Anar İsayev Ramil Rəhimov


XVIII  əsrin  20-ci  illərinin  sonunda



Yüklə 23,89 Mb.
Pdf görüntüsü
səhifə24/41
tarix28.07.2020
ölçüsü23,89 Mb.
#32345
1   ...   20   21   22   23   24   25   26   27   ...   41
Anar Isayev Tarix


XVIII  əsrin  20-ci  illərinin  sonunda  Şah  II  Təhmasib  (1722-1732)  əfqanları,  osmanlıları  və  rusları  işğal 
olunmuş  Azərbaycan  torpaqlaından  qovmaq  üçün  mübarizəyə  başladı.  Səfəvi  dövlətinin  belə  çətin  zamanında 
ordunun baş komandanı, Nadir xan Əfşar mühüm rol oynadı. 
 
 
 
 
Volqa-Xəzər ticarət yolu
 
 

 
155 
 
Nadir  xan  Əfşar  əvvəlcə  əfqanlara  qarşı  müharibədə  qalib  gələrək  onları  olkədən  qovdu.  Daha  sonra 
Osmanlı  dövlətinə  qarşı  hərbi  əməliyyatlara  başlayan  Nadir  xan  Təbriz  və  Ərdəbil  şəhərlərini  Osmanlı 
qoşunlarından azad etdi.  Nadir xanın uğurlarından narahat  olan  II Təhmasib öz nüfuzunu qaldırmaq üçün  1731-ci 
ildə  osmanlılar  üzərinə  özü  hücuma  keçdi.  Lakin  şah,  İrəvan  yaxınlığında  döyüşdə    osmanlılara  məğlub  oldu.  II 
Təhmasibin  Osmanlı  dövləti  ilə  sülh  bağlaması  və  yenidən  Səfəvi  torpaqlarının  itirilməsi  onun  Nadir  xan 
tərəfindən  1732-ci  ildə  hakimiyyətdən  kənarlaşdırılması  və  azyaşlı  oğlu  III  Abbasın  şah  elan  olunması  ilə 
nəticələndi. Bu hadisədən sonra Səfəvilər dövlətində real hakimiyyət III Abbasın qəyyumu kimi Nadir xanın əlinə 
keçdi. 1733-cü ildə Nadir xan osmanlılarla sülh bağlandı. Sülhün şərtlərinə görə Osmanlılar işğal etdiyi Azərbaycan 
torpaqlarını geri qaytardı. İki il sonra isə ruslar Azərbaycandan tamamilə çıxarıldı. Beləliklə, Səfəvi dövlətinin tarixi 
sərhədləri Nadir xan tərəfindən bərpa olundu.  
 
 
 
 
 
 
 
Nadir Şah Əfşar İmperiyası (1736-1747) 
 
Muğan qurultayı 
Yadellilərin ölkədən qovulmasından sonra  Nadir xanın xalq arasında nüfuzu 
daha  da  artdı.  Bundan  istifadə  edən  Nadir  xan  1736-cı  ildə  Muğan  qurultayını 
çağırdı.  Qurultayda  Nadir  xan  dövlət  başçısı  - şah  seçildi.  Bununla  da  Səfəvilər 
sülaləsinin hakimiyyətinə son qoyuldu. Beləliklə, 1736-cı ilin martında Nadir xan 
Əfşar Azərbaycan Əfşarlar imperiyasını yaratdı. Nadir şahın hakimiyyəti dövründə: 
 
Ölkədə ara müharibələri kəsildi. 
 
İri feodalların müqaviməti qırıldı və mərkəzi hakimiyyətə tabe edildi. 
 
Mərkəzi hakimiyyəti möhkəmləndirmək məqsədilə islahatlar keçirildi. 
 
Dində sünni-şiə parçalanmasını ləğv etmək üçün tədbirlər görüldü

 
Nadir şahın həri yürüşlərə başlaması 
Nadir şah  1736-1747) dövlətin sərhədlərini genişləndirmək, hərbi yürüşlər 
hesabına  xəzinəni  doldurmaq  məqsədilə  1737-ci  ildə  Əfqanıstana  yürüş  etdi. 
Yürüş nəticəsində  Qəndəhar  və Kabul ələ keçirildi. Bunun ardınca Böyük Moğol 
imperatoru Məhəmməd şahı əfqanlara sığınacaq verməkdə günahlandıran Nadir şah 
Hindistana yürüşə hazırlaşdı. 1738-ci ildə Nadir şah 100 minlik ordu ilə Hindistana 
yürüşə başladı. Nadir şah 1739-cu ildə Lahordan Şahcahanabad istiqamətində  
yürüşə  başladı.Moğol  imperatoru  Məhəmməd  şah  böyük  ordu  ilə  Karnal  düzündə  Nadir  şahı  qarşıladı.  Karnal 
döyüşü  nəticəsində Moğol qoşunları ağır məğlubiyyətə uğradıldı. Döyüşdən sonra Moğol hökmdarı Məhəmməd şah 
şəxsən özü Nadir şahın hüzuruna gələrək sülh bağlamağı təklif etdi. Sülhün şərtlərinə görə Hind çayından qərbdəki 
ərazilər Nadir şahın imperiyasına qatıldı. Moğol hökmdarının Dehlidəki xəzinəsi, ordugahdakı ərzaq və sursat, top 
və fillər də Nadir şaha təhvil verildi. Novruz bayramı ərəfəsində Nadir şah top atəşləri ilə Dehliyə daxil oldu. Burda 
onun adına məscidlərdə xütbə oxundu. Elə həmin gün Moğol hökmdarının sarayında ziyafət təşkil olundu.  
Osmanlılar işğal etdiyi Azərbaycan torpaqlarından tamamilə çıxarıldı, Səfəvi 
imperiyasının keçmiş qüdrəti bərpa edildi. 
 Osmanlı dövləti ilə Qəsri-Şirin sülhü imzalandı, Volqa-Xəzər ticarət yolu 
canlandı. 
İqtisadi böhran baş verdi, xəzinənin gəlirləri azaldı, feodal zülmü əleyhinə 
üsyanlar baş verdi, vergilər artırıldı, İsfahan əfqanlar tərəfindən tutuldu. 
Sultan Hüseyn (1694-1722) 
Şah Səfi (1629-1642) 
Şah I Abbas (1587-1629) 
Şah II Təhmasib (1722-1732) 
Səfəvilər dövlətinin ərazisi Osmanlı və Rusiya arasında mübarizə meydanına 
çevrildi, ölkə onlar arsında bölüşdürüldü. 
 
 
1736-cı il, Muğan qurultayı 
 

 
156 
 
Təmtəraqlı qəbulun ardınca Məhəmməd şahın xəzinəsinin açarları Nadir 
şaha  təqdim  olundu.  Moğol  imperatorunun  daş-qaşla  bəzədilmiş  qızıl  taxtı  və 
dünyanın ən məşhur brilyantı «Kuhi-nur» da Nadirə hədiyyə edildi.  
Beləliklə,  Əfşar    imperiyasının  sərhədləri  şərqdə  Hind  çayına  kimi 
genişləndi. 
1740-cı  ildə  Nadir  şah  Türküstana  yürüşə  başladı.  Yürüşə  səbəb  Xivə 
xanının  Nadir  şahın  tələblərinə  məhəl  qoymaması  idi.  Xivə  xanı  dəfələrlə 
Xorasana  yürüşlər  etmişdi.  Nadir  şah  Xorasana  növbəti  müdaxilələrin  qarşısını 
birdəfəlik  almaq  istəyirdi.  Şiddətli  müqavimət  göstərməsinə  baxmayaraq,  Xivə 
xanı  məğlub  olaraq  Nadir  şahın  hakimiyyətini  qəbul  etdi.  Bu  yürüşdən  sonra 
Buxara xanı Əbülfəzl xan özünü Nadirin vassalı elan etdi. 
1740-cı  ilin  sonlarında  Nadir    şah  Mərvdən  keçməklə  anadan  olduğu  
Kəlata  gələrək  buranı  abadlaşdırdı,  yeni  bağlar  saldırdı,  su  ehtiyatlarını  artırdı. 
Özü  üçün  məqbərə  tikilməsinə  göstəriş  verdi.  Məqbərənin  tikintisi  üçün 
Marağadan qara mərmər gətirildi. 
1743-1746-cı  illərdə  Nadir  şah  Osmanlı  imperiyası  ilə  apardığı 
müharibədə bir sıra yeni uğurlar qazandı.  
Böyük  Azərbaycan  sərkərdəsi  Nadir  şah  Əfşar  sərkərdəlik  istedadı  ilə 
dünya  fatehləri  arasında  özünəməxsus  yer  tutur.  Təsadüfi  deyildir  ki,  hərbi 
uğurlarına və böyük strateq olduğuna görə onu Şərqin İsgəndəri və Napoleonu 
adlandırmışlar. 
 
Əfşarlar imperiyasının
 
süqutu
 
Nadir  şahın  apardığı  qanlı  müharibələr  ölkə  iqtisadiyyatına  ağır  zərbə  vurdu.  Müharibənin  bütün  xərcləri 
əhalidən yığılan vergilər hesabına təmin olunurdu. Odur ki, gündən-günə artırılan vergilər ölkədə narazı qüvvələrin 
üsyanına  səbəb  oldu.  Böyük  imperiyanı  çökməyə  qoymamağa  çalışan  Nadir  şahın  sərt  cəzaları  da  üsyanlar 
dalğasının genişlənməsinə təkan verdi. 
1747-ci ildə Nadir şah saray qruplarının sui-qəsdi nəticəsində öldürüldü. Ölkədə ara müharibələri və mərkəzi 
hakimiyyət uğrunda mübarizə kəskinləşdi. 
 
 
 
                «Kuhi-nur» 
 
 
Qacarlar imperiyası 
 
İranda və Aəzrbaycanda  mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda  mübarizə 
Nadir  şahın  öldürülməsindən  sonra  İranda  və  Aəzrbaycanda  mərkəzi  hakimiyyəti  ələ  keçirmək  uğrunda 
kəskin mübarizə başladı. Bu mübarizə Azərbaycan-türksoylu Qacarlar, Əfşarlar və farsmənşəli Zəndlər arasında 
gedirdi. Qacarlar hələ Nadir şahın dövründə Məhəmməd Həsən xanın başçılığı altında üsyan qaldıraraq Astrabad 
və Mazandaranı ələ keçirmişdilər. Lakin onlar az sonra məğlub olmuş, Məhəmməd Həsən xan isə Türkmənistana 
sığınmışdı.    Nadir  şahın  öldürülməsindən  sonra  Məhəmməd  Həsən  xan  Astrabadı,  Mazandaranı    Gilanı  öz 
hakimiyyəti  altına  aldı.  Mərkəzi  İranda  isə  farsmənşəli  Zəndlər  Kərim  xanın  başçılığı  ilə  hakimiyyət  uğrunda 
mübarizəyə qoşuldular. Mərkəzi və Qərbi İran Kərim xan Zəndin hakimiyyəti altına keçdi. 
Məhəmməd  Həsən xan Kərim xanı məğlub edərək onu Mərkəzi İrana çəkilməyə vadar etdi. Lakin 1759-cu 
ildə Məhəmməd Həsən xan Qacar Sarı şəhəri yaxınlığında öldürüldü. 
1763-cü ildə uzunmüddətli mübarizədən sonra Kərim xan Zənd Azərbaycanın cənubunda Urmiya xanı Fətəli 
xan  Əfşarı  məğlub  edərək  Təbrizi,  Marağanı  və  bir  sıra  Azərbaycan  bölgələrini  özünə  tabe  etdi.  Kərim  xan 
Qacarlarla  Əfşarlar  arasındakı  ixtilaflardan  istifadə  edərək  İranda  faktiki  olaraq  qeyri-məhdud  hakimiyyəti  ələ 
 
Kuhi-Nur 105  karat  ağırlığında  olan  Dünyanın  ən  böyük  almazıdır.  Almaz 
müxtəlif  zamanlarda  Hindistan,  İran,  Əfqan,  Sinq  hökmdarları,  sonralar  isə 
Hindistanı  ələ  keçirən    ingilislər  tərəfindən  ələ  keçirilmişdi.  1850-ci  ildə 
İngiltərənin Ost-Hind şirkəti tərəfindən Duleep Sinqdə ələ keçirilmiş almaz Kraliça 
Viktoriyaya bağışlanmışdı.   Almaz  hal-hazırda  Britaniya  tacının  bir  hissəsini 
bəzəyir. 
 
 
 
 
 
 
1739-cu  il, Karnal döyüşü.  
 
 
 
 
Məhəmməd şah Nadirin 
hüzurunda
 

 
157 
 
keçirdi.  Buna  baxmayaraq,  guya,  şah  tituluna  iddia  etmir,  Azərbaycan  türklərini  narazı  salmamaq  üçün  dövləti 
Səfəvilərin adından idarə edirdi. Kərim xan Zəndin hakimiyyəti üçün ən böyük təhlükə Qacarlar idi. 
 
Azərbaycan və İranda mərkəzi hakimiyyət uğrunda mübarizə aparan qüvvələ

 
 
Qacarlar dövlətinin yaranması 
Kərim xan Zəndin ölümündən sonra  (1779) hakimiyyət uğrunda mübarizə daha 
da  kəskinləşdi.    Astrabadda  Məhəmməd  Həsən  xanın  ailəsində  doğulan  Ağa 
Məhəmməd  Qacarların  başçısı  olandan  sonra  Qacarlar  daha  da  gücləndilər.  Ağa 
Məhəmməd  xan  Qacar  Mazandaran,  Astrabad,  Gilan,  Tehran,  Qum,  Kaşan  və 
İsfahanı  öz  hakimiyyəti  altına  aldı.  Tehranı  öz  iqamətgahına,  sonralar  isə  dövlətinin 
paytaxtına çevirdi. 
1785-ci ilin sonunda Ağa Məhəmməd xan Qacar Zəndlər üzərində qələbə çaldı. 
Bundan sonra  Azərbaycanın cənubunda  və    Mərkəzi İranda  bir sıra müstəqil xanlıqlar 
Qacarların hakimiyyətini qəbul etdilər. 
1794-cü  ildə,  demək  olar  ki,  keçmiş  Əfşar  imperatorluğunun  bütün  ərazisinin 
Ağa Məhəmməd xan Qacarın hakimiyyəti altında birləşməsi başa çatdı. Azərbaycand -
türk  soyundan  olan  Qacarlar  sülaləsi  hakimiyyətə  gəldi.  Ağa  Məhəmməd  xan  Qacar 
keçmiş  Səfəvi  və  Əfşar  imperiyalarının  tarixi  sərhədlərini  tamamilə  bərpa  etmək 
istəyirdi. 
Bunun  üçün  1795-ci  ilin  yazında  Qafqaza  hərbi  yürüşə  başladı.  İrəvanı  ələ  keçirdikdən  sonra  Şuşanın 
üzərinə  yeridi.  Şuşa  mühasirəyə  alındı.  Şuşa  qalasının  33  günlük  mühasirəsi  bir  nəticə  vermədi.  Odur  ki  Qacar 
Tiflis üzərinə hücum etdi və şəhəri ələ keçirdi. 
Ağa  Məhəmməd  xan  Qacar  1796-cı  ildə  tacqoyma  mərasimi  keçirərək  özünü  şah  elan  etməsi  ilə  İranda 
Qacarların hakimiyyəti dövrü (1796-1925) başladı. 
1797-ci  ildə  Ağa  Məhəmməd  şah  Qacar  ikinci  dəfə  Cənubi  Qafqaza  yürüş  etdi.  Qacarın    bu  yürüşdə 
məqsədi Rusiyanın keçmiş Səfəvi və Əfşar imperiyalarının tarixi ərazilərinə yiyələnməsinə mane olmaq idi. Bu 
yürüş  zamanı  Şuşa  ələ  keçirildi.  Lakin  Şuşada  sui-qəsd  nəticəsində  öldürülən  Ağa  Məhəmməd  şah  Şimali 
Azərbaycan torpaqlarını öz dövlətinin tərkibinə qata bilmədi. Ağa Məhəmməd şah Qacarın vəfatından sonra  taxta 
onun qardaşı oğlu Fətəli şah Qacar 
(1797-1834)
 çıxdı. 
 
Qacarlar dövləti Avropa dövlətlərinin işğalçılıq planlarında 
Ağa  Məhəmməd  şah  Qacarın  öldürülməsindən  sonra  İngiltərə,  Fransa  və  Rusiyanın  Asiyada  yeni 
müstəmləkələr  uğrunda  rəqabəti  daha  da  gücləndi.  1800-cü  ildə  kapitan  Malkolmun  başçılıq  etdiyi  İngiltərə  
nümayəndə  heyəti  İrana  gəldi.  Fətəli  şahla  ingilislər  arasında  siyasi  və  ticarət  müqaviləsi  imzalandı.  Müqaviləyə 
əsasən  İngiltərə Qacarlar dövlətində gömrüksüz ticarət və limanlardan sərbəst istifadə etmək hüququ qazandı. 
Bağlanmış müqavilə Qacarlar dövlətinin İngiltərədən asılılığının əsasını qoydu
 
   
 
       
  
   
     Fətəli şah. İngiltərənin nümayəndə heyəti Qacarlar sarayında (1800-cü il) 
 
 
Fətəli xan  
Əfşar 
Kazım xan  
Zənd 
Məhəmməd 
Həsən xan Qacar 
 
Ağa Məhəmməd şah Qacar
 
 

 
158 
 
Böyük Moğol imperiyasının parçalanması 
 
Hindistanda ictimai, siyasi və iqtisadi vəziyyəti 
XVII  əsrin  əvvəllərində 
Hindistanda  ictimai  və  iqtisadi  vəziyyət
 
aşağıdakı kimi idi: 
 
Ölkəni  idarə  edən  türk  mənşəli  Böyük  Moğol  imperiyasında 
çoxlu iri və xırda feodal knyazlıqlar yaranmışdı. 
 
Hələ  də  qalmaqda  davam  edən  kasta  quruluşu  cəmiyyətin 
inkişafına mane olurdu. 
 
Daxili  ticarət  canlanır,  ayrı-ayrı  vilayətlər  məhsul  istehsalına 
görə ixtisaslaşırdı.  
 
Əhali həm əkinçilikdə, həm də sənətin müxtəlif sahələrində xeyli 
uğurlar qazanmışdılar. 
 
Şəhərlər sənətkarlıq və ticarət mərkəzlərinə çevrilirdi. 
Mülki və hərbi hakimiyyətdə yüksək vəzifələrin hamısı  müsəlman-
türk  əyanlarının  əlində  cəmlənmişdi.  Feodallar  sinfinin  hakim  təbəqəsini 
cagirdarlar  təşkil  edirdi.  Feodal  nərdivanında  sonrakı  yerdə  zəmindarlar 
dururdu.  Torpaqlar  iri  feodalların  mülkiyyətində  idi.  Torpaqdan  istifadə 
müqabilində kəndlilər vergini natura şəklində, məhsulla ödəyirdilər. 
Həmin  dövrdə  hind  tacirləri  karvan  yolları  vasitəsilə  Əfqanıstan,  Mərkəzi  Asiya,  İran,  Azərbaycan   
Həştərxanla  geniş  ticarət  əlaqələri  yaratmışdılar.  Lakin  bu  dövrdə  Hindistanda  aşağıdakı  amillər    sosial-iqtisadi 
inkişafı ləngidir, müstəmləkəçilərin Hindistan uğranda mübarizəsini asanlaşdırırdı: 
 
Ölkədə baş verən siyasi pərakəndəlik
 
Knyazlıqlar arasında ara müharibələrinin davam etməsi. 
 
Hindistanda müstəqil dövlətlərin yaranması 
XVIII əsrin birinci yarısında Moğol dövləti tənəzzül dövrünü yaşayır və süqutu yaxınlaşırdı.  Böyük Moğol 
dövlətini iqtisadi tənəzzülə  və siyasi parçalanmaya gətirib çıxardan amillər əsasən aşağıdakılar idi:
 
 
Feodal istismarının güclənməsi  nəticəsində kəndlilərin  var-yoxdan çıxması. 
 
Daxili çəkişmələr və kəndlilərin aramsız çıxışları. 
Maharaştra  əyalətində  yaşayan 
maratxların  üsyanı  mərkəzi  hakimiyyəti  xeyli 
sarsıtdı. Hindistanda kəndlilərinin çıxışları 1674-cü  ildə Maratx  dövlətinin  yaradılması  
ilə  nəticələndi.    Moğol  imperatoru  Sultan  Övrəngzəb  (1658-1707)  bütün  qüvvələrini 
maratxlara qarşı yönəltsə də 
maratxların müqavimətini qıra bilmədi.  
XVIII  əsrin  birinci  yarısında  imperatorluğun  daxilində  separatçılıq  meyilləri 
gücləndi. Ayrı-ayrı canişinlər müstəqil hakimlərə çevrildilər. Benqaliya  Heydərabad 
dövlətləri  yarandı.  Az  sonra  Aud  knyazlığı  Moğol  dövlətindən  ayrıldı.    Moğol 
imperiyasının zəifləməsindən istifadə edən Nadir şah Əfşar 1739-cu ildə Pəncabda Moğol 
ordularına qalib gələrək Dehliyə daxil oldu. 
 
Xarici təcavüzün güclənməsi 
Böyük  Moğol  imperiyasının  hakimiyyəti  altında  olan  Hindistan  qədim  dövrlərdən  öz  zəngin  sərvəti  ilə 
Avropa  ölkələrinin  diqqətini  cəlb  edirdi.  Avropa  dövlətləri  Hindistanın  sərvətlərinə  sahib  olmağa  can  atırdılar. 
Xarici  dövlətlərin  maraqları  Moğol  imperiyasının  parçalanmasını  sürətləndirdi.  Bu  baxımdan  ingilislər  daha  fəal 
idilər. Bu dövrdə  Avropa dövlətlərinin Hindistana təcavüzü gücləndi.  Holland, ingilis və fransız ticarət  şirkətləri 
Hindistandan ucuz alınan məhsulları Avropada dəfələrlə baha qiymətə sataraq böyük gəlir əldə edirdilər. XVII əsrin 
əvvəllərində ingilislər moğollardan Suratda ticarət məntəqəsi yaratmağa icazə aldılar.  
Həmin  əsrin  sonlarında  Hindistan  uğranda  mübarizəyə  Fransa  da  qoşuldu  və 
Benqaliyada ilk istehkam - məntəqə yaratdı. 
Nadir  şah  imperiyası  dağıldıqdan  sonra  Əhməd  şah  Dürraninin  başçılığı  altında  
müstəqil Əfqan dövləti yarandı. Əfqanlar Şimali Hindistanı - Pəncabı, Kəşmiri, Dehli  
Hind çayı arasındakı əraziləri ələ keçirdilər. Əfqan qoşunlarına qarşı duran başlıca qüvvə 
maratxlar idi. Lakin 1761-ci ildə Panipat döyüşündə maratxlar əfqanlara məğlub oldular. 
Beləliklə,  maratxların  Hindistandakı  hökmranlığına  son  qoyuldu. 
Panipat  döyüşü  Böyük 
Moğol imperiyasının dağılmasının başlanğıcı oldu.  
 
Sultan Övrəngzəb
 
 
 
Əhməd şah Dürrani
 
 
 

 
159 
 
Cəmiyyətin müxtəlif sosial qrupları arasındakı ziddiyyətlər, feodal ara müharibələri ölkənin 
qüdrətini sarsıtdı. Yeni xarici təcavüz üçün şərait yarandı. İngilislər və fransızlar Hindistana 
yiyələnmək uğrunda mübarizəyə başladılar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Hindistanın İngiltərə tərəfindən işğalının başlanması (1757) 
XVIII  əsrin  ortalarında  fransızlar  və  ingilislər  Hindistanı  zəiflətmək  və  öz  mövqelərini  gücləndirmək 
məqsədilə daxili feodal müharibələrini qızışdırırdı. 
Fransaya məxsus Ost-Hind kompaniyası Hindistan ərazilərinin 
işğalına  daha  tez  başlamışdı.  Hindistandakı  fransız  mülklərinin  general-qubernatoru  burada  öz  mövqeyini 
möhkəmləndirmək  məqsədilə  hindli  əsgərlərdən  ibarət  sipahilər  adlanan  muzdlu  dəstələr  yaratdı.  Fransızlardan 
sonra ingilislərdə sipahi dəstələri yaradaraq onlara Avropa qaydasında hərbi təlim verməyə başladılar. 
İngiltərənin  Hindistanda    əsas  rəqibi    Fransa    idi.  XVIII  əsrin  ortalarında  ingilislərlə  fransızlar  arasında 
Hindistanda  ağalıq  uğrunda  mübarizə  sənaye  və  hərbi  cəhətdən  üstün  olan  ingiltərənin  üstünlüyü  ilə  gedirdi. 
İngilislər Hindistanın istilasına onun ən zəngin və iqtisadi cəhətdən inişaf etmiş vilayətlərindən olan   Benqaliyadan  
başladılar. 
1757-ci  ildə  Plessi  döyüşündə  ingilislər  fransızların  kömək  etdikləri  moğolları  məğlub  edərək 
Benqaliyada  möhkəmləndilər.  Bundan  sonra  ingilislər  Şimali  Orissanı  və  Audu  vassal  asılılığına  salaraq 
Hindistanda həlledici qüvvəyə çevrildilər. İngiltərə işğaldan sonra 
Hindistanın idarə olunmasını Ost-Hind şirkətinə 
tapşırıldı

 
 
 
1757-ci il, Plessi döyüşü.  Döyüşdə ingilislərin qənimət kimi ələ keçirdiyi top 
 
 
 
İngilis  Ost-Hind  şirkəti  –  1600-cü  ildə  ingilis  tacirləri  tərəfindən    Şərqi  Hind 
adalarında  ticarət  məqsədilə  yaradılmışdı.    Sonralar  şirkət  Asiyada  böyük  bir  
ticarət  monopoliyası  ələ  keçirdi.  İngiltərə  sonralar  Ost-Hind  şirkətindən  bir 
vasitə kimi istifadə edərək  Hindistanın böyük bir hissəsini öz hakimiyyəti altına 
aldı.    1833-cü  ildə  İngiltərə  hökuməti    Hindistanda  Ost-Hind  şirkətinin  ticarət 
hüququnu ləğv etdi. Daha sonra isə qanunla şirkət ləğv edildi. 
 
Maratx  dövləti  1674-1820-ci  illərdə  Hindistan  ərazisində  mövcud  olmuşdur.  XVII  əsrdə  maratxlar 
Moğol  imperiyası  ilə  qalibiyyətli  müharibə  aparmış  və  Hindistanın  böyük  bir  hissəsinə  hakim 
olmuşdular.  1761-ci ildə Panipat döyüşündə maratxlar Əhməd şah Dürraninin başçılıq etdiyi  əfqan 
qoşunlarına məğlub oldular. Panipat məğlubiyyətindən sonra Maratx dövləti əvvəlki qüdrətini bərpa 
edə  bilmədi.  Beləliklə,  onların  Hindistandakı  hökmranlığına  son  qoyuldu.  Bundan  istifadə  edən 
ingilislər Hindistanın bir hissəsini ələ keçirdilər.  
 
 
İngilislərlə maratxlar arasında döyüş . Panipat döyüşü, 1761-ci il  
 

 
160 
 
 
 
 
 
Hindistanda Ost-Hind şirkətinin qəsbkarlıq siyasəti 
XVIII əsrin ikinci yarısında Ost-Hind şirkəti Hindistanda  müstəmləkə zülmünü  gücləndirərək  milli dövlət 
quruculuğuna əngəl törədiri. 
1774-cü ildə İngiltərə parlamenti işğal olunmuş Hindistan torpaqlarının idarə olunması 
haqqında  ilk  qanun  qəbul  etdi.  Qanuna  görə  baş  verən  çıxışlar  qətiyyətlə  yatırılmalı,  vergilər  vaxtında  və 
müntəzəm toplanılmalı, ölkənin işğalı başa çatdırılmalı idi
Panipat məğlubiyyətindən sonra Maratx dövləti əvvəlki 
qüdrətini  bərpa  edə  bilmədi.  Hindistanın  cənubunda  isə  ən  qüdrətli  dövlət  olan  Maysor  dövləti  isə 
ingilislərin 
Hindistanı işğal etməsində ciddi maneə törədirdi. Ona görə də İngiltərə istilaçıları Maysoru müharibəyə cəlb etdilər. 
1767-1799-cu illərdə dörd İngiltərə-Maysor müharibəsi oldu. Müharibə nəticəsində: 
 
İngilislər güclü artilleriyası sayəsində qələbə qazandı. 
 
Maysor dövləti istiqlaliyyətini itirdi. 
Maysor  dövləti  istiqlaliyyətini  itirdikdən  sonra  onun  ərazisi  Ost-Hind  şirkəti  və  onun  müttəfiqi  olan  yerli 
hind  knyazları  arasında  bölüşdürüldü.
  XVIII  əsrin  ikinci  yarısında  müstəmləkə  müharibələri  nəticəsində  
Hindistanın  varlı  vilayətləri  və  bütün  cənub  hissəsi  İngiltərənin  müstəmləkəsinə  çevrildi.  Bununla 
Hindistanın İngiltərə tərəfindən tamamilə müstəmləkəyə çevrilməsi prosesi başa çatdı.
 
 
 
Çin 
 
Çində Tsin (Mancur) sülaləsini hakimiyyətə gəlməsi 
Çində  yaranan  gərgin  vəziyyət  kəndli  üsyanlarının 
başlanmasına səbəb oldu. 1626-cı ildə başlayan kəndli üsyanı, 
demək olar ki, 20 il davam etdi. 1644-cü ildə üsyançılar Pekin 
Yüklə 23,89 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin