Amea botanika İnstitutunun elmi əsərləri, 2012- ci IL, XXXII cild



Yüklə 7,48 Mb.
Pdf görüntüsü
səhifə50/64
tarix14.01.2017
ölçüsü7,48 Mb.
#5478
1   ...   46   47   48   49   50   51   52   53   ...   64

References 

1.

 

Владимиров  Ю.А.,  Литвин  Ф.Ф.  Исследование  сверхслабых  свечений  в 



биологических  системах.  Биофизика,  М.,  1959,  вып.5,  №4,  с.101  (Vladimirov 

Y.A., Litvin F.F. An Investigation of Ultra-weak Luminescence in Biological Systems

Biophysics, M.,1959, 5

th

 edition, No.4, p.101) 



 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

2.



 

Владимиров  Ю.А.  Сверхслабые  свечения  при  биохимических  реакциях.М., 

Наука,  1966,  с.148  (Vladimirov  Y.A.  Ultra-weak  Luminescence  in  Biochemical 

Reactions. M., Nauka, 1966, p.148) 

3.

 



Касумов  Н.А.  О  биофизическом  механизме  солевой  интоксикации 

растительного  организма.  Тез.Докл.  XII  Междунар.  Ботан.  конгресса,  Л.,1975, 

с.123  (Kasumov  N.A.  On  the  Biophysical  Mechanism  of  Salt  Intoxication  of  Plant 

Organisms. Paper thesis of the XII International Botany Congress, L.,1975, p.123) 

4.

 



Сапежинский  И.И.,  Силаев  Ю.В.  Возникновение  свечения  при  действии  на 

сывороточный альбумин ледяной уксусной кислоты. В сб.: Биолюминесценция, 

Тр.МОИП, Л., Наука, 1965, с.21-117 (Sapejinsky I.I., Silayev Y.V. The Occurrence 

of  Luminescence  under  the  Action  of  Serum  Albumin  with  Glacial  Acetic  Acid.  In 

Coll.:  The  Bioluminescence,  Proceedings  of  the  Moscow  Society  of  Investigators  of 

Nature, L., Nauka, 1965, pp.21-117) 

5.

 



Colli  L.,  Faccuni  U.,  Rossi  A.  1954.  Study  of  RGA  5819  and  ELM  6260  Photo 

Amplifiers as Individual Photon Counters. Nivo cimento, vol.11, p.28 

6.

 



Строгонов  Б.П.  Метаболизм  растений  в  условиях  засоления.  М.,  Наука,  1973, 

с.51  (Strogonov  B.P.  Plant  Metabolism  in  Conditions  of  Salinization.  M.,  Nauka

1973, p.51) 

 

Xülasə 

DUZLARIN BİTKİLƏRDƏ ANTİOKSİDLƏŞDİRİCİ AKTİVLİYƏ TƏSİRİ 

Abduyeva-İsmayılova S.M. 

 

Duzların  (NaCl,  Na

2

SO

4



)  qlikofit  və  halofitlərin  oksidləşdirici  proseslərinə  və 

antioksidləşdirici aktivliyinə təsiri öyrənilmişdir.  

Müəyyən  edilmişdir  ki,  duzların  təsiri  altında  oksidləşdirici  proseslərin  intensivliyinin 

kəskin  artması  bitki  toxumalarında antioksidantların sürətli  sərfiyyatına  və antioksidləşdirici 

aktivliyin azalmasına gətirib çıxarır.  

 

Аннотация 

Абдуева-Исмаилова С.А. 

      Изучено  влияние  солей  (NaCl,  Na

2

SO

4



)  на  окислительные  процессы  и   

антиокислительную активность у глико - и галофитов.  

Было  выяснено  что,  резкое  увеличение  интенсивности    окислительных 

процессов  под  действием  солей  приводит  к  ускоренному  расходованию 

антиоксидантов и уменьшению антиокислительной активности в растительных тканях.  

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



GENETİK EHTİYATLAR 

 

 

UOT: 633.16:631.523:575 

 

ÇOVDAR NÜMUNƏLƏRİNİN GENETIK MÜXTƏLİFLİYİNİN BİOMORFOLOJİ 

ƏLAMƏTLƏR ƏSASINDA QİYMƏTLƏNDİRİLMƏSİ 

 

1

Axundova



 

E.M., 


Ocaqi C.M., 

Rəfiyeva G.Q., 



Salayeva S.C., 

Mustafayeva A.E. 



1

Bakı Dövlət Universiteti, 

2

AMEA Genetik Ehtiyatlar İnstitutu 



e-mail: Ellada_Akhundova@yahoo.com 

 

 Tədqiqatın  məqsədi  Azərbaycanın  çovdar  nümunələrinin  kəmiyyət  əlamətlərinin 

genetik  müxtəlifliyini  çoxölçülü  statistik  metodlar  əsasında  öyrənmək  olmuşdur.  Tədqiqat 

işində 56 çovdar nümunəsinin 7 biomorfoloji əlaməti analiz edilmişdir. Buğda nümunələrinin 

təsərrüfat  əhəmiyyətli  kəmiyyət  əlamətlərinin  tədqiqində  tətbiq  edilmiş  statistik  analiz 

metodları  öyrənilən  genotiplərdə  yüksək  polimorfizmi,  zəngin  genetik  potensialı  aşkar 

etməklə,  onların  seleksiya  proqramlarında  istifadəsinin  effektivliyini  göstərdi.  Korrelyasiya 

analiz üsulunun tətbiqi nəticəsində əsas sünbülün uzunluğu və əsas sünbüldə sünbülcüklərin 

sayı əlamətləri  ilə məhsuldarlıq arasında  müsbət  asılılıq  müşahidə olunmuş, “path” analizi 

bu əlamətlərin məhsuldarlığa bilavasitə təsirlərinin yüksək olduqlarını göstərmişdir. Nəticədə 

öyrənilən çovdar populyasiyasında sözügedən əlamətlərin məhsuldarlığın əsas komponentləri 

olmaları aşkar edilmişdir.  

 

Açar sözlər: çovdar, genetik müxtəliflik, biomorfoloji əlamətlər, korrelyasiya analizi, 

“path” analizi 

 

 

Müxtəliflik  bütün  seçmə  proqramlarının  əsasını  təşkil  edərək,  genotip  seçimində 

mühüm rol oynayır (3). Təbii ki, tədqiq olunan populyasiyada genetik müxtəlifliyin səviyyəsi 

yüksəldikcə  seçmənin  və  digər  genetik  proqramların  tətbiqi  istiqamətində  seleksiyaçıların 

fəaliyyət  dairəsi  də  genişlənmiş olur. Seleksiya  proqramlarının seçimində, həmçinin  rüşeym 

plazmasının  mühafizə  olunmasında  bitkilərin  genetik  müxtəlifliklərinin  öyrənilməsi  çox 

önəmli  məsələlərdəndir  (1).  Müasir  dövrdə  bitkilərin  genetik  müxtəlifliyi  iki  yolla:  gen 

təzahürünün  tədqiqi  (morfoloji  və  biokimyəvi  markerlərlə)  və  DNT-nin  nukleotid 

ardıcıllıqlarının  öyrənilməsi  (DNT  markerlərlə)  vasitəsilə  yerinə  yetirilir.  Bu  və  ya  digər 

seleksiya  proqramının  düzgün  seçimi  üçün  genotiplərin  iqtisadi  əhəmiyyətə  malik 

əlamətlərinin  səciyyələndirilməsi  olduqca  əhəmiyyətlidir  (2).  Biomorfoloji  əlamətlərin 

genetik  variabellik  səviyyəsinin  təyini  çoxölçülü  statistik  metodlardan  istifadə  nəticəsində 

mümkün  olmuşdur.  Bu  məqsədlə  tərtib  edilmiş  statistik  metodlar  həm  də  müxtəlif 

biomorfoloji əlamətlərin genetikası haqqında əsaslı informasiya verir.  

Çovdar  müxtəlif  torpaq-iqlim  şəraitlərində,  xüsusilə  soyuq  mühitdə  becərilməyə 

adaptasiya  etmiş,  iqtisadi  əhəmiyyəti  yüksək  olan  dənli-taxıl  bitkisidir. Bu  isə  onun  genetik 

müxtəlifliyinin  dünya  alimləri  tərəfindən  araşdırılmasına  səbəb  olmuşdur  (4,  5,  6).    Cari 

tədqiqat işində 56 çovdar genotipinin genetik müxtəlifliyi iqtisadi əhəmiyyətli biomorfoloji-

kəmiyyət  əlamətlərinin  statistik  metodlar  vasitəsilə  təhlili  əsasında  ətraflı  öyrənilmiş  və 

Azərbaycanın  yerli  çovdar  nümunələrinin  genetik  potensialı  haqqında  effektiv  informasiya 

əldə edilmişdir.  

 


 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



MATERİAL VƏ METODLAR 

Tədqiqat  obyekti  kimi  Azərbaycanın  müxtəlif  bölgələrində  yayılmış  56  çovdar 

nümunəsindən istifadə olunmuşdur. Bitki nümunələri AMEA Genetik Ehtiyatlar İnstitutunun 

genbankına  mənsubdurlar  (Cədvəl  1).  Biomorfoloji  kəmiyyət  əlamətləri  -  bitkinin  boyu, 

məhsuldar  gövdələrin  sayı,  əsas  sünbülün  uzunluğu,  əsas  sünbüldə  sünbülcüklərin  sayı, 

sünbüldə  dənlərin  sayı,  sünbüldə  dənlərin  kütləsi,  min  dənin  kütləsi  -  çoxölçülü  statistik 

metodlar  vasitəsilə  tədqiq  olunmuşdur.  Kəmiyyət  əlamətlərinin  analizində  korrelyasiya, 

“path” və klaster kimi  statistik analiz üsullarından istifadə edilmişdir. Korrelyasiyalar SPSS 

(7)  kompüter  proqramından  istifadə  yolu  ilə  aşağıda  verilmiş  düstur  əsasında  təyin 

olunmuşdur: 











2

2

1



2

2

1



1

1

ny



y

nx

x

xy

n

y

x

r

 

burada, x və y ayrı-ayrı əlamətləri, n-nümunələrin sayını ifadə edir. 



Hər  bir  əlamətin  digər  əlamətə  təsiri  standartlaşdırılmış  natamam  reqressiya  indeksi 

əsasında iki hissəyə:  bilavasitə və dolayı  təsirlərə ayrılmaqla  “path”  analiz metodu əsasında 

tədqiq  edilmişdir.  “Path”  analizi  MSTAT  kompüter  proqramı  əsasında  yerinə  yetirilmişdir. 

SPSS  (7)  kompüter  proqramı  vasitəsilə  tətbiq  edilmiş  klaster  analizi  nümunələr  arasındakı 

genetik  məsafəni  təyin  etməyə  imkan  vermişdir.  Bu  metod  əsasında  genetik  yaxın,  oxşar 

nümunələr bir qrup daxilində yerləşdirilmişdir. 



 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

56  çovdar  nümunəsinin  genetik  müxtəlifliyini  öyrənmək  məqsədilə  tədqiq  olunmuş 

kəmiyyət  əlamətlərinin  statistik  analizi  cədvəl  2-də  əks  etdirilmişdir.  Müşahidə  olunduğu 

kimi, çovdar nümunələri arasında məhsuldarlığına görə 16 nömrəli genotip yüksək məhsuldar 

nümunə  kimi  qiymətləndirildiyi  halda,  ən  zəif  məhsuldarlıq  49  nömrəli  genotipdə  qeydə 

alınmışdır. Nümunələr arasında məhsuldarlığın orta qiyməti 4.937-ə bərabər olmuşdur ki, bu 

da  tədqiq  olunan  genotiplərin  məhsuldarlıq  üzrə  stabil  qiymətlərə  malik  olduğunu  göstərir. 

Bitkinin  boyu  əlamətinin  yüksək  qiyməti  7  nömrəli  çovdar  nümunəsində  aşkar  edilmişdir. 

Tədqiq  edilən  56  mədəni  çovdar  genotipi  arasından  yalnız  49  nömrəli  nümunə  yabanı 

olmaqla,  97  sm  boyla,  ən  qısaboylu  nümunə  kimi  seçilmişdir.  Bu,  sözügedən  nümunənin 

müxtəlif istiqamətlərdə, o cümlədən bitkilərin boyunun qısaldılması istiqamətində aparılacaq 

genetik  tədqiqatlarda  donur  kimi  uğurla  istifadə  edilməsinə  imkan  verir.  Əsas  sünbülün 

uzunluğu  əlamətinin  orta  qiyməti  17.53-ə,  dəyişkənlik  diapazonu  9.18-ə  bərabər  olmuş,  bu 

əlamət üzrə standart kənarlanma 1.84 qiymətini almışdır. 47, 40, 50 və 44 nömrəli nümunələr 

bu  əlamətin  maksimum,  49,  4,  13  və  19  nömrəli  genotiplər  isə  minimum  göstəriciləri  ilə 

səciyyələnmişlər. 45, 56, 10, 54 və 55 nömrəli nümunələr, uyğun olaraq, 58, 57.2, 56.8, 55.4 

və  55.2  qiymətləri  ilə  əsas  sünbüldə  sünbülcüklərin  maksimal  miqdarına  malik  olduqları 

halda, 49 və 21 nömrəli genotiplər bu əlamətin minimal göstəriciləri ilə fərqlənmişlər. Əsas 

sünbüldə  sünbülcüklərin  sayının  56  çovdar  genotipi  üzrə  orta  qiyməti  49.93-ə,  dəyişkənlik 

diapazonu  31.40-a  bərabər  olmuş,  bu  əlamət  üzrə  standart  kənarlanma  5.25  qiymətini 

almışdır.  Tədqiq  olunan  bütün  genotiplər  nəzərə  alınmaqla  sünbüldəki  dənlərin  sayı 

əlamətinin orta qiyməti 65.93 təyin edilmişdir. Bu əlamət üzrə yüksək qiymətlərə malik olan 

nümunələr 52, 45, 38 və 10 nömrəli genotiplər, kiçik qiymətlərlə seçilən nümunələr isə 19, 22 

və  40  nömrəli  genotiplər  olmuşlar.  2,  10,  36,  38,  44  və  45  nömrəli  çovdar  nümunələri  əsas 

sünbüldəki dənlərin kütləsinin yüksək qiymətləri ilə səciyyələnmiş, 55, 54, 41 və 38 nömrəli 

genotiplər  isə  min  dənin  maksimal  göstəricilərinə  malik  olmaqla  diqqəti  cəlb  etmişlər. 

Beləliklə,  aparılan  statistik  analizlər  tədqiqat  obyekti  kimi  seçilmiş  56  çovdar  nümunəsinin 

zəngin  genetik  potensialının  aşkar  olunmasına  xidmət  etməklə,  öyrənilən  biomorfoloji 



 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

kəmiyyət  əlamətləri  arasında  genetik  müxtəlifliyin  yüksək  olduğunu  təsdiqləyir  və  öz 



növbəsində,  bu  nümunələrin  gələcəkdə  müxtəlif  məqsədlərlə  reallaşdırılacaq  seleksiya 

proqramları üçün qiymətli xammal olduqlarını göstərir.  

Tədqiqatda öyrənilən kəmiyyət əlamətləri arasında mövcud olan xətti asılılıqları aşkar 

etmək  məqsədilə  korrelyasiya  analizi  üsulundan  (Cədvəl  3),  məhsuldarlığa  bilavasitə  və 

dolayı təsir göstərən əlamətləri təyin etmək məqsədilə isə path analizi metodundan (Cədvəl 4) 

istifadə  edilmişdir.  Cədvəl  3-dən  müşahidə  olunduğu  kimi,  məhsuldarlıqla  əsas  sünbülün 

uzunluğu  arasında  10%,  əsas  sünbüldəki  sünbülcüklərin  sayı  arasında  isə  5%  ehtimallıqla 

müsbət korrelyasiya mövcuddur. Həmçinin “path” analiz üsulunun tətbiqi nəticəsində (Cədvəl 

4)  əsas  sünbülün  uzunluğu  və  əsas  sünbüldəki  sünbülcüklərin  sayı  əlamətlərinin 

məhsuldarlığa bilavasitə və dolayı təsirlərinin yüksək olduğu qeydə alınmışdır. Bu, öyrənilən 

çovdar  populyasiyasında  əsas  sünbülün  uzunluğu  və  əsas  sünbüldəki  sünbülcüklərin  sayı 

əlamətlərinin məhsuldarlığın komponentlərindən olduğunu göstərir. 

 

Cədvəl 1. 



Tədqiq edilmiş çovdar nümunələri 

S.cereale L. ssp cereale Rusiya (ağ, 



nazik sünbül ) 

29  S.segetale (Zhuk.) Roshev. №31 Oğuz h 

510 (ağ, şaxələnən sünbül) 

S.cereale L. ssp cereale Rusiya 



(qəhvəyi sünbül) 

30  S.segetale (Zhuk.) Roshev. №31 Oğuz h 

510 (samanı sarı sünbül) 

S.cereale L. ssp cereale Rusiya (ağ 



kvadratvari sünbül, qara dən) 

31  S.segetale (Zhuk.) Roshev. №16 Bızgov 

Naxçıvan 2005 (ağ burulmuş sünbül) 

S.cereale L. ssp cereale Rusiya (boz, 



prizmavari sünbül) 

32  S.segetale (Zhuk.) Roshev. №16 Bızgov 

Naxçıvan 2005 (ağ şaxələnən sünbül) 

S.segetale (Zhuk.) Roshev. Mərdəkan 



(ağ sünbül) 

33  S.segetale (Zhuk.) Roshev. №17 Bızgov 

Naxçıvan 2005 (ağ sünbül, qara dən) 

S.segetale (Zhuk.) Roshev. Mərdəkan 



(qara sünbül, ağ dən) 

34  S.segetale (Zhuk.) Roshev. №18 Bızgov 

Naxçıvan 2005 (ağ, boz-qəhvəyi sünbül) 

S.segetale (Zhuk.) Roshev. Mərdəkan 



(qara sünbül, qara dən) 

35  S.segetale (Zhuk.) Roshev. №18 Bızgov 

Naxçıvan 2005 (ağ kvadratvari sünbül, 

qara dən) 

S.segetale (Zhuk.) Roshev. Mərdəkan 



(ağ sünbül, göy dən) 

36  S.segetale (Zhuk.) Roshev. Mərdəkan (ağ 

prizmavari sünbül) 

S.segetale (Zhuk.) Roshev. Mərdəkan 



(tünd qəhvəyi sünbül, ağ dən) 

37  S.segetale (Zhuk.) Roshev. Mərdəkan 

(qəhvəyi, burulmuş sünbül) 

10  S.segetale (Zhuk.) Roshev. Mərdəkan 

(şaxələnən sünbül) 

38  S.segetale (Zhuk.) Roshev. Mərdəkan (ağ, 

prizmavari sünbül) 

11  S.segetale (Zhuk.) Roshev. Lerik 

(qəhvəyi sünbül, ağ dən) 

39  S.segetale (Zhuk.) Roshev. Mərdəkan 

(açıq qəhvəyi, silindirvari sünbül) 

12  S.segetale (Zhuk.) Roshev. Lerik 

(qəhvəyi sünbül, qara dən) 

40  S.segetale (Zhuk.) Roshev. 1-544 

Naxçıvan (ağ-sarı burulmuş sünbül) 

13  S.segetale (Zhuk.) Roshev. Lerik (boz 

sünbül) 

41  S.segetale (Zhuk.) Roshev. 1-544 

Naxçıvan (ağ-sarı, şaxələnən, III sünbül) 

14  S.segetale (Zhuk.) Roshev. Lerik (ağ 

sünbül, qara dən) 

42  S.segetale (Zhuk.) Roshev. 1-544 

Naxçıvan (boz-qəhvəyi, şaxələnən, III 

sünbül) 


15  S.segetale (Zhuk.) Roshev. Naxçıvan 

(boz sünbül, qara dən) 

43  S.segetale (Zhuk.) Roshev. 1-174 

(Naxçıvan) (ağ-sarı prizmavari) 

16  S.segetale (Zhuk.) Roshev. Naxçıvan 

44  S.segetale (Zhuk.) Roshev. 1-174 



 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



Məhsuldarlıq  poligen  xarakterli  əlamət  olduğundan  və  onun  təzahüründə  ətraf  mühit 

amillərinin  təsirləri  yüksək  olduğundan,  onu  bilavasitə  seleksiya  etmək  mümkün  deyildir. 

Lakin  məhsuldarlığın  əsas  elementlərinin  təyini  və  yaxşılaşdırılması  nəticəsində  onun 

artırılmasına  nail  olmaq  mümkündür.  Beləliklə,  tədqiq  olunan  çovdar  populyasiyasında 

öyrənilən  kəmiyyət  əlamətlərinin  yüksək  genetik  müxtəlifliyi  ilə  yanaşı,  məhsuldarlıqla 

genetik  əlaqələrinin  varlığını  nəzərə  alaraq,  onlardan  dolayı  olaraq,  məhsuldarlığın 

artırılmasında  effektiv  əlamətlər  kimi  istifadə  edilməsi  mümkündür.  Tədqiqatda  digər 

əlamətlərlə məhsuldarlıq arasında heç bir asılılıq qeydə alınmamışdır. Bitkinin boyu əlaməti 

ilə  əsas  sünbülün  uzunluğu  və  əsas  sünbüldəki  sünbülcüklərin  sayı  əlamətləri  arasında  1%, 

sünbüldə dənlərin sayı və sünbüldə dənlərin kütləsi əlamətləri arasında isə 10% ehtimallıqla 

etibarlı asılılığın varlığı müşahidə edilmişdir (Cədvəl 3). Bu, bitkinin boyunun artdıqca əsas 

sünbülün  uzunluğunun  artdığını  və  öz  növbəsində  əsas  sünbüldəki  sünbülcüklərin  sayının, 

sünbüldəki  dənlərin  sayının  və  sünbüldəki  dənlərin  kütləsinin  yüksəldiyini  göstərir.  Əsas 

sünbülün  uzunluğu  əlaməti  ilə  əsas  sünbüldəki  sünbülcüklərin  sayı  əlaməti  arasında  1%, 

sünbüldəki dənlərin sayı, sünbüldəki dənlərin kütləsi və min dənin kütləsi əlamətləri arasında 

5%  ehtimallıqla  müsbət,  etibarlı  korrelyasiyalar  aşkar  edilmişdir.  Əsas  sünbüldə 

sünbülcüklərin sayı əlaməti ilə sünbüldə dənlərin sayı, sünbüldə dənlərin kütləsi və min dənin 

kütləsi əlamətləri arasında, sünbüldə dənlərin sayı ilə sünbüldə dənlərin kütləsi və min dənin 

kütləsi əlamətləri arasında, nəhayət, sünbüldə dənlərin kütləsi ilə min dənin kütləsi əlamətləri 

arasında  1%  ehtimallıqla  müsbət,  etibarlı  korrelyasiyaların  mövcudluğu  müəyyən 

olunmuşdur.  

(qəhvəyi sünbül, iri dən) 

Naxçıvan (ağ, prizmavari sünbül) 

17  S.segetale (Zhuk.) Roshev. 1–54 

Naxçıvan (ağ sünbül) 

45  S.segetale (Zhuk.) Roshev. 1-174 

Naxçıvan (qəhvəyi, III sünbül) 

18  S.segetale (Zhuk.) Roshev. 1–54 

Naxçıvan (qəhvəyi sünbül) 

46  S.segetale (Zhuk.) Roshev. 1-174 

Naxçıvan (boz-qəhvəyi, III sünbül) 

19  S.segetale (Zhuk.) Roshev. 1-171 

Naxçıvan (boz-qəhvəyi sünbül) 

47  S.segetale (Zhuk.) Roshev. Şəki h 275 (ağ 

burulmuş, uzun sünbül) 

20  S.segetale (Zhuk.) Roshev. 1-171 

Naxçıvan (sarı-ağ, kvadratvari sünbül) 

48  S.segetale (Zhuk.) Roshev. Şəki h 275 (ağ 

sarı, qısa, III sünbül) 

21  S.segetale (Zhuk.) Roshev. 1-171 

Naxçıvan (ağ burulmuş, III sünbül) 

49  S.Silvestre (Host.) Abşeron (ağ, tökülən 

sünbül) 

22  S.segetale (Zhuk.) Roshev. Naxçıvan 

(boz-qəhvəyi, burulmuş sünbül) 

50  S.cereale L. Mirbəşir 46 (ağ sünbül, qara 

dən) 

23  S.segetale (Zhuk.) Roshev. Oğuz 



rayonu, Bucaq kəndi h 476 (ağ, 

burulmuş sünbül) 

51  S.cereale L. Rusiya Vyatka 2 (sarı, 

burulmuş sünbül) 

24  S.segetale (Zhuk.) Roshev. Oğuz 

rayonu, Bucaq kəndi h 476 (ağ sünbül, 

şaxələnmiş) 

52  S.cereale L. Rusiya Saratovskaya 6 (boz-

sarı, prizmavari sünbül) 

25  S.segetale (Zhuk.) Roshev. № 25, 1 

Şəki h 202 (ağ burulmuş sünbül) 

53  S.cereale L. Rusiya Purqa (samanı boz, 

kvadratvari, qılçıqları tünd) 

26  S.segetale (Zhuk.) Roshev. №25, 2 Şəki 

h 202 (ağ sünbül, tünd boz dən) 

54  S.cereale L. Rusiya Tatarskaya-1 (samanı 

sarı, prizmavari sünbül) 

27  S.segetale (Zhuk.) Roshev. №25, 2 Şəki 

h 202 (ağ dən) 

55  S.cereale L. Rusiya Alfa (sarı, prizmavari, 

tünd qılçıqlı sünbül) 

28  S.segetale (Zhuk.) Roshev. №29, 2 

Oğuz h 509 (ağ burulmuş sünbül, 

bənövşəyi dən) 

56  S.cereale L. Rusiya Korona (boz-qəhvəyi, 

burulmuş, tünd qılçıqlı sünbül) 



 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



Cədvəl 2. 

Biomorfoloji əlamətlər üzrə hesablanmış statistik parametrlər 

Əlamətlər 

Min. 


Maks. 

Orta 


qiymət 

Standart 

xəta 

Standart 



kənarlanma 

Variasiya 

əmsalı 

Məhsuldarlıq  



3.6 

6.2 


4.937 

0.068 


0.513 

10.39 


Bitkinin boyu  

97 


210 

182.2 


2.65 

19.83 


10.88 

Əsas ünbülün uzunluğu 

11.5 

20.68 


17.53 

0.245 


1.84 

10.49 


Əsas sünbüldə 

sünbülcüklərin sayı 

26.6 

58 


49.93 

0.702 


5.26 

10.53 


Sünbüldəki dənlərin sayı 

33.8 


95.2 

65.93 


2.05 

15.36 


23.3 

Sünbüldəki dənlərin kütləsi 

0.61 

2.96 


1.63 

0.077 


0.58 

35.58 


Min dənin kütləsi 

12.5 


36 

25.76 


0.773 

5.8 


22.51 

Cədvəl 3. 

Əlamətlər arasında mövcud olan korrelyasiyalar 

raltlmalƏ 

Məhsuldarl

ıq 


 

 

Bitkinin 



boyu 

 

Sünbülün 



uzunluğu 

  

Sünbüldə 



sünbülcüklər

in sayı 


Sünbül

də 


dənlərin 

sayı 


Sünbüldə 

dənlərin 

kütləsi 

Min 


dənin 

kütləsi 


 

Məhsuldarlıq 

0.143 


0.225

0.309



**

 

0.170 



0.227 

0.125 


Bitkinin boyu 



0.447

***


 

0.366


***

 

0.224



0.256


0.161 


Əsas sünbülün 

uzunluğu 





0.675

***


 

0.296


**

  0.316


**

 

0.291



**

 

Əsas sünbüldə 



sünbülcüklərin sayı 



0.493



***

  0.519


***

  0.510


***

 

Sünbüldə dənlərin 



sayı 





0.896

*** 


0.491

*** 


Sünbüldə dənlərin 

kütləsi 






0.650

***


 

*



**

 və 


***

, uyğun olaraq, 10%, 5% və 1% ehtimallıqla etibarlılığı ifadə edir. 

Cədvəl 4. 

Çovdar genotiplərində məhsuldarlığa bilavasitə (diaqonal) və dolayı təsir göstərən əlamətlər 

Əlamətlər 

Bilavasitə 

təsir 

Dolayı təsir 



Min 

dənin 


kütləsi 

Sünbüldə 

dənlərin 

kütləsi 


Sünbüldə 

dənlərin 

sayı 

Sünbüldə 



sünbülcüklərin 

sayı 


Sünbülün 

uzunluğu 

Bitkinin boyu 

0.0057 


-0.0287 

0.114 


-0.067 

0.12 


0.008 

Əsas sünbülün 

uzunluğu 

0.0184 


-0.052 

0.141 


-0.088 

0.203 


------ 

Əsas sünbüldə 

sünbülcüklərin 

sayı 


0.30 

-0.091 


0.232 

-0.147 


------ 

------ 


Sünbüldə 

dənlərin sayı 

-0.30 

-0.087 


0.40 

------ 


------ 

------ 


Sünbüldə 

dənlərin 

kütləsi 

0.447 


-0.116 

------ 


------ 

------- 


------ 

Min dənin 

-0.178 

------ 


------ 

------ 


------ 

----- 


 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

kütləsi 



Yüklə 7,48 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin