Anar İsayev Ramil Rəhimov


Bizans imperiyası (395-1453)



Yüklə 23,89 Mb.
Pdf görüntüsü
səhifə18/41
tarix28.07.2020
ölçüsü23,89 Mb.
#32345
1   ...   14   15   16   17   18   19   20   21   ...   41
Anar Isayev Tarix


Bizans imperiyası (395-1453) 
 
 
 
Erkən Orta əsrlərdə Bizansın inkişaf xüsusiyyətləri 
Erkən  Orta  əsrlərdə  Şərqi  Roma  imperiyası  Bizans  adlanırdı.  Bizans  imperiyası  395-1453-cü  illərdə  mövcud 
olmuşdur. Orta əsrlərin ilk dövründə Bizansı Qərbi Avropa ölkələrindən  kəskin  fərqləndirən xüsusiyyətlər var idi. Belə 
ki, Erkən Orta əsrlərdə Qərbi Avropa ölkələrindən fərqli olaraq Bizans imperiyasında vəziyyət aşağıdakı kimi idi: 
 
Feodalizm zəif inkişaf etmişdi. 
 
Quldarlıq quruluşu daha çox davam etmişdi. 
 
Qüvvətli imperator hakimiyyəti və vahid dövlət qalmışdı. 
 
Sənətkarlıq, ticarət və kənd təsərrüfatı yüksək inkişaf etmişdi. 
Erkən orta əsrlərdə (VI əsrə qədər) Bizans imperiyasının ərazisi aşağıdakı torpaqları əhatə edirdi: 
 
Balkan yarımadasını və Kiçik Asiyanı, Ərəbistan və Şimali Afrikanın bir sıra torpaqlarını
 
Suriya, Misir və Fələstini, Krımı və Qafqazın Qara dəniz sahillərini
QEYD:
 Bizansda qüvvətli imperator hakimiyyətinin qalmasının səbəbi imperatorun xəzinəsinin zəngin olması və bu 
xəzinənin hesabına imperatorun böyük ordu və donanma saxlaya bilməsi idi. 
 
Bizansda təsərrüfat, sənətkarlıq və ticarətin inkişafı 
Çox  əlverişli  coğrafi  mövqedə  yerləşmiş 
Bizans  imperiyasının  paytaxtı  Konstantinopol  şəhəri  idi.  Keçmişdə  Bizans 
adlanan Konstantinopol Avropa və Asiyanı birlədirən 
«
qızıl körpü
» 
adlanırdı. Şəhər iki ticarət yolu üzərində yerləşirdi:
 
1.  Avropadan Asiyaya  gedən karvan yolları. 
2.  Aralıq dənizindən Qara dənizə gedən su yolu. 
Konstantinopoldan  başqa  Bizansın  Antioxiya,  İsgəndəriyyə,  Beyrut,  Korinf  şəhərləri  var  idi.  Onlar  ticarət  və 
sənətkarlıq mərkəzi idi.
 Bizans tacirləri Azərbaycan, İran, Hindistan  Çindən aldıqları malları  Qərbi Avropada satır və 
bu ticarətdən xeyli varlanırdılar. 
Bizans  imperiyasının  uzun  müddət  mövcud  olmasında  kənd  təsərrüfatının,  sənətkarlığın,  ticaət  və  şəhərlərin 
yüksək  inkişaf  etməsi  əsas  rol  oynamışdı.  Bizansda  şəhərlər  sənətkarlıq  və  mədəniyyət  mərkəzi  kimi  qalırdı.  Bizans 
şəhərlərində  yun,  ipək  parça  istehsalı,  şüşə,  qab-qacaq,  papirus,  zərgərlik  məmulatı  istehsalı    kimi  sənətkarlıq 
sahələrindən  Qəri  Avropanın  hələ  xəbəri  yox  idi.  Bizans  şərq  ölkələri  (Hindistan,  Çin,  İran  və  s.)  ilə  ticarətdə  varlanırdı. 
Bizansda ticarətin yüksək inkişaf etməsinin səbəb aşağıdakı amillərlə bağlı idi: 
 
Konstantinopolun əlverişli coğrafi mövqedə yerləşməsi. 
 
Avropadan Asiyaya gedən karvan yollarının buradan keçməsi. 
 
 
 

 
115 
 
 
 
 
 
 
Slavyanların Bizans ərazisində məskunlaşması. Bizansda feodalizm quruluşunun yaranması 
IV  əsrdə  hunların  qərbə  yürüşü  ilə  «xalqların  böyük  köçü»  başladı  və  VI  əsrdə  slavyanların  Bizans  ərazisində 
məskunlaşması ilə başa  çatdı. Bizans
 imperiyasına hücum edən tayfalar içərisində slavyanlar əsas yer tuturdular. 
VI əsrin 
ortalarından  etibarən  slavyanlar  Bizans  ərazisinə  hücum  etməyə  başladılar.  Onlar  əvvəlcə  Bizansın  tabeçiliyində  olan 
Balkan  yarımadasının  şimalını,  sonra  Makedoniya    Yunanıstanı  işğal  etdilər. 
Slavyanlar  burada  icmalar  halında 
məskən salaraq, Bizans imperiyasının əhalisinə çevrilməyə, orduda xidmət etməyə, dövlətə vergi verməyə başladılar.
 
 
 
 
 
 
 
 
Bizansın Səlcuq türkləri və Osmanlılara qarşı mübarizəsi 
Avar,  slavyan  və  ərəb  işğallarından  sonra  Bizans  imperiyasının  ərazisi  kiçildi  və  yalnız  Yunanıstan    Kiçik 
Asiyanı  əhatə  edirdi.  XI  əsrdə  səlcuq  türklərinin  yürüşləri  imperiyanı  ciddi  itkilərə  məruz  qoydu.  Türklərin  hücumunu 
xristian dininə qarşı böyük təhlükə hesab edən Bizans imperatoru Roma Papasına müraciət edərək ondan kömək istədi. Bu, 
səlcuqların tutduğu torpaqları geri almaq üçün başlayan birinci Xaç yürüşü ilə nəticələndi.  
Bizans 
Erkən Orta 
əsrlər dövründə
 
Paytaxtı 
Konstantinopol 
şəhəri  idi 
 
Ərazisinə Balkanlar 
Kiçik Asiya, Şimali 
Afrika daxil idi 
 
Ərəblərin hücumuna 
məruz qalmışdı 
 
Güclü imperator 
hakimiyyəti  
qalmaqda idi 
 
 
 
Vahid dövlət  
halında qalmışdı 
 
Ərazisində slavyan 
tayfaları 
məskunlaşdı 
 
 
Mühüm ticarət 
yolları üzərində 
yerləşirdi 
Sənətkarlıq və 
ticarət yüksək 
inkişaf etmişdi 
 
Quldarlıq quruluşundan 
feodalizmə keçid 
sürətləndi 
 
Quldar malikanələri 
dağıldı, əhali azad 
kəndliyə çevrildi 
 
 
 
Əhali icma üzvlərinə - 
azad kəndlilərə 
çevrildi 
 
İcma daxilində 
təbəqələşmə sürətləndi 
 
Slavyanların  Bizans imperiyasında məskunlaşmasının nəticələri 
 
Şüşə, qab-qacaq, 
papirus istehsalı 
 
Zərgərlik məmulatı 
istehsalı 
 
Yun və ipək parça 
istehsalı 
 
Bizansda Qərbin xəbəri olmayan sənətkarlıq sahələri 
 
Erkən Orta əsrlərdə Bizans şəhərləri 
 
Konstantinopol 
 
Korinf 
 
Antioxiya 
 
İsgəndəriyyə 
 
Beyrut 
 
Aralıq dənizindən Qara 
dənizə gedən su yolunun 
üzərində yerləçirdi 
 
―Qızıl körpü‖ 
adlanırdı 
 
 
Keçmişdə 
Bizans (Vizanti) 
adlanırdı 
 
Avropa və Asiya 
ticarət yolunun 
üzərində yerləşirdi 
 
Bizans dövlətinin 
paytaxtı idi 
 

 
116 
 
Bizans müvəqqəti olaraq türklərin işğal etdiyi əraziləri geri alsa da, imperiyada böhran gücləndi. Roma Papası ilə 
Bizansın  münasibətləri  pisləşdi.  Bu  dəfə  səlibçilər  artıq  Bizansın  özünə  qarşı  çıxdılar  və  Konstantinopola  yürüş  etdilər. 
Yürüşün ağır nəticələri Bizansı zəiflətdi.  
XIV-XV əsrlərdə Osmanlı türkləri Bizansa tez-tez hücumlar edirdilər. Bizans bu hücumlara davam gətirə bilmirdi. 
1453-cü  ildə  dünyanın ən uzunömürlü imperiyası olan Bizans dövlətinin varlığına Osmanlılar tərəfindən son qoyuldu. 
 
 
 
Slavyanlar. Rusiya 
 
Slavyanların yaşadığı ərazi və məşğuliyyətləri 
Slavyanlar 
qədim  zamanlardan 
Mərkəzi  və  Şərqi  Avropada  yaşayırdılar.  VI  əsrdə  onların  yaşadığı  ərazi  şərqdə 
Dnepr çayının ortalarından, qərbdə Elba çayına qədər, şimalda Baltik dənizindən, cənubda Dunay çayına  Qara 
dənizə qədər olan ərazini əhatə edirdi. Slavyanlar 3 qrupa bölünürdülər: 
 
Qərbi slavyanları- çexlər, polyaklar, slovaklar
 
Cənubi  slavyanları  -  (Balkan  yarımadası)  bolqarlar, 
serblər, xorvatlar
 
Şərqi slavyanları - ruslar, ukraynalılar, belaruslar
Erkən orta əsrlərdə (VI-IX əsrlərdə) slavyanlara aiddir: 
 
İbtidai  icma  quruluşundan  birbaşa  feodalizmə 
keçmişdilər. 
 
Bütün işlər Xalq yığıncağında (vaçedə) həll edilirdi. 
 
İlk dövlətləri IX əsrdə meydana gəlmişdi. 
 
Başlıca məşğuliyyətləri əkinçilik olmuşdu. 
QEYD:
  Bizans  tarixçisi  Psevda  Mavrikin  göstərir  ki, 
slavyanların təsərrüfat sahəsi oturaq əkinçilik idi. Alman 
salnaməçisi  isə  qeyd  edir  ki,  slavyanlr  təkcə  əkinçiliklə 
yox,  təsərrüfatın  digər  sahələri  ilə  də  məşğul  olurdular.
 
Slavyanlarda sənətkarlıq inkişaf etmişdi. Onlar saxsı qabl 
ar, bəzək əşyaları, silah hazırlayırdılar. 
 
 
 
 
 
Slavyanlarda ilk dövlətlərinin meydana gəlməsi 
Eramızın ilk əsrlərində slavyanlar ibtidai icma quruluşunda yaşayır  və hələ dövlət yaratmamışdılar.  IX-X əsrlərdə 
feodalizmə keçidlə əlaqədar olaraq slavyanlarda ilk dövlətlər yarandı. 
 
IX  əsrin  sonlarında   
Şərq  slavyanların  ilk  dövləti  olan  Kiyev  dövləti  (882-ci  ildə)  meydana  gəldi.  Kiyev 
dövləti bir müddət xəzərlərdən asılı vəziyyətdə olmuşdur. 
 
X  əsrin  əvvəllərində    Qərb  slavyanların    ilk  dövləti  olan  Çexiya  dövləti 
meydana  gəldi
.  Çexiya  dövlətinin 
ərazisi ticarət yollarının üzərində yerləşdiyi üçün bu dövlətin inkişafına müsbət təsir göstərdi və  paytaxtı Praqa 
şəhəri Avropanın ən böyük şəhərlərindən birinə çevrildi. 
 
X  əsrin  ortalarında  Polşa  dövləti 
meydana  gəldi
.  Knyaz  İgid  Beloslav  (I  Beloslav)  dövründə  bütün  Polşa 
torpaqları birləşdirildi və Polşa dövləti qüvvətləndi. 
Slavyanlarda dövlətin meydana gəlməsi ilə  eyni vaxtda onlarda yazı da yarandı.  IX əsrdə qədər isə slavyanların 
yazısı olmamışdı. 
 
 
 
Slavyanlar 
ukrayn 
 
rus
 
belarus
 
çex
 
polyak
 
slovak
 
bolqar
 
serb
 
xorvat
 
Şərq 
 
Cənub 
 
Qərb 
 
 
Slavyan xalqları 

 
117 
 
Kiyev dövlətinin müstəqil knyazlıqlara parçalanması 
XI  əsrin  sonu  –  XII  əsrin  əvvəllərində 
geniş  əraziyə  malik  olan,  lakin  daxildən  möhkəm  olmayan 
Kiyev 
dövlətində

 
Natural təsərrüfatın hökm sürdüyü bölgələr arasında iqtisadi əlaqələr zəif idi.
 
 
Feodal dağınıqlığı şəraitində 
çox böyük torpağa sahib olan knyazlar  meydana gəlirdi.
 
 
Şəhərlər feodal torpağında salınır  və onun xüsusi mülkiyyətinə daxil edilirdi. 
 
Şəhərlər dövlətə tabeçilikdən boyun qaçırır, öz knyazlıqlarını yaradırdılar. 
 
 
 
 
 
 
Rus knyazlıqlarının monqol əsarətinə düşməsi  
Kiyev dövləti  parçalandıqdan sonra onun ərazisində müstəqil knyazlıqlar 
-  feodal  respublikaları  meydana  gəldi.  Ölkənin  parçalanmasından  istifadə  edən 
monqollar 
XIII  əsrdə  (
1237-1240-cı  illərdə)
    rus  torpaqlarına  hücum  etdilər. 
Monqol  hücumlarının    nəticəsi  olaraq  monqollar 
rus  knyazlıqlarını  işğal 
etməsə  də,  onları  özlərindən  vassal  asılılığına  saldılar.  Monqol  yürüşləri 
nəticəsində: 
 
Şəhərlər xeyli ziyan çəkdi,
 sənətkarlıq və ticarət zəiflədi.
 
 
Rus  knyazlıqları  Qızıl  Ordu  dövlətinin  vassal  asılılığına  düşdülər 
 
(1240-1480-ci illərində)

Xərac  almaqla  kifayətlənən  Qızıl  Ordu  xanları 
XIV  əsrin  ikinci 
yarısından  başlayaraq 
Rus  torpaqlarına  yürüşlər  etmədilər. 
Qızıl  Ordu 
xanlarının rus torpaqlarına hücumlarının kəsilməsi nəticəsində:
 
 
Şəhər həyatında yenidən canlanma baş verdi.
 
 
Rus şəhərlərinin ticarət həyatı bərpa olundu. 
 
Moskva şəhəri iri sənətkarlıq mərkəzinə çevrildi. 
 
Rus k
nyazlıqları Qızıl Orduya  vaxtlı-vaxtında xəracı ödəmədilər. 
 
Bu  amillər  Rus  torpaqlarının  vahid  dövlətdə  birləşməsi  üçün  şərait 
yaratdı. 
 
 
 
 
 
 
 
 
 
Şəhərlər arasında iqtisadi 
əlaqələrin yaranması 
 
Ticarət əlaqələrinin 
canlanması 
 
Təsərrüfatın  
inkişafı 
 
Rus torpaqlarının vahid dövlətdə birləşməsinə şərait yaradan amillər
 
Kiyev dövləti XI əsrin sonu – XII əsrin əvvəllərində 
 
 
Natural təsərrüfat  hökm 
sürürdü 
 
Geniş əraziyə malik olsada 
möhkəm deyildi 
 
Bölgələr arasında iqtisadi 
əlaqələr zəifləmişdi 
 
Ərazisində müstəqil 
knyazlıqlar yaranmışdı 
 
Şəhərlər öz knyazlıqlarını 
yaradırdılar
 
Feodal dağınıqlığı dövrü 
keçirirdi 
 
 

 
118 
 
 
III İvanın hakimiyyəti dövrü (1462-1505) 
Moskva knyazı III İvanın hakimiyyəti dövründə:
 
 
Rus torpaqlarının Moskva kınyazlığı ətrafında birləşdirilməsi 
sürətlə davam etdi.
 
 
Moskva knyazlığı işğal yolu ilə ərazisini genişləndirmək siyasəti yeritdi. 
 
Rus knyazlıqları öz müstəqilliklərini itirdi. 
 
Mərkəzləşdirilmiş Rus dövləti yarandı. 
 
Rus dövlətində təhkimçilik hüququ bərqərar olurdu.
 
QEYD:
 
III İvan tərəfindən Rusiyada təhkimçilik hüququnun təsdiq edilməsi haqqında 
fərman  verildi.  Təhkimçilik  hüququ  haqqında  fərmana  əsasən 
kəndli  artıq  boyar  torpağını 
tərk  edib  gedə  bilməzdi.  Onun  bütün  hüququ  boyarda  idi.  Bu,  kəndlilərin  boyarlardan 
(feodallardan) tam asılı hala salınması demək idi.  
 
IV İvan Qroznunun hakimiyyəti dövrü  (1533-1584) 
Q
əddarlığı ilə məşhur olan çar 
 IV İvan Qroznu hakimiyyəti dövründə: 
 
Boyarlara ağır zərbə vuraraq yeni qaydalar tətbiq etdi. Yeni qaydalar mərkəzi 
hakimiyyət əleyhinə olan boyar qüvvələrini ləğv etmək məqsədi güdürdü. 
 
XVI əsrin 50-ci illərində Qazan və Həştərxan xanlıqları Rusiyaya tabe edildi. 
 
XVI əsrin sonlarında Sibir torpaqları Rusiyanın tərkibinə qatıldı. 
 
Rusiya böyük imperiyaya çevrildi. 
 
 
 
 
Orta əsr şəhərləri. Sənətkarlıq və ticarət 
 
Erkən orta əsr şəhərlərinin meydana gələsi 
Şərqdən  fərqli  olaraq,  Avropada  feodal  münasibətləri  nisbətən  gec  yarandı.  Buna  baxmayaraq,  Qərbdə  bu 
münasibətlər daha sürətlə inkişaf etdi. Bu inkişafın nəticəsi olaraq, Avropada şəhərlər meydana gəldi.
 
Avropada
  sənətin  kənd  təsərrüfatından  ayrılması  nəticəsində  şəhərlər  meydana  gəldi.    Avropada 
Erkən  orta  əsr 
şəhərləri 
özünəməxsus xüsusiyyətlərə malik idi. Həmin xüsusiyyətlər aşağıdakılar idi: 
 
Əsasən  feodalların torpağında salınır, ərazisi az olduğu üçün evlər iki-üç mərtəbə tikilirdi. 
 
Sənətkarlıq və ticarət mərkəzi idi, əhalisi əsasən  sənətkarlıq  ticarətlə məşğul olurdu. 
 
Şərq şəhərlərindən fərqli
 olaraq
 su kəməri və kanalizasiya sistemi yox idi. 
 
Şəhərin mərkəzində bazar meydanı, baş kilsə  şəhər şurasının binası yerləşirdi.
 
 
Şəhərlərdə ən geniş yer bazar meydanı idi. 
 
Hər biri qala divarları ilə əhatə olunurdu. 
 
Qala divarlarından xaricdə əkin sahələri, bağ və bostanlar, otlaqlar yerləşirdi. 
Bu xüsusiyyətlər şəhərləri kənddən fərqləndirən əsas cəhətlər idi. 
 
 
 
Orta əsr Avropa şəhərinin ümumi görünüşü
 
 
 
 
III İvan 
 
 
IV İvan 

 
119 
 
Şəhərlərin senyorlara qarşı mübarizəsi 
Avropa şəhərlərində sənətkarlıq və ticarətin inkişafına aşağıdakı amillər mane olurdu: 

 
Ağır feodal zülmü. 

 
Senyorların özbaşınalığı. 
Şəhərlər feodalların torpağında salındığı üçün feodallar buna görə şəhər əhalisindən vergi toplayırdı. Bu cür 
feodallara senyor deyirdilər. Avropa ölkələrində şəhərlər feodal senyorlara qarşı mübarizə aparırdılar. Şəhərlilərin 
senyorlara qarşı apardığı mübarizə nəticəsində: 
 
Şəhərlilərin bir qismi azad olaraq özünüidarə orqanları yaratdılar. 
 
Digərləri isə ödənc verməklə azadlıq qazandılar. 
Şəhərlilərin senyorların ağalığından azad olması nəticəsində şəhərlər daha inkişaf etməyə başladı. 
 
Sənətkarlıq 
Orta  əsr  şəhərlərində  əl  əməyinə  əsaslanan  xırda  sənaye  istehsalı  – 
sənətkarlıq 
adlanırdı.  Şəhərlərdə  ilk  sənətkarlıq  müəssisəsi  olan  
emalatxanalar 
yaranmışdı. 
Şəhərdə 
malların 
əksəriyyəti 
sənətkar 
emalatxanalarında hazırlanırdı. Sənətkar emalatxanasına aiddir: 
 
Şəhərlərdə satılan müxtəlif malların hamısı burada  hazırlanırdı. 
 
Bütün işlər sadə alətlərin köməyi ilə əllə görülürdü 
 
Emalatxanada əsas işçi onun sahibkarı usta (səntkarın özü) idi. 
 
Emalatxanadan dükan kimi də istifadə olunurdu.  
Sənətkarların hazırladıqları mallara ehtiyac çox idi. Sənətkarlar kənddən 
çıxıb  başqa  yerlərə  gedirdilər.  Sənətkarların  başqa  yerlərə  getməsinin  səbəbi 
əsasən aşağıdakı amillərlə bağlı idi:
 
 
Hazırladıqları məhsulları satmaq
 
Feodal zülmündən xilas olmaq.   
 
 
 
Hazırladıqları  məhsulları  satmaq  və  feodal  zülmündən  xilas  olmaq  
üçün sənətkarlar əsasən aşağıdakı ərazilərdə  məskən salırdılar: 
 
Böyük monastrların və iri feodal qəsrlərinin divarları yanında. 
 
Qədim Roma qalalarının xarabalıqları içərisində. 
 
Çay bərələrinin yanında, dəniz limanları yaxınlığında. 
 
Yolların kəsişdiyi yerlərdə
Sənətkarların  bu  ərazilərdəki  məskənlərinə  Şərq  ölkələrindən  tacirlər 
gəlirdilər. Onlar nadir şərq malları ilə bərabər, dəmir, duz, dəri və yun gətirir, 
özlərinə lazım olan malları isə alıb aparırdılar. 
 
  Ticarət 
Ticarət şəhərlilərə böyük gəlir gətirirdi. Avropalılar Aralıq dənizi vasitəsilə Suriya və MisirləQara dəniz vasitəsilə 
Krım  Qafqazla ticarət əlaqələri saxlayırdılar. Venesiya və Genuya tacirlərinin ən geniş əlaqə saxladığı ölkələrdən biri 
Azərbaycan idi. Avropada ən qızğın ticarət yerləri yarmarkalar idi. XIII əsrdə Avropada ən məşhur yarmarka Fransanın 
Şampan şəhərindəki yarmarka idi.  
IX  əsrdə  İtaliyada  və  Fransanın  cənubunda  ticarət  və  sənətkarlıq    mərkəzləri  olan  şəhərlər  yenidən  dirçəldi. 
Əvvəllər Şərqlə Qərb arasında gedən ticarətdə başlıca yeri Bizans tuturdu. Lakin  Səlib yürüşləri nəticəsində  Şərqlə Qərb 
arasında gedən ticarətdə üstünlük  İtaliyanın Venesiya  Genuya şəhərlərindən olan tacirlərin əlinə keçdi. Tacirlər uzaq 
ölkələrə  gedərkən  yollarda  soyğunçular,  dənizdə  isə  dəniz  quldurları  tərəfindən  qarət  edilirdilər.  Odur  ki,  tacirlər 
soyğunçulardan qorunmaq üçün tacir birlikləri yaradırdılar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Orta əsr sənətkarlıq emalatxanası 
 

 
120 
 
Xristian kilsəsi XI-XIII Orta əsrlər dövründə 
 
Xristian kilsəsinin parçalanması 
Roma  imperiyası  parçalandıqdan  sonra  Qərbi  Avropada  kilsənin  başçısı  Roma  Papası,  Şərq  kilsəsinin  başçısı  isə 
Konstantinopol  patriarxı  oldu.  Bu  vaxtdan  etibarən  Roma  papası  ilə  patriarx  arasında  mübarizə  gedirdi.  Bu  mübarizənin 
əsasən iki səbəbi var idi: 
1. 
Papa və patriarxın xristian kilsəsinə ağalıq etmək istəyi. 
2. 
Papa və patriarxın kilsənin gəlirlərini bölüşdürmək uğrunda mübarizəsi. 
Bu səbəblər 1054-cü ildə xristian kilsəsinin parçalanmasına səbəb oldu. Beləliklə, 1054-cü ildə xristian kilsəsi  iki 
hissəyə parçalandı: 
 
Qərb kilsəsi - Katolik kilsəsi (ümumdünya kilsəsi) adlanırdı. 
 
Şərq kilsəsi - Pravoslav (həqiqi din) kilsəsi adlanırdı. 
 
 
Kilsənin qüdrətinin artması 
Orta  əsrlər  dövründə  çoxlu  feodal  mülklərinə  parçalanan  Qərbi  Avropada 
Katolik  kilsəsi  yeganə  mütəşəkkil  qüvvə  və  ən  böyük  torpaq  sahibi  idi.    Feodal 
dağınıqlığı  dövründə  İtaliyada  Roma  papasının  başçılıq  etdiyi  Papa  vilayəti  adlanan 
dövlət  var  idi.  Avropa  krallarını  özünə  tabe  etmək  istəyi  Roma  Papası  ilə  hökmdarlar 
arasında tez-tez münaqişələrin baş verməsinə səbəb olurdu. 
Roma papalarının ən qüdrətli dövrü III İnnokenti (1198-1216) zamanında olmuşdu. 
Təntənəli  qəbullar  zamanı  hamı  onun  qarşısında  diz  çökməli,  ayağını  öpməli  idi. 
İngiltərə, Polşa, İsveç  Danimarka dövlətləri  Roma papasının vassalı idilər. 
Beləliklə, Orta əsrlər dövründə katolik kilsəsi: 
 
Qərbi Avropada ən böyük torpaq sahibi idi. 
 
Xeyli torpaqları və gəlir mənbələri var idi. 
Bu amillər papa hakimiyyətinin güclənməsinə səbəb olmuşdu. 
 
 
 
 
 
Kilsəsinin gəlir mənbələri 
Qərbi  Avropanın  bütün  ölkələrindən  Romaya,  papa  xəzinəsinə  çoxlu 
sərvət  axıb  gəlirdi.  Katolik  kilsəsinin  əsas  gəlir  mənbələri  əsasən 
aşağıdakılar idi: 
 
Kilsə torpaqlarından alınan vergilər. 
 
Bütün Qərbi Avropa əhalisindən kilsə üçün alınan 1/10 vergisi. 
 
Günahların bağışlanması haqqında Roma papasının fərmanları. 
 
Dindarların  dini  mərasimləri  icra  etdiyi  üçün  əhalidən alınan  haqq 
(kəbin kəsməyə, uşaqları xaç suyuna salmağa görə alınan pullar). 
Qərbi  Avropa  əhalisindən  1/10  vergisinin  alınmasında  əsas  məqsəd 
ruhaniləri və məbədləri saxlamaq idi ―Günahların bağışlanması haqqında 
kilsə  fərmanı‖  indulgensiya  adlanırdı.  İndulgensiya  -  cənnət  qəbzi 
deməkdir.  Guya  kim  bu  fərmanı  alsa,  Allah  onun  bütün  günahlarını 
bağışlayar və  cənnətə gedər. 
 
 
 
 
 
 
Yüklə 23,89 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin