üzvi (mineral) maddələrdən asılıdır.Müxtəlif yaşlarda 
sümüklərin sərtliyi və elastikliyi dəyişir.Belə ki,uşaqlarda sümüklərin 
tərkibində üzvi maddələr nisbətən çox olduğundan elastiki olur ki,bu da 
onların tez-tez sınması ehtimalını azaldır.Əksinə,qoca yaşlarda üzvi və 
qeyri-üzvi maddələrin nisbəti dəyişir,yəni mineral maddələrin nisbəti 
daha çox olur.Ona görə də kövrək olur və daha tez-tez sümüklərin 
sınması baş verə bilir. 
Sümüklərin əksəriyyəti xaricdən sərt,daxildən süngər maddədən 
təşkil olunmuşdur.Sümüklər ölçülərinə və formalarına görə müxtəlif 
olub,uzun,qısa,yastı sümüklərə bölünürlər. 
1.Uzun sümüklərə borulu sümüklər də deyilir.Bunlar boru şəkilli 
olduqlarına görə,həm möhkəm,həm də yüngül olur.Uzun sümüklərə 


bazu,said,bud,baldır sümükləri aid edilir.Bu sümüklərin orta hissəsinin 
içərisi boş,ucları isə qalınlaşmış başcıqlar şəklində olur.Bu boşluqda 
sümük iliyi,başcıqlarda isə süngəri maddə yerləşir.Sümük iliyi iki növ ola 
bilər:qırmızı və sarı.Qırmızı sümük iliyi qanyaratma və müdafiə 
vəzifəsini daşıyır.Bu sümüklərin orta hissəsində yerləşən sarı sümük iliyi-
piy hüceyrələri ilə zəngin birləşdirici toxumadan ibarət olub,piy üçün 
ehtiyat mənbəyi hesab edilir.Sarı sümük iliyinin qanyaratma funksiyası 
da inkar edilmir.Sümük iliyində sinir lifləri və damarlar şaxələnir.
Borulu sümüklərin başcıq hissəssindəki süngəri maddə bir-biri ilə 
müxtəlif istiqamətlərdə çarpazlaşan çoxlu miqdarda atmalardan 
ibarətdr. 
2.Qısa borulu sümüklərə əl darağı,ayaq darağı sümükləri və 
falanqalar aid edilir.3.Qısa süngəri sümüklərə əldarağıarxası və 
ayaqdarağıarxası sümüklər aiddir.4.Yastı sümüklər bədən boşluqlarının 
əmələ 
gəlməsində,həmçinin 
müdafiə 
funksiyalarında 
iştirak 
edirlər.Bunlara 
kəllə 
qapağı 
sümükləri,çanaq 
sümüyü,döş 
sümüyü,qabırğalar,kürək sümüyü aid edilir. Sümüklərin üzərini 
sümüküstlüyü örtür.Nazik təbəqə şəklində sümüyə birləşmiş 
sümüküstluyü 
sıx 
birləşdirici 
toxumadan 
təşkil 
olunmuşdur.Sümüküstlüyü 
sümüyün 
qidalanmasını,sinirlənməsini 
təmin 
edir.Üzərini 
qığırdaq 
örtmüş 
uzun 
sümüklərin 
başı 
sümüküstlüyündən məhrumdur. Sümüklərin inkişafı 22-25 yaşlarına 
qədər 
davam 
edir.Sümüklər 
həm 
eninə,həm 
də 
uzununa 
böyüyür.Sümüklərin eninə böyüməsinə səbəb onun üzərini örtən 
sümüküstlüyünün 
daxili 
tərəfindəki 
hüceyrələrin 
bölünüb 
çoxalmasıdır.Sümüklərin uzununa böyüməsində onların başcıqlarını 
örtən qığırdaq toxuması hüceyrələrinin bölünüb çoxalması əsas rol 
oyanayr. Həddi-
buluq dövrünə qədər sümüklər uzununa böyüyür və qalınlaşır.Yaşlılarda 
isə sümük maddəsi daim təzələnir.Sümüklər onun üzərinə düşən yükün 
təsirindən öz quruluşunu dəyişə bilər. Sümüklərə nə qədər çox 
yük düşərsə,sümük maddəsinin təzələnməsi bir o qədər sürətlə gedir və 


o möhəm olur.Sümüklərin inkişaf dövründə düzgün təşkil edilmiş fiziki 
əmək 
və 
idmanla 
məşğul 
olmaq 
onun 
böyüməsinə 
və 
möhkəmlənməsinə kömək edir.
Başın skeleti.
Başın skeleti beyin və üz şöbələrindən 
ibarətdir.Kəllənin beyin şöbəsi – kəllə qapağı bir-biri ilə mohkəm və 
hərəkətsiz birləşmiş sümüklərdən əmələ gəlmişdir.Kəllə qapağı 
sümüklərinə iki təpə,iki gicgah,bir alın və bir ənsə sümükləri 
aiddir.Gicgah sümüyündə xarici qulaq keçəcəyinin dəliyi vardır.Ənsə 
sümüyünün alt səthində böyük ənsə dəliyi yerləşir ki,bu da kəllə 
boşluğu ilə onurğa kanalını birləşdirir.Kəllənin beyin hissəsinin 
sümükləri,bəzi üz şöbənin sümükləri ilə birləşir.Bu sümükdə olan kiçik 
dəliklərdən beyin sinirləri və qan damarları keçir.Kəllənin üz şöbəsində 
15 sümük vardır.Bunlardan ən böyükləri çənə (üst və alt) 
sümükləridir.Alt 
çənə 
sümüyü 

kəllənin 
yeganə 
hərəkətli 
sümüyüdür.Hər iki çənədə yuvalar vardır ki,burada dişlərin kökləri 
yerləşir.
Gövdə 
skeleti.
Gövdə skeleti,onurğa,qabırğalar və döş sümüyündən ibarət 
olub,döş qəfəsini əmələ gətirir. Onurğa və ya onurğa sütünu 33-34 
fəqərədən təşkil olunmuşdur.Onurğanın ayrı-ayrı şöbələrində yerləşən 
fəqərələr müxtəlif ölçüyə və formaya malik olduğundan,onurğada 
boyun (7), döş (12), bel (5), oma (5) və büzdüm (4-5) fəqərələri ayırd 
edilir.Hər bir fəqərənin cismi və bir neçə çıxıntısı vardır.Yaşlı adamın 
onurğa sütünu formaca “S-ə” bənzəyir.
Qabırğalar və döş sümüyü.
İnsanda 12 cüt qabırğa 
vardır.Bunlardan 
7-cütü 
həqiqi 
qabırğalar 
adlanıb,arxadan 
fəqərələrlə,öndən isə döş sümüyü ilə birləşirlər.3 cütü isə (8,9,10-cu 
cütlər) döş sümüyü ilə birləşmir,yalnız qığırdaqda bir-birilə 
əlaqələnir.Bunlara isə yalançı qabırğalar deyilir.Nəhayət iki sonuncu cüt 
qabırğalar (11-12-ci) nə döş sümüyü, nə də qabırqalarla birləşmirlər 
ki,bunlar sərbəst və çox hərəkətli olurlar.Hər döş fəqərəsinə 


bədənimizdəki 12-cüt qabırğadan bir cütü birləşmişdir.Döş sümüyü 
hərəkətsiz olur,döş qəfəsinin ön hissəsini tutur.
Ətrafların skeleti.
Ətrafların skeleti iki şöbədən (yuxarı və 
aşağı ətraf skeleti) ibarətdir.Hər bir ətraf skeleti iki hissədən təşkil 
olunmuşdur.Qurşaq və sərbəst hissə.Qurşaq hissənin sümükləri 
hərəkətsiz,sərbəst hissənin sümükləri isə hərəkətli olur. Yuxarı ətrafın 
qurşaq hissəsini körpücük və kürək sümükləri təşkil edir.Yuxarı ətrafın 
sərbəst (azad) hissəsi bazu,said və əl sümüklərindən təşkil 
olunmuşdur.Bazu nahiyyəsində bazu sümüyü, said nahiyyəsində said və 
dirsək sümükləri vardır.Əl hissəsi bilək (əldarağı arxası),əl darağı və 
falanqa sümüklərindən əmələ gəlmişdir.Əl darağı arxası 8 ədəd 
sümükdən 
təşkil 
olunmuşdur.
Aşağı ətrafların qurşaq hissəsi arxadan onurğanın oma hissəsinə 
bitişmiş,öndən bir-biri ilə birləşmiş iki ədəd iri və yastı çanaq 
sümüklərindən təşkil olunmuşdur.Çanaq sümüklərinin hər birinin oynaq 
çuxuruna bud sümüyünün girdə başı daxil olur.Aşağı ətrafların sərbəst 
hissəsi bud,baldır və ayaq sümüklərindən təşkil olunmuşdur.Baldır 
sümüklərinə qamış və incik 
sümükləri aiddir.Ayaq skeleti-
ayaqdaraqarxası,ayaqdarağı 
sümükləri 
və 
falanqalardan 
ibarətdir.Ayaqdaraqarxası 7 ədəd sümükdən təşkil olunmuşdur. 
Sümük birləşmələri.
İnsan skeletinə daxil olan sümüklər bir-biri ilə 
oynaqlar və yarımoynaqlarla birləşirlər.Bu birləşmələrə fasiləsiz və ya 
sinartrozlar aiddir ki,ona da misal kəllə sümüklərinin birləşmələrini 
göstərmək olar.Digər sümük birləşməsinə misal olaraq sümüklərin biri 
digərinə mütəhərrik və ya yarımmütəhərrik tərzdə birləşməsini 
göstərmək olar ki, bu da diartrozlar adlanır.Bu zaman iki və daha çox 
sümük birləşmə əmələ gətirir.Oynaqların formalaşmasında hər iki 
sümük iştirak edir,başqa sözlə,bir sümüyün baş hissəsi digər sümüyün 
çöküntüsünə daxil olur.Hərəkət həmin sümüklərin oynaq səthinin bir-
birinə olan nisbətinin dəyişməsi hesabına olur.Oynaq səthini xaricdən 
oynaq kirəsi örtür.Oynaq səthi ilə oynaq kisəsi arasındakı hissə oynaq 


boşluğu adlanır.Oynaq boşluğunda oynaq səthini daha mütəhərrik edən 
bir qədər maye var.Yarımmütəhərrik oynaq birləşməsində isə oynaq 
kisəsi olmur. 
ƏDƏBİYYAT 
1.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV
(Uşaq anatomiyası və fiziologiyası)
2.G.A.HACIYEV (İnsan anatomiyası) 
BAKI-2001 
DƏRİNİN ORQANİZMİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ 
ROLU.QURULUŞU VƏ ƏHƏMİYYƏTİ. 
PLAN 
1.Dərinin quruluşu və funksiyası. 
2.Dərinin buynuz törəmələri. 
3.Dərinin yaş xüsusiyyətləri. 
4.Dərinin gigiyenası. 
Dəri bədənin xarici örtüyü olub,orqanizmin toxumalarını xarici 
təsirlərdən qoruyur.Onun sahəsi 2-2,5 m-dir.Dəri əsas etibarıilə 3 


təbəqədən ibarətdir:xarici təbəqə-dəriüstlüyü və ya epidermis;orta 
təbəqə-xüsusi dəri və ya derma;daxili təbəqə-dərialtı piy təbəqəsi. 
Epidermis

çox 
qatlı 
epiter 
hüceyrələrindən 
təşkil 
olunmuşdur.Onun alt hissəsində bir-birinə sıx söykənən bir cərgədə 
hüceyrə qtı yerləşmişdir.Həmin hüceyrələr bərk cisimləri,maye və 
qazları bədənə buraxmayan dərinin qoruyucu təbəqəsini əmələ 
gətirir.Bu hüceyrələr həmişə böyüyür və çoxalır.Bölünmə yolu ilə həmin 
hüceyrələri 
xaricə 
doğru 
sığışdırır.Nəticədə 
bu 
hüceyrələr 
deqenerasiyaya uğramaqla bir-birinə yapışır və buynuz maddəsinə 
çevrilir.Buynuz maddəsi isə ağ pulcuqlar şəklində dərinin səthindən 
qopub düşür.Bu pulcuqlar tüklərə ilişib qaldıqları zaman daha yaxşı 
nəzərə çarpır ki,bu da hamıya bəlli olan baş kəpəyidir.Epidermisin üst 
təbəqəsində yerləşən hüceyrələrin tərkibində piqment vardır.İnsanların 
dərisinin ağ və ya tünd olması piqmentin miqdarından və tərkibindən 
asılıdır.Günəş şüalarının təsirindən dəridəki piqmentlərin miqdarı 
artır.Gündən qaralmış dəri günəş spekterindəki zərərli ultrabənövşəyi 
şüaların çox hissəsini orqanizmə buraxmır.Epidermisdə qan damarları 
yoxdur.Damarlar yalnız onun alt qatına yaxınlaşır və burada yerləşən 
hüceyrələri oksigen və qida maddələri ilə təmin edir.
Derma-
küllü miqdarda elastiki lifləri olan birləşdirici toxumadan 
təşil olunmuşdur.Bu liflərin sayəsində dəri möhkəm və elastiki olur.Əgər 
dərini tutub dartsaq,o asanlıqla uzanır,lakin onu buraxan kimi əvvəlki 
vəziyyətinə qayıdır.Bu təbəqədə çoxlu miqdarda resseptorlar,piy və tər 
vəziləri,tüklərin soğanaqları,qan və limfa damarları vardır. 
Piy vəziləri.
Piy vəziləri dəri piyi ifraz edir.Bu piy nazik bir qat 
kimi dərini və tükləri yağlayaraq onları yumşaq və islanmaz edir.Piy 
vəzilərin axacaqları adətən tük yataqlarına açılır.Dərinin üzərinə ifraz 
olunan piy bədənə su və ona zərər yetirə biləcək başqa mayeləri 
buraxmır. 


Tər vəziləri.
İnsan dərisində 2-3 milyonaqədər tər vəzisi 
vardır.Tər vəziləri ən çox büküş yerlərdə məsələn,qoltuq altında,qasıq 
nahiyyəsində,ovucda və s. səpələnmişdir.Bunlar yumağ kimi qıvrılmış 
tor şəklində olub axacağı dərinin səthinə açılır.Tər vəziləri qan 
kapelyarları ilə əhatə olunmuşdur. 
Tüklər və dırnaqlar.
Bunlar dərinin buynuz törəmələridir.Onlar 
epidermisin canlı qatındakı epitel hüceyrələrinin çoxalması sayəsində 
daima 
uzanır.Tülərin 
kökləri-tük 
soğanaqları 
dermadakı 
tük 
hissəciklərində yerləşir.Bu soğanaqlar qan damarları və sinir ucları ilə 
təchiz olunmuşdur.Onları əhatə edən saya əzələ lifləri reflektoru 
yığıldıqda tüklərin meyl bucağı artır.İnsan bərk qorxduqu zaman başının 
tüklərinin biz-biz durması buna misal ola bilər. 
Tüklər mühafizə və temperaturu tənzimetmə funksiyasını yerinə 
yetirir. Onlar istiliyi pis keçirdikləri üçün bədəndən istiliyi xaric olmasına 
maneçilik törədir,bədənin soyumamasına kömək edir.Tüklər insanın 
xüsusi qoxusunu yaymaq vəzifəsini yerinə yetirir. 
Tüklər lamisə vəzifəsini də ifa edir(kirpriklər ,qaşlar və üz tükləri). 
Tük üç qatdan –beyin və ya özək maddə ,qabıq maddə, tük 
dəriciyindən təşkil olunmuşdur. 
Dəri örtüyünün yaş xüsusiyyətlərinə nəzər yetirdidə yeni 
doğulmuş körpədə epidermis və bazal qatı çox nazikdir.Fərdi inkişafın 
sonrakı dövürlərdə dəriüstlüyü inkişaf edir. 
Kiçikyaşlı uşağın dərisi olduqca zərif,epitel örtüyü nazik buynuz 
qatı zərif inkişaf etmiş və asanlıqla qopur,kapilyar şəbəkəsi 
kövrək,damar divarlarının keçiriciliyi yüksək olur.Tər vəziləri piy 
vəzilərinə nisbətən daha yaxşı inkişaf etmişdir və onlar uşaq doğulduğu 
gündən funksiyalarını yaxşı ifa edir. 
İfrazat (maddələr mübadiləsi) və tənəffüsdə dəri və dəridəki 
damarlar böyük rol oynayır. İfrazat və tənəffüs üzvü kimi uşaqların 


xüsusilə,körpə uşaqların dərisi böyüklərdə olduğundan daha yaxşı 
işləyir. 
Uşağın dərisinin sinir aparatı (dəri reseptorları),hələ kifayət 
qədər inkişaf etməmişdir.Sinir sisteminin və xüsusilə,beyin qabığının 
inkişafı ilə əlaqədar olaraq dərinin funksiyası da hərtərəfli dəyişir. 
Körpə uşaqda dərinin qoruyucu funksiyası lazımi səviyyədə 
deyil,dərinin səth təbəqəsi zəif və nazikdir,ona görə də asanlıqla 
yaralanır,dəri üzərindəki çatlar hər hansı bir infeksiyadan ötrü giriş 
qapısı olur.Zəngin qan damarları şəbəkəsi olan nazik buynuz 
təbəqəsindən hər cür zəhərli,zərərli maddələr və mikroblar asanlıqla 
keçir və sorulur. 
Uşağın dərisi yaşlı adamın dərisinə nisbətən daha yüksək 
bərpaedici (regenerasiya) qabiliyyətinə malikdir. 
Dəri mühüm istilik tənzimi orqanıdır.Uşaqda mərkəzi sinir 
sisteminin istilik tənzimi funksiyası kifayət qədər inkişaf etmədiyindən 
dərinin 
rütubət 
və 
istilik 
verməsi 
son 
dərəcə 
qeyri-
qənaətbəxşdir.Havanın temperaturu azalan zaman uşağın bədəni 
sürətlə soyuyur.Əksinə, temperatur qızdıqca uşağın bədəni qızışır,çünki 
onda hələ istilik tənzimi funksiyası inkişaf etməmişdir,tərləmə və 
istilikvermə imkanı zəifdir. 
Dəri orqanizmdə D vitamininin əmələ gəlməsində iştirak edir. D 
vitamini orqanizmdə uşaqlarda fosfor kalsium mübadiləsində əsas rol 
oynayır. 
Dərinin təmiz saxlanması insan sağlamlığı uçun əsas rol 
oynayır.Dərinin üzərində saysız-hesbsız xırda qan damarları və 
kopelyarlar vardır.Xarici mühitin temperaturu düşən kimi,dərinin 
damarlarına sinirlərlə oyanma nəql olunur.Damarların saya əzələ qatı 
divarı yığılır və damarlar daralır.Bu zaman orqanlardan dəriyə az qan 
gəlir və dəriyə az istilik verir. 


İnsanın sağlamlığını qorumaq,orqanizmin müqavimət qüvvəsini 
artırmaq üçün bədənin möhkəmləndirilməsinin böyük əhəmiyyəti 
vardır.Günəş vannalarından həddindən çox istifadə edilməsi zərərli 
nəticələr,dəridə ağır yanıqlar əmələ gəlməsinə gün vurmaya və isti 
vurmaya səbəb ola bilər. 
İnsan dərisi mühüm duyğu üzvüdür.Dəri maddələr mübadilənin 
son məhsullarını,su buxarını təri,piyi orqanizmdən xaric edir. 
Dəriyə pis qulluq etdikdə mikroorqanizmlərin təsiri,ifraz olunan 
maddələrin bir-birinə qarışması və üzvü maddələrin parçalanıb,pis 
qoxulu uçucu birləşmələr əmələ gəlməsinə səbəb olur.Parçalnma 
məhsulları dərini qıcıqlandırır,tər və piy vəzilərinin mənfəzlərini toz 
tutur nəticədə çirkli dəriyə düşmüş mikroorqanizmlər və göbələklərin 
inkişafı üçün əlverişli şərait yaranır.Dermotitlər,irinli xəstəliklər və 
dərinin digər yoluxucu və qolxulu xəstəlikləri belə əmələ gəlir.Dərini 
kifayət qədər təmiz saxlamadıqda alt paltar çox çirklənir və hava 
buraxmaq qabiliyyəti azalır.Orqanizmin dərisinə qulluq onu müntəzəm 
yumaqla çirkdən təmizləməkdən ibarətdir. 
Suyun yuyucu xassələrini sabunlu məhlul xeyli artdığın 
görə,dərinin səthindəki gərginliyi azaldır,yağlı çirkin islanmasına kömək 
edir.Su çirk hissəcikləri ilə dərinin arasına daxil olur,çirki yuyub aparır. 
Sabunun çeşidini seçdikdə nəzərə almaq lazımdır ki,onda sərbəst 
qələvi nə qədər çox olsa, o dərini bir o qədər tez yağsızlaşdırır.Əllərin 
üzərinə çirk,mikroorqanizmlər və helmint yumurtaları yığıla bilər.Əllərin 
dərisində tapılan mikrobların ümumi sayının 95%-ə qədəri dırnaqların 
dibində olur. 
Ayaqların altının dərisi tər vəziləri ilə zəngindir.Ayağı yumadıqda 
dərinin üzərinə və barmaqların arasına tər və çirkli mikroorqanizmlər 
yığılır.Bu zaman əmələ gəlmiş yağ turşuları və başqa uçucu maddələr pis 
iy buraxır və dərini yeyir ki, bu da irinli xəstəliklər üçün şərait yaradır. 


Orqanizmin möhkəmlənməsində əsas amil kimi dəri xüsusi 
fəaliyyət göstərir. 
ƏDƏBİYYAT 
1.G.A.HACIYEV “İnsanın anatomiyası” 1974 
2.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV “Uşaq 
anatomiyası və fiziologiyası”Bakı-2001 
DİŞLƏR,SÜD VƏ DAİMİ DİŞLƏR.ONLARIN ROLU. 
PLAN 
1.Süd dişləri çox önəmlidir. 
2.Dişlərin quruluşu və funksiyası. 
3.Dişlərin gigiyenası. 
Dişlər ağız dəhlizi ilə xüsusi ağız boşluğu arasında,alveol çıxıntılarında 
yerləşərək qidanı tutmaq və xırdalamaq vəzifəsini daşıyır.Bundan başqa 
nitqin aydınlaşmasında iştirak edir. 


Dişin içərisində sinir sistemi və qan keçən xüsusi material vardır.İnsanın 
28 vacib və 4 vacib olmayan dişi olur.İnsanda dişlər iki dövr inkişaf edir: 
1)Süd dişləri 
2)Daimi dişlər 
Süd dişləri 20 ədəd olur.Süd dişləri dəyişkən olaraq orta hesabla 6 
aydan sonra ümumi olaraq alt ön tərəfdən başlayaraq çıxar və təxminən 
olaraq 3 yaşda tamamlanır.Süd dişləri yeniyetmə çağına qədər uzanan 
müddətdə fəaliyyət göstərən dişlərdir.Quruluşları daimi dişlərə görə bir 
az daha fərqlidir.Bunlardan hər çənənin yarısında 2 kəsici,1 köpək və 
2kiçik diş yerləşır. 2 yaşından 7 yaşına qədər olan muddət sükut dövrdə 
yeni diş çıxmır.Yalnız 7 yaşından sonra süd dışləri tökülür və daimi dişlər 
çıxmağa başlayır. 
Daimi dişlərin miqdarı 32 ədəd olur.Bunlardan hər çənənin yarısında iki 
kəsici bir köpək iki kiçik və üç böyük azı dişlər yerləşir. 
Daimi dişlərin çıxması 16 yaşınadək davam edir.Axırıncı böyük azı dişlər 
hamısından sonra çıxıdıqları üçün ağıl dişləri adlanır,bunlar 17-30 
yaşınaqədər çıxırlar. 
Hər bir diş tacdan boyundan və kökdən ibarətdir.Dişin tacı ağız 
boşluğuna baxır.Boynu diş əti ilə örtülür və kökü diş alveolunda 
yerləşir.Böyük azı dişlərindən başqa yerdə qalanların bir kökü 
vardır.Aşağı böyük azı dişlərin iki,yuxarı böyük azı dişlərin isə üç kökü 
olur. 
Dişin tacının daxilində boşluq vardır ki,buda diş özəyi ilə tutulmuş 
olur.Dişin içərisində olan boşluq dişin kökü nahiyyəsində kanala keçirki 
buda dişin kökünün zirvəsinə açılır.Dişlər histoloji quruluşca 
mina,dentin və smentdən ibarətdir. 
Dişin minası (enamelum) bədəndə olan toxumaların ən sərti 
olub,mikroskopik quruluşca az miqdarda hüceyrəarası maddə ilə 
birləşmiş sərt altıüzlü mina prizmalarından ibarətdir. 


Dentin (dentinum) dişin əsas sərt maddəsi olub,kalsium duzları ilə 
kirəclənmiş və yapışqan verən liflərdən təşkil olunmuşdur.Sümük 
toxumasından fərqli olaraq,dentində hüceyrələr və Havers kanalcıqları 
yoxdur. 
Sement (sementum)sement cisimcikləri ilə ara maddədən 
ibarətdir.Burada sümük toxumasına xas olan Havers kanalcıqları olmur. 
Diş pulpası (pulpa dentis)tor birləşdirici toxumadan,sinir və qan 
damarlarından əmələ gələrək dentini və minanı qidalandırır. 
Keçici dişlər (dentes incisivi) hər çənədə dörd ədəd olur.Bunların tacı 
paza,kökü isə konusa bənzəyir,ön səthləri çıxıq,dal səthləri isə basıq 
olur.Yuxarı kəsici dişlər aşağıdakılara nisbətən artıq inkişaf etdikləri 
üçün onlardan böyük olurlar.Bundan başqa yuxarı kəsici dişlərin kökləri 
konusa bənzəyir,aşağıdakıların kökü yandan basıq olur. 
Köpək dişlər (dentes canini) hər çənədə iki olub kəsici dişlərdən bayır 
tərəfə yerləşir.Yuxarı köpək dişlərin kökləri konusa 
bənzəyir,aşağıdakılarınkı isə yanlardan basıq olur. 
Kiçik azı dişlər (dentes praemolares) hər çənədə dörd ədəd olur və 
özləri də köpək dişlərdən dal tərəfdə yerləşir.Kiçik azı dişlərin çeynəmə 
səthində iki qabarcıq vardır.Bunlardan içəridəki dil qabarcığı və bayır 
tərəfdəki isə yanaq qabarcığı adlanır.Aşağı kiçik azı dişlərin 
bir,yuxarıdakıların isə iki kökü vardır. 
Böyük azı dişlər (dentes molares) hər çənədə altı ədəd olur.Bunların tacı 
kubabənzər olub,çeynəmə səthində iki dil və iki də yanaq qabarcığı 
vardır.Yalnız aşağı 1 böyük azı dişlərdə əksər hallarda beş qabarcığa 
təsadüf edilir.Aşağı böyük azı dişlərin iki,yuxarıdakıların isə üç kökü olur. 
Axırıncı aşağı böyük azı diş (ağıl dişi) yuxarıdakına nisbətən yaxşı inkişaf 
etmiş olur.Belə ki,yuxarı ağıl dişi kiçik və çeynəmə səthində üç qabarcığı 
olur,aşağı ağıl dişi isə nisbətən böyük və çeynəmə səthində beşə qədər 


qabarcıq olur.Həm yuxarı və həm də aşağı ağıl dişin kökləri çox zaman 
bitişmiş olur. 
Ağız boşluğunun gigiyenası iki yolla həyata keçirilir: 
1.Gündəlik fərdi gigiyena 
2.Həkim vasitəsi ilə həyata keçirilən professional gigiyena 
Sağlam dişlərin təminatı ağız boşluğuna mütəmadi olaraq düzgün qulluq 
etməkdən başlayır.Dişlərə və dişətinə gündəlik qulluq professional 
müalicəni 75-80% aşağı salır.İş təkcə diş pastasının və diş fırçasının 
düzgün seçimi ilə deyil eyni zamanda onlardan gün ərzində düzgün 
istifadə ilə əlaqədardır. 
Ağız boşluğunun gündəlik gigiyenası özündə aşağıdakıları birləşdirir: 
1)Dişləri gün ərzində ən azı 2 dəfə təmizləmək
2)Dişləri hər qida qəbulundan sonra təmizləmək 
3)Diş aralarını xüsusi saplar vasitəsilə təmizləmək 
4)Mütəmadi olaraq stomatoloq müayinəsindən keçmək 
Çox isti və çox soyuq qida dişin minası üçün zərərlidir.Daha çox isə 
temperaturun qəfil dəyişməsi ziyandır.Temperatur fərqindən minada 
mikroçatlar yaranır.Dişlər üçün əsas bərpaedici maddə 
kalsiumdur.Kalsium daha çox qozda,yaşıl tərəvəzdə,süddə və süd 
məhsullarında olur. 
Dişətinin selikli qişası ağız boşluğunu xəstəliktörədən mikrobların 
təsirindən qoruyur və xüsusi qulluq tələb edir.Dişətinin qanaxması və 
iltihabı ağız boşluğundan pis iy gəlməsinin və dişlərin itirilməsinin ən 
birinci səbəbidir.Öz növbəsində aşağıdakılar dişəti xəstəliklərinə gətirib 
çıxarır: 
-ağız boşluğunun pis gigiyenası 


-siqaret çəkmə
-qidalanma xüsusiyyəti 
-vitamin çatışmazlığı
ƏDƏBİYYAT 
1.G.A.HACIYEV “İnsan anatomiyası” 1974 
2.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV “Uşaq 
anatomiyası və fiziologiyası” Bakı-2001 
Elm və texnikanın sürətlə inkişafı yalnız təlimi deyil, onun 
metodlarını da təkmilləşdirməyi tələb edir.Təlim metodu 
nədir?Metodun mahiyyətini bilmək təlim metodlarını düzgün 
seçmək və onu təsnifləşdirmək üçün çox vacibdir.Təlim 
metodlarının mahiyyəti və onu təsnifləşdirmək uzun müddət 
mübahisələrə səbəb olmuş və olmaqdadır.Təlim metodlarına 
bir çox təriflər verilmişdir. 
M .N.Skakina görə “Təlim metodu müəllimin elə hərəkət 
sistemidir ki, o şagirdlərin əməli və idrak fəaliyyətini təşkil 
edir,təhsilin məzmununu möhkəmləndirir.” 
Y.K.Babanskiyə görə “Təlim metodu qarşıya qoyulan təlim-
tərbiyyə məsələlərinə nail olmaq üçün müəllim və şagirdlərin 
qarşılıqlı əlaqə qaydasıdır.” 
Akademik M.N.Mahmudova görə “Təlim metodları müəllim və 
şagirdlərin fəaliyyəti qaydalarının məcmusudur.” 


Azərbaycanın görkəmli akademiki M.Mehdizadə bütün 
deyilənləri çox yaxşı ümumiləşdirərək təlim metodlarına belə 
tərif verir: 
Təlim metodu – Müəllim və şagirdlərin qarşılıqlı fəaliyyət 
sistemi olan, müxtəlif vasitələrdən istifadə etməklə təlim 
prosesində didaktik vəzifələrin həllinə xidmət etməkdədir. 
Deməli, təlim metodu şagirdlərə bilik və bacarıq vermək və 
biliyin mənimsənilməsi yoludur.Biliyi verən,təsir edən 
müəllidir,qəbul edən,mənimsəyən şagirddir. 
Təlim metodlarının təsnifi haqqında pedaqogikada geniş 
məlumat verilir.Akademik M.Mehdizadə ümum pedaqoji 
metodları aşağıdakı kimi təsnif edir. 
1.Məlumatvermə metodları; 
2.Əyanilik metodları; 
3.Reproduktiv metodları; 
4.Axtarış metodları; 
5.Nəzarət metodları; 
1.Məlumatvermə metodları. 
1) öyrətmə metodları: şərh 
etmə,izah etmə,nağıl,müsahibə,mühazirə,mətn oxumaq.2) 
öyrənmə metodları: dinləmə,dərslik üzərində iş (mətn 
öyrənmək), biliyi dərk etmək, yadda saxlamaq, öyrəndiyini 
təkrar etmək. 
2.Əyanilik metodları. 
1)öyrətmə metodlar: əyani vəsait 
göstərmə,təcrübə nümayişi,texniki təlim vasitələrinin tətbiqi;


2) öyrənmə metodları:müşahidə etmək,şəkil çəkmək,paylama 
materialı üzrə iş. 
3.Reproduktiv metodlar:
çalışmalar üçün nümunə təşkil 
etmək,mətn oxumaq,laboratoriya məşğələləri keçirmək. 
4.Axtarış metodları: 
1.evristik müsahibə və ya qismən axtarış metodu; 
2.problemli şərh metodu; 
3.tədqiqat metodu; 
4.seminar metodu; 
5.mühazirə metodu; 
6.referat metodu; 
7.disput metodu; 
Evristik müsahibədə şagirdə suallar verilir və onu düşünməyə 
vadar edirik.Evrestik müsahibə adi müsahibədən müəyyən 
qədər fərqlənir.Bu müsahibədə şagirdlər müstəqil düşünməklə 
problemin həllinə çalışırlar.Suallar yarım problem halında 
qoyulur. 
Problemli şərh metodu.Müəllim problem qoyur,onu şagirdlər 
həll edir.Bəzən şagird problem irəli sürür,onu sinif və müəllim 
həll edir. 
Tədqiqatçılıq metodu.Şagirdlərin idrak fəaliyyətini gücləndirib 
inkişaf etdirmək,onlarda problemi müstəqil həll etmək bacarığı 
yaratmaq məqsədi ilə tətbiq edilir.Problem müəllim tərəfindən 


yaradılır,şagird tərəfindən həyata keçirilir.Müəllim problemin 
həllinin məqsədini müəyyənləşdirir,şagirdlərə onu araşdırmaq 
üçün istiqamətlər verir.Problemin həllinə əsas ağırlıq şagirdlərin 
üzərinə düşür.Şagirdlər problemi həll etmək üçün plan 
tutur,təcrübə qoyur,müşahidə aparır,fakt toplayır,sonra faktları 
müqayisə edir və nəticə çıxarırlar. 
Seminar,mühazirə,referat ali məktəb tələbələri ilə aparılır. 
Biologiya tədrisində tətbiq olunan metodları belə təsnif edirlər: 
1.Şifahi metodlar: müsahibə,izah,nağıl,mühazirə. 
2.Əyani metodlar:təcrübə nümayişi,təsviri əyani vasitələrin 
(kino, televiziya verlişlərinin ) nümayişi. 
3.Praktik metodlar:obyekti müəyyən etmə və 
tanıma,müşahidə,ekspriment. 
Hazırda biologiya təlim metodlar və yanaşma üsulları alimlər 
tərəfindən aşağıdakı kimi təsnif edilmişdir: 
1.Məlumatvermə (şifahi) metodlar: müsahibə,şərh 
etmə,izah,nağıl,təsfir,mühazirə,mətn oxumaq. 
2.Əyani metodlar: müşahidə,nümayiş (təcrübə və əyani 
vasitələrin nümayişi),ekskursiya,təlimin texniki vasitələrin 
tətbiqi. 
3.Axtarış metodları: evrostik müsahibə,problemli 
şərh,tədqiqatçılıq metodu,seminar metodu,referat 
metodu,disput metodu. 


4.Praktik metodlar:müşahidə,eksperiment,obyektin 
müəyyənləşdirilməsi və təyini,çalışma və məsələlərin 
həlli,laboratoriya və praktiki işlərin təşkili. 
Metodik yanaşma üsulları: 
1.məntiqi:problemin qoyuluşu,müxtəlif əlamətlərin 
müəyyənləşdirilməsi,müqayisə,nəticə,ümumiləşdirmə; 
2.təşkili:plan yazmaq,plan üzrə cavab vermək,yerində cavab 
vermək,yazıtaxtasının qarşısında cavab vermək,şagirdlər 
tərəfindən stolda təcrübəni,paylama metodlarını,kolleksiyaları 
nümayiş etdirmək,plan üzrə müşahidə etmək,fərdi,qrup və 
frontal işlərin icrası,cavab verməklə işin icrası; 
3.texniki: yazı taxtasında ,vərəqdə suallar yazmaq,doldurmaq 
üçün anket toplamaq,şəkil və tablonu yazı taxtasından 
asmaq,canlı obyektləri,mikropreparatları nümayiş 
etdirmək,qabda, çöl şəraitində,ləklərdə təcrübə qoymaq, 
kolleksiya təşkil etmək və s. 
Didaktik məsələlərə görə təlim metodlarının təsnifi: 
1.Yeni bilik və bacarıqların verilməsində tətbiq olunan 
metodlar: şifahi şərh,əyanilik (əyani vasitələrin nümayişi, 
paylama metodları və s.) 
2.Bilik və bacarıqların möhkəmləndirilməsinə xidmət edən 
metodlar:əyanilik, biologiyadan məsələ həlli, yoxlama işi. 
Bilik alma mənbələrinə görə metodların təsnifi: 
1.Müəllimin şərhi, müşahidə, müsahibə, hekayə, ekskursiya, 
nümayiş. 


2.Şagirdlərin müstəqil işləri:laboratoriya işi, praktiki 
məşğələ,məsələ,test sualları və çalışmaların həlli,dərslik 
üzərində iş. 
Təlim prosesində metodla yanaşı metodik yanaşma üsulları 
anlayışındanda istifadə olunur.Bu metodun ünsürüdür,onun 
tərkib hissəsidir.Lakin müstəqil səciyyə daşıyan yanaşma 
üsulları da var. 
Biologiya tədrisi prosesində metod və yanaşma üsullarından 
istifadə etmək üçün müəllim onun yerini qabaqcadan 
müəyyənləşdirməlidir.Məsələn,işi yerinə yetirmək üçün 
fərdi,qrup və frontal yanaşma üsullarından istifadə oluna bilər. 
Metodları inkişaf etdirmək üçün öyrədilən materialın məzmunu, 
həcmi və çətinlik dərəcəsi nəzərə alınmalıdır.Müəllim müəyyən 
etməlidir ki, müxtəlif materialları hansı metodla keçsək daha 
yaxşı səmərə verə bilər.Metodun seçilməsi şagirdin yaş 
dərəcəsindən də asılıdır.Aşağı sinifdə müsahibə, nağıl və s. 
Metodla öyrədilən dərs yuxarı sinifdə laboratoriya,praktik iş 
kimi tədris oluna bilər. 
Bu işi şagirdlər müstəqil yerinə yetirə bilərlər.Şagirdlərin dərsi 
maraqla dinləməsi,işi müstəqil icra etməsi, düşünməsi, bioloji 
məsələləri dərk etməsi,nəzəri biliklərini praktikaya tətbiq 
etməsi və s müəllimin metod seçmə səriştəsindən,işə 
rəhbərliyindən asılıdır. 
Aşağı siniflərdə praktiki iş bütün şagirdlər tərəfindən eyni 
zamanda müəllimin komandası ilə yerinə yetirilir.Yuxarı 
siniflərdə isə şagird praktik işi müstəqil və fərdi halda yerinə 


yetirə bilər.İş plan əsasında görülür və nəticəsi işin sonunda 
yoxlanılır.Şagird müstəqil olarsa işin icrasını planlaşdırır, 
hesablama aparır.Bunun üçün ədəbiyyatdan istifadə edir, 
cavabları müəllimin köməyi olmadan əldə edir.Metodların 
tətbiqində və onların sistemində şagirdlərin müstəqilliyini 
inkişaf etdirməyə əsas yer vermək lazımdır.Çünki müəllimin 
izahatına şagirdlərin fəal qulasq asması, kitab üzərində müstəqil 
çalışması,praktik işləri icra etmələri,sərbəst düşünmələri və s 
müəllimin hazırlığından və ustalığından asılıdır.Burada müəllim 
tələbkarlığı, metodları seçməsi və ondan düzgün istifadə etməsi 
mühüm şərtdir.Mövzudan asılı olaraq müəllim bir dərsdə bir 
neçə metoddan istifadə etməyi bacarmalıdır.Lazım gəldikdə bir 
metodu başqası ilə əvəz etmək də olar.Məsələn, nümayiş 
etdirməni praktik və ya müsahibə metodları ilə əvəz edə bilər 
və s.Yalnız bunlara əməl olunduqda müvəffəqiyyət qazanmaq 
olar. 
ERİTROSİTLƏR,LEYKOSİTLƏR VƏ TROBOSİTLƏR.QAN 
QRUPLARI. 
PLAN 
1.Eritrositlərin quruluşu və funksiyası. 
2.Leykositlərin quruluşu və funksiyası. 
3.Trobositlər. 
4 Qan qrupları. 


Qırmızı qan hüceyrələri kimi də adlanan bu hüceyrələr hər iki tərəfdən 
basılmış disk formasında olmaqla, yetişmiş vəziyyətdə 
nüvəsizdir.Eritrositlərdə nüvənin olmaması və ikiqat çökük linza 
formasında olması onların oksigen qəbuletmə səthini xeyli artırır. 
Qanda eritrositlərin miqdarı daimi olmayıb ,dəyişir. 1mm qanda 4-
5mln.eritrosit olur. Lakin hündür dağ zirvəsində olanda oksigen 
çatışmamasından,güclü əzələ hərəkəti zamani eritrositlərin miqdarı 
əhəmiyyəti dərəcədə arta bilər.Hündür dağ ərazilərində yaşayan 
insanlarda eritrositlərin miqdarı dəniz sahillərində yaşayanlara nisbətən 
30% çox olur.
Eritrositlərin əsas funksiyası qazlar mübadiləsində iştirak etməkdir.Daha 
doğrusu oksigeni ağciyərlərdən bütün bədən hüceyrələrinə ordan isə 
karbon qazını ağciyərə məhz hemoqlobin daşıyır.Eritrositlər orqanizmdə 
qazların nisbi sabitliyini təmin edirlər.Eritrositlərin tərkibinin böyük 
əksəriyyəti (90%-dən çox) zülali mənşəli olan 
hemoqlobindir.Hemoqlobin qana qırmızı rəng verməklə prostetik qrup 
heminin və zülal qlobinin birləşməsidir.Hemoqlobin molekulunda 4 
hemin molekulu var ki,oda xaricdən alfa və betta zülal zəncirləri ilə 
əhatə olunmuşdur.Həmin qrupların mərkəzində dəmir atomu həm alfa 
və betta zülal zəncirləri,həm də ağciyər alveollarından daxil olan 
oksigenlə birləşərək oksihemoqlobinə çevrilir.Hemoqlobinin karbon 
qazı ilə birləşməsi,oksigenlə birləşməsinə nisbətən daha 
dözümlüdür.Ona görə də havada 0,1% karbon qazı olarsa,onun yarıdan 
çoxu hemoqlobinlə birləşir,nəticədə toxuma və hüceyrələr oksigenlə 
lazımı səviyyədə təmin olunmur.Dəm qazı ilə boğulma zamanı əzələ 
süstlüyü,huşun itirilməsi ,qıcolma və nəhayət ölüm hadisəsi baş verə 
bilir.Bu zaman xəstəni təmiz hava mühitinə çıxarmaq,tünd çay içirmək 
və həkimə çatdırmaq vacibdir. 
Əgər qanı bir neçə saatlıq sınaq şüşəsinə qoysaq,onda eritrositlərin 
özünün ağırlıq qüvvəsinin təsiri altında çökürlər.Bu çökmə müəyyən 
sürətlə olur.Məsələn:qadınlarda eritrositlərin çökmə sürəti 1 saatda 7-


12 mm,kişilərdə isə 3-9 mm olur.Eritrositlərin çökmə sürətinin təyini 
mühüm tibbi diaqnostik əhəmiyyət daşıyır.Belə ki,vərəm və digər 
iltihablı xəstəliklər zamanı eritrositlərin çökmə sürəti artır,bu da qanda 
qlobulin zülalını artmasını göstərir.Qlobulin isə eritrositlər tərəfindən 
adsorbsiyaya (udulma) uğrayır,nəticədə eritrositlərin səthi 
dəyişir,ağırlaşır və tez çökür. 
Ağ qan cisimciyi və yaxud leykositlər rəngsiz hüceyrələr olub,daxilində 
müxtəlif formalı nüvəsi var.Sağlam adamın 1 mm qanında 6000-8000 
leykosit olur.İki qrup leykosit ayırd edilir:danəli leykositlər -
qranulositlər,danəsiz leykositlər-aqranulositlər.Danəli leykositlərin 
sitoplazmasında müxtəlif rəngləyicilərlə (qırmızı,mavi və bənövşəyi) 
rənglənən kiçik danələrə rast gəlinir.Ancaq danəsiz leykositlərdə isə 
bunlar yoxdur. 
Danəli leykositlər özləri də üç qrupa bolünür:neytrofillər,eozonofillər və 
bazofillər.Neytrofillər ümumi leykositləri 55-60% təşkil etməklə 
faqositəetmə qabiliyyətinə malikdirlər.Bazofillər ümumi leykositlərin 
0,5-2% -ni eozonofillər isə 3-5%-ni təşkil edirlər.Lakin orqanizmdə kiçik 
iltihab prosesi zamanı eozonofillərin sayı bir qədər artır. 
Danəsiz leykositlər limfositlərə və monositlərə ayrılır.Limfositlər həlqəvi 
hüceyrələr olub,çox tünd rəngli dairəvi nüvəsi var.Monositlər isə 
nisbətən iridir və qeyri-bərabər formalıdır.Limfositlər orqanizmin 
müdafiə sistemində daha aktiv iştirak edirlər.Onlar iltihab prosesi 
zamanı makrofaqlara çevrilərək orqanizmə düşən yad cisimləri faqositə 
edirlər.Qanda leykositlərin miqdarı dəyişə bilir.Qida qəbulundan və ağır 
əzələ fəaliyyətindən sonra qanda leykositlərin miqdarı artır.Xüsusilə 
orqanizmdə iltihab prosesi gedən zaman onların sayı artır. 
Leykositlərin böyük əksəriyyətinin yaşama müddəti 2-4 gündür(bəzən 
isə 12-15 günə çatır),yeni leykositlər timusda,qırmızı sümük 
iliyində,dalaqda və limfa düyünlərində əmələ gəlir. 


Leykositlərin əsas vəzifəsi orqanizmi yad cisim və zülallardan xəstəlik 
törədən mikroorqanizmlərdən qorumaqdır.Onlar yalançı ayaqları 
vasitəsilə sərbəst sürətdə hərəkətetmə qabiliyyətinə 
malikdirlər.Hərəkət istiqamətində rast gəldiyi zərərli mikrobları tutub 
məhv edir.Leykositlərin orqanizmə düşən mikroorqanizmləri,yad 
cisimləri,ibtidai orqanizmləri tutub,udması,həzm etməsi prosesi 
faqositoz,leykositlərin özləri isə faqositlər adlanır.Faqositoz hadisəsini 
ilk dəfə olaraq İ.İ.Meçnikov öyrənmişdir.Meçnikova görə iki kateqoriya 
hüceyrə faqositəetmə qabiliyyətinə malikdir.Hərəkətdə olan ağ qan 
cisimciyi (limfositlər və monositlər) və limfa düyünlərində,damarların 
daxili divarlarında,dalaqda,qaraciyərdə,sümük iliyində olan qeyri 
hərəkətli-hüceyrə. 
Trombositlər kürə və yaxud oval şəkilli olub,dalaqda və sümük iliyində 
əmələ gəlir,insanın trombositləri nüvəsizdir.Yaşama müddəti 35 gün 
olur,ölümü-dağılamsı dalaqda baş verir. 
Trombositlərin əsas bioloji əhəmiyyəti onların qanın laxtalanmasında 
iştirak etmələridir.Qanın hüceyrəvi elementlərinə,plazmasına 
tərkibindəki üzvi və qeyr-üzvi maddələrə nəzər salıb,bir bioloji sistem 
kimi insanın istər qana bətni,istərsə də ondan sonrakı dövrdə 
əhəmiyyətini qruplaşdırsaq,aşağıdakı nəticəyə gəlmək olar: 
1.Qan orqanizmdə qazlar mübadiləsində iştirak edir,yəni ağciyərlərdə 
oksigeni toxuma və hüceyrələrə oradan isə karbon qazını ağciyərə 
daşıyır(eritrositlər-hemoqlobini) 
2.Orqnizmdə müdafiə sisteminin yaranmasında qan mühüm rol 
oynayır.Orqanizmin daxilinə düşmüş yad cisimləri və zərərli 
mikroorqanizmləri leykositlər faqositə etməklə onları məhv edirlər. 
3.Bağırsağın divarlarından qana sorulan qida maddələri qan vasitəsilə 
toxuma və hüceyrələrə çatdrılır.Zülalların,karbohidratların,yağların 
həzm sistemində parçalanma məhsulları,eləcə də vitaminlər duzlar və 
su venoz qana və limfaya sorulduqdan sonra üzv və toxumalara nəql 


olunur.Yağların parçalanma məhsulu olan qliserin və yağ turşuları 
limfaya sorulmasına baxmayaraq o da böyük qan dövranının axırında 
venoz qan sağ qulağcığa çatmamışdan əvvəl onunla qarışır. 
4.Orqanizmin orqan və sistemləri arasındakı əlaqə qan vasitəsilə tənzim 
olunur.Məlumdur ki,dxili sekresiya vəzilərinin ifraz etdiyi bioloji fəal 
maddələr-hormonlar qanla birlikdə orqanların toxuma və hüceyrələrinə 
çatdırılır.Məhz qanın tərkibində onlar öz təsirini göstərə bilirlər. 
5.Orqanizmin daxili mühitini hemostazisini qan təmin edir ki,bu da onun 
bufer sisteminin hesabına olur. 
6.Orqanizmin istilik tənzimində qann əhəmiyyəti böyükdür.Sağlam 
adam ağır fiziki iş görəndə və yaxud idmanla məşğul olanda onun xarici 
və daxili mühitində güclü istilik əmələ gəlir.Belə istilik orqanizmdə 
maddələr mübadiləsinin pozulması,müxtəlif patogen 
xəstəliklər,ekstremal şəraitdə olur.Həmin istilik enerjisinin orqanizmdə 
xaric olunması qan kapelyarları,xüsusilə,dəri altında olan qan damarları 
ilə həyata keçirilir. 
7.Qan orqanizmin ifrazat funksiyasında iştirak edir.Hüceyrələrdə 
maddələr mübadiləsi nəticəsində çoxlu miqdarda lazımsız və zərərli 
çöküntü maddələri əmələ gəlir.Həmin maddələr əvvəlcə hüceyrəarası 
mayeyə keçir,sonra isə sorularaq ifrazat orqanlrına gəlir,orda süzülərək 
orqanizmdən xaric olunur. 
8.Orqanizmin hər hansı yerinin zədələnməsi və yaxud cərrahiyyə 
əməliyyatları zamanı yaranın sağalmasında qanın mühüm əhəmiyyəti 
var.İstər sağlam orqanizmin,istərsə də cərrahiyyə əməliyyatından sonra 
orqanizmin regenerasiyasında qanın həlledici rolu şəksizdir. 
9.Travmatik xəstələrdə və carrahiyyə əməliyyatları zamanı qan 
lövhəcikləri trombositlərin mühafizə funksiyası çoxdur.Trombositlər 
qanın laxtalanma prosesini həyata keçirməklə iri damarların ağzını tutur 
və qanın orqanizmdən kənar olmasının qarşısını alır. 


4 cür qan qrupu vardır.Qan qrupları insanı bətndaxili dövrünün ilkin 
mərhələrində irsi olaraq formalaşır və sonradan onu dəyişməy mümkün 
deyil.1-ci qrup qanı bütün qan qruplarından olan insanlara köçürmək 
olar,onlara isə ancaq 1ci qrup qanı köçürmək olar.Bu qrupa məxsus olan 
insanları universal donorlar adlandırırlar.2-ci qrup qanı olanlar 
özlərindən və 1 ci qrup qandan qəbul edir,özlərinə və 4 cü qan qrupu 
olanlara qan verə bilirlər.3 cü qan qrupları isə 1 ci qan qrupundan və 
özlərindən qəbul edir,3 və 4 cü qan qruplarına qan verə bilərlər,4 cü 
qan qrupu olanlar isə bütün qan qruplarından qəbul edir,ancaq 4cü qan 
qrupuna qan verə bilərlər.4 cü qan qruplu insanları universal 
resipiyentlər adlandırırlar. 
Qeyd olunan qan qrupları ilə yanaşı,insanların 85%-də eritrositlərin 
tərkibində müsbər rezus-faktor kimi adlandırılan aqqlütinogenin olduğu 
da aşkar edilib.İnsanların qalan 15%-də isə mənfi rezus-faktor 
tapılıb.Rezus-faktorlu qanı mənfi rezus-reaksiyalı adama köçürdükdə 
sonuncunun plazmasında eritrositləri hemoliz edən maddə əmələ gəlir 
ki,bu həyat üçün çox təhlükəlidir. 
ƏDƏBİYYAT 
1.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV”Uşaq 
anatomiyası və fiziologiyası”Bakı-2001 
2.Ə.H.ƏLİYEV,F.İ.CƏFƏROV,Ə.N.FƏRƏCOV”İnsan 
anatomiyası”Bakı-2002 
2.G.A.HACIYEV”İnsan anatomiyası”1974


EŞİTMƏ ANALİZATORUNUN QURULUŞU VƏ YAŞ 
XÜSUSİYYƏTLƏRİ.QULAQ VƏ GİGİYENASI. 
PLAN 
1)EŞİTMƏNİN ƏHƏMİYYƏTİ 
2)EŞİTMƏ ORQANIN QURULUŞU VƏ FUNKSİYALAR 
3)VESTİBULYAR (müvazinət ) analizatoru 
4)EŞİTMƏ ORQANININ FUNKSİYASI
5)EŞİTMƏNİN GİGİYENASI
Məlumdur ki,müxtəlif qıcıqların hər hansı bir analizatora təsiri zamanı 
onlara məxsus duyğular əmələ gəlir.Artıq biz öyrəndik ki,gözün torlu 
qişasına hansı (istər mexaniki,istər elektrik) qıcıq təsir edirsə etsin işıq 
duyğusunun (gözündən od,alov çıxdı) yaranmasına səbəb olur.Səs 
dalğaları eşitmə analizatoruna təsir edir.Heyvanlarda olduğu 
kimi,eşitmə analizatoru insanda da xarici mühitdə baş verən müxtəlif 
hadisələri bildirən səs dalğalarını qəbul edir.Lakin insanlardan fərqli 
olaraq bəzi heyvanlar (həşəratlar) ultra səs dalğalarını qəbul edə 
bildikləri üçün insandan yaxşı eşidirlər.Hər hansı vəziyyətini dəyişən 
cisimdən eşitmə orqanına daxil olan səs dalğaları səsin mənbəyi ola 
bilər.Məsələn,təbil pərdəsi hidrogen atomundan on dəfə kiçik ölçüdə 
yerini dəyişəndə eşitmə reseptorları beyinə siqnallar göndərməyə 
başlayır. 
Eşitmə və nitq birlikdə insanlara gündəlik əmək və ictimai fəaliyyətində 
bir-birilə ünsiyyətdə olmağa kömək edir.Eşitmə qabiliyyəti pozulmuş 
adam ətraf mühitin gözəlliklərini duymaqda çətinlik çəkir,məsələn:yaxşı 
bir musiqini,dənizin dalğalarının səsini,meşədə həşəratların,quşların 
nəğməsini eşidə bilmir.Eşitmə orqanında nəinki səs hissini,həm də 
bədənimizin müvazinətini tənzim edən törəmələr vardır. 


Eşitmə dalğası eşitmə orqanı olan qulaqla qəbul edilir.Qulaq kəllənin 
gicgah sümüyü nahiyəsində yerləşir.Eşitmə orqanı öz quruluşuna görə 
üç hissədən ibarətdir. 
Xarici qulaq - 
qulaq seyvanı və xarici qulaq keçəcəyindən 
ibarətdir.Təkamül prosesində qulaq keçəcəyi ilk dəfə quşlarda,qulaq 
seyvanı isə məməli heyvanlarda və insanda əmələ gəlmişdir.Qulaq 
seyvanının vəzifəsi səsin gəldiyi tərəfi müəyyən edib,onu qəbul 
etməkdən və orta qulağa doğru istiqamətləndirməkdən ibarətdir.Xarici 
qulaq keçəcəyinin uzunluğu 2,5 sm olub,onu orta qulaqdan ayıran 
elastiki təbil pərdəsi ilə nəhayətlənir.Səs dalğası xarici qulaqdan 
keçib,birinci olaraq təbil pərdəsinin rəqsi hərəkətinə səbəb olur.Səs nə 
qədər güclü olsa,təbil pərdəsi də o qədər tez-tez rəqsi hərəkət edir. 
Orta qulaq -
təbil pərdəsinin arxasında 1 sm həcmində olan hava ilə 
dolu boşluğu yerləşir.Orta qulaq ilk dəfə suda-quruda yaşayanlarda 
əmələ gəlmişdir.Orta qulaq boşluğunda üç qulaq sümükcükləri – 
çəkic,zindan və üzəngi yerləşir.Çəkic orta qulağı xarici qulaqdan ayıran 
təbil pərdəsinə söykənir.Üzəngi adlanan sümük isə,daxili qulaqda oval 
pəncərəni örtən pərdəyə söykənir.Çəkic və üzəngi arasında zindan 
sümüyü yerləşir.Zindan sümüyü çəkic və üzəngi sümüyü arasında əlaqə 
yaradır.Beləliklə,qulaq sümükcükləri təbil pərdəsini daxili qulağın oval 
pəncərəsinin üzərini örtən elastiki pərdə əlaqələndirir. 
Orta qulaq boşluğu eşitmə borusu vasitəsilə burun-udlağa 
birləşir.Nəticədə təbil boşluğundaolan havanın təzyiqi xarici mühitdəki 
havanın təzyiqi ilə eyni olur.Əgər təbil pərdəsinin bir tərəfindəki təzyiq 
o biri tərəfdən çox olarsa o zaman o cırıla bilər.Belə hal adamlar 
təyyarədə uçanda,güclü top atəşlərinə yaxın olduqda baş verə 
bilər.Bunun qarşısını almaq üçün belə hallarda udqunmaq və ağızı 
açmaq lazımdır.Bu zaman yaranan gərginlik aradan qalxır. 
Daxili qulaq – 
kəllə əsasında gicgah sümüyünün içərisində təbil 
boşluğunun arxasında yerləşir.Primitiv halda ilk dəfə balıqlarda əmələ 


gəlmişdir.O, boşluqlar və qıvrım kanallar sistemindən – sümük 
labirintindən ibarətdir.Burada da qovuqcuqda olduğu kimi içərisi maye 
ilə dolu pərdəli və zarlı labirint yerləşir. 
Zarlı labirint sümük labirintdən kiçik olduğu üçün,onların arasında 
boşluq əmələ gəlir ki,həmin boşluq perilimfa adlanan maye ilə dolu 
olur. 
Sümük labirint üç hissədən:1.Dəhlizdən,2.İlbizdən,3.Üç yarımdairəvi 
kanallardan ibarətdir.Bu mürəkkəb labirintdə ancaq spiral şəkilində 
burulmuş və üzərində eşitmə reseptorları yerləşən ilbiz eşitmə 
funksiyasını yerinə yetirir.Labirintin yarımdairəvi kanallardan ibarət o 
biri hissəsi müvazinət orqanıdır. 
Bədənimizin hansı vəziyyətdə olduğunu və onun yerdəyişməsini hiss 
edir və qavrayırıq.Biz hər hansı bir yıxılma anında vəziyyəti başa düşənə 
qədər,bədənimizin bir sıra əzələləri yığılaraq onu normal vəziyyətə 
qaytarır.Belə anda bədənimizin vəziyyətini necə duyuruq. 
Daxili qulağın labirintində ilbizdən başqa,iki balaca torpacıq var:girdə və 
oval torpacıq.Bir-birinə perpendikulyar yerləşmiş yarımdairəvi kanallar 
müvazinət üzvü olan vestibulyar aparatı əmələ gətirir.Eşitmə müvazinət 
sinirinin məlum olduğu kimi,uzunsov beyindəki bəzi mərkəzlərlə əlaqəsi 
var.Bununla əlaqədar olaraq vestibulyar orqanın şiddətli qıcıqlanması 
(məsələn,qısa zamanda böyük sürət alma) bir sıra fizioloji fəaliyyətlərlə 
ürəkbulanma,tənəffüsün sürətlənməsi və ya ləngiməsi,ürəkdöyünməsi 
və qan damarları mənfəzinin dəyişməsi və s. ilə ifadə olunur.Bu 
proseslər uşaqlarda yaşlılara nisbətən zəif reaksiyalar yaradır. 
İlbiz kanalının daxilində əsas membran üzərində səs dalğalarını qəbul 
edən Kortiyev üzvü yerləşir.Belə ki, ilbiz kanalı boyunca arakəsmə keçir 
və bu ilbizi iki hissəyə bölür.Bu arakəsmənin bir hissəsi tar simi kimi 
tarım dartılmış müxtəlif uzunluqlu 24 minə qədər nazik liflərdən əmələ 
gəlmişdir.Liflərin hər biri müəyyən səsə qarşı rezonans hadisəsinə 
uyğun cavab verir.Həmin liflərin üzərində səsi qəbul edən hüceyrələr – 


eşitmə reseptorları yerləşir.Səs dalğalarının qəbulu və nəql olunma 
mexanizmi aşağıdakı kimi olur.Səs duyğusunun əmələ gəlməsi üçün səs 
dalğalarını qulaq seyvanı tutaraq,xarici qulaq keçəcəyi vasitəsilə təbil 
pərdəsinə ötürür.Bu təbil pərdəsinin səs dalğasının tezliyinə uyğun 
olaraq rəqsi hərəkətinə səbəb olur.Səs nə qədər uca olsa təbil pərdəsi 
bir o qədər tez-tez rəqsi hərəkət edir,səs amplitudu böyüdükcə səsin 
gücü də artır.Təbil pərdəsinin rəqsi hərəkəti orta qulaqdakı qulaq 
sümükcüklərinə - çəkic,zindan,üzəngiyə verilir.Buradan isə üzənginin 
söykəndiyi daxili qulağın oval pəncərəsini daxildən örtən pərdəyə 
ötürülür. 
Əsasən rast gələn pozğunluqlar xarici orta və daxili qulaqda müşahidə 
edilir.Məsələn xarici qulaq keçəcəyində olan vəzilərin ifraz etdiyi 
maddə-qulaq kiri adlanır.Bu kir uzun müddət təmizlənmədikdə tıxac 
kimi xarici qulaq keçəcəyini tutur və eşitmə qabiliyyətinin 
zəiflənməsinə səbəb olur.Kiri kibrit və sancaqla çıxatmağ çalışdıqda siz 
təbil pərdəsini zədələyə hətta cıra bilərsiz buda karlığa səbəb ola 
bilər.Həmçinin xəstəlik törədən mikroblar orta qulağa udlaq 
xəstəlikləri,anqina,skarlatina zamanı düşə bilər.Bəzən irin təbil 
pərdəsini deşir.İltihab prosesi daxili qulağa keçib buradakı eşitmə 
reseptorlarını zədələdikdə çox vaxt karlığ əmələ gəlir.Əgər eşitmə 
orqanları xəstəliklərinə əhəmiyyət verilməsə o ciddi və ağır xəstəliyə-
beynin iltihabına səbəb ola bilər.Eşitmə orqanının gigiyenası üçün ən 
mühüm tələb onun güclü səslərdən qorunmasıdır.Partlayış zamanı 
əmələ gələn güclü səs dalğası böyük bir zərbə ilə təbil pərdəsini vurur 
və onu cıra bilir.Belə olduqda güclü səs dalğaları zamanı ağzı açıq 
qoymaq lazımdır çünki səs dalğaları xarici qulaq keçəcəyindən və 
YEVSTRAX borusundan eyni vaxtda vurularaq neytrallaşır. 
ƏDƏBİYYAT 
1.H.HACIYEVA,K.QURBANOVA(Uşaq anatomiyası və fiziologiyası) 
2.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV(Uşaq anatomiyası və fiz.) 


ƏZƏLƏ SİSTEMİ,QURULUŞU İŞİ. 
1.Əzələ toxuması.
2.Əzələnin quruluşu.
3.İnsan bədəninin əsas əzələ qrupları.
4.Əzələlərin yorulması. 
Əzələ toxuması.
İnsan orqanizmində 3-cür əzələ toxuması 
vardır:eninə zolaqlı (1),saya (2) və ürək əzələsi toxuması (3).
Hər bir əzələ toxuma növünün özünə məxsus quruluşu və funksiyası 
vardır.
Eninə zolaqlı əzələ toxumasına skelet əzələləri aid olub,əzələ lifləri bir-
birinə paralel yerləşərək qrup halında toplanmışdır.Əzələlər liflərin 
içərisindən keçən zülal telləri sayəsində qısala bilir-yığılır.
Saya əzələlər daxili orqanların (mədə,bağırsaqların,sidik kisəsinin),qan 
damarlarının divarlarını örtür.
Ürək əzələsi öz quruluşuna görə eninə zolaqlı əzələ toxumasına 
oxşayır.Ürək əzələsini təşkil edən liflər bir-birinin daxilinə girərək (bir-
birinə dolaşır) sinsit (tor) əmələ gətirir.Bunun sayəsində ürək əzələsi 
oyanmasına görə skelet əzələsindən fərqlənir.
Yenidoğulmuş körpənin bədənində 600 qədər skelet əzələsi var.Bu 
əzələlər müxtəlif templə böyüyürlər.Südəmərliyin əvvəlində qarın 
əzələləri,bir qədər sonra isə çeynəmə əzələləri yaxşı inkişaf edir.Birinci 
ilin axırında iməkləmə və sonra isə yerimə ilə əlaqədar olaraq belin və 
ətrafların əzələləri yüksək böyümə tempinə malik olurlar.Uşaq 
böyüdüyü dövrdə onun əzələlərinin kütləsi 35 dəfə artır.Cinsi yetkinlik 
dövründə isə borulu sümüklərin böyüməsi ilə yanaşı,əzələlərin vətərləri 
də böyüyür.Bu zaman həmin əzələlər uzanır,nazikləşir,ona görə də 
uşaqlar incəayaq və uzun qollu görünürlər.Ümümilikdə götürdükdə isə 
əzələnin inkişafı 25-30 yaşadək davam edir.Uşaq əzələsi yaşlıların 
əzələsinə nisbətən rəngsiz incə və elastiki olur.
Əzələ hərəkət orqanıdır,daha doğrusu,orqanizmin hərəkətində aktiv 


iştirak edir.Bütün əzələlərdə vətərələrdən təşkil olunmuş başcıq,əzələ 
liflərindən təşkil olunan qarıncıq və nəhayət,əzələnin qurtaracağı 
(vətərvari) ayırd edilir.Bir qayda olaraq,əzələlər iki və yaxud daha çox 
sümüyə birləşərək oynaq əmələ gətirir.Lakin elə əzələlər var ki,onlar 
sümüyə deyil,hansısa bir orqana,məsələn,dəriyə,göz almasına birləşir.
Əzələlər sadə və mürəkkəb olmaqla,iki qrupa ayrılır.Mürəkkəb 
əzələlərdə qarıncıqdan bir neçə başcıq çıxır və ayrı-ayrı sümük 
nöqtələrinə gedir.Məsələn,ikibaşlı üçbaşlı və dördbaşlı əzələlərdə 
olduğu kimi.Buna uyğun olaraq vətərlərdə bir neçə hissəyə 
ayrılır.Əzələlər xaricdən sıx birləşdirici toxumadan təşkil olunmuş 
fasiyalarla örtülmüş olur.
Əzələlər quruluşuna və yerinə yetirdiyi funksiyaya görə təsnif 
edilir.Quruluşuna görə əzələlər enli (gövdə və aşağı ətrafın qurşaq 
əzələləri),uzun(ətraflrın əzələləri),qısa(fəqərələr arasındakı əzələlər) və 
həlqəvi (bədəni xariclə əlaqələndirən deşiklərin ətrafındakı əzələlər) 
olur.Yerinə yetirdiyi funksiyaya görə əzələlər 
açıcı,bükücü,aparıcı,gətirici,həmçinin daxilə və xaricə fırladıcı əzələ 
qruplarına bölünürlər.
Əzələ yerləşmə yerindən asılı olaraq baş,boyun,gövdə,yuxarı və aşağı 
ətraf əzələlərinə ayrılırlar.
Başın əzələləri çeynəmə və mimiki əzələlərə bölünür.Çeynəmə əzələləri 
alt çənənin hərəkətində,qidanın ağız boşluğunda xırdalanması prosesi 
və udma aktında,mimiki əzələlər isə emosional halların 
təzahüründə,nitqin icrsında,ağız künclərinin qaldırılması və 
endiriliməsində fəal iştirak edir.
Boyun əzələləri başın əyilməsində,dairəvi hərəkətində,alt çənənin aşağı 
dartılmsında,qabırğaların qaldırılmasında,tənəffüs prosesində və s. 
funksiyaların yerinə yetirilməsində iştirak edirlər.
Döş əzələlərindən səthdə yerləşənlər çiyin qurşağı və yuxarı ətrafların 
hərəkətində,daxildə yerləşənlər isə döş qəfəsi həcminin keçildilməsində 
və artırılmasında,başqa sözlə,tənəffüs aktında iştirak edir.Qeyd edək 
ki,sonuncu funksiyanın yerinə yetirilməsində qabırğaarası əzələlər və 


diafraqma iştirak edir.
Qarın boşluğu əzələləri onurğa sütünunun önə əyilməsində,öz oxu 
ətrafında fırlanmasında,dərin və sakit nəfəs vermə prosesində sidik və 
nəcis ifrazında və.s funksiyaların icrasında iştirak edir.
Bel əzələlərindən səthdə yerləşənlər yuxarı ətrafın qurşaq və sərbəst 
hissələrinin hərəkətində,başın əyilməsində və kürəklərin 
tərpədilməsində iştirak edirlər.Yuxarı və aşağı ətraf əzələləri isə başlıca 
olaraq açıcı və bükücü əzələlərə,onları bir-birinə yaxınlaşdıran və 
eləcədə əks tərəflərə dartan istiqamətləndirən əzələ qruplarına 
bölünürlər.
Əzələlərin yorulması.
Yorulma fizioloji hadisədir.Əgər əzələlər uzun 
müddət və istirahət etmədən işləyərsə,tədricən yığılma qabilliyəti 
zəifləyir və ən nəhayət fəaliyyətdən qalır.
Əzələlərin iş qabiliyyətinin müvəqqəti azalmasına yorulma 
deyilir.Əzələyə istirahət verdikdə öz fəaliyyətini yenidən bərpa 
edir.Əzələlər tez-tez ritmik yığıldıqda daha tez yorulur.Əzələlərin 
yorulmasını aydınlaşdırmaq üçün erqoqrafiyadan istifadə etmək 
olar.Bunun üçün erqoqraf cihazından istifadə edilir.
Şəxs şəhadət barmağını ilgəyə keçirir.Bu ilgək hərəkət edən blokdan 
keçirilmiş ipə bağlanmışdır.Həmin ipdən bir kq ağırlığında yük 
asılıdır.Metronom vurğularına uyğun şəxs şəhadət barmağını büküb 
açaraq yükü dəqiqədə 60 dəfə qaldırıb endirir.Erqoqrafda hərəkət edən 
lent üzərində qeyd olunan yazını izləməklə bütün təcrübə müddətində 
barmaq əzələlərinin necə işlədiyini görmək olar.Əvvəlcə barmaq tez-tez 
bükülüb açılır və bu zaman alınan əyrilərin hündürlüyü də çox olur,lakin 
çox kecmədən əyrilərin hündürlüyü yavaş-yavaş azalır,bir müddətdən 
sonra isə o sıfır nöqtəsində dayanır.Sonra barmaq əzələlərinə 10-15 
dəqiqə istirahət verir və təcrübəni bir daha təkrar edirlər.İkinci dəfə 
barmağın bükülüb açılma sürətini artırırlar.Bu dəfə barmağı dəqiqədə 
90 dəfə büküb açdıqda əzələlər birinci təcrübədə olduğundan daha tez 
yorulur.
Üçüncü təcrübəyə başlamazdan əvvəl barmaq əzələlərinə bir daha 


istirahət verilir.Sonra yükü iki dəfə artırırlar.Bu dəfə şəxs 2 kq yükü 
dəqiqədə 60 dəfə qaldırıb endirir.Məlum olur ki,yük artdıqda barmağın 
əzələləri daha tez yorulur. 
Beləliklə əzələlərin yorulması görülən işin ritmindən və təsir edən yükün 
miqdarından asılı olur. 
Əzələnin yorulmasını və onların iş qabiliyyətinə qıcıq ritmini və yükün 
təsirini rus fizioloqu İ.M.Seçenov öyrənmişdir.O müəyyən etmişdir ki, 
fiziki iş gördükdə ele bil orta ritm və yük seçmək lazımdır ki, əmək 
qabiliyyəti yüksək olsun,yorulm mümkün qədər gec başlasın.O tam 
passiv istirahət şəraitində və müəyyən bir fəaliyyət növünü başqa bir 
fəaliyyətlə əvəz edib.Başqa sözlə fəal istirahət etməklə iş qabiliyyətinin 
daha tez bərpa olduğunu və yorğunluğun daha tez keçdiyini müəyyən 
etmişdir.
ƏDƏBİYYAT 
1.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV “Uşaq 
anatomiyası və fiziologiyası” 
2.G.A.Hacıyev ”İnsan anatomiyası” 
BAKI-2001 


HƏZM ÜZVLƏRİNİN QURULUŞU VƏ 
ƏHƏMİYYƏTİ.QARACİYƏR ONUN QURULUŞU VƏ 
FUNKSİYALARI. 
PLAN 
1.Ağız boşluğunun quruluşu. 
2.Mədənin quruluşu və funksiyası. 
3.Mədə şirəsinin tərkibi və xüsusiyyətləri. 
4.Onikibarmaq nazik bağırsaq və yoğun bağırsaq. 
5.Həzmlə əlaqədar qaraciyərin vəzifəsi. 
Qidanın həzmi ağız boşluğundan başlayır.Ağız boşluğunun əsas 
xüsusiyyətlərindənbiri odur ki
,
həzm orqanları içərisində yeganə sümük 
mənşəli dişlərin iştirakı ilə qida maddələri mexanii olaraq xırdalanır və 
ağız suyu vəzilərinin şirəsi ilə islanır.Ağız boşluğundakı əzələvi orqan 
olan dil isə qidanı dişlərin altına hərəkət etdirməklə çeynəmə 
prosesində iştirak edir.Dilin üzərində çoxlu miqdarda resseptorlar 
olduğundan dadbilmə və eləcədə nitq orqanıdır. 
Dişlər forma və funksiyaca kəsici,köpək,balaca və böyük azı dişlərinə 
ayrılır.Dişlərin əsası embrional inkişafda qoyulur.6-8 aylıq uşaqlarda süd 
dişləri inkişaf etməyə başlayır.Biryaşlılarda 8 ədəd,ikiyaşlılarda və yaxud 
üç yaşın əvvəlində bütün 20 ədəd süd dişi çıxmış olur.Daimi dişlərin 
çıxması 14-15 yaşda başa çatır,lakin ağıl dişlərin çıxması 25 30 yaşadək 
gecikə bilir.Dişlərin köməkliyi ilə xırdalanan qida maddələri ağız suyu 
vəzilərinin ifraz etdiyi şirə ilə islanır.Ağız boşluğuna cüt iri 
qulaqaltı,dilaltı və çənəltı vəzilərin,eləcədə çox saylı balaca vəzilərin 
axarı açılır.Ağıza qida düşdükdən bir neçə saniyə sonra ağız suyu ifraz 
olunmağa başlayır.Qida maddələri ağızdakı dad sinir uclarını 


qıcıqlandırır.İmpulslar mərkəzə qaçan sinirlərlə uzunsov beyinə ağız 
suyu ifrazı mərkəzinə çatdırılır. 
Ağız boşluğunda xırdalanmış və islanmış qida kütləsi udlaqdan keçərək 
qida borusuna düşür.Qida borusu əzələvi boru şəklindədir və daxili 
selikli qatı yastı epiteli ilə örtülüdür.Selikli qatın daxilində büküşlər 
əmələ gəlir ki,o da qida kütləsi keçən zaman genişlənmə verir. 
Həzm borusunun daha çox genişlənmiş hissəsi mədədir.Mədə basılmış 
kisəyə oxşayır və yaşlılarda 1-3 l tutumunda olur.Qarın boşluğunda 
assimetrik vəziyyətdə yerləşir.Əsas hissəsi solda,az hissəsi isə mədədə 
giriş hissə-kardinal şöbə əsası-fundal şöbə və çıxışı-pilorik şöbə ayırd 
edilir.Pilorik şöbə onikibarmaq bağırsaqa açılır.Mədənin içərisini örtən 
selikli qişada küllü miqdarda xırda vəzilər vardır.Bu vəzilər mədə şirəsi 
ifraz edir.Təmiz mədə şirəsi rəngsiz olur,turş mühitə malidir.Mədə şirəsi 
qida maddələrini həzm etmək xassəsinə malikdir.Onun tərkibində 
zülalları parçalayan pepsin fermenti var.Mədə vəzilərində olan pepsin 
qeyri-fəaldır,lakin turş mühitdə aktivləşir,qələvi mühitdə passiv 
olur.Pepsindən başqa mədə şirəsində lipaza və ximezin fermentləridə 
olur. 
Lipaza yağları yağ turşusuna və qliserinə parçalayır,ancaq ya südün 
tərkibində və yaxud emulsiya şəklində olan yagları parçalayır. 
Ximozin isə başlıca olaraq,uşaqlarım mədə şirəsində olur və südü 
parçalayır.Uşaq bir qədər böyüyəndən sonra onun mədəsində ximozin 
olmur,süd isə pepsin fermentinin təsirindən parçalanır. 
İnsan qidanı qəbul etdikdən 5-9 dəqiqə sonra mədə şirəsi ifraz 
olunmağa başlayır.Məsələn,ət xörəyinə qarşı daha çox miqdarda-7 saat 
müddətində mədə şirəsi ifraz olunur,xəmir məmulatlarına qarşı bir 
qədər çox ancaq 10 saat,süd məhsullarına qarşı daha az və 6 saat 
müddətində mədə şirəsi ifraz olunur. 
Mədə şirəsinin ifrazı əsasən, 3 yolla idarə olunur: 


1.Sinir sistemi vasitəsilə.
Bu zaman şərti və yaxud şərtsiz 
reflekslərlə mədə vəzilərinə qıcıqlar göndərilir. 
2.Mexaniki qıcıqlandırma.
Mədəyə düşmüş qida maddələri mədə 
divarındakı vəziləri müxaniki yolla qıcıqlandırır. 
3.Kimyəvi təsirlə.
Qana sorulmuş qida maddələri mədə divarına 
gələrək onun sinir-vəzi aparatına qıcıqlandırıcı təsir göstərir. 
Həzm prosesi zamanı mədə daim hərəkət edir.Mədənin hərəkəti 
nəticəsində qida maddələri nisbətən xırdalanır və şirəsilə qatışır,eyni 
zamanda hərəkət edir.Həzm olunmaqda olan qida bir neçə saat şirənin 
təsirinə məruz qalır.Sonra o mədədən qarın boşluğunda çoxlu ilgək 
əmələ gətirən nazik bağırsaqlara hissə-hissə keçir. 
Qida mədədən nazik bağırsaqların birinci ilgiyinə - onikibarmaq 
bağırsağa keçir;onun bu cür adlandırılmasına səbəb onun uzunluğunun 
barmaq enindən təqribən 12 dəfə çox olmasıdır.Onikibarmaq bağırsağa 
iki böyük vəzinin:mədəaltı vəzinin və qaraciyərin axacaqları 
açılır.Bunların birincisi mədəaltı şirə,ikincisi isə öd ifraz 
edir.Onikibarmaq bağırsaqda mədəaltı şirənin təsiri ilə qidalı 
maddələrin çox mühüm parçalanma prosesləri gedir. 
Həzm kanalının ən uzun hissəsi nazik bağırsaqlardır.Nazik bağırsaqların 
selikli qişasında çoxlu xırda vəzilər vardır.Bunlar bağırsaq şirəsi ifraz 
edir.Nazik bağırsaqlarda qidalı maddələrin parçalanma prosesi başa 
çatır və parçalanma məhsulları qana sorulur.Həzm olunmayan qida 
qalıqları isə nazik bağırsaqlardan yoğun bağırsaqlara keçir.Orqanizmdən 
çıxmalı olan həzm olunmayan qida qalıqları yoğun bağırsaqlara 
toplanır.Nazik bağırsaqaların yoğun bağırsaqlara keçdiyi yerdən 
torbayabənzər kor bağırsaq yerləşir.Kor bağırsaqdan aşağıya appendiks 
adlanan soxulcanabənzər çıxıntı çıxır.İnsanın appendiksinə 
xəstəliktörədən mikroorqanzmdə,yaxud həzm olunmayan qid qalıqları 


düşdükdə appendisit adlanan xəstəli baş verə bilər.Buna görə də qida 
ilə bərk şeylər udulmamasına diqqət yetirmək lazımdır. 
Yoğun bağırsaqlar düz bağırsaqla qurtarır.Həzm olunmyan qida qalıqları 
orqnizmdən düz bağırsaq vasitəsilə çıxır. 
Bağırsaqlardan gələn qanın hamısı qaraciyərdən keçir.Başlıca olaraq 
aşağıdakı funksiyaları yerinə yetirir: 
1.Öd hazırlayır 
2.Qliogen hazırlayır 
3.Müdafiə və zərərsizləşdirmə 
Bağırsaqda sorulmayan və çürüyən zülallar və digər üzvi maddə qalıqları 
-indo, fenol,skatol kimi zərərli maddələr əmələ gətirir.Bu maddələr 
qaraciyərdə tutularaq zərərsizləşdirilir.Bu maddələrin öldürücü təsirini 
göstərmək üçün belə təcrübə aparılıb.Bağırsaqdan sorulan qan 
qaraciyərdən ayrılaraq bir-başa qan dövranına qoşulur.Bir iki gündən 
sonra həmin canlı zəhərlənmədən ölür. 
Həzm prosesinin tənzim olunması:həzm orqanlarının fəaliyyəti 
vegetativ sinir sisteminin simpatik və parasimpatik şöbələri tərəfindən 
tənzim olunur.Simpatik sinirlər həzm orqanlarının sekretor,hərəki və 
sorulma prosesinə tormuzlayıcı,parasimpatik sinirlər isə oyandırıcı təsir 
edir.Mədə və bağırsaqların divarında bəzi bioloji aktiv maddələr,ət 
suyu,balıq,toyuq bülyonu,zülalların parçalanma məhsulları qana 
sorularaq humoral yolla həzm vəzilərinin fəaliyyətinə oyandırıcı və ya 
tormuzlayıcı təsir edir. 
ƏDƏBİYYAT 
1.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV”Uşaq anatomiyası 
və fiziologiyası”Bakı-2001 
2.Ə.H.ƏLİYEV,F.İ.CƏFƏROV,Ə.N.FƏRƏCOV,”İnsan anatomiyası” 


Hüceyrə və toxumalar. 
Plan.
1)Hüceyrənin quruluşu. 
2)Hüceyrənin çoxalması. 
3)Toxumaların quruluşu və funksiyası. 
Hüceyrə canlı orqanizmlərin ən kiçik quruluş və funksional 
vahididir.1965-ci ildə ilk dəfə “hüceyrə” terminini ingilis fiziki 
Robert Huk işlətmişdir.Sitologiya- hüceyrə haqqında 
elmdir.Sitologiya (“sitos”- hüceyrə,”loqos”-elm) hüceyrəvi 
quruluşu olan bütün canlıların (bakteriya,göbələk,bitki,heyvan) 
hüceyrələrinin quruluşu və funksiyalarını, kimyəvi tərkibini, 
hüceyrənin çoxalma və inkişafını eyni zamanda hüceyrənin 
inkişafına mühütün təsirini öyrənir. 
Müasir hüceyrə nəzəriyyəsinin aşağıdakı müddəaları 
var:hüceyrə- bütün canlı orqanizmlərin quruluş və inkişafının 
əsas və ən kiçik vahididir;bütün birhüceyrəli və çoxhüceyrəli 
orqanizmlərin hüceyrələri öz quruluşuna ,kimyəvi 
tərkibinə,həyat fəaliyyətlərinin əsas təzahürlərinə və maddələr 
mübadiləsinə görə oxşardır;hüceyrələr bölünmə yolu ilə 
çoxalır,hər bir yeni hüceyrə başlanğıc (ana) hüceyrənin 
bölünməsi nəticəsində əmələ gəlir;çoxhüceyrəli orqanizmlərdə 
hüceyrələr yerinə yetirdikləri funksiyalara görə ixtisaslaşmış 
toxumalar əmələ gətirir,toxumalardan orqanlar yaranır.Bunlar 
sinir və humoral yolla tənzim olunur. 


Hüceyrənin quruluşunu,funksiyalarını və kimyəvi tərkibini 
öyrənmək üçün bir çox metodlar vardır.Bunlardan biri 
mikroskopiya metodudur.İşıq və elektron mikroskopları ilə 
hüceyrə və onun struktur quruluşları kəşf olunmuş və 
öyrənilmişdir. 
Xromatoqrafiya metodu ilə hüceyrənin daxili möhtəviyyatı 
kəmiyyət və keyfiyyətcə öyrənilir.Bu metoddan dərman 
maddələrinin,amin turşularının,hormonların öyrənilməsində 
istifadə olunur.Sentrifuqa metodu ilə əzilmiş hüceyrə şirəsi 
sınaq şüşələrində sürətlə fırladılır.Məhlulda asılı halda olan 
hüceyrə hissələri – nüvə,plastidlər,ribosomlar və s.sıxlıqlarından 
asılı olan müxtəlif dərəcədə çökərək bir-birindən ayrılır,sonra 
öyrənilirlər. 
Əksər canlı orqanizmlərin hüceyrələri üç hissədən :xarici qat – 
qılafdan,sitoplazma və onun mərkəzində yerləşən nüvədən 
ibarətdir.Hüceyrənin qılafı hüceyrənin xarici mühitlə əlaqəsini 
məhdudlaşdırır.Çoxhüceyrəlilərdə isə hüceyrələri bir-birilə 
əlaqələndirir.Qılaf hüceyrəyə xüsusi forma,möhkəmlik verir və 
maddələr mübadiləsini tənzimləyir.Qılafın tərkibi 
sellüloza,zülallar və.s.-dən ibarətdir.Qılaf xarici və daxili qatdan 
ibarətdir.Daxili qat plazmatik membran (lat.”membrana”-dəri) 
adlanır. 
Plazmatik membran dinamikdir,yəni dəyişkəndir.Bu hərəkəti 
yaradan lipid və zülal molekullarıdır.Plazmatik membran 
hüceyrə ilə xarici mühit arasında sədd çəkir,xarici mühitdən 
hüceyrəyə maddələrin daxil olmasını və daşınmasını təmin 
edir.Plazmatik membranda nazik kanallar olduğundan su,suda 


həllolmuş duzların ionları,üzvi maddələr sitoplazmaya 
keçir.Sintezolunmuş maddələr isə sitoplazmadan xaric
olur.O,zədələnə və bərpa oluna bilir. 
Sitoplazma(yun.”sitos-hüceyrə,plazma-dolduran) hüceyrə 
qlafının daxilində yerləşən şəffaf,yarımmaye və özlü kalloid 
məhluldur. O,plazmatik membranla əhatə olunmuş və 
hərəkətlidir.Onun hərəkəti temperaturdan,işığın 
internsivliyindən və oksigenlə təmin olunmasından asılıdır,xarici 
mühitdən plazmatik membranla ayrılır.Sitoplazmanın 
mərkəzində nüvə yerləşir.Sitoplazma 
orqanoidləri:mitoxondrilər,endoplazmatik 
şəbəkə,ribosomlar,Holci kompleksi və s. orada səpələnmiş 
formadadır.Sitoplazmada ,həmçinin 
zülallar,yağlar,lipidlər,hüceyrənin skeletini təşkil edən kiçik 
borucuqlar və saplar da vardır.Sitoplazma maddələr 
mübadiləsinin əsas mərkəzidir.O,nüvə və digər orqanoidləri 
özündə birləşdirir,onların qarşılıqlı əlaqəsini təmin 
edir,membranla orqanoidlər arasında fiziki-kimyəvi və 
fermentativ əlaqəni təmin edir.Beləliklə,hüceyrənin vahid və 
canlı sistemini yaradır. 
Nüvə hüceyrənin mərkəzində yerləşən ən əsas hissəsidir.Nüvə 
ilk dəfə 1831-ci ildə ingilis botaniki R.Braun kəşf etmişdir.Nüvə 
maddələr mübadiləsinin idarə mərkəzi və digər orqanoidlərinin 
fəaliyyətinin tənzimetmə mərkəzidir.Hüceyrələrdə nüvələrin 
sayı müxtəlif olur.Nüvə membranı nüvəni xaricdən örtən ən 
nazik qatdır.O iki qatdan ibarətdir.Nüvə membranında çoxlu 
məsamələr var.Bu məsamələrlə hüceyrə sitoplazması arasında 
maddələr mübadiləsi gedir.Belə ki,sitoplazmadan nüvəyə və 


əksinə zülallar,yağlar,karbohidratlar,nuklein turşuları,su 
müxtəlif anion və kationlar daxil olur.Xromosomlar nüvənin ən 
mühüm komponentidir Hüceyrədə xromosomlıarın sayı və 
forması orqanizmlərin növündən asılı olaraq müxtəlif olur. 
Orqanizmlərin çoxalması hüceyrədən başlayır.Bölünmə 
nəticəsində ana hüceyrədən iki qız hüceyrə yaranır.Eukariot 
hüceyrələrin üç bölünmə yolu var:amitoz,mitoz,meyoz. 
Amitoz təbiətdə az halda rast gəlinən əlverişsiz bölünmədir.Bu 
zaman nüvə və sitoplazma ,sadəcə olaraq ikiyə bölünür. 
Mitoz-bölünmə ali orqanizmlərin somatik hüceyrələrində 
gedir.Hüceyrələr bölünənə qədər interfaza mərhələsində 
olur.İnterfazanın bir neçə dövrü var. 
1.Hazırlıq dövrü.Bu zaman sitoplazmanın orqanoidləri yaranır 
və formalaşır,ribosomlarda inşaat zülalları və fermentlər əmələ 
gəlir.Mitoxondrilərdə ATF sintez olur və enerji toplanır. 
2.Sintetik dövr.Bu dövrdə nüvədə DNT ikiləşir.Xromosomlarda 
DNT-nin miqdarı və sentriollar iki dəfə artır.İnterfaza 
mərhələsinin əvvəlində hüceyrə nüvəsində DNT-nin miqdarı 
iki,lakin interfaza mərhələsinin orta dövründə yəni DNT-nin 
ikiləşməsi baş verdikdə iki dəfə artaraq 4 olur. 
3.Sintezdən sonrakı dövr.Bu dövrdə interfaza başa çatır metoz 
başlayır.Metozun dörd mərhələsi 
var:profaza,metafaza,anafaza,telofaza. 
Profaza – bu dövrdə nüvənin həcmi böyüyür ikiləşir,nüvədə 
nazik saplar əmələ gəlir.Bu saplar 
xromosomlardır.Xromosomlar uzunsov bərk cisimlərdir.Hər bir 


xromosom spiral halında burulmuş iki teldən ibarət 
olur.Profazada hüceyrədə olan iki ədəd sentiriollar əks qütblərə 
çəkilir.Onların arasında nazik tellər əmələ gəlir.Profazanın 
sonunda nüvəcik itir,nüvə membranı həll olur və xromosomlar 
sitoplazmada sərbəst yerləşir.Profazadan sonra metafaza 
mərhələsi başlayır. 
Metafaza – xromosomların daha çox qısalması ilə 
səciyyələnir.Xromosomlar ekvator sahəsi boyunca düzülür.Hər 
xromosom özünün sentromeri (mərkəzi sahəsi) ilə bir vətər (iy) 
telinə birləşir.Sonra vətər tellərinin qısalması nəticəsində 
xromatidlərin (qız xromosomlar) hər biri hüceyrənin qütblərinə 
çəkilməyə başlayır.Xromatidlərin hüceyrənin hər iki əks – 
qütbünə çəkilməyə başlaması üçüncü mərhələlərin – 
anafazanın başlandığını göstərir. 
Anafaza – qız xromosomlar hüceyrənin ayrı – ayrı qütbünə 
çəkilir.Xromatidlərin hərəkəti vətər tellərinin qısalması hesabına 
yerinə yetirilir.Beləliklə, xromatidlər iki bərabər sayda əks 
qütblərdə toplanır.Xromatidlərin hərəkəti ATF-in enerjisi 
hesabına mümkün olur.Xromatidlərin qütblərə toplanması 
dördüncü mərhələ telofazanın başlanmasıdır. 
Telofaza – mitozun axırıncı mərhələsidir.Bu zaman 
xromosomlar spiralsızlaşır,yenidən bir- birinə sarılmış uzun 
tellər formasını alır, bu isə bölünməyən nüvə üçün 
səciyyəvidir.Sonra əmələ gəlmiş yeni nüvədə nüvə membranı 
yaranır və nüvəciklər meydana cıxır.Beləliklə,interfaza üçün 
səciyyəvi olan quruluş yenidən tamamilə bərpa olunur.Qız 


hüceyrələr bir birindən ayrılır və ana hüceyrənin eyni olan iki 
hüceyrə yaranır.
Hər növün hüceyrələri üçün sabit xromosom sayı var.Bir nüvədə 
olan xromosomların cəmi xromosom yığma adlanır.Hər növün 
özünəməxsus xromosom yığımı var.Bütün çoxhüceyrəli 
orqanizmlərdə iki qrup hüceyrə olur:1)somatik,yəni qeyri 
cinsi:2)cinsiyyət hüceyrələri. 
Hüceyrələrin diffrensasiyası və toxumaların formalaşması 
histogenis adlanır. Bu əsasən fasiləsiz olaraq böyümə prosesi 
gedən embrional dövrdə olur. 
Mənşə və quruluş oxşarlığına malik olan müəyyən funksiya 
yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupu toxuma 
adlanır.Hazırda insanlarda və heyvanlarda 4 qrup toxuma ayırd 
edilir.Epiteli,birləşdirici,əzələ ,sinir. 
Epiteli və yaxud örtük toxuması orqanizmi həm xaricdən,həm 
də daxili səthdən örtür.Hüceyrələri isə sitoplazmatik atmalarla 
bir- birinə sıx birləşmiş vəziyyətdə olur. 
Epiteli toxuması aşağıdakı vəzifələri yerinə yetirir: 
1.Qoruyucu- orqanizmi bütövlükdə və eyni zamanda orqanların 
əksəriyyətini (örtüyü olanı nəzərdə tutulur) xarici təsirlərdən 
qoruyur. 
2.Sorucu- bədənin müəyyən nahiyələrinə sürtülmüş dərman 
maddələri epiteli toxuması vasitəsi ilə sorulur. 
3.İfrazat- tər və piy vəziləri orqanizmdəki suyun 
artığını,duzları,yağları bədəndən ifraz edir. 


4.Tənəffüs- epiteli toxumasındakı ağızcıqlarla tənəffüs prosesi 
həyata keçirilir. 
5.Orqanizmin istilik tənzimlənməsində iştirak edir. 
6.Sekretor- vəzi hüceyrələri bioloji aktiv maddələr-hormonlar 
sintez edirlər. 
7.Dayaq-istinad-daxili orqanlar və dərialtı piy təbəqəsi üçün 
dayaq-istinad rolunu daşıyırlar. 
Bireləşdirici toxuma rüşeymin mezoderma adlanan orta rüşeym 
vərəqindən əmələ gəlir və demək olar ki, bədəndə olan bütün 
orqanların tərkibində var.Onlar çox müxtəlif funksiyalar yerinə 
yetirirlər.Dayaq funksiyasını qığırdağın,sümüyün,bağların və 
eyni zamanda,sümükləri bir-birinə birləşdirən vətərlərin 
tərkibində yerinə yetirir.Trofiki və müdafiə funksiyasını qan, 
həmçinin sümük vasitəsi ilə,dayaq-hərəkət funksiyası yenə də 
sümük və əzələ vasitəsi ilə yerinə yetirir.Birləşdirici toxumanın 
üç növünü ayırd edirlər.Xüsusi birləşdirici toxuma- buna boş 
birləşdirici toxuma deyilir:qığırdağ və sümük toxuması- bunlara 
isə bərk birləşdirici toxuma deyirlər. 
Əzələ toxuması.Orqanizmin ümumi kütləsinin təxminən 40-
45%əzələ toxuması təşkil edir.Hərəkət orqanları məhz əzələ 
toxumasından təşkil olunub.O da birləşdirici toxuma kimi 
mizoderma məşəlidir və iki böyük qrupa bölünür. 
1.Eninə zolaqlı əzələ toxuması 
2.Saya əzələ toxuması 
Eninə zolaqlı əzələ toxuması özüdə iki qrupa ayrılır: 


a)eninəzolaqlı sklet əzələsi:buna somatik əzələdə deyirlər 
b)eninə zolaqlı ürək əzələsi. 
Eninə zolaqlı somatik əzələ toxuması quruluşca ürək 
əzələsindən fərqlənir.Ürək əzələsi lifləri arasında xüsusi atmalar 
var.Ona görə də hansı nahiyyəsinə toxunmasından asılı 
olmayaraq o tam şəkildə qıcığa cavab verir. 
Eninə zolaqlı əzələ toxumaları arasında daha bir xarakter fərqi 
qeyd edək.Somatik eninə zolaqlı əzələ toxuması iradi olduğu 
halda ürək eninə zolaqlı əzələ toxuması insanın iradəsinə tabe 
deyil,yəni,qeyri-iradidir.Eninə zolaqlı əzələ toxuması başlıca 
olaraq sümüklərin üzərində yerləşir,lakin saya əzələ toxuması 
isə daxili orqanların tərkibində ( mədə,bağırsaq,qan damarları 
və s.) daha çox olur.
Sinir toxuması.Bu toxuma öz başlanğıcını rüşeymin ektoderma 
fərəqindən alır.Sinir toxuması sinir hüceyrələrindən 
neyronlardan və spesifik funksiya yerinə yetirən peyk 
hüceyrələrindən neyroqliyadan təşkil olunub.Peyk hüceyrələri 
neyronlar üçün dayaq,qidalandırıcı,müdafiə və hətta sekretor 
funksiyaları yerinə yetirir.Neyronlar yerinə yetirdiyi funksiyaya 
görə aşağıdakı qruplara bölünür. 
1.Hissi neyronlar -orqanizmin xarici və daxili qıcıqlarını nəql 
edir,resseptor və yaxud afferent adlanırlar. 
2.Effektor neyronlar-qıcığı işci orqana ötürməklə onu fəaliyyətə 
gətirir. 
3.Assosiativ neyronlar- müxtəlif neyronlar arasında əlaqə 
yaradan neyronlar adalanır. 


Neyronlar müxtəlif ölçüdə olur.Neyronlar üçün xarakter cəhət 
onlarda çıxıntıların olmasıdır.Bu çıxıntılar yerinə yetirdikləri 
funksiyaya görə iki qrupa bölünür.Onlardan biri uzun olub,qıcığı 
neyronun cismindən bədən üzvlərinə aparır,neyrit və yaxud 
akson adlanır.Bir ədəd olmaqla differensasiya zamanı digər 
çıxıntılardan tez əmələ gəlir,uzunluğu 1-1,5m-ə çatır.İkinci qrup 
çıxıntılar qısa olmaqla dentrit adlanır.Dentritlər differensasiya 
zamanı neyritlərdən sonra əmələ gəlir,miqdarı və forması çox 
müxtəlifdir.Qıcığı qəbul edərək neyronun cisminə 
ötürür.Çıxıntıların sayına görə sinir hüceyrələri 4 qrupa bölünür. 
1.Unipolyar neyronlar- bir çıxıntısı olanlar
2.Bipolyar neyronlar- iki çıxıntısı olanlar 
3.Yalançı bipolyar neyronlar- çıxıntıları eyni yerdən başlayanlar 
4.Multipolyar neyronlar- üç və daha çox çıxıntısı olanlar 
İnsanda daha çox rast gələn multipolyar neyronlardır. 
Ədəbiyyat 
1.H.Hacıyev,K.Qurbanov ”Uşaq anatopmiyası və 
fiziologiyası” Bakı-1974
2.C.Nəcəfov,N.Zeyniyev “Uşaq anatomiyası və 
fiziologiyası” Bakı-2001


İRRADİASİYA VƏ QARŞILIQLI İNDUKSİYA ŞƏRTİ VƏ 
ŞƏRTSİZ REFLEKSLƏR. 
PLAN 
1)İRRADİASİYA. 
2)QICIĞIN İNDUKSİYASI VƏ TORMOZLANMA. 
3)DOMİNANTLIQ. 
4)HƏRƏKƏTİN KOORDİNASİYASINDA BEYİN 
ŞÖBƏLƏRİNİN ROLU. 
5)SİNİR HÜCEYRƏLƏRİNİN FUNKSİONAL 
XÜSUSİYYƏTLƏRİ. 
6)İRRADİASİYA VƏ İNDUKSİYANIN ÜZƏ ÇIXMASI.
7)ŞƏRTİ VƏ ŞƏRTSİZ REFLEKSLƏR. 
İrradiasiya (ağrının yayılması) oyanmanın baş verdiyi sinir sahəsindən –
neyrondan neyrona keçərək digər sinir sahəsinə yayılması 
hadisəsidir.Körpə hər hansı bir isti əşyaya toxunduqda təkcə əlini ondan 
çəkmir eyni zamanda hərəkəti fəallaşarağ ağlayır.Bu misal tamamilə 
irradiasiya hadisəsi ilə bağlıdır. 
Çox qüvvətli və ya uzun müddət davam edən qıcıqlanma sinir 
sistemində tormuzlanma ilə əvəz olunur.Bu tormuzlanma çox asanlıqla 
sinir sisteminin başqa sahələrinə də yayılaraq həmin sahələrdə 
oyanmanı zəiflədir.Beləliklə insanda qıcığa qarşı əvvəl baş vermiş cavab 
reaksiyası zəifləyir. 
İnduksiya hər hansı bir mərkəzdə qıcığın təsirilə baş verən oyanma 
mərkəzi sinir sistemində digər mərkəzləri ya tormuzlayır ya da 


zəiflədir.Məsələn beyində müxtəlif sinir hüceyrələrinin mərkəzləri 
arasında qarşılıqlı əlaqə yaranır.Bu isə öz növbəsində müxtəlif əzələ 
mərkəzləri arasında qıcıqlanma və oyanma əmələ gətirir.Bir qrup 
əzələnin yığılması digər qrup əzələnin boşalmasına səbəb olur.Bu qayda 
üzrə bir-birinin əksinə baş verən proseslər induksiya adlanır.Beynin hər 
hansı bir sahəsində qıcıq mənbəyinə cavab reaksiyası verdikdə başqa 
sahədə ləngimə baş verir. 
Beləliklə induksiya və irradiasiya beyində mozaik şəkildə oyanmanın 
güclənməsi və zəifləməsidir.Fasiləsiz olaraq orqanların iş 
kambinasiyalarına uyğundur. 
DOMİNANTLIQ.
Sinir sistemi orqanizmin tam fəaliyyət mexanizminin 
işləməsini təmin etmək üçün bu isə maneçilik törədən amilləri 
tormozlayır və kənar edir.Bu zaman hər hansı bir fəaliyyət ön plana 
çəkilir və üstünlük təşkil edir. 
Nəfəsalma və udma iki müxtəlif fizioloji aktdır və onlar heç vaxt eyni 
zamanda baş verə bilməz daha doğrusu bu mərkəzlərin eyni vaxtda 
oyanması mümkün deyil.Udma zamanı ona uyğun mərkəz oyanır 
nəfəsalma mərkəzi isə müvəqqəti olaraq tormuzlanır.Müvəqqəti olaraq 
hər hansı bir mərkəzin başqası üzərində üstünlük təşkil etməsi 
dominantlıq 
adlanır. 
Bədən hərəkətləri və onların icrası beyin yarımkürələri qabığı vasitəsilə 
həyata keçirilir.Beyin qabığındn gələn impulslar bir neçə yolla 
gedir:onurğa beyninin ön tərəfində olan hərəkət neyronlarını və baş 
beynin kötük hissəsinə beyinciyə qabıqaltı nüvələrə aralıq və orta 
beyinə.Orta beyin və baş beynin bir sıra şöbələri hərəkət aktının yerinə 
yetirilməsi üçün əzələlərin gərginliyini və tonusunu lazım olan normaya 
gətirirlər.Beyinciyin əsas rolu ondan ibarətdir ki o hərəkəti əmələ 
gətirən əzələlər üçün lazımı gədər qüvvəni əzələ işini müddətini və 
ardıcıllığını müəyyənləşdirir. 


Beynin qabıqaltı sahəsi və beyin kötuyünün müxtəlif nüvələri 
orqanizimdə bir sıra prosesləri maddələr mübadiləsini qan dövranı 
orqanlarını tənəffüs və başqa orqanları eyni zamanda hərəkətatı üçün 
zəruri olan icraları təmzinləyir. 
Təzə doğulmuş körpələrin sinir hüceyrələrində proseslər çox ləng gedir 
oyanma gec əmələ gəlir və sinir liflərinə gec yayılır.Sinir hüceyrələrinin 
uzunmüddətli və ya güclü qıcıqlanması asanlıqla tormozlanmaya eçə 
bilir.Oyanmaların ötürülmə sürəti liflərin müəyyənləşməsinə uyğun 
olaraq artır və təxminən 2-3 yaşa qədər böyüklərdə olduğu 
tamamlanır.Oyanmaların yaranma sürəti tədricən artır və 10-12 yaşda 
böyüklər üçün xaraterik olan həddə çatır.Məktəbəqədər yaşlı uşaqlarda 
sinir hüceyrələrinin xaraterik cəhəti ondan ibarətdir ki bu hüceyrələr 
uzun müddət oyanma vəziyyətində qalmaq qabiliyyətinə malik 
olurlar.Bununla əlaqədar olaraq uşaqlarda kənar qıcıqlanmalar 
dominantlığı tez pozur və onlar yeni dominant yaradırlar bu isə öz 
növbəsində tormozlanma əmələ gətirir.Məktəbəqədər uşaqlarda 
diqqətin davamsız olması bir fəaliyyətdən digərinə keçməsi yuxarıda 
göstərildiyi kimi sinir hüceyrələrinin yaşla əlaqədar olan funksional 
xüsusiyyətlərilə bağlıdır. 
Südəmər çağalarda oyanmalar çox yüngül şəkildə irrdiasiya edir 
(yayılır).İstənilən reflektor hərəkətlər çoxlu miqdarda bədən əzələlərini 
əhatə edir.Belə ki əlin hərəkəti qıçın da hərəkətinə müşahidə edilir.Belə 
körpələrin çığırtısı bütün bədənin hərəkət etməsinə səbəb olur.Qarşılıqlı 
induksiyanın getdikcə qüvvətlənməsi bununla əlaqədar olaraq 
oyanmanın və tormozlanmanın bir yerə toplanması prosesi səbr və 
məqsədəuyğun fəaliyyət üçün əsas yaradır. Bu proses isə özlüyündə 
məktəbəqədər və eləcədə kiçik məktəb yaşlı uşaqların lazimi 
istiqamətdə tərbiyə edilməsi üçün fizioloji cəhətdən imkan yaradir. 
Şərti reflekslər orqanizmin anadangəlmə reaksiyalarıdır: onlar tarixi 
inkişaf prosesində əmələ gəlib irsiyyətə keçərək nəsildən nəslə 
ötürülür.Şərti reflekslər isə insanın həyatı bo1ymələ gəlir möhkəmlənir 


tormuzlanır eyni zamanda fərdi xarakter daşıyır.Belə ki şərti reflekslər 
növün bir fərdində formalaşa bilər digər fərdində isə olmaya bilər. 
Şərtsiz refleksin yaranmasi üçün xüsusi şəraitin olması o qədər də vacib 
deyil. Bu refleks o zaman fəaliyyətə başlayır ki müəyyən reseptorlara 
adekvat qiciqlandırıcılar təsir göstərsin.Şərti refleksin meydana çıxması 
üçün xüsusi şərait lazımdır yəni müəyyən qıcıqlandırıcılar hər hansı bir 
reseptor sahəiərə müxtəlif qüvvə və zaman daxilində təsir göstərməlidir 
qıcıqlandırmalıdır. 
Şərtsiz reflekslər nisbi sabitdir dayanaqlıdır dəyməzdır və bütün həyatı 
boyu saxlanılır.Şərti reflekslər isə dəyişkəndir və nisbətən labildır. 
Şərti refleksin həyata keçməsı üçün əsasən mərkəzi sinir sisteminin 
qabıqaltı nahiyyəsi iştirak etməlidir.Şərti reflekslər çoxsaylıdır 
orqanizmin həyatı boyu əmələ gəlir onlardan bir çoxu həyat şəraiti 
dəyişən zaman bioloji əhəmiyyətini itir və yeni şərti reflekslər 
formalaşır.Elə bunun nəticəsində heyvan və insanlar dəyişilən şəraitə 
nisbətən yaxşı uyğunlaşır. 
İnsan orqanizmindəki bütün şərtsiz refleksləri İ.P.Pavlov 6 qrupa ayırıb: 
1.Müdafiə refleksi.
Bu refleks asqırma,öskürmə,qusma kimi 
reflekslər olub,əsasən,qıcıq mənbəyindən xilas olmaq,uzaqlaşmaq 
xarakteri daşıyır. 
2.Qidalanma refleksi.
Əmmə,çeynəmə,udma refleksləri olub,həzm
reflektor hərəkətinə səbəb olur. 
3.Bələdolma refleksi.
İ.P.Pavlov bu refleksi ”Bu nədir” refleksi də 
adlandırıb.İnsan orqanizmində xarici mühit amillərinin təsiri nəticəsində 
əmələ gələn davranış formalarını özündə əks etdirən,marağı təzahür 
etdirən reflekslərdir.Lakin qıcıq eyni qüvvə və fasilələrlə təkrar 
olunarsa,onda orqanizmdə o qıcığa qarşı maraq tədricən azalır və yaxud 
başqa şərti refleksin yaranmasında iştirak edir. 


4.Uşaqlıq reflekslər qrupu.
Körpələrdə vlideynlərə qarşı tədricən 
formalaşan mürəkkəb münasibətləri əhatə edən reflekslər toplusudur. 
5.Cinsiyyət refleksi.
Hər iki fərddə yaranan və müəyyən yaş 
dövründə fəaliyyət göstərən reflekslər cəmidir. 
6.Valideynlik refleksi.
Yaşından asılı olmayaraq valideynlərin öz 
uşaqlarına göstərdiyi qayğı ilə əlaqədar olan davranış formalarını əhatə 
edir. 
Şərti reflekslər insanın bütün həyati prosesi zamanı əmələ 
gəlir,tormozlanır,yeni şərti reflekslərlə əvəz olunur.Ona görə də şərti 
reflekslərin insan həyatında əhəmiyyəti çox böyükdür.Şərti reflekslərin 
yaranmasında şərtsiz reflekslər şərtsiz qıcıqlandırıcılar kimi iştirak 
edir,refleksin qövsü ilə baş beynin böyükyarımkürələrində yerləşən ali 
sinir mərkəzindən keçir. 
Şərti reflekslər bir qayda olaraq süni (işıq,zəng,səslər) təbii (qidanın 
görünüşü,qoxusu,ətraf mühit amilləri) qıcıqlandırıcıların təsiri 
nəticəsində yaranır.Bu səbəbdən də şərti reflekslər təbii və süni şərti 
reflekslər qrupuna ayrılır.Bununla yanaşı,qıcığı qəbul edən hiss 
üzvündən asılı olaraq eşitmə,dadbilmə,görmə,dəri hissiyatı,eləcə də 
şərtsiz qıcığın xarakterindən asılı olaraq müdafiə,qidalanma,cinsi və s. 
refleks qruplarına bölünürlər. 
Qıcığı qəbul edən reseptor sahəyə görə isə şərti reflekslər 
eksproseptiv,proposeptiv və interoseptiv qruplara ayrılırlar. 
EDEBİYYAT 
1.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV(UŞAQ 
ANATOMİYASI VƏ FİZİOLOGİYASI) 
2.G.A.HACIYEV(İNSAN ANATOMİYASI) BAKI-2001 


MADDƏLƏR VƏ ENERJİ MÜBADİLƏSİNİN ƏSAS ETAPLARI. 
PLAN 
1.Assimilysiya və dissimilyasiya. 
2.Mübadilə proseslərinin mərhələləri. 
3.Maddələr və enerji mübadiləsinin xüsusiyyətləri və 
fizioloji əhəmiyyəti.
Maddələr mübadiləsi nisbi olaraq assimilyasiya və dissimilasiya 
proseslərinə ayrılır.Assimilyasiya zamanı hüceyrənin orqanoidləri
yeniləşir və orqanizmdə enerji ehtiyatı toplanır.
Assimilyasiya və dissimilasiya prosesləri canlı orqanizimdə gedən vahid 
maddələr və enerji mübadiləsinin müxtəlif cəhətləridir.Bu proseslər biri 
–birini tamamlayər.Üzvi birləşmələrin insan orqanizminin toxuma 
hüceyrələrində gedən parçalanması nəticəsində su,karbon qazı, 
ammonyak kimi qeyri-üzvi maddələr yaranır.Beləliklə, insan 
orqanizimində assimilyasiya sayəsində qeyri-üzvi maddələrdən üzvi 
maddələrin yaranması və dissimilyasiya nəticəsində üzvi mddələrin 
qeyri-üzvi maddələrə çevrilməsi prossesi gedir. 
Uşağın, yeniyetmənin, böyüməsi və inkişafı qidanin tərkib hissələrinin 
yüksək dərəcədə mənimsənilməsini tələb edir.Mübadilə proseslərinə 
bir sıra ardıcıl fazalar- bağırsaqlardan sorulma,hüceyrədaxili 
mənimsəmə,enerji toplanması və sərfinin plastik prosesləri 
daxildir.Uşaqlarda yaşlılardan fərqli olaraq enerjinin bir hissəsi 
böyüməyə və maddələrin ehtiyat halda toplanmasına sərf olunur ki, bu 
da böyüyən orqanizmin əsas xüsusiyyətlərindən birini təşkil edir. 
Maddələr mübadiləsi müxtəlif qida maddələrinin orqanizmə daxil 
olduğu andan mübadilənin son məhsulları şəklində xaric olduğu anadək 
biokimyəvi proseslərin məcmusudur.Maddələr mübadiləsi nəticəsində 


uşaq orqanizmi öz həyati prosesləri üçün enerji alır (enerji mübadiləsi) 
və hüceyrə komponentlərinin qurulması üçün material əldə etmiş olur 
(plastik mübadilə). 
Mübadilə prosesləri bir sıra ardıcıl mərhələlərdən ibarətdir. 
1.Qida maddələrini mədə-bağırsaq traktında rezorbsiyaya hazırlayan 
proseslər.Bağırsaq florası tərəfindən edilən təsirlər də bura daxildir. 
2.Rezorbsiya – bağırsaqların selikli qişasından qida maddələrinin 
sorulma prosesləri. 
3.Ara mübadilə,hüceyrədaxili həzm prosesləri. 
4.Plastik yığılma (toplanma) prosesləri və enerjinin sərf edilməsi. 
Uşaqlarda assimilyasiya prosesi dissimilyasiya proseslərindən
üstündür,onların səmərəli qidalandırılması orqanizmin tələbatına uyğun 
olmalıdır.Uşaq orqanizminin xüsusiyyətlərindən biri də odur ki,enerjinin 
bir hissəsi böyüməyə,digər hissəsi isə ehtiyat maddələrin toplnmasına 
sərf olunur. 
Maddələr mübadiləsinin düzgün davam etməsi üçün uşağın qəbul etdiyi 
qida lazımi qədər kalorili,bütün əsas inqrediyentlər – 
zülallar,yağlar,karbohidratlar,mineral maddələr,vitaminlər,su və s. ilə 
zəngin və onların qidada bir-birinə nisbəti kifayət dərəcədə olmalıdır. 
Orqanizmdə üç əsas qida maddəsi – zülallar,yağlar və karbohidratların 
mübadiləsi sıx əlaqə və qarşılıqlı tənzim şəraitindədir.Uşaq 
orqanizmindən ötrü zülalların xüsusilə böyük əhəmiyyəti var.Zülalların 
son dərəcə qiymətliliyinin səbəbi ondan ibarətdir ki, onlar toxuma və 
orqanların yeni hüceyrələrinin qurulmasından ötrü ən başlıca plastik 
materialdır.Zülallar,xüsusən,bəzi amin turşuları əvəzolunmaz 
maddələrdir,halbuki onların özü yağları və karbohidratları əvəz edə 
bilərlər.Zülalların tərkibinə əvəzolunmayan və əvəz olunan amin 
turşuları daxildir.Böyüyən orqanizmdən ötrü 8 əvəzolunmaz amin 
turşu,xüsusilə,qiymətlidir,çünki onlar orqanizmdə əmələ 


gəlməyib,yalnız qida ilə daxil olurlar.Uşaqlarda zülala olan tələb 
yaşlılardan yüksəkdir,çünki uşaqda böyümə və inkişaf prosesləri daha 
intensiv gedir.Zülallar ümumi gündəlik kolori miqdarının 10-15%-ni 
təşkil etməlidir. 
Həzim sistemində zülalların parçalanması mədədən başlayır və nazik 
bağırsaqlarda davam edır, burada fermentlərin intensivliyi çox yüksədir. 
Zülalların parçalanmasının son məhsulları amin turşularıdır, onlar 
bağırsaq divarlarından bilavasiyytə qana sorulur. Son məhsullardan 
bəziləri (ammonium duzları,sidik cövhəri) müəyyən miqdarda sidiklə 
ifraz olunur.Uşaq orqanizmindən sidiklə kənar edilən mübadilə 
qalıqıqları onda olan azotun miqdarı,normada qida ilə daxil olan 
zülalların azotunun miqdarından nəzərə çarpacaq dərəcədə 
azdır.Uşaqlarda azot balansı miqdarca onların yaş xüsusiyyətələrinə 
dörə, zülala olan tələblərindən,eləcə də qidada olan zülalın 
miqdarından asılıdır. 
Uşağın düzgün böyüməsi və inkiçafı,eləcə də maddələr mübadiləsinin 
düzgün davam etməsi üçün optimal miqdarda zülal lazımdır. 
Zülal çatışmazlığı zamanı böyümə ləngiyir ,müxtəlif fizioloji funksiyaların 
əmələ gəlməsi yavaşıyır, endokrin vəzilərində hormonların sintezi və 
ferment sisteminin fəaliyyəti pozulur,toxumalarda oksidləşmə 
prossesləri azalır,avitaminazlar inkişaf edir,infeksiyaya qarşı müqavimət 
qabiliyyəyi azzlır. 
Lipidlər hüceyrələri ,hüceyrə daxili orqanoidləri qurmaq üçün plastik və 
energetik material kimi istifadə olunur.Lipidlər ehtiyat maddə kimi də 
bütün orqanlarda toplanır və enerjiyə ehtiyac olan hallarda istifadə 
olunur.Uşağın bütün kalori sərfinin 50%-ə qədəri yağın hesabına 
ödənilir. İnsan orqanizmində müəyyən edilmişdir ki, yağlar zülallardan 
və karbohidratlardan əmələ gələ bilər.Uzun müddət qidada yağın 
olmaması yağ mübadiləsinin pozulmasına səbəb olur, böyümə ləngiyir, 


dəridə iltihab prosesləri, həzim prosesinin pozulması , böyrəklərin 
zədələnməsi və s. boş verir. 
Orqanizmin istilik istehsalı və iş ğörməkdən ötrü istifadə olunan 
enerjinin əsas hissəsi qidadakı karbohidratlardan alınır.Orqanizmin 
ümumi kalori ehtiyatının ən azı 40-50%-ni karbohidrdtlar təşkil 
edir.Orqanizmə kifayət qədər karbohidrat daxil olmadıqda, qaraciyərdə 
sintez olunan qlikogenin miqdarı azalır,züllların bəzi son məhsulları- 
amin turşuları isə karbohidratların əmələ gəlməsi üçün ,həm enerji 
mənbəyi ,həm də plastik mübadilə rolunu oynayır, nəticədə amin
turşularından qaraciyərdə asanlıqla qlikogen əmələ gəlir. 
Orqanizmdə zülalların , yağların ,karbohidratların və vitaminlərin qidada 
normal nisbətinin pozulması ,enerji və plastik mübadilənin 
dıyişilməsinə səbəb olur. 
Mineral birləşmələr maddələr mübadiləsinin mühüm 
nizamlayıcılarından biridir. Mineral duzlar bütünlüklə orqanizmdə turşu-
qələvi tarazlığının tənzimində,zülalların fiziki-kimyəvi xassələrinin 
müəyyənləşməsində, fermentlər sistemlərinin stimullaşmasında başlıca 
rol oynayırQidada nisbətən az miqdarda mineral elementlərdən olan 
dəmir birləşmələrinin böyük əhəmiyəti var.Dəmir orqanizmdə 
hemoqlobinin və toxuma fermentlərinin sintezindən ötrü lazımdır. 
Dəmir birləşmələri ilə yanaşı,mis duzları da uşaqların qidasında böyük 
rol oynayır,onlar orqanizmdə qan yaranması proseslərinin normal 
gedişində rol oynayır. 
Vitaminlər orqanizmdə mübadilə proseslərinin tənzimində mühüm yer 
tutur,çünki onların hormonlar və fermentlərlə sıx rabitəsi müəyyən 
edilmişdir.Orqanizmdə vitaminlər müxtəlif törəmələr və spesifik 
zülallarla birləşir, fermentlər əmələ gəlir ki, bunlar da karbohidrtların 
,yağların və ən mühüm amin turşularının bioloji çevrilmələrində iştirak 
edirlər.İnkişafda olan orqanizmin assimilyasiya prossesində vitaminlərin 
iştirakı vacibdir.Müəyyən edilmişdir ki ,vitaminlər ancaq katabolik 


proseslərdə (qida maddələrinin prçalanması proseslərində B1B2 və pp 
vitaminləri və s.) deyil,anabolik (zülalların sintezi proslərində B6 B12 və 
s.)proseslərdə də iştirak edirlər. 
Uşağın düzgün böyüməsi və inkişafı üçün onunorqanizminə kifayət 
miqdarda su daxil olmalıdır.Su mübadiləsi bütün mübadilə növləri ilə sıx 
rabitədə olmaqla ,əsas həlledicidir.Ən böyük su saxlamaq qabiliyyətinə 
karbohidratlar və yağlar malikdir.Qanda su yalnız sərbəst halda deyil 
,eləcə də zülallarla birləşməsi halda olur.Qidada çoxlu miqdarda zülal 
olduqda suya olan tələb də artır.Yağlar hüceyrəyə suyu saxlamaqda 
,mühafizə olmaqda kömək edir. 
Yaşlıların su mübadiləsində,əsasən hüceyrədaxili su iştirak edir,çünki o 
hüceyrələrdən kənar sudan üç dəfə artıqdır.Yeni doğulmuş yşaqlarda 
isə mübadilədə iştirak edən suyun əksər hissəsi hüceyrəxarici sudur.Su 
mübadiləsinin zülal, yağ ,vitamin, mineral maddələr mübadiləsi ilə sıx 
əlaqəsi var. 
Qrqanizmin suya təlabatında, onun toxumalarda yaylmasinda və xaric 
olmasında iqlim şəraitinin,hava temperaturunun və rütubətin, uşağın 
geyiminin, hərəkətinin də rolu var. 
ƏDƏBİYYAT 
1.C.NƏCƏFOV,N.ZEYNİYEV,S.QULİYEV ”Uşaq anatomiyası 
və fiziologiyası” BAKI – 2001 
2.F.HACIYEVA “Yaş fiziologiyası və mətəb gigiyenası”Bakı-
2001 
3.V.B.ŞADLİNSKİ ,A.B.İSAYEV,E.Ə.XIDIROV “Uşaq 
anatomiyası” BAKI- 2005 


ONURĞA BEYNİ BAŞ BEYNİ BAŞ BEYNİN AĞ VƏ BOZ 
MADDƏLƏRİ. 
P L A N
1)Onurğa beynin quruluşu. 
2)Onurğa beynin ağ və boz maddələri. 
3)Baş beynin şöbələri. 
4)Baş beynin ağ və boz maddələri. 
5)Uzunsov beyin və beyinciyin funksiyaları. 
6)Orta və aralıq beynin funksiyaları.
Onurğa beyni onurğa kanalında yerləşir
.
O təxminən 1sm.olan 
uzun ağ qaytan şəklində uzunsov beyindən başlayaraq 
onurğanın bel şöbəsinə qədər davam edir.Uzunluğu orta 
yaşlı adamlarda 40-45 sm.olur.Onurğa beyninin ön və arxa 
tərəfindəki iki boylama dərin şırım onu sağ və sol 
yarımhissəyə bölür.Onurğa beyninin mərkəzi hissəsindən dar 
mərkəzi kanal keçir ki onun da içərisində onurğa beyin 
mayesi olur.Bu kanal baş beyinə qədər davam edir.Onurğa 
beyninin en kəsiyinə nəzər salsaq onun içəri tərəfinin boz 
maddədən kənar tərəflərinin isə ağ maddədən əmələ 
gəldiyini görərik.Boz maddənin yerləşdiyi sahələr bu və ya 
digər orqanların işləməsi üçün qıcıqları qəbul edir.Onurğa 
beyninin boz maddəsi bıdın əzələlərinin ətrafların və eləcə də daxili 
orqanların fəaliyyətinin tənzim olunmasında iştirak edir.Onurğa 
beyninin xarici qatı uzun neyron çıxıntılarından ibarət ağ maddədən 


əmələ gəlmişdir.Sinir lifləri ağ maddənin əsas kütləsini təşkil edir.Onlar 
yuxarı və aşağı gedərək onurğa beyninin müxtəlif seqmentlərini 
birləşdirib sinir yollarını əmələ gətirmişdir.Onlar beyinin müxtəlif 
şöbələrinə məxsus neyronlar arasında rabitə yaradır.Onurğa beyni 
xaricdən sərt hörümçək toruna bənzər və yumşaq qişalarla örtülü 
olur.Onurğa sütünunu təşkil edən cüt qonşu fəqərələr arasından sağ və 
sol tərəfə onurğa beyninə məxsus 31 cüt onurğa beyni siniri çıxır ki 
bunlara da aşağıdakılar aiddir:8 cüt boyun siniri 12 cüt döş siniri 5 cüt 
oma siniri və bir cüt büzdüm siniri.Bu sinirlər qarışıq sinirlərdir onların 
hər biri iki köklə - ön və arxa köklə başlayır.Dal köklər afferent ön köklər 
isə efferent adlanır.Efferent neyronların (mərkəzdən qaçan) cisimləri 
öndə yerləşir.Onlar iki uzun çıxıntıya malikdir:impulslar bu çıxıntıların 
birilə reseptorlara digərilə onurğa beyninə gedir.Ön və arxa köklər 
birləşib sinir əmələ gətirir.Dal köklərin üzərində içərisinə boz maddənin 
yığıldığı şişkinliklər var ki burda mərkəzəqaçan sinirlərin neyronları 
olur.Onurğa beyninin boz maddəsinin en kəsiyi uçan kəpənək 
formasındadır.Onurğa beyni başlıca olaraq reflektoru və ötürücü 
funksiyaları yerinə yetirir. 
Baş beyin kəllə boşluğunda yerləşir.Beynin çəkisi orta yaşlı adamlarda 
1100-2000q-dır.O nun aşağdakı şöbələri var.Uzunsov beyin V arol 
körpusi orta beyin a ra beyin beyincik və yarımkürələr.Onurğa beynində 
olduğu kimi baş beyində ağ və boz maddə ayird edilir.Ağ maddə 
nəqledici yollari əmələ gətirir. Nəqledici yollar sayəsində mərkəzi sinir 
sistemi tam bir vəhdət təşkil edərək fəaliyyət göstərir.Boz maddə ayrı-
ayrı yığınlar –nüvələr şəklində ağ maddənin içərisində yerləşır. Boz 
maddə beyin yarımkürələrın və beyinciyin üzərini örtən qabıq hissəsini 
əmələ gətirir. 
Uzunsov beyində bir sıra reflektor proseslərin mərkəzləri 
yerləşir.Məsələn tənəffus ürək-damar çeynəmə udma qusma asqirma 
öskürmə ağız suyu ifrazı və bir çox başqa mərkəzlər var.Baş beyində 
onurğa beyinə və əksinə impulsların nəqıl olunmasinda uzunsov beyin 


körpü vəzifəsini daşiyır.Uzunsov beyin varol körpusü və orta beyin beyin 
kötüyunü əmələ gətirir.12 cüt beyin sinirləri xaric olur.Bu sinirlər 
beyinlə duyğu orqanları əzələlər və bir çox daxili sekresiya vəziləri
arasinda əlaqə yaradır.Uzunsov beyindən xaric olan bir cüt azan sinir bir 
çox daxili orqanları (ürək ağ ciyərlərı mədə bağırsaqları və s.) fəaliyyətini 
tənzimləyir. 
Ara beyin beynin daha artıq inkişaf etmiş hissəsidir.Ara beyin bütün 
hissi impulslar (görmə eşitmə dəri dadbilmə və s.reseptorlarından) 
yalniz qoxu hissiyatından başqa görmə qabarlarından keçib beyin 
yarımkürələri qabığına çatır.Odur ki görmə qabarlari zədələndikdə 
bədənin hissiyatı azalır və ya tamamilə itir. Ara beyində yerləşən digər 
nüvələr bir çox hərəki reaksiyaların (yerimə qaçma suda üzmə və s.)baş 
verməsində iştirak edir. 
Beyincik arxa beynin kütləsinin ən böyük hisəsidir.Onun vəzifəsi bütün 
mürəkkəb hərəkətləri nimamlamaqdan ibarətdir.Bu vəzifəni yerinə 
yetirməküçün beyincik qalxan və enən yollarla mərkəzi sinir sisteminin 
bir çox şöbələri ilə əlaqədardır.Beyinciyin zədələnməsi hərəkətlərin 
düzgünlük və dəqiqliyinin pozulmasına səbəb olur. 
Orta və ara beynin funksiyalarından bəzilərini nəzərdən keçirək. Orta 
beynin daim sklet əzələlərinə gündərdiyi oyanmalar əzələlərin 
gərginliyini –tonusunu təmin edir. Əzələlərin tonusu ancaq ölümdən 
sonra yaxud əzələlərə gələn sinirlər zədələndikdə itir.Ara beyin daxili 
üzvlərin müxtəlif sistemlərində gedən fızıoloji proseslərin tənzim 
edilməsində və uzlaşdırılmasında mühüm rol oynayır.Mürəkkəb hərəki 
reflekslər qövsünün çox hissəsi məsələn yerimək qaçmaq üzmək 
refleksləri ara beyindən keçir. 
EDEBİYYAT. C.Ə.NƏCƏFOV N.R.ZEYNİYEV S.M.QULİYEV 
UŞAQ ANATOMİYASI VƏ FİZİOLOGİYASI // A.M.TSUZMER 
O.L.PETRİŞİNA / İNSAN ANATOMİYASI//Ə.H.ƏLİYEV F.İ.CƏFƏROV 
Ə.N.FƏRƏCOV/UŞAQ ANATOMİYASI



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin