Antropologiyada yaş və cins problemi


DƏRI, TÜK VƏ GÖZLƏRIN RƏNGI və yaş xüsusiyyətləri



Yüklə 0,55 Mb.
səhifə18/20
tarix20.04.2023
ölçüsü0,55 Mb.
#101182
1   ...   12   13   14   15   16   17   18   19   20
yas-cins antropologiyasi muhaz

DƏRI, TÜK VƏ GÖZLƏRIN RƏNGI və yaş xüsusiyyətləri
Dəri, tük və gözlərin rənglərini formalaşdİran xüsusi maddə melanin adlanır. Melanin molekulu tirozin və zülalardan törəyən mürəkkəb polimerlərdir. Melaninin sintezi tirozinin fermentli turşulaşması nəticəsində baş verir. Bu sintez ultrabənövşəyi şüalanma və xüsusi hormonun – melanotropinin köməyilə gücləndirilə bilər. Dəri, tük və gözlərin rəngləri melaninin dəridə, bəbəkdə və tüklərda yerləşməsindən və miqdarından asılıdır. Bu orqanlarda melaninin olmaması pataloji hal sayılır və elmi ədəbiyyatda albinosluq adlanır. Albinoslarda dəri çox şəffaf , tüklər ağ, göz bəbəkləri qırmızı rəngdə olur. Göz bəbəklərinin qırmızı rəngdə olması bu orqanda melaninin yoxluğu nəticəsində bəbəkdəki qan damarlarının aşkar görünməsi ilə bağlıdır. Albinoslar günəş işığına çox həssasdırlar. Melanin maddəsi olmadığından onların dəriləri günəş şüalarından qaralmır. Albinoslara həm qara , həm də ağ dərili toplumlarda rast gəlinir. Melanin maddəsinin bədənin müəyyən hissəsində çatışmazlığına qismən albinosluq deyilir.
Insanın yaşı artdıqca tüklərın rəngində dəyişiklik baş verir. 7 – 12 yaşlarında insanın tüklərının rəngi tündləşir. Melaninin kökə yaxın yerdən başlayaraq azalması nəticəsində tüklər ağarmağa başlayır.


DƏRININ RƏNGI
Dəri özü üst – epidermis və alt – derma qatlarından ibarətdir. Melanin maddəsi epidermis qatında yerləşir. Epidermisin buynuzvariləşmiş hissəsində melanin olmadığından hətta qaradərili əhalidə də buynuz qatı (dırnaqlar, gözlərin ağı ) rəngsizdir. Melanin derma qatına nüfuz etdikdə dəri göyümsov rəng alır. « Monqol ləkəsi» adlanan bu cür göyümsov ləkəyə bütün irqlərin nümayəndələrinin uşaqlarının büzdüm hissəsində rast gəlinir. Melanin dəri qatında dənəvari olarsa bu onun daha tutqun, diffuz vəziyyətdə olarsa qırmızımtıl rəng almasına səbəb olur. Dərinin rəngi həm də qanın kapilyar damarların divarlarının işıqlandırılmasından və rütubətdən asılıdır. Bədənin müxtəlif hissələrinin rəngləri də fərqlidir. Məsələn kürək və döş nahiyəsində dəri daha tutqun rəngdə olduğu halda, ovuc və dabanlarda daha açıq rəngə çalır. Bədəndə mеlаninin dərinin müəyyən nаhiyələrində həddən çох yığılmаsı хаllаrın, feomelanin maddəsinin çохluğu isə çillərin yаrаnmаsınа səbəb оlur.
Xarici selikli orqanlarda da müəyyən miqdarda melanin olur. Ağ dərili əhalidə dodaqlar melanin qatından məhrum olduğundan qırmızı rəngdə olur. Qara dərili əhalidə isə dodaqlarda melaninin çox olması onun göyümtül rəng almasına səbəb olur. Melaninə həm də cinsiyyət orqanlarının selikli qişasında rast gəlinir.
Bütövlükdə dərinin rəngi melaninin miqdarından deyil , onun fəallığından asılıdır. Günəş şüasının birbaşa təsiri melanin maddəsini fəallaşdırır, dağınıq, dəniz və ya qarda əks olunan şüalar isə melaninin fəallığını azaldır.
Yer kürəsi əhalisinin xalqlarının dərilərinin rəngləri аğаppаq rəngdən tünd qаrа rəngə qədər dəyişir. Irqlərin müəyyənləşdirilməsində mühüm əlamət olan dərinin rənginin təxmini müəyyənləşdirilməsi düzgün deyil. Hələ 1864 – cü ildə Pol Brok tərəfindən dərinin dəqiq müəyyənləşdirilməsi üçün 34 rəngdən ibarət xromatlı cədvəl tərtib edilmişdi. Lakin bu rənglərin özlərinin yaxıldığı materiallar get – gedə öz rəngini itirdiyindən get – gedə öz mötəbərliyini itirməyə başladı. Bu çatışmazlığı aradan qaldırmaq məqsədilə Luşan tərəfindən 36 rəngli şüşədən ibarət xüsusi şkala hаzırlаndı. Luşan şkalasına görə :



0 - ağappaq dəri (№ 1 - 9)

1 - ağ dəri (№ 10 - 14)

2 – orta rəngli (bozumtul) dəri (№ 15 - 18)

3 – qara dəri (№ 19 - 23)

4 - qapqara dəri (№ 24 - 35)

Şkalanın 36 – cı saylı şüşəsi qapqara rəngdədir. Bu rəngdə dəriyə hələ rast gəlinməmişdir və bu rəng ancaq müqaiyisə xarakteri daşıyır. Bu cür təkmilliyinə baxmayaraq, Luşan şkalası da qüsursuz deyil. Belə ki, burada əks olunan şkala – şüşələr parıltılı olduqlarından bəzən insan dərisinin rənginə tam uyğun gəlmir.
Hazırda dərinin rəngini daha dəqiq müəyyənləşdirmək üçün xüsusi kalorimetrdən ( ingilis dilində color – rəng, metreo – ölçürəm deməkdir) istifadə olunur. Məsələn 6850 Å uzunluqlu dalğada Niger əhalisinin dərisi işığın 24 % - ni , Mərkəzi Avropa əhalisinin dərisi isə 64 % - ni əks etdirir.
Dərinin rənginin müəyyən edilməsi üçün bədənin günəş şüasından daha yaxşı müdafiə olunan çiynin alt hissəsi götürülür.



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin