511) Aşağıda qeyd olunmuş tənəffüs modellərindən hansı açıq pnevmotoraks zamanı müşahidə olunur?
A) Spontan nəfəsalma zamanı hava döş qəfəsinin defekti olan yerdən plevra boşluğun daxil olur, nəfəsfermə zamanı isə hava döş qəfəsinin defekti olan yerdən xaric olur
B) Spontan tənəffüs zamanı hava tənəffüs yollarından ağ ciyərlərə daxil olur, qaz mübadiləsi baş verir, sonra isə hava tənəffüs yolları vasitəsilə xaric olur
C) Spontan tənəffüs zamanı havanın bir qismi bir ağ ciyərdən digərinə keçir və tənəffüs qarışmış (atmosfer və ekspirator) hava ilə baş verir
D) Spontan nəfəsalma zamanı hava döş qəfəsinin defekti olan yerdən ağ ciyərə daxil olur, nəfəsfermə zamanı isə hava döş qəfəsinin defekti olan yerdən xaric olur
E) Spontan nəfəsalma zamanı hava döş qəfəsinin defekti olan yerdən plevra boşluğun daxil olur, nəfəsfermə zamanı isə döş qəfəsinin defekti bağlanır və plevra boşluqda olan havanın təzyiqi artır
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
512) Açıq pnevmotoraks olan xəstələrdə inkişaf edən ventilyasion-perfuzion pozulmaların mexanizmi nədən ibarətdir?
A) Pnevmotoraks tərəfdəki yığılmış ağciyərdə güclü arterio-venoz şunt əmələ gəlir və buradan axan qan daha yaxşı oksigenasiya olunur
B) Pnevmotoraks tərəfdəki yığılmış ağciyərdə ventilyasiya olunmayan sahələr əmələ gəlir və oradan perfuziya olunan qan oksigenasiya olunmur
C) Pnevmotoraks tərəfdəki yığılmış ağciyərdə qanın perfuziyası baş vermir, kiçik qan dövranından keçən bütün qan normal ağciyərdən axır
D) Pnevmotoraks tərəfdəki ağciyərə hava döş qəfəsinin defektindən daxil olur, nəfəsfermədə döş qəfəsinin defekti bağlanır, havanın təzyiqi artır və oksigenasiya daha yaxşı keçir
E) Pnevmotoraks tərəfdəki yığılmış ağciyərdə ventilyasiya və perfuziya baş vermir
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
Dostları ilə paylaş: |