Anatomiyanın əhəmiyyəti. Öyrənmə metodları


B İ R L Ə Ş D İ R İ C İ T O X U M A



Yüklə 63,17 Kb.
səhifə8/31
tarix02.01.2022
ölçüsü63,17 Kb.
#1912
1   ...   4   5   6   7   8   9   10   11   ...   31
B İ R L Ə Ş D İ R İ C İ T O X U M A
Birləşdrici toxuma ara maddəsinin çox inkişaf etməsi ilə başqa toxumalardan fərqlənir. Bu toxuma orqanlar arasındakı sahəni tutub orqanizmin istinadını təşkil edir. Birləşdirici toxuma 3 funksiya daşıyır: trofik, qoruyucu və mexaniki (istinad). Trofik və qoruyucu vəzifə daşıyan toxumalara qan, limfa tor və kövşək birləşdirici toxuma; mexaniki vəzifə daşıyan toxumalara isə sıx birləşdirici toxuma, qığırdaq və sümük toxumaları aiddir. Epiteli toxumadan fərqli olaraq birləşdirici toxumada ara maddə yaxşı inkişaf etmişdir. Məs., qığırdaq və sümüyün əsas kütləsini hüceyrələr yox, ara maddə təşkil edir.

Tor birləşdirici toxuma ulduz şəklində hüceyrələr və onların arasındakı hərəkətli toxuma mayesindən ibarətdir. Bu qanyaradıcı üzvlərdə (sümük ijiyi, dalaq, limfa düyünləri, qaraciyər), həzm kanalında təsadüf olunur. Qan və limfa damarları daxildən endotellə örtülmüşdür. Tor toxuma endotellə birlikdə retikuloendotel sistem təşkil edir ki, bu da zərəli maddələri zərərsizləşdirmək xassəsinə malikdir.

Kövşək birləşdirici toxuma bütün orqanların daxilində, arasında, dəri ilə əzələlərin arasında, əzələ dəstələri arasında yerləşir. Bu toxuma bədəndə trofik, istinad, qoruyucu vəzifə daşıyır. İstinad vəzifəsi daşıyan yerlərdə ara maddə, qoruyucu vəzifə daşıyan yerlərdə isə hüceyrə ele mentləri artıq inkişaf etmiş olur. Bu toxumanın hüceyrə elementlərinə əsasən fibroblastlar və histiositlər aiddir. Histositlər yad cisimləri udaraq, özündə toplamaq (faqositoz) xassəsinə malikdir. Bu hüceyrələrdən başqa piy, piqment, tosqun hüceyrələr, leykositlər də olur. Birləşdirici toxumanın ara maddəsini kollagen və elastik liflər təşkil edirlər.

İnsanda bəzi orqanların kövşək birləşdirici toxumasında piqment hüceyrələri piqment toxumasını əmələ gətirir: gözün qüzehli və damarlı qişalarında, dərinin bəzi yerlərində.

Piy toxuması orqanizmdə qida maddələri, su və enerjinin mühüm ehtiyatını təşkil edir. Piy toxuması həmçini bədəni mexaniki təsirlərdən qoruyur və istiliyin itirməsinin qarşısını alır.



Sıx birləşdirici toxuma bədəndə mexaniki vəzifə daşıyır. Bu toxuma özü də 3 növ olur.

1.Kollagen birləsddirici toxuma—onun ara maddəsində yoğun kollagen liflər olması ilə xarakterizə olunur. Bu toxumadan vətərlər, bağlər və fassiyalar əmələ gəlir.

2.Elastik birləşdirici toxuma—onun ara maddəsində elastik lif dəstələri olur. Bu toxumadan fəqərəarası qövslərin bağları əmələ gəlir.

3.Qarışıq sıx lifli birləşdirici toxuma—onun ara maddəsində həm elastik, həm kollagen liflərə təsadüf edilir. Sümüküstülüyü və göz almalarının ağlı qişası bu toxumadan təşkil olunmuşdur.

Qığırdağ toxumasının əsas hissəsini ara maddə təşkil edir. Ara maddəsinin xarakterinə görə 3 növ qığırdağ toxuması vardır: hialin, elastik, lifli qığırdağ. İnsanda ən çox hialin qığırdağada təsadüf edilir—qırtlqğın, nəfəs borusunun, qabırğaların, oynağ qığırdağı hialin qığırdağa aiddir.

Sümük toxuması orqanizmin sümük skeletini—fəqərə sütununu, kəlləni, qabırğaları, ətrafları təşkil edir və istinad funksiyasını daşıyır. O, əsasən ara maddədən və nisbətən az miqdarda hüceyrədən-osteositlərdən təşkil olunur. Osteositlər çıxıntılar vasitəsilə qonşu hüceyrələrlə birləşir. Kollagen liflər bir-birinə çarpaz istiqamətdə yerləşir və osteomukoid adlanan maddə ilə birləşmişdir. Orqanizmin hər sümüyü orqan adlanır, çünki sümük toxumasından başqa orada digər toxumalarda var: sinir, birləşdirici toxumalar. Ara maddənin quruluşuna görə 2 növ sümük toxuması ayırd edilir: 1)kobud lifli sümük toxuması, 2)səfhəli sümük toxuması.

Qan və limfa həmçini birləşdirici toxumaya aiddir.


Yüklə 63,17 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin