Anar İsayev Ramil Rəhimov


Venesiya şəhər respublikası. Şərqlə ticarət



Yüklə 23,89 Mb.
Pdf görüntüsü
səhifə20/41
tarix28.07.2020
ölçüsü23,89 Mb.
#32345
1   ...   16   17   18   19   20   21   22   23   ...   41
Anar Isayev Tarix


 
 Venesiya şəhər respublikası. Şərqlə ticarət 
XV  əsrin  ortalarında  Venesiya  respublikası  Avropanın  ən 
qüdrətli dəniz dövlətlərindən biri idi. 
Venesiya respublikasına aiddir: 
 
Orta əsr mənbələrində “dəniz kraliçası” adlanırdı. 
 
Bütün Aralıq dənizi hövzəsi və Şərq ölkələri ilə aparılan ticarətdə hakim mövqe tuturdu. 
 
Mənfəətinin əsas mənbəyi Şərqlə ticarətdə vasitəçilik  təşkil edirdi. 
 
Egey dənizi hövzəsində və Konstantinopolda ticarət məntəqələri var idi. 
 
XIV əsrdə ticarətdə yeganə rəqibi olan Genuyanı Şərqlə ticarətdə vasitəçilikdən sıxışdırıb çıxartmışdı. 
 
Avropaya Çindən, Hindistandan, Yaxın  Orta Şərqdən, Azərbaycandan müxtəlif mallar gətirirdilər. 
 
Tacirləri Qara dəniz bazarlarında, xüsusilə Trabzonda Azərbaycan tacirləri ilə görüşürdülər. 
 
Toxuculuq müəssisələrini xam ipəklə Azərbaycan təmin edirdi. 
Piza 
Boloniya 
 
Florensiya 
 
 
Milan
 
 
 
 
Florensiya şəhər respublikasının bayrağı 
və gerbi 
 
 
 
Venesiya şəhər respublikasının bayrağı və 
gerbi 
 

 
128 
 
 
Sənətkarlarının bəzək əşyaları, xüsusilə güzgüləri  bütün Şərqdə şöhrət qazanmışdı. 
 
Şərqdən gətirilən xam ipək, pambıq və yun burada toxunularaq Avropa ölkələrinə satılırdı. 
 
XV əsrdə 
Avropada toxuculuq sənayesi tənəzzül etdiyi halda həmin sahə burada inkişaf etməkdə idi. 
 
XII əsrdə burada şüşə  bədii şüşə, güzgü istehsalı genişləndi. 
 
XII əsrdə veksel  çek sistemi tətbiq olundu. 
 
Geniş xarici ticarət əlaqələri respublikanın pul sisteminə ciddi təsir göstərdi. 
 
1156-cı ildə  Avropada ilk bank bu şəhərdə yaradıldı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Venesiya şəhərləri Orta əsrlər dövründə
 
 
 
 
 
 
 
 
 
 
 
 
Florensiya şəhər respublikası 
 
Venesiya  şəhər respublikası 
 
 
 
Klassik feodalizm  dövründə  İtaliyanın  əv  varlı və 
ən böyük şəhəri idi.
 
 
İlkin 
kapitalist 
müəssisəsi 
olan 
mahud 
emalatxanaları var idi.
 
 
Varlı  ticarətçi  və  bankir  olan    Mediçilər  ailəsi  
hakimiyyətdə olmuşdu.
 
 
 
Avropanın qüdrətli dəniz dövlətlərindən biri idi.
 
 
Dəniz kraliçası  adlandırılırdı.
 
 
Əsas  gəlir  mənbəyi  Şərqlə  ticarətdə  vasitəçilik 
idi.
 
 
Avropada ilk dövlət bankı burada yaradılmışdı.
 
 
Veksel və çek sistemi tətbiq olunmuşdu.
 

 
129 
 
Fransa 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
XI əsrdə Fransanın sosila, iqtisadi və siyasi vəziyyəti 
Qərbi Avropanın ilk feodal dövləti olan Frank imperiyası 843-cü ildə I Karlın nəvələri arasında bölüşdürüldü. Yeni 
yaranmış  krallıqlar  üç  böyük  Avropa  ölkəsinin  sələfi  oldu.  Bunlardan  biri 
Fransa  krallığı  (843-1792)
  idi.  Bu  dövrdə 
Fransada kral hakimiyyəti zəif idi. 
Bu dövrdə Fransada kral hakimiyyətinin zəif olmasını aşağıdakı amillər də təsdiq edir:
 
 
Kral bütün ölkə üçün ümumi qanunlar verə bilmirdi. 
 
Kralın bütün ölkə əhalisindən vergi toplamaq hüququ  yox idi. 
 
Kralın daimi qoşunu və muzdla işləyən məmurları yox idi. 
 
Kral yalnız öz mülkündən əldə etdiyi gəlir hesabına yaşayırdı. 
QEYD:
 XI əsrdə Fransa krallığının daimi qoşun və muzdlu dövlət məmurlarını saxlaya bilməməsinin səbəbi kralın 
bütün ölkə əhalisindən vergi toplaya bilməməsi idi. 
 
IV Gözəl Fillipin hakimiyyəti dövrü (1285-1314). Baş Ştatların çağırılması 
XIV  əsrin  əvvəllərində  Fransa  ərazisinin  çox  hissəsi  birləşdirildi.  Kral  IV  Gözəl 
Filippin (1285-1314) dövründə: 
 
Fransanın birləşdirilməsi əsasən başa çatdı. 
 
İlk dəfə Fransada Baş ştatlar çağırıldı. 
 
Kilsə torpaqlarına vergi qoyuldu. 
 
Kralla Roma Papası arasında münaqişə baş verdi

IV Gözəl Filippin hakimiyyəti dövründə kral ilə Roma papası arasında münaqişə baş 
verdi.  IV  Gözəl  Filipp  ilə  Roma  papası  arasında  baş  verən  münaqişənin  əsas  səbəbi  kralın 
pul əldə etmək məqsədi ilə kilsə torpaqlarına vergi qoyması idi. 
Kral IV Filipp papaya qarşı mübarizədə silklərdən köməkə almaq məqsədi ilə 1302-ci ildə ilk dəfə  Fransada Baş 
Ştatları  çağırdı.  Çünki  kral  papaya  qarşı  mübarizədə  silklərə  arxalanırdı.  Kral  yeni  vergilər  təyin  etmək  istəyərkən  Baş 
Ştatları çağırırdı. Baş Ştatlar Fransada silki nümayəndəli ali orqan idi. Lakin, silklər arasında ixtilafların mövcud olması 
Baş ştatların dövlət işlərinə təsirini azaldırdı. IV Gözəl Filipp ilə Roma papası arasında baş vermiş  münaqişə nəticəsində: 
 
Fransa kralı qalib gəldi. 
 
Fransada Roma papasının hakimiyyəti zəiflədi. 
 
Fransada silklər 
 
 
 
 
 
 
 
 
Silklər 
Hüquq və vəzifələri 
I Silk - Ruhanilər 
İbadət etmək, günahkarları Allah qarşısında müdafiə etmək. 
 
II Silk - Zadəganlar 
Vuruşmaq, kralı və onun təbəələrini düşməndən qorumaq. 
 
III Silk - Kəndlilər, 
sənətkarlar və şəhərlilər 
Vergi vermək və mükəlləfiyyətlər daşımaq. 
 
 
Fransa krallığının bayrağı və 
gerbi 
 
 
 
 
 
 
 
 

 
130 
 
 
 
Fransa Baş Ştatları. IV Filipp ilə Roma papasının qüvvələri arasında döyüş (qədim şəkil). 
 
 
Yüzillik müharibə (1337-1453) 
Filippin  oğlanları  öləndən  sonra  Fransa  kralının  kişi  nəsli  kəsildi.
  Vəliəhdi  olmadığı  üçün  kralın  vəfatından  sonra 
Fransada hakimiyyət 
boşluğu yarandı və ölkədə boş qalmış taxt-tac uğrunda mübarizə başladı. Bu vəziyyətdən bəhanə kimi 
istifadə edən İngiltərə krallığı Fransaya qoşun yeritdi. Fransa ilə İngiltərə arasında müharibə başladı. Müharibə fasilələrlə 
yüz il davam etdi. Ona görə də bu müharibəni tarixdə Yüzillik müharibə (1337-1453) adlandırırlar.  
Yüzillik müharibənin səbəbi bunlar idi: 
1. 
İngilis kralının Fransada itirdiyi mülkləri geri qaytarmaq istəyi. 
2. 
Flandriya və onun zəngin şəhərlərini ələ keçirmək uğrunda mübarizə. 
3. 
İngiltərə kralının Fransa taxtına olan iddiaları. 
Bu  dövrdə  Fransanın  İngiltərə  ilə  münasibətləri  sabit  deyildi.  Fransa  torpaqlarının  bir    hissəsi  İngiltərə  krallığına 
daxil  idi.  XIII  əsrdə  Normandiya,  daha  sonra  isə  Tuluza  qraflığı  Fransaya  qaytarılsa  da  bir  çox  Fransa  əraziləri 
İngiltərənin əlində qalırdı.  
İngiltərə ordusu 
müharibəyə La-Manş boğazını keçib Fransa ərazisində hərbi əməliyyatlara başlayaraq:
 
 
Normandiyanı tutdu. 
 
Kresi və Puatye döyüşlərində fransızları  məğlub etdi.  
Beləliklə,  müharibənin  əvvəllərində  ingilislər  qələbə  qazandı.  İngilislərin  müharibənin  əvvəllərində  qələbə 
qazanmasının  səbəbi  onların 
yaxşı  təşkil  edilmiş  orduya  və  donanmaya  malik 
olması  idi.  Fransızların  isə  məğlub 
olmasının səbəbi aşağıdakı amillərlə bağlı idi: 
 
Fransız cəngavərlərinin özlərinə çox güvənməsi. 
 
Fransız ordusunda  nizam intizamın olmaması. 
Daha  sonra  ingilislər  Fanasanın  cənuba  doğru  irəliləyərək  Orlean  şəhərini  mühasirəyə  aldılar.
  Fransanın  taleyi 
Orleanda həll olunurdu. Bu zaman xalq vətənin müdafiəsinə qalxaraq ingilislərlə partizan müharibəsinə başladı.  İngilislərə 
qarşı  partizan  mübarizəsinə  Janna  d'Ark  adlı  gənc  qız  başçılıq  edirdi.  Janna  d'Ark 
Orleanı  mühasirədən  azad  etdi. 
Orleanın mühasirədən azad edilməsi  nəticəsində: 
 
Yüzillik müharibənin gedişində dönüş yarandı. 
 
Üstünlük fransızların tərəfinə keçdi, ingilislər ölkədən qovuldu.
 
1453-cü ildə Fransa ilə İngiltərə arasında sülh bağlanması ilə yüzillik müharibə başa çatdı. Sülhün şərtlərinə əsasən 
təkcə Kale limanı ingilislərin əlində qaldı. Beləliklə, Fransa yadellilərin işğallarından azad edildi. 
 
 
 
  
 
Fransa üçün nəticəsi: Fransa yadellilərin işğallarından azad edildi. 
 
İngiltərə üçün nəticəsi: Kale limanı ingilislərin əlində qaldı. 
 
Müharibənin  
nəticələri 
 
 
Flandriya və onun zəngin 
şəhərlərini ələ keçirmək 
uğrunda mübarizə 
 
İngiltərə kralının Fransa 
taxtına olan iddiaları 
 
İngilis kralının Fransada 
itirdiyi mülkləri geri 
qaytarmaq istəyi
 
Yüzillik müharibənin səbəbləri 
 

 
131 
 
 
 
Yüzillik müharibə dövrünə aid döyüşlər  
 
 
Fransada ―Jaklar‖ üsyanı (1358) 
Yüzillik  müharibənin  gedişində,  1358-ci  ildə  Fransanın  şimal-
şərqində    Jaklar  (Jakeriya)  adlı  kəndli  üsyanı  baş  verdi. 
«
Jakeriya
» 
üsyanının səbəbi aşağıdakılar idi:
 
 
Müharibənin törətdiyi ağır fəsadlar. 
 
Feodal zülmünün güclənməsi. 
Üsyan  nəticəsində  hərbi  işi  bilməyən  jaklar  məğlub 
oldular.  Üsyançılara  amansız  divan  tutuldu.  Jakeriya
 
  üsyanının 
məğlub olmasının səbəbləri aşağıdakı amillərlə bağlı  idi: 
 
Üsyançıların pis silahlanması. 
 
Şəhər əhalisinin üsyana qoşulmaması. 
 
Üsyanın kortəbii və plansız olması. 
 
Üsyançılar arasında birliyin olmaması. 
Məğlub  olmasına  baxmayaraq  Jakeriya
 
üsyanı  nəticəsiz 
qalmadı. Belə ki, Jakeriya
 
 üsyanı nəticəsində: 
 
Feodallar vergi və mükəlləfiyyəti bir daha artırmağa cürət etmədilər. 
 
Kəndlilərin ödənc müqavilində  şəxsi asılılıqdan azad edilməsinə başlanıldı. 
Üsyandan  sonra  kəndlilər  öz  təsərrüfatlarını  nisbətən  uğurla  davam  etdirmək  imkanı  qazandılar.  Artıq  XV  əsrdə 
Fransada çox az təhkimli kəndli qalırdı. 
 
 
 
 
 
 
 
 
Jaklar  
üsyanı 
Fransada, 1358-ci ildə baş 
vermişdi 
 
 
Feodal zülmünə qarşı 
yönəlmişdi
 
 
Kəndlilər tərəfindən 
qaldırılmışdı 
 
 
Üsyan yatırılsa da müəyyən 
nəticələri olmuşdu 
 
Üsyana şəhər əhalisi  
qoşulmamışdı
 
 
Bütün Fransanı əhatə 
etməmişdi 
 
 
 
Jaklar üsyanı. Jakların məğlub olması 
 

 
132 
 
 
Fransada mərkəzləşdirilmiş dövlətin yaranması. XI Lüdoviq (1461-1483) 
Yüzillik  müharibədən  sonra  Fransada  feodal  dağınıqlığı  gücləndi.  Kral  XI 
Lüdoviqin  (1461-1483)    dövründə  Fransada  mərkəzi  hakimiyyətə  qarşı 
iri  feodalların 
çıxışı  baş  verdi.
  Bu  qəsdə  Burqundiya  hersoqu  İgid  Karl  baçılıq  edirdi.  İgid  Karl  XI 
Lüdoviqə  qarşı  açıq  müharibədə  onu  məğlub  etdi.  Lakin, 
sülh  bağlanmasına  baxmayaraq
 
Lüdoviq  hiylə  yolu  ilə  İgid  Karlı 
məğlub  edib 
öldürdü.  XI  Lüdoviqin  dövründə 
Burqundiya,  Marsel    Bretan  vilayətləri  Fransaya  birləşdirildi.  Beləliklə,  XV  əsrin 
sonunda  Burqundiya,  Marsel  və  Beratan  vilayətlərinin  birləşdirilməsi  ilə  Fransanın 
birləşdirilməsi prosesi başa çatdı.  
Bu  dövrdə  Fransada  manufakturalar  yarandı.  Silahlar,  parçalar,  zinət  əşyaları 
istehsal  edən  bu  müəssisələr  krala  çoxlu  vergi  ödəyirdi.  Bu  vergilər  hesabına  kral  sarayı 
varlanırdı. Kral istədiyi zaman vergiləri artırırdı. Bu isə müəssisə sahiblərinin narazılığına 
səbəb olurdu. Buna baxmayaraq, çoxlu sərvət toplamaq məqsədi güdən müəssisə sahibləri 
onları dəstəkləyən kralı müdafiə edirdilər. 
 
 
 
 
 
 
 
XVI əsrin əvvəllərində Fransanın sosial-iqtisadi inkişafı 
XVI əsrdə Fransanın sosial-iqtisadi inkişafına
 
 aiddir: 
 
Əhalisinin sayına görə Avropanın ən böyük dövləti idi. 
 
Sənaye və ticarət, kapitalist istehsalı inkişaf edirdi. 
 
Kral hökuməti sənaye və ticarətin inkişafını şirnikləndirirdi. 
 
Kətan və ipək parça, metal əridilməsi, zərgərlik, işi müvəffəqiyyət qazanmışdı. 
 
Tədricən feodal münasibətlər yerini yeni kapitalist münasibətlərinə verirdi. 
 
Manufakturalar yaranır, ipək parça, kətan, bəzək əşyaları, tüfəng, top istehsalı genişlənirdi. 
 
Başqa ölkələrlə ticarətdə qərb sahillərindəki limanlarının  əhəmiyyəti artırdı. 
QEYD:
  XVI  əsrdə  Fransanın  başqa  ölkələrlə  ticarətdə  qərb  sahillərindəki  limanların  əhəmiyyətinin  artmasının 
səbəbi Böyük coğrafi kəşflərdən sonra ticarət yollarının Atlantik okeanına keçməsi idi. 
 
 
 
 
 
 
 
 
 
 
Kral XI Lüdoviqin dövrü 
 
 
Burqundiya hersoqu İgid 
Karlla mübarizədə qalib 
gəldi 
 
 
Fransada mərkəzi 
hakimiyyətə qarşı qəsd baş 
verdi 
 
Fransada mərkəzləşmiş 
 dövlət  yaradıldı 
Kral hakimiyyəti 
möhkəmləndi, güclü ordu 
yaradıldı 
 
Təsərrüfat, ticart, 
sənətkarlıq inkişaf etdi
 
 
Burqundiya, Marsel və 
Beratan Fransaya 
birləşdirildi 
 
 
XI Lüdoviq 
 
 
İgid Karl
 
 
 
 
 
 
 
 
 

 
133 
 
İngiltərə 
 
«Xalqların  böyük  köçü»  dövründə  alman  tayfalarından 
anqlar    sakslar  Britaniya  adalarında  məskunlaşdılar.  Onların 
yerli keltlərlə qaynayıb-qarışması nəticəsində ingilis xalqı yarandı. 
İngiltərədə  feodal  münasibətləri  VII  əsrdə  meydana  gəldi.  Lakin 
bu münasibətlər möhkəm deyildi. 
 
Normand işğalı. Fateh Vilhelm (1066-1087) 
1066-cı ildə 
Fransanın Normandiya hersoqu 
Vilhelm qoşunu 
ilə  La-Manş  boğazını  keçib  İngiltərənin  cənub  sahilinə  çıxaraq 
Qastinqs  döyüşündə  anqlo-saks  qoşunları  ilə  döyüşə  girdi. 
Qastinqs döyüşü nəticəsində: 
 
N
ormandiya cəngavərləri ingilisləri məğlub etdi. 
 
İngiltərə Normand cəngavərləri tərəfindən işğal olundu.
 
Bu hadisədən sonra  Vilhelm İngiltərənin paytaxtı Londonu 
tutaraq  Fateh  Vilhelm  adı  ilə  ingilis  kralı  oldu
  və  yeni  sülalənin 
(Vilhelmlər  sülaləsinin)  əsasını  qoydu
.  Beləliklə,  1066-cı  il 
Normand  işğalı  nəticəsində  İngiltərədə    Fateh  Vilhelm  tərəfindən 
İngiltərədə mərkəzləşmiş dövlətin əsası qoyuldu. Fateh Vilhelmin 
dövründə  y
eni  vergi  sistemi  yaradıldı.  Ən  ağır  vergi  töycü  və 
ruhanilər üçün ödənilən onda bir vergisi sayılırdı.
 
 
II Henrixin hakimiyyəti (1154-1189) 
İngiltərə kralı  II Henrix hakimiyyəti dövründə: 
 
İngiltərədə islahatlar həyata keçirildi. 
 
Cəngavərlərdən  “qalxan pulu” alınmağa başlanıldı. 
II Henrixin keçirdiyi hərbi islahata əsasən h
ərbi yürüşlərdə 
iştirak  etməyən  feodallar 
(cəngavərlər)  indən  sonra  krala 
“qalxan pulu” adlanan xüsusi haqq ödəməli idilər. Kral bu vəsait 
hesabına daimi nizami muzdlu ordu saxlaya bilirdi. 
 
İngiltərədə parlamentin yaradılması  
1265-ci  ildə  İngiltərədə  ilk  dəfə  parlament  yaradıldı. 
XIV 
əsrdə İngiltərə parlamenti iki palataya bölündü: 
 
Lordlar  (ağalar)  palatası.  Bu  palataya 
ali  ruhanilər, 
zadəganlar 
daxil idi. 
 
Nümayəndələr  palatası.  Bu  palataya   
cəngavərlər  və 
varlı şəhərlilər 
daxil idi. 
Kəndlilər qanunverici orqan  olan parlamentdə təmsil olunmurdular. Fransadakı Baş Ştatlarından 
fərqli olaraq, 
İngiltərə parlamenti dövlət işlərinə böyük təsir 
göstərə bilirdi. 
Bunun səbəbi İngiltərədə Fransadakı kimi silklər arasında  
ziddiyyətlərin olmaması idi.
 
 
 
 
 
 
İngiltərə 
parlamenti 
 
1265-ci ildə yaradılan silki 
nümayəndəli orqan idi 
 
 
Lordlar və nümayəndələr 
palatasından ibarət idi 
 
 
Fransadakı kimi ziddiyyət 
burada yox idi 
 
 
Parlamentin üzvləri dövlətdən 
əmək haqqı almırdılar 
 
Fransadan fərqli olaraq dövlət 
işlərinə böyük təsir edə bilirdi
 
 
Razılığı olmadan Kral  
vergi təyin edə bilməzdi 
 
 
Fateh Vilhelm                             II Henrix
    
 
İngiltərə krallığının  (843-1707) bayrağı  və gerbi 
 
 

 
134 
 
Uot Tayler üsyanı (1381) 
1381-ci ildə İngiltərədə kəndli üsyanı baş verdi. Kəndli üsyanına 
Yüzillik  müharibənin  iştirakçısı,  sənətkar  Uot  Tayler  başçılıq  edirdi. 
Uot Tayler üsyanının səbəbi aşağıdakılar idi: 
 
Feodal zülmünün güclənməsi. 
 
Vergi və mükəlləfiyyətlərin  artırılması. 
 
Yoxsullara qarşı qəbul olunan amansız qanunlar. 
Üsyançılar  Londona  yürüş  edərək  kralı  onlarla  görüşməyə 
məcbur  etdilər.  Uot  Taylerin  başçılığı  ilə  üsyançıların  kralla  görüş 
zamanı kəndlilər kralın qarşısında 
aşağıdakı
 tələbləri irəli sürdülər: 
1. 
Torpaqdan istifadə haqqı (vergilər) azaldılsın 
2. 
Bəzi mükəlləfiyyətlər (t
əhkimçilik və biyar) ləğv edilsin. 
Lakin  üsyan  sonda  yatırıldı.  Üsyançılara  divan  tutuldu. 
Üsyanın  başçısı  Uot  Tayler  xaincəsinə  öldürüldü.  Üsyan  məğlub 
olsa  da  nəticəsiz  qalmadı.  Belə  ki,  Uot  Tayler  üsyanı  nəticəsində 
Yoxsullara qarşı amansız qanunlar yumşaldıldı.
 
QEYD:
 Uot Tayler üsyanı ilə ―Jakeriya‖ üsyanı arasında oxşar cəhətlər çox idi. Həmin oxşar cəhətlər bunlar idi: Hər 
iki  üsyan  Yüzillik  müharibənin  gedişində  baş  vermişdi,  üsyan  feodallara  qarşı  yönəlmişdi,  üsyan  başçıları  xəyanət 
nəticəsində  öldürüldülər,  nəticədə  üsyançılar  məğlub  oldular,  məğlub  olmasına  baxmayaraq  üsyanlar    nəticəsiz  qalmadı. 
Lakin, Fransada Jaklar üsyanından fərqli olaraq Uot Tayler üsyanında kəndlilər öz tələblərini irəli sürürdülər. 
 
Jaklar və Uot Totler üsyanlarının müqayisəli cədvəli 
 
 
Üsyanın adı 
İştirakçıları və 
səbəbləri 
İrəli sürdükləri 
tələblər 
 
Məğlubiyyət səbəbləri 
 
Nəticəsi 
 
Jaklar 
üsyanı 
(1358) 
 
Kəndlilər 
 
Feodal zülmü 
 
Heç bir tələb irəli 
sürmürdülər 
Pis silahlanması 
şəhərlilərin üsyana 
qoşulmaması, kortəbii və 
plansız olması 
Feodallar mükəlləfiyyəti artırmağa 
bir daha cürət etmədilər 
kəndlilər öz təsərrüfatlarını nisbətən 
uğurla davam etdirmək imkanı 
qazandılar 
 
 
Uot Tatler 
üsyanı 
(1381) 
Kəndlilər 
 
Feodal zülmü 
Ağır vergilər 
Amansız 
qanunlar 
Təhkimçilik və 
biyar  ləğvini, 
vergilərin 
azaldılmasını 
tələb edirdilər 
Yüklə 23,89 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin