Read(fayl dəyişəni, siyahı); Fayl dəyişəni mütləq TextFile tipli olmalıdır. Məs.:
Var f: TextFile; Siyahıda verilənlərin adları bir-birindən vergüllə ayrılır.
Mətn faylına yazılmış rəqəmlər oxunma zamanı ədəd tipli dəyişənə mənimsədilirsə avtomatik olaraq ədədə çevrilir. Bu zaman əgər həmin yerdə rəqəm yazılmayıbsa müraciət səhv sayılır. Readln()-dan sonra növbəti dəyişənin qiyməti təzə sətirdən oxunur. Mətn dəyişənində sətrin uzunluğunu string[n] (burada n –sətirdəki simvolların sayını göstərir) operatoru ilə göstərmək olar. Məs.: c diskindən data.txt faylından verilənləri oxuyaq:
Tutaq ki, bu faylın 1-ci səhifəsində belə yazı vardır:
12,5,98,10
15,5,95,12
Var f: TextFile; a,b,c:İnteger; Begin AssignFile(f,”c:\data.txt”);
Reset(f);
Read(f,a); - faylin 1-ci sətrindəki 1-ci qiyməti a-ya mənimsət Readln(f,b); - faylin 1-ci sətrindəki 2-ci qiyməti b-yə mənimsət Read(f,c); - faylin 2-ci sətrindəki 1-ci qiyməti c-yə mənimsət End; Proqramın bu hissəsi yerinə yetiriləndən sonra a-nın qiyməti 12-yə, b-nin qiyməti 5-ə, c-nın qiyməti isə 15-ə bərabər olacaq.
TurboPaskalda fayllarla iş üçün aşağıdakı bir neçə başqa prosedura və funksiyadan da istifadə olunur:
Raname() prosedurası Proqramdan istifadə olunan hər hansı bir faylın adının dəyişdirilməsi üçün istifadə olunur. Bu proseduradan isifadə olunmaqdan əvvəl adı dəyişilən fayl mütləq bağlı (CloseFile()prosedurası)olmalıdır. Məs,:
CloseFile(f); AssignFile(f,”c:\data.txt”);
Raname(f,”c:\datason.txt”); Yuxarıda verilən təlimatlar faylın data.txt kimi saxlanan adını datason.txt adına dəyişdi.
Erase() prosedurası Hər hansı bir faylın diskdən (yaddaşdan) silinməsi üçün istifadə olunur. Məs,: