ƏSAS ANATOMİK TERMİNLƏR
anterior—ön proximalis—gövdəyə yaxın
posterior—arxa distalis—gövdəyə uzaq nöqtə
superior—yuxarı transverzus—köndələn
inferior—aşağı dexter--sağ
medialis—içəri sinister—sol
medius--orta maqnus--böyük
externus —xarici parvus--kiçik
internus —daxili foramen—dəlik
lateralis—bayır tuberkulum--qabarcıq
superficialis—səthi dorsalis—arxa tərəf
profundus—dərin
Orqan və orqanlar sistemi. Orqanizm tam vahiddir.
Orqan—yunanca alət deməkdir. Müxtəlif toxumalar bir-biri ilə birləşərək üzv və yə orqan əmələ gətirir. Bir neçə toxumadan ibarət və müəyyən funksiya daşıyan orqanizmin hissısinə orqan deyilir. Lakin onların biri üstünlük təşkil edir və bu orqanın parenximası adlanır. Orqanlar formalarına, yerləşməsinə, ölçülərinə görə fərqlənir və bir-biri ilə qarşılıqlı təsirdə olur.
Orqanizm toxumalardan və orqanlardan ibarətdir. Toxumalar—hüceyrədən və ara maddədən. Orqanizmin hissələri bir-biri ilə sıx əlaqədədir. Orqanizmin fəaliyyəti onun hissələrinin--toxumalarının, hüceyrələrinin—funksiyasından asılıdır. Və öz növbəsində hər bir hüceyrənin, toxumanın və ya orqanın işi orqanizmin bütöv-lükdə fəaliyyətindən asılıdır.
Orqanizmin mühüm funksiyaları , məs., qidalanma, tənəffüs və s., bir orqanla yox, bir neçə orqanla həyata keçirilir. Orqanlar inkişafına və vəzifəsinə görə bir-birilə əlaqəli olan Morfoloji-funksional sistemləri təşkil edir. Bütün sistemlər bir-birilə qırılmaz əlaqədə olmaqla vahid orqanizmi əmələ gətirir.
İnsan orqanizmində aşağıdakı morfoloji-funksional sistemlər vardır:
1. Hərəkət orqanları sistemi. Bu sistemi sümüklər, onların birləşmələri və əzələlər təşkil edir ki, bunlar da orqanizmin vəziyyətini, formasını, hərəkətini təmin edir.
2. Həzm sistemi. Orqanizm bu sistemin köməyilə xaricdən qida maddələrini alır, həzm edir və lazım olmayan maddələri xaric edir.
3. Tənəffüs sistemi. Tənəffüs orqanları xaricdən oksigeni qana, karbon qazı isə xaricə verir.
4. İfrazat sistemi. Yararsız mübadilə məhsullarını orqanizmdən xaric edir.
5. Cinsiyyət sistemi. Nəslin davam etməsini təmin edir.
6. Qan-damar sistemi. Ürək və damarlar vasitəsilə qanı bütün bədəndə dövr etdirir.
7. Limfa sistemi. Hüceyrəarası mayenin bir hissəsini toxumalardan ürəyə gətirir .
8. Duyğu orqanları sistemi. Xarici və daxili mühitdən qiciqları qəbul edir.
9. Endokrin vəzilər sistemi. Orqanlar arasında kimyəvi əlaqə yaradib, orqanizmin bütün proseslərini tən-zimləyir.
10. Sinir sistemi. Orqanizmin bütün orqanlarını bir-birilə və xarici mühitlə əlaqələndirib, tam vahiddə birləşdirir.
Bu sistemlərin fəaliyyəti bir-biri ilə funksional vəhdətdədir.
Ayrı-ayrı toxumaları və orqanları öyrənən elmlər də mövcuddur:
1. Osteologiya—sümükləri öyrənən elm
2. Myologiya--əzələləri öyrənən elm
3. Sindesmologiya—birləşmələr və bağlar haqqında elm
4. Splanxnologiya—daxili orqanlar haqqında elm
5. Angiologiya—damarlar haqqında elm
6. Esteziologiya--duyğu orqanlar haqqında elm
7. Nevrologiya—sinir toxuması və orqanları haqqında elm
Müxtəlif quruluşa və inkişafa malik orqanlar və orqanlar sistemi ümumi bir vəzifəyə görə birləşdirilə bildiyi üçün onların məcmuusuna aparat deyilir. Məs., hərəkət aparatına daxildir: sümük sistemi, birləşmələr və əzələ sistemi.
Dostları ilə paylaş: |