References
1.
Владимиров Ю.А., Литвин Ф.Ф. Исследование сверхслабых свечений в
биологических системах. Биофизика, М., 1959, вып.5, №4, с.101 (Vladimirov
Y.A., Litvin F.F. An Investigation of Ultra-weak Luminescence in Biological Systems.
Biophysics, M.,1959, 5
th
edition, No.4, p.101)
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
2.
Владимиров Ю.А. Сверхслабые свечения при биохимических реакциях.М.,
Наука, 1966, с.148 (Vladimirov Y.A. Ultra-weak Luminescence in Biochemical
Reactions. M., Nauka, 1966, p.148)
3.
Касумов Н.А. О биофизическом механизме солевой интоксикации
растительного организма. Тез.Докл. XII Междунар. Ботан. конгресса, Л.,1975,
с.123 (Kasumov N.A. On the Biophysical Mechanism of Salt Intoxication of Plant
Organisms. Paper thesis of the XII International Botany Congress, L.,1975, p.123)
4.
Сапежинский И.И., Силаев Ю.В. Возникновение свечения при действии на
сывороточный альбумин ледяной уксусной кислоты. В сб.: Биолюминесценция,
Тр.МОИП, Л., Наука, 1965, с.21-117 (Sapejinsky I.I., Silayev Y.V. The Occurrence
of Luminescence under the Action of Serum Albumin with Glacial Acetic Acid. In
Coll.: The Bioluminescence, Proceedings of the Moscow Society of Investigators of
Nature, L., Nauka, 1965, pp.21-117)
5.
Colli L., Faccuni U., Rossi A. 1954. Study of RGA 5819 and ELM 6260 Photo
Amplifiers as Individual Photon Counters. Nivo cimento, vol.11, p.28
6.
Строгонов Б.П. Метаболизм растений в условиях засоления. М., Наука, 1973,
с.51 (Strogonov B.P. Plant Metabolism in Conditions of Salinization. M., Nauka,
1973, p.51)
Xülasə
DUZLARIN BİTKİLƏRDƏ ANTİOKSİDLƏŞDİRİCİ AKTİVLİYƏ TƏSİRİ
Abduyeva-İsmayılova S.M.
Duzların (NaCl, Na
2
SO
4
) qlikofit və halofitlərin oksidləşdirici proseslərinə və
antioksidləşdirici aktivliyinə təsiri öyrənilmişdir.
Müəyyən edilmişdir ki, duzların təsiri altında oksidləşdirici proseslərin intensivliyinin
kəskin artması bitki toxumalarında antioksidantların sürətli sərfiyyatına və antioksidləşdirici
aktivliyin azalmasına gətirib çıxarır.
Аннотация
Абдуева-Исмаилова С.А.
Изучено влияние солей (NaCl, Na
2
SO
4
) на окислительные процессы и
антиокислительную активность у глико - и галофитов.
Было выяснено что, резкое увеличение интенсивности окислительных
процессов под действием солей приводит к ускоренному расходованию
антиоксидантов и уменьшению антиокислительной активности в растительных тканях.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
GENETİK EHTİYATLAR
UOT: 633.16:631.523:575
ÇOVDAR NÜMUNƏLƏRİNİN GENETIK MÜXTƏLİFLİYİNİN BİOMORFOLOJİ
ƏLAMƏTLƏR ƏSASINDA QİYMƏTLƏNDİRİLMƏSİ
1
Axundova
E.M.,
2
Ocaqi C.M.,
2
Rəfiyeva G.Q.,
2
Salayeva S.C.,
1
Mustafayeva A.E.
1
Bakı Dövlət Universiteti,
2
AMEA Genetik Ehtiyatlar İnstitutu
e-mail: Ellada_Akhundova@yahoo.com
Tədqiqatın məqsədi Azərbaycanın çovdar nümunələrinin kəmiyyət əlamətlərinin
genetik müxtəlifliyini çoxölçülü statistik metodlar əsasında öyrənmək olmuşdur. Tədqiqat
işində 56 çovdar nümunəsinin 7 biomorfoloji əlaməti analiz edilmişdir. Buğda nümunələrinin
təsərrüfat əhəmiyyətli kəmiyyət əlamətlərinin tədqiqində tətbiq edilmiş statistik analiz
metodları öyrənilən genotiplərdə yüksək polimorfizmi, zəngin genetik potensialı aşkar
etməklə, onların seleksiya proqramlarında istifadəsinin effektivliyini göstərdi. Korrelyasiya
analiz üsulunun tətbiqi nəticəsində əsas sünbülün uzunluğu və əsas sünbüldə sünbülcüklərin
sayı əlamətləri ilə məhsuldarlıq arasında müsbət asılılıq müşahidə olunmuş, “path” analizi
bu əlamətlərin məhsuldarlığa bilavasitə təsirlərinin yüksək olduqlarını göstərmişdir. Nəticədə
öyrənilən çovdar populyasiyasında sözügedən əlamətlərin məhsuldarlığın əsas komponentləri
olmaları aşkar edilmişdir.
Açar sözlər: çovdar, genetik müxtəliflik, biomorfoloji əlamətlər, korrelyasiya analizi,
“path” analizi
Müxtəliflik bütün seçmə proqramlarının əsasını təşkil edərək, genotip seçimində
mühüm rol oynayır (3). Təbii ki, tədqiq olunan populyasiyada genetik müxtəlifliyin səviyyəsi
yüksəldikcə seçmənin və digər genetik proqramların tətbiqi istiqamətində seleksiyaçıların
fəaliyyət dairəsi də genişlənmiş olur. Seleksiya proqramlarının seçimində, həmçinin rüşeym
plazmasının mühafizə olunmasında bitkilərin genetik müxtəlifliklərinin öyrənilməsi çox
önəmli məsələlərdəndir (1). Müasir dövrdə bitkilərin genetik müxtəlifliyi iki yolla: gen
təzahürünün tədqiqi (morfoloji və biokimyəvi markerlərlə) və DNT-nin nukleotid
ardıcıllıqlarının öyrənilməsi (DNT markerlərlə) vasitəsilə yerinə yetirilir. Bu və ya digər
seleksiya proqramının düzgün seçimi üçün genotiplərin iqtisadi əhəmiyyətə malik
əlamətlərinin səciyyələndirilməsi olduqca əhəmiyyətlidir (2). Biomorfoloji əlamətlərin
genetik variabellik səviyyəsinin təyini çoxölçülü statistik metodlardan istifadə nəticəsində
mümkün olmuşdur. Bu məqsədlə tərtib edilmiş statistik metodlar həm də müxtəlif
biomorfoloji əlamətlərin genetikası haqqında əsaslı informasiya verir.
Çovdar müxtəlif torpaq-iqlim şəraitlərində, xüsusilə soyuq mühitdə becərilməyə
adaptasiya etmiş, iqtisadi əhəmiyyəti yüksək olan dənli-taxıl bitkisidir. Bu isə onun genetik
müxtəlifliyinin dünya alimləri tərəfindən araşdırılmasına səbəb olmuşdur (4, 5, 6). Cari
tədqiqat işində 56 çovdar genotipinin genetik müxtəlifliyi iqtisadi əhəmiyyətli biomorfoloji-
kəmiyyət əlamətlərinin statistik metodlar vasitəsilə təhlili əsasında ətraflı öyrənilmiş və
Azərbaycanın yerli çovdar nümunələrinin genetik potensialı haqqında effektiv informasiya
əldə edilmişdir.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
MATERİAL VƏ METODLAR
Tədqiqat obyekti kimi Azərbaycanın müxtəlif bölgələrində yayılmış 56 çovdar
nümunəsindən istifadə olunmuşdur. Bitki nümunələri AMEA Genetik Ehtiyatlar İnstitutunun
genbankına mənsubdurlar (Cədvəl 1). Biomorfoloji kəmiyyət əlamətləri - bitkinin boyu,
məhsuldar gövdələrin sayı, əsas sünbülün uzunluğu, əsas sünbüldə sünbülcüklərin sayı,
sünbüldə dənlərin sayı, sünbüldə dənlərin kütləsi, min dənin kütləsi - çoxölçülü statistik
metodlar vasitəsilə tədqiq olunmuşdur. Kəmiyyət əlamətlərinin analizində korrelyasiya,
“path” və klaster kimi statistik analiz üsullarından istifadə edilmişdir. Korrelyasiyalar SPSS
(7) kompüter proqramından istifadə yolu ilə aşağıda verilmiş düstur əsasında təyin
olunmuşdur:
2
2
1
2
2
1
1
1
ny
y
nx
x
xy
n
y
x
r
burada, x və y ayrı-ayrı əlamətləri, n-nümunələrin sayını ifadə edir.
Hər bir əlamətin digər əlamətə təsiri standartlaşdırılmış natamam reqressiya indeksi
əsasında iki hissəyə: bilavasitə və dolayı təsirlərə ayrılmaqla “path” analiz metodu əsasında
tədqiq edilmişdir. “Path” analizi MSTAT kompüter proqramı əsasında yerinə yetirilmişdir.
SPSS (7) kompüter proqramı vasitəsilə tətbiq edilmiş klaster analizi nümunələr arasındakı
genetik məsafəni təyin etməyə imkan vermişdir. Bu metod əsasında genetik yaxın, oxşar
nümunələr bir qrup daxilində yerləşdirilmişdir.
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
56 çovdar nümunəsinin genetik müxtəlifliyini öyrənmək məqsədilə tədqiq olunmuş
kəmiyyət əlamətlərinin statistik analizi cədvəl 2-də əks etdirilmişdir. Müşahidə olunduğu
kimi, çovdar nümunələri arasında məhsuldarlığına görə 16 nömrəli genotip yüksək məhsuldar
nümunə kimi qiymətləndirildiyi halda, ən zəif məhsuldarlıq 49 nömrəli genotipdə qeydə
alınmışdır. Nümunələr arasında məhsuldarlığın orta qiyməti 4.937-ə bərabər olmuşdur ki, bu
da tədqiq olunan genotiplərin məhsuldarlıq üzrə stabil qiymətlərə malik olduğunu göstərir.
Bitkinin boyu əlamətinin yüksək qiyməti 7 nömrəli çovdar nümunəsində aşkar edilmişdir.
Tədqiq edilən 56 mədəni çovdar genotipi arasından yalnız 49 nömrəli nümunə yabanı
olmaqla, 97 sm boyla, ən qısaboylu nümunə kimi seçilmişdir. Bu, sözügedən nümunənin
müxtəlif istiqamətlərdə, o cümlədən bitkilərin boyunun qısaldılması istiqamətində aparılacaq
genetik tədqiqatlarda donur kimi uğurla istifadə edilməsinə imkan verir. Əsas sünbülün
uzunluğu əlamətinin orta qiyməti 17.53-ə, dəyişkənlik diapazonu 9.18-ə bərabər olmuş, bu
əlamət üzrə standart kənarlanma 1.84 qiymətini almışdır. 47, 40, 50 və 44 nömrəli nümunələr
bu əlamətin maksimum, 49, 4, 13 və 19 nömrəli genotiplər isə minimum göstəriciləri ilə
səciyyələnmişlər. 45, 56, 10, 54 və 55 nömrəli nümunələr, uyğun olaraq, 58, 57.2, 56.8, 55.4
və 55.2 qiymətləri ilə əsas sünbüldə sünbülcüklərin maksimal miqdarına malik olduqları
halda, 49 və 21 nömrəli genotiplər bu əlamətin minimal göstəriciləri ilə fərqlənmişlər. Əsas
sünbüldə sünbülcüklərin sayının 56 çovdar genotipi üzrə orta qiyməti 49.93-ə, dəyişkənlik
diapazonu 31.40-a bərabər olmuş, bu əlamət üzrə standart kənarlanma 5.25 qiymətini
almışdır. Tədqiq olunan bütün genotiplər nəzərə alınmaqla sünbüldəki dənlərin sayı
əlamətinin orta qiyməti 65.93 təyin edilmişdir. Bu əlamət üzrə yüksək qiymətlərə malik olan
nümunələr 52, 45, 38 və 10 nömrəli genotiplər, kiçik qiymətlərlə seçilən nümunələr isə 19, 22
və 40 nömrəli genotiplər olmuşlar. 2, 10, 36, 38, 44 və 45 nömrəli çovdar nümunələri əsas
sünbüldəki dənlərin kütləsinin yüksək qiymətləri ilə səciyyələnmiş, 55, 54, 41 və 38 nömrəli
genotiplər isə min dənin maksimal göstəricilərinə malik olmaqla diqqəti cəlb etmişlər.
Beləliklə, aparılan statistik analizlər tədqiqat obyekti kimi seçilmiş 56 çovdar nümunəsinin
zəngin genetik potensialının aşkar olunmasına xidmət etməklə, öyrənilən biomorfoloji
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
kəmiyyət əlamətləri arasında genetik müxtəlifliyin yüksək olduğunu təsdiqləyir və öz
növbəsində, bu nümunələrin gələcəkdə müxtəlif məqsədlərlə reallaşdırılacaq seleksiya
proqramları üçün qiymətli xammal olduqlarını göstərir.
Tədqiqatda öyrənilən kəmiyyət əlamətləri arasında mövcud olan xətti asılılıqları aşkar
etmək məqsədilə korrelyasiya analizi üsulundan (Cədvəl 3), məhsuldarlığa bilavasitə və
dolayı təsir göstərən əlamətləri təyin etmək məqsədilə isə path analizi metodundan (Cədvəl 4)
istifadə edilmişdir. Cədvəl 3-dən müşahidə olunduğu kimi, məhsuldarlıqla əsas sünbülün
uzunluğu arasında 10%, əsas sünbüldəki sünbülcüklərin sayı arasında isə 5% ehtimallıqla
müsbət korrelyasiya mövcuddur. Həmçinin “path” analiz üsulunun tətbiqi nəticəsində (Cədvəl
4) əsas sünbülün uzunluğu və əsas sünbüldəki sünbülcüklərin sayı əlamətlərinin
məhsuldarlığa bilavasitə və dolayı təsirlərinin yüksək olduğu qeydə alınmışdır. Bu, öyrənilən
çovdar populyasiyasında əsas sünbülün uzunluğu və əsas sünbüldəki sünbülcüklərin sayı
əlamətlərinin məhsuldarlığın komponentlərindən olduğunu göstərir.
Cədvəl 1.
Tədqiq edilmiş çovdar nümunələri
1
S.cereale L. ssp cereale Rusiya (ağ,
nazik sünbül )
29 S.segetale (Zhuk.) Roshev. №31 Oğuz h
510 (ağ, şaxələnən sünbül)
2
S.cereale L. ssp cereale Rusiya
(qəhvəyi sünbül)
30 S.segetale (Zhuk.) Roshev. №31 Oğuz h
510 (samanı sarı sünbül)
3
S.cereale L. ssp cereale Rusiya (ağ
kvadratvari sünbül, qara dən)
31 S.segetale (Zhuk.) Roshev. №16 Bızgov
Naxçıvan 2005 (ağ burulmuş sünbül)
4
S.cereale L. ssp cereale Rusiya (boz,
prizmavari sünbül)
32 S.segetale (Zhuk.) Roshev. №16 Bızgov
Naxçıvan 2005 (ağ şaxələnən sünbül)
5
S.segetale (Zhuk.) Roshev. Mərdəkan
(ağ sünbül)
33 S.segetale (Zhuk.) Roshev. №17 Bızgov
Naxçıvan 2005 (ağ sünbül, qara dən)
6
S.segetale (Zhuk.) Roshev. Mərdəkan
(qara sünbül, ağ dən)
34 S.segetale (Zhuk.) Roshev. №18 Bızgov
Naxçıvan 2005 (ağ, boz-qəhvəyi sünbül)
7
S.segetale (Zhuk.) Roshev. Mərdəkan
(qara sünbül, qara dən)
35 S.segetale (Zhuk.) Roshev. №18 Bızgov
Naxçıvan 2005 (ağ kvadratvari sünbül,
qara dən)
8
S.segetale (Zhuk.) Roshev. Mərdəkan
(ağ sünbül, göy dən)
36 S.segetale (Zhuk.) Roshev. Mərdəkan (ağ
prizmavari sünbül)
9
S.segetale (Zhuk.) Roshev. Mərdəkan
(tünd qəhvəyi sünbül, ağ dən)
37 S.segetale (Zhuk.) Roshev. Mərdəkan
(qəhvəyi, burulmuş sünbül)
10 S.segetale (Zhuk.) Roshev. Mərdəkan
(şaxələnən sünbül)
38 S.segetale (Zhuk.) Roshev. Mərdəkan (ağ,
prizmavari sünbül)
11 S.segetale (Zhuk.) Roshev. Lerik
(qəhvəyi sünbül, ağ dən)
39 S.segetale (Zhuk.) Roshev. Mərdəkan
(açıq qəhvəyi, silindirvari sünbül)
12 S.segetale (Zhuk.) Roshev. Lerik
(qəhvəyi sünbül, qara dən)
40 S.segetale (Zhuk.) Roshev. 1-544
Naxçıvan (ağ-sarı burulmuş sünbül)
13 S.segetale (Zhuk.) Roshev. Lerik (boz
sünbül)
41 S.segetale (Zhuk.) Roshev. 1-544
Naxçıvan (ağ-sarı, şaxələnən, III sünbül)
14 S.segetale (Zhuk.) Roshev. Lerik (ağ
sünbül, qara dən)
42 S.segetale (Zhuk.) Roshev. 1-544
Naxçıvan (boz-qəhvəyi, şaxələnən, III
sünbül)
15 S.segetale (Zhuk.) Roshev. Naxçıvan
(boz sünbül, qara dən)
43 S.segetale (Zhuk.) Roshev. 1-174
(Naxçıvan) (ağ-sarı prizmavari)
16 S.segetale (Zhuk.) Roshev. Naxçıvan
44 S.segetale (Zhuk.) Roshev. 1-174
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Məhsuldarlıq poligen xarakterli əlamət olduğundan və onun təzahüründə ətraf mühit
amillərinin təsirləri yüksək olduğundan, onu bilavasitə seleksiya etmək mümkün deyildir.
Lakin məhsuldarlığın əsas elementlərinin təyini və yaxşılaşdırılması nəticəsində onun
artırılmasına nail olmaq mümkündür. Beləliklə, tədqiq olunan çovdar populyasiyasında
öyrənilən kəmiyyət əlamətlərinin yüksək genetik müxtəlifliyi ilə yanaşı, məhsuldarlıqla
genetik əlaqələrinin varlığını nəzərə alaraq, onlardan dolayı olaraq, məhsuldarlığın
artırılmasında effektiv əlamətlər kimi istifadə edilməsi mümkündür. Tədqiqatda digər
əlamətlərlə məhsuldarlıq arasında heç bir asılılıq qeydə alınmamışdır. Bitkinin boyu əlaməti
ilə əsas sünbülün uzunluğu və əsas sünbüldəki sünbülcüklərin sayı əlamətləri arasında 1%,
sünbüldə dənlərin sayı və sünbüldə dənlərin kütləsi əlamətləri arasında isə 10% ehtimallıqla
etibarlı asılılığın varlığı müşahidə edilmişdir (Cədvəl 3). Bu, bitkinin boyunun artdıqca əsas
sünbülün uzunluğunun artdığını və öz növbəsində əsas sünbüldəki sünbülcüklərin sayının,
sünbüldəki dənlərin sayının və sünbüldəki dənlərin kütləsinin yüksəldiyini göstərir. Əsas
sünbülün uzunluğu əlaməti ilə əsas sünbüldəki sünbülcüklərin sayı əlaməti arasında 1%,
sünbüldəki dənlərin sayı, sünbüldəki dənlərin kütləsi və min dənin kütləsi əlamətləri arasında
5% ehtimallıqla müsbət, etibarlı korrelyasiyalar aşkar edilmişdir. Əsas sünbüldə
sünbülcüklərin sayı əlaməti ilə sünbüldə dənlərin sayı, sünbüldə dənlərin kütləsi və min dənin
kütləsi əlamətləri arasında, sünbüldə dənlərin sayı ilə sünbüldə dənlərin kütləsi və min dənin
kütləsi əlamətləri arasında, nəhayət, sünbüldə dənlərin kütləsi ilə min dənin kütləsi əlamətləri
arasında 1% ehtimallıqla müsbət, etibarlı korrelyasiyaların mövcudluğu müəyyən
olunmuşdur.
(qəhvəyi sünbül, iri dən)
Naxçıvan (ağ, prizmavari sünbül)
17 S.segetale (Zhuk.) Roshev. 1–54
Naxçıvan (ağ sünbül)
45 S.segetale (Zhuk.) Roshev. 1-174
Naxçıvan (qəhvəyi, III sünbül)
18 S.segetale (Zhuk.) Roshev. 1–54
Naxçıvan (qəhvəyi sünbül)
46 S.segetale (Zhuk.) Roshev. 1-174
Naxçıvan (boz-qəhvəyi, III sünbül)
19 S.segetale (Zhuk.) Roshev. 1-171
Naxçıvan (boz-qəhvəyi sünbül)
47 S.segetale (Zhuk.) Roshev. Şəki h 275 (ağ
burulmuş, uzun sünbül)
20 S.segetale (Zhuk.) Roshev. 1-171
Naxçıvan (sarı-ağ, kvadratvari sünbül)
48 S.segetale (Zhuk.) Roshev. Şəki h 275 (ağ
sarı, qısa, III sünbül)
21 S.segetale (Zhuk.) Roshev. 1-171
Naxçıvan (ağ burulmuş, III sünbül)
49 S.Silvestre (Host.) Abşeron (ağ, tökülən
sünbül)
22 S.segetale (Zhuk.) Roshev. Naxçıvan
(boz-qəhvəyi, burulmuş sünbül)
50 S.cereale L. Mirbəşir 46 (ağ sünbül, qara
dən)
23 S.segetale (Zhuk.) Roshev. Oğuz
rayonu, Bucaq kəndi h 476 (ağ,
burulmuş sünbül)
51 S.cereale L. Rusiya Vyatka 2 (sarı,
burulmuş sünbül)
24 S.segetale (Zhuk.) Roshev. Oğuz
rayonu, Bucaq kəndi h 476 (ağ sünbül,
şaxələnmiş)
52 S.cereale L. Rusiya Saratovskaya 6 (boz-
sarı, prizmavari sünbül)
25 S.segetale (Zhuk.) Roshev. № 25, 1
Şəki h 202 (ağ burulmuş sünbül)
53 S.cereale L. Rusiya Purqa (samanı boz,
kvadratvari, qılçıqları tünd)
26 S.segetale (Zhuk.) Roshev. №25, 2 Şəki
h 202 (ağ sünbül, tünd boz dən)
54 S.cereale L. Rusiya Tatarskaya-1 (samanı
sarı, prizmavari sünbül)
27 S.segetale (Zhuk.) Roshev. №25, 2 Şəki
h 202 (ağ dən)
55 S.cereale L. Rusiya Alfa (sarı, prizmavari,
tünd qılçıqlı sünbül)
28 S.segetale (Zhuk.) Roshev. №29, 2
Oğuz h 509 (ağ burulmuş sünbül,
bənövşəyi dən)
56 S.cereale L. Rusiya Korona (boz-qəhvəyi,
burulmuş, tünd qılçıqlı sünbül)
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Cədvəl 2.
Biomorfoloji əlamətlər üzrə hesablanmış statistik parametrlər
Əlamətlər
Min.
Maks.
Orta
qiymət
Standart
xəta
Standart
kənarlanma
Variasiya
əmsalı
Məhsuldarlıq
3.6
6.2
4.937
0.068
0.513
10.39
Bitkinin boyu
97
210
182.2
2.65
19.83
10.88
Əsas ünbülün uzunluğu
11.5
20.68
17.53
0.245
1.84
10.49
Əsas sünbüldə
sünbülcüklərin sayı
26.6
58
49.93
0.702
5.26
10.53
Sünbüldəki dənlərin sayı
33.8
95.2
65.93
2.05
15.36
23.3
Sünbüldəki dənlərin kütləsi
0.61
2.96
1.63
0.077
0.58
35.58
Min dənin kütləsi
12.5
36
25.76
0.773
5.8
22.51
Cədvəl 3.
Əlamətlər arasında mövcud olan korrelyasiyalar
raltlmalƏ
Məhsuldarl
ıq
Bitkinin
boyu
Sünbülün
uzunluğu
Sünbüldə
sünbülcüklər
in sayı
Sünbül
də
dənlərin
sayı
Sünbüldə
dənlərin
kütləsi
Min
dənin
kütləsi
Məhsuldarlıq
1
0.143
0.225
*
0.309
**
0.170
0.227
0.125
Bitkinin boyu
-
1
0.447
***
0.366
***
0.224
*
0.256
*
0.161
Əsas sünbülün
uzunluğu
-
-
1
0.675
***
0.296
**
0.316
**
0.291
**
Əsas sünbüldə
sünbülcüklərin sayı
-
-
-
1
0.493
***
0.519
***
0.510
***
Sünbüldə dənlərin
sayı
-
-
-
-
1
0.896
***
0.491
***
Sünbüldə dənlərin
kütləsi
-
-
-
-
-
1
0.650
***
*
,
**
və
***
, uyğun olaraq, 10%, 5% və 1% ehtimallıqla etibarlılığı ifadə edir.
Cədvəl 4.
Çovdar genotiplərində məhsuldarlığa bilavasitə (diaqonal) və dolayı təsir göstərən əlamətlər
Əlamətlər
Bilavasitə
təsir
Dolayı təsir
Min
dənin
kütləsi
Sünbüldə
dənlərin
kütləsi
Sünbüldə
dənlərin
sayı
Sünbüldə
sünbülcüklərin
sayı
Sünbülün
uzunluğu
Bitkinin boyu
0.0057
-0.0287
0.114
-0.067
0.12
0.008
Əsas sünbülün
uzunluğu
0.0184
-0.052
0.141
-0.088
0.203
------
Əsas sünbüldə
sünbülcüklərin
sayı
0.30
-0.091
0.232
-0.147
------
------
Sünbüldə
dənlərin sayı
-0.30
-0.087
0.40
------
------
------
Sünbüldə
dənlərin
kütləsi
0.447
-0.116
------
------
-------
------
Min dənin
-0.178
------
------
------
------
-----
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
kütləsi
Dostları ilə paylaş: |