Uşaq anatomiyası,fiziologiyası və gigiyenası (Mühazirələr)
SİNİR SİSTEMİ QURULUŞU İNKİSAFI VƏ ƏHƏMİYYƏTİ. 1Sinir sisteminin quruluşu. 2Embrional inkişaf dövrü. 3Çağa dövnundə sinir sisteminin quruluşu. 4Uşaq orqanizmində sinir sisteminin əhəmiyəti.
Sinir sistemi sinir toxumasından əmələ gəlmişdir.Bu toxuma sinir hüceyrələrndən və onu əhatə edən neyroqliya aparatından kiçik peyk hüceyrələrindən ibarətdir.Sinir hüceyrəsi öz cismi və çıxıntıları ilə birlikdə neyron adlanır.Neyronların ətrafındakı peyk-hücerələr qidalanma dayaq və qoruyucu funksiyaları yerinə yetirir.Peyk-hüceyrələri neyronlardan təxminən 10 dəfə çoxdur.Neyronların quruluşu və ölçüləri kəskin fərqlənir.Onların bəzilərinin diametri müxtəlif quruluşa malik çıxıntıları ayırd edilir.Hər bir neyronun şaxələnməyən uzun tək çıxıntısı və nisbətən qısa olan şaxələnən bir çox çıxıntıları olur.Qısa çıxıntılar dendrite adlanır.Dendritlərin əsas vəzifəsi sinir inpluslarını qəbul edib sinir hüceyrəsinin cisminə ötürməkdən ibarətdir.Uzun çıxıntı isə akson və ya neyrit adlanır.Hər bir sinir hüceyrəsinin yalnız bir aksonu olur ki onların bəzilərinin uzunluğu 1 metrə çata bilir.Aksonun vəzifəsi inplusları mərkəzdən mühütə doğru-ən ucqar üzvlərə əzələ vəzlərə bir mərkəzdən digər mərkəzə daşımaqdan ibarətdir.Uzun çıxıntıların üzərini yağa oxşar ağ rəngli myelin qişası örtür.Funksiyalarına görə hissi hərəki və ara neyronlar ayırd edilir.Hissi neyronlar duyğu orqanlarından gələn inplusları onurğa beyni və baş beynə nəql edirlər.Hissi neyronların cisimləri mərkəzi sinir sistemindən kənarda onurğa beyin düyünlərində yerləşir.Neyronların digər qismi hərəki neyronlar olub