İslam dini rəsmi dövlət dini elan olunmuşdu.
Qızıl Ordunun dövlət quruluşu. Feodal münasibətləri
Qızıl Ordu feodal monarxiya dövləti idi.
Dövlətin idarəetmə sistemi aşağıdakı kimi idi:
Xan - dövləti idarə edən birinci şəxs idi.
Divan - dövləti idarə edən orqan idi.
Məclis - dövlətdə ali məşvərətçi orqan idi.
Tarxan - dövlətdə imtiyazlı şəxslər idi.
Baskaklar -
vergi yığılmasına rəhbərlik edirdilər
.
Qızıl Ordu dövlətində xan və xan ailəsinin üzvləri ən böyük feodal idilər. Onlardan sonra noyonlar (bəylər) gəlirdi.
Noyonlara xidmət müqabilində böyük torpaq sahələri verilirdi. Feodallardan asılı olan köçəri maldarlar, əkinçiliklə
məşğul olan kəndlilər töycü ödəyir və mükəlləfiyyətlər yerinə yetirirdilər. Bəzi feodallar torpağa sahib olmaq, məcburi
işlərdən azad edilmək üçün xandan fərmanlar alırdılar. Belə fərmanlar yarlıq, yarlıq alan imtiyazlı şəxslər isə tarxan
adlanırdı.
dövləti idarə edən
birinci şəxs idi
Xan
Məclis
dövləti idarə edən
orqan idi
Divan
dövlətdə ali
məşvərətçi orqan idi
Tarxan
dövlətdə imtiyazlı
şəxslər idi
Baskaklar
vergi yığan
məmurlar idi
Vəzir
dövlət işlərini
idarə edirdi
Noyonlar
Əmirlər
Qızıl Ordunun idarəetmə sistemi
95
Qızıl Ordunun zəifləməsi və süqutu
Qızıl Ordu dövləti daxili çəkişmələr nəticəsində zəiflədi.
Qızıl Ordu dövlətidəki daxili çəkişmələrdən və onun
zəifləməsindən istifadə edən
rus knyazları tabe olmaqdan boyun qaçırılar. Odur ki, Qızıl Ordu xanı Mamay xan itaət
etməyən rus knyazları üzərinə yürüş təşkil etdi.
Bu zaman Qızıl Ordu dövlətinə qarşı qüvvələrini birləşdirən Moskva knyazı Dmitri
Donskoy 1380-ci ildə Kulikova döyüşündə Qızıl Ordu dövlətini məğlub etdi. Lakin Əmir
Teymurun köməyi ilə hakimiyyətə gələn Toxtamış xan (1380-1395) hakimiyyəti dövründə:
Moskvanı tutaraq yandırdı (1382-ci ildə).
Rus knyazlıqları yenidən itaət altına alındı.
Daha sonra Toxtamış xan Əmir Teymurdan asılı olan ərazilərə talançı yürüşlər təşkil etdi.
Toxtamış xanın Teymurilərdən asılı olan ərazilərə talançı yürüşlər etməsi Əmir Teymurla
müharibəyə səbəb oldu. Tərəflər arasında, 1395-ci ildə Terek çayı sahilində döyüş baş verdi.
Döyüş nəticəsində:
Toxtamış xan Teymur tərəfindən məğlub edildi.
Əmir Teymur
Qızıl Ordunun şərq vilayətlərini tutaraq
öz imperiyasına birləşdirdi
.
Uzunsürən feodal çəkişmələri, hakimiyyət dəyişiklikləri Qızıl Ordunun parçalanmasına səbəb oldu. Qızıl Ordunun
parçalanması nəticəsində XV əsrdə Volqa çayı boyunda Qazan, Həştərxan xanlıqları, Krımda və Qərbi Sibirdə
müstəqil dövlətlər meydana gəldi. Rus knyazlıqları Qızıl Ordudan asılılığa son qoydular.
XVI əsrin əvvəllərində Qızıl
Ordu dövləti
feodal dağınıqlığı nəticəsində
süqut etdi.
Qızıl Ordu dövlətinin tarixinə aid döyüşlər
Əmir Teymurun hücumuna məruz
qalmışdı
Rus knyazlıqlarını özlərindən asılı
vəziyyətə salmışdı
Dövlətdə ali məşvərətçi orqan Məclis
adlanırdı
Paytaxtı Saray-Batı və Saray-Bəkrə
şəhərləri olmuşdu
Kulikova və Terek döyüşündə məğlub
olmuşdu
Əhalinin çoxunu və qoşunun əsasını
türklər təşkil edirdi
İslam dini dövlətin rəsmi dini elan
edilmişdi
Batı xan tərəfindən
yaradılmışdı
idi
Xan tərəfindən
idarə edilirdi
Xanların fərmanları türk dilində
yazılırdı
Qızıl Ordu
dövləti
XV əsrdə Qızıl Ordunun parçalanması nəticəsində yaranan dövlətlər
Krım
xanlığı
Həştərxan
xanlığı
Sibir
xanlığı
Qazan
xanlığı
1380
1395
Kulikova
döyüşü
Terek
döyüşü
Moskva knyazı Dmitri Donskoy Mamay xanın başçılıq etdiyi Qızıl
Ordu dövlətini məğlub etdi.
Toxtamış xan Teymur tərəfindən məğlub edildi, Əmir Teymur Qızıl
Ordunun şərq vilayətlərini tutaraq öz imperiyasına birləşdirdi.
96
Hülakülər dövləti (1256-1357)
Hülakülər dövlətinin yaranması
Böyük Monqol imperatorluğunun Ön Asiya, Cənubi Qafqaz və Kiçik Asiyanı ələ
keçirməsinə baxmayaraq, həmin ərazilərdə bir sıra iri feodal malikanələri öz müstəqilliyini
hələdə saxlayırdı. Böyük Monqol xaqanı Müke xan istilaları davam etdirmək məqsədi ilə
qardaşı Hülakü xanın başçılığı ilə Ön Asiyaya qoşun göndərdi.
Hülakü xan 1256-cı ildə
Azərbaycan və İranı ələ keçirib, 1258-ci ildə Abbasilər xilafətinin varlığına son qoydu.
Beləliklə, Amudərya çayı ilə Aralıq dənizi, Dərbəndlə İran körfəzi arasında yerləşən
ərazidə beşinci monqol ulusu - Hülakü dövləti (1258-1357) yarandı. Dövlətin başında
elxan titulu daşıyan hökmdar dururdu. Buna görə də Hülakülər dövləti, eyni zamanda
Elxanilər
dövləti
də
adlanır.
Dövlətin
ərazisi
vilayətlərə, vilayətlər
isə tümənlərə bölünmüşdü.
Hülakülər dövlətində İslam dininin dövlət dininə çevrilməsi
Əsasən, bütpərəstlərdən ibarət olan monqollar ilk vaxtlardan başlayaraq işğal olunmuş vilayətlərdə bütpərəstliyin
yayılması və möhkəmlənməsi üçün tədbirlər görməyə başladılar. İlk elxanların dini siyasətləri yerli əhali ilə gəlmələrin
arasında ziddiyyətin artmasına, son nəticədə, ölkədə vəziyyətin gərginləşməsinə gətirib çıxardı. Məhz bu baxımdan Qazan
xan hakimiyyətə gəldikdən sonra yerli müsəlman zadəganları və ruhaniləri öz tərəfinə çəkmək məqsədi ilə İslam dinini
dövlət dini kimi qəbul etdi və özünü Mahmud adlandırdı. Qazan xanın hakimiyyəti dövründə torpaq, vergi, ticarət, rabitə
və məhkəmə sahələrində islahatlar həyata keçirildi. Vergi islahatı monqol feodallarının özbaşınalığına son qoymağa,
dövlətin vergi sistemini yenidən qurmağa kömək etdi. Orduda xidmət edənlərə iqta olaraq torpaq sahələri verildi.
İslahatlardan sonra ölkənin iqtisadi və siyasi inkişafı uzun sürmədi. Qazan xanın vəziri Fəzullah Rəşidəddinin
öldürülməsindən sonra hərbçi əyanlar yenidən əvvəlki siyasət xəttinə döndülər.
Hülakülər dövlətinin süqutu
Hülakülər dövlətinin yarandığı ilk vaxtlarda, Hülakü xanın hakimiyyəti dövründən başlayaraq Hülakülərlə Cuci
nəslindən olan Qızıl Orda xanları arasında Azərbaycan torpaqları uğrunda müharibələr gedirdi. Hülakülərlə Qızıl Ordu
xanları arasında gedən müharibələrin əsas səbəbi Qızıl Ordu xanlarının Monqol dövlətinin yaradıcısı Çingiz xanın
vəsiyyətinə görə, Azərbaycan torpaqlarının Cuci ulusunun payına düşməsini iddia etməsi idi. Odur ki, Hülakülərinin
Azərbaycanda hökmranlığının başlananması ilə Qızıl Ordu xanları tez-tez bu ərazilərə hücumlar edirdilər.
1357-ci ildə Canı bəyin başçılığı ilə Qızıl Ordu qoşunu Azərbaycana yürüş etdi. Yürüş nəticəsində beşinci monqol
ulusu adlanan
Hülakülər dövləti süqut etdi.
Hülakü dövləti ilə Qızıl Ordu dövlətinin tarixi üçün oxşar cəhətlər
Monqol mənşəli sülalələr
tərəfindən idarə olunurdu
Hülakü və
Qızıl Ordu
dövləti
Əhalisinin əksəriyyətini türklər
təşkil edirdi
İslam dini rəsmi dövlət dini
elan edilmişdi
Eyni əsrdə meydana gəlmişdilər
Monqol işğalları nəticəsində
yaranmışdı
Azərbaycana dağıdıcı yürüşlər
etmişdilər
Hülakü xan
97
Osmanlı imperatorluğu
Osmanlı dövlətinin yaranması (1299)
Böyük Səlcuq imperiyası süquta uğradıqdan sonra onun ərazisində Kirman,
Konya, Suriya, İraq Səlcuq sultanlıqları, Atabəylər dövləti meydana gəldi. Konya
sultanlığı dağıldıqdan sonra onun ərazisində müstəqil bəyliklər yarandı. Bu
bəyliklərdən birinə Osman bəy başçılıq edirdi. Osman bəy
1299-cu ildə Osmanlı
dövlətinin əsasını qoydu. Osmanlılar oğuz türklərinin qınıq boyundan idi.
Orxan qazinin hakimiyyəti (1326-1359)
Osman bəyin
ölümündən sonra
Osmanlı dövlətində hakimiyyətə Orxan qazi
(1326-1359)
gəldi.
Orxan qazinin hakimiyyəti dövründə:
Dövlətin paytaxtı Bursa şəhərinə köçürüldü.
Maltəpə döyüşündə Bizans ordusu məğlubiyyətə uğradıldı.
Yeni fəthlər davam etdirildi, dövlətin ərazisi genişləndi.
Dövlətin sərhədləri Egey dənizindən Konstantinopoladək genişləndi.
Osmanlı dövləti inzibati cəhətdən paşalıqlara və sancaqlıqlara bölündü.
Hərbi islahatlar nəticəsində
ilk dəfə olaraq muzdlulardan ibarət piyada
(yeniçəri) və süvari qoşun növü yaradıldı.
Sultan I Muradın hakimiyyəti (1359-1389)
Sultan I Murad
Osmanlı dövləti tarixində ilk dəfə olaraq sultan titulunu qəbul
etmişdi.
Sultan I Muradın hakimiyyəti dövründə:
Balkanlarda Osmanlı fəthləri davam etdirildi, Ədirnə şəhəri ələ keçirildi.
1361-ci ildə Osmanlı dövlətinin paytaxtı Ədirnə şəhərinə köçürüldü.
1370-ci ildə Bizans və Bolqarıstan Osmanlılardan asılı vəziyyətə düşdü.
1371-ci ildə Çirmən döyüşündə Osmanlılar Serbiya dövlətini məğlub etdi.
Məğlubiyyət nəticəsində:
Serbiya osmanlılardan asılılığı qəbul etdi.
Serbiya hər il Osmanlıya əsgər və vergi verməyə məcbur oldu.
QEYD:
XIV əsrdə feodal ara müharibələri Balkan dövlətlərini zəiflətmişdi.
Sultan I Murad bu amildən istifadə edərək
Balkanlarda Osmanlı fəthləri
davam etdirirdi.
Osman qazi
Orxan qazi
I Murad
98
I İldırım Bəyazidin hakimiyyəti (1389-1402)
İldırım Bəyazidin (1389-1402)
hakimiyyəti dövründə:
Osmanlı dövlətinin sərhədləri genişləndi.
Albaniya və Bosniyanın bir hissəsi osmanlıların hakimiyyəti altına düşdü.
Osmanlılar bütün Bolqarıstanın işğalını başa çatdırdı.
Əmir Teymur Osmanlı dövləti üzərinə yürüş etdi.
İldırım Bəyazid Balkanlarda Bizansın sonuncu dayağı olan Konstantinopolu ələ
keçirmək məqsədi ilə hazırlıqlara başladı. Lakin Əmir Teymurun Kiçik Asiyaya yürüşü bu planı
pozdu.
1402-ci il, iyulun 28-də Bəyazidlə Əmir Teymur arasında Ankara döyüşü baş verdi.
Döyüş osmanlıların məğlubiyyəti ilə nəticələndi. Döyüşdə Bəyazid və onun iki oğlu əsir düşdü.
Əmir Teymur Osmanlıların hakimiyyəti altında olan torpaqları Bəyazidin dörd oğlu arasında
böldü.
Teymur özü də bilmədən Avropanı Osmanlı işğallarından xilas etdi. Bəyazid Teymurun
düşərgəsində olarkən özünü zəhərləyib öldürdü. İldırım Bəyazidin hakimiyyətdən getməsindən
sonra Osmanlı dövləti xeyli zəiflədi və hakimiyyət mübarizəsi gücləndi.
QEYD:
Əmir Teymura qarşı mübarizə aparmaları Dehli sultanlığı və Osmanlı
imperiyasının tarixi üçün oxşar cəhət təşkil edir.
II Muradın hakimiyyəti (1421-1451)
II Muradın hakimiyyəti dövründə:
Osmanlı dövlətində hakimiyyət mübarizəsi başa çatdı.
Osmanlı dövlətinin əvvəlki qüdrəti bərpa edildi.
1444-cü ildə Varna döyüşündə çex-macar ordusu məğlub edildi.
1448-ci ildə II Kosova döyüşündə səlibçilərin ordusu məğlub edildi.
II Mehmetin hakimiyyəti (1451-1481)
XV əsrdə
Bizans imperiyasının ərazisinə yalnız
«Qızıl körpü» adlandırılan
Konstantinopolun ətrafıındakı torpaqlar daxil idi. II Mehmet hakimiyyətə gələn kimi
Konstantinopolu tutmaq üçün şəhəri qurudan və Mərmərə dənizindən mühasirəyə aldı.
Oslamlıların divarların altından lağım atıb şəhərə girmək çəhdi uğursuz oldu.
Osmanlılar yeni
çıxış yolu kimi
gəmiləri
piy sürtülmüş taxtaların üzəri ilə sürüyərək
Qızıl Buynuz limanına
çıxardılar. 1453-cü il mayın 29-da Konstantinopol Osmanlılar tərəfindən
fəth edildi. Bu
münasibətlə
II Mehmetə
«
Fateh
»
təxəllsü verildi. Konstantinopolun osmanlılar tərəfindən
tutması nəticəsində:
Bizans məğlub oldu və Bizans imperiyasının varlığına son qoyuldu.
Konstantinopol şəhəri İstanbul adlanaraq Osmanlı dövlətinin paytaxtına
çevrildi.
Osmanlıların Konstantinopola yürüşü və Sultan Fateh II Mehmetin şəhərə daxil olması
Osmanlı dövlətinin paytaxtları
Bursa (1329)
Ədirnə (1361)
Konstantinopol (1453)
Söyüdlü (1302)
İldırım Bəyazid
II Murad
II Mehmet
99
I Süleyman Qanuninin hakimiyyəti (1520-1566)
Sultan Süleyman Qanuninin hakimiyyət dövründə:
Səfəvi dövləti ilə Osmanlı arasında qanlı müharibələr başladı.
1514-cü ildə Çaldıran düzündə osmanlı qoşunları Səfəviləri məğlub etdilər.
Misir Osmanlı dövlətinə tabe edildi və Osmanlı gəmilərinin Qırmızı dənizə yolu
açıldı.
1521-1526-cı illərdə osmanlılar Belqradı, Cənubi və Mərkəzi Macarıstanı
tutdu.
Osmanlılar Bağdadı tutaraq Mesopotamiya üzərində nəzarəti ələ keçirdilər və İran
körfəzinə çıxdılar.
Osamanlı imperatorluğunun idarəetmə sistemi. Ordu
Osmanlı imperiyasının idarəetmə sisteminə əsasən:
Sultan – ölkədə qeyri-məhdud hakimiyyətə malik birinci şəxs idi.
Bütün
hakimiyyət onun əlində cəmləşmişdi. Osmanlı tarixində ilk dəfə sultan
tutulunu I Murad qəbul etmişdi.
Baş vəzir - sultandan sonra dövlətdə ikinci şəxs idi. Baş vəzir dövlətin
möhürünü saxlayır, siyasi işlərə rəhbərlik edirdi. Vəzirlər, bəylərbəyilər və
sancaqbəyilər ona tabe idi.
Divan - sultanın yanında Ali Məsləhət Şurası rolunu oynayan dövlət orqanı
idi.
Dəftərdar - maliyyə işlərinə rəhbərlik edirdi.
Paşa – birbaşa sultan tərəfindən təyin edilir və paşalığı idarə edirdi.
Bəylərbəyi – bəylərbəyilikdə hərbi və inzibati hakimiyyətə malik şəxs idi.
Sancaqbəyi - sancaqlığı idarə edirdi. O, həm də qoşun başçısı idi.
Osmanlı dövləti inzibati cəhətdən sancaqlara və paşalıqlara bölünürdü.
Osmanlı dövlətini ilk dəfə Orxan Qazi inzibati cəhətdən paşalıqlara və
sancaqlıqlara bölmüşdü.
Osamanlı imperatorluğunun hərbi qüvvəsini akınçı və yeniçərilər təşkil edirdi.
Akınçı (atlı – süvari feodal qoşunu) Osamanlı imperatorluğunda ordunun əsas hissəsini təşkil edirdi.
Yeniçəri (yeni qoşun deməkdir) - qeyri müsəlmanlardan təşkil edilmiş, dövlət xəzinəsi hesabına saxlanılan
nizami piyada qoşun dəstələri idi. Yeniçəri qoşun növü
Orxan Qazinin hərbi islahatları zamanı
formalaşdırılmışdı. Muzdlu qoşunlara xidmət əvəzində əvvəllər maaş verilsə də, sonralar timar adlandırılan
torpaqlar paylanıldı. Timar - muzdlu qoşuna məvacib əvəzinə paylanan şərti torpaq sahibliyi idi.
Osmanlı dövlətində vergi verən bütün əhali reaya adlanırdı.
Yüksəlmə dövrü sultanları
III Murad (1575-1595)
II Səlim (1566-1575)
I Səlim (1512-1520)
II Bəyazid (1481-1512)
I Mehmet (1451-1481)
I Süleyman (1520-1566)
I Mehmet (1411-1421)
II Murad (1421-1451)
I Bəyazid (1389 -1402)
I Murad (1359-1389)
Quruluş dövrü sultanları
Osman Qazi (1299-1326)
Orxan Qazi (1326-1359)
I Süleyman
Osmanlı imperatorluğunun
idarəetmə sistemi
Divan
Sultan
Baş vəzir
Dəftərdar
100
Teymurilər imperiyası (1370-1507)
Teymurun Məvaraənnəhri idarə etməsi
Teymur Çingiz xanın yürüşləri zamanı Mərkəzi Asiyaya gəlmiş Barlas qəbiləsindən idi.
Teymur gəncliyində
Səmərqənd və Bəlx hakimi Əmir Qazanın yanında xidmət etmiş, hərbi yürüşlərdə onun etimadını qazanmışdır. Teymur
eyni zamanda Çağatay hakimi Toğluq Teymurun yanında xidmətə girmiş və Qaşqadərya vadisini idarə etmişdi.
Çingiz xan öz imperiyasını oğlanları arasında bölərkən Mərkəzi Asiyanı Cığatay adlı oğluna bağışlamışdı. Böyük
Monqol imperatorluğunun dağılması Mərkəzi Asiyada feodal ara müharibələrini gücləndirdi. Mərkəzi Asiya ulusu şərqdə
Moğolustan, qərbdə isə Mavəraənnəhr olmaqla iki yerə ayrıldı. Cığatay xanın davamçıları Mavəraənnəhri geri qaytarmaq
üçün Toğluq Teymur xanın başçılığı altında mübarizəyə başladılar. Səmərqənd şəhəri tutuldu. Lakin
Teymurla Toğluq
Teymurun
oğlu arasında ixtilaf yarandı. Bu ziddiyyətlərdən istifadə edən Teymur, Teymur Toğluqa qarşı qiyam qaldıraraq
Xarəzmə, Sistana yürüş etdi.
Tərəflər arasındakı mübarizədə Teymur qələbə qazandı və yeni dövlətin əsasını qoydu.
Teymurilər dövlətinin yaranması və işğalları
1370-ci ildə Teymur Səmərqəndə qoşun yeridib çevriliş etdi. Nəticədə Səmərqənd və ətraf bölgələr Teymurun
ixtiyarına keçdi. Elə həmin ildə qurultay çağırıldı.
Mərkəzi hakimiyyətin tərəfdarları olan iri feodalların köməyi ilə
Teymur sərkərdələrin qurultayında
«
əmir
»
titulunu qəbul etdi və Teymurilər dövlətinin əsasını qoydu.
Səmərqənd yeni
dövlətin paytaxtı oldu. Beləliklə, Monqol imperiyasından sonra Mərkəzi Asiyada böyük bir imperatorluğun əsası qoyuldu.
Əmir Teymur yürüşlərə başlamaq üçün güclü süvari ordu yaratdı. Əmir Teymurun hərbi yürüşləri nəticəsində:
Ürgənc şəhərinin tutulması ilə Xarəzmi tamamilə
tabe edildi
və bununla da bütün Mərkəzi Asiya işğal edildi.
Qafqaz, o cümlədən Azərbaycan, Ön Asiya (
İraq, Suriya)
işğal edildi.
Qızıl Ordu dövlətinin şərq əyalətləri Teymurilər dövlətinə birləşdirildi.
Hindistanın yürüş edildi. Dehlinin tutulması nəticəsində Hindistanın zəngin sərvətləri Teymurun əlinə keçdi.
Əmir Teymurun Toxtamış xanla müharibələri
Əmir Teymur Toxtamış xanın Qızıl Ordu dövlətində hakimiyyətə
gəlməsinə kömək etməklə onu öz vassalına çevirmişdi. Lakin Toxtamış xan
Monqol dövlətinin Qafqaz və Ön Asiya üzərində hakimiyyətini bərpa etmək
məqsədilə dəfələrlə bu ərazilərə yürüşlər etdi. Toxtamış xanın Teymurun
himayəsi altında olan torpaqlara və Azərbaycana hücum etməsi
onlar arasında
müharibəyə səbəb oldu.
Dostları ilə paylaş: |