NƏTİCƏ
Tətqiqat nəticəsində məlum olmuşdur ki, regionun su bataqlıq florasında 1 növ (1,7%)
mamır – Politrichum commune L. və yeni 1 növ bataqlıq qanqalı (Cirsium eleodes Bieb.)
yayılmışdır.
Beləliklə, apardığımız tədqiqatlara və araşdırmalara əsasən nəticəyə gəlirik ki, Samur-
Şabran ovalığında su bataqlıq bitkiliyi daha geniş arealda Şabran rayonu ərazisində rast
gəlinir. Münbitliyi yüksək olan həmin fitosenozun elmi əsaslarla qorunması və
«Siyəzənneft»in neftlə çirklənmiş torpaqlarında bitki örtüyünün bərpası məqsədilə
bioremidasiyası, yaxud rekultivasiyası tədbirlərinin həyata keçirilməsini tövsiyə edilir.
ƏDƏBİYYAT
1.
Azərbaycan Respublikasının təbii yem sahələrinin tipoloji təsnifat vahidlərinin indeksləri,
şərti və rəng işarələrinə aid təlimat. Bakı, «Vətən», 2004, 48 s.
2.
Budaqov B.Ə. Azərbaycan təbiəti. Bakı, «Maarif», 1988, 204 s.
3.
İsmayılov B.N. Samur-Dəvəçi düzənliyi suvarma suları çöküntülərinin keyfiyyət tərkibi və
onun torpaq əmələgəlmə prosesinə rolu.// Torpaqşünaslıq və Aqrokimya əsərlər toplusu.
Bakı, Elm, 2007, s.472-477.
4.
Məmmədov Q.Ş. Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları. Bakı, Elm, 2007, 664 s.
5.
Novruzov V.S., Qurbanov E.M., İsmayılov Z.M. Bitki ekologiyası (Geobotanika əsasları).
Bakı, BDU nəşr., 1998, 197 s.
6.
Александров В.Д. Классификации растительности. Л.: Наука.1969, 275 с.
7.
Алиев Д.А. Флора и растительности водоемов Азербайджана и их хозяйственное
значение. Автореф.докт.биол.наук. Баку. 1969, 52 с.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
8.
Алиев Д.А., Гаджиев В.Д. Водно-болотная растительность бассейна р.Самур.
Уч.зап.АГУ им.С.М.Кирова сер.Биол.наук. 1972, №1, с.11-15.
9.
Викторов А.А., Востоков Б.А., Вышивкин Д.А. Введение в индикационную
геоботанику. М.: Изд.-во МГУ, 1962, 227 с.
10.
Гроссгейм А.А. Флора Кавказа, тт.I-VII. Изд. Аз .Фан. Баку, 1939-1967.
11.
Гурбанов Э.М. Флора и растительность Антропатенской провинции. Баку, Элм,
2007, 240 с.
12.
Исаев Я.М. Растительность зимних пастбищ Азербайджана, её кормовое значение.
Автореф.дис.доктор.биол.наук. Баку, 1957, 35 с.
13.
Миркин Б.М., Розенберг Л.Г., Наумова Л.Г. Словарь понятий и терминов
современный фитоцелогии. М.: Наука, 1989, 233 с.
14.
Прилипко Л.И. Растительный покров Азербайджана. Баку, Элм, 1970,170 с.
15.
Флора Азербайджана. Баку: Изд.АН Азерб. ССР, тт.Ы-ВЫЫЫ, 1950-1961.
16.
Флора СССР. М.: Изд.АН СССР, тт.Ы-ХХХ, 1934-1960.
17.
Черепанов С.К. Сосудистые растения. России и сопредельных государств (в
пределах бывшего СССР). Мир и семья, Санкт-Петербург, 1995, 992 с.
18.
Шенников А.П. Введение в геоботанику. Л.: Изд.-во ЛГУ, 1964, 447 с.
19.
Ярошенко П.Д. Геоботаника. М.: Происвещение, 1969, 200 с.
РЕЗЮМЕ
ФЛОРИСТИЧЕСКИЙ АНАЛИЗ СAМУР-ШАБРАНСКОЙ НИЗМЕННОСТИ И
ВОДНО-БОЛОТНОЙ РАСТИТЕЛЬНОСТИ
Гусейнова Х.З..
Бакинский Государственный Университет
В статье излагаются фитоценологическо-флористические показатели водно-
болотной
растительности
Самур-Шабранской
низменности.
Разработана
классификация водно-болотных типа растительности региона до ранга формации и
ассоциации, где выделено один класс формации объединяющих 7 формаций и 8 группа
ассоциации. Во флоре исследуемой водно-болотных растительности выявлено 22
семейств, 42 родов и относящихся 60 видов высших растений, что составляет 11,5%
всей флоры (524 видов) Самур-Шабранской низменности; проведён систематический,
биоморфологический и географический анализ флоры.
Ключевые слова: формация, биосеноз, фитосеноз, ассосация, доминант, ареал,
адвентив
SUMMARY
FLORISTIC ANALYSIS OF SAMUR-SHABRAN LOWLAND
AND AQUATIC AND MARSHY VEGETATION
Huseynova H.Z.
Baku State University
Fitocenological and floristic indicators of aquatic and marshy vegetation of Samur-Shabran
lowland were stated in the article. Classification of aquatic and marshy vegetation of the
region to a formation and association rank where one classes of a formation of uniting 7
formations and 8 group of association are allocated. 22families, 42genera and related
60species of the higher plants that make 11,5 % of all flora (524species) of Samur & Shabran
lowland have been revealed in the flora investigated aquatic and marshy vegetation;
systematic, biomorphological and geographical analyses of the flora have been carried out.
Key words: formation, biocenosis, phitocenosis, association, dominant, areal, adventive
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
EKSPERIMENTAL BIOLOGIYA
UOT 581.1.08
QURAQLIQ ŞƏRAITININ MÜXTƏLIF ALMA AĞACI SORTLARINDA PROLIN
VƏ KARBOHIDRATLARIN MIQDARINA TƏSIRI
* Alizadeh A., ** Əli-zadə V., ** Xəlilova X.
*İran İslam Respublikasının Qərbi Azərbaycan Kənd Təsərrüfatı Tədqiqat Mərkəzi
**Azərbaycan Milli Elmlər Akademiyası Botanika Institutu
Tədqiqat işində quraqlıq şəraitinin yerli (Iran) - Gami Alması (GA), Azayiş (AZ) və
xarici -Malling 9 (M.9) və Malling Merton 106 (MM.106) cırtdan alma sortlarının, həmçinin
kontrol olaraq toxumdan cücərdilən tinglərin yarpaq və budaqlarında prolin və şəkərlərin
qatılığına təsiri öyrənilmişdir. Nəticələr orta və güclü quraqlıq şəraitində bütün tinglərin
yarpaqlarında prolin və şəkər məhlullarının qatılığının çoxaldığını, xüsusilə toxumdan
cücərdilən tinglərdə daha yüksək olduğunu göstərmişdir. Quraqlığa rezistentlik dərəcəsinə
görə təcrübə bitkilərindən ən davamlısı toxumdan cücərdilən Gami Alması və Malling 9
tingləri olmuşdur.
Açar sözlər: Quraqlıq, Stres, Alma, Cırtdan alma sortları, Prolin, Şəkərlər
Quraqlıq bitkilərin inkişafına təsir edən başlıca amillərdən hesab edilir. Ümumilikdə
əkin sahələrinin 26% məhz quraqlıq stresinə məruz qalır. Kənd təsərrüfatı bitkilərinə qayğı
göstərilməməsi bu amilin artma ehtimalını gücləndirir. Məhz buna görə də əkinçilikdə bitkilər
arasından quraqlığa qarşı daha davamlı genotiplərin seçilməsi tədbirləri həmişə diqqət
mərkəzindədir.
Quraqlığın bitkilərdə yaratmış olduğu su qıtlığı onları bir sıra biokimyəvi dəyişmələrə
məruz qoyur. Köklərdə istifadə olunan suyun miqdarı və havada olan su buxarı ağaclar üçün
ekoloji baxımdan əhəmiyyətli olub, bitkilərin ümumi inkişafina və torpağın özünə də təsir
edir.
Quraqlıqla mübarizədə ən optimal üsullardan biri bitkilərdə şəkərlər və prolinin
miqdarca artırılmasıdır [1]. Bitkilərdə şəkərlərin miqdarının artması birbaşa fotosintez
prosesinə müsbət təsir göstərərək, maddələr mübadiləsini sürətləndirir. Həll olan uyğun
assimilyatlar arasında prolin ehtiyatı quraqlıq stresi zamanı daha çox yarana bilir [2]. Digər
tərəfdən, prolin bitki hüceyrələrində osmos təzyiqinin saxlanılmasına təsir edərək, onu
tənzimləyir. Prolin bitkilərdə makromolekulların quruluşunu, təbii bütövlüyünü və eləcə də
hüceyrə qişasının tamlığı və sitoplazmanın fermentlərini mühafizə edərək quraqlığın mənfi
təsirini qismən neytrallaşdırır [3]. Prolin ehtiyatının yaranması həmçinin karbon və azot
ehtiyatı ilə əlaqədardır [4].
Quraqlıq şəraitində qatılıqları artan şəkərlərin (saxaroza, qlükoza və fruktoza)
stimulyator kimi osmos təzyiqini mühafizə etmələri, proteinləri və hüceyrə qişasını
möhkəmləndirmələri ehtimal olunur [5].
Alma ağacı quraqlıq stresinə məruz qaldıqda yarpaqlarda nişasta və saxarozanın
azalması sorbitin sintez olunması və cavan yarpaqlarda fruktozaya çevrilməsi ilə
əlaqələndirilir [6]. Quraqlıqla bağlı stres üç cırtdan alma ağacı sortlarından götürülmüş cavan
bitki nümunələrində izlənilmiş və hər üç sortda absiz turşusunun (ABT) qatılığının və
yarpaqdan buxarlanmış qazların miqdarının artmış olduğu aşkar edilmişdir [7]. Starking alma
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
ağacı növündə də quraqlıq gərginliyinin prolin, ABT və karbohidratlara təsir edərək, onların
qatılıqlarını və yarpaqlarda karbohidratların miqdarını artırdığı göstərilmişdir. Quraqlıqla
bağlı ciddi streslərə məruz qalan alma ağaclarının yarpaqlarından çıxan qaz tərkibatının
çoxaldığı [8], iki alma sortunda bütün amin turşuları və prolinin miqdarının artdığı [9]
müəyyən edilmişdir. Wanq və həmkarları quraqlıq şəraitində bəzi alma ağacları yarpaqlarında
sorbitin artdığını göstərərək [10], su stresi ilə əlaqədar köklərdə, zoğlarda və yarpaqlarda olan
karbohidrat ehtiyatı yarandığını qeyd etmişlər və sonrakı tədqiqatlarında quraqlıq stresinin
təsirindən karbohidratların qatılaşmasına xüsusilə sorbit və ABT-nun səbəb olduğu qənaətinə
gəlmişlər [11]. H.Sirceli iki alma sortunda quraqlıq stresinin təsirini araşdıraraq, orta
quraqlıqda karbohidratların miqdarının, xüsusən sorbitin çoxaldığı, güclu quraqlıqda isə onun
miqdarının azaldığı nəticəsinə gəlmişdir [12]. Hər iki sortda quraqlıq saxarozanın miqdarını
artırmışdır. B.Quebedeaux quraqlığın davametmə müddətinin uzadılması ilə sorbit və
saxarozanın miqdarının çoxaldığını qeyd etmişdir [13].
Bütün bu məlumatlar quraqlığa qarşı metabolizm yollarının araşdırılmasının
vacibliyini göstərir. Təqdim olunan işin məqsədi quraqlıq şəraitində becərilmiş müxtəlif alma
ağacı sortlarının davamlılığının əsas göstəricilərinin skrininqi olmuşdur.
MATERIAL VƏ METODLAR
Tədqiqat işi 2008-ci ilin yazında İran İslam Respublikasının Qərbi Azərbaycan Kənd
Təsərrüfatı Mərkəzinin tədqiqat üçün əkin sahəsində istixana şəraitində təcrübə qablarında
becərilmiş alma tinglərində aparılmışdır. Təcrübələr quraqlıq amilinin 3 səviyyəsində
aparılmışdır:
1- hər 3 gündən bir suvarılan kontrol tinglər;
2- hər 5 gündən bir suvarılaraq orta quraqlığa məruz qalan tinglər;
3-hər 10 gündən bir suvarılaraq güclu quraqlığa məruz qalan tinglər.
Tədqiqat obyekti kimi 2 yerli (İran) (GA, AZ) və 2 xarici (M.9, MM.106) cırtdan alma
sortlarından, həmçinin kontrol olaraq toxumdan cücərdilən kiçik faktor alma tinglərindən
istifadə edilmişdir.
Bitkilər 3 təcrübə variantında 3 təkrarla hər bir sortdan 9 ting olmaqla xəstəliyə qarşı
mübarizə tədbirləri görüldükdən sonra 20 litrlik plastik qablarda perlit və qumun 1:1 nisbəti
gözlənilməklə əkilmiş və istixanada tamamilə randomizə edilmiş şəraitdə yerləşdirilmişdir.
Beləliklə hər bölüm 15 dəstəyə ayrılmış və cəmi 45 təcrübə qablarından ibarət olmuşdur.
Təcrübə boyu fenoloji müşahidələr aparılmışdır. Suvarılma işlərindən öncə tinglərin
biokimyəvi göstəriciləri müəyyənləşdirilmişdir.
Bütün tədbirlərdən sonra su və Hoaqland tərkibli qida məhlulu hazırlanmışdır və
iyunun 15-dən başlayaraq dörd ay müddətində təcrübə qablarındakı bitkilər suvarılmışdır.
Təcrübə zamanı istixanada havanın temperaturu gündüz 250 C
0
, gecə isə 180 C
0
civarında
saxlanılmışdır. 4 aydan sonra quraqlığın bitkilərə təsiri biokimyəvi göstəricilərlə müəyyən
edilmişdir. Bitkilərdən nümunələr götürülərək xüsusi kisələrdə laboratoriyalara aparılmış və
təhlil edilmişdir. Yarpaq və budaqlarda prolin və şəkərlərin qatılıqları öyrənilmişdir. Prolin və
şəkərlərin miqdarını yarpaqlarda təyin etmək üçün hər bir təcrübə qabında əkilmiş tingdən iki
yaxşı yarpaq seçilib götürülmüş və onların hər birindən 0,5 q çəkisində nümunələr
hazırlanmışdır. Prolin ninhidrin metodu, şəkər məhlulları isə antron metodu vasitəsilə təyin
edilmişdir.
NƏTICƏLƏR VƏ ONLARIN MÜZAKIRƏSI
Quraqlıq gərginliyi şəraitində tədqiq olunan bütün alma ağaclarında prolin və
şəkərlərin miqdarca artımı qeydə alınmışdır və bu çoxalma sortlar arasında fərqli olmuşdur
(şəkil 1, 2). Nəticələr mülayim və güclu quraqlıqda prolin və karbohidratların miqdarının
kontrola nəzərən bütün alma ağacları sortlarının yarpaqlarında çox olduğunu göstərmişdir.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Karbohidratların qatılığının toxumdan cücərdilən tinglərdə daha çox, AZ tinglərdə isə
nisbətən az toplandığı qeydə alınmışdır (şəkil 1). Prolinin miqdarının güclu quraqlıqda çox
olduğu aşkar edilmişdir. Prolinin ən yüksək qatılığı isə güclu quraqlıqda müvafiq olaraq GA
və M.9 sortlarında aşkar edilmişdir (şəkil 2). GA və M.9 sortlarının yarpaqlarında prolinin və
karbohidratların miqdarının çox olması həmin tingilərin başqa tinglərə nisbətən quraqlıq
gərginliyinə daha davamlı olması qənaətinə gəlməyə imkan verir. Təcrübə işindəki nəticələr
başqa alimlərin ədəbiyyatda göstərilmiş nəticələrinə müvafiqdir. Belə ki, quraqlıq
gərginliyində alma ağaclarının yarpaqlarında prolinin çoxalması barədə məlumatlar
mövcuddur [9,14]. Həmçinin başqa ağaclarda (badam, zeytun, armud və s.) prolinin artım
tendensiyası quraqlıq gərginliyinin nəticəsi kimi göstərilmişdir [15, 16]. Quraqlıq stresindən
alma ağacları yarpaqlarında şəkərli maddələrin miqdarının artması haqqında nəticələrimiz də
başqa alimlərin nəticələri ilə uzlaşır [6, 9, 13]. Quraqlıq gərginliyindən karbohidratların artımı
barədə oxşar nəticələr digər bitkilərdə (ərik, armud, xurma, çiyələk) əldə edilmişdir [17,18].
Şəkil 1. Quraqlığın müxtəlif alma ağacı sortlarının yarpaqlarındakı həll olmuş
şəkərlərin qatılığına təsiri
13.1
12.8
11.9
13.1
12.7
14.3
13.5
12.6
14.4
13.8
16
15.1
14.2
15.6
14.9
0
2
4
6
8
10
12
14
16
18
20
Toxumdan cücərdilən
kontrol tinglər
Gami Alması
Azayiş
Maling 9
Maling Merton 106
Alma ağacı sortları
H
əl
l
o
lm
uş şə
kə
rl
əri
n
m
iqdar
ı
m
lg
r/
gr
Kontrol
Mülayim quraqlıq
Güçlu quraqliq
Şəkil 2. Quraqlığın müxtəlif alma ağacı sortlarının yarpaqlarında prolinin
miqdarına təsiri
0.05
0.07
0.05
0.077
0.05
0.012
0.1
0.1
0.011
0.013
0.15
0.17
0.13
0.16
0.15
0
0.02
0.04
0.06
0.08
0.1
0.12
0.14
0.16
0.18
0.2
Toxumdan cücərdilən
kontrol tinglər
Gami
Alması
Azayiş
Maling 9
Maling Merton 106
Alma ağacı sortları
P
rol
in
in
m
iqdar
ı
m
lg
r/
gr
Kontrol
Mulayim quraqlıq
Guclu quraqlıq
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Tədqiqatlar quraqlıq gərginliyinin bütün alma ağacları sortlarında digər biokimyəvi
göstəricilərə də təsir etdiyini aşkara çıxarmışdır. Belə ki, quraqlıq stresindən xlorofilin
miqdarı azalmışdır. Bunun səbəbi prolin sintezinin artımı ilə əlaqədar ola bilər [19]. Güclu
quraqlıqdan şəkərli maddələr kimi sərbəst amin turşularının da miqdarının artdığı qeydə
alınmışdır. Quraqlıq stresi şəraitində toxumdan cücərən, GA və 9.M alma ağacları tingləri
yarpaqlarında prolin və şəkər məhsullarının miqdarının artması susuzluğa hakimlik göstəricisi
kimi qiymətləndirilə bilər. Ədəbiyyatda da şəkərli maddələrin artması quraqlıq gərginliyinə
qarşı bitkilərin müqaviməti liə əlaqələndirilir [5].
Beləliklə, quraqlığa davamlı olan alma ağaclarının becərilməsi üçün müasir
strategiyalar mövcuddur. Həmin strategiyaların müqayisəli müzakirəsi və əldə edilən nəticələr
sayəsində alma ağaclarında quraqlığa qarşı markerlər kimi əsaslı göstəricilərə görə İranın
quraqlıq ərazisinə uyğun alma ağaclarının müvafiq ana xətti seçilə bilər.
ƏDƏBIYYAT
1.
Kerepsi, I. and G. Galiba. 2000. Osmotic and salt stress induced alteration in soluble
carbohydrate content in wheat seedling. Crop Sci. 40: 482 – 487.
2.
Kuznetsov, VI. V. and Shevyakova, N. I. 1999. Proline under stress: Biological role,
metabolism and regulation. Rus. J. Plant Physiol., 46(2): 274-287.
3.
Aspinall,D. and Paleg, L. 1981. Prolin accumulation. Physiological aspects., pp. 205-240.
İn: Physiology and biochemistry of drought resistance in plants.
4.
Kavikshore, P.B., Sangam., S., Amrotha, R.N., Laxmi,P. and Naidu, S. 2005. Regulation
of prolin biosynthesis, degredation , uptake and transport in higher plants. Its implications in
plant growth an abiotic stress tolerance. Curr. Sci. 88:424 – 438.
5.
Hokekstra, F.A. and Buiting, J. 2001. Mechanisms of plant desiccation tolerance. Trends
plant. Sci.8: 431 – 438.
6.
Wang, Z. and Brunu, Q. 1996. Effects of water stress on the partitioning of 14C glucose,
14C sucrose and 14C sorbitol in various apple organs. United States. Department of
Agricultural Research Service.
7.
Fernandez , R.T.R.L. Perry and J.A. Flore, 1997. Drought response of young apple trees
on three rootstocks. II. Gas exchange, chlorophyll fluorescence, water relations, and leaf
abscisic acid, J. Am. Soc. Hort. Sci. 122, pp. 841–848.
8.
Ebel , R.C. , J.P. Mattheis and D.A. Buchanan, 1995. Drought stress of apple trees alters
leaf emissions of volatile compounds, Physiol. Plant. 93 (1995), pp. 709–712.
9.
Sirceli, H. Michael T., Dieter G., Franc B. 2005. Biochemical responses in leaves of two
apple tree cultivars subjected to progressing drought . Journal of Plant Physiology, Volume
162, Issue 12 Pages 1308-1318.
10.
Wang, B. Quebedaux and G.W. Stutte, Osmotic , 1995. Adjustment: effect of water stress
on carbohydrates in leaves, stems and roots of apple, Aust. J. Plant Physiol . 22 (1995), pp.
747–754.
11.
Wang, B. Quebedaux and G.W. Stutte, 1996. Partitioning of 14C-glucose into sorbitol
and other carbohydrates in apple under water stress, Aust. J. Plant Physiol . 23 (1996), pp.
245–251.
12.
Sirceli, H., 2001. Detection of drought stress in apple tree (Malus domestica Borkh.) with
selected biochemical and physiological indicators. Doctoral dissertation. Ljubljana,
University of Ljubljana, Biotechnical Faculty, 164 pp.
13.
Quebedeaux, B. 2008. Photosynthate partitioning in apple: Apple effects on drought
stress, sorbitol and sucrose enzyme activities and antioxidants. Natural resource sciences and
landscape architecture, Univ of Maryland, college park, MD. 20742.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
14.
Yoshiba, Y.,T.Kiyosue, T.Katagiri, H. Ueda,T.Mizoguchi, K. Yamaguchi, Shinozaki,
K.Wada, Y. Harada and Yuling, J. Hongqiang , Y. Haizhou, Z. Wei Zhang,, D. 2006.
Promotion of proline accumulation in apple leaves by bioregulators. ISHS Acta Horticulturae
774: XXVII International Horticultural Congress.
15.
Zamani, Z. Taheri, A. Vezvaei, A. və Poustini, K. (2004). Badam ağaclarında prolin
yığımına və stomata müqavimətinə quraqlıq gərginliyinin təsiri Hort. 591: 411, 416.
16.
Arji, A. və Arzani, K. (2002- ci il). Quraqlıq gərginliyində üç İrani zeytunun böyüməsi
(inkişafı) və prolin yığımı. Agriculture Sci, Jorn, 10: 91, 100.
17.
Nawar, A. and Ezz, T. 1993. Leaf relative water content, growth and carbohydrate
metabolism in apricot seedlings grown under different soil moisture levels. Alexandria J.
Agric. Res., 38(1): 337-353.
18.
Razavi, F. B. Pollet, K. Steppe and M. C. van Labeke
. (2008). Çiyələk şitilində xlorofil
flüoressensiyası quraqlıq gərginliyinin qiymətləndirməsi üçün istifadə olunan bir alət kimi.
Springer Netherlands 0300-3604 (Print) 1573-9058 (Online) Volume 46, Number 4.
19.
Rabiei, R. (2003). Quraqlıq gərginliyində bir neçə üzüm növünün fizioloji və morfoloji
reaksiyaları. İranın Tehran universitetinin P.H.D dissertasiyası.
Dostları ilə paylaş: |