154
TÜRK VƏ ŞƏRQ XALQLARI XVII-XVIII ƏSRLƏRDƏ
Səfəvilər imperiyası
Siyasi vəziyyət
XVI əsrin sonlarında Şərqin ən böyük imperiyalarından biri olan Səfəvi dövləti osmanlılarla müharibədə
məğlub oldu və ərazilərinin bir hissəsini itirdi. Şah I Abbas dövlətin tarixi sərhədlərini bərpa etmək üçün
müharibəyə başladı. 1603-1612-ci illərin Səfəvi-Osmanlı müharibəsi Azərbaycan ərazisinin tamamilə azad olunması
ilə başa çatdı.
Beləliklə,
XVII əsrin əvvəllərində Səfəvi imperiyasının keçmiş qüdrəti bərpa olundu.
İqtisadi vəziyyət
Şah I Abbasın ölümündən sonra taxta çıxan
Şah Səfinin (1629-1642) dövründə Osmanlı dövləti ilə Qəsri-
Şirin sülhünün (1639) bağlaması tərəflər arasında müharibə dayandırıldı. Qəsri-Şirin sülhünü bağlanması
nəticəsində:
Kənd təsərrüfatının, sənətkarlığın və ticarətin inkişafına şərait yarandı.
Qonşu dövlətlərlə və Avropa ölkələri ilə iqtisadi və siyasi əlaqələr sürətlə inkişaf etdi.
Volqa-Xəzər ticarət yolu xeyli canlandı.
Ümumi iqtisadi yüksəliş baş verdi.
Ümumi iqtisadi yüksəliş
şəhərlərin inkişafında da özünü göstərdi.
Beynəlxalq tranzit ticarət yolları üzərində yerləşən şəhərlərdə böyük canlanma
baş verdi. Sənətkarlıq və ticarət mərkəzləri olan
Təbriz, Ərdəbil, Şamaxı, Bakı,
Ərəş, İsfahan, Kaşan, Yəzd, Şiraz, Həmədan şəhərləri Avropanın və Asiyanın
bir çox ölkələri ilə ticarət edirdi.
Ölkədə toxuculuq, metalişləmə, gön-dəri emalı, dulusçuluq daha çox inkişaf
etmişdi. Xalça toxuculuğu özünün yüksək zirvəsinə çatmışdı. Toxunan xalçalar,
əsasən,
Təbriz, Şamaxı və Bağdad bazarlarında Avropa tacirlərinə satılırdı.
Bu dövrdə Səfəvilər dövlətinin
əsas xalçaçılıq mərkəzləri
Kirman, Kaşan, Fars
və
Xuzistan idi. Lakin XVII əsrin sonlarında
ənənəvi ticarət yolları dəyişdiyi
üçün imperiyanın ərazisindən keçən tranzit yolları öz əhəmiyyətini itirdi.
XVII əsrin sonlarında ölkə iqtisadiyyatında aparıcı yerlərdən birini tutan
ipək ticarəti zəifləməyə başladı. Bu, iri şəhərlərin beynəlxalq ticarətdəki rolunu
zəiflətdi. Ölkənin iqtisadi vəziyyəti pisləşməyə başladı.
Səfəvi dövlətinin ümumi iqtisadi vəziyyətinin pisləşməsi ictimai həyatın
bütün sahələrinə mənfi təsir göstərdi. Ölkədə iqtisadi vəziyyətin gərginləşməsi
siyasi böhranın da dərinləşməsinə səbəb oldu.
Səfəvi dövlətinin zəifləməsi və süqutu
Şah I Abbasdan sonra hakimiyyətə gələn şahzadələrin
dövlət işlərindən uzaq tutulması Səfəvi dövlətini
zəiflətdi, iri feodalların mərkəzi hakimiyyətə tabe olmamaq cəhdləri gücləndi.
Sultan Hüseynin (1694-1722)
dövründə iqtisadi böhran, xəzinənin gəlirlərinin azalması şahı vergiləri artırmağa məcbur etdi. Lakin bu tədbirlər
dövlətin tənəzzülünün qarşısını ala bilmədi. XVIII əsrin əvvəllərində xalq kütlələrinin
feodal zülmünə qarşı çıxışları
ölkəni bürüdü. Mərkəzi hakimiyyət zəiflədiyinə görə dövlətin əksər vilayətlərində eyni vaxtda baş verən üsyanları
yatırmaq mümkün olmadı. Bu zaman ölkədə baş verən üsyanlar
əfqanların,
Osmanlı və
Rusiya dövlətlərinin
Səfəvi torpaqlarına müdaxiləsinə şərait yaratdı.
1722-ci ildə əfqanların yürüşü nəticəsində:
Mir Mahmudun başçılıq etdiyi əfqan qoşunları paytaxt İsfahanı ələ keçirdi.
Şah Sultan Hüseyn oğlu Təhmasibin xeyrinə hakimiyyətdən əl çəkdi.
Əfqanların qarətçi yürüşündən sonra Səfəvilər dövlətinin torpaqlarının bölüşdürülməsi uğrunda başlayan
Osmanlı-Rusiya mübarizəsi
1724-cü ilin iyununda İstanbul müqaviləsinin bağlanması ilə başa çatdı. Müqaviləyə
görə Azərbaycan Osmanlı və Rusiya imperiyaları arasında bölüşdürüldü. Beləliklə,
XVIII əsrin əvvəllərində Səfəvi
dövlətinin ərazisi əfqanlar, osmanlılar və ruslar tərəfindən bölüşdürüldü.
Dostları ilə paylaş: