Anesteziologiya-reanimatologiya


) Burun nahiyəsində aparılan əməliyyatlarda ağızdan ağ ciyərlərin süni ventilyasiyasını aparmaq üçün hansı borudan istfadə etmək daha məqsədəuyğundur?



Yüklə 1,18 Mb.
səhifə101/228
tarix11.08.2023
ölçüsü1,18 Mb.
#139122
1   ...   97   98   99   100   101   102   103   104   ...   228
anesteziologiya reanimatologiya

502) Burun nahiyəsində aparılan əməliyyatlarda ağızdan ağ ciyərlərin süni ventilyasiyasını aparmaq üçün hansı borudan istfadə etmək daha məqsədəuyğundur?

A) Manjeti olmayan endotraxeal borudan


B) Sağ tərəfli ikiyollu endobronxial borudan
C) Laringeal maskadan
D) Düz bucaq altında əyilmiş yaxud armaturlaşdırılmış (sıxılmayan) endotraxeal borudan
E) Sol tərəfli ikiyollu endobronxial borudan


Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.


503) Burun nahiyəsində aparılan əməliyyatlarda endotraxeal anesteziya zamanı qırtlağın bərk tamponadası hansı məqsədlə aparılır?

A) Endotraxeal borunun fiksasiyası üçün


B) Qan aspirasiyasının profilaktiktikası üçün
C) Ağız suyunu sormaq üçün
D) Mədə requrgitasiyanın qabağını almaq məqsədilə
E) Tənəffüs konturun qermetikliyini təmin etmək üçün


Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.


504) Aşağıda qeyd olunanlardan hansı tədbir anesteziya zamanı gözdaxili təzyiqin yüksəlməsinin profilaktikasına yönəldilməmişdir?

A) Boyun venalarının sıxılmasının qarşısının alınması (məs., endotraxeal borunu fiksasiya edən dairəvi sarğı boynun ətrafında keçirməməlidir)


B) Depolyarizasiyaedici relaksantların istifadəsindən əvvəl prekurarizasiyanın aparılması
C) Miorelaksasiya məqsədilə mivakrondan (mivakurium) istifsadə edilməsi
D) Premedikasiyanın tərkibində və anesteziyaya induksiya zamanı atropindən istifadə edilməsi
E) Larinqoskopiya və intubasiyadan əvvəl tənəffüs yollarına yerli anestetikin çilənməsi


Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.


505) Aşağıda qeyd olunanlardan hansı tədbir anesteziya zamanı və anesteziyadan sonra gözdaxili təzyiqin yüksəlməsinin profilaktikasına aid deyildir?

A) Əməliyyatdan sonra qusmanın profilaktikasının təmin edilməsi


B) Anesteziya zamanı süni hipotoniyanın yaradılması (qanqlioblokatorlar, natrium nitroprussid, nitroqliserinlə)
C) Miorelaksasiya məqsədilə suksinilxolindən (listenon) istıfadə edilməsi
D) Anesteziya zamanı xəstənin oyanmasının, hərəki reaksiyaların, öskürəyin profilaktikasının təmin edilməsi
E) Ağciyərlərin süni ventilyasiyası (ASV) zamanı nəfəsalmada təzyiqin 10-12 sm su süt-dan yuxarı olmaması


Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin