593) Keysər kəsiyi əməliyyaıntda anesteziya zamanı istifadə edilən preparatlardan hansı ürək-damar sisteminə oksitosinlə sinergik olan təsir göstərir?
A) Tiopental natrium
B) Ketamin
C) Droperidol
D) Fentanil
E) Propofol
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
594) Keysər kəsiyi əməliyyatı zamanı epidural anesteziyanın aparılmasına göstəriş deyildir?
A) Böyrək xəstəlikləri və yüksək dərəcəli miopiya
B) Nəzərəçarpan ürək çatışmamazlığı ilə müşayiət edilməyən ürək qüsurları
C) Hipertoniya xəstəliyi yaxud hipertoniya ilə müşayiə edilən hestoz
D) Dölün hipoksiyası
E) Ağ ciyərlərin xronoki obstruktiv xəstəlikləri
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
595) Ciftin funksiyalarına aid deyildir?
A) Müxtəlif fermentlər və hormonların hasil edilməsi
B) Fetal zülal fraksiyalarının sintezinin həyata keçirməsi
C) Dölün qidalanmasının təmin edilməsi
D) Dölün qanyaradıcı funksiyasının üzərinə götürməsi
E) Döl orqanizmində gedən metabolizm proseslərinin son məhsullarının xaric edilməsi
Ədəbiyyat: Растригин Н.Н. Анестезия и реанимация в акушерстве и гинекологии. М.: Медицина, 1988.
596) Mamalıq praktikasında hansı hallarda halotanla anesteziya əks-göstərişdir?
A) Bronxial astma tutmaları zamanı
B) Uşaqlığın hipertonusunda və cırılma təhlükəsi olduqda
C) Yüksək dərəcəli miopiya və qlaukoma zamanı
D) Arterial hipertenziya zamanı
E) Uşaqlıq qanaxmaları və uşaqlıq hipotoniyası zamanı
Ədəbiyyat: Долина О.А. Анестезиология и реаниматология. Учебник. М.: ГЭОТАР-Медиа, 2006, 576 с.
597) Mamalıq praktikasında hansı hallar halotan narkozuna birbaşa göstəriş hesab edilmir?
A) Arterial hipertenziya və taxikardiya
B) Arterial hipertenziya və bronxial astma
C) Yaşlı ilk doğan, dölyanı mayenin vaxtımdan əvvəl axması
D) Qıcolma sindromlarında
E) Eklampsiya statusu
Ədəbiyyat: Долина О.А. Анестезиология и реаниматология. Учебник. М.: ГЭОТАР-Медиа, 2006, 576 с.
Dostları ilə paylaş: |