Osmanlı imperiyası
Osmanlı imperiyasında geriləmə dövrünün başlaması
Yeni dövrün astanasında Osmanlı imperiyasının sosial-iqtisadi və siyası vəziyyəti aşağıdakı kimi idi:
Üç qitədə - Asiya, Avropa və Afrika qitələrində geniş ərazilərə malik imperiya idi.
Belqraddan İraqa qədər böyük bir ərazini əhatə edirdi.
Mühüm ticarət yollarına nəzarət edir, dövrünün ən böyük dövlətlərindən hesab olunurdu.
Sosial-iqtisadi, siyasi və hərbi tənəzzül mərhələsinə daxil olmuş, əvvəlki qüdrətini itirməyə başlamışdı.
Ordusu əvvəlki qüdrətini itirmiş, timar və ziyamət sistemi pozulmuşdu.
XVI əsrin sonlarından başlayan durğunluq getdikcə geriləməyə çevrildi. Dövlət idarəçiliyinin tədricən
zəifləməsi, qanun və qaydalara əməl olunmaması ölkədə sabitliyi pozurdu. Vergilərin artırılması iqtisadiyyatın
əsasını təşkil edən kənd təsərrüfatının tənəzzül etməsinə səbəb olmuşdu.
Qadağan olunmasına baxmayaraq yeniçərilər evlənir və alverlə məşğul olurdular. Yeniçərilər məvaciblərini
vaxtında almayanda döyüşə getmək istəmir, hətta sultanların dəyişdirilməsi üçün qiyamlar da qaldırırdılar.
Xarici tacirlərin Osmanlıdan kapitulyasiya hüququ alması
Müharibələrdə bir-birinin ardınca uğursuzluqlara məruz qalan Osmanlı imperiyası Avropa dövlətlərinə böyük
güzəştlər etməli oldu. Fransa, İngiltərə və Hollandiya Osmanlı dövlətindən yeni kapitulyasiyalar aldı. 1615-ci
ildə Avstriya ilə Osmanlı arasında bağlanan Vyana kapitulyasiyal müqaviləsinin şərtlərinə əsasən:
Avstriya təbəələrinə Osmanlı mülklərində sərbəst ticarət hüququ verildi.
Gömrük haqqı endirildi, katoliklərə kilsə tikməyə icazə verildi.
Həmin ildə Venesiya da Osmanlıdan eyni imtiyazları aldı.
İlk islahat cəhdləri. Körpülü Mühmet paşanın islahatları
XVII əsrin ikinci yarısında
Osmanlı dövlətində
tənəzzül prosesinin qarşısını
almaq üçün bir sıra islahatlar keçirildi.
İslahatların həyata keçirilməsi sultan IV Mehmetin
(1648-1687)
baş vəziri Körpülü Mahmet paşaya tapşırıldı. Körpülü Mehmet paşanın
islahatlarının məqsədi aşağıdakılar idi:
İdarəçiliyi qaydaya salmaq və vergi sistemini tənzimləmək.
Ordu və donanmada hərbi intizamı gücləndirmək.
Körpülü Mehmet paşanın islahatları nəticəsində:
İdarəçilik və hərbi intizam möhkəmləndirildi.
Timar sistemi nizama salındı, əzinənin gəlirləri artırıldı.
Ordu və donanma gücləndirildi.
Lakin həyata keçirilən islahatlar Osmanlı imperiyasının daxili vəziyyətini
müəyyən müddətə yaxşılaşdırsa da, onun tənəzzülünün qarşısını ala bilmədi.
1663-1664-cü illər Osmanlı-Avusturya müharibəsi. Vasvar sülhü
İqtisadi-siyasi və hərbi tənəzzülünə baxmayaraq, Osmanlı
imperiyası Avropa qitəsindəki torpaqları əldə
saxlamaq uğrunda müharibələr apararaq yeni ərazilər fəth etmək siyasətini davam etdirdi. Bu məqsədlə Osmanlı
sultanı Avropa dövlətlərinə qarşı hərbi yürüşlər təşkil etdi. Yürüşlər nəticəsində Macarıstan
krallığının əhəmiyyətli
hissəsi və Dunay knyazlığı ələ keçirildi. 1664-cü ildə Osmanlı dövləti ilə Avstriya arasında bağlanmış Vasvar
sülhünün şərtlərinə əsasən Avstriya Transilvaniyaya müdaxilə etməyəcəyinə təminat verdi və təzminat ödədi. Beş
il sonar, 1669-cu ildə Venesiya əksər dəniz mülklərindən məhrum edildi, Krit adası Osmanlı dövlətinə birləşdirildi.
IV Mehmet
Köprülü Mehmet Paşa
Egey dənizinin cənubunda yerləşən Krit adası Yunanıstanın ən böyük,
Aralıq Dənizinin isə beşinci böyük adasıdır. Adanı Roma İmperiyasının
hakimiyyətindən sonra ərəblər, 961-ci ildə Bizans işğal etdi. 1204-cü ildə
Konstantinopolu işğal edən səlibçilər bu dəfə Krit adasını 15 kiloqram qızıl
müqabilində Venesiyaya satdılar. Xaçlılar bu adadan tez-tez Osmanlı
gəmilərinə hücum edir və onları talayırdılar. Bunun qarşısını almaq üçün
Osmanlılar adanı ələ keçirməyə qərara aldılar. 1645-ci ildə Osmanlı
əsgərləri adaya hücuma başladılar. Amma ada hər tərəfdən yaxşı müdafiə
oluduğu üçün onun alınması Osmanlı ordusuna 24 ilə başa gəldi. 1669-cu il,
sentyabrın 27-də Krit adası nəhayət ki, Osmanlı tərəfindən fəth edildi.
167
1677-1681-ci illərin Rusiya-Osmanlı müharibəsi. Baxçasaray sülhü
Osmanlı imperiyasının Ukrayna uğrunda Rusiya ilə apardığı müharibə 1681-ci ildə Baxçasaray sülhü ilə
başa çatdı. Sülhün şərtlərinə əsasən:
1.
Sağ sahil Ukraynası Osmanlı dövlətinə, sol sahil Ukraynası isə Rusiyaya verildi.
2.
Dnepr çayı iki dövlət arasında sərhəd oldu.
Bu müharibə Osmanlı imperatorluğu ilə Rusiya çarlığı arasında baş verən ilk böyük müharibə idi.
Vyananın uğursuz mühasirəsi (1683)
Avstriyanın katolikləşdirmə siyasətinə qarşı üsyan qaldıran macarlar Osmanlı imperiyasından yardım
istədilər. Bu hadisə Avstriya ilə Osmanlı arasında münasibətləri gərginləşdirdi və yeni müharibəyə səbəb oldu.
Osmanlı ordusu baş vəzir Qara Mustafa Paşanın başçılığı ilə 1683-cü ildə Avstriyanın paytaxtı Vyananı
mühasirəyə aldı. Mühasirə uzandı. Bu müddətdə alman və polşalıların səlibçi ordusu Vyanaya köməyə gəldi. Krım
xanının xəyanət etməsi Osmanlı ordusunun uğursuzluğuna səbəb oldu. Məğlub olan Qara Mustafa Paşa ordusunu
Budapeştə doğru geri çəkdi.
Osmanlı ilə «Müqəddəs birlik» arasında müharibə (1686-1699). Karlovitsa sülhü
Vyana ətrafında osmanlı ordusunun məğlubiyyətindən istifadə edən bir sıra xristian dövlətləri osmanlıları
Avropadan qovub çıxarmaq planını həyata keçirməyə başladılar. Bu məqsədlə,
1684-cü ildə osmanlılar əleyhinə
Avstriya, Polşa, Venesiya və Maltadan ibarət «Müqəddəs birlik» adlı təşkilat yaratdılar. 1686-cı ildə isə Rusiya
bu birliyə qoşuldu. Yalnız Fransa bu birliyə daxil olmadı.
Müxtəlif cəbhələrdə vuruşmağa məcbur edilən Osmanlı ordusu «Müqəddəs birlik»lə müharibədə məğlub
oldu.
Osmanlı höküməti bir neçə cəbhədə vuruşmağın mümkünsüzlüyünü anlayaraq 1699-cu ildə Belqrad
yaxınlığında Karlovitsa qəsəbəsində Avstriya, Polşa, Venesiya, Malta və Rusiya və ilə ayrı-ayrılıqda müqavilələr
imzaladı.
Karlovitsa sülhünün şərtlərinə görə Osmanlı imperiyasının ərazilərinin xeyli hissəsi Avstriya, Polşa və
Rusiya arasında bölüşdürüldü. Karlovitsa sülhü ilə Osmanlı dövləti ilk dəfə geniş ərazilər itirdi.
Venesiya
«Müqəddəs
birlik»
Polşa
Avstriya
Malta
Rusiya
Vyananın mühasirəsi. 14 iyul - 12 sentyabr, 1683-cü il. Qara Mustafa Paşa
Viyanaının uğursuz mühasirəsindən sonra Osmanlı dövlətinin məğlubedilməz olmadığını görən
Avropa dövlətləri ona qarşı hücumlara başladı. Vyana məğlubiyyətinin məsuliyyəti isə Qara Mustafa
Paşanın üzərinə atılaraq sultan tərəfindən onun edam edilməsi haqqında sərəncam verildi. Sultan
daha sonra qorxmaz, cəsur, qətiyyətli dövlət xadimi olan Qara Mustafa Paşanın uğurlu xidmətlərini
düşünüb ikinci bir sərəncamla onun əfv edilməsini əmr etdi. Amma ikinci əmr çatana qədər cəlladlar
paşanı edam etmişdilər.
168
Osmanlı imperiyasında «Lalə dövrü» (1703-1730)
XVIII əsrin birinci yarısında
Osmanlı imperiyasında Sultan III Əhmədin (1703-1730) hakimiyyəti
illərində baş vəzir İbrahim paşanın həyata keçirdiyi islahatlar dövrünü Osmanlı tarixində « Lalə dövrü»
adlandırırlar. İbrahim paşanın baş vəzirliyi dövründə İstanbulda bir çox saray, köşk inşa olundu və bağçalar salındı.
Kağızxana dərəsinin iki tərəfi Versaldakı Fontenblo parkı üslubunda gözəl bağçalar və köşklərlə bəzədildi və bura
Səədabad adını aldı. Parkda yüzlərlə lalə növü yetişdirildi. Odur ki, İbrahim Paşanın laləyə vurğunluğu bu dövrə
«Lalə dövrü» adı verilməsinə səbəb oldu. «Lalə dövrü»ndə :
Avropa təcrübəsindən faydalanmaq və elmi-
texniki sahələrdə qabaqcıl yenilikləri tətbiq
etmək məqsədilə Qərbi Avropa ölkələrinə elçilər
göndərilərək mütəxəssislər gətirilirdi.
İbrahim Paşa Avropa tipli ordu yaradılana
qədər Rusiya və Avstriya ilə münasibətləri
pisləşdirməməyə səy göstərdi.
Sənətkarlıq və ticarətin inkişafı üçün bir sıra
tədbirlər həyata keçirildi.
Avropadan ilk texniki vasitə olan mətbəə alındı
və ölkədə 1727-ci ildə ilk mətbəə yaradıldı.
«Lalə dövrü»ndə həyata keçirilən islahatlar
ruhanilərin və yeniçərilərin müqaviməti üzündən yarımçıq
qaldı və məhdud səviyyədə həyata keçirildi. Əsaslı
dəyişikliklər edilmədiyi üçün islahatlar uğursuzluqla
nəticələndi. Bu dövrdə Osmanlı imperiyasının Avropa
ölkələri ilə müharibələri davam edirdi. Avropa ölkələri
Osmanlı imperiyasını sarsıtmaq üçün onu eyni zamanda bir
neçə cəbhədə vuruşmağa məcbur edirdilər.
Patron Xəlil üsyanı (1730)
Sultan III Əhmədin dövründə cəmiyyətin sosial-
iqtisadi həyatında olduğu kimi, siyasi sistemdə də böhran
dərinləşdi. Yuxarı dairələrin hədsiz israfçılığı, özbaşınalığı,
xalqa biganə münasibəti ölkədə böyük narazılığa səbəb
oldu. Ölkənin iqtisadi vəziyyətinin pisləşməsi, saray və
hökumət dairələrində rüşvətxorluq və talançılığın artması,
hərbi uğursuzluqlar 1730-cu ilin sentyabr ayında yeniçəri
Patron Xəlilin başçılığı ilə İstanbulda üsyana səbəb oldu.
Patron Xəlil üsyanı nəticəsində:
Baş vəzir İbrahim Paşa öldürüldü.
Sultan III Əhməd qardaşı oğlu Mahmudun
xeyrinə taxtdan əl çəkdi.
Lakin, 1730-cu ilin noyabrında Sultan I Mahmudun
göstərişi ilə Patron Xəlil və üsyanın digər rəhbərləri sarayda
qətlə yetirildilər. Üsyanın iştirakçılarına isə divan tutuldu.
1716-1718-ci illər Venesiya, Avstriya ilə yeni müharibə. Pojarevatsk müqaviləsi
XVIII əsrin əvvəllərində Osmanlı dövləti yaranmış əlverişli vəziyyətdən istifadə edərək itirilmiş ərazilərini
geri qaytarmağa çalışdı. 1711-ci il Prut yürüşündə Rusiya üzərində əldə edilən qələbə Osmanlı hakim dairələrində
itirilmiş ərazilərin geri qaytarılmasına inam yaratdı. Venesiya ilə müharibə də Osmanlı dövlətinin qələbəsi ilə başa
çatdı. Osmanlı dövlətinin əldə etdiyi qələbələr Avstriyanın ona qarşı yeni müharibəyə başlamasına səbəb oldu.
Avstriyalılar Belqrad şəhərini işğal etdilər.
Lakin
İngiltərə və Fransanın vasitəçiliyi ilə Avstriya ilə Osmanlı
arasında 1718-ci ildə Pojarevatsk müqaviləsi bağlandı. Müqavilənin şərtlərinə görə:
1.
Serbiya və Bosniyanın şimal hissəsi Avstriyaya verildi.
2.
Moreya yarmadası və
Egin körfəzindəki adalar
Osmanlı dövlətində qaldı.
Lakin Belqrad şəhərinin itirilməsi Osmanlı dövlətinin Mərkəzi Avropada mövqeyini zəiflətdi.
Sultan III Əhməd
İbrahim Paşa
Patron Xəlil
Sultan III Əhməd taxta çıxan
kimi bir sıra islahatlar həyata
keçirdi. 1711-ci ildədə ruslara
məğlub olan İsveç kralı XII
Karl
Osmanlılara aid Ozi
qalasına sığındıqda, ruslar Türk
sərhədini pozdular. Bu zaman
Osmanlı
dövləti
Rusiyaya
müharibə elan etdi. 1711-ci ildə
Osmanlı ordusu Prut çayı
kənarında başda çar I Pyotr
olmaqla
rus
ordusunu
mühasirəyə aldılar. Lakin
rusların ağır vəziyyətdə çarları
ilə
birlikdə
mühasirədə
olduğunu
osmanlılar
başa
düşmədiyi
üçün
sülh
imzalandılar.
Osmanlıların
zəfərindən narahatlığa düşən
Avstriya Osmanlıya qarşı yeni
müharibəyə başladı. 1716-1718-
ci
illər
Osmanlı-Avstriya
müharibəsində
osmanlılar
məğlub
olaraq
Pojarevatsk
müqaviləsini
imzaladılar.
Bundan sonra Sultan III Əhməd
Osmanlı imperiyasının qüdrətini
geri qaytarmaq üçün yeni
islahatlar həyata keçirməyə
başladı. 1730-cu ildə Patron
Xəlil
üsyan
qaldırdı.
Yeniçərilərin
də
hadisələrə
qoşulması üsyanın böyüməsinə
səbəb oldu. Üsyan zamanı baş
vəzir İbrahim Paşa öldürüldü.
Artıq qan tökülməsini istəməyən
Sultan III Əhməd taxtı qardaşı
oğlu Mahmuda təslim etdi.
Səltənətdən çəkildikdən sonra
elm və ibadətlə məşğul olan
sultan 1736-ci ildə, 63 yaşında
vəfat etdi.
169
1735-1739-cu illər Osmanlı - Avstriya, Rusiya müharibələri. Belqrad sülhü
Osmanlı dövlətinin Səfəvilərə qarşı müharibəsindən istifadə edən Avstriya Rusiya ilə ittifaq bağlayaraq ona
qarşı yeni müharibəyə başladı. İki cəbhədə müharibə aparmasına baxmayaraq, Osmanlı dövləti bir sıra uğurlar
qazandı. 1739-cu ilin sentyabrında Fransanın vasitəçiliyi ilə Osmanlı dövləti ilə Avstriya arasında Belqrad sülhü
imzalandı. Sülhün şərtlərinə görə:
1.
Pojarevatsk müqaviləsi ilə Avstriyaya verilmiş Şimali Serbiya Osmanlı dövlətinə qaytarıldı.
2.
Avstriya Belqrad şəhərini osmanlılara geri qaytarmağa məcbur oldu.
Müttəfiqi olan Avstriyanın məğlub olması, İsveçlə yeni müharibə təhlükəsi Rusiyanı da sülh bağlamağa
vadar etdi.
1739-cu ildə Rusiya ilə Osmanlı arasında bağlanmış Belqrad sülhünün şərtlərinə görə:
1.
Təkcə Azov qalası Rusiyada qaldı.
2.
Osmanlı dövləti Qara və Azov dənizlərində ticarət gəmiləri və hərbi donanma saxlamaq hüququnu
özündə saxladı
(Rusiyanın ticarət gəmiləri Azov və Qara dənizdə üzə bilməzdi).
3.
Hər iki dövlət Şimali Qafqaza müdaxilə etməyəcəkləri barədə təminat verdi.
Belqrad sülhü Osmanlı dövlətinin imzaladığı sonuncu uğurlu sülh oldu. Bu dövrdə Rusiya özünün başlıca
xarici siyasətini - Qara dəniz sahillərinə çıxışı təmin edə bilmədi.
1740-cı ildə Osmanlı imperiyası ilə Fransa arasında bağlanmış müqaviləyə (kapitulyasiyaya) əsasən Osmanlı
imperiyasında ticarət edən fransız tacirləri üçün 10%-lik gömrük rüsumu müəyyən edildi. Sonralar İngiltərə,
Hollandiya və digər ölkələrin tacirləri də belə hüquqlar aldılar.
1768-1774-cü illərin Rusiya-Osmanlı müharibəsi. Kiçik Qaynarca sülhü
XVIII əsrin ikinci yarısında Rusiyanın Baltik və Qara dənizi ətrafında yeni
torpaqları ələ keçirmək istəyi
Rusiyan ilə Osmanlı dövləti arasında müharibəyə səbəb
oldu.
1768-ci ildə Osmanlı dövləti Avstriya və Fransanın təhriki ilə Rusiyaya
müharibə elan etdi. Hərbi əməliyyatlar Balkan yarımadası, Krım və Qafqazda
aparılırdı. Lakin Rusiya müharibənin gedişində üstünlüyə nail oldu. 1770-ci ildə
Larqa, Kaqul və Çeşmə dəniz döyüşündə rus ordusunun və donanmasının qazandığı
qələbələr müharibənin taleyini həll etdi. Lakin Avropa dövlətləri Rusiyanın Balkan
yarımadasında mövqeyinin güclənməsini istəmirdilər. Odur ki, Avropa dövlətlərinin
təzyiqləri altında Rusiya müharibəni dayandırmağa məcbur oldu.
1774-cü il iyulun 10-da Osmanlı imperiyası ilə Rusiya arasında Kiçik
Qaynarca sülhü imzalandı. Kiçik Qaynarca sülhünün şərtlərinə əsasən:
1.
Dnepr və Cənubi Buq çayları arasındakı ərazilər, həmçinin Kabarda
Rusiyaya keçdi.
2.
Rusiyanın ticarət gəmilərinə Qara dənizdə, Bosfor və Dardanel
boğazlarında sərbəst üzmək hüququ verildi.
3.
Osmanlı dövləti ilk dəfə olaraq kimi təzminat ödəməli oldu.
4.
Osmanlı sultanı Krım xanlığının müstəqilliyini tanıdı.
Kiçik Qaynarca sülhü Osmanlı dövlətinin Karlovitsadan sonra imzaladığı ən
ağır şərtli müqavilə oldu.
Kiçik Qaynarca sülhünün nəticəsi olaraq Krım xanlığının
taleyi ciddi təhlükə altına düşdü və Rusiyanın Krıma yiyələnməsini asanlaşdı,
Qara
dənizdə Osmanlı dövlətinin şəriksiz hökmranlığı dövrü başa çatdı, onun beynəlxalq
nüfuzu zəiflədi.
«Şərq məsələsi»nin meydana çıxması
XVIII əsrin ikinci yarısında
Osmanlı imperiyasını bürümüş böhrandan istifadə edən
Rusiya və bir sıra
Qərbi Avropa dövlətlərinin Osmanlı imperiyasına qarşı birgə mübarizə aparmaq cəhdi «Şərq məsələsi»nin
yaranmasına səbəb oldu. «Şərq məsələsi»nin əsasını Osmanlı dövlətini parçalamaq və onun ərazilərini
bölüşdürmək planı təşkil edirdi. Bu məsələnin həyata keçirilməsində Rusiya başlıca rol oynayırdı.
Osmanlı imperiyasında siyasi və iqtisadi tənəzzülün güclənməsindən istifadə edən İngiltərə və Fransa onu
asılı vəziyyətə salmaq üçün Rusiyaya qarşı müharibəyə təhrik edirdilər. Bu yolla onlar Osmanlı dövlətini tamamilə
Avropadan çıxarmağa, Rusiyanı isə zəiflətməyə çalışırdılar.
XVIII əsrin sonlarında «Şərq məsələsi» Rusiya xarici siyasətinin ana xəttinə çevrildi. Müəllifi rus çari II
Yekaterina (1762-1796) olan «Şərq məsələsi»ndə Balkanlardakı xristian xalqları üsyana sövq etməklə onlara
muxtariyyət, yaxu d istiqlaliyyət qazandırmaq, İstanbulu osmanlıların əlindən geri almaq, Anadolunu parçalamaq və
Çeşmə döyüşü. 1770-ci il
1774-cü il, Kiçik Qaynarca
sülhünün şərtləri
170
osmanlıları Anadoludan çıxartmaq nəzərdə tutulurdu. Lakin II Yekaterinanın bu planı sonralar digər böyük
Avropa dövlətləri üçün maraqlı olmadığı üçün tədricən öz əhəmiyyətini itirməyə başladı.
1787-1791-ci illər Rusiya-Osmanlı müharibəsi. Yassı sülhü
Krımın Rusiyaya birləşdirilməsi (1783) Osmanlı imperiyası ilə
yeni müharibəyə səbəb oldu.
Krımın işğalına cavab olaraq Osmanlı
sultanı 1787-ci ildə Rusiyaya müharibə elan etdi. Balkan
yarımadasında yeni ərazilər ələ keçirməyə çalışan Avstriya Rusiyanın
müttəfiqi kimi müharibəyə qoşuldu. Osmanlı dövləti iki cəbhədə
müharibə aparmalı oldu. Müharibənin gedişində Avstriya ordusu
Belqradı, Rusiya isə Akkerman, Bender və
Dunay çayının
mənsəbində yerləşən
İzmayıl qalalarını ələ keçirdi. Lakin
1791-ci
ilin dekabrında Rusiya
Osmanlı dövləti ilə
Yassı sülhünü
imzalamağa məcbur oldu.
Yassı sülhünün şərtlərinə görə:
1.
Osmanlı dövləti Krım xanlığının Rusiya tərəfindən işğalını təsdiq etdi.
2.
Dnestr çayı iki dövlət arasında sərhədə çevrildi.
Yassı sülhünün
nəticəsi olaraq
Rusiya Qara dənizdə qəti olaraq möhkəmləndi, Osmanlı dövlətinin qüdrətini
daha da sarsıldı və Rusiyanın yeni işğalları üçün şərait yarandı.
Osmanlı imperiyası Kiçik Qaynarca və Yassı sülhündən sonra
Sultan III Səlimin islahatları
XVIII əsrin ikinci yarısında Osmanlı imperiyasının Rusiya ilə müharibələrdə uğursuzluğu ölkədə siyasi və
iqtisadi böhranı daha da dərinləşdirdi. Beynəlxalq vəziyyətin pisləşməsi Osmanlı hakim dairələrini narahat etməyə
başladı. Belə bir şəraitdə Osmanlı dövlətinin qüdrətli orduya xüsusilə ehtiyacı var idi. Ordunun əsasını hələ də
feodal süvarisi və yeniçərilər təşkil edirdi. Ordunu Avropa qaydasında qurmaq zərurəti yaranmışdı. Dövlətin belə
ağır dövründə taxta çıxan Sultan III Səlim (1789-1807) bütün sahələrdə islahatlar həyata keçirmək üçün layihə
hazırlamağı tapşırdı. İlk növbədə, Avropa təcrübəsini öyrənmək üçün Avropa ölkələrinə elçilər göndərildi. III Səlim
Fransa təcrübəsini əsas tutaraq 1792-1793-cü illərdə «Nizami-cədid» (yeni qayda) adlanan islahatları həyata
keçirməyə başladı. Bu zaman hərbi islahatların keçirilməsinə üstünlük verildi. İslahatlar İsveç və Fransa
hərbçilərinin iştirakı ilə həyata keçirilirdi.
Sultan III Səlimin islahatlarına əsasən:
Ordunun xərclərini ödəmək üçün xüsusi xəzinə yaradıldı.
Donanmanın yenidən təşkili üçün yeni tipli gəmilər hazırlandı.
Hərbi mühəndislik məktəbi genişləndirildi.
İmperiya 28 əyalətə ayrıldı, onların idarə etmək üçün vəzifəyə təcrübəli vəzirlər təyin olundu.
Qanunlara əməl etməyən şəxslər vəzifədən uzaqlaşdırıldı.
Yerli məhsullardan istifadə təbliğ olunmağa başlandı. Dövlət idarələrində yerli mallardan istifadə
edilməyə başlandı. İsrafçılığın qarşısını almaq üçün addımlar atıldı.
Avropa ölkələrindəki yenilikləri vaxtında öyrənmək üçün London, Paris, Vyana və Berlin şəhərlərində
daimi səfirliklər açıldı.
İslahat təhsil sistemində yeni məktəblərin açılmasını, dövlət mətbəəsinin yaradılmasını, məktəblərdə xarici
dil kimi fransız dilinin tədrisini nəzərdə tuturdu. Lakin əvvəlki islahatlar kimi, III Səlimin islahatları da mühafizəkar
qüvvələrin müqaviməti nəticəsində uğursuzluqla nəticələndi. Bunun başlıca səbəbi islahatı həyata keçirən
kadrların olmaması və III Səlimin qətiyyətsizliyi idi. Ordu quruculuğu yeniçəriləri təmin etmədiyinə görə onlar
Rusların Izmayıl qalasını tutması
171
mühafizəkar qüvvələrin əlində alətə çevrildilər. Nəticədə, 1807-ci ildə Sultan III Səlim və islahat tərəfdarları qətlə
yetirildi. Sultan III Səlimin taxtdan salınması ilə onun həyata keçirməyə çalışdığı islahatlar yarımçıq qaldı.
Dostları ilə paylaş: |