Anar İsayev Ramil Rəhimov


Avropada reformasiyanın nəticələri



Yüklə 23,89 Mb.
Pdf görüntüsü
səhifə22/41
tarix28.07.2020
ölçüsü23,89 Mb.
#32345
1   ...   18   19   20   21   22   23   24   25   ...   41
Anar Isayev Tarix


Avropada reformasiyanın nəticələri 
 
 Reformasiyanın qalib gəldiyi ölkələr
 
Niderland 
Fransa 
İsveçrə 
Fransada protestant qırğını törətdi 
 
 
 
 
 
 
 
 
İsa cəmiyyəti və Yezutilər ordenini yaratdı 
 
 
 
 
 
 
 
 
 
Əlehrarlarına qarşı kütləvi qırğınlar həyata keçirdi 
 
 
 
 
 
 
 
Papaya qarşı çıxanlar terrora məruz qaldı 
 
 
 
 
 
 
 
 
Roma papasının Reformasiyaya qarşı həyata keçirdiyi tədbirlər 
 

 
141 
 
 
Hollandiya Burjua inqilabı 
 
XVI  əsrin  əvvəllərində  Hollandiyanın  sosial, 
iqtisadi və siyasi vəziyyəti 
XVI  əsrin  əvvəllərində  Hollandiyanın  sosial,  iqtisadi  və 
siyasi vəziyyəti aşağıdakı kimi idi: 
 
Şəhər və kəndlərdə manufakturalar meydana gəldi. 
 
Kənd təsərrüfatında kapitalist istehsalı yarandı. 
 
Balıqçılıq və dənizçilik inkişaf etməkdə idi. 
 
Şimal  dənizi  vasitəsilə  İngiltərə    Skandinaviya 
ölkələri ilə əlaqə saxlayırdı. 
 
Böyük  coğrafi  kəşflər  nəticəsində  dəniz  ticarəti 
genişlənmişdi. 
 
Böyük  coğrafi  kəşflərdən  sonra  Antverpen  Avropada 
dünya ticarətinin birinci mərkəzi olmuşdu. 
 
İspaniya  kralı  Niderland  tacirlərinə  Amerikadakı 
müstəmləkələri ilə ticarət etməyi qadağan etmişdi. 
 
İspaniyanın müstəmləkəsi olaraq qalırdı. 
 
Ölkənin  cənub-şərq  torpaqlarında  feodal  qaydaları 
başqa yerlərə nisbətən güclü idi. 
 
İspan  zülümünə  və  katolik  kilsəsinə  qarşı  çıxışlar  baş 
verirdi. 
 
 
 
 
Siyasi vəziyyəti 
Sosial və  iqtisadi vəziyyəti 
 
  İspaniyanın müstəmləkəsi idi. 
  İspaniya  kralının  canişin  və  onun  yanında  yaradılan 
gizli şura tərəfindən idarə olunurdu. 
  İspan və katolik kilsəsinə qarşı çıxışlar baş verdi. 
  İspaniya kralı II Filipp inkvizisyaı tətbiq etdi. 
 
 Şəhər və kəndlərdə manufakturalar meydana gəldi. 
 Təsərrüfatında kapitalist istehsalı yarandı. 
 Antverpen şəhəri dünya ticarətinin mərkəzi oldu. 
 İspaniya  kralı  holland  tacirlərinə  Amerikadakı 
müstəmləkələri ilə ticarət etməyi qadağan etmişdi. 
 
 
Niderlandda ispan zülmü 
XVI əsrin ortalarında İspaniya dünyada ən geniş müstəmləkəsi olan ölkə idi. Niderland isə feodal İspaniyasının 
ən zəngin müstəmləkəsi hesab edilirdi. Bu zaman Niderlandda  protestantlıq dini yayılmağa başladı. İspan ağalığına qarşı 
etiraz katolik kilsəsi əleyhinə çıxışlarla qüvvətləndi və Niderlandda inqilab baş verdi. 
Niderlandda ispan zülmü aşağıdakı formalarda təzahür edirdi: 
 
Niderland əhalisi üzərinə çox ağır vergilər qoyulmuşdu.  
 
Tacirlərə İspaniyanın Amerikadakı müstəmləkələri ilə ticarət qadağan edilmişdi 
 
İspaniyanın İngiltərə ilə düşmənçiliyi ucbatından manufaktura sahibləri zərər çəkirdi.  
XVI  əsrdə  Niderlandı  İspaniya  kralının  canişin  və  onun  yanında  yaradılan  gizli  şura  idarə  edirdi.  Əslində  bütün 
hakimiyyət gizli şuranın əlində idi. 
Niderlandda ispan zülmünə qarşı qəzəb getdikcə artırdı. Xüsusilə katolik kilsəsi kəskin 
narazılıq doğururdu. Əhali arasında kalvinçiliyə meyil güclənirdi. 
Bu dövrdə İspaniya kralı II Filip Niderlandda aşağıdakı 
tədbirləri həyata keçirdi: 
 
Niderlandda 
protestantlara qarşı 
inkvizisya (kilsə  məhkəmələri) tətbiq etdi. Özlərini katolik  hesab etməyənləri 
və ya kilsəyə getməyənləri tutaraq inkvizisiya məhkəmələrinə verdi.
  
 
Kütləvi təqiblər, edamlar, tonqalda yandırma cəzaları həyata keçirdi. 
Antverpen dünya ticarətinin mərkəzinə çevirildi 
 
 
 
Dəniz  ticarəti genişləndi və inkişaf etdi 
 
 
Böyük coğrafi kəşflərin Hollandiya üçün nəticələri 
 
 
 

 
142 
 
 
Niderland burjua inqilabının başlanması 
1566-cı ildə Niderlandda xalq hərəkatı  başladı. 
1579-cu ildən xalq hərəkat inqilaba çevrildi. 
Bu elə bir inqilab idi 
ki, feodalizm quruluşunu kapitalizm quruluşu ilə əvəz edəcəkdir. Niderland burjua inqilabının əsas səbəbi katolik kilsəsi və 
ispan zülmü idi. 
İspaniya kralı II Filippin Niderland inqilabına qarşı mübarizə aparmaq üçün sərt və rəhimsiz hersoq Albanı seçmə 
qoşunla buraya göndərdi. Hersoq Alba Niderlanda gələn kimi Niderland inqilabına qarşı aşağıdakı tədbirləri həyata keçirdi: 
 
Fövqaladə məhkəmə olan “qiyam işlərinə baxan şura” (“qanlı şura” ) yaratdı. 
 
Yerli zadəganları qorxutmaq üçün ən varlı və adlı-sanlılarını cəzalandırdı
Niderland  burjua  inqilabı  zamanı  inqilabçıların  əsas  qüvvəsini  meşə  gözləri  və  dəniz  gözləri  təşkil  edirdi.  Meşə 
gözlərinin tərkibi kəndlilər, sənətkarlar  fəhlələrdən ibarət idi. Onlar meşələrə çəkilərək ispanlara qarşı partizan dəstələri 
yaratmışdılar. Dəniz gözlərinin tərkibinə isə dənizçilər  balıqçılar daxil idi. 
 
1572-ci il üsyanı 
Niderland  burjua  inqilabı  zamanı  ispan  və  katolik  zülümündən  xaricə  qaçan  niderlandlılar  da  xalqa  kömək 
göstərirdilər.  Onların  yardımı  nəticəsində  dəniz  gözləri  xeyli  qüvvətləndi  və  1572-ci  ildə  Brill  limanını  tutdular.  Dəniz 
gözləri tərəfindən Brill limanının tutulması Hollandiyanın şimalında üsyanın başlanması üçün işarə oldu. Brill limanı 
şimaldakı üsyanın dayağına çevrildi. 1572-ci il  üsyanından sonra üsyançılar: 
 
Kilsəyə onda bir vergisi verməyi dayandırdılar.
 
 
Feodal mükəlləfiyyətlərini yerinə yetirməkdən boyun qaçırdılar.
 
 
 Kilsə və monastırlara məxsus torpaqları  tutmağa başladılar. 
 
İspan kralının tərəfini saxlayan zadəganların mülklərini dağıtdılar. 
 
Niderlandın şimalında inqilabın qalib gəlməsi 
Niderlandda  inqilaba  burjuaziya  başçılıq  edirdi.  Niderlandın  şimalında  hakimiyyəti 
ələ  keçirən  burjuaziya  şimal  əyalətlərinə  Oranlı  Vilhelmi  hakim  təyin  etdi.  Vilhelm 
zadəgan  olsa  da  Niderlandın  azadlığı  uğrunda  mübarizə  apardığı  üçün  burjuaziya  onu 
hakimiyətə gətirmişdi. 
Niderlandda  uğursuzluqlara  baxmayaraq  kral  II  Filipp  müharibəni  davam  etdirdi. 
İspan ordusu Leyden şəhərini mühasirəyə alaraq ərzaq ehtiyyatı tükənən şəhərlilərə təslim 
olmağı  tələb  etdilər.  Ölkəni  dəniz  sularından  qoruyan  bəndlər  dəniz  gözlərinin  şəhərə 
yaxınlaşmağa və kömək etməyə  imkan vermirdi. 
Mühasirədəkilərə  kömək  etmək  üçün  dəniz  gözləri  “torpağı  itirməkdənsə  suda 
batırmaq  yaxşıdır”  deyərək  şəhəri  qoruyan  sahildəki  bəndləri  dağıdıb  ispanların  üzərinə 
axıtdılar. Nəticədə ispanlar vahiməyə düşüb qaçdılar. Dəniz gözləri Leydenə daxil oldular. 
1576-cı  ildə  ispan  əsgərləri  Antverpen  şəhərini  tutub  dağıtdılar.  Bununla  da  şəhər  tənəzzül  etdi.  İspanların 
Antverpen  şəhərini  dağıtmasından  qəzəblənən  cənub  əyalətlərinin  əhalisi  üsyana  qoşuldu
Lakin  qorxuya  düşmüş  yerli 
zadəganlar burada üsyanı yatırmaqda ispanlara kömək etdilər. 1579-cu ildə bəzi cənub əyalətləri birləşib, İspaniya kralına 
tabe  olmağa  razılaşdılar.  Cənubi  Niderland  II  Filippin  hakimiyyətini  tanıdı. 
Beləliklə,  1579-cu  ildə  Cənubi  Niderland 
İspaniyanın  hakimiyyəti  altında  qaldı.  Cənubi  Niderlandın  İspaniyanın  hakimiyyəti  altında  qalmasının  səbəbi  xalq 
hərəkatından qorxan zadəganların üsyanı yatırmaqda ispanlara kömək etməsi idi. 
 
Hollandiya respublikasının yaradılması (1579) 
Cənubi  Niderlandın  İspaniyanın  hakimiyyəti  altında  qalmasına  cavab  olaraq  1579-cu  ildə  Niderlandın  yeddi  şimal 
əyaləti 
cənub  əyalətlərindən  fərqli  olaraq, 
Utrext  şəhərində  birləşərək  vahid  dövlət  -  Hollandiya  respublikasını 
yaratdılar. Bir qədər sonra Şimali Niderland II Filippi öz kralı kimi tanımaqdan imtina etdi. Burjuaziya dövlətin başında 
Oranlı Vilhelmi görmək istəsə də, o ispanların pulla tutduğu qatil tərəfindən öldürüldü. Dövləti burjuaziya və əyanlardan 
ibarət  “Milli  şura”  idarə  etməyə  başladı.  Lakin  Hollandiya  daha  30  il  (1579-1609)  İspaniyaya  qarşı  mübarizə  aparmalı 
oldu. Nəhayyət, 1609-cu ildə 
İspaniya ilə Hollandiya arasında 
barışıq imzalandı. Sazişin şərtlərinə əsasən: 
1. 
Niderlandın şimalında İspaniya ağalığına son qoyuldu. 
2. 
İspaniya Hollandiyanı müstəqil dövlət kimi tanıdı. 
Beləliklə, burjuaziyanın başçılıq etdiyi xalq hərəkatı - Niderland burjua inqilabı nəticəsində: 
 
Dünyada birinci burjua respublikası olan Hollandiyada respublikası  yarandı. 
 
Niderlandda feodal qaydalarını qoruyub saxlayan ispan ağalığına son qoyuldu. 
 
Qərbi Avropanın kiçik bir hissəsində feodalizm quruluşu dağıldı. 
 

 
143 
 
Niderland inqilabı ilk burjua inqilabı idi. Burjua inqilabının qələbəsi Hollandiyada kapitalizmin inkişafına yol açdı. 
Hollandiya ispan zülmündən azad olduqdan sonra onun təsərrüfatı uğurla inkişaf etdi, yeni manufakturalar meydana gəldi. 
Toxuculuq sənayesi inkişaf etdi. Amsterdam  dünya ticarətinin mərkəzinə çevrildi. Hollandiya Avropanın, demək olar ki, 
bütün ölkələri ilə ticarət edir, öz gəmiləri ilə müxtəlif ölkələrin m
allarını daşıyırdı.
 Bu dövrdə Hollandiya tacirləri Çin və 
Yaponiya ilə ticarət əlaqəsi saxlayırdılar. Hollandlar tərəfindən ilk dəfə olaraq Çindən Avropaya çay gətirilməsinə başlandı. 
 
 
 
 
 
 
 
 
 
 
 
Leyden şəhərinin mühasirəsi (1574-cü il). Hollandiya ilə İspaniya arasında barışıq sazişi (1609-cu il) 
 
 
 
XIV-XVI əsrlərdə Qərbi Avropada texniki kəşflər və ixtiralar 
 
Su mühərriklərinin təkmilləşdirilməsi 
XV-XVI  əsrlərdə
 
Qərbi  Avropada  texnikanın  inkişafındakı  nailiyyətlərin  əsasında  su  mühərriklərindən  istifadə 
dururdu. Hələ qədim dövrdə aşağıdan fırlanan su çarxından istifadə edirdilər. Bu dövrdə yuxarıdan fırlanan çarx ixtira 
olundu. Beləlikə, su mühərriklərinin təkmilləşdirilməsi və ondan istifadə nəticəsində: 
 
Metal emalı zamanı metalı çox böyük çəkiclə döymək mümkün oldu. 
 
Kağız istehsalında ağır qısqacları qaldırıb endirməyə kömək etdi. 
 
Yerin altındakı dərin şaxtalarda filizi çıxarılmağa başlanıldı. 
 
Filiz (çuqun, dəmir, polad) 
və daş-kömür istehsalı xeyli  artdı.
 
 
Odlu silahların istehsalı üçün imkanlar genişləndi. 
 
Domna sobalarının ixtirası 
Filiz istehsalının artması metal əridilməsini və emalını təkmilləşdirməyi tələb edirdi. Bu isə Qərbi Avropada XVI 
əsrdə domnaların (metal əridən iri sobaların) tikilməsinə səbəb oldu. Domna sobalarının tikilməsi ilə filizə tələbat artdı. 
Domnada  alınan  çox  yüksək  temperaturda  dəmir  filizi  əriyərək  maye  çuquna  çevrilir,  tökmə  üsulu  ilə  isə  çuqundan 
müxtəlif  əşyalar  hazırlanırdı.  Çuqunu  təkrar  əritməklə  dəmir  və  dəmiri  təkrar  əritməklə  isə  polad  alırdılar.  Beləliklə 
domnaların ixtira edilməsi və tikilməsi nəticəsində
 
Daha çox metal əritmək mümkün oldu. 
 
Çuqun, dəmir və polad əldə edildi. 
 
Odlu silahların ixtirası 
Odlu  silahlar  istehsalı  çoxlu  filiz  -  çuqun    dəmir  tələb  edirdi.  Su  mühərriklərinin  təkmilləşdirilməsi  və  ondan 
istifadə  nəticəsində  odlu  silahların  istehsalı  üçün  imkan  yarandı.  Artıq  XVI  əsrdə 
Avropada
  ağır  (mühasirə)    yüngül  
(səhra)  topların  istehsalı  artdı.  XVI  əsrdə  odlu  əl  silahları  da  təkmilləşdirildi,  tapançalar  və  müşkeklər  meydana  çıxdı. 
Odlu silahın istehsalı və yayılması 
hərbi işdə yeni mərhələ açdı.
 
 
“Gizli Şura” 
“Qanlı Şura” 
“Milli Şura” 
 
XVI əsrdə İspaniya kralının 
canişini yanında  Niderlandı 
idarə edən orqan idi. 
 
Hersoq Albanın Niderlandda 
yaratdığı fövqaladə məhkəmə 
(qiyam işlərinə baxan şura) idi. 
 
Hollandiya dövlətini idarə 
edən, burjuaziya və 
əyanlardan ibarət dövlət 
orqanı  idi. 

 
144 
 
 
Kompasın və karavellaların ixtirası 
Avropalılar uzun müddət öz qitələrinin sahillərindəki dənizlərdə üzür, uzaq səfərlərə çıxa bilmirdilər. Bunun səbəbi 
səyyahların  düzgün  xəritələrinin    dəniz  cihazlarının  olmaması  idi. 
Kompasın  əldə  edilməsi,  gəminin  olduğu  yeri 
müəyyən edən cihazların ixtirası dənizçilərin işini yüngülləşdirdi, 
səyyahların açıq dənizdə uzaq səfərlərə çıxmasına şərait 
yarandı. 
XV  əsrdə  Karavellaların  –  yelkənli  gəmilərin  kəşfi  uzaq  dəniz  səyahətlərini  mümkün  etdi. 
Karavella  yelkənli 
yüngül gəmi idi. 
Gəmi sürətlə hərəkət edirdi və daha tutumlu idi. Karavellanın əsas üstünlüyü ondan ibarət idi ki, onun düz 
və çəpəki yelkənləri küləyin hansı istiqamətdə əsməsindən asılı olmayaraq lazımi istiqamətdə hərəkət edə bilirdi. 
Beləliklə,  XV-XVI  əsrlərdə  Gəmiqayırmanın  inkişafı,  odlu  silahların  meydana
  gəlməsi,  dənizçiliyə  aid  cihazların 
təkmilləşməsi dəniz səyahətlərinə geniş imkanlar açdı.
 
 
 
XV-XVI əsrlərdə Qərbi Avropada kəşf və ixtiralar 
 
 
 
 
 
 
 
 
Su çarxı. Domna sobası. Karavella.
 
 
 
 
 
 
Ağır və yüngül toplar. Müşkeklər 
 
 
 
 
 
 
 
 
 
Kəşf və 
 ixtiralar
 
 
Yuxarıdan fırlanan çarx 
Yüngül və ağır toplar 
 
Yelkənli karavellalar
 
Kompas 
 
Tapança və müşkeklər
 
Domna sobaları 
 

 
145 
 
 
Amerika xalqları böyük coğrafi kəşflər ərəfəsində (XV əsrdə) 
 
XV əsrdə Amerika xalqlarının sosial və iqtisadi vəziyyəti 
XV əsrdə Amerika xalqları: 
 
Hələ də  ibtidai icma quruluşunda yaşayırdılar. 
 
Becərdikləri kartof, günəbaxan, qarğıdalı, pomidor, kakao 
və tütündən avropalılar xəbərsiz idilər.
 
 
Mayya, astek və inklər 
inkişaf səviyyəsinə görə digər Amerika xalqlarından fərqlənirdilər.
 
 
Dəniz səyyahı Xristofor Kolumb Amerika qitəsinə çıxana qədər avropalıların onların varlığından xəbəri yox idi. 
 
XV əsrdə Amerikada inkişaf səviyyəsinin yüksək olduğu xalqlar 
 
 
Mayyalılar 
Mayyalılara aiddir: 
 
Mərkəzi Amerikada - Yukatan yarımadasında yaşayırdılar. 
 
Şəhər-dövlətlər yaratmışdılar. 
 
Şəhər-dövlətlərini hökmdarlar idarə edirdi. 
 
Gözəl saray  məbədlər tikirdilər. 
 
Asteklər 
Asteklərə aiddir: 
 
Meksikada yaşayırdılar. 
 
Paytaxtı Mexiko Amerikanın ən zəngin şəhəri sayılırdı. 
 
Hərb sənəti yaxşı inkişaf etmişdi. 
 
Müharibə vaxtı 150 min ordu çıxara bilirdilər. 
 
İnklər 
İnklərə aiddir: 
 
Cənubi Amerikanın qərbində, Peruda yaşayırdılar. 
 
Ölkənin paytaxtı Kusko Amerikanın ilk şəhərlərindən sayılırdı. 
 
Ölkədə hər şey müharibənin tələblərinə tabe edilmişdi.
 
 
Peru dağlıq ölkə olduğu üçün asma körpülər  salırdılar. 
 
Ayrı-ayrı ərazilər arasında poçt rabitəsindən istifadə olunurdu. 
 
Ölkədə kimin əkinçiliklə, kimin isə hərbi işlə məşğul olması 
dövlət tərəfindən müəyyən edilirdi. 
 
 
          
 
     Çiçen-itsada mayya məbədi (piramida)                              
Astek məbədi                İnklərə aid yaşayış məskəni (Machu Picchu) 
 
 
 
 
Asteklər
 
İnklər
 
Mayyalılar
 
 
 
 
Asteklərdə hərb sənəti 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
146 
 
 
Böyük coğrafi kəşflər və müstəmləkə işğallarının başlanması 
 
Böyük coğrafi kəşflərin səbəbləri 
XV əsrdə Avropada təsərrüfat və ticarətin inkişafı ilə əlaqədar olaraq qızıla olan tələbat artdı. Qızıl əldə etmək məqsədilə 
avropalılar müxtəlif yollar axtarırdılar. O zaman qiymətli daş-qaş, qızıl ilə zəngin olan Hindistanla ticarət ərəblərin əlində idi.  
Kiçik Asiyadan və Suriyadan keçən yollara Osmanlılar yiyələnmişdilər. Osmanlıların fəthləri avropalıların Asiyaya yeni yollar 
axtarışlarını sürətləndirdi. Bu məqsədlə Portuqaliya kralları Atlantik okeanının qərb sahilləri boyu gəmilər göndərirdilər. 
Beləliklə, Böyük coğrafi kəşflərin səbəbləri aşağıdakı kimi ümumiləşdirmək olar:
 
1. 
Avropada əmtəə istehsalının çoxalması, ticarətin inkişaf etməsi, pula və qızıla tələbatın artması. 
2. 
Çin və Hindistanla ticarətin ərəblərin əlinə keçməsi. 
3. 
Kiçik Asiya və Suriyadan keçən ticarət yollarına osmanlıların yiyələnməsi. 
4. 
Avropalıların Şərqlə birbaşa ticarət etmək, ticarətdən gələn böyük gəlirə sahib olmaq istəyi. 
5. 
Dəniz cihazlarından, kompasdan istifadə, karavella gəmilərinin düzəldilməsinin uzaq dəniz səyahətlərinə çıxmasına 
imkan verməsi. 
 
 
 
 
 
 
 
 
 
 
 
Kiçik Asiya və Suriyadan keçən 
ticarət yollarının osmanlıların əlinə 
keçməsi 
 
Avropada qiymətli 
metallara tələbatın 
artması 
 
 
Əmtəə istehsalının 
artması 
 
Böyük coğrafi kəşflərin əsəs səbəbləri 
 

 
147 
 
 
Bartalomey Diaşın Ümid burnunu kəşf etməsi (1487-1488) 
Şərqə  yeni  yollar  axtarmaq  məqsədi  ilə  XV  əsrin  əvvəlindən  başlayaraq  Portuqaliya 
kralları  Atlantik  okeanına  və  Afrikanın  qərb  sahillərinə  ardıcıl  gəmilər  göndərdi.  Bu  gəmilər 
Afrikanın  qərb  sahilləri  ilə  üzürdü.  Portuqaliyalılar  ilk  dəfə  kölə  alverinə  başladılar.  Onlar  yerli 
əhaliyə şüşə parçaları, kiçik güzgü verir, yerinə qızıl tozu, fil sümüyü alırdılar. Qızıl sahili, Fil dişi 
sahili, Kölə sahili adı buradan yaranmışdı. Portuqaliya ekspedisiyalarından birinə Bartalomey Diaş 
başçılıq  edirdi.  Bartalomey  Diaş  başçılıq  etdiyi  ekspedisiya  ilə 
ilk  dəfə 
Afrikanın  cənubundan 
keçib  Hind  okeanına  çıxdı.  Lakin  yolun  çətinliyi  və  uzunluğu  dənizçiləri  yorduğuna  görə  onlar 
geri qayıtdılar. Beləliklə, Bortolomey Diaşın səyahətini Afrikanın cənubundakı Ümüd burnunadək 
davam  etdirə  bildi.  Ekspedisiya  zamanı  Bortolomey  Diaş  Afrikanın  cənubundakı  burunu  Ümüd 
burnu adlandırdı (indi İynə burnu adlanır). 
Sonralar Portuqaliya kralı Vasko da Qamanın başçılığı 
altında Hindistana dəniz yolu axtaran yeni ekspedisiya göndərdi. 
 
Xristofor Kolumbun Amerikanı kəşf etməsi (1492) 
XV  əsrdə  dənizçilər  qədim  alimlərin  yerin  kürə  şəklində  olması  haqqında  fikirləri  ilə 
maraqlanırdılar.  Bu  fərziyyəyə  əsaslanan  alimlər  qərbə  tərəf  üzməklə  Hindistana  gedib  çıxmağı 
düşünürdülər.  Belə  adamlardan  biri  Xristofor  Kolumb  idi.  Əslən  italiyalı  olan  Xristofor  Kolumb 
Qərbə  tərəf  üzərək  Hindistana  çatmağa  cəhd  edən  ilk  Avropa  dənizçisi  olmuşdu.  Kolumb 
Hindistana  gedən  dəniz  yolunu  kəşf  etmək  istəyirdi.  Bu  məqsədlə  o,  İspaniya  kral  sarayına 
müraciət etdi. 
Kral Kolumba müsbət cavab verib, onu gələcəkdə ələ keçirəcəyi ərazilərə hakim təyin 
edir və maddi kömək göstərir.
 
Kolumb  1492-ci ildə 90 nəfər heyyətlə və 3 karavella ilə  yola düşərək İspaniyadan  Atlantik 
okeanı  vasitəsilə  qərbə  doğru  üzməyə  başladı.  X.Kolumbun  gəmiləri  70  gündən  sonra,  Kuba  və 
Yüklə 23,89 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin