527) Kəskin bağırsaq keçməməzliyində hemodinamika tərəfindən hansı tip pozğunluqu müşahidə olunur?
A) Preyüklənmənin artması
B) Hipovolemiya
C) Hiperdinamik sindromu
D) Hipervolemiya
E) Hipertenziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
528) Kəskin bağırsaq keçməməzliyində qusması olmayan xəstələrdə turşu-qələvi balansının hansı tip pozğunluqu müşahidə olunur?
A) Kompensasiya olunmuş tənəffüs alkalozu
B) Metabolik alkaloz
C) Metabolik asidoz
D) Tənəffüs asidozu
E) Dekompensasiya olunmuş tənəffüs alkalozu
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
529) Kəskin bağırsaq keçməməzliyində inkişaf edən intoksikasiyanın mənbəyi hansıdır?
A) Qara ciyər
B) Ağ ciyərlər
C) Mədəaltı vəzi
D) Bağırsaq möhtəviyatı
E) Böyrəklər
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
530) Kəskin pankreatiti və pankreatonekrozu olan xəstələrdə inkişaf edən toksemiyanın səbəbi hansıdır?
A) Qanda öd turşularının və piqmentlərin konsentrasiyasının artması
B) Proteolitik və lipolitik fermentlərin qana və limfaya sorulması
C) Bağırsaq möhtəviyatının qana sorulması
D) Qara ciyər funksiyasının pozulması
E) Böyrəklərin ifrazedici funksiyasının pozulması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
531) Kəskin pankreatit və pankreatonekroz zamanı inkişaf edən hemodinamik pozğunluqlarının inkişaf mexanizmi nədən ibarətdir?
A) Simpato-adrenal sistemin aktivləşməsi nəticəsində hiperdinamik sindromunun inkişafı
B) Plazmadan su və elektrolitlərin bağırsaq mənfəzinə keçməsi
C) Plazmanın parapankreatik toxumalara ekssudasiyası, periferik damarların parezi, qusma
D) Mədə-bağırsaq qanaxmaları
E) Böyrəklərin ifrazedici funksiyasının pozulması nəticəsində hipervolemiyanın inkişafı
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
Dostları ilə paylaş: |