Anar İsayev Ramil Rəhimov



Yüklə 23,89 Mb.
Pdf görüntüsü
səhifə28/41
tarix28.07.2020
ölçüsü23,89 Mb.
#32345
1   ...   24   25   26   27   28   29   30   31   ...   41
Anar Isayev Tarix


1785-ci  ildə  Şeyx  Mənsur  Çeçenistanda  Qafqaz  xalqlarını  yadelli  işğalçılara 
qarşı cihada çağırdı və Rusiyanın müstəmləkəçilik siyasətinə qarşı üsyan qaldırdı. Şeyx 
Mənsurun  Alda  döyüşündə  qazandığı  qələbə  xəbəri  tezliklə  bütün  Şimali  Qafqaza 
yayılaraq hərəkatın yüksəlişinə səbəb oldu.  
Şeyx  Mənsur  sonrakı  döyüşlərin  birində  əsir  düşdü  və  əsirlikdə  vəfat  etdi.  Dağlıların  azadlıq  mübarizəsi 
məğlub olsa da, çar hökumətinin Şimali Qafqazın işğalını müəyyən müddətə təxirə saldı. 
 
Rusiyanın Cənubi Qafqazla bağlı məkirli planları 
XVIII  əsrin  əvvəllərinə  qədər  hərbi-siyasi  təcavüz  üçün  qüvvəsi  olmadığı  üçün  Rusiya  Cənubi  Qafqazla 
bağlı  yalnız  iqtisadi  siyasət  həyata  keçirirdi.  Rus  çarı  I  Pyotrun  (1682-1725)  dövründə  Rusiya  Cənubi  Qafqazda 
həm iqtisadi, həm də siyasi məqsədini gerçəkləşdirməyə başladı. 
I  Pyotr  Xəzərsahili  bölgələrə  həm  xammal  mənbəyi,  həm  də  Hindistanı  Qərbi  Avropa  dövlətləri  ilə 
birləşdirən tranzit yolu kimi baxırdı. Bunun üçün Cənubi Qafqazın xeyli hissəsini ələ keçirmək lazım idi. 
Həmin dövrdə Qərbi Avropa və Rusiya dövləti ilə ipək ticarəti, demək olar ki, erməni tacirlərinin əlində idi.    
I  Pyotr  öz  gələcək  işğalçı  planlarının  həyata  keçirilməsində  ermənilərin  məlumatlarından  geniş  istifadə  edirdi. 
Ermənilər Rusiyanın Cənubi Qafqaza olan maraqlarını nəzərə alaraq daha çox canfəşanlıq edirdilər. Onlar Rusiya 
hakim dairələrinə cürbəcür hədiyyələr verir, layihələr, planlar və təkliflər irəli sürürdülər. Bu yolla onların Cənubi 
Qafqaza  qoşun  göndərməsini  sürətləndirməyə  çalışırdılar.  Bütün  bunların  kökündə  isə  tarixi  Azərbaycan 
torpaqlarının  zəbt  edilməsi  və  burada  ermənilərə  «dövlət  yaradılması»  məqsədi  dururdu.  Erməni  tacirləri,  din 
xadimləri  isə  Rusiya  hakimiyyət  dairələri  ilə  yaxınlıqdan  öz  milli  mənafeləri  üçün  istifadə  etməyə  çalışırdılar.  I 
Pyotra  göndərilən  məktublarda  Cənubi  Qafqazın  əhalisi,  iqtisadiyyatı,  yolları  barədə  ətraflı  məlumatlar  verilirdi. 
Xrisian olduqları üçün onların, guya, müsəlmanlar tərəfindən incidildikləri barədə uydurma xəbərlər çatdırılırdı. 
1722-1723-cü 
illərdə  I  Pyotrun  yürüşü 
nəticəsində  Rusiya  imperiyası  Xəzərsahili  bölgələri 
ələ  keçirdi.  Bundan  sonra  I  Pyotr  Cənubi  Qafqazı  bu 
diyarın  qədim  yerli  əhalisi  olan  türk-müsəlman 
əhalidən  təmizləyib  bura  erməniləri  köçürmək 
siyasətini  həyata  keçirməyə  başladı.  Lakin  çar 
Rusiyasının  bu  işğalları  I  Pyotrun  vəfatı  ilə  əlaqədar 
uğursuzluqla nəticələndi. 
XVIII  əsrin  ikinci  yarısında  da  Rusiyanın 
Cənubi  Qafqazla  bağlı  siyasətində  I  Pyotr  ənənələri 
davam  etdirilirdi.  II  Yekaterinanın  hakimiyyəti 
dövründə  (1762-1796)  çar  Rusiyasının  Azərbaycan 
torpaqlarında xristianlaşma siyasəti daha da fəallaşdı.  
XVIII əsrin ikinci yarısında baş verən Rusiya-Osmanlı müharibələrində Rusiya qələbə qazandı. Bu, Rusiyaya 
Qara dənizin şimal sərhədlərində, Şimali Qafqazda möhkəmlənməyə və Şərqi Gürcüstanın işğalını həyata keçirməyə 
imkan yaratdı. Rusiyapərəst siyasət yürüdən və Şimal-Qərbi Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan Kartli-
Kaxetiya  çarı  II  İrakli  (1764-1798)  Georgiyevsk  müqaviləsini  (1783)  imzalamaqla  Şərqi  Gürcüstan  Rusiyanın 
himayəsinə keçdi. Rus ordusu Tiflisə göndərildi. Rusiyanın Cənubi Qafqaz siyasəti daha da fəallaşdı. Azərbaycan 
 
Şeyx Mənsur
 
 
 
 
I Pyotr Xəzər dənizi sahillərində 
 

 
177 
 
torpaqları hesabına özlərinə dövlət yaratmağa çalışan ermənilər fürsəti əldən verməyərək, II İrakli ilə yaxınlaşmağa 
başladılar.  Ermənilərin  «Böyük  Ermənistan»  dövləti  yaratmaq  xülyası  «xristian  himayəçiliyi»  pərdəsi  altında 
müstəmləkəçilik siyasəti yeridən Rusiyanın mənafeyinə uyğun gəlirdi. Yaxın Şərqi və Hindistanı işğal etmək istəyən 
Rusiya ermənilərin havadarı rolunda çıxış edərək onlardan bir alət kimi istifadə edirdi. 
II  Yekaterina  hökuməti  Cənubi  Qafqazda  «erməni  dövləti»  yaratmaq  ideyasını 
real  laşdırmağa  çalışırdı.  Rusiya  erməniləri  bu  torpaqlarda  özünün  etibarlı  dayağına 
çevirmək  istəyirdi.
 
Rusiyanın  planlarından  xəbərdar  olan  Ağa  Məhəmməd  xan  Qacar 
onu  qabaqlamaq  üçün  Cənubi  Qafqaza  yürüş  etdi.  1795-ci  ildə  Ağa  Məhəmməd  xan 
Qacarın Şərqi Gürcüstana yürüşü Rusiyanın Cənubi Qafqaza hücum etməsi üçün bəhanə 
oldu. 1796-cı ilin yazında rus ordusu Valerian Zubovun başçılığı ilə Cənubi Qafqaza 
və  Azərbaycana  yürüşə başladı. Lakin  1796-cı ilin noyabrında II Yekaterina qəflətən 
vəfat etməsi və Rusiyanın Qərbi Avropa ölkələri ilə münasibətlərinin gərginləşməsi rus 
qoşunlarının  Cənubi  Qafqazdan  geri  çağırılmasına  səbəb  oldu.  Beləliklə,  XVIII  əsrin 
sonlarında  Cənubi  Qafqazın  Rusiya  tərəfindən  işğal  edilməsi  və  çarizmin  öz 
planlarını gerçəkləşdirməsi mümkün olmadı
QEYD
:
  Yeni  dövrdə  Qafqaz,  Mərkəzi  Asiya,  Sibir,  Volqaboyu  və  Ural  türklərinin  tarixi  üçün  müəyyən 
oxşar  cəhətlər  var  idi.  Belə  ki  bu  dövrdə  həmin  xalqların  vahid  siyasi  birliyi  yox  idi,  Rusiyanın  işğalına  məruz 
qalmışdılar, Rusiya  müsəlman  müsəlmanlara  qarşı zorla  xristianlaşdırma  siyasəti həyata keçirirdi, əhali Rusiyanın 
müstəmləkə siyasətinə qarşı üsyan qaldırmışdılar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Valerian Zubov 
 
 
Valerian Zubov 

 
178 
 
Türk və Şərq xalqlarının mədəniyyəti 
 
Səfəvi və Əfşar imperiyalarında mədəniyyət 
XVII-XVIII  əsrlərdə  Azərbaycanda  elmin  inkişafında  canlanma  olmuşdu.  XVII-XVIII  əsrlərdə  Səfəvi  və 
Əfşar imperiyalarının ərazisində maarifçilik sahəsində inkişaf davam etməkdə 
idi. Tarix və coğrafiya elmləri daha 
yaxşı  inkişaf  etmişdi. 
1560-1634-cü  illərdə  yaşamış  tarixçi  İsgəndər  bəy  Münşinin  əsərləri  Yaxın  Şərq  və  türk 
tarixinə dair qiymətli mənbələrdir. Mirzə Məhəmməd fəlsəfəyə, astronomiyaya və riyaziyyata, Yusif Qarabaği isə 
məntiq, hüquq və astronomiyaya aid əsərlər yazmışlar. Bu əsrdə Azərbaycan tarixinə dair  «XVIII yüzillikdə Car 
müharibələri salnaməsi» yazılmışdır. 
Nadir şah haqqında əsərlər yazan tarixçilər arasında Mirzə Mehdi xan şahın 
bütün yürüşlərində onu müşayiət etmiş və «Dünyanı fəth edən Nadirin tarixi» əsərini yazmışdır. 
Nadir şahın müasiri olan Məhəmməd Kazımın əsəri isə «Dünyanı bəzəyən Nadirin tarixi» adlanır.  Bu əsərdə 
İranın həmin dövrdəki daxili vəziyyəti haqqında xeyli məlumat verilib. Mütəxəssislər bu cəhətinə görə Məhəmməd 
Kazımın əsərini daha dəyərli hesab edirlər. 
XVIII əsrdə  iqtisadi və siyasi tənəzzül  memarlığın inkişafına  mənfi təsir göstərsə  də, bu sahədə  müəyyən 
irəliləyişlər  də  olmuşdu.  Bu  dövrdə  Səfəvi  və  Əfşar  imperiyaları  ərazisində  tətbiqi  sənətkarlığın  yüksək  inkişaf 
etdiyi  dövrdür.  Azərbaycan  və  İran  sənətkarlarının  hazırladığı  gümüş  məmulatlar,  xalçalar,  parçalar  bütün 
dünyada məşhur idi. 
Dövrün tanınmış rəssamları olan  Məhəmməd  Zaman  Təbrizinin    Mülkünün  əsərlərində  Şərq və  Qərb 
rəssamlıq məktəbi ənənələri özünü göstərirdi.  
Dövrün  məşhur şairləri isə   Məcmər
Arif Şirvani, Arif  Təbrizli, Xəstə  Qasım,  Şəkili Nəbi, Molla Vəli 
Vidadi və Molla Pənah Vaqif  
və həmin dövrə dəbiyyatında satiranın əsasını qoyan
 Cəndəqi idilər. Həmin dövrdə 
ölkəmizdəki  hər  bir  məktəbin,  mədrəsənin  öz  kitabxanası  var  idi.  Ərdəbildəki  Şeyx  Səfi  kitabxanası  daha  çox 
şöhrət qazanmışdı. 
Bəhs olunan dövrdə Azərbaycanda və İranda meydan tamaşaları və kukla teatrları geniş yayılmışdı. 
Şəkidəki xan sarayı XVIII əsr Azərbaycan və dünya memarlığının ən dəyərli incilərindən biridir. 
 
Hindistan mədəniyyəti 
XVII-XVIII  əsrlərdə  Hindistanda  bir  çox  yeni  mədrəsələr  açıldı.  Mədrəsələrə  Moğol  imperatorları  və  iri 
feodallar qəyyumluq edirdilər. Burada ilahiyyatla  yanaşı, riyaziyyat, astronomiya, tibb və digər dünyəvi elmlər də 
öyrədilirdi. Mədrəsələrin ən məşhurları Dehlidə və Aqrada yerləşirdi. 
Ölkədə ədəbiyyat və riyaziyyat sahəsində çalışan alimlərin uğurları daha böyük idi. Memarlığın inkişafı yüksək 
səviyyəyə  çatmışdı.  Memarlıq  abidələri  içərisində  məscidlərin  xüsusi  yeri  vardı.  Dehlidəki  Cümə  məscidi, 
Vicapurdakı, Qolkonddakı məscidlər ən yaxşı memarlıq nümunələri sayılırdı. 
Hind miniatür rəssamlıq məktəbinin ən yaxşı nümunələri isə həmin dövrün bizə gəlib çatan kitablarında öz 
əksini tapmışdı. 
İngiltərə və Fransa ilə əlaqələrin yaradılması Hindistan mədəniyyətinə müsbət təsir 
göstərməklə  yanaşı,  avropalılara  bu  zəngin  mədəniyyətlə  tanış  olmağa  şərait  yaratdı. 
Uilyam  Consun  1784-cü  ildə  yaratdığı  «Benqal-Asiya  cəmiyyəti»  bu  işdə  böyük  rol 
oynadı. Sonralar bu cəmiyyəti Kral cəmiyyəti adlandırdılar. 
Çoxdilli hind poeziyasında sadə xalqın arzu və ümidləri, feodallara qarşı mübarizəsi 
təsvir  olunurdu.  Bu  dövrdə  benqaliyalı  Əbdül  Qadir  Bedilin  şeirləri  geniş  yayılmışdı. 
Maratx dilində yazan şair Tuka Ramın əsərləri bu gün də maraqla oxunur. 
Hindli sənətkarlar fil sümüyündən və ağacdan naxışlı əşyalar düzəldir, gözəl metal 
məmulatlar  və  saxsı  qablar  hazırlayırdılar.  Rəqs,  musiqi  ölkənin  ən  inkişaf  etmiş  sənət 
sahələri idi. Bu dövrdə Hindistanda yeni tipli teatrın əsası qoyulmuşdu. 
 
 
 
 
 
 
Dehlidəki  Cümə  məscidi  hazırda  Delhinin  ən  başlıca 
məscidlərindən  biridir.  Məscid  1650-1656-cı  illərdə  Moğol 
hökmdarı  Cahan  şah  tərəfindən  inşa  etdirilmişdi.  Təkcə 
məscidin  həyətində  eyni  zamanda  iyirmi  beş  min  insan  namaz 
qıla  bilir.  Bu  gün  də  Məsciddə  maral  dərisinə  yazılmış  qədim 
Qurani Kərim və bir çox tarixi sənədlər saxlanılır. 
 
 
 
Tuka Ram 

 
179 
 
Çin mədəniyyəti 
XVII-XVIII  əsrlərdə  Çində  ensiklopediya  və  lüğətlər  tərtib  edilmiş,  ədəbiyyat  külliyyatı  nəşr  olunmuş,  Çin 
klassik romanının inkişafında yeni mərhələnin əsası qoyulmuşdu. XVII əsrin ortalarından etibarən ölkədə Çin dili ilə 
yanaşı, rəsmi dövlət dili olan mancur dilində də elmi və bədii əsərlər yazılırdı. 
İncə və gözəl zövqə malik olan Çin sənətkarları və rəssamlarının sümükdən və mərmərdən hazırladıqları əşyalar 
əsl sənət əsərləri idi. Çin rəssamları ölkədə toxunan parçalara mürəkkəb, lakin insanın ruhunu və gözünü oxşayan 
incə  naxışlar  vururdular.  XVII  əsrdə  Çin  memarlığında  monumental  binaların  inşasına  başlanıldı.  Pekin  sarayı
Mukdendəki (indi Şenyan) imperator mavzoleyi bu dövrdə yarandı. 
Bu dövrdə Çin incəsənətinə, o cümlədən memarlığına Avropa ölkələrində tətbiq edilən yeni forma və üsullar 
ciddi təsir göstərə bilməmişdi. Çinin «özünütəcrid» siyasəti onu bu təsirdən qorumuşdu. 
 
Yaponiya mədəniyyəti 
XVII  yüzillikdə  Yaponiyanın  ənənəvi  mədəniyyəti  formalaşmağa  başladı.  Bu  dövrdə  «şəkilli  hekayələr» 
janrı  meydana  gəldi.  Yapon  şeirinin  janrlarından  olan  haykunun  (xokku)  gözəl  nümunələri  yarandı.  Hayku  3 
sətirdən ibarət olub 5-7-5 heca sisteminə əsaslanır. Matsuo Basyo bu janrın ən görkəmli nümayəndələrindən biri idi. 
Bu dövrdə kukla teatrı, rəngkarlıq və elm inkişaf etdi. Dəqiq elmlər, o cümlədən təbiət elmləri, xüsusilə də 
riyaziyyat və aqronomluq sahəsində uğurlar əldə edildi. Teatr sənəti öz inkişafının zirvəsinə çatdı. 
XVIII əsrdə Yaponiyada təhsil də inkişaf etdi. Bu dövrdə samuraylarla yanaşı, aşağı təbəqədən olan insanlar 
üçün də məktəblər açıldı. 
 
Osmanlı mədəniyyəti 
Yeni  dövrdə  Avropa  ölkələri  ilə  əlaqələr  Türk  və  Qafqaz  xalqlarının 
mədəniyyətinin inkişafına öz təsirini göstərdi. 
XVII  əsrdə  Osmanlı  dövlətinin  iqtisadi  cəhətdən  zəifləməsi  əvvəlcə  vəqf 
müəssisələrinin  zəifləməsinə,  daha  sonra  isə  onlara  bağlı  təhsil  sisteminin  zəifləməsinə 
səbəb oldu. Bu, dini elmlərin inkişafına mane oldu. Dünyəvi elmlər isə inkişaf edir, türk 
alimləri  dövrün 
mədəniyyətinə  öz  töhfələrini  verirdilər.  Katib  Çələbi  və  Evliya  Çələbi 
həmin dövrün böyük türk alimləri olmuşlar. Evliya Çələbinin oncildlik «Səyahətnamə» 
əsəri  isə  Osmanlı  və  dünya  tarixini  və  mədəniyyətini  öyrənmək  üçün  əhəmiyyətli 
mənbələrdən  biridir.  Bu  əsərdə  müəllif  Azərbaycan  haqqında  (Azərbaycan  şəhərləri 
barədə,  xüsusilə  Təbriz  şəhəri,  onun  qapıları,  məhəllələri,  sarayları,  məscidləri, 
məktəbləri, mədrəsələri, sənətkarları və s. haqqında) da qiymətli məlumatlar verilmişdi. 
Katib  Çələbi  tarix,  hüquq,  coğrafiya  və  maliyyə  məsələlərinə  aid  bir  çox  dəyərli 
əsərlərin müəllifi olmuşdur. 
 
XVII  əsrdə  Osmanlı  dövlətində  əsas  təhsil  müəssisələri  mədrəsələr  idi. 
Mədrəsələrdə dini elmlərlə yanaşı, dünyəvi elmlər də tədris olunurdu. Onların məzunları 
müdərris, qazı, müfti, ilahiyyatçı, astronom, həkim, riyaziyyatçı kimi hazırlanırdı. 
 
XVII-XVIII  əsrlər  Osmanlı  memarlığının  tənəzzülü  dövrü  hesab  olunur.  Lakin 
həmin dövrdə də ölkədə bir sıra memarlıq abidələri inşa edilmişdi. Həmin əsrlərdə artıq 
ənənəvi  memarlıq  üslubu  Avropaya  xas  olan rokoko və  barokko  memarlıq  üslubu  ilə 
əvəz olunmuşdu. Ağrı şəhərindəki İshak Paşa sarayı bu üslubda inşa edilmişdi. Bu dövr 
Osmanlı memarlığının şah əsəri Sultan Əhməd məscididir. Memarı Mehmet Ağa olan 
bu məscid 1609-1616-cı illərdə inşa edilmişdir. 
Həmin  dövrdə  Osmanlı  rəssamları,  əsasən,  miniatür  əsərlərə  üstünlük  verirdilər. 
Məşhur  rəssam  Levninin  miniatürlərini  fərqləndirən  başlıca  cəhət  onun  əsərlərində 
insanlara, hadisələrə yeni baxışın olması idi. 
Nəbi, Nedim, Titnat xanım XVII əsr türk ədəbiyyatının tanınmış simalarından olmuşlar. 
Memarlıqdan  fərqli  olaraq,  bu  dövrdə  musiqi  yüksək  inkişaf  səviyyəsinə  çatmışdı.  XVIII  əsrdə  Ömər  bəy 
İtri, Musa Əfəndi kimi böyük türk bəstəkarları  yaşayıb-yaratmışlar. Məhz bu əsr türk musiqisinin yüksəliş dövrü 
olmuşdur.  Türk  musiqisi  nəinki  Avropa  musiqisinin  təsiri  altına  düşmüş,  əksinə,  Avropa  musiqisinə  təsir 
göstərmişdi. Musiqinin belə inkişafı həm də bu dövrün sultanlarının - Sultan Əhmədin, I Mahmudun, III Səlimin bu 
sahəyə olan maraqları ilə bağlı idi. 
XVIII əsrin əvvəllərində Osmanlı dövlətində Avropa təcrübəsini öyrənməyə başladılar. Bunun nəticəsində 
ölkədə 1727-ci ildə ilk mətbəə yaradıldı. 
 
 
Katib Çələbi
 
 
 
 
Evlıya Çələbı 
 

 
180 
 
 
 
                                                
Ağn şəhərində İshak Paşa sarayı                        Sultan Əhməd məscidi 
 
Mərkəzi Asiya, Volqaboyu, Ural, Sibir türklərinin mədəniyyəti 
 Mərkəzi  Asiyada  mədrəsələrdə  şəriətlə  yanaşı,  dünyəvi  elmlər  də  tədris  olunurdu. 
Buxara  mədrəsəsi  bütün  müsəlman dünyasında  məşhur idi.  Böyük  şəhərlərdə  və  yaşayış 
mərkəzlərində qızlar üçün xüsusi məktəblər var idi. Türkmən poeziyasının zirvəsində duran 
Məhtimqulu Fəraqi  öz  əsərləri ilə sübut etdi  ki,  türkmən  dilində  də  böyük ədəbi əsərlər 
yarana bilər. Ondan sonra türkmən ədəbiyyatında ərəb və fars sözlərindən istifadəyə, demək 
olar ki, son qoyuldu. 
Mərkəzi  Asiya,  Volqaboyu,  Ural  türklərinin  təhsil  sistemi  digər  türk  xalqlarının 
təhsil  sistemindən  fərqlənmirdi.  Çarizmin  milli  müstəmləkə  siyasəti  -  türklərin 
xristianlaşdırılması  təhsilə  mane  olurdu.  Əhalini  xristianlaşdırmaq  məqsədilə  müsəlman 
məktəb  və  mədrəsələrini  bağlayır,  xristian  dini  məktəbləri  açırdı.  Bu  yolla  türklər  həmin 
məktəblərə  cəlb  edilirdi.  XVIII  əsrin  sonlarında  burada  ilk  dünyəvi  ibtidai  məktəblər 
açıldı. Rusiyanın sosial-iqtisadi inkişafı bu bölgənin iqtisadiyyatını öyrənməyi tələb edirdi. 
Odur ki, regionda tibb, texniki və başqa peşə məktəbləri yaradılmışdı. 
Kazanda açılan gimnaziyada təhsil rus dilində olsa da tatar, ərəb, türk dilləri də tədris olunurdu. Bu dövrdə 
Sagit Xalfin ilk tatar əlifbasını tərtib etmişdi. XVIII əsrdə rus qrafikası əsasında çuvaş əlifbası tərtib olundu. 
 
Qafqaz xalqlarının mədəniyyəti 
 Şimali  Qafqaz  ərazilərində  təhsil  məktəb  (mollaxana)  və  mədrəsələrdə  verilirdi.  Quran  oxumaq  və  yazı 
məktəblərdə öyrədilirdi. Mədrəsələrdə Quran oxunması, məntiq, hüquq, tarix, coğrafiya, fəlsəfə, astronomiya tədris 
edilirdi. Qazıqumuq və  Xunzaxda zəngin kitabxanalar fəaliyyət göstərirdi. Qafqazda bir çox elm sahələri ilə yanaşı, 
tibb elmi də inkişaf etmişdi. Təbiblər dərman bitkiləri vasitəsilə  müxtəlif xəstəlikləri sağaldır,  avropalı alimlərdən 
xeyli əvvəl çiçək xəstəliyinə qarşı peyvənd etməyi bacarırdılar. 
Şimali Qafqaz xalqlarının öz əlifbası yox idi. Onlar ərəb, rus və gürcü əlifbalarından istifadə edirdilər. Ərəb 
əlifbasından, əsasən bölgənin müsəlman əhalisi istifadə edirdi. XVIII əsrdə avar əlifbası tərtib olundu. 
XVII-XVIII  əsrlərdə  Qafqaz  xalqlarının  şifahi  xalq  ədəbiyyatı  daha  çox  inkişaf  etmişdi.  Tarixi  mövzulara, 
yadellilərin əsarətinə qarşı mübarizəyə həsr olunmuş mahnılar və əfsanələr daha  geniş yayılmışdı. 
XVIII əsrin ikinci yarısında Gürcüstanda dini təhsil verən seminariyalar - orta məktəblər açıldı. 1709-cu ildə 
Gürcüstanda Kartli çarı VI Vaxtanqın  təşəbbüsü ilə mətbəə açıldı. 1712-ci ildə bu mətbəədə XII əsrin böyük gürcü 
şairi Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» əsəri daşbasma üsulu ilə çap edildi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məhtimqulu Fəraqinin 
abidəsi. Türkmənistan 
 

 
181 
 
AVROPA VƏ AMERİKA XVII-XVIII ƏSRLƏRDƏ 
 
İngiltərə 
 
İnqilab ərəfəsində İngiltərənin sosial-iqtisadi vəziyyəti 
İnqilab ərəfəsində
 İngiltərənin sosial-iqtisadi vəziyyəti aşağıdakı kimi idi: 
 
İspaniyanın «Məğlubedilməz armada»sını darmadağın etdikdəön sonra  güclü 
dəniz dövlətinə çevrilmişdi. 
 
Kapitalist münasibətləri inkişaf etsə də feodal ölkəsi olaraq qalmaqda idi. 
 
Əhalinin böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olurdu. 
 
Avropanın digər ölkələrindən daha çox kömür çıxarılır və dəmir  əridilirdi. 
 
Kəndlilərin əsas kütləsi mülkədarlara töycü öyrəyirdi. 
 
Torpağın ali mülkiyyətçisi kral  idi. 
 
Kral bir çox məhsulların ticarət hüququnu pulla tacirlərə sataraq, bu yolla onların qazandıqları mənfəətin  bir 
hissəsindən  məhrum edirdi (tacirlər isə qiymətləri qaldırmaqla itirdiklərini əhalinin hesabına  qaytarırdılar). 
 
Anqlikan  kilsəsi və puritan təriqəti geniş yayılmışdı. 
 
Ölkədə ilk manufakturalar meydana gəlir və sayı getdikcə artırdı.  
 
Yeni zadəganlar və burjuaziya ilə kral arasında kəskin mübarizə gedirdi. Yeni zadəganlara və burjuaziyaya 
istehsalı genişləndirməyə kralın qoyduğu ağır vergilər imkan vermir bu da azad rəqabətə mane olurdu.  
 
Zadəganlar torpağın tam mülkiyyətçisi olmadıqlarına görə torpaqdan istifadə edilməsinə və torpağın miras 
verilməsi şərtləri  müqabilində krala müəyyən məbləğ ödəməli idilər: 
 
Anqlikan kilsəsi. Puritan təriqəti 
XVI əsrdən İngiltərədə Anqlikan kilsəsi hökmranlıq edirdi. 
Reformasiya dövründə İngiltərədə meydana gələn 
və müstəqil olan Anqlikan kilsəsi  mütləqiyyətin möhkəmləndirilməsinə xidmət edirdi. Anqlikan kilsəsi: 
  xalqa kralın hamıdan ali olması və bunun Allah tərəfindən müəyyənləşdirilməsi fikrini təlqin edirdi. 
  Katolik kilsəsindən fərqli olaraq, Roma Papasına deyil, İngiltərə kralna  tabe idi. 
  Topladığı vergilər dövlət xəzinəsinə gedirdi. 
XVI  əsrdə  İngiltərədə  geniş  yayılmış  puritan təriqəti  xalq  kütlələri,  yeni  zadəganlar    burjuaziya 
arasında daha geniş yayılmışdı. Bu dövrdə İngiltərədə protestantları  putitan adlandırırdılar. Puritanlar: 
 
kralın mütləq hakimiyyətinə və feodal quruluşuna qarşı çıxırdılar.  
 
Kilsəni israfçılardan təmizləməyə çalışırdılar. 
 
Dəbdəbəli və dini mərasimlərin, din xadimlərinin sərvət toplamalarının əleyhinə idilər.  
 
 
 
Burjua inqilabı ərəfəsində İngiltərənin siyasi vəziyyəti 
XVII  əsrdə  İngiltərənin  dövlət  quruluşu  parlamentli-monarxiya  idi.   XVII  əsrin 
başlanğıcında  kraliça  I  Yelizavetanın  vəfatı  ilə  İngiltərədə  Tüdorlar  sülaləsinin 
hakimiyyəti  sona  çatdı      Stüartlar  sülaləsi  (1603-1714)  hakimiyyətə  gəldi.  Sülalənin 
banisi  I  Yakov    Stüart  (1603-1625)  olmuşdur.  Hakimiyyətə  gəldiyi  andan  etibarən 
Stüartlar  sülaləsinin  ingilis  parlamenti  və    puritan  kilsəsi    ilə  münaqişəsi    başladı. 
Münaqişənin  əsas  səbəbi  kral  I  Yakovun    vergilərin  müəyyən  edilməsi  hüququnun 
parlamentə  məxsus  olmasını  qəbul  etmək  istəməməsi  idi.  I  Yakov  Stüart  hakimiyyətə 
gələrkən xalq onun islahatlar aparacağını gözləyirdi. Lakin I Yakov onların gözlədikləri 
islahatları nəinki həyata keçirmədi, əksinə, puritan təriqəti və parlamentin hüquqlarının 
məhdudlaşmağa  çalışdı.  I Yakovdan sonra  hakimiyyətə  onun oğlu,  I Karl  (1625-1649) 
gəldi. I Karl siyasi fəaliyyəti dövründə atasının siyasətini davam etdirdi. 
Anqlikan kilsəsi  
Puritan kilsəsi 
  Müstəqil kilsə idi,ona  Roma papası deyil, 
deyil, kral başçılıq edirdi. 
  Kral hakimiyyətinin və zadəganların dayağı 
hesab olunurdu. 
  Topladığı vergilər dövlət xəzinəsinə gedirdi. 
  Sadə xalq, yeni zadəganlar və burjuaziya 
arasında daha geniş yayılmışdı. 
  Təmtəraqlı mərasimlərin, din xadimlərinin 
sərvət toplamasının əleyhinə  idilər. 
  Dəbdəbəli və dini mərasimlərin əleyhinə 
idilər. 
 
 
I Yakov (1603-1625) 

 
182 
 
 
Yüklə 23,89 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin