ƏDƏBİYYAT
1.H.HACIYEV,K.QURBANOV ”Uşaq anatomiyası və fiziologiyası”
2.C.NƏCƏFOV,N.ZEYNİYEV ”Uşaq anatomiyası və fiziologiyası”
3.Ə.H.ƏLİYEV,F.Ə.ƏLİYEV “İnsan və heyvan fiziolofiyasından
praktikum” Bakı-2008
PERIFERIK VƏ VEGETATİV SİNİR SİSTEMİ.
PLAN.
1)Periferik sinir sistemi.
2)Vegetativ sinir sisteminin quruluşu əsas anatomik
xususiyyətləri.
3)Vegetativ sinir sisteminin simpatik şöbəsi.
4)Vegetativ sinir sisteminin prasimpatik şöbəsi.
Periferik sinir sistemi mərkəzi sinir sistemindən kənara
çıxan sinirlərdən və sinir düyünlərindən təşkil
olunmuşdur.Mərkəzi sinir sisteminə baş beyin və onurğa
beyni periferik sinir sisteminə isə baş beyindən və onurğa
beynindən xaric olan sinirlər aid edilir.Periferik sinir
sistemi də iki şöbəyə bölünür: Somatik və vegitativ sinir
sistemi. Sklet əzələlərinin fəaliyyətini tənzim edən sinir
sistemi şöbəsinə somatik sinir sistemi deyilir.İnsan
somatik sinir sistemi vasitəsilə qıcıqları qəbul edir öz
hərəkətlərini idarə edir bunlar özü işə salir və ya
dayandirir. Bu sistemin fəaliyyəti iradidir.Daxili orqanlarin
(ürək mədə vəzilər və s.) qan damarların fəaliyyətini
tənzim edən bütün toxmaların qidalanma funksiyasını
təmin edən sinir sistemi şöbəsinə vegetativ və ya
avtonom sinir sistemi deyilir.Vegetativ sinir sisteminin
fəaliyyəti insanın iradəsinə tabe olmur yəni qeyri –
iradidir.Məsələn adam özü istədiyi vaxt ürəyinin
fəaliyyətinin həzm prosesini və tər ifrazını dayandıra
bilməz.Vegetativ sinir sistemi də iki şöbəyə-simpatik və
parasimpatik şöbələrə bölünür.Daxili orqanlarin çoxu bu
iki şöbənin sinirləri ilə təchiz olunur.Bu sinirlər orqanları
bir –birinin əksinə təsir edir.Məsələn simpatik sinir ürəyin
fəaliyyətini qüvvətləndirir və sürətləndirir parasimpatik
sinir isə-ləngidir vəzəiflədir. Vegetativ sinirlər bizə məlum
olan sinirlərdən fərqlənir.Skelet əzələlərinin yiğılmasina
səbəb olan oyanmalar mərkəzi sinir sisteminin boz
madəssinə olan mərkəzdənqaçan neyronların uzun
çıxıntıları ilə nəql olunur.Belə çıxıntılar onurğa beyni
sinirlərinə qovuşur.Vegetativ sinirlərlə məkəzi sinir
sistemindən üzvlərə nəql olunan oyanmalar ardıcıl olaraq
iki neyrondan keçir.Birinci neyronun cisimləri mərkəzi
sinir sistemində olur.Oyanma bir-birinin ardınca
birincidən ikinciyə sinir düyünlərinə keçir.Bu düyünlərdə
ikinci neyronun cisimləri yerəşir.Məlum olduğu kimi
vegetativ sinir sistemi iki hissədən simmetrik və
parasimmetrik hissədən ibarətdir.Simmetrik sinir onurğa
beynin döş və belin yuxarı hissəsindən
çıxır.Parasimmetrik sinir isə baş beynin bir sıra
hissələrindən (əsasən uzunsov beyindən) onurğa beyni
aşağı şöbəsindən (oma çıxır).Bir sözlə simmetrik və
parasimmetrik sinirlər bir vəhtəd halından vegetativ sinir
sistemini əmələ gətirir.
Sinir sisteminin hər hansı bir nahiyəsində kifayət qədər
güclü bir oyanma baş verən kimi adətən saysız-hesabsız
reflekslər əmələ gəlir bunların hamısı bir yerdə isə bütün
orqanizmin reaksiyasını əmələ gətirir.Həmin reflekslərdə
həm mərkəzi həm də periferik sinir sistemi o cümlədən
vegetativ sinirlər birlikdə iştirak edir.Vegetativ sinir
sisteminin simpatik hissəsinin oyanması ilə əlaqədar
olaraq bir sıra reaksiyalar baş vermişdir:ürək yığılmaları
sürətlənmiş və qüvvətlənmiş tənəffüs tezləşmişvə
dərinləşmişdir.Balığın sümüyü adamın damağına
batdıqda üzün mimiki əzələləri reflektor olaraq yığılır və
həmin adamın üzündə əzab ifadəsi olur.Bu adam dili ilə
yaxud əlləri ilə sümüyü çıxarmağa çalışacaqdır.Həmin
əzələ reaksiyaları ilə bir vaxtda başqa üzvlərin fəaliyyəti
də dəyişəcəkdir:ürəkdöyünmə artacaq dərinin damarları
daralacaq və bunun nəticəsində dəri avazıyacağ ağız suyu
və mədə şirəsi ifrazı kəsiləcəkdir.
Yuxarıdakı misallar göstərir ki bütün sinir sistemi tam bir
vahid kimi işləyir.Bunun sayəsində orqanizm ona
göstərilən bütün təsirlərə uyğunlaşır.
ƏDƏBİYYAT // C.Ə.NƏCƏFOV N.R.ZEYNİYEV
S.M.QULİYEV/UŞAQ ANATOMİYASI VƏ
FİZİOLOGİYASI.G.A.HACIYEV/İNSAN ANATOMİYASI
BAKI-2001
QAN DÖVRANI,QANIN HƏRƏKƏTİ VƏ TƏZYİQİ.
1.Qan dövranının əhəmiyyəti.
2.Qan dövranı orqanları.
3.Qan təzyiqi.
4.Qanın hərəkət sürəti və dövr etməsi.
5.Qanın venalarda hərəkəti.
6.Qanın orqanizmdə paylanması və sinir humoral tənzimi.
Ürək qan damar sisteminin vəzifəsi hüceyrə və toxumaların həyat
fəaliyyəti üçün lazım olan qanı bədənin bütün nahiyyələrinə
daşınmasından ibarətdir.
Qan öz hərəkəti zamanı toxumalara oksigen və qida
maddələri,toxumalardan isə karbon qazı maddələr mübadiləsinin son
məhsullarını ağciyərlərə və böyrələrə daşıyır.Qanın hərəkəti dayanan
kimi insan ölür.
Qan orqanizmdə öz hərəkətini mürəkkəb yolla-böyük və kiçik qan
dövranı ilə başa çatdırır.Böyük qan dövranında ürəkdən qovulan qan
bədəninn ən ucqar hissələrinə paylandıqdn sonra ürəyə qayıdır.
Böyük qan dövranı ürəyin mədəciyindən ən iri arteriya olan aorta
vasitəsilə başlayır.Aorta ürəkdən çıxdiğı yerdə qövs əmələ gətirir.Aorta
öz gedişində şaxələr verir ki,bunlardan bir cütü ürək əzələsini qanla
təchiz edir. Bunlara ürəyin tac damarları deyilir.Digər şaxələr isə qanı
boyuna, başa yuxu arteriyaları vasitəsilə və yuxarı ətraflara aparır.Döş
və qarın boşluğunda aortadan ayrılan şaxələr gövdəni, döş və qarın
boşluğundakı orqanlara və nəhayət aşağı ətrafları qanla təchiz edir. Hər
bir üzüvdə arteriyalar tədricən daha kiçik şaxələrə bölünərək,sıx
kapilyar şəbəkəsini əmələ gətirir.Bu kapilyarlardan qan keçərkən
özundəki oksigeni və qida maddələrini veriv,özu isə toxumalardan
karbon qazı və mübadilənin son məhsullarını alır.Kapilyarlar birləşib
əvvəlcə kiçik,sonra getdikcə iri venalar əmələ gətirir.Bunlardan qan iki
böyük venaya toplanır.Yuxarı boş vena başdan,boyundan,yuxarı
ətraflardan,aşağı boş vena isə bədənin digər hissələrindən,aşağı
ətraflardan və gövdədən qanı ürəyə daşıyır.Hər iki boş vena ürəyin sağ
qulaqcığına açılır.Sağ qulaqcığdan venoz qan sağ mədəciyə tökülür.
Beləliklə,qanın sol mədəcikdən çıxıb bədənin bütün
arteriyaları,kapilyarları və venları ilə sağ qulaqcığa qədər keçdiyi yola
böyük qan dövranı deyilir.
Kiçik qan dövranında isə sağ mədəcikdən çıxan qan ağciyərlərə çatır və
burada qazlar mübadiləsi getdikdən sonra ürəyə qayıdır.
Kiçik qan dövranı ürəyin sağ mədəciyindən ağciyər arteriyası vasitəsilə
başlayaraq,iki şaxə ilə ağciyərlərə gedir bu şaxələr ağciyərlərdə daha
kiçik şaxələrə-arteriolalara,bunlarda saysız hesabsız ağciyər
qovucuqlarını sıx bürüyən kapilyarlara bölünür.Beləliklə,ağciyər
kapilyarlarında venoz qan arterial qan çevrilir.Qan oksigenlə doyduğu
zaman buradakı karbon qazı diffuziya yolu lə ağciyər alveollarına
keçir.Sonra qan venoz kapilyarlara bunlarda bir-biri ilə birləşərək iki cüt
ağciyər venalarını əmələ gətirir.Ağciyər venaları ürəyin sol qulaqcığına
çıxır.Qan sol qulqcığdan sol mədəciyə keçir.
Qan dövranı sisteminə ürək, arteriyalar ,venalar və kapilyar qan
damarları, həmçinin onu mərkəzi sinir sistemi ilə birləşdirən sinir
aparatı aiddir.
Qan damarları bədənimizin bütün nahiyələrindən keçir.Onların
quruluşu müxtəlifdir.Urəkdən başlayaraq qanı bədənin ayrı-ayrı
hissələrinə daşıyan damarlara arteriyalar deyilir.Arteriyaların divarları
qalın və elastıkdı.
Arteriyalar kiçik şaxələrə- arterolalara, bunlar da nəhayət çox nazik –tük
damarlara –kapilyarlara bölünürlər. Bunlar toxumalarda elə bir sıx tor
əmələ gətirir ki bədənin hər hansı bir yerinə nazik iynə
batırılarsa,mütləq onların bəziləri deşiləcək və oradan qan
çıxacaqdır.Kapilyarlar ınsan tükündən təxminən on beş dəfə
nazikdır.Bunların divarları bir qat yastı epiteli hüceyrələrində əmələ
gəlmişdir.Qanın tərkibindəki müxtəlif maddələr kapilyarların
divarlarından toxumalara,buradan isə hüceyrələrə keçir.Qanla
toxumalar arasındakı mübadilə bütün kapilyarlar boyu gedir.
Periferiyadan qanı ürəyə daşıyan damarlara venalar deyilir.Venalarda
qanın təzyiqi arteriyalara nisbətən az olur.Buna səbəb vena
damarlarının divarlarının arteriyalara nisbətən nazik elastikliyinin az
olmasıdır.
Bədənin normal həyat fəaliyyəti üçün qan damarlarında müəyyən
dərəcədə təzyiq olmalıdır.Təzyiqi yaradan mədəciklərin yiğilma
qüvvəsidir.Qan damar sisteminin müxtəlif nahiyyələrində qanın təzyiqi
eyni deyildir.Arteriya ürəyə yaxın olduqca onda qanın təzyiqi yüksək
olur.Aortada qan təzyiqi daha yüksək olur.Damarlarla qan hərəkət
etdikcə təzyiq tədricən azalır,kapilyarlarda isə xeyli azalır,yuxarı və aşağı
boş venalarda təzyiq mənfi olur.Qan damar sisteminin müxtəlif
nahiyyələrində qan təzyiqi müxtəlif olduğu üçün o damarlarla arası
kəsilmədən axır çünki o daim təzyiqi yüsə olan yerdən təzyiqi aşağı olan
yerə doğru hərəkət edir.
Adatən bazu arteriyasında qanın təzyiqi civəli manometr və ya
tonometrlə ölçülür.Orta yaşlı sağlam adamlarda sakitlik dövründə
maksimal təzyiq 110-120 mm,minimal təzyiq isə 70-80mm civə
sütununa bərabər olur.Qan təzyiqi normadan xeyli kenara çıxması
xəstəlik əlamətidir.Qan təzyiqi artarsa hipertoniya,azalarsa hipotoniya
adlanır.
Qan damarlarının ayrı-ayrı nahiyyələrində qan müxtəlif sürətlə hərəkət
edir.Onun sürəti damar yatağının ümumi enindən asılıdır.Hər hansı
maye kimi qan da damarın dar yerindən daha sürətlə axır.Damarın
ümümi mənfəzi genişləndikcə qan hərəkəti sürətidə yavaşıyır.Aortada
qanın hərəkət sürəti saniyədə təxminən 0,4-0,5 m-ə bərabər
olur.Arteriyalarda qanın sürəti azalaraq saniyədə 0,25 m-ə
çatır.Kapilyarlarda ümumi yatağın xeyli geniş olmasına görə bu sürət
aşağı düşərək saniyədə 0,5 mm-ə bərabər olur.Kapilyarlarda qan yaxşı
axdığı üçün özündəki oksigen və qida maddələrini hüceyrələrə verir
onlardan isə mübadilənin son məhsullarını alır.
Venaların ümümi mənfəzi kapilyarlara nisbətən dar olduğundan qanın
hərəkəti yenidən sürətlənir və saniyədə 0,2mm-ə çatıır.
Beləliklə,qanın hərəkəti sürəti qan hissəciyinin vahid zaman ərzində
keçdiyi damarın en kəsiyi və uzunluğundan asılıdır.
Qanın dövr etmə müddəti onun böyü və kiçik qan dövranlarından keçib
başa çatması vaxtı nəzərdə tutulur.
İnsanlarda qanın dövr etmə müddəti,orta hesabla ürəyin 27
sistolasına,ürək dəyqədə 70-80 dəfə döyünərsə 20-23 saniyəyə bərabər
olur.Bu müddətin 4-5 saniyəsi qanın kiçik qan dövranından,19-20
saniyəsi isə böyük qan dövranından keçməsinə sərf olunur.ğ
Qanın venalarda hərəkəti ümumi qan dövranı üçün vacib şərtlərdən
biridir.Qanın venalarda hərəkətinə başlanğıc olaraq bunların
ətrafındakıları skelt əzələlərinin yığılması kömək edir.Bu əzələlər növbə
ilə yığılıb boşaldıqda gah venalar sıxılır və onların mənfəzi daralır,gahda
onların genişlənməsi baş verir.Bunun sayəsində qan venalarla ancaq
ürəyə doğru axır.Qanın geriyə axmasına venaların içəri tərəfində
yerləşən və ürək istiqamətində açılan civə bənzər aypara qapağlar mane
olur.Döş boşluğundakı mənfi təzyiq nəticəsində yaranan ürəyin sorucu
qabiliyyətidə qanın ürəyə doğru axmasını asanlaşdırır.Vahid zaman
ərzində hər iki boş vena ilə ürəyə gələn qann miqdarı onun aortaya
olduğu qana bərabər olur.
Tez-tez işlənən üzv çoxlu miqdarda oksigen və qida maddələri sərf
edir.Bu zaman ondan sakit halda olduğu vaxtdan qat-qat çox qan gəlib
keçir.Beləliklə,orqanizmdə daima qanı paylanması prosesi gedir:bəzi
orqanlarda çox,bəzilərində isə az keçir.Bu isə həmin orqana oksigen və
qida maddələrinə tələbatından asılıdır.Qan orqanizmdə müxtəlif
nisbətdə paylandığına görə bədəndəki orqanlardan birinin gərgin
işləməsi ürək fəaliyyətinin tezliyinə və qüvvəsinə heç bir təsir göstərmir.
Orqanlara gələn qanın artıb azalmasında sinir və humoral təsirlər böyük
rol oynayır.Bu təsirlər damar mənfəzinin ya genəlməsinə ya da
daralmasına səbəb ola bilər.Təsir qüvvəsinə görə damarların iki cür
sinirləri var:damarları daraldan və damarları genəldən sinirlər.
Arteriyaların mənfəzinin reflektoru dəyişilməsi bir tərəfdən damarın
özündə,digər tərəfdən isə bədən səthində yerləşən resseptorların
qıcıqlnması nəticəsində meydna çıxır.
Damarların mənfəzinin dəyişməsi sinir reflektoru təsirlərindən başqa
orqanizmin özündə əmələ gələn və xaricdən daxil olan bir çox kimyəvi
maddələr humoral yolla təsir göstərir.Bu maddələrin bəziləri damar
mənfəzini genəldir,digərləri isə daraldır.Damar daraldıcı maddələrdən
böyrəküstü vəzidən ifraz olunan adrenalinin,damar genəldici maddələrə
mədə bağırsaq divarlarındakı əzələlərdə əmələ gələn histamini misal
göstərmək olar.
ƏDƏBİYYAT
1.Ə.H.ƏLİYEV,F.İ.CƏFƏROV,Ə.N.FƏRƏCOV”İnsan
anatomiyası”Bakı-2002
2.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV”Uşaq
anatomiyası və fiziologiyası”Bakı-2001
QİDALANMA.QİDA NORMALARI.QİDA VƏ GÜN REJİMİ.
PLAN
1.Orqanizmdə enerjinin çevrilməsi.
2.Müxtəlif işlərdə işləyən adamların sərf etdiyi enerji.
3.Qida normalarının təyin edilməsi.
4.Düzgün qidalanma sağlamlığın rəhnidir.
5.Məktəblinin qidalanma rejimi.
Orqanizmin həyat fəaliyyətinin müxtəlif prosesləri üçün (maddələrin
əmələ gəlməsi,əzələ işi,bədən temperaturunu sabit saxlamaq) sutkada
10500 kc-a qədər (2500 kkal) enerji lazımdır.Orqanizm üçün enerji
mənbəyi qida ilə aldığımız üzvi maddələrin (zülallar,yağlar və
karbohidratlar)molekullarının kimyəvi rabitələrində gizli halda olan
enerjidir.
Orqanizmdə daim enerji çevrilməsinin mürəkkəb prosesləri gedir.Bəzi
çevrilmələrdə orqanizmdə enerji yığılır,başqa çevrilmələr nəticəsində
orqanizm enerjini itirir.Məsələn,hüceyrələrdə qlükoza və başqa üzvi
birləşmələr oksidləşdikdə və parçalandıqda kimyəvi enerji ayrılır,o
elektrik enerjisinə və mexaniki enerjiyə çevrilir.Belə ki,sinir impulsunun
elektrik enerjisi məlumatlarının sinir lifləri ilə örtülməsini,mexaniki
enerji isə skelet və ürək əzələlərinin,diafraqmanın yığılmasını təmin
edir.Bütün bu enerji növləri axırda istilik enerjisinə çevrilir.Enerjinin bir
hissəsi bədən temperaturunun sabit saxlanmasına sərf olunur,artıq
qalan hissəsinin isə orqanizm xarici mühitə verir.
Beləliklə,insan orqanizmi enerjinin saxlanması qanununa tabedir:enerji
yaranmır və itmir,o ancaq bir şəkildən başqa şəkilə düşür.
Orqanizmin sərf etdiyi enerjini insanın yediyi qida ödəyir.Bu və ya başqa
peşə adamlarını bir sutkada sərf etdiyi enerjini bilib onlar üçün
qidalanma normaları təyin etmək olar.
Müəyyən edilmişdir ki,insan fiziki əməklə nə qədər çox məşğul olsa,bir o
qədər çox enerji sərf edir.
Lakin hər bir şagird bilir ki, iki saat riyaziyyatdan yoxlama işi yazdıqdan
sonra həmin müddətdə məktəbin emalatxanasında işlədiyindən çox
yorulur.Beləliklə,təkcə işin görülməsinə sərf edilən enerjinin miqdarına
görə işin ağırlığı,yoruculuğu barədə fikir söyləmək olmaz.Buna görə də
müxtəlif peşə adamlarının bir sutkada sərf etdiyi enerjinin miqdarını və
buna müvafiq qidalanma normalarını təyin etmə lazımdır.
İnsanın öz sağlamlığını və əmək qabiliyyətini qoruması üçün onun
gündəlik yediyi qida sutka ərzində sərf etdiyi enerjini ödəməlidir.Həmin
məqsədlə də müxtəlif peşə adamları üçün qida normaları tərtib
edirlər.Bu normaları təyin etmək üçün birinci növbədə bilmək lazımdır
ki,qidalı maddələrdə nə qədər enerji ehtiyatı var,enerqetik qiymət nə
qədərdir.Bunu bilmək üçün üzvi birləşmələri xüsusi kalorimetrlərdə
yandırmışlar.1q zülal,yaxud karbohidrat yandıqda 17,2kC,1q yağ
yandıqda isə təqribən 39,1kC istilik çıxır.Orqanizmdə həmin birləşmələr
parçalandıqda və orksidləşdikdə də bu maddələr yandıqda olduğu
qədər enerji hasil olur.
Lakin insanın qidalanma normalarını təyin etmək üçün onun bir sutkada
nə qədər enerji sərf etdiyini bilmək azdır.Çünki bu rəqəm onun ancaq 1
sutkada qida ilə nə qədər kilocoul almalı olduğunu göstərir.Qida payını
tərtib etdikdə isə nəzərə alırlar ki,orqanizmə bütün üç qrupdan olan
qidalı maddələr lazımdır.Xüsusilə qidada kifayət qədər zülal olmasının
böyük əhəmiyyəti vardır,çünki hüceyrə maddəsi məhz zülallardan
qurulur.Yağlarda enerji ehtiyatı daha çoxdur və bunlar hüceyrə
maddəsinin qurulması üçün lazımdır,buna görə də qidada onların
olması da çox vacibdir.Karbohidratlar orqanizmin əsas enerji
materialıdır.Buna görə də insanların qidasında kifayət qədər
karbohidrat olmalıdır.
Bizim dövrümüzdə o qədər müxtəlif peşələr vardır ki,bunların hər biri
üçün ayrıca qidalanma norması təyin etmək çətindir.Buna görə də
bütün peşələri dörd qrupa bölmüşlər.Sutkada təxminən eyni miqdarda
enerji sərf olunması tələb olunan peşələri bir qrupa daxil
etmişlər.Həmin peşələrdə işləyən adamlarda lazım olan
zülalların,yağların və karbohidratların miqdarı göstərilmişdir.
Qeyd etmək lazımdır ki,həmin cədvəldə müxtəlif peşə adamlarına lazım
olan heyvan mənşəli zülallar və yağların miqdarı xüsusi olaraq
göstərilir.Nə üçün adamlar ancaq bitki mənşəli qida ilə dolana bilmir?Nə
üçün onlara mütləq heyvan mənşəli zülallar və yağlar da lazımdır?
Bitkilərin tərkibindəki zülallarda insana lazım olan bütün amin turşuları
olmur,deməli,bunlar bizim orqanizmimizə xas olan zülalları əmələ gətirə
bilmir.Heyvan mənşəli yeyinti məhsullarındakı yağların tərkibi
günəbaxan yağına nisbətən,bizim bədənimizdəki yağlara daha
yaxındır.Buna görə də hər bir adamın qida payında mütləq heyvan
mənşəli qida olmalıdır.
Dini pəhrizlər gözləmək,oruc tutmaq insanlara çox ziyan vurur.Pəhriz
saxlayan,yaxud oruc tutan adamlar bu müddətdə ət və heyvani yağlar
yemirlər.Nəticədə dissimilyasiya zamanı orqanizmin itirdiyi zülallar və
yağların yeri tamam dolmur.Bu da orqanizmin zəifləməsinə,müxtəlif
xəstəliklərin baş verməsinə və inkişf etməsinə səbəb olur.
Cavan orqanizm böyüyür,onun hüceyrələri çoxalır.Bunların qurulması
üçün qidalı maddələr lazımdır.Qidada kifayət qədər zülal olması xüsusilə
vacibdir.Dissimilyasiya zamanı sutkada təqribən 10100-10500kC enerji
sərf edən 8-ci sinif şagirdi qida ilə 12200-12500kC almalıdır.
Bəşəriyyət kosmik uçuşlar dövrünə qədəm qoyduğu indiki zamanda
elmin qarşısında kosmanavtların qidası ilə əlaqədar olan mühüm
problemlər durur:axı onlar planetlərarası uzunmüddətli səyahətlərə
çıxacaqlar.Bununla əlaqədar olaraq alimlər ulduzlara uçacaq adamlar
üçün qida normaları işləyib hazırlayırlar,həmin adamlar yerdəki
şəraitdən kəskin sürətdə fərqlənən şəraitdə aylarla və illərlə işləməli
olacaqlar.
Heç bir yeyinti məhsulu orqanizmin bütün qidalı maddələrə olan tam
tələbatını ödəyə bilməz.Məsələn,ətdə bütün lazımı amin turşuları
var,lakin mineral maddələr və vitaminlər azdır.Çörəkdə karbohidratlar
çoxdur,lakin orqanizmə lazım olan başqa maddələr yoxdur.Buna görə
də insanın qidasında vitaminlər və mineral duzlarla zəngin zülal
məhsulları,heyvan və biti yağları,tərəvəz olmalıdır.Bitki qidasında
mədənin və bağırsaq divarının yığılmasına kömək edən sellüloza çoxdur.
Düzgün qidalanmamaq bir çox xəstəliklərin səbəbidir.Bədən çəkisi
həddindən çox olan adamlar çox vaxt piylənmədən əziyyət çəkirlər.
Piylənmə -- adi köklük olmayıb xəstəlikdir,bu vaxt maddələr
mübadiləsi,urəyin,damarların,hərəkət orqanlarının işi pozulur.Piylənmə
adamın əmək qabiliyyətini azaldır. Statistik məlumatlar göstərir
ki,piylənmə xəstəliyinə tutulmuş adamlar arasında 40 yaşından 50
yaşına qədər ölənlərin sayı,bədən çəkisi normal olan adamlardan 2 dəfə
çoxdur.Piylənmənin başlıca səbəbi həddindən çox yemək və əzələlərin
fəaliyyətinin azalmasıdır.Bunun nəticəsində orqanizmə daxil olan enerji
ilə sərf olunan enerji arasında tarazlıq pozulur.Piylənmə çoxlu
yağ,karbohidrat (qənnadı məmulatı) yedikdə baş verir.Belə ki,adamın
sutkalıq yem payının enerji dəyəri onun sərf etdiyi enerjidən çox
olur.Buna görə də onun bədən çəkisi tədricən artır.Həmçinin
piylənməyə qidalanma rejiminin pozulması:gündə cəmi bir-iki dəfə,lakin
çox yemək və yuxudan qabaq yemək də kömək edir.
Piylənənin qarşısını almaq üçün fiziki yükü artırmaq:çox
gəzmək,idmanla,fiziki işlə çox məşğul olmaq lazımdır.Fiziki iş nəinki
orqanizmin çoxlu enerji sərf etməsinə kömək edir,həm də ürək-
damar,tənəffüs,əzələ və sinir sisteminə müsbət təsir edir.Düzgün
qidalanma rejimi – vaxtlı vaxtında,gündə 3-4-dəfə yeməkdir;axşam
yeməyi isə saat 19-dan gec olmamalıdır.
Məktəbli dərs başlanana qədər ət,balıq,kəsmik yaxud süddən
hazırlanmış yemək yeməlidir.Bu yeyinti məhsullarına zülallar
vardır,bunlar böyüməkdə olan orqanizmə çox vacibdir.Yaxşı səhər
yeməyi adamın əqli və fiziki əmək qabiliyyətini artırır.
İkinci səhər yeməyi (3-cü dərsdən sonra) təxminən saat 11-də
buterbrod və ya bulka ilə çay,yaxud qəhvədən ibarət olmalıdır.
Naharı saat 3-4-də evdə yaxud məktəbin yeməkxanasında
etməli.Naharda isti xörək:hər cür şorba,yanına qarnir qoyulmuş ət
yaxud balıq xörəyi və kompot,meyvə,şirə verilməlidir.
Məktəbli axşam yuxudan 2 saat qabaq süddən yaxud tərəvəzdən
hazırlanmış xörək yeməlidir.
Məktəblilərin düzgün qidalanmaması,onların qida payına həddindən
çox heyvani yağ,tez həzmolunan karbohidratlar (çörək,bulka,şirniyyat)
daxil etmək,lakin bitki yağı,süd və süd məhsulları,meyvə,tərəvəz
qəbulunu azaltmaq yağ mübadiləsinin pozulmasına,erkən başlayan
damar və ürək xəstəliklərinə səbəb olur.Lakin böyüməkdə olan
orqanizmə müntəzəm sürətdə doymamaq,ac pəhrizlər də çox zərər
yetirir.Uşaqların səhərlər az və tələsik yeməsinə yaxud heç bir şey
yemədən məktəbə getməsinə qətiyyən yol vermək olmaz.Quru
yeməklər,kitab oxuya-oxuya yaxud televizora baxa-baxa yemək olmaz.
İstirahət yaxud tarla işləri zamanı məktəblinin rejimi və qidalanma
xüsusiyyətləri müəyyən olunmuş gigiyenik normalara müvafiq
olmalıdır.Turist yürüşü zamanı,yaxud tarla düşərgəsində hazırlanan
yemək keyfiyyətli,dadlı və müxtəlif cür olmalıdır.Hazırlanan yemək
sanitariya qaydalarına əsasən 2 saat ərzində yeyilməlidir.
İstirahətdə yaxud ptaktikada olarkən yeniyetmənin səmərəli
qidalanması üçün vacib şərt qidanın kaloriliyinin onun sərf etdiyi
enerjiyə müvafiq olmasıdır.Bütün kənd təsərrüfatı,işlərində və fiziki
gərginlik tələb olunan başqa işlərdə bunu nəzərə almaq lazımdır.Lakin
əsas qida maddələri (zülallar,karbohidratlar,yağlar,vitaminlər və mineral
duzlar) arasındakı nisbət pozulmamalıdır.
ƏDƏBİYYAT
1.A.M.TSUZMER,O.L.PETRİŞİNA “İnsan anatomiyası”
2.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV ”Uşaq
anatomiyası və fiziologiyası”Bakı-2001
ŞAGİRDİN ŞƏXSİ GİGİYENASI VƏ SAĞLAMLIĞIN
QORUNMASI.
PLAN
1.Orqanizmin qoruyucu-uyğunlaşma reaksiyaları.
2.Sağlamlığı qoruyan amillər.
S
ağlamlıq həyatın ən böyük sərvətlərindən biridir.Hər bir adamın
vəzifəsi sağlamlığı qoruyub saxlamaq,onu düşünərək və qənaətlə sərf
etməkdir.
Çoxları orqanizmə nəyin faydalı və nəyin zərərli olduğunu,bu və ya
başqa xəstəliyin qarşısını almaq yolunu bilmir.Çoxları özünün
sağlamlığını qoruyub saxlamağı təbabətin üzərinə atır.Lakin adamlar
özləri sağlamlığı qorumağı öyrənməsələr tibb elimlərinin əldə etdiyi heç
bir nailiyyət onlara sağlamlıq bəxş etməz.
Sağlamlığa zərər yetirən amillər infeksiyalar,orqanizmin həddindən çox
soyumusı və qızması,düzgun qidalanmaq və az hərəkət etmək,xəsarət
almaq,spirtli içkilər içmək və papiros çəkmək, zəhərlənmələr,müxtəlif
cür şüalanmalar,xüsusilə ulturabənövşəyi və rentgen şüaları ilə
şüalanmalardır. Bu şüaların böyük dozaları hüceyrələri öldürür,yaxud
zədələyir,onların irsi aparatının –DNT molekullarını dağıdır.
İnsanin sağlamlığını orqanizmin daxili mühitini qoruyan və yaşayış
şəraitinə uyğunlaşmasını təmin edən qoruyucu – uyğunlaşma
reaksiyaları qoruyur.Qoruyucu –uyğunlaşma reaksiyaları reflektor və
humoral yolla tənzim olunur.Bu reaksiyalarda ali sinir fəaliyyəti əsas rol
oynayır.
Orqanizmin qoruyucu reaksiyalarından biri ağrıdır.Ağrı bədənin bu və ya
başqa nahiyəsindəki nasazlığı xəbər verən fəlakət siqnalı kimi qəbul
edilir.Ağrı –sağlamlığın keşikçisi ,yardım üçün xəstə orqanın qaldirdığı
haraydır.Peseptorlar zədələyici təsirindən qıcıqlandıqda ağrı baş
verir,ağrıdan toxumalarda və orqanlarda çoxlu biolojı fəal maddələr
əmələ gəlir,məsələn, qanda böyrəküstü vəzilərin buraxdığı adrenalin
hormonunun miqdarı artır.Ağrı siqnalları sağlamlığı qorumaq üçün
tədbir görməyə adamı məcbur edir.
Temperaturun qalxması –qızdırma orqanizmin qoruyucu uyğunlaşma
reaksiyalarından biridir. Yüksək temperaturda bəzi
mikroorqanizmlər,xüsusilə viruslar,tez bir zamanda məhv olur.Yüksəs
temperatur mubadilə proseslərini yaxşılaşdırılır,leykositlərin faqositar
funksiyasını gücləndirir,orqanizmin başqa qoruyucu reaksiyalarını
səfərbərliyə alır.Həkimlər xəstəlik zamanı temperaturun dəyişməsinə
görə adamda hansı xəstəlik olduğunu təyin edirlər.Bax buna görə də
həkim gələnə gədər müxtəlif dərmanlarla bədənin temperaturunu
salmaq lazım deyil.
Bədənin temperaturunun 40 C-dən yuxarı qalxmasını qoruyucu reaksiya
hesab etmək olmaz.Bu cür temperaturda orqanizmin zülalları,birinci
növbədə sinir sisteminin və qanın zülalları pıxtalaşa bilər ki,bu da
qorxuludur.Pıxtalaşmış zülallar özlərinin həyat funksiyalarını itirir.
İltihab reaksiyası qoruyucu xarakter daşıyır.Mikroblar iltihab ocağında
tutulub saxlanılır ki,bu da onların bütün orqanizmə yayılmasının
qarşısını alır.
Dəri və selikli qişalar mikrobları orqanizmə keçməyə qoymayan
səddir.Təmiz,zədələnməmiş dəridən və selikli qişalardan xəstəlik
törədən mikroblar keçə bilmir.Dəri çirkli olduqda bu işi görə
bilmir.Təmiz dərinin üzərində xəstəlik törədən mikrobların sayı 10
dəqiqədən sonra son dərəcə azalır,20 dəqiqədən sonra isə onların
hamısı ölür.Çirklənmiş dərinin üzərində bunların sayı 10 dəqiqə ərzində
heç dəyişmir,20 dəqiqədən sonra isə yalnız 15% azalır.Təmiz dərinin
qoruyucu funksiyası onun vəzilərinin ifrazatından asılıdır.Belə ki,piy
vəzilərinin ifraz etdiyi tər və sekret bakteriyaları çoxalmağa
qoymur.Bundan başqa,epidermis sürtülüb tökülərkən bir çox mikroblar
orqanizmdən çıxır.Çirklənmiş dərinin özünü təmizləmə funksiyası
olduqca azalır.
Həmçinin yuxarı tənəffüs yollarının selikli qişaları da mikrobları tutub
saxlayaraq orqanizmi qoruyur.Mədə-bağırsaq yolunun selikli qişaları da
orqanizmə mikroblar və zəhərlər keçməyə qoymur.Ağız boşluğunda
bakteriyaları ağız suyu öldürür,mədədə xlorid turşusunun mühüm
qoruyucu funksiyası vardır.Hər bir adamdan sutka ərzində nəcislə 10 q-a
qədər mikrob çıxır,bunların bir çoxu xəstəlik törədə bilərdi.Lakin onlar
sağlam bağırsaqların selikli qişasından keçə bilmir.
Dəridən və daxili boşluqları örtən selikli qişalardan başqa,demək olar
ki,bütün orqanların qoruyucu vasitələri vardır ki,bunlar insanın
sağlamlığını qoruyub saxlayır.Lakin bunların bəzisinin rolu xüsusilə
böyükdür.Belə orqanları orqanizmin müdafiə orqanları
adlandırırlar.Bunlar çəngələbənzər vəzi (timus),limfa
düyünləri,dalaq,qaraciyər və başqa orqanlardır.Çəngələbənzər vəzi
orqanizmin immun reaksiyalarını gücləndirmək,yaxud zəiflətməklə
tənzim edir.Limfa düyünlərində,dalaqda və qaraciyərdə külli miqdarda
faqosit vardır,bunlar infeksiyanı yayılmağa qoymayan sanki
süzgəclərdir.Orqanizm üçün zərərli bir çox maddələr qaraciyərdə
tutulub saxlanılır,nisbətən zərərsiz maddələrə çevrilir,sonra isə ifrazat
orqanları vasitəsilə orqanizmdən çıxarılır.
Orqanizmin daxili maye mühitlərində (hüceyrəarası maddə,qan
plazması və limfa) fizioloji fəallıqa malik xüsusi maddələr vardır,bunlar
mikrobları öldürür və onların zəhərlərini neytrallaşdırır.Bunlara
“humoral qoruyucu amillər” deyilir;onların belə adlandırılmasına səbəb
orqanizmin bir çox başqa maye mühitlərində də tapılmasıdır.Bu cür
maddələrdən biri – lizosim ağız suyunda çoxdur.O müxtəlif
tərəvəzdə,meyvələrdə,hətta çiçəklərdə də vardır.
Orqanizmin humoral qoruyucu vasitələri antitellər,bioloji fəal maddələr
və hormonlardır.Məlumdur ki,qalxanabənzər vəzinin,yaxud böyrəküstü
vəzilərin funksiyası zəiflədikdə orqanizmin infeksion xəstəliklərə
müqaviməti xeyli azalır.
Orqanizmin qorunmasında mərkəzi sinir sistemi və ali sinir fəaliyyəti
olduqca mühüm rol oynayır.Xəsarətlər,zəhərlər,narkotik maddələr və
başqa amillər mərkəzi sinir sisteminin funksiyalarını pozub orqanizmin
qoruyucu reaksiyalarını zəiflədir.
Sağlamlığı qorumaq üçün əsas şərtlərdən biri düzgün
qidalanmadır.Yaxşı yeməmək,yaxud həddindən artıq yemək maddələr
mübadiləsinin pozulmasına və bir çox xəstəliklərin əmələ gəlməsinə
səbəb olur.Xəstəlik vaxtı düzgün qidalanmamaq sağalmanı ləngidir.Hələ
gədimdə qaydasında yeməyi sağlamlığı qoruyub saxlamağın vacib
şərtlərindən biri hesab edirdilər.Müdrik xalq məsəlində deyilir:yaşamaq
üçün yeməli yemə üçün yaşamamalı.İ.P.Pavlov bu münasibətlə yazırdı
ki,qarınqululuq heyvani xassədir,yeməyə fikir verməmək isə -
ağılsızlıqdır.
Fiziki hərəkətlər və orqanizmi möhəmlətmək sağlamlığı qoruyub
saxlayır və möhkəmlədir.Bunlar orqanizmin əmək qabiliyyətini
artırır,qoruyucu-uyğunlaşma reaksiyalarını yaxşılaşdırır.Fiziki hərəkətlər
nəinki xəstəliklərin qarşısını almaqda,həm də bunları müalicə etməkdə
böyük rol oynayır.
Hələ qədimdə sağlamlığı bərpa etmək üçün dərmanları ən yaxşı vasitə
hesab etmişlər.Hazırda təbabətin səlahiyyətində çox müxtəlif
xəstəliklərin,o cümlədən geçmişdə əlacı olmayan xəstəliklərin
dərmanları vardır.Bunlar bacarıqlı əllərdə olduqda adamı xilas edir,naşı
əllərə düşdükdə isə faciə törədə bilər.Buna görə də dərmanları ancaq
həkimin göstərişi ilə qəbul etmək lazımdıır.
İnsanın fiziki sağlamlığı onun psixi vəziyyətindən,öz hisslərini cilovlaya
bilməsindən,narazılıqların vaxtında aradan
qaldırılmasından,əsəbiləşməməkdən,kollektivdə müxtəlif
zövqlü,xasiyyətli adamların arasında normal münasibət yaradılmasından
asılıdır.
Mədəni adamın vəzifəsi bütün imkanlardan ,o cümlədən öz
hisslərindən,duyğularından və əqlindən istifadə edib orqanizmin
funksiyalarına təsir etməyi öyrənməkdir.
yaşayır:”Sağlam bədəndə sağlam da ruh olar”.Lakin başqa bir aforizm
də var:”Sağlam bədən sağlam düşüncənin məhsuludur”
ƏDƏBİYYAT
1.A.M.TSUZMER,O.L.PETRİŞİNA “İnsan anatomiyası”
2.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV “Uşaq
anatomiyası və fiziologiyası”Bakı-2001
SİDİK İFRAZAT SİSTEMİ.ƏHƏMİYYƏTİ VƏ QURULUŞU.
PLAN
1.İfrazat prosesinin əhəmiyyəti.
2.İfrazat sisteminin quruluşu.
3.Uşaqlarda sidiyin əmələ gəlməsi və fizioloji
xüsusiyyətləri.
Maddələr mübadiləsinin son məhsulları kimi yaranan karbon
qazı,su,sidik turşusu və başqa birləşmələr qan vasitəsilə toxuma
hüceyrələrindən çıxarılandan sonra ifrazat üzvlərinə gətirilir.Karbon
qazının və suyun bir hissəsi buxar halında ağciyərlər vasitəsilə
orqanizmdən xaric olunur.Dəridəki tər vəziləri vasitəsilə suyun,sidik
cövhərinin,mineral duzların,üzvi maddələrin bir hissəsi bədəndən xaricə
çıxarılır.Dissimlyasiya prosesinin son məhsulları kimi yaranan suyun
artığı,mineral maddələr,həzm olunmayan qalıqlar,orqanizmə zəhərli
təsir göstərə bilən birləşmələr bağırsaq və əsas ifrazat orqanı olan
böyrəklər vasitəsilə bədəndən xaric edilir.
İfrazat prosesi maddələr mübadiləsinin davamını təşkil edir.Ona görə
lazımsız parçlanma məhsullarının və zəhərli maddələrin bədəndən
çıxarılması orqanizmin daxili mühitinin nisbi sabitliyini təmin
edir.Nəticədə zərərli maddələrin qanda toplanmasının və orqanizmin
zəhərlənə bilməsinin qarşısı alınır.
Böyrəklər bir cüt paxla şəkilli orqandır.Onlar qarın boşluğunun dal
divarında bel nahiyyəsi bərabərliyində,onurğa sütununun hər iki
tərəfində yerləşir.Böyrəklərin onurğa sütununa tərəf istiqamətlənmiş
hissəsi basıqdır,buradan sinir şaxəsi və qan damarları keçir.Sidik çıxarıcı
axarlar da böyrəyin basıq hissəsindən başlanır.
Böyrəklərin boylama kəsiyinə baxdıqda onun xarici və daxili qatlardan
əmələ gəldiyini ayırd etmək mümkündür.Daxili beyin qatında piramid
şəkilli törəmələr yerləşir.Piramidin içərisindəki ensiz boşluqdan yığıcı
borucuqlar keçir.Bunlar piramidin ucundakı məməcikdə olan dəlikdən
boşluğa,yəni böyrək ləyəninə açılır.Sidik axarları başlanğıcını böyrə
ləyənindən götürür və sidik kisəsinə birləşir.Əmələ gələn sidik kisəyə
toplanır,buradan isə sidik kanalı vasitəsilə orqanizmdən xaricə verilir.
Böyrəkləri qidalandıran arteriya qan damarı qarın aortasından
ayrılır.Arteriya damarı kiçik damarlara şaxələnərək və hər şaxə bir
kapsulun içərisinə daxil olaraq burda 30-50-ə qədər kapelyarlara
ayrılır.Malpiqi yumğını əmələ gətirdikdən sonra,kapelyarlar yenidən
birləşib kapsuldan xaric olan və nisbətən kiçik diametrli arteriya
damarlarını əmələ gətirir.Əmələ gələn arteriya damarı eyni nefronun
kanalcıqlarına bürünməklə ikinci dəfə arteriya kapelyarlarını əmələ
gətirdikdən sonra vena kapelyarlarına keçir və böyrəklərdən çıxan vena
damarlarını əmələ gətirir.
Nefron böyrək cisimciyi ilə sidik borucuqlarından əmələ
gəlir.Nefronların miqdarı böyrəklərdə 2 milyona qədər olur.Uşaqlar
yaşlılıra nisbətən susuzluq şəraitinə həssas və
dözümsüzdürlər.Böyrəklərdə sidiyin əmələ gəlməsi daim müşahidə
olunur.
Uşaqlarda sidiyin əmələ gəlməsi prosesinin xüsusiyyətləri böyüklərin
quruluşu və iş mexanizmi ilə əlaqədardır.Yeni doğulmuş körpədə sidiyin
süzülməsi və reabsorbsiyası mərhələləri yaşlılara nisbətən zəif keçir
məsələn,bir neçə ay müddətində orqanizmdən xaric olunan mayenin
cəmi 5%-i böyrəklərin hesabına olur.Mayenin yerdə qalan hissəsi dəri
səthi,ağciyərlər və mədə bağırsaq sistemi vasitəsilə xaric olunur.Bir yaşlı
körpədə mayenin əsas hissəsi (99%-i) böyrəklərdən keçərək sidik
şəklində orqanizmdən xaric olunur.Yaşlılara nisbətən uşaqların sidiyində
xloridlər azlıq təşkil edir məsələn,yaşlı insanda bir saat ərzində sidiklə
700 mq xlorid ifraz olunduğu halda,südəmər körpədə cəmi 1-11 mq
xlorid xaric olunur.
Sidik axarları 25-30 sm uzunluqda silindirə bənzər boru şəklində olub
böyrək ləyənindən başlayaraq qarın boşluğunun dal divarının ön səthi
ilə aşağıya doğru enir və kiçik çanaqda sidik kisəsinə açılır.Sidik axarları
quruluşuna görə borulu üzvlərdən olub,divarları selikli,əzələ və xarici
birləşdirici toxuma qişasından təşil olunmuşdur.Selikli qişa keçid epitellə
örtülü olub bir sıra boylama büküşlər təşkil edir.Sidik kisəsi tək
üzvlərdən olub,qasıq bitişməsinin dalında kiçik çanaqda yerləşir.Sidik
kisəsinin divarları,əsasən selikli qişa,selikaltı qat və əzələ qişasından təşil
olunmuşdur.Selikli qişası kiçik epitellə örtülü olub,selikaltı qatla əzələ
qişasına birləşir.Selikaltı qatın olması selikli qişalarda büküşlərin əmələ
gəlməsinə səbəb olur.Sidikliyin əzələ qişası boylama və həlqəvi əzələ
liflərində ibarətdir.Sidikli əzələ qişasının həlqəvi lifləri sidikliyi bükən
əzələni əmələ gətirir.Sidik kanalı 2,5-4 sm uzunluqunda borulu
olub,daxili dəli vasitəsilə sidik kisəsinə açılır.Sidik kanalının divarlari
daxildən xarixə doğru selikli və əzələ qişası ilə əhatə olunmuşdur.Selikli
qişası keçid epiteli toxuması ilə örtülür.
Normal sidiyin rəngi onun tərkibindəki uroxrom,urobilin və uroeritrin
piqmentlərinin miqdarından asılıdır.Sidiyin tərkibində sarı rəngli
piqment maddə - uroxrom daha çox olur.Gün ərzində insan sidiyinin
tərkibində 70-75 mq uroxrom ifraz olunur.Sidiyin rəngi ilə miqdarı
arasında mütənasib asılılıq var.İfraz edilən sidiyin miqdarı çoxaldıqda
onun rəngi sarı olur.Gündəlik miqdarı az olan sidik tünd kəhrəba
rənginə boyanır.Sidik cinsiyyət üzvlərinin infeksion xəstəlikləri zamanı
sidiyin tərkibinə irin,epitel hüceyrələri və bkteriyalar qarışır və
tutqunlaşır.Sidiyin tərkibinə çoxlu miqdarda
uratlar,fosfatlar,oksolatlar,karbonatlar,zülallar və s. qarışması da sidiyin
tutqunlaşmasına səbəb olur.Sidiyin xüsusi çəkisi onun tərkibindəki
maddələrin qatılığından asılıdır.Sidik nə qədər az ifraz edilsə,onun
qatılığı və xüsusi çəkisi bir o qədər artıq olur.
Böyrəklərin əsas funksiyası doğulma anından başlayaraq ifrazatı həyata
keçirməkdir.Mikroorqanizmlər sidik ifrazı sisteminin müxtəlif
şöbələrinin böyrəkləri,sidik axarlarını, sidik kisəsini,sidik knalını zədələyə
birər.Onlar bu orqanlara qanla keçir.Buna orqanizmin müxtəlif
yerlərində olan infeksiya ocaqları, məsələn ,angina,dişlərin,ağız
boşluğunun xəstəlikləri kömək edir.
Çox vaxt böyrəklərin və sidik yollarının xəstəliklərinə yayılan infeksiyalar
səbəb olur.Şəxsi gigiyenaya əməl etmədikdə xəstəliktörədən mikroblar
sidik kanalından sidik kissəsinə kesir və sidik ifrazı sisteminin başqa
sahələrınə yayılıb,bunların iltihabını törədir.Bütün orqanizmin
soyuması, soyuqdəymə iltihabı proseslərinin və mirobların yayılmasına
kömək edir.
Böyrəklər ,xüsusən uşaqlarda, müxtəlif zəhərli maddələrə çox həsasdır:
bunlar ya orqanizmin özündə sintez olunur,ya da xarici mühitdən düşür.
Alkoqol, qurğuşun,civə, borat turşusu,naftalin,benzol,həşarətların
zəhərləri və s. qana keçib böyrəklər vasitəsilə xaric edilir və böyrəklərin
işini pozulmasına səbəb olur.
Bəzi dərmanları çox qəbul etdikdə böyrəklərdə yığılıb bunların
xəstələnməsinə səbəb olur.Mübadilənin daim pozulması böyrəklərin
xəstələnməsinə səbəb olur. Məsələn ,duzlar yığılıb böyrəklərdə və sidik
yollarında daşlar əmələ gətirir.
Böyrək xəstəliklərinin qarşısını almaq uçun müəyyən gigiyenik
qaydalara,məsələn düzgün qidalanmaq, dişləri,anginani vaxtında
müalicə etmək, bədəni möhkəmlətmək, dərmanlar və zəhərlərlə
ehtiyatlı olmaq, şəxsi gigiyenaya əməl etmək lazımdır.
ƏDƏBİYYAT
1.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV “Uşaq anatomiyası
və fiziologiyası”Bakı-2001
2.G.A.HACIYEV ”İnsanın anatomiyası”1974
Dostları ilə paylaş: |