Amea botanika İnstitutunun elmi əsərləri, 2012- ci IL, XXXII cild



Yüklə 7,48 Mb.
Pdf görüntüsü
səhifə51/64
tarix14.01.2017
ölçüsü7,48 Mb.
#5478
1   ...   47   48   49   50   51   52   53   54   ...   64

 

Klaster  analizi  Ward  metodu  əsasında  tədqiq  olunan  56  çovdar  genotipini  bütün 

kəmiyyət  əlamətlərinin  orta  qiymətləri  əsasında  4  əsas  qrupa  ayırmışdır  (Şək.  1).  Birinci 

klaster tədqiq olunan genotiplərin əksəriyyətini – 30-nu özündə birləşdirir. Bu qrupa aid olan 

nümunələr  məhsuldarlıq  və  onun  komponentlərinin  yüksək  göstəriciləri  ilə  seçilirlər.  İkinci 

klaster genotiplərin 17.85%-ni təşkil edir. Bu klasterdə qruplaşan nümunələr 22, 40, 9, 17, 42, 

13, 19, 35, 21 və 51 nömrəli genotiplərdirlər. Üçüncü klasteri təşkil edən 53, 56, 52, 54 və 55 

nömrəli  genotiplərdə  min  dənin  kütləsi,  əsas  sünbüldəki  dənlərin  sayı,  sünbüldəki 

sünbülcüklərin  sayı  əlamətlərinin  maksimal  qiymətlər  alması  diqqəti  cəlb  edir.  Aparılmış 

klaster analizi principle component analizinin nəticəsini təsdiqləyərək, tədqiqata daxil edilən 

yeganə  yabanı  çovdar  genotipini  digərlərindən  ayıraraq,  dördüncü  klasterdə  lokallaşmasına 

səbəb olmuşdur. 

 

 

Şək. 1. Genotiplərin biomorfoloji əlamətlər əsasında qruplaşması 



 

Məlumdur ki, fenotipik əlamətlər mühitlə genotipin birgə təsiri nəticəsində formalaşır, 

başqa  sözlə  desək,  biomorfoloji  əlamətlərin  yaranmasında  mühitin  təsiri  qaçılmazdır.  Bu 

baxımdan  genotiplərin  biomorfoloji  əlamətlər  əsasında  genetik  müxtəlifliyini  öyrənərkən  ən 

əhəmiyyətli işlərdən biri ətraf mühit amillərinin təsirlərini kənarlaşdıraraq genotiplərin həqiqi 

genetik potensiallarını üzə çıxarmaq, yəni genotipi fenotip əsasında təyin etməkdir. Beləliklə, 

aparılan  statistik  analizlər  tədqiqat  obyekti  kimi  seçilmiş  56  çovdar  nümunəsinin  zəngin 

genetik  potensialının  aşkar  olunmasına  xidmət  etməklə,  öyrənilən  biomorfoloji  kəmiyyət 

əlamətləri  arasında  genetik  müxtəlifliyin  yüksək  olduğunu  təsdiqləyir  və  öz  növbəsində,  bu 

nümunələrin  gələcəkdə  müxtəlif  məqsədlərlə  reallaşdırılacaq  seleksiya  proqramları  üçün 

qiymətli  xammal  olduqlarını  göstərir.  Cari  tədqiqat  işində  Azərbaycanda  geniş  yayılmış 

çovdar  nümunələrinin  genetik  müxtəlifliyi  öyrənilmiş,  gələcəkdə  aparılacaq  seleksiya  işləri 

üçün effektiv çovdar nümunələri aşkar edilmişdir. 

 


 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



ƏDƏBİYYAT 

1.

 



Bagheri, A., Koochaki, A., and Zand, E. 1996. Plant Breeding in Sustainable Agriculture. 

Mashhad University Jihad Publications, Mashhad, Iran (in Farsi). 

2.

 

Farahani,  E.,  and  Arzani,  A.  2008.  Evaluation  of  genetic  variability  for  durum  wheat 



genotypes  using  multivariate  analysis.  Iranian  Society  of  Agronomy  and  Plant  Breeding 

Sciences. Electronic Journal of Crop Production 1: 51-64. 

3.

 

Koutroubasa, S. D. and Mazzinib, F. 2004. Grain quality variation and relationships with 



morpho-physiological traits in rice (Oryza sativa L.) genetic resources in Europe. Field crops 

research. 86: 2, 115-130. 

4.

 

Lopez,  K.L.  2010.  Assessment  of  genetic  diversity  in  rye  accessions  by  morphological 



traits. Journal of Plant Genetics. 3: 5, 154-167. 

5.

 



Mohammadi,  M.N.  2011.  Genetic  diversity  in  some  rye  genotypes.  Journal  of  Botany. 

340-349.  

6.

 

Che  Yong-he,  Yang  Xin-Ming.  2008.  Morphological  investigation  of  Secale  cereale 



subsp. segetale populations in Xinjiang. Hubei. Agricultural Sciences. 96-104. 

7.

 



SPSS, SPSS Base 12.0 for Windows User’s Guide, SPSS Inc., Chicago, IL., 2003. 

 

РЕЗЮМЕ 

ОЦЕНКА ГЕНЕТИЧЕСКОГО РАЗНООБРАЗИЯ ОБРАЗЦОВ РЖИ ПО 

БИОМОРФОЛОГИЧЕСКИМ ПРИЗНАКАМ 

1

Э.М.Ахундова, 



2

Дж.М.Оджаги, 

2

Г.К.Рафиева, 



2

С.Дж.Салаева, 

1

А.Э.Мустафаева. 



1

Бакинский Государственный Университет, 

2

Институт Генетических Ресурсов НАН 



Азербайджана. 

 

Применение методов статистического анализа для определения количественных 



хозяйственно-ценных  признаков  коллекции  ржи  показало  широкий  полиморфизм  и 

богатый  генетический  потенциал  изученных  генотипов  ржи  и  эффективность 

использования их в селекционных программах. Применение корреляционного анализа 

позволило  установить  положительную  корреляцию  между  признаками  длины  колоса, 

числа  колосков  в  колосе  и  урожайностью.  «Path»  анализ  также  показал  прямую 

положительную зависимость между данными признаками и урожайностью. Выявлено, 

что  в  изученных  популяциях  ржи    указанные  признаки  являются  основными 

компонентами урожайности. 

Ключевые  слова:  рожь,  генетическая  разнообразия,  биоморфологические 

признаки, корреляционный анализ, «path» анализ 

   

SUMMARY 

EVALUATION OF GENETIC DIVERSITY OF RYE ACCESSIONS ACCORDING 

TO THE BIOMORPHOLOGICAL TRAITS 

E.M.Akhundova,

 2

J.M.Ojaghi, 



2

G.Q.Rafiyeva, 

2

S.J.Salayeva, 



1

A.E.Mustafayeva 

1

Baku State University,



 2

Genetic Recourses Institute of ANAS 

 

This  research  is  done  in  order  to  evaluate  genetic  diversity  of  rye  varieties  in  Azerbaijan 



according to the morphological traits by multivariate statistic methods. 56 rye genotypes have 

been  analyzed  by  7  morphological  traits  in  this  research.  Statistic  analysis  methods  of 

correlation  characteristics  are  including  the  spike  length  and  number  of  spikle  per  spike 

showed high correlation with yield. These traits has determined as yield components. In this 

study  we  detected  high  genetic  diversity  between  rye  accessions.  Therefore,  we  can  use 

studied rye genotypes in different genetic programs. 



 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

Key words: rye, genetic diversity, biomorphological traits, correlation analysis,path analysis 



UOT 633:11:547.979.7 

 

BƏRK BUĞDA (T.DURUM L.) NÖVMÜXTƏLIFLIKLƏRININ ABIOTIK STRES 

AMILLƏRƏ DAVAMLILIĞI 

 

Əliyev R.T., Hacıyeva Ş.İ., Cavadova L.H., Abuşeva X.Ş.,  



Mikayılova R.T., Abdullayeva L.S. 

AMEA Genetik Ehtiyatlar İnstitutu 

 

Laboratoriya  şəraitində  bərk  buğdanın  16  növmüxtəlifliklərini  əhatə  edən  28 

nümunəsi  üzərində  quraqlıq,  duzluluq  streslərinə  davamlılıq  dərəcəsi  təyin  edilmiş  və 

quraqlığa davamlı 8 nümunə, duza davamlı isə 13 nümunə seçilmişdir. Hər iki stresə davamlı 

4 nümunə seçilmişdir. 

 

Açar sözlər: buğda, quraqlıq, istilik, duzluluq, xlorofil 

 

 

Dünyada  baş  verən  qlobal  iqlim  dəyişmələri,  yer  kürəsində  ekoloji  vəziyyətin 

ağırlaşmasına, quraqlıq və duzluluq kimi stres amillərin sürətlə artmasına səbəb olmuşdur ki, 

bu da gələcəkdə insanların qida məhsuluna olan təlabatının ödənilməsində ciddi problemlərə 

gətirib  çıxara  bilər.  Odur  ki,  qeyri-əlverişli  torpaq  iqlim  şəraitindən,  o  cümlədən  quraq  və 

duzlu torpaqlardan səmərəli istifadə edilməsi günün aktual problemlərindəndir. Qeyri əlverişli 

torpaqlardan istifadənin mümkün alternativlərindən biri stres amillərə davamlı eyni zamanda 

iqtisadi əhəmiyyət kəsb edən bitki sort və formalarının aşkar edilməsi, onların uyğun torpaq 

iqlim  şəraitində  becəriməsinin  təmin  olunması  və  belə  təbii  gen  mənbələrindən  istifadə 

etməklə, yeni stresə davamlı bitki sortlarının yaradılmasıdır (1). 

AMEA  Genetik  Ehtiyatlar  İnstitutunda  müxtəlif  buğda  nümunələrinin  məhsuldarlığı,  

yetişmə müddəti,  biotik  və abiotk streslərə, xüsusilə də,  xəstəliklərə,  quraqlıq və duzluluq 

streslərinə    davamlılıq  dərəcələrinin  öyrənilməsi  istiqamətində  geniş  tədqiqat  işləri  aparılır 

(2,3). Bu tədqiqatların nəticələri seleksiya proseslərinin məqsədyönlü və sürətlə aparılmasına 

kömək  edir,  daha  məhsuldar  və  stres  amillərə  davamlı  buğda  sortlarının  yaradılmasında 

istifadə olunur.  



 

MATERIAL VƏ METODLAR 

Tədqiqat    bərk  buğdanın  16  növmüxtəlifliklərini  əhatə  edən  28  nümunəsi  üzərində 

aparılmışdır. Buğda  genotiplərinin duzluluq və quraqlıq streslərinə davamlılığı  ilə xlorofilin 

miqdarı  arasındakı  əlaqəni  öyrənmək  məqsədilə  tarla  təcrübələrindən  yarpaq  nümunələri 

(yuxarıdan ikinci  yarpaq) laboratoriyaya gətirilərək onlara duz (NaCl) və quraqlıq (saxaroza 

vasitəsilə)  stresi  verilmişdir.  Bu  məqsələ  sahədən  gətirilmiş  yarpaqlardan  kiçik  dairəciklər 

kəsilərək  iki  hissəyə  ayrılmışdır.  Hər  təcrübə  variantından  sınaq  şüşələrinə  5  dairəcik 

yerləşdirilmişdir.  Birinci  hissəyə  su,  digərinə  isə  2%-li  NaCl  məhlulu,  3-cü  hissəyə  20  atm. 

təzyiqli  saxaroza  məhlulu  əlavə  edilərək  24

0

C  temperaturda  1  gün  saxlanılmışdır.  Sonra 



dairəciklər  məhluldan  çıxarılaraq  filtr  kağızı  ilə  qurudulmuş  və  10  ml-lık  sınaq  şüşələrinə 

keçirilərək  üzərlərinə  spirt  əlavə  edildikdən  sonra  bir  neçə  dəqiqə  qaynadılmışdır 

(dairəciklərin rəngi ağarana qədər).  

 

 



 

 


 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



Cədvəl 1.1. 

 

Bərk buğda (T. durum Desf.) növmüxtəlifliklərinin  yarpaqlarında xlorofilin (a+b) miqdarının dəyişilməsinə görə qurqlığa və duzluluğa 



davamlılığın qiymətləndirilməsi 

2011- ilin 

səpin 

№-ləri 


Bərk buğda növmüxtəliflikləri və 

toplandığı yer 

 

Ca +Cb (vahid yarpaq sahəsində Mkq-larla) 



Osmotikdə saxlanılan dairəciklərdə 

piqmentlərin qatılığı, %-lə 

Suda                   Saxaroza           NaCl 

Saxaroza 

NaCl 

St. Bərəkətli 



8,69±0,1 

7,42±0,3 

8,49±0,5 

85≡ 


97= 



leucurum-Abşeron 

10,12±0,09  9,43±0,79 

9,68±0,65 

93= 

95= 




leucurum- Abşeron 

9,70±0,56 

9,12±0,22 

9,44±0,87 

94= 

97= 




leucurum- Abşeron 

10,29±0,07  9,41±0,13 

10,73±0,11 

91= 


104- 

10 


leucurum- Abşeron 

10,15±0,27  7,23±0,31 

10,15±0,42 

87≡ 


100= 

15 


leucurum- Abşeron 

9,05±0,20 

9,48±0,33 

9,56±0,33 

104- 

105- 


37 

leucurum-hibrid mənşəli 

9,02±0,19 

9,99±0,19 

9,70±0,22 

110- 

107- 


53 

hordeiforme-hibrid mənşəli 

6,70±0,81 

6,00±0,38 

6,90±0,28 

89= 

103- 


54 

hordeiforme-hibrid mənşəli 

7,13±0,5 

7,61±0,12 

7,01±0,3 

106- 

94= 


63 

hordeiforme-hibrid mənşəli 

8,98±0,08 

8,37±0,6 

8,18±0,2 

93= 

91= 


85 

leucomelan- hibrid mənşəli 

7,21±0,24 

7,29±0,11 

6,58±0,01 

101= 

91= 


93 

muticoleucomelan- hibrid mənşəli 

6,97±0,4 

7,28±0,12 

7,44±0,16 

104- 

106- 


103 

murciense- hibrid mənşəli 

7,3±0,06 

6,57±0,38 

7,00±0,39 

90= 

96= 


105 

murciense- hibrid mənşəli 

6,61±0,19 

6,60±0,03 

6,10±0,17 

100- 

92= 


113 

muticomurciense- hibrid mənşəli 

4,94±0,09 

5,34±0,08 

6,13±0,11 

108- 

124- 


117 

affine- hibrid mənşəli 

7,39±0,34 

6,80±0,57 

7,70±0,21 

92= 

104- 


121 

affine- hibrid mənşəli 

8,11±0,13 

8,17±0,14 

8,79±0,35 

101= 

108- 


146 

erythromelan- hibrid mənşəli 

9,10±0,18 

8,90±0,77 

8,57±0,01 

97= 

94= 


153 

alboprovinciall-Abşeron 

5,95±0,08 

5,30±0,03 

5,74±0,31 

89= 

96= 


157 

melanopus-Abşeron 

6,84±0,16 

6,59±0,13 

6,84±0,29 

96= 

100= 


165 

melanopus-Abşeron 

6,90±0,3 

6,13±0,45 

7,17±0,35 

89= 

104- 


177 

apulicum- Abşeron 

5,66±0,23 

6,56±0,18 

6,56±0,55 

115- 

115- 


180 

apulicum- hibrid mənşəli  

5,77±0,53 

5,04±0,39 

5,13±0,17 

87= 

88= 


208 

obscurum-Saray 

6,54±0,19 

5,24±0,17 

6,75±0,52 

80= 

103- 


 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

211 



obscurum- hibrid mənşəli 

7,72±0,5 

7,62±0,3 

8,10±0,1 

98= 

104- 


246 

africanum- hibrid mənşəli 

9,06±0,05 

7,26±0,3 

8,79±0,21 

80≡ 

97= 


257 

reichenbachii- hibrid mənşəli 

7,80±0,3 

7,53±0,4 

8,26±0,25 

96= 

105- 


279 

muticomurciense- hibrid mənşəli 

8,31±0,1 

8,39±0,1 

7,91±0,06 

101= 

95= 


 

Şərti işarələr: - davamlı;   = orta davamlı;  ≡ davamsız  

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



Soyuduqdan  sonra  çınaq  şüşəsində  spirtin  həcmi  10  ml-ə  çatdırılmış  və  xlorofilin 

miqdarı spektrofotometrdə (665-649 dalğasında)  ölçülmüşdür.  Duz  və quraqlıqvariantındakı 

piqmentin  qatılığının  su  variantına  nisbəti  tapılmış  və  bu  nisbət  stresə  davamlı  formaların 

seçilməsi üçün bir ölçü vahidi kimi qəbul olunmuşdur. Alınmış nisbət nə qədər yüksək olarsa, 

o nümunə bir o qədər davamlı forma kimi qəbul edilmişdir. 

1№-li cədvəldə təqdim olunmuş nəticələr şərti işarələrlə (-)-davamlı, (=)-orta davamlı, 

(≡)-davamsız kimi ayrılmışdır. 

Cədvəldə  təqdim  olunmuş  nəticələrə  baxanda  görünür  ki,  leucurum-un  5  nümunəsi 

(№-3, 5, 7, 10, 15) Abşerondan toplanmış, 1 nümunə isə hibrid mənşəlidir (№-37). Bunlardan 

2  nümunə  (leucurum-Abşeron,  leucurum  hibrid  mənşəli)  həm  quraqlığa  həm  də  duza 

davamlıdır.  Onların  yarpaqlarında  piqmentin  qatılığı  yüksək  olduğundan  (107-110%)  bu 

nümunələr davamlı nümunələr kimi seçilmişlər və cədvəllərdə şərti işarə ilə (-) göstərilmişdir.  

Qalan 4 nümunə isə quraqlığa və duza həssas kimi seçilmişlər. Cədvəldə hordeiforme 

növmüxtəlifliyinin  3  nümunəsi    (№-53,  54,  63)  hibrid  mənşəlidir.  Bu  nümunələrdən  2-si 

quraqlığa,  1  nümunə  isə  duza  davamlı  kimi  seçilmişlər.  Cədvəldə  göstərilən  hibrid  mənşəli 

leucomelan həm quraqlığa həm də duza orta davamlı kimi ayrılmışdır. 

Quraqlığa  və  duza  davamlı    hibrid  mənşəli  muticoleucomelan-ı  (№-93)  göstərmək 

olar.  Həmin  nümunə  1-ci  qrupa  (davamlılara)  aid  edilmişdir.  Həmin  nümunələrin 

yarpaqlarında piqmentlərin qatılıq faizi quraqlıq şəraitində 104,  duz stresi verdikdən sonra isə 

106 % olmuşdur. 

Cədvəldə  2  nümunə    hibrid  mənşəli  murciense  (№-103,  105)  göstərilmişdir.  Bu 

nümunələrdən biri quraqlığa davamlı, digəri isə orta davamlı kimi seçilmişlər.  

 Cədvəldə  113  №-də  göstərilən  muticomurciense  hibrid  mənşəlidir.  Bu  nümunə  duza 

və  quraqlığa  davamlı  kimi  seçilmişdir.  117,  121  №-li  hibrid  mənşəli  affine  nümunəsi  duza 

yüksək davamlı, quraqlığa isə həssas kimi seçilmişdir. 

146 №-dəki erythromelan hibrid mənşəlidir. Quraqlığa həssas, duza isə orta davamlı 

kimi  seçilmişdir.  153  №-li  nümunə  alboprovinciale,  157  №-li  melanopus  nümunələri  həm 

quraqlığa, həm də duza həssas kimi seçilmişlər. Melanopus-Abşeron (№-165) adı altında olan 

nümunə quraqlığa həssas, duza isə davamlı  kimi  özünü göstərmişdir. Tədqiqat obyekti olan 

nümunələrin  içərisindən  həm  quraqlığa  həm  də  duza  davamlı  177  №-də  olan  apulicum-

Abşeron  olmuşdur.  Həmin  nümunənin  yarpaqlarında  stresdən  sonra  piqmentlərin  qatılığı 

115% olmuşdur. 

Cədvəldə 208 №-də göstərilən obscurum Saray və 211 №-də obscurum hibrid mənşəli 

göstərilmişdir.  Bu  nümunələr  hər  ikisi  duza  davamlı  kimi  seçilmişlər.  246  №-də  göstərilən 

africanum hibrid mənşəli quraqlığa və duza orta davamlı kimi seçilmişdir.  

257 №-də göstərilən reichenbachii quraqlığa həssas duza isə davamlıdır. 279 №-dəki 

nümunə muticomurciense hibrid mənşəli hər iki stresə orta davamlı kimi seçilmişdir. 

Beləliklə  tədqiqat  obyekti  olan  bərk  buğdanın  16  növmüxtəlfliklərini  əhatə  edən  28 

nümunələrinin içərisindən quraqlığa davamlı 8 nümunə, duza davamlı 13 nümunə seçilmişdir. 

Hər iki stresə davamlı 4 nümunə seçilmişdir ki, onlar aşağıdakılardır:  



Leucurum-Abşeron,  leucurum-  hibrid  mənşəli,  muticoleucomelan-hibrid  mənşəli, 

apulicum-Abşeron. 

 

 

ƏDƏBIYYAT 

 

1.

 



 Rəhimli  V.R.  Stres  amillərin  arpa  (Hordeum  L.)  genomun  quruluş  və  funksional 

fəallığına təsiri və davamlılığın diaqnostikası. Aftoreferat-2011 il. 

2.

 

Алиев  Д.А.,  Акперов  З.И.  «Генетические  ресурсы  Азербайджана».  Известия 



Национальной Академии Азербайджана. Серия биол. Науки, 2002, №1-6, с.57-68. 

 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

3.



 

Олейникова Т.В., Осипов и др. «Определение засухоустойчивости сортов пшеницы 

и ячменя, линий и гибридов  кукурузы по прорастанию семян на растворе сахарозы с 

высоким  осмотическим  давлением».  В.  Кн.  Методы  оценки  устойчивости  растений  к 

неблагоприятным условиям среды. Л. «Колос» 1976, с.56. 

4.

 



Rəsulova S.M. “Quraqlıq şəraitində buğda genotiplərinin valdeyn və hibrid formalarında 

xloroplastların  fotokimyəvi  fəallığının,  fotosintez  və  məhsuldarlıq  göstəricilərinin 

xüsusiyyətləri”. Avtoreferat. Bakı-2002. 

5.

 



Зелинский  М.И.,  Могилова  Г.А.  «Методические  указания  сравнительная  оценка 

сельскохозяйственных  растений  по  фотохимической  активности  хлоропластов». 

Л.1980, с. 36. 

 

 



РЕЗЮМЕ 

УСТОЙЧИВОСТЬ НЕКОТОРЫХ ГЕНОТИПОВ ТВЕРДОЙ ПШЕНИЦЫ К 

АБИОТИЧЕСКОМУ СТРЕСУ 

 

Алиев Р.Т., Гаджиева Ш.И., Джавадова Л.Г., Абдуллаева Л.С. 



Институт Генетических Ресурсов НАН Азербайджана 

 

На  основе  физиологических  параметров  исследована  устойчивость  некоторых 



генотипов  твердой пщеницы к абиотическим стрессам. Выявлено, что исследованные 8  

генотипов  пщеницы  засухо-    и  13-  солеустойчивы.  Выбраны    также    4  высоко 

устойчивые формы пщеницы каждому из 2-х факторов среды. 

 

Ключевые слова: пщеница, засуха, соленость, хлорофилл 



 

 

SUMMARY 

STABILITY OF BREAD WHEAT GENOTYPES TO ABIOTIC STRESS FACTORS 

 

Aliyev R.T., Haciyeva Sh.I., Chavadova L.H., Abdullayeva L.S. 



Genetic Resources Institute of ANAS, Azerbaijan 

 

Resistance  to  stress  factors  of  some  wheat  genotypes  have  been  studied  on  the  basis  of 



physiological parametrs. 8 of wheat accessions were resistant to drought and  13-  to salinity 

stress. Also, have been determined high resistant 4 wheat  accessions to mentioned two stress 

factors. 

 

Key words: wheat, salinity, chlorophyll 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

UOT 633.11:631.527 

 

UZUN SÜNBÜLCÜK PULCUĞUNA MALİK BUĞDA NÖVLƏRİNİN İŞTİRAKI İLƏ 

ALINMIŞ HİBRİD POPULYASİYALARDA FORMAƏMƏLƏGƏLMƏ VƏ 

MEYOZUN MÜQAYİSƏLİ TƏDQİQİ 

 

Əliyeva A.C., Mehdiyeva S.P., Əminov N.X.  



AMEA Genetik Ehtiyatlar İnstitutu, Bakı, Azərbaycan 

Tel.: (99412) 5625418, e-mail: 



arzu2007@mail.ru

 

 

Uzun  sünbülcük  pulcuğuna  malik  T.  polonicum  və  T.  petropavlovskyi  növlərinin 

iştirakı  ilə  alınan  resiprok  hibridlərdə  meyoz  və  formaəmələgəlmə  proseslərinin  müqayisəli 

tədqiqi nəticəsində hər iki növün oxşar olduqları və formaəmələgəlmənin istər T. polonicum, 

istərsə  də  T.  petropavlovskyi  ilə  olan  F



və  F



hibrid  populyasiyalarda  eyni 

qanunauyğunluqlara tabe olduğu müəyyən edilmişdir.  

 

Açar sözlər: uzun sünbüılcük  pulcuğu, hibrid populyasiya, formaəmələgəlmə, meyoz, 

Triticum L. 

 

 



Uzun  sünbülcük  pulcuğu  (long  glume)  və  çiçək  pulcuğu  (long  lemma)  əlamətləri 

buğda  (Triticum  L.)  cinsinin  növlərini  təyin  etməkdən  ötrü  əsas  açar  əlamətlərdəndirlər.  Bu 

əlamətlər  tetraploid  buğdalardan  daha  çox  T.  polonicum  L.,  heksaploid  buğdalardan  isə  T. 

petropavlovskyi Udacz. et Migusch. növlərinə xasdır. 

Polşa  buğdası  (T.  polonicum  L.)  ilk  dəfə  XVII  əsrin  ikinci  yarısında  Avropanın 

Botanika  bağlarının  kataloq  və  herbarilərində  qeydə  alınmışdır.  Polşaya  heç  bir  aidiyyəti 

olmayan bu növə T. polonicum adını ilk dəfə K. Linney vermişdir. V.R. Çelak T. polonicum 

un hibrid mənşəli olduğunu, bərk buğda və  ya istənilən tetraploid buğda ilə  T. ispahanicum 

arasındakı  spontan  hibridləşmədən  yarandığını  söyləsə  də,  bir  çoxları  onun  mənşəyini  bərk 

buğdada baş verən mutasiyalarla əlaqələndirmişlər. N.İ. Vavilov [2] elə güman edirdi ki,  T. 

polonicum  –  müxtəlif  coğrafi  və  ekoloji  qruplarda  meydana  çıxan  və  morfoloji-ekoloji 

görünüşünə  görə  bərk  buğdanın  başlanğıc  tiplərinə  uyğun  gələn  mutant  formadır.  Bəzi 

tədqiqatçılara [9, 11] görə, baş vermiş mutasiyalar bərk buğdada P geninin əmələ gəlməsinə 

səbəb  olmuşdur  ki,  o  da  sünbülcük  pulcuqlarının  uzanmasına  və  perqamentliliyinə,  habelə 

daxili çiçək pulcuğunun uzunluğuna təsir göstərmədən, xarici çiçək pulcuğunun uzanmasına 

cavabdehdir.  Bir  çoxları  isə  [13,  8,  4]  T.  polonicum  –un  bərk  buğdadan  yaranması  və 

polifiletik  mənşəli  olması  konsepsiyasının  qəbul  edilməsi  mövqeyində  dayanmışlar.  T. 

polonicum –un bərk buğdadan əmələ  gəldiyi  yerin Ön Asiya olduğu  göstərilmişdir. A. Şults 

[14, 15] onu bərk buğdanın eybəcər forması kimi nəzərdən keçirsə də, əslində Polşa buğdası 

normal  bitkidir.  Belə  ki,  meyoz  zamanı  onun  ana  tozcuq  hüceyrələrində  (ATH)  14  bivalent 

formalaşır və öz-özünə tozlanmadan sonrakı mayalanma prosesi pozuntularsız ötüşür. 

Çin üçün endemik hesab olunan Petropavlovski buğdası (T. petropavlovskyi Udacz. et 

Migusch.)  ilk  dəfə  1948-ci  ildə  Talimu  körfəzinin  qərb  hissəsindəki  Xinjaq  (Xinjiang) 

rayonunda  aşkar  edilmiş  və  «Daosuimai»  -  çəltik  buğdası  adı  ilə  tanınmışdır.  R.A.  Udaçin 

1967-ci  ildə  A.M.  Qorski  tərəfindən  Sinstzyandan  (Çin)  toplanmış  buğda  nümunələrini 

öyrənərkən,  M.M.  Yakubsiner  tərəfindən  T.  turanicum  kimi  təsvir  edilmiş  bəzi  formaların 

dənlərinin yumşaq buğda dənləri ilə oxşarlığına diqqət yetirmişdir. Qliadinlərin elektroforetik 

analizi bu buğdanın genotipində D genomunun olduğunu, xromosom sayının təyini isə onun 

heksaploid  (2n=42)  olduğunu  aşkara  çıxarmış,  bütün  bunlar  isə  növ  müəlliflərinə  onu  T. 



petropavlovskyi  Udacz.  et  Migusch.  adı  altında  müstəqil  növ  kimi  təsvir  etmək  imkanı 

 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

vermişdir.  Növ  müəlliflərinin  fikrincə,  Petropavlovski  buğdası  mutasiya  sayəsində  yumşaq 



buğdada P geninin meydana gəlməsi və  ya  T. aestivum ilə T. polonicum arasındakı spontan 

hibridləşmə  nəticəsində  yarana  bilərdi.  Və  bu  hadisə,  çox  güman  ki,  Qərbi  Çində  baş 

vermişdir.  Bu  ərazi,  qədim  əkinçilik  rayonu  olub,  Tyan-Şan,  Pamir,  Karakorum,  Kunlunya 

kimi  yüksək  dağ  silsilələri,  eləcə  də  geniş  Təklə-Məkan  və  Qobu  səhraları  ilə  təcrid 

olunmuşdur.  N.İ.  Vavilovun  [1]  qeyd  etdiyi  kimi,  belə  təcridolunmuş  yerlərdə  buğdanın 

spesifik  endemik  formaları  meydana  gələ  bilərdi  ki,  bunlardan  biri  də,  heç  şübhəsiz  ki,  T. 



petropavlovskyi  –dir.  T.T.  Yefremova  və  həmkarları  [6]  tərəfindən  aparılan  tədqiqatların 

nəticələri T. petropavlovskyi –nin mutasiya yolu ilə T. aestivum –dan əmələ gəldiyini nümayiş 

etdirmişdir.  Bundan  başqa,  A.S.  Masum  Akond  və  həmkarları  da  [12]  AFLP-markerlərdən 

istifadə  etməklə,  T.  petropavlovskyi  –nin  T.  aestivum  ×  T.  polonicum  hibrid 

populyasiyasından  intensiv  seçmə  yolu  ilə  yaradıldığı  haqda  fikir  söyləyərək,  növ 

müəlliflərinin  40  il  bundan  əvvəlki  mühakimələrində  nə  qədər  haqlı  olduqlarını  sübut 

etmişlər. 

Beləliklə,  hər  iki  buğda  növünün  uzanmış  sünbülcük  pulcuğu  əlamətini  idarə  edən 

genlər  daşıdığını  nəzərə  alıb,  onları  öz  aralarında  və  eləcə  də  heksaploid  buğda  növləri  T. 

aestivum L. em Thell. və T. vavilovii (Thum.) Jakubz. ilə resiprok hibridləşdirməyi və alınan 

hibrid  populyasiyalarda  formaəmələgəlmə  və  meyoz  proseslərini  müqayisəli  öyrənməyi 

qarşıya məqsəd qoyduq.   

 


Yüklə 7,48 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin