598) Kiçik çanaq orqanlarının əməliyyatlarında epidural boşluq hansı səviyyədə punksiya olunmalıdır:
A) TVIII - TXI səviyyəsində
B) LIV - LV səviyyəsində
C) LIV - SI səviyyəsində
D) LII - LV səviyyəsində
E) TXI - LII səviyyəsində
Ədəbiyyat: Долина О.А. Анестезиология и реаниматология. Учебник. М.: ГЭОТАР-Медиа, 2006, 576 с.
599) Fizioloji hamiləliyin inkişafı ilə əlaqədar olaraq, dövredən qanın həcmi necə dəyişir?
A) Dövredən qanın həcmi heç bir dəyişkənliyə məruz qalmır
B) Dövredən qanın həcmi dəyişmədən plazma hissəsi azalır, formalı elementlərin isə proporsional artımı baş verir
C) Qanın plazma və qlobulyar hissələri eyni dərəcədə artır
D) Qanın plazma hissəsinə nisbətən qlobulyar hissəsi az artır
E) Qanın plazma hissəsi azalır, dövredən qanın həcminin artması isə formalı elementlərinin miqdarının artması hesabına baş verir
Ədəbiyyat: Зильбер А.П., Шифман Е.М. Акушерство глазами анестезиолога/Этюды критической медицины. Книга 3-я. Петрозаводск., 1997, 397 с.
600) Fizioloji hamiləliyin inkişafı ilə əlaqədar olaraq, dövredən qanın göstəriciləri necə dəyişir?
A) Hematokrit və plazma nisbətən artır, hemoqlobin isə azalır
B) Hamısı eyni dərəcədə artır
C) Hemoqlobin və hematokrit azalır, plazma isə artır
D) Hemoqlobin və hematokrit nisbətən artır, plazma isə azalır
E) Hamısı eyni dərəcədə azalır
Ədəbiyyat: Зильбер А.П., Шифман Е.М. Акушерство глазами анестезиолога/Этюды критической медицины. Книга 3-я. Петрозаводск., 1997, 397 с.
601) Fizioloji hamiləliyin fonunda dövredən plazmanın həcmi ilkin vəziyyətlə müqayisədə nə qədər artır?
A) 10-20%
B) 40-50%
C) 50-60%
D) 20-30%
E) 30-35%
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
Dostları ilə paylaş: |