Ali heyvanlarda və insanda mərkəzi sinir sisteminin ali şöbəsi olan beyin qabığı xüsusi əhəmiyyət kəsb edir.
1. Sinir sistemi ayrı-ayrı orqanların fəaliyyətini tənzimləyir.
2. Sinir sistemi orqanizmin hissələri arasında qarşılıqlı əlaqə yaradır,və nəticədə orqanizm tam vahid kimi fəaliyyət göstərir.
3. Sinir sistemi orqanizmi xarici mühitlə əlaqələndirərək ətrafda özünü idarə etməyə imkan verir.
SÜMÜK HAQQINDA ANLAYIŞ
Sümük---Os Sümük toxuması əsasən ara maddədən və az miqdarda olan hüceyrələrdən—osteositlərdən-- təşkil olun-muşdur. Ara maddə Ca duzları hopması nəticəsində sərt və möhkəmdir. Sümük hüceyrələri, osteositlər, ulduza –bənzər, böyük nüvəli hüceyrələrdir. Ara maddə 2 cür olur: 1)kobud lifli sümük toxuması; 2)səfhəli sümük toxu-ması. Kobud lifli sümük toxumada ara maddə kobud liflərdən ibarətdir. Belə toxuma döldə və yenidoğulmuşlarda olur. Yaşa dolduqca bu toxuma səfhəli sümük toxuması ilə əvəz olunur. Bunun isə ara maddəsi mineral duzlar hopmuş kollagen liflərdən təşkil olunub. Konsentrik sümük səfhələri (5-20 ədəd) bir-birinin üzərinə toplanaraq konsentrik silindr əmələ gətirir ki, buna da osteon , yaxud Havers sistemi deyilir. Osteon –sümük toxumasının vahididir. Osteonun mərkəzində qan kapillyarlarına və sinirlərə məxsus Havers kanalları yerləşir.
Canlı sümüklərin rəngi çəhrayı, maserasiya olunmuş (cansız, yumşaq toxumadan ayrılmış)—ağ, uzun müddət torpağda qalarsa –kül, qumsal yerdə --kərpic, bataqlıqda qalarsa yaşıl və ya qara rəngdə olur.