Amea botanika İnstitutunun elmi əsərləri, 2012- ci IL, XXXII cild



Yüklə 7,48 Mb.
Pdf görüntüsü
səhifə53/64
tarix14.01.2017
ölçüsü7,48 Mb.
#5478
1   ...   49   50   51   52   53   54   55   56   ...   64

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

Cədvəldən  göründüyü kimi, oidium  xəstəliyinə davamlı  (2 bal) komponentlərə  malik 

olan ana formalarla davamsız (4 bal) komponentlərə malik ata formaların çarpazlaşdırılması 

nəticəsində alınmış birinci nəsil (Fı) hibridlərində dominantlıq dərəcələri həm müsbət, həm də 

mənfi olan üzüm formalarına rast gəlinir. 

Mənfi dominantlıq dərəcəsi d =- 0,04 ilə (Zeybel 13-666 x Aleatiko) d =- 0,3 (SV 18-

315 x İrşai Oliver) arasında tərəddüd etdiyi müəyyən edilmişdir. Müsbət dominantlıq dərəcəsi 

d = 0,08 ilə (Zeybel  13-666 x Aleatiko) d  = 0,75 (SV 18-315) x Aliqote) arasında tərəddüd 

etdiyi aşkar edilmişdir. Bu kombinasiyaların altısında müsbət dominantlıq dərəcəsi müşahidə 

olunduğu halda, ikisində isə mənfi dominantlıq dərəcəsi meydana çıxdığı təyin edilmişdir. Bir 

sıra  kombinasiyalarda  müsbət  dominantlıq  dərəcəsinin  meydana  çıxmasına  baxmayaraq, 

davamlı  (2  bal)  komponentlərə  malik  olan  valideyn  formalara  yaxınlaşma  meyli  müşahidə 

olunmur. 

Davamlı  (2  bal)  komponentlərə  malik  olan  ana  formalarla  çoxdavamsız  (5  bal) 

komponentlərə  malik  ata  formaların  çarpazlaşdırılması  nəticəsində  alınmış  birinci  nəsil  (Fı) 

hibridlərində  dominantlıq  dərəcəsi  müsbət  və  aralıq  (natamam)  xarakter  daşıyan  formalara 

rast gəlinir. Dominantlıq dərəcəsi d = 0 ilə (Zeybel 13-666 x Turiqa) d = 0,39 (Zeybel 13-666 

x Muskat fioletovıy) arasında tərəddüd etdiyi müəyyən edilmişdir. 

Davamlı  (2  bal)  komponentlərə  malik  olan  ana  formalarla  tolerant  (3  bal) 

komponentlərə  malik  ata  formaların  çarpazlaşdırılması  nəticəsində  alınmış  birinci  nəsil  (Fı) 

hibriddə dominantlıq dərəcəsi mənfi olmuşdur. Mənfi dominantlıq dərəcəsi (Zeybel 13-666 x 

Qreçeskiy rozovıy) d =-2-yə bərabər olması aşkar edilmişdir. 

Davamsız  (4  bal)  komponentlərə  malik  olan  ana  formalarla  davamlı  (2  bal) 

komponentlərə  malik  formaların  çarpazlaşdırılması  nəticəsində  alınmış  birinci  nəsil  (Fı) 

hibridlərinin arasında həm müsbət, həm də mənfi dominantlıq dərəcəsi olan formalara təsadüf 

olunmuşdur.  Dominantlıq  dərəcəsi  müsbət  olan  d  =  0,07  (Aleatiko  x  Zeybel  13-666)  və 

dominantlıq  dərəcəsi  mənfi  olan  d  =-  0,12  (Kaberne  x  SV  18-315)  hibrid  formalara  rast 

gəlinmişdir. 

Çoxdavamsız  (5  bal)  komponentlərə  malik  olan  ana  formalarla  davamlı  (2  bal) 

komponentlərə  malik  ata  formaların  çarpazlaşdırılması  nəticəsində  alınmış  birinci  nəsil  (Fı) 

hibriddə dominantlıq dərəcəsi müsbət olmuş, yəni müsbət dominantlıq dərəcəsi (Muskat belıy 

x SV 12-375) d = 0,41-ə bərabər olması təyin edilmişdir. 

Aparılan tədqiqat  nəticəsində müəyyən  edilmişdir ki,  davamlı  (2 bal) komponentlərə 

malik valideyn cütləri çarpazlaşmalarda həm ana, həm də ata kimi istifadə olunduqda müsbət, 

mənfi  və  eyni  zamanda  aralıq  (Zeybel  13-666  x  Turiqa)  dominantlıq  dərəcəsinə  malik 

hibridlər alınmısı mümkündür. 

Oidium  xəstəliyinə  davamlılığın  dominantlıq  dərəcəsinin  tədqiqi  işlərinin  nəticələri 

onu göstərir ki, bu kombinasiyalarda dominantlıq dərəcəsinin müsbət, aralıq və mənfi olması 

valideyn cütlərinin seçilməsindən daha çox asılıdır.  

 


AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



                                                  Cədvəl.  

            Üzümün birinci nəsil (Fı) hibridlərinin oidium xəstəliyinə davamlılığının dominantlıq 

dərəcəsinin göstəriciləri 

   


Kombinasiyalar 

 

Orta      davamlılıq,      balla  Dominantlıq 



   dərəcəsi, d  

   ana          ata                F

ı

 

          



                 D a v a m l ı   (2 bal    x     d a v a m s ı z    (4 bal) 

Zeybel 13-666 x Aleatiko 

Qaliya (XI-36-47) 

     2 


     4 

  2,92 


   0,08 

Zeybel 13-666 x Aleatiko 

(XI-37-13) 

     2 


     4 

  2,63 


   0,37 

Zeybel 13-666 x Aleatiko 

Flakera (XI-37-38) 

     2 


     4 

  3,04 


   -0,04 

SV 18-315 x İrşai Oliver 

Univers (III-49-6) 

     2             4 

  3,3 

   -0,3 


SV 12-375 x Traminer 

Venus (V-102-47) 

     2 

     4 


  2,54 

   0,46 


SV 18-315 x Aleatiko 

(III-64-I) 

     2 

     4 


  2,83 

   0,17 


SV 18-315 x Aliqote 

(III-70-73) 

     2 

     4 


  2,25 

   0,75 


SV 12-375 x Traminer 

Luçaferul (XIV-I-64) 

     2 

     4 


  2,74 

   0,26 


                    D a v a m l ı  (2 bal)      x      çoxdavamsız  (5 bal) 

Zeybel 13-666 x Turiqa 

(III-51-64) 

     2 


     5 

  3,5 


    0 

Zeybel 13-666 x Muskat fioletovıy 

(XI-36-78) 

     2   

     5 

  2,92 


    0,39 

             D a v a m l ı     (2 bal)    x     t o l e r a n t  (3 bal) 

Zeybel 13-666 x Qreçeskiy rozovıy 

Daçiya (XI-38-92) 

     2 

     3 


  3,5 

   -2 


              D a v a m s ı z   (4 bal)     x     d a v a m l ı  (2 bal) 

Aleatiko x Zeybel 13-666 

Bessarabskiy çernıy (XI-37-52) 

     4 


     2 

  2,93 


   0,07 

Kaberne x SV 18-315 

Prut (XV-50-12) 

     4 


     2 

  3,12 


   -0,12 

         Ç o x d a v a m s ı z  (5 bal)  x   d a v a m l ı  (2 bal) 

Muskat belıy x SV 12-375 

(XIV-3-90) 

     5 

      2 


 2,89 

   0,41 


  

Növlərarası mürəkkəb hibridlərin çarpazlaşdırılmalarda həm ana, həm də ata formalar 

kimi  istifadə  olunması  nəticəsində  oidium  xəstəliyinə  davamlı  və  tolerant  hibrid  üzüm 

genotiplərinin  alınmasının  mümkünlüyü  müəyyən  olunmuşdur.  Aparılan  tədqiqat  zamanı 

müəyyən  edilmişdir  ki,  birinci  nəsil  hibridlərində  çox  böyük  immunoloji  heterogenlik 

meydana  çıxır.  Dominantlıq  dərəcəsinin  geniş  spektrdə  dəyişməsi  (müsbət,  mənfi,  aralıq 

dominantlıq dərəcəsi nəzərdə tutulur) və davamlılığın da çox böyük immunoloji heterogenliyə 

malik  olması,  əsasən  üzüm  bitkisinin  böyük  genetik  heterogenliyi,  davamlılıq  əlamətlərinin 

isə poligen xarakterli olması  və  valideyn cütlərinin  genotiplərindən daha çox asılı  olması  ilə 

əlaqələndirilə bilər. 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



Aparılan tədqiqat nəticəsində müəyyən edilmişdir ki, poligen xarakterli əlamətlərin bir 

genotipdə  cəmləşdirilməsi  mümkündür  və  davamlı  komponentlərə  malik  olan  növlərarası 

mürəkkəb  hibridlərdən  çarpazlaşdırılma  kombinasiyalarında  başlanğıc  donor  materialı  kimi 

istifadə etməklə kompleksdavamlı üzüm hibridləri əldə etmək olar.  

Növlərarası  mürəkkəb  hibridlərdən  əsas  göbələk  xəstəliklərinə  (mildiu,  oidium,  boz 

çürümə,  antraknoz),  eyni  zamanda  filloksera  zərərvericisinə  davamlı  və  yüksəkkeyfiyyətli 

yeni  üzüm  sortlarının  yaradılmasında  başlanğıc  donor  materialı  kimi  istifadə  olunması 

məsləhətdir.  Aparılan  tədqiqat  nəticəsində  müəyyən  edilmişdir  ki,  istər  zərərvericiyə  (kök 

fillokserası),  istərsə  də  əsas  göbələk  xəstəliklərinə  (mildiu,  oidium,  boz  çürümə,  antraknoz) 

davamlılıq əlamətlərinin bir genotipdə toplanılması mümkündür. Yuxarıda deyilənləri nəzərə 

alaraq,  patogenə  davamlı  növlərarası  mürəkkəb  hibridlərlə  oidiuma  müxtəlif  davamlılığı  ilə 

fərqlənən 

Avropa-Asiya 

(V.vinifera 

L.) 

növünə 


mənsub 

üzüm 


sortlarının 

çarpazlaşdırılmasından  yüksəkkeyfiyyətli  və  kompleksdavamlı  üzüm  sort  və  formalarının 

yaradılması mümkün və vacibdir ki, yaradılmış yeni üzüm sort və formalarından xəstəliklərin 

geniş yayıldığı bölgələrdə zəhərli kimyəvi preparatlardan istifadə olunmadan və filloksera ilə 

tam  sirayətlənmiş  təsərrüfatlarda  öz  kökü  üzərində  becərilməsi  məqsədəuyğun  hesab  edilə 

bilər. 


 

 

ƏDƏBİYYAT 

 

 1. Ağayeva Z.M., Əliyeva G.H. Trimidal fungisidinin oidium xəstəliyinə qarşı səmərəliliyi // 



AzETÜŞİ-nin elmi əsərlərinin tematik məcmuəsi. Bakı: Müəllim, 2003, c.XV, s.19-21 

2. Ağayeva Z.M., Əliyeva G.H. Oidium xəstəliyinə qarşı balkaton preparatının səmərəliliyi // 

AzETÜŞİ-nin elmi əsərlərinin tematik məcmuəsi. Bakı: Müəllim, 2006, c.XVIII, s.28-30  

3. Xiyavi k.H., Şıxlinski H.M. İranın Ərdəbil vilayətində üzüm sortlarının oidium xəstəliyi ilə 

sirayətlənməsinin  qiymətləndirilməsi  //  AMEA  Genetik  Ehtiyatlar  İnstitutunun  elmi  əsərləri. 

Bakı: Elm, 2009, c.I, s.475-482 

4.  Kərbəlayi  X.H.,  Şıxlinski  H.M.,  Babayi  Ə.Ə.  İranın  Ərdəbil  vilayətində  oidium  xəstəliyi 

törədicisinin qışlama formasının tədqiqi / Biomüxtəliflik və bitkilərin introduksiyası. AMEA 

Mərkəzi  Nəbatat  Bağının  75  illiyinə  həsr  olunmuş  Beynəlxalq  elmi  konfransın  materialları. 

Bakı, 2009, I hissə, s.107-109 

5.  Kərbəlayi  H.X.,  Şıxlinski  H.M.  İranın  Ərdəbil  vilayətində  oidium  xəstəliyinin  üzüm 

sortlarının  kəmiyyət  göstəricilərinə  təsirinin  tədqiqi  //  AMEA  Botanika  İnstitutunun  elmi 

əsərləri. Bakı: “Təhsil”EİM, 2010, c.XXX, s.375-380 

6.  Şıxlinski  H.M.  Üzümün  xəstəlikləri,  zərərvericiləri  və  onlarla  mübarizə  üsulları.  Bakı: 

Azərnəşr, 2004, 134 s. 

7. Şıxlinski H.M., Məcidli İ.Q., Əhmədov S.Ə. və b. Abşeron şəraitində üzümün xəstəlikləri 

və onlarla mübarizə // Azərbaycan Aqrar Elmi. Bakı, 2006, №9-10, s.60-61 

8.  Şıxlinski  H.M.  Kolleksiya  sortlarının  və  seleksiya  üzüm  formalarının  əsas  göbələk 

xəstəliklərinə davamlılıqlarının qiymətləndirilməsi // AMEA-nın xəbərləri. Biologiya elmləri 

seriyası. Bakı: Elm, 2006, №5-6, s.158-165 

9.  Şıxlinski  H.M.  Kompleks  süni  yoluxma  fonunda  üzüm  sort  və  formalarının  filloksera  və 

göbələk xəstəlikləri ilə sirayətlənmələrinin tədqiqi // AMEA-nın xəbərləri. Biologiya elmləri 

seriyası. Bakı: Elm, 2007, №5-6, s.92-99 

10.  Şıxlinski  H.M.  Üzümün  birinci  nəsil  hibridlərinin  oidiuma  davamlılığının  dominantlıq 

dərəcəsinin  öyrənilməsi  /  Beynəlxalq  elmi  konfrans.  Akademik  H.Əliyevin  100  illik 

yubileyinə  həsr  olunmuş  Ekologiya:  Təbiət  və  cəmiyyət  problemləri.  Bakı:  BUN,  2007, 

s.210-211 

11. Абрамова З.М. Практикум по генетике. М.: Агропромиздат, 1992, 224 с. 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



12.  Акперов  А.И.  Наследование  признаков  устойчивости  винограда  к  филлоксере  и 

основным  грибным  болезням  в  потомстве  Fı  от  скрещиваний  сложных  межвидовых 

гибридов / Дис. … канд.с.-х. наук. Кишинев. 1990, 181 с. 

13.  Войтович  К.А.  Новые  комплексно-устойчивые  сорта  винограда.  Кишинев:  Картя 

Молдовеняскэ, 1987, 226 с. 

14.  Голодрига  П.Я.  Генетические  основы  совершенствования  методов  выведения 

устойчивых к биотическим и абиотическим факторам сортов винограда // Перспективы 

генетики и селекции винограда на иммунитет. Киев: Наукова Думка, 1988, с.8-20 

15.  Гуменюк  Л.Г.  Гибридологический  анализ  гибридных  сеянцев  винограда  Fı  по 

устойчивости  и  качеству  //  Защита  винограда  и  плодовых  культур  от  вредителей  и 

болезней. Кишинев: Картя Молдовеняскэ, 1979, с.71-83 

16.  Зенищева  Л. 

Наследуемость  количественных  признаков,  определяющих 

устойчивость растений к полеганию //  Сельскохозяйственная биология. 1968, т.3, №5, 

с.790-794 

17.  Недов  П.Н.,  Агапова  С.И.  Закономерности  наследования  признаков  устойчивости 

винограда к грибным болезням, филлоксере и морозу // Садоводство и виноградарство 

Молдавии. 1989, №11, с.34-37 

18.  Новые  методы  фитопатологических  и  иммунологических  исследований  в 

виноградарстве [Под ред. П.Н.Недова]. Кишинев: Штиинца, 1985, 138 с. 

19.  Студенникова  Н.Л.  Проявление  гетерозиса  по  урожайности  и  содержанию 

красящих  веществ  при  выведении  устойчивых  к  оидиуму  сортов  винограда  // 

Виноградарство и виноделие. Ялта, Магарач, 2007, №4, с.10-12 

20.  Студенникова  Н.Л.  Проявление  гетерозиса  по  хозяйственно  ценным  признакам  у 

гибридов винограда / Материалы Международной научной конференции «Актуальные 

проблемы  прикладной  генетики,  селекции  и  биотехнологии  растений».  Ялта,  2009, 

с.101 

21.  Шихлинский  Г.М.  Оценка  устойчивости  сортов  и  форм  винограда  к  основным 



грибным  болезням  в  различных  эколого-географических  зонах  Азербайджана  / 

Сборник тезисов Международной научной конференции. Чарльз Дарвин и современная 

биология.  Теория  эволюции  :  между  наукой  и  идеологией.  Санкт-Петербург.  2009,  с. 

78-80  


22.  Шихлинский  Г.М.  Устойчивость  районированных  сортов  и  новых  селекционных 

форм  винограда  к  филлоксере  и  грибным  болезням  в  условиях  Азербайджана  // 

Сообщение Академии сельскохозяйственных наук Грузии. Тбилиси, 2009, №25, с.132-

136 


23. Шихлинский Г.М., Акперов А.И., Хияви К.Г., Ирани Г., Акрами М. Доминирование 

оидиумоустойчивости гибридов винограда первого поколения (Fı) // Сборник научных 

трудов  НАН  Украины.  Факторы  экспериментальной  эвoлюции  организмов.  Киев: 

Логос, 2009, т.6, с.226-230 

24.  Штин  Л.Т.  Новые  сорта  винограда  устойчивые  к  грибным  патогенам  милдью  и 

оидиуму  /  Материалы  XIV  Международного  симпозиума  «Нетрадиционное 

растениеводство. Эниология. Экология и здоровье». Симферополь, 2005, с.381-382 

25.  Штин  Л.Т.,  Филиппенко  Л.И.  Селекциясортов  винограда  устойчивых  к  грибным 

патогенам-милдью  и  оидиуму  /  VIII  Международная  научно-методическая 

конференция.  «Интродукция  нетрадиционных  и  редких  растений».  Воронеж:  Кварта, 

2008, т.1, с.85-86 

26.  Филиппенко  И.М.,  Штин  Л.Т.  Генетические  основы  селекции  винограда  на 

устойчивость  к  милдью  и  оидиуму  //  Генетика  и  селекция  винограда  на  иммунитет. 

Киев: Наукова Думка, 1978, с.81-88 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



27. Calonnec A., Cartolaro P., Poupot C., Dubourdieu D. Effect of Uncinula necator on the 

yield and quality of grapes (V.vinifera) and wine // Plant Pathology. 2004, №53, p.434-445 

28. Ficke A., Gadoury D. and Seem R. Ontogenic Resistance and Plant Disease Management: 

A Case Study of Grape Powdery Mildew // Phytopathology. 2002, vol.92, №6, p.671-675 

29.  Ficke  A.,  Gadoury  D.,  Seem  R.,  Dry  I.  Effect  of  Ontogenic  Resistance  upon 

Establishment  and  Growth  of  Uncinula  necator  on  Grape  Berries  //  Phytopathology.  2003, 

vol.93, №5, p.556-563 

 

 



РЕЗЮМЕ 

ИССЛЕДОВАНИЕ СТЕПЕНИ ДОМИНИРОВАНИЯ 

ОИДИУМОУСТОЙЧИВОСТИ ГИБРИДОВ ВИНОГРАДА ПЕРВОГО 

ПОКОЛЕНИЯ (Fı) 

 

Шихлинский Г.М. 



Институт Генетических Ресурсов НАН Азербайджана 

 

В  статье  представлены  данные  степени  доминирования  оидиумоустойчивости 



гибридов  винограда  первого  поколения  (Fi),  полученные  в  результате  скрещивания 

устойчивых к патогену (2 балла) сложных межвидовых гибридов (SV 18-315, Zeybel 13-

666,  SV  12-375)  с  Евроазиатскими  (V.vinifera  L.)    сортами  винограда,  отличающимися 

различной устойчивостью к оидиуму. У гибридов первого поколения (Fı) был выявлен 

широкий  спектр  степени  доминирования  оидиумоустойчивости  (отрицательный, 

положительный, промежуточный).  

 

Ключевые словa: Uncinula  necator,  V.vinifera  L.,  устойчивость, патоген, оценка, 



донор. 

 

 



SUMMARY 

INVESTIGATION OF DOMINATION DEGREE OF OIDIUM RESISTANCE 

 OF THE FIRST GENERATION (Fı) HYBRIDS OF GRAPE 

 

Shikhlinski H.M. 



Genetic Resources Institute of ANAS, Azerbaijan 

 

This  article  deals  with  studying  of  domination  degree  of  oidium  resistance  of  the  first 



generation  (Fı) hybrids  formed of crossing of pathogen resistant (2 points) complex hybrids 

(SV 18-315, Zeybel 13-666, SV 12-375) with oidium resistant European-Asian (V.vinifera L.) 

grape varieties. In first generation (Fı) hybrids a wide-spectrum domination degree of oidium 

resistance (negative, positiv, spece) emerged. 

 

Key words: Uncinula necator, V.vinifera L., resistance, pathogen, estimation, donor. 



 

 

            

 

 

 



 

AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 UOT 634.75 

                                      İNTRODUKSİYA OLUNMUŞ BƏZİ 

                      ÇİYƏLƏK  SORTLARININ ABŞERONDA TƏDQİQİ 

  

 



 

 

Hacıyeva A.F., Şiriyeva L.Ə. 



AMEA Genetik Ehtiyatlar İnstitutu, 

Azərbaycan, Bakı, 449-91-29 E.mail: gadjieva-aynura@rambler.ru 

 

Məqalədə introduksiya olunmuş çiyələk sortlarının Abşeron şəraitində biomorfoloji 

xüsusiyyətini, məhsuldarlığını, meyvələrin keyfiyyətinin və toz danələrinin öyrənilməsi və ən 

yaxşı introduksiya edilmiş çiyələk sortlarının becərilməsinin tövsiyyəsidir.  

 

Açar sözlər: çiyələk, genofond, toz danələri 

 

 

Çiyələk mədəni giləmeyvə bitkilərindən ən çox yayılmış və istifadə edilən bitkidir. Bu 

bitkini insanlar XIV əsrin birinci yarısından başlayaraq becərilməyə başlamış və öyrənmişdir. 

Çiyələk  –  gülçiçəklilər  Rosaceae B.  Juss fəsiləsinə aiddir.  Fragaria cinsi  47 çiyələk 

növünü  özündə  cəmləşdirir.  Bunlardan  yalnız  6  növ  mədəni  halda  keçmiş  və  yeni  sortlar 

alınmasında  istifadə  edillir.  Bu  çiyələk  növ  və  formaları  bir─birindən  çiçəklərinə, 

yarpaqaltlıqlarına,  kolun  quruluşuna,  yarpağın  formasına,  meyvələrin  quruluşuna  və 

formasına görə fərqlənir (1). 

Hal-hazırda çiyələk bitkisi uzaq şimaldan başlayaraq Qafqazın cənubuna qədər və Orta 

Asiya  respublikalarında  yetişdirilir.  Ən  çox  Moskva  və  Sankt-Peterburq  vilayətlərində, 

Krımda, Zaqafqaziyada, Ukraynada və Belarusiyada becərilir. 

Çiyələk  bitkisi  çox  hündür  olmayan  kola  malik  olması,  onun  küləkli  Abşeron 

şəraitində  yaxşı  becərilməsinə  imkan  yaradır.  Çiyələk  bitkisinin  əsas  üstünlüklərindən  biri 

onun  mövsümdə  ən  tez  yetişməsi,  asanlıqla  qulluq  edilməsi  və  aqrotexnikasının  nisbətən 

sadələyi  onu  hər  bir  fermer  təsərrüfatına,  eləcə  də  hər  bir  sahibkarın  və  fərdi  işçilərin 

həyətyanı sahələrərdə yetişdirməyə imkan verir. 

Hal-hazırda  mədəni  bağ  çiyələyinin  becərilməsi  genişləndirilmişdir.  Tez  yetişməsi, 

yüksək  məhsuldarlığı,  iri  meyvəliliyi,  yüksək  keyfiyyət  və  ən  yaxşı  xüsusiyyətlərinə  görə 

qiymətləndirilir.  Az  məhsuldar  və  kiçik  meyvəli  çiyələk  növləri  də  xüsusi  ətir  və  desert 

keyfiyyətinə görə hələ də becərilir.  

Çiçəkləmə  və  meyvənin  yetişməsi  vaxtı  iqlim  şəraitindən  asılı  olaraq  dəyişir. 

Çiyələyin  vegetativ  çoxalma  orqanı  olan  bığcıqların  əmələ  gəlməsi  çiçəkləmənin  axırından 

payız soyuqları düşənədək davam edir. Bəzi çiyələk sortları remontant xarakterli olub, payıza 

qədər  çiçək  əmələ  gətirir  və  meyvə  verir.  Bu  qrupa  daxil  olan  sortların  bəziləri  bığcıq 

vermədiyi üçün toxumla çoxaldılır (2). 

Çiyələk  meyvəsinin  tərkibində  insan  orqanizmi  üçün  lazımi  maddələrin  olması  və 

onun  yüksək  keyfiyyəti  əvəz  edilməzdir.  Belə  ki,  bu  meyvənin  tərkibində  alma  və  limon 

turşusu, qlükoza və digər şəkərlər, aşı maddələr, “C” vitamin - askorbin turşusu, “A” vitamin 

-  karotin,  pektin  maddəsi,  dəmir  duzları,  efir  yagı  və  s.  maddələr  vardır  ki,  buna  görədə  bu 

meyvənin xalq təbabətində qan azlığı, uşaqlarda baş verən mədə-bağırsaq pozqunluğu və bir 

sıra xəstəliklərin müalicəsində müvəffəqiyyətlə istifadə edilir (4). 

Bundan  başqa  kosmetikada  müxtəlif  maskaların  hazırlanmasında,  qənnadı 

məmulatlarında  marmelad,  cem,  kompot,  jele,  şirə,  mürəbbə  hazırlanmasında  geniş  istifadə 

olunur.  Çiyələyin  meyvəsindən  başqa  onun  qurudulmuş  yarqaqlarından  dəmlənmiş  çaydan 

tərlədici və hərarət salıcı kimi xalq təbabətində işlədilir (3). 

 


AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



MATERİAL VƏ METODLAR 

Çiyələk  bitkisinin  bu  cür  əhəmiyyətli  xüsusiyyətlərini  nəzərə  alaraq  AMEA  Genetik 

Ehtiyatlar  İnstitutunun  “Çox  illik  bitkilər”  şöbəsində  çiyələk  bitkisi  üzərində  tədqiqat  işləri 

aparılır.  Tədqiqatın  əsas  məqsədi  ÜmumRusiya  Bitkiçilik  İnstitutunun  Maykop  Təcrübə 

Stansiyasından  introduksiya  edilmiş  çiyələk  sortlarının  Abşeron  şəraitində  biomorfoloji 

xüsusiyyətini, məhsuldarlığını, meyvələrin keyfiyyətinin və toz danələrinin öyrənilməsi və ən 

yaxşı introduksiya edilmiş çiyələk sortlarının becərilməsinin tövsiyyəsidir.  

 

NƏTİCƏLƏR VƏ ONLARIN  MÜZAKİRƏSİ 

Öyrəndiyimiz  sortlar  içərisində  ən  yaxşıları  “Oleq  Koşevoy”,  “Volqoqradskaya”, 

“Borovitskaya”  və  “Reddekout”  çiyələk  sortları  Abşeron  torpaq  iqlim  şəraitində  yaxşı 

göstəricilərə  malik  olmuşdur.  Reddekout,  Oleq  Koşevoy  sortlarının  meyvələrinin  yetişməsi 

may  ayının  ikinci  ongünlüyünə,  Volqoqradskaya,  Borovitskaya  sortlarının  meyvələrinin 

yetişməsi isə üçüncü ongünlüyə təsadüf edir. 

Meyvələrin yetişməsi dövrü hər dörd sortda 18-25 gün davam edir. Bu sortlarda kolun 

inkişafı orta dərəcədə inkişaf etmişdir. Kolun hündur olması birbaşa onun məhsuldarlığına da 

təsir  edir.  Belə  ki,  kolun  uca  olması  meylərin  torpaqla  təmasda  olmasının  qarşısını  alır  və 

onlar xarab olmur. Bu sortlarda kolun hündürlüyü 25.7-30.2 sm arasında dəyişir. Meyvələrin 

bu  şəraitdə  kimyəvi  və  texnoloji  analizi  göstərir  ki,  Oleq  Koşevoy  sortunun  meyvəsi  çəkisi 

11.04  qr,  meyvəsinin  uzunu  3.22  sm,  eni  2.82  sm,    bir  koldan  orta  məhsuldarlıq  275  qr  və 

şəkərlilik faizi 9.25%-dir. 

Volqoqradskaya sortunun meyvəsi çəkisi 12.8 qr, meyvəsinin uzunu 3.12 sm, eni 3.06 

sm,  bir koldan orta məhsuldarlıq 358.4 qr və şəkərlilik faizi 11.0 %-dir. 

Borovitskaya  sortunun  meyvəsi  çəkisi  7.54  qr,  meyvəsinin  uzunu  3.08  sm,  eni  2.28 

sm,  bir koldan orta məhsuldarlıq 220.4 qr və şəkərlilik faizi 7.5 %-dir. 

Reddekout  sortunun meyvəsi çəkisi 5.57 qr, meyvəsinin uzunu 3sm, eni 2.3 sm,  bir 

koldan orta məhsuldarlıq 220.4 qr və şəkərlilik faizi 12.8%-dir.                 

Çiyələk  bitkisinin  məhsuldarlığının  artmasına  müsbət  təsir  edən  bir  çox  amillər  var 

(5).  Bunlardan  biri  də  tozcuqların  fertillik  faizinin  çox  olmasıdır.  Bu  məqsədlə  2  sortda 

tozcuqlar tədqiq olunmuş və fertilliyi öyrənilmişdir.  

                                                                                                                           Cədvəl 1 

                          Çiyələk sortlarının tozcuqlarının tədqiqi 

№  Sortlar 

Tozcuğun 

uzunluğu,

mkm 

Tozcuğun 



eni,  

mkm 


Bir  görünüş 

dairəsindəki 

tozcuqların 

sayı, ədədlə 

Fertillər 

   % 


Sterillər            

Defor-



masiyaya 

uğramış-


lar,   % 

1  Boravitskaya 

21.5 

22.7 


14.7 

85.0 


  −─ 

15.0 


2  Reddekout 

20.22 


19.4 

13.1 


94.7 

  −─ 


5.3 

 

Cədvəldən  göründüyü  kimi  sortlar  bir-birindən  fərqlənir.  Ən  kiçik  ölçülü  tozcuğa 



Reddekout (20.22-19.4mkm) sortu malik olmuşdur. Tədqiq etdiyimiz  2 çiyələk sortundan ən 

yüksək fertillik Reddekout ( 94.7 %) sortunda qeydə alınmışdır (şəkil 1). Steril tozcuqlara hec 

bir sortda rast gəlinməmişdir. Deformasiyaya  uğramış tozcuqlar ən az Reddekout(5.3%), ən 

çox  isə    Boravitskaya  sortunda  (15.0%)  olmuşdur  (şəkil  2).  Tədqiq  etdiyimiz  sortlar 

içərisindən  fertillik  faizi  yüksək  olan  Reddekout  (94.7%)    çiyələk  sortunu  tozlayıcı  kimi 

istifadə edilməsi məsləhət görülə bilər. 

 


AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

Şək.1                                                              Şək. 2 

                                     

İctimai  təsərrüfatlar  çiyələk  plantasiyaları  salmaqla  daha  bir  gəlir  mənbəyinə  malik 

olur  ki,  bu  da  onların  iqtisadiyyatının  yüksəlişinə  kömək  edir.  Bunları  nəzərə  alaraq  hesab 

edirik ki, respublikamızda çiyələk sanaye xarakteri almalıdır. Bəzi rayonlarda açılan konserv 

zavodlarını  erkən  yazda  çiyələk  məhsulu  ilə  təmin  etmək  qarşıda  duran  vacib  məsələdir. 

Bundan əlavə, əhalinin artması nəzərə alaraq, onların təzə çiyələk meyvələri ilə təmin etmək 

lazımdır.  Əhaliliz  böyük  hissəsinin  Bakıda  və  onun  ətrafında  yaşamasını  nəzərə  alaraq, 

çiyələk  bitkisinin  Abşeron  yarımadasında  becərilməsi  labüddür.  Belə  ki,  bu  həm  uzaq 

rayonlardan  gələn  çiyələk  bitkisin  xarab  olmasının  qarşısını  alar,  həm  də  yol  xərclərini 

azalmaqla satış qiymətinin aşagı olmasını nizamlayar. 

Beləliklə,  apardığımız  tədqiqatlar  göstərir  ki,  Oleq  Koşevoy,  Volqoqradskaya, 

Borovitskaya  və  Reddekout  kimi  çiyələk  sortlarının    Abşeron  şəraitində  becərilməsi 

mümkündür. 

 

 



  ƏDƏBİYYAT  


Yüklə 7,48 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin