Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
167
mayinədən keçməkdən imtina etməsi, bəzən isə qadınların
ailədə və cəmiyyətdə çıxdaş olması qadını dərin sarsıntılara
düçar edir, hətta özünə qəsd etməyə qədər gətirib çıxarır.
Qadınlara münasibətdə zorakılıq hallarının
səbəblərinin
öyrənilməsi, zorakılığa məruz qalmış qadınlara kömək
üzrə mərkəzlərin yaradılması, qadın
və kişilərin genetik
və reproduktiv sağlamlığı üzrə geniş maarifləndirmə işlə-
rinin aparılması, qadınların hüquqi statusunun dəyişdiril-
məsi, kişlərin mövqe üstünlüyü barəsində mövcud stereotip
təsəvvürlərin dəyişdirilməsi qadınlara qarşı zorakılıq fakt-
larını azaltmağa, həmçinin ailə və cəmiyyətin inkişafına və
təhlükəsizliyinə yardım edə bilər (95: 11-14).
Qadınlara qarşı zorakılığın səbəblərindən biri əsrlərlə
cəmiyyətimizdə formalaşan patriarxal yanaşmadır. Qadın
zorakılığını aradan qaldırmaq üçün sivil, mədəni yanaşma-
nı və daimi qəti tədbirlər həyata keçirmək laızmdır. Cəmiy-
yətin bütün təbəqələrinin birgə səyi ilə qadına qarşı haqsız
münasibətə qarşı mübarizə təəssüf ki, hələ də lazımı səviy-
yə də aparılmır.
Qadın zorakılığına qarşı
mübarizə aparmaq üçün
müxtəlif səviyyələrdə hüquqi sahənin və bu sahəyə xas olan
bazanın təkmilləşdirilməsi, instusional dayaqların inikişaf
etdirilməsi, operativ qaydada həyata keçiriləcək fəaliyyət
istiqamətlərinin
müəyyənləşdirilməsi, tədris və təlimdə
maarrifləndirilmə və məlumatlandırılması və s.
tədbirləri
özündə əks etdirən strateji fəaliyyət proqramının hazırlan-
ması, qadın zorakılığı probleminin profilaktikası və onun
qarşısını ala biləcək fəaliyyət, zorakılığa məruz qalmış qa-
dınlarla müvafiq reabilitasiya proqramlarının həyata keçi-
rilməsi, qadınların cəmiyyətdəki vəziyyətinin yaxşılaşdırıl-