Alqoritm, xassələri və təsvir üsulları


AssignFile(f,”c:\data.txt”); Erase(



Yüklə 2,19 Mb.
səhifə21/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   125
aminlazım

AssignFile(f,”c:\data.txt”);
Erase(f);
Yuxarıda verilən təlimatlar data.txt faylını yaddaşdan silir.
EOF funksiyası
End of file – faylın sonu deməkdir. Faylin sonunu təyin etmək üçün istifadə olunan məntiqi funksiyadır. Məsələn, əgər biz data.txt faylından bütün verilənləri a dəyişəninə mənimsətməklə dövr operatorunun köməyilə oxumaq istəyiriksə, proqram faylın sonuna çatanda belə dayanir:
AssignFile(f,”c:\data.txt”);
While NOT EOF(f) DO Read(f, a);
Proseduralar və funksiyalar
1. Prosedurlar və funksiyaların strukturu.
Proseduraların tərtib olunmasını asanlaşdırmaq məqsədilə bütün alqoritmik dillərdə olduğu kimi, Pascalda da bir sıra prosedur və funksiyalar nəzərdə tutulmuşdur. Belə prosedur və funksiyalar standart prosedur və funksiyalar adlanır.
Prosedur və funksiyaları istifadəçi – proqramçı özü yaradırsa onlar istifadəçi, prosedur və funksiyaları adlanırlar.
Prosedur və funksiyaların strukturları proqramın strukturundan başlıqlarına görə fərqlənərək, aşağıdakı kimidir:
Prosedure Proseduru_adı (formal parametrlər); label const type var
Procedure { daxili prosedur-lar }
-----
Function { daxili funksiya-r }
-----
begin
operatorlar; end.
Function funksiyanın _adı (formal parametrlər): nəticənin tipii; label const type var
Procedure { daxili prosedur-lar }
----
function
begin
operatorlar;
funk_adı : = nəticə; end.
Funksiya və prosedurlan bir-birindən adlarına bvə operatorlara görə fərqlənirlər. Prosedurdan fərqli olaraq, funksiyanın adı proqramlarda həm də dəyişən rolunu oynayır. Alınan nəticə isə funksiyanın adına mənimsədilir.
Proqramla prosedur və funksiyalar arasında verilənlərin mübadiləsi iki üsulla aparılır:

  1. Qlobal identifikatorlar vasitəsilə:

  2. Prosedur və funksiyaların başlıqlarındakı parametrlər vasitəsilə.

Qlobal və lokal identifikatorlar.
Prosedur və funksiyalarda istifadə olunan identifikatorlar lokal və qlobal olmaqla iki növə ayrılırlar.
Lokal identifikatorlar – təsir dairəsi daxil olduqları prosedur və ya funksiyalaran kənara çıxmayan identifikatorlardır.Qlobal identifikatorlar isə həm daxil olduğu prosedur və funksiyalarda, həm də onlardan kənarda öz məzmununu saxlayır. Bunu aşağıdakı sxemlə vermək olar:
Proqram P1;
var a1, b1, c1 : integer; Prosedure P2;
var a2, b2, c2 : integer;
Prosedure P3;
var a3, b3, c3 : integer;
begin
{ a1, b1, c1, a2, b2, c2 qlobal,
end,
begin
{ a1, b1, c1 qlobal, a2, b2, c2 -lokal parametrlərdir}
------- end;
begin
{ ancaq a1, b2, c1 parametrlərindən istifadə} end.
Sxemdən göründüyü kimi a1, b1, c1 identifikatorları bütün proqrama daxil olan prosedurlar üçün qlobal, a2, b2, c2 parametrləri P2 proseduru üçün lokal, P3 – üçün isə qlobaldır, a3, b3, c3 isə P3 –də lokal parametrlərlərdir.
Lakin parametrlərin lokal və ya qloballığı nisbi anlayışdır. Belə ki, bir prosedurda qlobal olan identifikator başqa birisində lokal ola bilər. Bəzən lokal və qlobal parametrlər üst-üstə düşə bilər. Məsələn:
Proqram Parametr; var x, y, z: real; Prosedure P; var x, y, z: integer;
begin
{ x, y, z - integer tipli olacaq }
-----
end;
begin
{ burada x, y, z - real tipli olacaq }
-----
end.
Parametrlərin mübadiləsi üsulları
Prosedur və funksiyaları altproqram hesab etsək, proqramla altproqramlar arasında verilənlər mübadiləsi parametrlər vasitəsilə aparılır. Proqramın verilənlər bölməsində altproqramların adını parametrlərlə birlikdə yazmaqla proqramla altproqramlar arasında verilənlər mübadiləsi yaradılır.
Altproqram tərtib olunarkən onların adlarında göstərilən parametrlər formal, müraciət vaxtı göstərilən parametrlər isə faktiki parametrlər adlanır. Formal parametrlərdə tiplər göstərilmr, faktiki parametrlərdə isə göstərilmir. Formal və faktiki parametrlər adlanrına görə fərqlənə bilərlər, lakin məzmunları eyni olur.
Məlumatlar mübadiləsinə görə parametrlər aşağıdakı növlərə bölünürlər:

  1. Parametr – məzmun;

  2. Parametr – dəyişən; 3. Parametr – sabit.

Parametr – məzmun.
Bu parametrlər vasitəsilə məlumatlar proqramdan altproqramlara ötürülür və geri proqramma qaytarılmır. Ona görə də bu parametrlər altroqram dilində dəyişilsədə, altproqram xaricində əvvəlki məzmunlarında qalırlar. Belə parametrlərə malik prosedurun başlığı aşağıdakı kimi verilə bilər:

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin