498) Tonzillektomiya əməliyyata hazırlanan kiçin yaş qrupuna aid uşaqlarda anesteziyaya induksiyasını palatada aparanda hansı şərtə əməl olunmalıdır?
A) Xəstəyə palatanın tibb bacısının nəzarətinin olması
B) Xəstəyə LOR həkimin nəzarətinin olması
C) Xəstəyə uşağın valideynlərinin nəzarətinin olması
D) Xəstəyə anestezist tibb baçısının nəzarətinin və yardımının göstərilməsi üçün şəraitin olması
E) Xəstəyə anestezioloqun nəzarətinin və yardımının göstərilməsi üçün şəraitin olması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
499) Tonzillektomiya zamanı anesteziya aparkən endotraxeal borunun hansı yolla keçirilməsi üstün sayılır?
A) Sol orta burun yolundan (keçəcəyindən)
B) Sağ yaxud sol aşağı burun yolundan (keçəcəyindən)
C) Sağ orta burun yolundan (keçəcəyindən)
D) Orotraxeal yolla
E) Traxeostomik kəsiyi icra edib onu endotraxeal borunun keçirilməsi məqsədi ilə istifadə edilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
500) Ümumi anesteziya ilə aparılan tonzillektomiya əməliyyatı zamanı yaradan olan qanaxmanın artması hansı anestezioloji səbəb ilə bağlı olur?
A) İnfuziyaların nəticəsində hemodilyusiyanın yaranması ilə
B) Anesteziya preparatlarının təsiri nəticəsində dissiminə olunmuş damardaxili laxtalanma sindromunun (DDLS-ın) inkişafı ilə
C) Anestetik preparatların hipokoaqulyasion təsiri ilə
D) Əzələ relaksasiyası ilə
E) Xəstədə səthi anesteziya zamanı gücənmənin və öskürəyin baş verməsi ilə
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
501) Tonzillektomiya əməliyyatı olunan xəstələrdə endotraxeal narkoz zamanı miorelaksasiyanı davam etdirmək məqsədilə hansı preparatlardan istifadə edilməsi daha üstün sayılır?
A) Orta təsir müddətinə malik antidepolyarizasiyaedici relaksantlardan
B) Depolyarizasiyaedici relaksantlardan
C) Qısamüddətli təsirə malik antidepolyarizasiyaedici relaksantlardan
D) İnhalyasion anestetiklərin böyük dozalarının miorelaksasiyaedici təsirdən
E) Uzunmüddətli təsirə malik antidepolyarizasiyaedici relaksantlardan
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
Dostları ilə paylaş: |