Anar İsayev Ramil Rəhimov



Yüklə 23,89 Mb.
Pdf görüntüsü
səhifə27/41
tarix28.07.2020
ölçüsü23,89 Mb.
#32345
1   ...   23   24   25   26   27   28   29   30   ...   41
Anar Isayev Tarix


       
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Osmanlı tarixinə aid müharibələr və sülh müqavilələri (XVII-XVIII əsrlər) 
 
 
MÜHARİBƏLƏR 
 
SÜLHLƏR 
 
ŞƏRTLƏRİ 
 
1677-1681 
 
Baxçasaray 
 
Sağ sahil Ukraynası Osmanlı dövlətinə, sol sahil Ukraynası isə Rusiyaya verildi. 
Dnepr çayı iki dövlət arasında sərhəd oldu. 
 
1697-1699 
 
Karlovitsa 
 
Osmanlı imperiyasının ərazilərinin xeyli hissəsi Avstriya, Polşa və Rusiya arasında 
bölüşdürüldü. Osmanlı dövləti ilk dəfə geniş ərazilər itirdi. 
 
1716-1718 
 
Pojarevatsk 
 
Serbiya  və Bosniyanın şimal hissəsi  və 
Belqrad şəhəri Avstriyaya verildi. 
Moreya yarmadası və Egin körfəzindəki adalar Osmanlı dövlətində qaldı.  
 
 
1735-1739 
 
 
Belqrad 
 
Pojarevatsk müqaviləsi ilə Avstriyaya verilmiş Şimali Serbiya Osmanlı dövlətinə 
qaytarıldı. Avstriya Belqrad şəhərini osmanlılara geri  qaytardı.. 
Təkcə Azov qalası Rusiyada qaldı. Osmanlı dövləti Qara və Azov dənizlərində ticarət 
gəmiləri və hərbi donanma saxlamaq hüququnu özündə saxladı. Hər iki dövlət Şimali 
Qafqaza müdaxilə etməyəcəkləri barədə təminat verdi. 
 
 
1768-1774 
 
Kiçik 
Qaynarca 
Dnepr və Cənubi Buq çayları arasındakı ərazilər, həmçinin Kabarda Rusiyaya keçdi. 
Rusiyanın ticarət gəmilərinə Qara dənizdə, Bosfor və Dardanel  boğazlarında sərbəst 
üzmək hüququ verildi. Osmanlı sultanı Krım xanlığının müstəqilliyini tanıdı. 
Osmanlı tarixdə ilk dəfə olaraq məğlub dövlət kimi təzminat ödəməli oldu. 
 
1787-1791 
 
Yassı 
 
 Osmanlı dövləti Krım xanlığının Rusiya tərəfindən işğalını təsdiq etdi.  
Dnestr çayı iki dövlət arasında sərhədə çevrildi. 
 
 
Osmanlı sultanı  III Səlim  taxta çıxdığı vaxt Osmanlı-Rusiya və Osmanlı-Avstriya müharibələri davam edirdi. Bu ərəfədə Krım 
Rusiya  İmperiyası  tərəfindən  işğal  olunmuşdu.  Sultan  cəbhədəki  sərdarlarına  fərman  göndərərək  nəyin  bahasına  olursa  olsun 
rusların Krımdan çıxarılması bildirdi. Osmanlı ordusunun Rusiya və Avstriya cəbhələrində məğlub durumda olduğunu nəzərə alan 
sədrəzəm  sultana  "Əsgərlərdə  döyüşəcək  hal  yoxdur"  cavabını  göndərdi.  Bundan  sonra  sultan  bu  ordu  ilə  qələbə  qazanmağın 
mümkün  olmadığını  anlayaraq  Avstriya  və  Rusiya  ilə  sülh  müqavilələri  imzaladı.  Avropadakı  qonşularının  daxili  çəkişmələrə, 
xüsusilə də Fransanın başının inqilabı yatırmağa qarışdığından istifadə edən III Səlim ölkədə islahatlar həyata keçirməyə başladı. 
72 maddədən ibarət bu islahatlar «Nizami-cədid»
 
adlanırdı. İslahatların gedişində sultan güclü nizami ordunun formalaşdırılması 
işinə böyük diqqət ayırdı. Çox qısa zamanda sultanın islahatları öz bəhrəsini verdi. Misiri işğal edən Napolyon 1799-cu ildə ağır 
itkilər  verərək  Misiri  tərk  etdi.  1805-ci  ildə  Rusiya  və  İngiltərə  Osmanlı  İmperiyasının  ərazisinə  soxulub  birçox  əraziləri    işğal 
etsələr  də  nizam-intizamlı  və  güclü  Osmanlı  ordusu  həm  ingilislərə,  həm  də  ruslara  qalib  gəldi.  Ordu  cəbhədə  bu  uğurları 
qazandığı vaxt ölkə daxilində qiyamçılar III Səlimi devirərək onu qətlə yetirdilər. Beləliklə, III  Səlimin islahatları uğursuzluqla 
nəticələndi və yarımçıq qaldı. 
 
           Sultan III Səlim                                           
«Nizami-cədid» ordusunun paradı.
   
III Səlim paradı izləyir
 
 

 
172 
 
Mərkəzi Asiya xalqları. Volqaboyu, Ural və Sibir türkləri 
 
Mərkəzi Asiya xanlıqlarının yaranması 
XVI əsrin əvvəllərində artıq Qızıl Ordu dövlətinin və Teymur imperatorluğunun varlığına son qoyulmuşdu. 
Bundan sonra həmin dövlətlərin tərkibində olmuş Mərkəzi Asiya xalqlarının həyatında yeni səhifə açıldı və həmin 
ərazilərdə yaşayan özbək, qazax, qaraqalpaq, türkmən xalqlarının həyatı dəyişdi. 
XV  əsrdə  Qızıl  Ordu  dövlətinin  dağılması  nəticəsində  Qazax  xanlığı  meydana  gəldi.  Mərkəzi  Asiyanın 
cənub-şərq ərazilərində isə əhalisi özbək, tacik  türkmənlərdən ibarət olan iki xanlıq - Buxara və Xivə xanlıqları 
yarandı.  XVIII əsrin əvvəllərində  bu  xanlıqların  sırasına  daha  bir özbək xanlığı  -  Kokand  daxil oldu.  Tyan-Şan 
dağlarında yaşayan qırğızların isə siyasi qurumu yox idi. 
XVI əsrdə Qazax xanlığı əvvəl iki orduya, daha sonra üç orduya (juza) bölündü: 
 
Ulu (Böyük) Ordu - indiki Qazaxıstanın cənub-şərqini əhatə edirdi
 
Orta Ordu – Qazaxıstanın mərkəz və şimal hissəsini əhatə edirdi
 
Kiçik Ordu - Qazaxıstanın qərb hissəsini əhatə edirdi.  
Müstəqil  siyasi  qurumlar  olan  Ordulara  (juzlara)  feodal  əyanların  qurultayında 
seçilən xanlar başçılıq edirdi. Juzların əhalisi, əsasən, köçəri maldarlıqla məşğul olurdu. 
XVII əsrin sonu - XVIII əsrin əvvəllərində Tauke xanın dövründə: 
 
Üç ordu arasında sıx münasibətlər yarandı. 
 
Ordular birləşərək vahid Qazax dövlətini qurdular. 
Tauke  xanın  hakimiyyət  dövrü  Qazax  xanlığının  «qızıl  əsri»  hesab  edilir.  Tauke  xanın  dövründə  adət-
ənənələrə  və  şəriət  qaydalarına  əsaslanan    qanunları  qəbul  olundu.  Qanunlar  feodal  istehsal  münasibətlərinin 
möhkəmlənməsində mühüm rol oynadı. 
 
 
 
Qazax xanlığı (juzları). Xivə, Buxara və Kokand xanlıqları - XVI-XVIII əsrlərdə 
 
 
Mərkəzi Asiya xanlıqları XVIII əsrdə 
XVIII əsrin əvvələrində Mərkəzi Asiyada qədim sənət və ticarət mərkəzləri olan Səmərqənd, Buxara, Xivə, 
Daşkənd  şəhərləri  ilə  yanaşı,  yeni  yaranan  Kokand,  Namanqan  şəhərləri  də  sürətlə  inkişaf  edirdi.  Sənətkarlıq 
sexlərində  pambıq  və  ipək  parça,  silah,  zərgərlik,  qab-qacaq,  kağız,  dulusçuluq  və  başqa  məhsullar  istehsal 
olunurdu. Bu dövrdə Mərkəzi Asiya ölkələri Rusiya, Hindistan, Çin, İran  Azərbaycanla geniş ticarət əlaqələri 
saxlayırdılar.  Rusiya  mallarının  Mərkəzi  Asiya  bazarlarına  daxil  olması  genişlənirdi.  Bu  cəhət  Mərkəzi  Asiya  ilə 
Rusiya  arasında  əlaqələrin  artmasına  kömək  edirdi.  İpəkçiliyin  və  Çinlə  ticarətin  qüvvətlənməsi  nəticəsində 
Fərqanə iqtisadi cəhətdən yüksək inkişaf etmişdi. 
Mərkəzi  Asiya  xanlıqlarında  əsas  torpaq  mülkiyyət 
formaları dövlət (xan), mülk,  soyurqal və  tanxo   idi.  Soyurqal  və 
tanxo  dövlətə  xidmət  müqabilində  verilirdi.  Bu  dövrdə  Mərkəzi 
Asiyada ticarət əlaqələri, əsasən, mübadilə yolu ilə aparılırdı. Köçəri 
tayfalar  içərisində  patriarxal  qəbilə  qalıqları  hələ  də  mövcud  idi. 
Tayfa - aymaklar ayrı-ayrı təsərrüfat özəkləri olan aullara - obalara 
bölünürdü.  Aulların  birliyinə  sultan  başçılıq  edirdi.  Onlar  özlərini, 
adətən,  Çingiz  xanın  törəmələri  hesab  edirdilər.  Məhkəmə  işlərinə 
biylər baxırdılar. 
 
 
 
 
Tauke xan 
 
 
 
Qazax aulu 
 

 
173 
 
Cunqarların Böyük Ordunu tutması 
Qazax  orduları  tez-tez  Qərbi  Monqolustanda  yaranan  Cunqar  xanlığının  qarətçi  hücumlarına  məruz 
qalırdı. 1723-cü ildə cunqarlar qazaxlar üzərinə daha böyük qüvvə ilə hücumlar etdilər.  Cunqar xanlığının qazaxlar 
üzərinə bu hücumu nəticəsində: 
 
Qazaxlar ağır  məğlubiyyətə uğradılar. 
 
Böyük Ordu (juz) cunqarların hakimiyyəti altına keçdi. 
 
Üç ordu arasında Tauke xanın vaxtında yaranan ittifaq dağıldı.  
 
Orta Ordunun mərkəzi olan Türküstan şəhəri ələ keçirilib dağıdıldı. 
Cunqarların hücumu zamanı dağıntı və qarətlər qazax tarixinə «böyük fəlakət» kimi daxil oldu
 
Qazax xanlığının bölüşdürülməsi 
Böyük  Ordunun  cunqarların  hakimiyyəti  altına  keçməsi  ilə  Orta  və  Kiçik  Ordular  Çin  və  Rusiya  kimi  iri 
dövlətlərin arasında qaldı. Hadisələrin təbii gedişi orduları həmin dövlətlərin birinə qoşulmağa vadar etdi. Orta Ordu 
Çindən vassal asılılığını qəbul etməli oldu. 
Qazaxların  Cunqar  xanlığına  qarşı  mübarizədə  zəifləməsindən  Rusiya 
məharətlə  istifadə  etdi.  Rus  sərhədinə  yaxın  olan  Kiçik  Ordunun  başçısı 
Əbülxeyir  xan  1731-ci  ildə  Rusiyanın  tərkibinə  daxil  olmaq  haqqında  aktı 
imzaladı.  Gələcəkdə  ruslar  tərəfindən  ölkənin  daxili  rayonlarına  müdaxilə 
niyyəti  ilə  Or  çayının  Ural  çayına  töküldüyü  yerdə  Orenburq  şəhər-qalası 
salındı.  Aktın  əleyhinə  çıxan  sultan,  batır  və  biylərin  müqavimətini  qırmaq 
üçün ruslar Kiçik Orduya yürüş etdilər.  1740-cı ildə Orta Ordu, ondan sonra 
isə  Böyük Ordunun  şimal  hissəsi  Rusiyaya  qatıldı.  Qazaxıstanın cənubu isə 
Kokand və Buxara xanlıqları arasında bölüşdürüldü.  
Lakin  bu  zaman  özbək  xanlıqlarında  hakimiyyət  zəif  idi.  Ayrı-ayrı 
feodal özbək qəbilələri arasında mübarizə, demək olar ki, ara vermirdi.  
Xivə xanının Əfşarlar imperiyasının şimal vilayətlərinə basqını 1740-cı ildə Nadir şah Əfşarın Xivə xanlığına 
hücumuna səbəb olmuşdu. Nadir xanın Xivə xanlığına hücumu nəticəsində Nadir şah Xivəni tutub,  xanlığı özünə 
tabe etdi. Buxara xanlığı isə müqavimət göstərmədən Nadir şaha tabe oldu. Nadir şahın yürüşündən sonra zəifləyən 
Xivə türkmən tayfalarının əlinə keçmişdi. Lakin bir müddət sonra özbək əsilzadələrindən olan Məhəmməd Əmin 
Xivə xanlığını bərpa etdi. O, xanlıq dövrünün axırınadək ölkəni idarə edən Xivə xanları sülaləsinin banisi oldu. 
 
Rus müstəmləkəçiliyinə qarşı
 
Batır Srımın başçılığı altında üsyan  
Qazax  Ordularının  Rusiya  və    qonşu  dövlətlər  tərəfindən  işğalı  qazax  tayfalarının  xalq  azadlıq  hərəkatına 
başlamasına  səbəb  oldu.  1783-cü  ildə  Kiçik  Orduda  Batır  Srımın  başçılığı  ilə  rus  müstəmləkəçiliyinə  və  yerli 
hakimiyyətə  qarşı  uzunmüddətli  üsyan  baş  verdi.  Rusiyanın  Kiçik  Orduda  xan  hakimiyyətini  ləğv  etməsi  üsyanı 
daha da genişləndirdi. Qazaxların xalq azadlıq mübarizəsinə Osmanlı dövləti yardım edirdi. 
 
Üsyanın birinci mərhələsində Batır Srımın müstəmləkəçilər üzərində qələbələri 
xan hakimiyyətinin bərpa edilməsinə səbəb oldu. Bu mərhələdə çarizm batır və 
bəylərə bir sıra imtiyazlar verməyə məcbur oldu. 
 
Üsyanın  ikinci  mərhələsi  yoxsulların  varlılara  qarşı  mübarizəsinə  çevrildi. 
Üsyanda  mühüm  rol  oynayan  icma  rəislərinin  sultanların  tərəfinə  keçməsi  üsyanı 
zəiflətdi. 
İcma  rəisləri    imtiyazlarını  itirmək  istəmirdilər.  Kiçik  Ordu  rəhbəri  Nurəli  xan  Batır 
Srım başda olmaqla digər üsyan başçılarını təşkil etdiyi xan şurasına daxil etdi. Bu üsyançılar 
arasında təfriqəyə səbəb oldu. Lakin çar hökumətinin köməyi ilə sultanlar Srıma qarşı çıxdılar. 
1797-ci  ildə  Batır  Srım  Xivəyə  tərəf  geriyə  çəkilməyə  məcbur  oldu.  Üsyandan  nəticə 
çıxaran çarizm müstəmləkəçilik siyasətini bir qədər yumşaltmağa məcbur oldu. 
 
 
 
 
 
 
 
 
 
 
Orenburq şəhər-qalasının planı 
 
 
Batır Srım
 
 

 
174 
 
 
Volqaboyu  və Ural türkləri 
XVI-XVII  əsrlərdə 
Volqaboyu,    Ural  və 
Sibir  türkləri  Rusiyanın  müstəmləkə  əsarətinə  düşdülər.  Rusiya 
Mərkəzi Asiyanı və Qazaxıstanı işğal etmək üçün 
Volqaboyu  və Ural türklərinin yaşadığı ərazilərə
 
istinadgah kimi 
baxır,  regionda  ruslaşdırma  siyasəti  həyata  keçirirdi. 
Ruslaşdırma  siyasətinin  üsullarından  biri  müsəlman  əhalinin 
zorla  xristianlaşdırılması  idi.  Odur  ki,  ruslar  məscidləri  dağıdır,  ruhaniləri  hüquq  və  imtiyazlarından  məhrum 
edirdilər.  Ruslaşdırma  siyasətini  hökumət  iqtisadi  siyasətlə
  paralel  aparırdı.  Belə  ki,  xristianlığı  qəbul  etməyən 
müsəlman  zadəganlar  torpaqlarını  və  kəndlilərini  itirirdilər.1649-cu  ildə  qəbul  edilmiş  Qanunnaməyə  görə 
xristianlığı  qəbul  etməyən  mülkədarlar  təhkimli  kəndliyə  sahib  ola  bilməzdilər.  Rus  sənayesinin  spesifik 
cəhətlərindən biri manufaktura və zavodlarda təhkimli kəndli əməyindən istifadə olunması idi. 
I  Pyotrun  dövründə  Volqaboyu  və  Ural  türklərinə  qarşı  müstəmləkəçilik  siyasəti  daha  da  sərtləşdirildi.  I 
Pyotrun islahatları nəticəsində Volqaboyu və Ural türklərinin torpaqlarında zavodlar tikilir, yerli əhali bu zavodlara 
təhkim edilir, bu yolla azad türk kəndliləri təhkimli halına salınırdı.  I Pyotra yeni ordu və donanma yaratmaq üçün 
lazım olan vəsaitin xeyli hissəsi Volqaboyu və Ural türklərinin üzərinə düşürdü. 
XVIII  əsrin  əvvəllərində  Volqaboyu  və  Ural  türklərinin  azadlıq  mübarizəsi  yeni 
mərhələyə  daxil  oldu.  Üsyan  edən  xalq  müstəqilliyini  bərpa  etmək  istəyirdi.  Belə 
üsyanlardan birinə tatar Seyid Batır rəhbərlik edirdi. Böyük qüvvə hesabına üsyan yatırılsa 
da  XVIII  əsrin  ortalarında  tatar  və  başqırdların  daha  güclü  üsyanı  baş  verdi.  Üsyanın 
başçısı  Abdulla  Qaliya  (Batirşah)  idi.  Lakin  bu  üsyan  da  Rusiya  imperiyası  tərəfindən 
amansızlıqla yatırıldı. 
 
Sibir türkləri 
Sibir  Ural  dağlarından  Sakit  okeana  qədər  olan  çox  böyük 
ərazini əhatə edir. Yeni dövrün əvvəllərində Sibirdə yaşayan  tayfa 
və  xalqlar  müxtəlif  inkişaf  mərhələlərində  idilər.  Sibir  türklərini 
əsasən aşağıdakı türk mənşəli xalqlar təşkil edirdi: 
 
Yakutlar  -  Lena  çayının  orta  axarı  boyunda  yaşayır, 
maldarlıqla, xüsusən maralçılıqla məşğul olurdular. 
 
Tuvalılar  -  Yenisey  çayının  yuxarı  axarında  yaşayır, 
köçəri maldarlıqla məşğul olurdular. 
 
Xakaslar Şərqi Sibirdə, indiki Krasnoyarsk vilayətində 
yaşayır,  əkinçilik  və  maldarlıqla  məşğul  olurdular. 
XVII  əsrin  ikinci  yarısında  xakaslarda  feodal 
münasibətləri yaranmışdı. 
Sibirə rus məmur və tacirlərini cəlb edən  onun zəngin xəzi 
idi. Xarici bazarlarda xəz yüksək qiymətə  satıldığından məmurlar 
türkləri yasaq vergisini xəzlə verməyə məcbur edirdilər. 
XVIII əsrdə çar Rusiyasının yeritdiyi məqsədyönlü siyasət 
nəticəsində  Rusiyanın  Avropa  hissəsindən  Sibirə  köçən  rusların 
sayı sürətlə  artmağa  başladı.  Bura  köçənlərin içərisində  kəndlilər, 
din  xadimləri  və  müxtəlif  peşə  sahibləri  də  vardı.  Sibirə  sürgün 
olunanların da sayı artmaqda idi. 
XVIII əsrdə Sibirdə ilk sənaye müəssisələri-  metallurgiya, 
gümüşəritmə,  duz  istehsalı  zavodu  işə  salındı.  Sibir  kəndləri  isə 
təhkimli işçi mənbəyinə çevrildi. 
Sibirin Rusiya tərəfindən işğalından sonra yerli türk xalqları 
azadlıqlarını  itirir,  torpaqdan  məhrum  olur  və  xristianlaşdırılırdı. 
Müstəmləkə  zülmünə  məruz  qalan  xalq  isə  üsyan  edirdi.  Belə 
üsyanlardan biri  1731-ci  ildə  baş verdi.  İki il davam edən üsyanı 
yatırmaq üçün hökumət artilleriyadan (toplardan) da istifadə etdi. 
 
 
 
 
 
 
 
Batirşah
 
 
 
 
Volqaboyu və Ural türklərinin yaşadıqları 
ərazilər 
 
 
 
Sibir türklərinin yaşadıqları ərazilər 
 

 
175 
 
Qafqaz xalqları XVII-XVIII əsrlərdə
 
 
Şimali Qafqaz xalqlarının sosial-iqtisadi həyat və siyasi quruluşu 
 XVII  əsrin  əvvəllərində  Şimali  Qafqaz  xalqlarının  sosial-iqtisadi  və  siyasi  vəziyyəti  son  dərəcə  ağır  idi. 
Bunun  əsas  səbəbi  uzunsürən  Osmanlı-Səfəvi  müharibələri  nəticəsində  şəhər  və  kəndlərin  dağılması,  təsərrüfat 
həyatının pozulması idi. Bu dövrdə Şimali Qafqazda  mürəkkəb etnik proseslər baş verirdi. Ölkədəki tayfalar daha 
böyük etnik birliyə çevrilir, xalqlar formalaşırdı.Həmin etnik birliklərdən bəziləri aşağıdakılar idi: 
 
Adıqlar (adıgeylər) - Qafqazın şimal-qərb hissəsində 
yaşayan ən böyük etnik birlik idi. 
 
Çərkəzlər  -  Anapadan  Kuban  çayı  sahillərinə  kimi 
böyük ərazidə - Çərkəzistanda məskunlaşmışdı. 
 
Abazilər - çərkəzlərdən cənub-qərbdə yaşayırdılar. 
 
Qaraçaylar  və  balkarlar  Elbrus  dağı  yaxınlığında 
yaşayırdılar. 
 
Osetinlər  –  Terek  çayının  yuxarı  axarı  boyunda 
yaşayırdılar. 
 
Çeçenlər  və  inquşlar  -  osetinlərdən  şərqdə 
məskunlaşmışdılar. 
 
Kabardinlər (kabardalılar) - Terek çayının orta axarı 
boyunca  yaşayırdılar.  Kabardinlər  iki  böyük 
feodallığa  -  Böyük  Kabardaya  və  Kiçik  Kabardaya 
bölünmüşdülər. 
Şimali  Qafqazın  iqtisadiyyatında  kənd  təsərrüfatı
xüsusilə  əkinçilik  əsas  yer  tuturdu.  Əkinçilikdə  başlıca  olaraq, 
buğda, arpa, çovdar, darı    yulaf    becərilirdi.  Çəltik, pambıq, 
paxla  əkinləri,  bağçılıq  və  bostançılıq,  dağlıq  və  dağətəyi 
zonalarda  maldarlıq,  xüsusən  qoyunçuluq  əsas  yer  tuturdu. 
Kalmık və Noqay torpaqlarında atçılıq müstəqil təsərrüfat sahəsi 
idi.  Sənətkarlığın  dəmirçilik,  misgərlik,  toxuculuq,  xalçaçılıq, 
dulusçuluq, dabbağlıq, zərgərlik və silahqayırma  sahələri  daha 
yaxşı  inkişaf  etmişdi.  O  dövrün  səyyahları  çeçen,  inquş  və 
Dağıstanda çox mahir sənətkarlar çalışdığını qeyd edirlər.  
Silah  ustaları  möhkəm  poladdan  soyuq  və  odlu  silahlar  hazırlayırdılar.  Böyük  Moskva  knyazı  Qafqazdan 
mahir ustaları Həştərxana dəvət etmişdi ki, oradakı sənətkarlara silah və zireh düzəltməyi öyrətsinlər. 
XVII-XVIII əsrlərdə Şimali  Qafqaz  müstəqil və  yarımmüstəqil siyasi qurumlara parçalanmışdı. Bu dövrdə 
Dağıstan  ərazisində  Tarku  şamxallığı,  Qaytaq  usmiliyi,  Tabasaran  maysumluğu,  Avar  və  Qazıqumuq 
xanlıqları var idi. Dağıstan hakimlərindən fərqli olaraq, çeçen və inquşların vahid siyasi birliyi yox idi. Onlar tayfa 
(teyp) prinsipi ilə yaşayır və ağsaqqallar şurası tərəfindən idarə edilirdilər. Kabardada böyük knyaz hakimiyyətinin 
seçkili  olması  çəkişmələrə  və  mərkəzi  hakimiyyətin  zəifləməsinə  gətirib  çıxarırdı.  Bütün  bunlar  Şimali  Qafqazda 
siyasi pərakəndəlik yaradırdı. 
 
Rusiyanın Şimali Qafqazın işğalına başlaması 
Qafqaz  coğrafi  mövqeyinə  görə  qonşularından  ən  çox  Rusiyanı  maraqlandırırdı.  Aşağı  Volqa  boyunda 
möhkəmlənən  Rusiya    Qafqaz  dağları,  Qara  dəniz  və  Xəzər  dənizinə  çıxış  yolu  əldə  etməyə  çalışırdı.  Avropanı 
Mərkəzi Asiya ilə birləşdirən ticarət yolları da bu ərazilərdən keçirdi. 
XVIII əsrin ortalarında Rusiyanın Şimali Qafqazda işğalçılıq planlarını gerçəkləşdirməsinə şərait yarandı. 
Bu dövrdə Rusiyanın Şimali Qafqaza dair işğalçılıq planlarını gerçəkləşdirməyə aşağıdakı amillər şərait yaratdı: 
 
Bölgədəki siyasi dağınıqlıq. 
 
Nadir şah imperiyasının dağılması. 
 
Osmanlı-Rusiya müharibəsində Osmanlı imperiyasının məğlub olması. 
Rusiya XVIII əsrin 60-cı illərində Qızlyardan Azov dənizi sahillərinə kimi uzanan Qafqaz xəttini yaratmağa 
başladı. Xəttin üzərində qalalar və çoxlu müdafiə istehkamları inşa edildi. 1774-cü ildə imzalanan Kiçik Qaynarca 
sülhü Şimali Qafqazın tarixində yeni səhifə açdı. Sülhün şərtlərinə görə Azov sahillərini ələ keçirən Rusiya Şimal-
Qərbi  Qafqazın  içərilərinə  doğru  irəliləmək  üçün  imkan  qazandı.  Kiçik  Qaynarca  sülhündən  dərhal  sonra  çar 
hökuməti Osetiyanın işğalına başladı. 
 
 
Qafqaz  xalqları XVII əsrdə 
 
 
 
Şimali Qafqaz xalqları 
 

 
176 
 
1783-cü ildə Krım xanlığı, Taman yarımadası və Kubanboyu ərazilər Rusiyaya birləşdirildi. XVIII əsrin 
son rübündə Kabarda knyazları, Çeçen-İnquş hakimləri, Tarku şamxalı Rusiyaya sədaqət andı içməli oldular. 
Rusiya  hakim  dairələri  Şimali  Qafqaz  əhalisinin  mütəşəkkil  müqavimətini  qırmaq  üçün  ayrı-ayrı  dağlı 
xalqları arasında, feodallarla kəndlilər arasında 
nifaq salır,  ziddiyyətləri  kəskinləşdirirdi.
  Kabardin, Çərkəz, Noqay 
feodallarını  rus  ordusuna  xidmətə  götürür,  onların  əmlakına  toxunmur  və  bununla  da  yerli  əhali  içərisində  ayrı-
seçkilik yaradılırdı. Çarizmin ümumxalq nifrəti doğuran digər siyasəti yerli əhalinin dini inanclarının tapdalanması 
idi. Ural və Volqaboyunda olduğu kimi, burada da müsəlman əhalinin zorla xristianlaşdırılması prosesi gedirdi.  
 
Rusiyanın müstəmləkə əsarətinə qarşı dağlıların milli-azadlıq hərəkatı 
Rusiyanın  zorakı  müstəmləkəçilik  siyasətinin  ilk  nəticələri  özünü  qısa  müddətdə 
göstərməyə başladı. Rusiyanın Şimali Qafqazı işğal etməsi ilə barışmayan dağlı xalqları - 
noqaylar, adıgeylər, çeçenlər, inquşlar, avarlar Şeyx Mənsurun başçılığı ilə mübarizəyə 
başladılar. Bu mübarizədə müridizmin böyük rolu oldu. 
Müridizm  fəlsəfəsinə  görə  əsl  mürid  hər  bir  işi  Allah  rizası  üçün  etməli  idi. 
Müridizmdə  cihadla  şəhidlik  fəlsəfəsi  bir-birini  tamamlayırdı.  Müridizmin  milli-azadlıq 
hərəkatına çevrilməsində Şeyx Mənsur və onun dini-siyasi mübarizəsi böyük rol oynadı.  
Yüklə 23,89 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin