536) Böyüklərdə sutka ərzində mədə-bağırsaq traktına sekresiya olunan ifrazatların ümumi həcmi nəçə litr təşkil edir:
A) 3,0-3,5
B) 1,5-2,0
C) 5,0-6,0
D) 0,3-0,5
E) 8,0-9,0
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
537) Kəskin bağırsaq keçməməzliyi ilə əlaqədar təcili göstərişlərlə əməliyyatlar aparılan xəstələrdə anesteziyaya induksiya zamanı mədənin turşu reaksiyalı möhtəviyatının aspirasiyasının profilaktikası məqsədilə hansı tədbirdən istifadə olunmur?
A) Əməliyyatdan 40 dəq əvvəl 300 mq simetidin yeritmək
B) Mədə zondu vasitəsilə mədəni yuyub təmizlənmək
C) Əməliyyatdan 30 dəq əvvəl mədə zondun antasid preparatı yeritmək
D) Mədənin boşalmasını təmin etmək məqsədilə əməliyyatı 6 saata təxirə salmaq
E) Anesteziyaya induksiya və traxeyanın intubasiyası zamanı Sellik üsulundan istifadə etmək
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
538) Kəskin pankreatit və pankreatonekroz zamanı hansı orqan yaxud sistem tərəfinndən olan xarakterik pozğunluqlar daha tez nəzərə çarpır?
A) Hemostaz sistemi
B) Mərkəzi sinir sistemi
C) Tənəffüs
D) Qara ciyər
E) Hemodinamika
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
539) Qara ciyərin cərrahi patologiyası olan xəstələrdə zülal mübadiləsinin pozulması nəticəsində hansı dəyişikliklər müşahidə olunur?
A) Plazmada öd turşularının və piqmentlərin konsentrasiyasının artması
B) Qanda proteolitik və lipolitik fenmentlərin olması
C) Qanda qlükozanın konsentrasiyasının artması
D) Qanda ammonyak, fenol, aşağı molekullu piy turşuları və piroüzüm turşusu törəmələrinin səviyyələnin artması
E) Qanda albuminlər, fibrinogen və protrombinin səviyyəsinin azalması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
Dostları ilə paylaş: |