Ali SİNİr fəALİYYƏTİ VƏ onun tiPLƏRİ


Xarici sekresiya vəziləri



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix15.11.2022
ölçüsü1,58 Mb.
#69207
1   2   3   4   5   6   7   8   9   10   11
Uşaq anatomiyası,fiziologiyası və gigiyenası (Mühazirələr)

Xarici sekresiya vəziləri. Bunlar hazırladığı hormonları xüsusi 
axacaqları 
vasitəsilə 
ya 
bədəndəki 
orqanların 
boşluqlarına 
(məsələn,oniki barmaq bağırsaq boşluğuna), ya dəri səthinə (tər 
vəziləri), ya da ümumən xaricə (cinsi vəzilər ) buraxırlar. 
Daxili sekresiya vəziləri. Xüsusi axacaqları olmayan və hazırladığı 
hormonlarını birbaşa qana ifraz edən vəzilərdir. Hipofiz, epifiz, 
qalxanabənzər, çəngələbənzər, böyrəküstü vəziləri bu vəzilərə aiddir. 
Qarışıq vəzilər.Bu vəzilərin hormonları həm qana (bir 
qrupu),həm də axacaqla xaricə çıxarıldığından belə adlanır.Məsələn, 
mədəaltı,cinsiyyət vəziləri buna aiddir. 
Hormonların bir qismi çox tez,yəni hüceyrəarası mayeyə düşən 
kimi parçalanaraq yaxınlığdakı hüceyrələrin fəaliyyətinə təsir 
göstərir.Daha davamlı olanaları isə hüceyrənin daxilinə keçərək uzun 
müddət təsir göstərə bilirlər.Hormonlar təsir mexanizminə görə də 
fərqlənirlər.Belə ki, eyni bir vəzidə hazırlanan hormonlardan biri 
konkret bir orqanın fəaliyyətinə müsbət təsir göstərir. 


Vəzilər və onlrın hormonları haqqında daxili sekresiya vəziləri 
bölməsində geniş şərh veriləcək. 
Orqanizm tam bir vəhdət olduğundan onun daxili və sekresiya 
vıziləri də qarşılıqlı əlaqədə və təsirdə olurlar. 
Qeyd 
etdiyimiz 
kimi 
orqanizmin 
fəaliyyətinin 
tənzim 
olunmasında sinir sisteminin müstəsna rolu var.Mərkəzi sinir sistemin 
baş və onurğa beyni xüsusi sinirlər vasitəsi ilə orqanizmdəki bütün 
orqanları innvervasiya etməklə onların fəaliyyətini nizamlayır,tənzim 
edirlər.Orqanları 
təşkil 
edən 
hüceyrələr 
sinir 
hüceyrələrinin 
membranları ilə əlaqəli olur ki,onun vasitəsilə də elektrik siqnalları sinir 
implusları şəklində ötürülür.Baş beyin xarici mühitdə baş verən 
dəyişilmələri qəbul edir,uyğun siqnalları orqanlara ötürür və orqanlarda 
baş verən dəyişilmələridə qəbul edir.Belə iki tərəfli əlaqə nəticəsində 
orqanizmin işi fəaliyyəti tənzim olunur. 
Daxili sekresiya vəzilərində hazırlanan bioloji fəal maddələr və 
sinir sistemi hər şeydən əvvəl orqanizmin daxili mühitinin sabitliyini 
tənzim etməklə onun bütün funksiyalarını tənzimləyir bu isə başqa 
sözlə,özünü tənzimləmədir.Özünü tənzimləmə o deməkdir ki, orqanizm 
üçün vacib olan hər hansı bir maddə çatışmırsa (məsələn, şəkər), onda 
humoral, həm də sinir tənzimləmə mexanizmi fəaliyyətə başlayır və bu 
çatışmamazlığı aradan qaldırır.Belə misalı ürək döyünməsinin azalması 
və qan təzyiqinin aşağı düşməsinə,hüceyrədə zülalların sintezinə 
(həddindən çox sintezinə) və və s. ayırd etmək olar.Yuxarıda qeyd 
olunanlardan aydın olunur ki,sinir və humoral tənzimləmə orqanlar 
sisteminin qarşılıqlı əlaqəsini təmin edir və orqanizmin tam bir vəhdət 
halında fəaliyyət göstərməsinə şərait yaradır. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin