Afina-Sparta müharibəsi (e.ə 431-404)
E.ə IV əsrin birinci yarısında yunan şəhər dövlətləri arasında ziddiyyətlər dərinləşdi və onlar tədricən tənəzzül
etməyə başladılar. Yunan şəhər dövlətləri arasında ziddiyyətlərin və ya rəqabətin səbəbləri aşağıdakı amillərlə bağlı idi:
1.
Dəniz ticarətində üstünlük qazanmaq.
2.
Qonşu dövlətləri özlərinə tabe etmək.
3.
Çoxlu qənimət ələ keçirmək.
Bu dövrdə Yunanıstanın ən qüdrətli şəhər dövlətləri hesab olunan Afina ilə Sparta arasında daxili ziddiyyətlər daha
da dərinləşərək uzunsürən müharibəyə səbəb oldu.. E.ə. 431-ci ildə başlanan müharibə kiçik fasilələrlə 404-cü ilə qədər
davam etdi. Afina ilə Sparta arasında baş verən və bu müharibə nəticəsində:
Sparta dövləti Afina üzərində tam qələbə qazandı.
Yunan şəhər-dövlətləri zəiflədi və sonralar qonşu Makedoniyanın hakimiyyəti altına düşdü.
Yunanıstanın Makedoniyanın hakimiyyəti altına düşməsi. Xeroneya döyüşü
Makedoniya dövləti Balkan yarımadasının şimalında ( Yunanıstanın şimal-şərqində)
yerləşirdi. E.ə. IV əsrin ortalarında, II Filippin (e.ə 359-336) dövründə:
Makedoniya çarlığı güclü dövlətə çevrildi.
Güclü dövlət və nizami ordu təşkil edildi.
Yunan şəhər dövlətləri Makedoniya padşahlığının işğalına məruz qaldı.
II Fillip zəifləmiş Yunan şəhər dövlətləri öz tərəfinə çəkmək üçünəsasən pulla şəhər
əhalisinin bir hissəsini ələ almaq üsulundan istifadə edirdi. Əhali isə şəhər darvazalarını II
Fillipin üzünə açırdı.
E.ə. 338-ci ildə Xeroneya şəhəri yaxınlığında Makedoniya ilə birləşmiş yunan ordusu
arasında həlledici döyüş baş verdi. Xeroniya döyüşü nəticəsində:
Yunan şəhər dövlətlərinin azadlığına son qoyuldu.
Yunan şəhər dövlətləri Makedoniya çarlığının hakimiyyəti altına düşdü.
Beləliklə, e.ə IV əsrdə Yunan-şəhər dövlətləri Makedoniya ordusu tərəfindən işğal olundu.
II Xeroneya döyüşündə yunan şəhər dövlətlərinin azadlığına son qoyulduğu üçün o vaxt deyirdilər: “Xeroneyada
həlak olanların cəsədləri ilə birlikdə yunanların azadlığı da dəfn olundu”. Filippin 18 yaşlı oğlu İsgəndər ilk dəfə
Xeroniya döyüşündə sərkərdəlik məharətini nümayiş etdirmişdi.
QEYD:
Fermopil və Xeroneya döyüşlərində yunanların məğlub olması bu döyüşlər üçün oxşar cəhət təşkil edir.
Xeroniya döyüşündə yunanları məğlub etdi
Nizami və güclü ordu yaratdı
Dövlət daha da gücləndi və ərazisi genişləndi
Yunanıstanı Makedoniya çarlığına birləşdirdi
II Fillip
II Filipp
42
Makedoniyalı İsgəndərin Şərqə yürüşü
II Filipp Yunanıstanı işğal etdikdən sonra dövlətinin ərazisini genişləndirmək və
İrana yürüş etmək istəyirdi. Lakin, II Fillip yürüş ərəfəsində, e.ə. 336-cı ildə suiqəsd
nəticəsində öldürüldü. Onun yerinə 20 yaşlı oğlu İsgəndər (e.ə 336-323) keçdi.
İsgəndər bir çox tədbirlər həyata keçirdikdən sonra Şərqə yürüşə başladı. Makedoniya
ordusu İsgəndərin başçılığı ilə Şərqə doğru hərəkət etdi. E.ə. 334-cü ildə onun qoşunları
Kiçik Asiyaya soxuldu. İsgəndər burada İran qoşunlarına qalib gələrək Aralıq dənizi
sahili ilə Misirə doğru hərəkət etdi.
Bu zaman Finikiyanın Tir şəhəri İsgəndərə ciddi müqavimət göstərsə də şəhər tutularaq dağıdıldı. Finikiyanın
digər şəhərləri və Misir isə İsgəndərə vuruşmasız tabe oldu. Misir kahinləri İsgəndəri firon və tanrı
adlandırdılar. İsgəndər Misirdən qayıdaraq yenidən Kiçik Asiyaya (Mesopotamiyaya) doğru hərəkət edən zaman İran şahı
III Dara ona qarşı çoxlu qoşun topladı. E.ə. 334-cü ildə İss, 333-cü ildə Qranik, e.ə. 331-ci ildə həlledici döyüş olan
Qavqamela (Cancal) döyüşündə III Daranın qoşunları İsgəndər tərəfindən məğlub edildi.
Qavqamela döyüşündə ağır məğlubiyyətdən sonra Əhəməni hökmdarı III Dara ölkənin şərqinə qaçdı. Lakin III
Dara e.ə. 330-cu ildə özünün Baktriyadakı satrapı Bess tərəfindən öldürüldü. Beləliklə İsgəndərin Şərq yürüşü
nəticəsində Əhəməni imperiyası süqut etdi. İranı ələ keçirdikdən sonra İsgəndər Mərkəzi Asiyada Baktiriya və
Soqdiananı ələ keçirdi. İsgəndərin son yürüşü Hindistan oldu. E.ə. 328-ci ildə Makedoniyalı İsgəndər yürüşünü
Hindistana doğru davam etdirdi.
QEYD:
Makedoniya dövləti tərəfindən işğal olunması e.ə IV əsrdə yunan şəhər dövlətləri və Əhəmənilər
imperiyasının süqutu ilə oxşar cəhət təşkil edir.
Makedoniy imperiyasının parçalanması
Makedoniyalı İsgəndər Şərq yürüş nəticəsində böyük imperiya
yaratdı. Makedoniya imperiyasının ərazisi qərbdə Balkan yarımadası
və Misirdən, şərqdə Hindistana qədər böyük bir ərazini əhatə edirdi.
Babil şəhəri Makedoniyalı İsgəndər imperiyasının paytaxtı elan
edilmişdi.
E.ə. 323-cü ildə İsgəndər 33 yaşında qısa sürən xəstəlikdən
sonra vəfat etdi və özünün saldırdığı İsgəndəriyyə şəhərində dəfn
olundu. Onun ölümündən sonra imperiya bir neçə padşahlığa -
Makedoniya, Suriya və Misir dövlətlərinə parçalandı.
Makedoniya
Suriya (Seleviklər)
Misir
Yuna-Baktriya
Parfiya
İsgəndərin ölümündən sonra onun yaratdığı imperiyanın yerində yaranan padşahlıqlar
Mesopotamiya
Finikiya
Misir
Yunanıstan
İran, Orta Asiya
Makedoniya
Şimal-qərbi Hindistan
43
Ellinizm mədəniyyətinin Şərqə yayılması
İsgəndərin ordusu tərəfindən işğal olunan Şərq ölkələrində:
İsgəndərin adını daşıyan çoxsaylı şəhərlər salındı.
Ellin mədəniyyəti (yunan dili və yunan mədəniyyəti) geniş yayıldı.
İsgəndərin Şərqə yürüşündən sonra salınan çoxsaylı şəhərlərdən biri də
İsgəndəriyyə idi. İsgəndəriyyə şəhərinə aiddir:
Nil çayının deltasında Makedoniyalı İsgəndər tərəfindən salınmışdı.
Evkilid və Arximed kimi alimlər burada yaşayıb yaratmışdılar.
Dünyada ilk musey (muzların məbədi) bu şəhərdə yaradılmışdı.
Şəhərin qarşısındakı Faros adasında 140 metr hündürlüyündə İsgəndəriyyə
mayakı tikilmişdi.
QEYD:
Şərqdə elmin ən yüksək inkişaf səviyyəsinə çatmasını İsgəndəriyyə
museyi də təsdiq edir. İsgəndəriyyə museyində olan kitabxanada papirus və perqament
üzərində yazılmış 700 min əlyazma saxlanılırdı. Perqament (yazı yazmaq üçün xüsusi
işlənmiş buzov və quzu dərisi) Kiçik Asiyadakı Perqam şəhərində hazırlandığı üçün
belə adlanırdı.
Evklid
Arximed
Qədim İsgəndəriyyə şəhərinin qurulması.
Faros mayakı
İsgəndəriyyə şəhərinin salınması
...İsgəndər Misiri tutduqdan sonra burada bir yunan şəhəri
saldırıb, ona öz adını vermək istəyir. Memarların məsləhəti ilə o,
gələcək şəhər üçün yer də ayırıb, onu hasara aldırır. Amma gecə
yuxuda görür ki, ağsaçlı bir qoca onun yanında dayanıb aşağıdakı
şeiri oxuyur:
Geniş coşqun dənizdə bir ada var
Faros çağırır onu adamlar.
İsgəndər həmin dəqiqə qalxıb Farosa yollanır. İsgəndər gördü ki,
bura, doğrudan da, gözəl və səfalı yerdir. Yaxşı körfəzi və limanı olan
geniş torpaq sahəsi var. Elə buradaca o, memarlara yeni şəhərin
planını hazırlamağı tapşırdı. Tabaşir olmadığından memarlar arpa
unuyla qara torpaq üzərində hərbi meydana bənzəyən şəhər planı
cızdılar. İsgəndər onu çox bəyəndi, amma birdən bir sürü quş bulud
kimi göyün üzünü aldı, onlar yerə qonub cizgiləri pozdular. Şah bu
əlamətdən narahat oldu, amma falçılar izah edəndə ki, onun əsasını
qoyduğu şəhəri gəlmə adamlar abad edəcək, İsgəndər rahatlaşdı.
Sonra o, gözətçilərə tikintiyə ciddi nəzarət etməyi tapşırıb, Amon
məbədinə getdi.
Plutarxın “İsgəndər Zülqərneyn” kitabından
«Qordi düyünü»
Dövrümüzdə işlədilən «Qordi düyününü doğramaq» ifadəsi hər hansı qarışıq məsələni başa çatdırmaq
mənasını bildirir. Qordi Kiçik Asiyada Frigiya dövlətinin əfsanəvi hökmdarı idi. Rəvayətə görə, o, paytaxtı
Qordionda boyunduruğu mürəkkəb ilgəklərlə düyünlənmiş araba qoyubmuş. Belə hesab olunurmuş ki, kim «Qordi
düyünü»nü aça bilsə, o, Asiyanın hökmdarı olacaq. Onu açmağa cəhd göstərən Makedoniyalı İsgəndər də istəyinə
çata bilmir. Bu zaman o, «Qordi düyünü»nü qılıncı ilə doğrayır.
44
Qədim Roma
Qədim İtaliyanın təbiəti və əhalisi
Roma dövləti Avropanın cənubunda, yunanların İtaliya adlandırdığı Balkan yarımadasının qərbində Apennin
yarımadasında yaranmışdır. Apenin yarımadasını şimalda Avropanın qalan hissəsindən Alp dağları ayırır. Yunanlar Aralıq
dənizində üzərkən Apennin yarımadasının cənub hissəsinin zəngin otlaqlarını görmüş və buran; «Buzovlar ölkəsi»
adlandırmışlar. Sonralar bu ad bütün yarımadaya verilmişdir. Apennin yarımadasından cənubda Siciliya adası yerləşir.
Roma dövlətinin yaranmasından hələ xeyli əvvəl Apennin yarımadasında müxtəlif tayfa və xalqlar yaşayırdılar.
Onlardan ən çox inkişaf etmiş tayfalar etrusklar və latınlar idi.
Etrusklar:
Yüksək keyfiyyətli sənətkarlıq məhsulları istehsal edirdilər.
Gəmiçilik və dənizçiliklə məşğul olurdular.
10 minə qədər yazı işarəsindən istifadə edirdilər.
Latınlar:
Dilləri bütün İtaliyanın ümumi dilinə çevrilmişdi.
Əvvəllər Apenin yarımadasının mərkəzi hissəsində Kiçik
Latsiya vilayətində yaşayırdılar.
Roma tarixinin dövrləşməsi
Tədqiqatçılar qədim Roma tarixini üç dövrə bölürlər:
1.
Padşahlıq dövrü - e.ə 753 – e.ə 509-cu illəri əhatə edir.
2.
Respublika dövrü - e.ə. 510 - e.ə. 30-cu illəri əhatə edir.
3.
İmperiya dövrü - e.ə. 30 – e. 476-cı illəri əhatə edir.
Roma dövlətinin yaranması.
Romada padşahlıq dövrü (e.ə 753 – e.ə 509)
Rəvayətə görə, Roma şəhərinin əsası e .ə. 753-cü ildə iki qardaş - Romul və Rem tərəfindən qoyulmuşdur. Şəhər
Romulun adı ilə adlanmışdır. Padşahlıq dövrü Roma şəhəri yaranandan e.ə. 509-cu ilə qədər davam etmişdir. Bu dövrdə Roma
dövlətini padşah və Senat («Ağsaqqallar şurası») idarə edirdi.
45
Romada əhalinin sosial təbəqələri
Parşahlıq dövründə Romanın azad əhalisi iki yerə bölünürdü:
1.
Patrisilər (latınca «pater » ata deməkdir).
2.
Plebeylər (azad əhalinin yoxsul təbəqəsi idi).
Romada respublika dövrü (e.ə 509 – e.. 30)
Roma respublikasının yaranması
E.ə 509-cu ildə Romanın sonuncu padşahı çox qəddar olduğu üçün romalılar ona qarşı üsyan qaldırdı. Üsyan
nəticəsində:
Romada padşahlıq idarə üsulu ləğv edildi.
Romada respublika quruluşu yaradıldı.
Respublika dövründə ali hakimiyyət orqanı olan Xalq yığıncağı hər il patrisilərin sırasından Romanı idarə etmək üçün
iki konsul və məmurları seçirdi. Konsullar:
Bir il Romanı idarə edirdilər.
Müharibə zamanı orduya komandanlıq edirdilər.
Respublika dövründə böyük hüquqa malik olun Senat aşağıdakı işləri həll edirdi:
Maliyyə işlərinə baxır, müharibə və sülh məsələlərini həll edirdi.
Xalq yığıncağında səsə qoymaq üçün qərarlar hazırlayırdı.
QEYD:
Müəyyən müddətə seçilən adamlar tərəfindən idarə olunması e.ə V əsrdə Afinanın və Romanın idarə
quruluşunda oxşarlıq təşkil edir.
Patrisilər
Plebeylər
•
Romanın ən qədin sakinləri hesab olunurdu.
•
Torpaq və otlaqlar yalnız onlara məxsus idi.
•
Torpaqlarını plebeylərə icarəyə verirdilər.
•
Onların «Ağsaqqallar şurası»
var idi.
•
«Ağsaqqallar şurası» onların sıralarından bir
nəfəri ömürlük padşah seçirdilər.
• Romaya köçüb gəlmiş insanların nəsilləri idi.
• Yüksək vəzifələrə seçilmək hüququna malik
deyildilər.
• Orduda xidmət etsələr də torpaq payına malik
deyildilər.
• Onlar torpağı varlılardan icarəyə götürürdülər.
Rem və Romul, onları bəsləyən ana
canavarla
Roma şəhərinin salınması haqqında tarixi rəvayət
Əfsanəyə görə, latın şəhərlərindən birinin şahı öz qardaşı
qızının əkiz doğulmuş iki oğlunu - Romulu və Remi Tibr çayına
atmağı əmr edibmiş. O qorxurdu ki, uşaqlar böyüdükdən sonra
onu taxtdan məhrum edərlər. Lakin içərisində uşaqlar olan səbət
ağacın budağına ilişib qalır. Uşaqlar xilas olurlar. Bir dişi
canavar onları öz südü ilə bəsləyir, sonra isə uşaqları bir çoban
tapıb tərbiyə edir. Qardaşlar böyüyüb güclü və cəsarətli döyüşçü
olurlar. Onlar şaha qarşı üsyan qaldırıb, onu öldürürlər.
Bundan sonra Romul və Rem şəhər salmaq qərarına gəlirlər, lakin şəhərin harada salınması və gələcəkdə
oranı kimin idarə edəcəyi haqqında mübahisə edib dalaşırlar. Qəzəblənən Romul Remi öldürür. O, çobanın
onları tapdığı yerdə şəhər salır və orada şahlıq etməyə başlayır. Bu şəhəri Romulun adı ilə Roma
adlandırırlır. Romalılar il hesabını öz şəhərlərinin salındığı əfsanəvi ildən - e.ə. 753-cü ildən hesablayırdılar.
Romada Kapitoli təpəsində dişi canavarın heykəli qoyulmuşdu.
46
Patrisilərlə plebeylər arasında mübarizə
Respublika quruluşu bərqərar olduqdan sonra da plebeylər hüquqsuz qaldılar. Belə ki, Patrisilər onlara icma
torpaqlarından istifadə etməyə və dövlətin idarə işində iştirak etməyə icazə vermirdilər. Bu səbəbə görə də qədim Romada
e.ə V əsrdən - e.ə III əsrədək patrisilərlə plebeylər arasında iki yüz ildən çox müddətdə mübarizə getmişdi. Plebeylər belə
olduqda orduda xidmət etməkdən imtina edərək, Romanı tərk edib başqa yerlərdə şəhər salacaqları ilə patrisiləri hədələdilər.
Patrisilər plebeylərsiz ordunun zəif olacağından ehtiyyat edərək onlara güzəştə getdilər. E.ə V əsrədə plebeylər xalq tribunu
(öz müdafiəçilərini) seçmək hüququ qazandılar. X alq tribununu öldürmək Romada ən ağır cinayət sayılırdı. Xalq tribunu:
Romada plebeylərin mənafeyini müdafiə etmək üçün seçilirdi.
Xalqa arxalanaraq onların xeyirlərinə qanunlar qəbul edirdilər.
Konsul və senatın plebeylərə aid hər bir sərəncamına veto qoymaq (ləğv etmək) hüququna malik idi.
Plebey istədiyi zaman tribundan kömək istəyə bilərdi.
Beləliklə, iki yüz ildən çox (e.ə 509-265) davam edən patrisilərlə plebeylərin mübarizəsi nəticəsində plebeylər qalib
gələrək aşağıdakı hüquqları qazandılar:
Romanın tamhüquqlu vətəndaşına çevrildilər.
Xalq tribunu seçmək və konsul vəzifəsini tutmaq hüququ aldılar.
İcma torpaqlarından torpaq payı almaq hüququ qazandılar.
Patrisilər plebeyləri daha borca görə qul edə bilməzdilər.
Hər bir Roma vətəndaşı istənilən vəzifə tutmaq hüququ qazandı.
Plebeylərin xalq tribunu seçmək hüququ almasından iki əsr sonra Romanın tamhüquqlu vətəndaşına çevrilərək istənilən
vəzifə tutmaq hüququ qazanmışdılar.Lakin vəzifəyə görə əməkhaqqı verilmədiyi üçün yoxsullar vəzifə tutmaq istəmirdilər.
QEYD:
Torpaq əldə etmək və bütün vəzifələrə seçilmək hüququ veriməsi e.ə VI əsrdə Afinada demosun, e.ə III
əsrdə Romada plebeylərin vəziyyətində oxşar cəhət təşkil edirdi. Lakin e.ə V əsrdə qədim Yunanıstanda yoxsullar dövlət
vəzifələrinə seçilə bildiyi halda, e.ə III əsrdə qədim Romada yoxsulların dövlət vəzifələrinə seçilə bilməməsinin səbəbi
burada vəzifəyə görə əməkhaqqı verilməməsi idi. Afinada aristokratlarla demosun, Romada plebeylərlə patrisilər arasında
mübarizənin nəticəsində də oxşarlıq var idi. Belə ki, hər ikis də borca görə qula çevrilməsi qadağan edildi və dövlət vəzifələri
tutmaq hüququ əldə edirdilər.
Qədim Roma respublikasının idarəetmə sistemi
Qall tayfalarının Romaya yürüşü (e.ə 390)
Respublika dövründə Roma dövləti qall tayfalarının hücumlarına məruz qalmışdı. Qall tayfaları:
Döyüşkən tayfa olub, İtaliyanın şimalında yaşayırdılar.
Yunanlar tərəfindən kelt adlandırılırdılar.
Papaqlarına xoruz lələkləri bağladıqları üçün romalılar onları «qallar» (xoruz) adlandırırdılar.
E.ə 390-cı ildə Romaya yürüş etmişdilər.
Bu gün işlədilən «Qazlar Romanı xilas etdi» – ifadəsi onların adı ilə bağlıdır.
E.ə. 390-cı ildə İtaliyanın şimalında məskunlaşan döyüşkən qallar Roma şəhərinə hücum etdilər. Qall tayfalarının
Romaya yürüşü nəticəsində Roma ordusu pərən-pərən salındı, qallar Roma şəhərinin Kapitoli təpəsi üzərindəki qaladan
başqa hər yeri tutaraq dağıtdı. Romanı tutan qallar 300 kq qızıl almaq şərti ilə şəhəri tərk edəcəklərini bildirdilər. Bu zaman
Senat (Ağsaqqallar şurası)
Xalq yığıncağı
Konsul
Tribun
Maliyyə işlərinə baxır,
müharibə və sülh
məsələlərini həll edir, Xalq
yığıncağında səsə qoymaq
üçün qərarlar hazırlayırdı
Hər il patrisilərin sırasından
Romanı idarə etmək üçün
konsul və məmurları seçirdi
Bir il Romanı idarə
edir, müharibə zamanı
orduya komandanlıq
edirdi
Qanunlar qəbul edir,
Konsul və senatın
plebeylərə aid hər bir
sərəncamına veto qoya
bilirdi
İcma tarlasından
torpaq almaq
hüququ əldə
etdilər
Borca görə qula
çevrilməmək
hüququ əldə
etdilər
Xalq tribunu
seçmək hüququ
əldə etdilər
Konsul vəzifəsini
tutmaq hüququ
əldə etdilər
Patrisilərlə mübarizədə plebeylərin əldə etdiyi hüquqlar
Dostları ilə paylaş: |