Aqil abbas


partlayırdı.  Həmişə  əsəblərini  sakitləşdirmək  üçün  iki



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix11.01.2022
ölçüsü1,13 Mb.
#51166
növüYazı
1   2   3   4   5   6
[kitabyurdu.org] Aqil Abbas Dolu


partlayırdı.  Həmişə  əsəblərini  sakitləşdirmək  üçün  iki 
stəkan  tünd  çay  içərdi.  Və  bu  iki  stəkan  tünd  çay  təkcə 
onun  ağrılarının  səmmini  almırdı,  həm  də  yorğunluğunu 
çıxarırdı.  Üzünü  çayxana  tərəfə  çevirəndə  gözü  qoz 
ağacının  altında  dayanan  və  bayaqdan  bəri  baş  verənləri 
çaşqınlıqla  izləyən  yad  bir  adama  sataşdı,  yenə  özündən 
çıxdı... 
...  Olmurdu,  nə  qədər  əlləşsə  də  göydən  tökülən 
odun-alovun  içində  bu  dəli-dolu  uşaqları  əsl  əsgərə 
çevirmək, onlara hərbi nizam-intizamı aşılamaq mümkün 
deyildi.  Buna  vaxt  da  yox  idi.  Bir  tərəfdən  də  dəfələrlə 
Müdafiə  Nazirliyinə  müraciət  etsə  də,  uşaqlara  təlim 
downloaded from KitabYurdu.org


 
 
29 
keçmək üçün batalyona peşəkar zabitlər vermirdilər. O da 
gedib  orta  məktəbdəki  hərbi  dərs  deyən  müəllimləri 
yalvarıb  gətirmişdi  batalyona.  Əslində  onların  da  çoxu 
mütəxəssis  deyildi,  sadəcə  olaraq  orduda  olmuş 
adamlardı.  Yenə  sağ  olsunlar,  uşaqlara  az-çox  silahı 
söküb-yığmağı,  təmizləməyi,  güllə  atmağı  öyrədə 
bilirdilər. 
Əvvəllər  həyətə  iynə  atsan  yerə  düşməzdi.  Bura 
özünü  göstərməyə,  “mən  də  varam”  deyə  özünü  gözə 
soxmağa, uşaqlardan eşitdikləri döyüş səhnələrinin üstünə 
beşini  də  qoyub  gedib  orda-burda  öz  adlarına  çıxmağa 
gələnlərin sayı döyüşənlərin sayından qat-qat çox olardı. 
İmarət  adlanan  bu  yer  savaş  başlayanadək 
“Qarabağ”  komandasının  stadionu  olduğundan  adamlar 
elə  bil  bir  azdan  başlayacaq  futbola  baxmağa  gəlirdilər. 
Komandir  bunun  qarşısını  almaq  üçün  çox  əziyyət 
çəkmişdi,  hətta  üç-dörd  dəfə  bir-ikisini  qapaz  altına  da 
salmışdı,  yenə  öht  olmurdu.  Darvazaya  növbətçilər  də 
qoydurmuşdu  ki,  heç  kəsi  içəri  buraxmasınlar.  Amma 
yenə görürdün çəpərdən, hasardan aşıb gələnlər var... 
- Növbətçi! 
Növbətçi yüyürüb gəldi: 
- Eşidirəm, Komandir! 
- Bunu bura kim buraxıb?! 
Növbətçi qorxa-qorxa dedi: 
- Bakıdan gəlib. Yurnalistdi, sizi görmək istəyir. 
downloaded from KitabYurdu.org


 
 
30 
- Növbətçinin vəzifəsi nədi? 
- Batalyonun həyətinə kənar şəxsləri buraxmamaq! 
-  Di  get  öz  komandirinə  de  ki,  səni  bir  sutka 
qubbağa salsın. 
Növbətçi: 
- Oldu, Komandir! 
Komandir: 
-  Bu  jurnalistlər  də  elə  bilir  bura  yel  əsib  qoz 
tökülüb. Ay qardaş, bura qoz tökülmür ey, bomba tökülür, 
bomba. Yaxşı, gəl görüm. 
Getdi  çayxanaya  tərəf,  Yurnalist  də  onun  ardınca. 
Çayxanadakılar  dərhal  qalxdılar,  Komandir  əli  ilə  işarə 
elədi  ki,  əyləşin,  stolların  birinin  üstündə  dominonu 
görüb: 
-  Onu  yığışdırın!  Kim  domino  oynamaq  istəyirsə, 
getsin  xarabasında  oynasın.  -  sonra  üzünü  tutdu 
Yurnalistə;- Otur də, qolundan tutub oturadacam? 
Bəlkə  də  həyatında  ilk  dəfə  belə  sərt  qarşılanan 
Yurnalist özünü itirmişdi, ehtiyatla oturdu. İki çaynik çay 
gətirdilər,  birini  məxsusi  Komandir  üçün,  birini  də 
qonağa. Komandir əvvəl qonağa, sonra özünə çay süzdü: 
-  Çayını  iç.  Bağışla  dana,  limonumuz  yoxdu, 
çölçülükdü, - dərhal da hiss elədi ki, yaxşı iş görmədi, hər 
halda  qonaqdı  və  bir  də  bu  yazığın  nə  günahı, 
gülümsəməyə  çalışdı;  -  Fikir  vermə.  Günümüz  belədi. 
downloaded from KitabYurdu.org


 
 
31 
Milləti əli yalın qoyublar ermənilərin qabağında aciz. Heç 
kimdə hövsələ qalmayıb. Xoş gəlmisən. Eşidirəm. 
Yurnalistin qıvrığı bir az açıldı: 
- Sizdən müsahibə almaq istəyirəm. 
- Dostum, o gün bir qəhbə gəlibmiş. Qırılan oğullar 
qalıb  bir  tərəfdə,  düşüb  bu  şəhərin  küçələrinə,  axtarıb 
harda bağlı qapı var, onu çəkib. Dünən baxırdım, deyirdi 
camaat qaçıb. Saçından tutub başını soxasan təzəyin içinə 
ki,  bəs  bu  ermənilərin  qabağını  kim  kəsib?  Hökumət? 
Yoxsa sənin dədən? Kim qaçıb, ay qəhbə, hara qaçıb?! O 
tində  gördüyün  məktəbdəki  uşaqları  Amerikadan 
gətiriblər?!  Olmadı  də  dostum,  qoyun  öldüyümüz  yerdə 
ölək. Erməni bir tərəfdən, hökumət bir tərəfdən, siz də bir 
tərəfdən.  Ə,  ordan  Qeyrət  Dağarcığını  çağırın.  Hökumət 
yoxdu. Var ey, özləri üçündü. Hökumət hökumət olsaydı 
çoxdan  arvad-uşağı  burdan  köçürərdi  ki,  rahat  vuruşa 
bilək.  Adam  qeyrətə  nə  qədər  boğular?!  Gecə 
səngərdəsən,  səhər  gəlib  görürsən  qrad  gəlib  düşüb  ev-
eşiyini dağıdıb, ailəni parça-parça eləyib. Sizi ana doğub, 
bizi  inək?!  Sizinkilər  uşaqdı,  bizimkilər  əcinnə?!  Mən 
özüm  ha  məcbur  eləyirəm  ki,  uşaqlar  arvad-uşağı 
şəhərdən  çıxarsınlar,  çıxartmırlar,  utanırlar.  Deyirlər 
ayıbdı. Qrad ayıba baxmır ey! Gecə burdaydın? 
- Burdaydım. 
- Qradı gördün? 
- Gördüm. 
downloaded from KitabYurdu.org


 
 
32 
- Şalvarını batırmadın? 
Gecə  Dolu  başlayanda  ilk  zərbədən  ev  necə 
silkələndisə,  elə  bildi  zəlzələ  oldu.  Yatdığı  yerdən  dik 
atıldı,  tumanpaça  özünü  pəncərədən  bayıra  tulladı.  Ev 
sahibi  isə  heç  nə  olmamış  kimi  sakitcə  onun  özünü 
pəncərədən  necə  atmasına  baxıb  güldü.  Əvvəlcə 
uşaqlarını zirzəmiyə endirdi, sonra qayıdıb onun şalvarını 
götürdü, düşdü həyətə və atdı üstünə: 
-  Ala  geyin,  ə!  Ayıbdı.  Ermənilər  qəfil  gələrlər, 
biabır olarıq! 
O da titrəyə-titrəyə soruşdu: 
- Bu nədi? 
- Kanfetdi, ermənilər atır. 
Ev  sahibinin  özünü  belə  sakit  aparması  da  onun 
titrəməsini kəsə bilmədi. Ev sahibi gördü ki, yox, qonağı 
çox  pis  qorxub,  havalanmaq  dərəcəsindədi.  Gedib  bir 
çabba stəkan araq gətirdi: 
- Ala iç! Ala, utanma. Biz də əvvəllər belə olurduq. 
Arağı  birbaşa  çəkdi  başına,  soğanı  da  alma  kimi 
gəmirdi.  Arağın  havası  onu  bir  az  toxtatdı.  Amma  Dolu 
kəsəndən  sonra  yenidən  qayıdıb  evə  girməyə  qorxdu, 
oturdu həyətdəki kötüklərin birinin üstündə: 
- Bəlkə bir stəkan da... 
Ev sahibi gedib bir stəkan da araq gətirdi və gülə-
gülə dedi: 
- Köpəyoğlunun arağı qradın dərmanıdı. 
downloaded from KitabYurdu.org


 
 
33 
İkinci stəkandan sonra özünə gəlib soruşdu: 
- Bəs bu uşaqlardan qorxmursan? 
-  Niyə  qorxmuram?  Adam  deyiləm?  Arvada 
deyirəm get kəndə, getmir, deyir səni qoyum hara gedim. 
Uşaqlar  da  deyir  anamız  getmirsə,  biz  də  getmirik.  İndi 
görürsən bu camaat nə çəkir?! 
Gecəni yenidən xatırlayan Yurnalist dedi: 
- Sözün düzü, bərk qorxdum. 
Bu  vaxt  hərbi  formanın  içində  itib-batan,  əlində 
tutduğu  tüfəngdən  iki-üç  qarış  böyük  qarayanız  bir  uşaq 
yaxınlaşıb əsgər salamı verdi: 
-  Yoldaş  Komandir!  Sıravi  əsgər  Qeyrət  Dağarcığı 
sizin əmrinizlə gəlib! 
- Yaxın gəl! Bilirsən bunun neçə yaşı var? On beş. 
Səngərdən  çıxara  bilmirəm.  On  dəfə  qovmuşam,  gedib 
görmüşəm  səngərdədi.  Day  indi  qovmuram.  Gedə 
bilərsən. 
-  Oldu!-  deyə  Qeyrət  Dağarcığı  yenə  əsgər  salamı 
verib çevrilib getdi. 
-  Bundan  yazın  dana!  Yoxsa,  axtarıb  beş-altı  bağlı 
qapı  tapıb  çəkirsiniz,  sonra  da  qəhbəşivən  salırsınız  ki, 
camaat qaçıb. Nə demək istəyirsiniz? Ermənilərə nakolka 
verirsiniz ki, şəhər boşdu, qorxmayın?! 
- Mən o xanımın çəkdiyinə cavabdeh deyiləm. 
Komandir  soyumuş  çayını  götürüb  atdı  yerə,  yeni 
bir çay süzdü, bir qurtum içdi, sonra sözünə davam elədi: 
downloaded from KitabYurdu.org


 
 
34 
- Get də! Get o həkimi tap, o binamusdan yaz. Yaz 
ki, biri canını ver, biri də canını verən oğulun anasından 
pul  istəyir.  Yox,  bunları  yazmassan.  Bilirsən  gedib  nə 
yazacaqsan?! Oğullar qalacaq qıraqda, bayaq gördüklərini 
yazacaqsan.  Yazacaqsan  ki,  cəbhəçilər  quldurluq  edir, 
vəzifəliləri  soyur,  bir-birini  qırır,  çünki  sənin  hökumətin 
bunu istəyir. 
Yurnalist başını buladı: 
-  Komandir,  mən  hökumət  jurnalisti  deyiləm. 
Hökumət  jurnalisti  olsaydım,  hökumətin  yanına 
gedərdim, bura gəlməzdim. 
-  Götür  çayını  iç.  İncimə,  həqiqət  budu. 
Oturmusunuz  Bakıda,  burdan  xəbəriniz  yoxdu.  İnsanlar 
dəli kimidilər, hər sözdən havalanırlar. Qəzetdəki adi bir 
yalan  adama  erməni  gülləsindən  pis  dəyir.  Dünən  o 
verilişdən  sonra  bütün  şəhər  bir-birinə  dəymişdi.  Mən 
olmasam  uşaqlar  gedib  onu  studiyanın  qabağında 
sürüyəcəkdilər.  Qaldı  müsahibəyə...  Bilirsən  dostum, 
müharibədə  üç  cürə  adam  var.  Döyüşənlər,  tank  belində 
şəkil  çəkdirənlər,  bir  də  müsahibə  verənlər.  Bu  boyda 
rayonda  iki  tank  var,  birini  camaat  pul  yığıb  alıb, 
Qarağacıda qəbristanlığında ermənilərin qabağın kəsib. O 
birini  də  Mütəllibov  göndərib  özününkülərə,  guya  biz 
nemesik.  Ağ  Evin qabağındadı, ordakıları  qoruyur.  Şəkil 
çəkdirənlər  üçündü,  istəyirsən  get  birini  də  sən  çəkdir. 
Bizim  batalyondakılar  döyüşənlərdi,  şəkil  yerini  də 
downloaded from KitabYurdu.org


 
 
35 
göstərdim.  Müsahibə  verənlər  də  Ağ  Evdədilər,  bilyard 
oynayırlar. Gecə düşən kimi də qaçırlar Bərdəyə, hələ biri 
qrad  səsi  eşitməyib.  Elələri  var  heç  Bərdədən  bu  tərəfə 
keçmir, sürücüləri gəlib ezamiyyət vərəqlərini möhürləyib 
gedir. 
- Bunlardan xəbərim var. 
- Xəbərin var, get yaz də, niyə yazmırsan? Dostum, 
Nitşe deyir ki... 
Nitsşenin adını eşidən Yurnalist - heç özü Nitsşeni 
oxumamışdı,  sadəcə  adını  eşitmişdi  və  bir  də  onu bilirdi 
ki,  Hitlerin  ən  çox  sevdiyi  filosof  olub  -  təəccübünü 
gizlədə bilmədi: 
- Siz Nitşeni oxumusuz? Axı mənə dedilər sizin ali 
təhsiliniz yoxdu. 
-  Ali  məktəblərdə  Nitşe  keçirlər  ki?!  Bir  də  sənə 
kim  deyib  ki,  mənim  ali  təhsilim  yoxdu?  Var.  Özü  də 
bilirsən müəllimim kim olub?! Bəy! 
- Universitetdə oxumusuz? 
-  Hə!  Altıncı  kalonda, düz il  yarım  Bəy  mənə  dərs 
deyib.  Sonra  biri  Bəyin  xətrinə  dəydiyinə  görə  başını 
soxdum  tualetə,  qovdular,  getdim  diplomu  Kalımada 
aldım. Nə deyirdim, hə. Qulaq as, Nitşe deyir ki, öləcəm, 
məni  bu  torpağa  basdıracaqsız,  sonra  bu  torpağı  mənə 
görə daha çox sevəcəksiz. İndi biz nə qədər ölürük, sizlərə 
bu torpağı sevdirə bilmirik ki, bilmirik! Gərək bu millətin 
yarısı  qırıla  ki,  bu  torpağı  sevəsiniz.  Hələ  onu  da  Allah 
downloaded from KitabYurdu.org


 
 
36 
bilir  sevəcəksiz,  ya  yox!  Nə  isə...  Bağışla,  dostum,  həm 
başım ağrıyır, həm də işim çoxdu. 
Komandir  soyuduğundan  bir  az  da  tündləşmiş 
qapqara çayı bu dəfə yerə atmadı, götürüb su kimi çəkdi 
başına və qalxdı ayağa. 
- İndi mənə müsahibə verməyəcəksiz? 
- Niyə verməyəcəm, verəcəm, dostum. 
- Bəs nə vaxt? 
- İnşallah. Xankəndində!- dedi Komandir və üzünü 
tutdu  çayçıya;-  O  Şairi  tapın,  səhər  buralarda  sülənirdi. 
Qonağı təhvil verin ona. 
Kənarda dayanmış Şair bir az irəli çıxdı: 
- Burdayam, Komandir. 
- Ayıqsan? 
-  Komandir,  bir  baş  ki  sərxoş  deyil,  kəs  tulla 
dibindən. Zarafat   eləyirəm, sənin qanununu pozub bura 
sərxoş gəlmək olar? 
-  Deyəsən,  ağıllanmısan.  Yaxşı,  qonağı  sənə 
tapşırıram. 
- Baş üstə, Komandir. Gecə elə bizdə qalmışdı. 
- Day denən taylı tayını tapıb ki! Dostum, sənə bir 
söz  də  deyim,  bilməmiş  olmazsan,  müharibə  başlayanda 
Səməd Vurğun yazırdı ki, bilsin ana torpaq, eşitsin Vətən, 
müsəlləh əsgərəm mən də bu gündən. Bəs hanı bu günün 
səmədvurğunları? 
Hanı? 
Hanı 
rəsulrzalar, 
süleymanrüstəmlər,  qırılıblar?!  Niyə  gəlmirlər?  O  Lenin 
downloaded from KitabYurdu.org


 
 
37 
meydanında  millət, Vətən deyib nənəm  də  bağırar!  Bura 
gəlsinlər  ey,  bura!  Demirəm  ha  gəlib  silah  götürüb  bizə 
qoşulsunlar.  Gəlsinlər  görsünlər  ölmüşük,  qalmışıq. 
Gəlsinlər  bu  kəfən  geyinən  uşaqlarla  görüşsünlər,  onlara 
bir ürək-dirək versinlər... 
Şair: 
- Niyə, Komandir, gəlirlər.- dedi 
 və üç-dörd nəfərin adını da çəkdi. 
- Aydın Məmmədovu deyirsənsə, o mənim xətrimə 
gəlir. Türmədə bir yerdə yatmışıq. Sağ olsun, hərdən gəlib 
bu  uşaqların,  elə  də  mənim  başıma  bir  az  ağıl  qoyur. 
Qaldı  o  biri  saydıqların,  onlar  buralıdılar.  Bilmirəm 
ürəkləri  yanır  gəlirlər,  yoxsa  gəlirlər  görsünlər  hələ 
evlərinə  bomba  düşüb,  ya  yox.  Yaxşı,  Allah  amanında, 
sonra  görüşərik.  Şair,  gedin  Bayatda  Azərhüseynin 
pavilyonunda  bir  tikə  çörək  yeyin.  Qoy  gecə  də  oralarda 
qalsın, havayı bombaya qurban olmasın. 
Şair: 
- Baş üstə. 
Yurnalist: 
-  Komandir,  icazə  ver,  bir  dəfə  sizinlə  döyüşə 
gedim. 
-  Yox!  Sən  get  qələminlə  vuruş,  dostum!  Get  bu 
uşaqlardan  yaz.  Get  nə  istəyirsən  yaz,  amma  kişi  kimi 
yaz,  həqiqəti  yaz.  O  qəhbəni  də  görsən  denən  bir  də 
downloaded from KitabYurdu.org


 
 
38 
buralarda  fırlanmasın,  yoxsa  verərəm  bu  qız  görməmiş 
uşaqların əlinə, çeynəyərlər. 
Gedə-gedə Yurnalist Şairə deyirdi: 
-  Heyf,  Bakıdan  basa-basa  bura  gəldim,  müsahibə 
vermədi. 
Şair: 
-  Ə,  sən  nə  tupoy  adamsan,ə.  Bundan  da  gözəl 
müsahibə olar?! 
Pələng Komandirin bir az yumşaldığını görüb getdi 
ardınca: 
- Komandir! 
Komandir ayaq saxlamadan: 
- Eşidirəm. 
-  Komandir!  Bir  qələtdi  eləmişəm.  Denən  silahımı 
qaytarsınlar.  Mənim  də  maşınım  yoxdu  ki,  satıb  silah 
alım. 
Komandir  dayandı,  üz-gözündən  peşmançılıq 
tökülən  Pələngə  baxdı  -  bu  uşaqlar  nə  tez  qocaldılar. 
Müharibə bu cavanları günbəgün yox, aybaay qocaldırdı. 
Bəxtləri  gətirib  onlara  dəyməyən  güllələr  ruhlarına, 
sevgilərinə  dəyirdi,  arzularına  dəyirdi.  Və  özləri  də 
bilmədən  sevgiləri  də  ölmüşdü,  arzuları  da,  ruhları  da. 
Bircə sabaha olan ümidləri ölməmişdi, o ümidli sabahları 
ölümdən qurtarmaq uğrunda vuruşurdular. Hər döyüşdən 
salamat  çıxmalarını  qənimət  bilirdilər.  Deyirdilər,  nə 
yaşayırıq, nəfə yaşayırıq. Hər gün nəfə yaşayan, dünyada 
downloaded from KitabYurdu.org


 
 
39 
sabaha  ümidindən  və  əlindəki  silahdan  başqa  heç  nəyi 
qalmayan bu cavanın silahını əlindən almaq çox ağır idi. 
Bu  qocalmış  cavan  gecələr  qız  qucaqlayıb  yatmırdı, 
silahını qucaqlayıb yatırdı. Könlünü almaq üçün əlini atıb 
Pələngin saçından yapışdı və mehribancasına dedi: 
-  Yaxşı!  Sabah  baxarıq!  İndi ayrı  bir  məsələni həll 
elə. Həkim nə qədər pul istəmişdi? 
- Min manat. 
Komandir cibindəki pulları çıxarıb saydı, altmış beş 
manat  idi,  on  beşini  qaytarıb  qoydu  cibinə,  əllisini  verdi 
Pələngə: 
-  Ala  bunu,  özümüzünkülərə  də  de,  kimdə  nə  var 
yığsınlar, göndərin. Elə verin o jurnalist aparsın. 
Komandir özümüzünkülər deyəndə şəhər uşaqlarını 
nəzərdə  tuturdu.  Şəhər  uşaqları  müharibə  başlayanadək 
heç  də  at  belində  olanlardan  pis  yaşamırdılar.  Evləri-
eşikləri,  maşınları.  Kiminin  çayxanası  vardı,  kiminin 
mağazası,  kiminin  də  restoranı.  Çayxanası,  dükanı 
olmayanların da hardan, necə qazandığı ilə maraqlanmaq 
da  ayıb  sayılırdı.  Özlərini  oda-közə  vurub  qəşəng 
qazanmağı  da  bacarırdılar,  qəşəng  yaşamağı  da.  Çoxu 
alver  ilə  məşğul  idi.  Moskvadan  vurub  Kiyevdən 
çıxırdılar, Kiyevdən vurub Riqadan. Son zamanlar əllərini 
Polşaya da uzatmışdılar. Dünyanın malını daşıyırdılar bu 
şəhərə.  Hətta  Moskvada tapılmayan  şeylər  də bu şəhərin 
downloaded from KitabYurdu.org


 
 
40 
bazarında tapılardı. Söz gəzirdi ki, Dünyanın Bu Ən Varlı 
Şəhərinin bazarında atom bombası da satılır. 
Uşaqlar da zarafatla deyirdilər: 
-  Bombamız  var  ey,  müştərisi  olmadığından  üzə 
çıxarmırıq. 
Amma  müharibə  hər  şeyi  alt-üst  elədi.  Day  pul 
qazanmaq  haqqında  düşünən  yox  idi,  day  restoranlarda 
şampan  partlatmırdılar,  day  kimsə  Moskvadan  gətirdiyi 
“Mersedes”lə forslanmırdı. Day dünyanın malı bu şəhərə 
daşınmırdı. Moskvadan vurub Kiyevdən, Kiyevdən vurub 
Riqadan çıxan uşaqlar əllərindəkini-ovuclarındakını silah-
sursata  verib  iki  il idi  oturmuşdular  səngərlərdə. Kisədən 
yeyirdilər. Bu kisə də dibsiz deyildi. 
Hökumətin  bütün  hədələrinə  baxmayaraq,  şəhərin 
imkanlı  adamları  bu  könüllü  batalyonlara  kömək 
edirdilər.  Amma  bu  qədər  könüllünü  yedirdib-içirtmək, 
silah-sursatla  təmin  eləmək  bir  şəhərin  gücündə  deyildi, 
dünyanın nə qədər varlı şəhəri olur-olsun. Əllərində ovuc-
ovuc  qızıl  Gəncədə  Şerbakın  qapısında  növbəyə 
dururdular ki, BTR cəhənnəm, bəlkə heç olmasa bir şilka 
ala  bildilər.  Dünyanın  bu  Ən  Varlı  Şəhəri  Şerbakı 
dünyanın  ən  varlı  generalına  çevirmişdi.  Qızıl  su 
qiymətinəydi,  bir pulemyota bir  ovuc qızıl verirdilər.  Bu 
şəhərə  bir  avtomat  gətirib  bir  maşın  aparmaq  olardı. 
Evlərdə  gəbə-xəli  qalmamışdı  -  bir  ov  tüfəngini,  lap 
təklülə olsun, bir xalçaya dəyişirdilər. Bir kisə patron ver, 
downloaded from KitabYurdu.org


 
 
41 
bir gəbəni götür get. Bu bostanı uralamaq üçün hər yerdən 
tökülüb gəlirdilər, hətta Gürcüstandan belə. Maşın-maşın, 
özü  də  insafsızcasına  daşıyırdılar.  Daşıyırdılar  Dünyanın 
Ən  Varlı  Şəhərinin  var-dövlətini  Tanrı  bilmirdilər, 
peyğəmbər  bilmirdilər,  soğan  kimi  soyurdular  Dünyanın 
Ən Varlı Şəhərini. 
Bu  camaat  həm  soyulurdu,  həm  qırılırdı,  həm  də 
lağ yeriydi: 
-  Nə  oldu,  ə!  Yekə-yekə  danışırdız?!  İndi 
ermənilərlə bacarmırsız! 
Soyulmağa,  qırılmağa  birtəhər  dözmək  olurdu, 
amma bu lağa yox. Bu lağ camaata erməni gülləsindən pis 
dəyirdi. 
Başqa  bölgələrdən  qeyrətə  boğulub  gələn 
könüllülərdən  savayı,  xalqın  çoxu  bu  müharibəyə 
Ermənistanın  Azərbaycana  müharibəsi  kimi  deyil, 
Ermənistanın  Dünyanın  Ən  Varlı  Şəhəri  ilə  müharibəsi 
kimi baxırdı. 
Və indi Komandir çox gözəl bilirdi ki, özününkülər 
də daha əvvəlki kimi deyil, çoxu quru yurdda qalıb, şillə 
ilə üz qızardırlar, amma başqa çarəsi də yoxuydu. Gəlmə 
könüllülərdən  pul  istəmək  ayıb  olardı,  onsuz  da  kasıb-
kusub 
uşaqlarıydılar. 
Onlara 
da 
kimsə 
silah 
bağışlamamışdı.  Onlar  da  əllərindəkini-ovuclarındakını 
satıb 
almışdılar 
bu 
silahları. 
Vəziyyəti 
yaxşı 
bildiklərindən  hətta  son  zamanlar  yemək-içməklərini  də 
downloaded from KitabYurdu.org


 
 
42 
özləri  ilə  gətirirdilər  ki,  yerli  camaatın  boğazına  şərik 
çıxmasınlar. 
Komandir də buna çox pərt olurdu: 
- Adam xəcalət çəkir. Həm gəl burda vuruş öl, həm 
də yeməyini özünlə gətir. 
Komandir  gəlmə  könüllülərin  çoxunu  bir  az 
imkanlı  ailələrə qonaq  vermişdi.  Onlar da  bu könüllüləri 
öz balalarından ayırmırdılar: 
- Qeyrətinizə qurban olaq! 
Komandir  pulu  Pələngə  verəndən  sonra  aralandı. 
Amma  üç-dörd  addım  atandan  sonra  nə  fikirləşdisə 
dayandı: 
-  Bura  gəl!  -  barmağındakı  nişan  üzüyünü  də 
çıxarıb  verdi  Pələngə.  -  Birdən  çatmaz,  bunu  da  qoy 
üstünə. 
*** 
At Belində Olan Adam kabinetinə girən kimi gördü 
Katibin telefonu yaxasını cırır, yüyürüb dəstəyi qaldırdı: 
- Eşidirəm, yoldaş Katib! 
-  O  nədi,  ə?!  Eşitdim  cəbhəçilər  şalvarını 
çıxarırmış... 
- Yoldaş Katib... 
- Gərək çıxaraydılar. Boğazına bir çatı sal də! Min 
manat puldu, ə?! Camaat canını qoyur. Gəlib bu şəhərdən 
milyonlar  qazanmısan,  indi  o  milyonlardan  bu  camaata 
downloaded from KitabYurdu.org


 
 
43 
beş  manat  xərcləməyə  canın  çıxır.  O  qurumsaq 
Polyaniçko istəyəndə yüyürə-yüyürə aparırsan. 
- Yoldaş Katib, vallah... 
- Sözümü kəsmə. Deyəsən qulağına səs dəyib, mən 
hələ bu rayonun katibiyəm. Hah eləyib məni çıxardanacan 
səni elə günə qoyaram itə də əppək borcun qalar. Yüz min 
pul  götür  get  Gəncəyə,  o  Şerbak  oğraşdı,  nədi,  onun 
adamlarına  ver,  özüylə  danışmışam,  şey-şüy  verəcəklər, 
gətir payla batalyonlara. O goreşən buxalterin var ey, ona 
da tapşır aparsın hər batalyona on-on beş min pul versin. 
Kolbasa-çörək yeməkdən bağırsaqları quruyub. 
- Baş üstə, yoldaş Katib! Baş üstə... 
Katib dəstəyi asmışdı. 
Düşdü  kresloya,  elə  bil  üstündən  tank  keçmişdi, 
əzik-əzik olmuşdu, bütün bədəni ağrıyırdı. İnkir-minkirin 
dəyənəyini  sağlığında  dadmışdı,  gedib  o  dünyada 
cəhənnəmi  görüb  gəlmişdi.  Düzdür,  Drakonun  uşaqları 
ondan  əvvəl  də  at  belində  olan  adamları  çarmıxa 
çəkmişdilər,  amma  day  belə  təhqir  eləməmişdilər.  Bu 
təhqiri yemək mümkün deyildi. Necə olur-olsun ya qisas 
almalıydı,  ya  da  baş  götürüb  bu  şəhərdən  getməliydi. 
Amma  baş  götürüb  bu  şəhərdən  getmək  də  məsələni 
çürütmürdü.  Qisasını  almasa  bir  kişi  kimi  ömrünün 
sonunadək bu dərd onu əzəcəkdi, bəlkə də üzəcəkdi. Özü 
cəhənnəm, onu qorxudan Bakıda yaşayan oğluydu. 
Uşaq bir-iki dəfə atasına demişdi: 
downloaded from KitabYurdu.org


 
 
44 
-  Ata,  ayıbıma  gəlir,  istəyirəm  nazirin  adına  bir 
raport  yazıb  iş  yerimi  dəyişib  gəlim  sizdəki  milis 
batalyonuna. 
O da bərk hirslənmişdi: 
- Qələt eləmə, otur yerində. Mən burdayam, bəsdi! 
İndi  uşaq  xəbər  tutanadək  bu  məsələni  yoluna 
qoymalıydı.  Yoxsa  oğlu  atasının  belə  alçaldılmasına 
dözməzdi, bu işə qarışardı. Bu da At Belində Olan Adama 
lap baha başa gələrdi. 
Fikirləşə  də  bilmirdi,  başı  şişmişdi.  Qalxdı 
soyuducudan  bir  araq  çıxartdı,  nə  illah  elədi  butulkanın 
ağzını  aça  bilmədi,  baş  barmağını  zədələdi  və  hirsindən 
butulkanı  çırpdı  yerə,  qayıdıb  yayxandı  kresloya, 
düyməni basıb Baş Mühasibi çağırdı. 
Baş  Mühasib  ayaq  altındakı  butulka  qırıqlarına 
təəccüblə baxıb soruşdu: 
- Müdir, nə olub? 
- Canına azar olub. Ordan bir araq çıxart. 
Baş  mühasib  soyuducudan  bir  araq  çıxartdı, 
səliqəylə  ağzını  açdı  və  stolun  üstündəki  stəkanlardan 
birinə süzüb qoydu onun qarşısına: 
- Evdən yaxşı kotlet gətirmişəm. 
-  Heç  nə  lazım  deyil.  -  dedi  və  stəkanı  götürüb 
çəkdi  başına,  bir siqaret  çıxartdı.  Qoymadı  Baş  Mühasib 
yandırsın,  özü  yandırdı.  -  Bura  bax,  ordan  yüz  min  pul 
gətir.  Öyrən  gör  bu  xarabada  neçə  könüllü  batalyon  var. 
downloaded from KitabYurdu.org


 
 
45 
Apar onların hərəsinə də bir on beş min pul ver. Bir də o 
cəbhəçi  oğlan  var  ey,  adını  bilmirəm.  Dədəsi  də  bizdə 
işləyirdi, Pələng deyirlər, nə deyirlər, mən bilən o siznən 
qonşudu... 
- Bəli. 
- Xətrini-zadı istəyir, ya yox? 
-  İstəyir.Cəbhəçi  olduğuna  baxma,  pis  uşaq  deyil. 
Nə lazımdı ki? 
-  Gecə  gələcəm  sizə,  onu  çağırarsan.  Bir  balaca 
söhbətim  var.  Amma  onların  batalyonlarına  pul  aparma. 
Dilxorçuluq edərlər. Sonra özüm bir şey göndərərəm. Di 
get işlərlə məşğul ol. 
Baş mühasib çıxdı. 
At  Belində  Olan  Adam  bir  yüz  də  süzüb  çəkdi 
başına və dedi: 
- Eybi yox, sən Drakon ol, mən də mən! 
*** 
Komandir 
bölük 
başçılarını 
yığıb 
bütün 
göstərişlərini  verəndən  sonra  postları  yoxlamaq  üçün 
qərargahdan çıxdı. Pələng dayanmışdı qapının ağzında. 
- Bir şey yığa bildin? 
- Üzüyü də hesablasaq yeddi yüz manat. 
-  Get  Rəisin  yanına,  denən  mən  göndərmişəm, 
qalanın da ondan al, qoy üstünə, göndərin getsin. 
- Komandir... 
- Pələng, pulu göndər, get yat. Sabah danışarıq. 
downloaded from KitabYurdu.org


 
 
46 
- Oldu, Komandir! 
*** 
Pələng  evə  girəndə  onun  əzilmiş  sir-sifətini  görən 
anası çaşdı. 
Hər səhər döyüşə yolladığın övladı evə dönənədək 
ürəyi  səksəkədə  yol  gözləmək  əvvəllər  çox  ağır  idi. 
Uşaqlar  salamat  qayıdanadək  bağır-övkələri  ağızlarına 
gəlirdi, gedib o dünyanı görüb qayıdırdılar. Gün ərzində o 
qədər  nəzir-niyaz  deyirdilər  ki,  ev-eşiklərini  satsalar  da 
Tanrıya  borclarını  ödəyə  bilməzdilər.  Amma  sonralar  bu 
adiləşdi  və  analar  Doluya  öyrəşdikləri  kimi  buna  da 
öyrəşdilər. Hətta o qədər öyrəşdilər ki, elə bil övladlarını 
səhər-səhər güllə ağzına deyil, keçmişdə olduğu kimi işə 
göndərirdilər.  Üzlərini  də  məcbur  qırxdırırdılar  ki,  belə 
əsgər olmaz. 
Bu  şəhərdə  hər  şey  adiləşmişdi,  hətta  ölüm  də. 
Ölüm  bir  olardı,  beş  olardı,  yüz  olardı...  Məsciddə  tabut 
düzəltməyə  taxta  çatmırdı.  Çoxdanıydı  dəm-dəsgahlı  - 
bəli-bəli,  Dünyanın  Ən  Varlı  Şəhərinin  yas  mərasimləri 
də dəm-dəsgahlı keçirilirdi  -  yas  mərasimləri də  yox idi. 
Ölənləri  məsciddə  yuduzdurub,  bəzən  heç  yuduzdurmaq 
da  mümkün  olmurdu,  elə  paltarlı-paltarlı  kəfənləyirdilər, 
ordan birbaşa aparırdılar şəhid qəbristanlıqlarından birinə, 
dəfn eləyib qayıdırdılar. Nə üç verilirdi, nə yeddi, nə qırx 
-  bircə  günlük  qurulmuş  mağarda  bir  stəkan  çay  içib  ölü 
sahibinə,  ölənin  silah  dostlarına  başsağlığı  verib 
downloaded from KitabYurdu.org


 
 
47 
dağılırdılar. Nə ehsan verməyə vaxt vardı, nə də mağarda 
oturub  mollaya  qulaq  asmağa.  Çox  vaxt  heç  molla  da 
çatışmırdı.  Bu  şəhər  də  məhvərindən  çıxmış  dünya  kimi 
öz məhvərindən çıxmışdı. 
Və  mollası  çatışmayan  bu  şəhərdə  hər  gün  səhər-
səhər  güllə  ağzına  işə  göndərdiyi  oğlunu  bu  sir-sifətdə 
görən ana hürkümüş halda soruşdu: 
-  Buy!  Allah  məni  öldürsün,  bu  nə  sir-sifətdi,  ay 
bala? 
- Maşından yıxılmışam. 
- Qoy yaralarına dərman sürtüm. 
- Lazım deyil, boş şeydi. 
- Çörək gətirimmi? 
- Yemirəm, it kimi yorulmuşam. Qoy bir az yatım, 
bir-iki saatdan sonra oyadarsan yeyərəm. 
-  Onda  bir  stəkan  çay  iç,  sonra  yat,-  dedi  anası  və 
gedib çay gətirdi; - Deyirlər Musanın anasının ayaqlarını 
kəsiblər, düzdü? 
- Hə, düzdü. 
- Yazıqlar. Arvad belə, özləri də ilin-günün bu vaxtı 
evsiz-eşiksiz  qaldı.  Evin  dağılsın,  ay  camaatı  bu  günə 
salan. Deyirlər, Qarağacıya da bomba düşüb, elədi? 
Hər  axşam  evə  gələndə  anası  sualı  sualın  dalına 
calayırdı.  Və  elə  suallar  verirdi  ki,  bu  sualların  cavabını 
heç ölkənin başçısı da bilmirdi. Reyqandan başlayıb gedib 
çıxırdı  Turqut  Özala,  Mütəllibovdan  başlayıb  Elçibəydə 
downloaded from KitabYurdu.org


 
 
48 
qurtarırdı.  Lap  axırda  da  kirvələri  Vartanın  ölənlərinin 
goruna söyürdü, görüm bu evdə yediyin çörək burnundan 
gəlsin. 
- Bala, bəs bu türklər niyə gəlmirlər? 
- Gəliblər, ay ana, gəliblər! 
-  Allah,  sənə  şükür.  Bəs  qurban  olduqlarım 
hardadı? 
- Bakıda dönərxana tikirlər. 
- Dönərxana nədi, a bala? 
- Dönərxana?! Avtomat zavodu. 
-  Ayaqlarının  altında  ölüm!  Onlar  olmasa, 
ermənilər çoxdan bizi qırıb qurtarmışdı. 
- Mütəllibovnan Elçibəy yenə yola getmir? 
-  Getmirlər,  ay  ana,  getmirlər.  Mütəllibov  uruslara 
işləyir. 
- Etibarı buraxdılar? 
- Çoxdan buraxıblar. 
- Xəlil Rzanı da? 
- Onu da buraxıblar. 
-  Allaha  şükür.  Camaat  danışır  ki,  bizim  katibi 
çıxarırlar, düzdü? 
- Camaatdı da, danışır. 
- ... 
- ... 
Yenə suallar başlamışdı. 
- Axı demədin Qarağacıya qrad düşüb, ya yox? 
downloaded from KitabYurdu.org


 
 
49 
Son günlər Dolu dalbadal bir neçə dəfə Qarağacını 
döymüşdü,  xeyli  qəbir  dağılmışdı.  Tərs  kimi  də 
Dolulardan  biri  də  gəlib  düz  atasının  qəbrinə  düşmüşdü. 
Uşaqlarla gedib qəbirləri birtəhər abıra salmışdılar. 
- Düşüb. 
Anası əllərini dizinə vurub, oturdu çarpayıda: 
-  Qancıq  uşağı,  qancıq.  Ölüləri  də  rahat 
buraxmırlar. Harasına düşüb? 
- Qorxma, kənara düşüb. 
- Kişinin qəbri salamatdı? 
- Salamatdı. 
Anası yalvardı: 
- Sənə qurban olum, sabah məni apar qəbir üstünə. 
-  Rəhmətliyin  qızı,  indi  qəbirüstü  vaxtıdı?! 
Deyirəm yorulmuşam, qoy yatım. 
Anası yenə əl çəkmədi. 
- Görən bu gecə qrad atacaqlar? 
- Sənə dedim get kəndə də. 
- Sizi bu odun-alovun içində qoyub nə təhər gedim, 
a bala? 
- Onda nəyinə lazım, atacaqlar, ya yox? 
Özünü  atdı  çarpayıya,  heç  paltarını  da  çıxarmadı, 
əynini  çox  az  hallarda  soyunurdu,  bilmək  olmurdu  gecə 
nə baş verəcək. Özü demiş, it kimi yorulduğundan yatağa 
da daş təki düşdü. 
downloaded from KitabYurdu.org


 
 
50 
Anası  xeyli  oğluna  tamaşa  elədi,  oğlunun 
böyüdüyünü  görüb  ürəyi  atlandı,  əlini  atıb  uşağın  yanını 
qaşıdı: 
- Maşallah! Kişi olub, saqqalı çıxır! 
*** 
Drakon özünə gələ bilmirdi. Pələng yumruğu onun 
üzünə vurmamışdı, düz ürəyinin başına vurmuşdu, özü də 
bıçaq kimi. Əlinin altında böyüyən bir uşaq - özünü güllə 
qabağına  verib  odun-alovun  içindən  salamat  çıxartdığı, 
şəhid qardaşının yerində bildiyi bir uşaq  - ona, Drakona, 
əl  qaldırmışdı!  Özü  də  millətin  gözünün  qabağında! 
Dəfələrlə  erməni  gülləsindən  qoruduğunu  indi  özü 
məmnuniyyətlə  güllələmək  istəyirdi,  güllələyəcəkdi  də  - 
söz ağzından çıxmışdı. 
Dünyanın Ən Varlı Şəhərində hərəni bir şeyə görə 
tanıyırdılar  -  kimini  vəzifəsinə,  kimini  puluna,  kimini 
nəslinə-nəcabətinə  -  onu  da  Sözünə  görə.  Hərə  bir  şeyin 
ağasıydı,  o  da  Sözünün.  Kim  nəyin  ağasıydı,  xeyirin 
görmüşdü.  Amma  o,  ağası  olduğu  Sözə  görə  gedib 
Maqadanda  ağ  ayıları  görüb  gəlmişdi.  Və  o  Maqadanda 
da söz sahiblərinin içində Söz sahibi olmuşdu. 
Hər  yerdə  olduğu  kimi  Dünyanın  Ən  Varlı 
Şəhərinin  də  katibi,  ispalkomu,  prokuroru,  rəisi  vardı. 
Amma  başqa  şəhərlərdən  fərqli  olaraq  bu  şəhərin  dövlət 
tərəfindən  təyin  olunmayan,  lakin  hamı  üçün  qəbul 
olunan öz katibi, ispalkomu, prokuroru, rəisi vardı. Dövlət 
downloaded from KitabYurdu.org


 
 
51 
tərəfindən  təyin  olunanlar  təyin  olunmayanlarla 
hesablaşırdılar. Bura gələn vəzifəlilər Sovet qanunları ilə 
deyil, bu şəhərin qanunları ilə yaşamalıydılar. Bu şəhərin 
qanunları  ilə  yaşamaq  istəməyənlər,  sinəsinə  döyüb  “bu 
şəhərdə  qayda-qanun  yaradacam”  deyənlər  də  olmuşdu. 
Amma  belələri  günlərin  birində  ya  kabinetində  ağzından 
vurulmuşdu,  ya  camaatın  gur  yerində  mal  kimi 
döyülmüşdü, ya da evi yandırılmışdı. 
Ümumiyyətlə,  bu  şəhərdə  Sovet hökuməti  yox  idi. 
Və yetmiş ili idi qura da bilmirdilər. Hələ otuzuncu illərdə 
bu  şəhərdə  Sovet  hökuməti  qurmaq  istəyən  məşhur  bir 
inqilabçını  kabinetində  asmışdılar.  Üstündən  otuz  il 
keçəndən  sonra  atasının  intiqamını  almaq  eşqiylə  bu 
şəhərə  vəzifəyə  gələn  oğlunun  meyidini  də  heç  bir  ay 
keçməmiş Qarqardan tapmışdılar. 
Bu  şəhərin  öz  Fantoması  vardı,  Zorrosu,  Şakası, 
Caqası,  Ştirlitsi  də,  hələ  də  dağlarda  yaşayan  qaçaq 
nəbiləri də. Bu nəbilər hərdən Arana da yenib dostlarının 
toyuna, əzizlərinin yaslarına gəlirdilər. Milis də bilirdi ki, 
hansı qaçaq bu dəqiqə hansı toydadı, ya hansı yasdadı. Nə 
işinə  qalmışdı,  isti  aşına  niyə  soyuq  su  qatmalı  idi  ki, 
meyidi də Qarqardan tapılsın. 
Dünyanın  Ən  Varlı  Şəhərinə  təyinat  almaq  üçün  - 
“Gedib  orda  qayda-qanun  yaradacam,  qaçaq-qulduru 
əlibağlı Bayıla göndərəcəm” deyə gələn rəislərdən biri bir 
downloaded from KitabYurdu.org


 
 
52 
qaçağın evinə getmişdi. Oğlunun yerini deməyən anasını 
söyüb-döymüşdü. 
Rəisinə  heç  cür  mane  ola  bilməyən  müavin  başını 
bulayıb demişdi: 
- Rəis, özüyün də evini yıxdın, bizim də. 
Rəis qəzəblə: 
-  Ə,  o  paqonundan,  tapançandan  utan!  Belə 
qorxaqsınız deyin sizi adam yerinə qoymurlar ey! 
-  Rəis,  qoca  arvadı  döymək  igidlik  deyil.  Sən  bu 
şəhəri  yaxşı  tanımırsan,  bu  camaata  bələd  deyilsən. 
Bunun altından çıxa bilməyəcəyik. 
- Elə qorxursansa get raportunu yaz. 
- Raportla qurtara bilsəydik nə vardı ki! 
Səhərisi rəisin günortayadək işə çıxmadığını görüb 
evinə  gedən  işçilər  onun  meyidini  həyətin  ortasında 
gördülər, ağzına da yaylıq basmışdılar. 
Şəhərin bir saytal ağsaqqalını iclasda təhqir eləyən 
təyinatlı katibin qalstukunu təyinatsız katibin göstərişi ilə 
Fazil  Müəllimin  Kinoteatrının  qabağında  qayçı  ilə  kəsib 
döş cibinə qoymuşdular. Və təyinatlı katib də həmin gün 
bu  şəhərdən  getmişdi  və  bir  daha  onu  bu  şəhərdə  görən 
olmamışdı.  Təyinatsızların  təyinatlılara  bir  sözü  vardı: 
“Ya  bu  şəhərin  qanunlarıyla  yaşayacaqsınız,  ya  da  bu 
şəhərdə yaşamayacaqsınız!” 
Müharibə başlayanda bu şəhərin təyinatlıları Xədim 
ölkənin  Xədim  rəhbərinin günahı ucbatından  ermənilərin 
downloaded from KitabYurdu.org


 
 
53 
topunun-tüfənginin qabağında aciz qalıb bu şəhəri qoruya 
bilməyəndə  təyinatsızlar  bu  şəhərin  ağırlığını  öz 
üzərlərinə götürmüşdülər və şəhər onların əlindəydi. 
Drakon  da  Maqadandan  dönəndən  bu  şəhərin 
təyinatsız  rəisi  idi.  Sadəcə  heç  kəsdən  çəkinmədən  açıq-
aşkar  gəzdirdiyi  silahı  qanunsuz  idi,  bir  də  dövlətdən 
maaş almırdı. Təyinatlı rəislərdən bir fərqi də ondaydı ki, 
dükan-bazardan haqq almırdı, onunku böyüklər idi. 
Xırda-para mal-heyvan oğurluğunu nəzərə almasaq, 
bu şəhərdə oğurluq nadir hadisə idi. Təyinatlı rəislər bunu 
öz  adlarına  çıxıb  yuxarıların  qabağında  sinələrinə 
döyərdilər.  Amma  hamı  bilirdi  ki,  oğrular  Drakonun 
qorxusundan bu  şəhərə  əl bulamırlar.  Ən böyük davaları 
da  Drakon  kəsərdi.  Rəisin,  prokurorun  yoluna  qoya 
bilmədiyini  o  yoluna  qoyardı.  Bəzən  elə  olurdu  rəisin, 
prokurorun da ona işi düşürdü: 
- Drakon, amandı... 
... Şəhərdə bir xəbər bomba kimi partladı  - qastrol 
konsertləri  verən  Rəşid  Behbudovun  papağını  və 
xəncərini günün-günorta çağı qapısında milis, içəridə beş-
altı xidmətçisi olan Qonaq evindən oğurlamışdılar. Bütün 
şəhər ayağa qalxmışdı. Bakıdan gələn zənglər böyüklərin 
telefonlarını bağrıcan eləmişdi. 
Rəşid Behbudov konsertləri saxlamışdı: 
- O boyda Amerikada məni soymadılar... 
downloaded from KitabYurdu.org


 
 
54 
...  Onda  Amerikada  oğurluq,  quldurluq  baş  alıb 
gedirdi.  Adam  ölümünün  biri  bir  qəpikiydi.  Adamları 
küçənin  ortasında  soyurdular.  Belə  şeylərə  görə  Çarlz 
Xeyder  aclıq  eləməkdən  əldən  düşmüşdü.  SİTA  hər  gün 
Xeyderin  yüz  qram  arıqladığını  Xeyderin  xətrinə  əlini 
çörəyə uzatmağa ayıb bilən Sovet xalqına çatdırırdı: 
-SİTA-nın məlumatı. Çarlz Xeyder 45-ci gündür ki, 
aclığı davam etdirir. Dünyanın tərəqqipərvər xalqları... 
Dünyanın  tərəqqipərvər  xalqlarının kapitanı da  biz 
idik. 
İndi  o  boyda  cinayət  yuvası  Amerikada  Rəşid 
Behbudovu  soymadıqları  halda  bu  boyda  tərəqqipərvər 
xalq  dünyanın  ən  məşhur  xanəndəsinin  papağını  və 
xəncərini oğurlamışdı... 
... - Öz doğma şəhərimdə soydular. 
Doğrudan  da  ayıb  olan  bir  şey  idi.  Ağsaqqallar 
yığışıb  getmişdilər  Rəşid  Behbudovun  yanına  üzr 
istəməyə: 
-  Sənə  ondan  da  gözəl  papaq  tikdirərik.  Xəncərini 
qızıldan düzəltdirərik. 
Rəşid Behbudov: 
-  Mən  itən  şeylərin  qiymətinin  davasını  eləmirəm. 
Mən şərəfimin davasını eləyirəm. Bu oğurluq deyil, mənə 
sataşmaqdı. Özü də dəhşətli budur ki, mənə özümünkülər 
sataşır. 
downloaded from KitabYurdu.org


 
 
55 
Haqqı da var idi. Çünki nə puluna dəymişdilər, nə 
qızıl saatına, nə də bir avtomobilin qiyməti olan brilyant 
üzüyünə,  təkcə  papağını  və  xəncərini  götürmüşdülər, 
vəssalam. 
Rəis  əvvəl  xidmətçilərin  hamısını  doldurdu  KPZ-
yə. Babat da döydürdü. 
-  Rəis,  balalarımız  sənə  qurban!  Seyid  Lazım 
ağanın cəddi haqqı, bizlik deyil. 
-  Rəis,  götürsək  bahalı  şeyləri  götürərik  də.  O 
xəncərin  heç  yüz  manat  qiyməti  yoxdu.  Ondan  da  gözəl 
papağı bizim öz ustalarımız yüz-yüz əlli manata tikirlər. 
Rəis  də  görmüşdü  yazıqlar  düz  deyir,  buraxmışdı. 
Nə rəis indiyə qədər belə qəribə oğurluqla rastlaşmışdı, nə 
də Dünyanın Ən Varlı Şəhəri. 
Hərə bir söz deyirdi. 
- Yəqin dədə-baba düşmənlərinin işidi. 
-  Ə,  belə  də  biabırçılıq  olar?  Dünyada  bihörmət 
olduq.  Ə,  bu  Rəşid  Behbudova  yox  ey,  Pənah  xana 
sataşmaqdı. 
Rəşid  Behbudovun  doğulduğu  Bayat  kəndinin 
camaatı  da  yığılıb  gəlib  tökülmüşdülər  Qonaq  evinin 
qabağına: 
-  Ya  papaqla  xəncər  tapılacaq,  ya  da  ortaya  qan 
düşəcək. 
Rəis çıxmışdı qarşılarına: 
downloaded from KitabYurdu.org


 
 
56 
- Əşi, çıxın gedin xarabanıza, siz hardan çıxdınız?! 
Qoyun görək başımıza haranın daşını salırıq! 
Amma camaat getməmişdi: 
-  Onda  bəyimizi  verin  özümüzə.  Siz  qoruya 
bilmədiniz, aparıb özümüz qoruyarıq. 
Tüstüsü təpəsindən çıxan rəis bağırmışdı: 
-  Ə,  sizin  də,  sizin  qonağınızın  da...  Bu  dəqiqə 
hamınızı soxacam kepezeyə. 
Bundan  xəbər  tutan  Katib  dərhal  rəisə  xəbər 
göndərmişdi: 
-  Ə,  avara,  bir  çepe  azdı,  birini  də  eləmək 
istəyirsən?!  Camaatla  işin  yoxdu.  Get  itən  şeyləri  tap, 
yoxsa partbiletini alıb verəcəm Rəşid Behbudova. 
Rəis  görmüşdü  vəziyyət  ağırdı,  camaat  da  getmir, 
içəri keçib Rəşid Behbudova yalvarmışdı: 
-  Sənə  qurban  olum,  iki-üç  saata  tapacam.  Kişi 
sözü!  Sən  çıx  bu  camaatı  başa  sal,  dağılsınlar.  Yoxsa 
şəhər  camaatı  da  bunlara  qoşulacaq,  vallah,  onda  məni 
Sibirə göndərəcəklər. 
Rəşid  Behbudov  da  rəisin  Sibirə  göndərilməsini 
istəməmişdi, çıxmışdı həmkəndlilərinin qabağına və xahiş 
eləmişdi  ki,  dağılsınlar.  Söz  də  vermişdi  ki,  mütləq 
gələcək kəndə, onlarla ayrıca görüşəcək, hələ bir konsert 
də verəcək. 
Kövrələn kim, ağlayan kim, Rəşid Behbudovu duz 
kimi  yalayan  həmkəndliləri  bundan  sonra  dağılmışdılar. 
downloaded from KitabYurdu.org


 
 
57 
Amma kəndə qayıtmamışdılar, gedib oturmuşdular Qonaq 
evi ilə üzbəüz çayxanadakı görsünlər axırı nə olur. 
Əli  hər  yerdən  üzülən  rəis  prokuroru  da  götürüb 
getmişdi  Bayata,  Azər  Hüseynin  yeməkxanasına, 
Drakonu da çağırtdırmışdı ora. 
Rəis: 
-  Drakon,  bilirsən  ki,  ikimiz  də  sənin  xətrini  çox 
istəyirik. Sən bizim qardaşımızsan. 
- Xətriniz xoş olsun. 
Rəis: 
- Ölmüşük, bizi yerdən götür. 
- Vallah, mən bilən, ölüləri yerdən götürmək işi ilə 
Molla Rəşid məşğul olur. 
Prokuror: 
-  Zarafat  vaxtı  deyil.  Doğrudan  vəziyyət  ağırdı. 
Sənin köməyin lazımdı. Kömək elə, itən şeyləri tapaq. 
Drakon: 
-  Düzü,  mənə  də  pis  təsir  edib,  şəhərimizə  ləkədi. 
Sizsiz də axtarıram. Bu, oğru işi deyil. Oğru işi olsaydı o 
biri  şeyləri  də  aparardı.  Sataşmaq,  nə  bilim  dədə-baba 
düşmənçiliyi,  bunlar  da  boş  şeylərdi.  Kimin  Rəşidlə  nə 
işi?  Bu  nəsə  başqa  məsələdi.  Uşaqlara  tapşırmışam 
məşğuldurlar. Özümün də ağlımda bir şey var. Tapacam. 
Amma bir şərtim var. 
Prokuror: 
- Buyur! 
downloaded from KitabYurdu.org


 
 
58 
-  Mən söz  verirəm  ki, itən  şeyləri  tapacam. Amma 
siz də söz verin ki, oğrunu tutmayacaqsınız. 
Prokuror: 
- Kişi kimi söz verdim. 
Sevdikləri qızlara özlərini yetişmiş göstərmək üçün 
təzə-təzə  siqaret  çəkməyə  başlayan  və  məktəblərin 
qabağında  dava  salmağı  özlərinə  peşə  edən  cüvəllağı 
uşaqlar  məsələlərini  ayırd  eləmək  üçün  Fazil  Müəllimin 
Kinoteatrının  arxasındakı  bulvara  yığışırdılar.  Drakon  da 
vaxtilə  bu  bulvarda  çox  məsələləri  ayırd  etmişdi,  çox 
dalaşmışdı. 
Bulvara  adam  göndərdi  ki,  bu  cüvəllağı  uşaqların 
avtoritetlərini onun yanına gətirsinlər. 
Bu cüvəllağılar nə qədər özlərindən razı olsalar da 
dərhal çağırışa gəldilər. 
Drakon məsələni çox kəskin qoydu: 
-  Rəşid  Behbudovun  şeylərini  kim  aparıb,  bir 
saatdan  sonra  burda  olmalıdır.  Kim  aparıb,  niyə  aparıb, 
məni  maraqlandırmır.  Heç  kim  də  cəzalanmayacaq. 
Amma  şeylər  bir  saata  qədər  burda  olmasa,  sizin  hər 
biriniz  məktəblərinizin  qabağında,  özü  də  dalına 
düşdüyünüz  qızların  gözü  önündə  eşşək  kimi 
döyüləcəksiniz. Aydın oldu?! Di durun! 
Yarım saat keçməmiş cüvəllağı uşaqlar özləri kimi 
bir cüvəllağıyla qayıtdılar, papaq və xəncərlə bir yerdə. 
- Ə, lotu, bunları neyləyirsən? 
downloaded from KitabYurdu.org


 
 
59 
-  Drakon  əmi,  bir  dostumla  qız  üstə  mərc 
gəlmişdik. 
- Yaxşı, bəs bunları necə götürə bildin? 
- Sinif yoldaşımızın nənəsi Qonaq evində xadimədi. 
Ondan  öyrənmişdim  ki,  Rəşid  Behbudov  neçədə  gəlir, 
neçədə  yatır.  Mən  də  küçədəki  palıd  ağacından  keçdim 
dama,  ordan  da  düşdüm  içəri.  Gördüm  yatıb,  sakitcə 
götürüb gəldiyim kimi də qayıtdım. 
- Adın nədi? 
- Pələng. 
-  Ə,  lotu,  sən  əjdahasan  ki?!  İndi  dur  get.  Amma 
yadında  qalsın,  kişi  baş  kəsər,  adam  öldürər,  oğurluq 
etməz. Oldu? 
- Oldu, Drakon əmi. 
Rəislə  prokuror  təzədən  doğulmuşdular,  amma 
Rəşid bəy onların sevincini gözlərində qoydu: 
- Yox, bunları aparan gəlməlidi! Görüm mənə niyə 
sataşıb? 
-  Rəşid  müəllim,  Allah  haqqı,  bir  uşaqdı,  heç 
cinayət işi də düşmür. Dostlarının yanında lotuluq eləmək 
üçün aparıb. 
Rəşid Behbudov: 
- Gəlməsə, konsert yoxdu! 
Drakon Pələngi götürüb gəldi Qonaq evinə. 
Pələng: 
downloaded from KitabYurdu.org


 
 
60 
- Rəşid əmi, Seyid Lazım ağanın cəddi haqqı, mən 
də  sizin  kimi  məşhur  olmaq  istəyirəm.  Özümün  də  səsi 
var,  istəyirsən  oxuyum.  Xoşum  gəldi,  bir  də  uşaqlarla 
mərc çəkdim. Məni bağışla. 
Rəşid Behbudov xeyli güldü, sonra dedi: 
- Oxu, xoşuma gəlsə, səni bağışlayacam. 
Pələng də əlini qoydu qulağının dibinə, qaldırdı ey. 
Rəşid Behbudov onu qucaqlayıb basdı bağrına: 
-  Oğul,  sən  əməlli-başlı  xanəndəsən  ki!  Bax,  mən 
də bu papağı da,  bu xəncəri də bağışladım sənə. 
Şəhər  bir-birinə  dəydi.  Pələng  o  xəncəri  belinə 
bağlayıb  şəhərə  çıxa  bilməsə  də,  papağı  başına  qoyub 
Dünyanın Ən Varlı Şəhərində fors elədi. Və həmin axşam 
konsertdə  Rəşid  Behbudovla  birlikdə  “Lalələr”i  oxudu  - 
papaq başında, xəncər də belində. 
Səhərisi  günü  Dünyanın  Ən  Varlı  Şəhərinin 
özündəndeyən  pullu kişiləri  Pələngdən  bu  xəncəri  almaq 
üçün  elçini  elçi  dalınca  göndərdilər.  Hətta  maşın  təklif 
eləyənlər də oldu. 
Pələng: 
-  Bunu  mənə  Rəşid  əmi  bağışlayıb,  heç  nəyə 
dəyişmərəm. 
İndi  Rəşid  Behbudovun  papağını  başına  qoyan, 
xəncərini belinə qurşayan Pələng həmin xəncərlə Drakonu 
vursaydı,  bu  onu  o  qədər  yandırmazdı,  nəinki  onu 
yumruqla  vurması.  İçində  vulkan  püskürürdü.  Möhkəm 
downloaded from KitabYurdu.org


 
 
61 
ağlamaq  istəyirdi,  boşalanadək,  əlləri  yanına  düşənədək, 
bəlkə onda içindəki vulkanı söndürə bilərdi. 
Gözünün qabağında ən yaxın dostları qırılmışdılar, 
parça-parça 
olmuşdular, 
ağlamamışdı. 
Səngərdə 
qucağında  keçinən  qardaşını  torpağa  tapşıranda  da 
ağlamamışdı,  ağlaya  bilməmişdi,  göz  yaşı  qurumuşdu. 
Ona görə də içində bircə damla göz yaşı da tapılmadı ki, 
ağlaya.  Gözlərini  yumub  xeyli  özünü  ələ  almağa  çalışdı, 
bir  şey  çıxmadı.  Alnını  üç-dörd  dəfə  maşının  sükanına 
vurdu,  bu  onun  başının  ağrısını  bir  az  sakitləşdirdi. 
Harasa  getmək,  burdan  uzaqlaşmaq  istəyirdi,  amma 
getməyə bir yer də yoxuydu. Son qərarını verdi - bu gecə 
Pələngə atacaq. Bu qərardan sonra Pələngə atmış kimi bir 
az  toxtadı.  Vaxtını  keçirmək  üçün  maşını  sürdü  şəhərdə 
bir  az  aralıda  yerləşən  Qozlu  bağa  -  Familin 
yeməkxanasına.  Dünyanın  öz  məhvərindən  çıxmayan 
vaxtı  şəhər  uşaqlarının  mətəsi  sayılan,  həmişə  qonaq-
qaralı  olan  yeməkxanada  indi  boşluq  idi.  Bircə  stolun 
arxasında  altı-yeddi  alayarımçıq  əsgər  geyimli  adam 
oturmuşdu  -  könüllülər  idi.  Ləhcələrindən  hiss  elədi  ki, 
yerli deyillər, salam verdi. Cavanlar gəlmə olsalar da onu 
tanıdılar və hörmət əlaməti olaraq qalxdılar, süfrəyə dəvət 
etdilər. 
Təşəkkürünü bildirdi: 
-  Nuş  olsun!-  dedi  və  bağın  lap  aşağısındakı 
stolların birinə getdi. 
downloaded from KitabYurdu.org


 
 
62 
Bufetçi  tez  yüyürüb  gəldi,  əlindəki  dəsmalla  stolu 
təmizləyə-təmizləyə dedi: 
- Rəis, xoş gəlmisən! Nəyünüz belə təksən? 
- Müdiriniz hanı? 
-  Bir  az  əvvəl  Katib  yuxarı  keçirdi,  dedi  ki, 
Abdaldakı  postun  uşaqları  iki  gündü  acdı.  O  da  yemək-
içmək  götürüb  getdi  Katibin  dalınca.  Nə  istəyirsən,  nə 
gətirim?  Haramıdakı  uşaqlar  bir  az  dombalan  göndərib, 
nübardı, deyim bişirsinlər? 
- Yox, lazım deyil. Bir dənə araq. O qonaqların da 
pulunu mənim hesabıma yaz. 

Narahat 
olma. 
Müdir 
tapşırıb, 
gəlmə 
könüllülərdən  pul  almırıq.  Bəlkə  bir  az  pendirdən,  göy-
göyərtidən... 
- Olar. 
Amma nə qədər elədi araq getmədi. 
 
*** 
 
Komandir  postları  gəzdi.  Lap  axırda  da  çıxdı 
Abdala. Uşaqlar gileyləndilər ki, iki gündü ac-susuzdular. 
Yaxşı ki, bir az əvvəl Famil bir az şey-şüy gətirdi, yoxsa 
bu gecə də ac qalacaqdılar. 
Komandir zarafata saldı: 
- Ə, müsəlman deyilsiniz? Elə bilin Orucluq ayıdı. - 
sonra soruşdu; - Drakon buralara gəlməmişdi? 
downloaded from KitabYurdu.org


 
 
63 
- Yox. Dünən burdaydı. 
Komandir bərk dilxor oldu, deməli, Drakon gedib, 
belə bir vaxtda onları tək qoyub. Döndü şəhərə. Qarqarın 
üstündə Şelli Eldarla rastlaşdı. 
- Vəziyyət nə təhərdi? 
- Ağırdı, Komandir! Çox ağırdı! Beş-altı avtomatla 
nə  qayırmaq  olar?  Dayandoldurumla  qalmışıq  tankın, 
beteerin  qabağında  əsir-yesir.  Elə  söz  verirlər.  O  gün 
ermənilər  az  qalmışdılar  kəndi  götürələr.  Rəis  özünü 
yetirməsəydi çox pis olacaqdı. Yabayla, baltayla çıxartdıq 
it  uşağını.  Allahın  patronunu  da  cirəylə  verirlər.  Mal-
heyvanın  hamısı  satıb  vermişik  patrona,  bilmirəm  mal-
heyvan  qurtarandan  sonra  neyləyəcəyik.  Bizimki  lap 
Molla  Nəsrəddinin  anekdotuna  dönüb.  Döyüşə  əliyalın 
gedirik,  deyirik,  bəlkə  bir  erməni  öldürüb  silahını 
götürdük.  Silah  götürəndə  də  üstündə  qırğın  düşür, 
bilmirsən kimə verəsən, kimin xətrinə dəyəsən. 
Komandir güldü, zarafatla çiyninə bir dürtmə vurub 
dedi: 
-  Bizimki  də  elə  Molla  Nəsrəddinin  anekdotudu, 
amma  babatından.  Srağagün  boyda  babat  trafey 
götürmüşük. Uşaqları göndər üç-dörd avtomat verim, bir 
dənə də yağın içində pulemyot. 
- Mən ölüm?! 
Komandir: 
downloaded from KitabYurdu.org


 
 
64 
-  Sən  niyə  ölürsən, ə, ölsün  səni  istəməyənlər. Bəs 
Ağ Evdə nə deyirlər? 
Başqa  yerlərdə  Ağ  Ev  partiya  komitələrinin 
binalarına  deyirdilər  -  bu  şəhərdə  isə  Qonaq  evinə. 
Bakıdan  ermənilərin  qabağını  almaq  üçün  yox,  camaatın 
başının altına yastıq qoymaq məqsədilə göndərilən bütün 
yüksək vəzifəlilər də, yaxın, ya uzaq rayonlardan kömək 
adıyla,  əslində  yüksək  vəzifəlilərə  yarınmağa  gələn 
rəhbərlər  də  bura  yığışırdı.  Bu  Ağ  Ev  ikinci  Mərkəzi 
Komitəyə  çevrilmişdi.  Sadəcə  olaraq  bu  ikinci  Mərkəzi 
Komitəni ölkənin Birincisi yox, elə İkincisi idarə eləyirdi. 
“05” nömrəli maşınların biri girirdi, biri çıxırdı. Alabəzək 
telefonlar  susmurdu.  Həyət  də  həmişə  sabahkı  toya 
hazırlaşan bəy evinə oxşayırdı. 
Ağ  Evin  Eşikağası  da  əlində  bir  topa  açar 
oturmuşdu pilləkanın yanında, qabağında da pürrəngi çay, 
elə yorğun-arğın bir görkəmi vardı ki, sanki ölkənin bütün 
problemlərindən bu sorumluydu. 
- Ağcabədidən turac göndəriblər, neyləyək? 
- Verin aşağıda arvadlar təmizləsinlər. 
- Şəmkirdən konyak göndəriblər. 
- Ay uşaq, qoyun zirzəmiyə. 
- Salyandan gəlmişəm, katib ikra göndərib. 
- Qalxın, qoyun soyuducuya. 
- Bu cəmdəkləri neyləyək? 
- Ə, nə bilim neynəyəsiniz, verin aşpaza da. 
downloaded from KitabYurdu.org


 
 
65 
Eşikağası  da  hərdən bir vaxt  tapıb təzə  “06”-sında 
çayxanaya da gəlirdi, topa açar da əlindən düşməzdi: 
- Vallah, yorulmuşam. Billah, yorulmuşam. Hər şey 
tökülüb  mənim  üstümə,  mən  yetim  neyləyim?  O  gün 
Polyaniçkoya  da  deyirəm,  Viktor  Petroviç,  Allahınız 
olsun,  heç  olmazsa  mənə  bir  həftə  vaxt  verin  dincəlim. 
Deyir nə danışırsan, sən olmasan biz batarıq. 
Lotular da sözlərindən qalmırdılar: 
-  Doğrudan  da,  sənin  işin  çox  çətindi.  Biri  vedrə 
istəyir, biri qorşok, biri sabun. 
Həyət qazan kimi qaynayırdı. Kənardan baxana elə 
gəlirdi  ki,  hökumətin  başbilənləri  bu  qaynar  qazanda 
Qarabağ məsələsini həll edirlər. 
Bura həm də dünyada nə baş verdiyindən xəbərsiz 
camaatın dünyadan xəbər tutma yeriydi. Darvazanın ağzı 
dolu olurdu. Şikayətə gələnlər, qaçqını, qaçqın olmayanı, 
uşağı əsir düşən, evini Dolu vuran, yardım istəyən. Bir də 
şəhərə  yolu  düşmüşkən  kəndə  xoş  bir  xəbər  aparmaq 
istəyənlər  -  kimi  axtarsan  burda  tapardın.  Qapıdakı 
növbətçilər də eşitdiklərinin üstünə beşini də qoyurdu: 
-  Polyaniçko  gecə  burdaydı.  Kişi  adamdı.  Dedi  az 
qalıb, bu gün-sabahlıqdı, Moskva bizim tərəfimizdədi. 
-  Gecə  yoldaş  Mütəllibov  selektirni  müşavirə 
keçirirdi. Bayaviklərin anasını ağladacaqlar. 
-  Müdafiə  naziri  deyir  təzə  tanklar  almışıq.  Budey 
bundan. 
downloaded from KitabYurdu.org


 
 
66 
Darvazanın ağzındakı tankı göstərirdilər. 
- Qorbaçov Aqambekyana deyib, von atsuda... 
- Raisa ermənilərin üzüyünü çırpıb təpələrinə... 
- ... 
Kənddən  gələnlər  də  burda  eşitdiklərinin  üstünə 
beşini  qoyub  danışmaq  üçün  sevinə-sevinə  dönürdülər 
kəndə, şəhərdən gələnlər də çayxanalara. 
-  Polyaniçko  gecə  gəlibmiş.  Deyib  ki,  az  qalıb. 
Moskva bizim tərəfimizdədi. 
-  Mütəllibov  gecə  selektirni  müşavirə  keçirib.  On-
on beş günə bayaviklərin şalvarını çıxaracaqlar. 
-Qorbaçov Aqambekyana var-yox söyüşü edib. 
- Şerbakdan təzə tanklar almışıq. 
- Əlisaab müəllim  Təşkilat Komitəsində Paqosyanı 
eşşək kimi döyüb. 
-  Polyaniçko  Zori  Balayanı  Stepanakertdən  it  kimi 
qovub. 
Bir  mərəkə  də  Ağ  Evlə  üzbəüz  Çayxanaydı.  Bura 
da Bakıdan gələnlərlə - gələcək mərkəzikomitəçilərlə dolu 
olurdu.  Anadilçilər,  çənlibelçilər,  yurdçular,  cəbhəçilər, 
bozqurdlar, demokratlar, sosial demokratlar. 
Hər  tirə  də  şəhərin  say-saytal  oğullarından  birini 
yanlayırdı.  Hərdən  də  boş-bekar,  işə-gücə  yaramayan 
adamları  Lenin  meydanına  yığıb  mikrofon  üstə  dalaşa-
dalaşa  bir  az  Bakıdakı  hökumətə,  bir  az  yerli  hökumətə, 
downloaded from KitabYurdu.org


 
 
67 
bir az da ermənilərə söyür, axırda da yumruqlarını havaya 
qaldırıb: 
- Bərk durun, biz burdayıq! - deyib dağılışırdılar. 
Komandir  hər  dəfə  bu  Çayxananın  önündən 
keçəndə əsəbləşirdi: 
-  Bu  şəhəri  Sovet  hökuməti  dağıda  bilmədi,  amma 
Bakıdan gələn bu uşaqlar dağıdacaq. 
Bir dəfə maşından düşüb girmişdi çayxanaya: 
-  Ə,  burda  nə  sülənirsiniz?!  Ya  silah  götürün 
qoşulun  bu  camaata,  ya  da  ...  gedin,  qoyun  öldüyümüz 
yerdə  ölək.  Yoxsa  bir  gün  sizi  maşına  basıb  aparıb 
tökəcəm Qarqarda erməninin qabağına. 
Elçibəyə də zəng eləmişdi: 
- Bəy!  
Bu  uşaqları  burdan  yığışdır!  Gəlib  bu  şəhərdə  oyun 
oynayırlar, camaatı parçalayırlar. 
Amma bu Bəylik də deyildi. Bəy yaxasını cırsa da 
xeyiri yox idi. Çünki Bəyin də xəbəri olmayan ssenaridə 
belə yazılmışdı. 
Bakıdan  gələn  vəzifəsizlər  Çayxanada  öz 
keflərindəydilər, Bakıdan gələn vəzifəlilər də Ağ Evdə. 
Saunada yorğunluqlarını çıxarıb dincələndən sonra, 
Şəmkir  konyakından  bala-bala  vurub,  bilyard  masasının 
arxasında  gözəl-gözəl  qeybət  eləməklə  məşğul  idilər. 
Kimini vəzifəyə gətirir, kimini vəzifədən götürür, kiminə 
də  torba  tikirdilər.  Babat  vurandan  sonra  hətta  bəziləri 
downloaded from KitabYurdu.org


 
 
68 
özlərində cəsarət tapıb hökuməti də, partiyanı da söyürdü. 
Çünki  bu  hökumət,  bu  partiya  elə  bu  bədbəxtləri  də 
bədbəxt  günə  qoymuşdu.  Əllərinə  heç  bir  səlahiyyət 
verməyib basmışdılar millətin bu söyüş-qarğış yerinə, üzü 
tüpürcəkli eləmişdilər. 
Ən çox söyən də Səhiyyə Nazirinin Müaviniydi: 
- Belə getsə, bu xalq bizi paza keçirəcək. 
Birincinin Daimi Nümayəndəsi: 
-  Sizi  bilmirəm,  mən  day  bu  camaata  yalan 
danışmaqdan yorulmuşam. Xəcalət çəkirəm. 
Öz  aralarında  belə  danışsalar  da  mitinqlərdə 
cəbhəçilərə  də  aman  vermirdilər  -  birini  cəbhəçilər 
deyəndə,  beşini  də  onlar  deyirdi.  Elə  çıxışlar  eləyirdilər 
ki,  sanki  hökumət  Xankəndini  azad  etmişdi,  indi  də 
Zəngəzuru təmizləyirdi. 
Bu Bakıdan tökülüb gələn və bir yaralı barmağa da 
işəməyə qabiliyyətləri və səlahiyyətləri olmayanlar Katibi 
də boğaza yığmışdılar. 
-  Ay  qardaşlar!  Ay  mənim  canım-gözüm, 
əzizlərim! Bura niyə yığılmısınız? Bir yaralı barmağa da 
işəmirsiniz! 
- Niyə?! Bəs bu yardımlar nədi?! 
Katibin  ən  zəhləsi  gedən  şey  vardısa  elə  bu 
yardımlar idi. Yardım gələndə az qala havalanırdı. Bir də 
görürdün 
qabaqlarına 
Birincinin  Hollivudun  kino 
ulduzlarına  oxşayan,  qırmızı  qalstuklu  şəkli  vurulmuş 
downloaded from KitabYurdu.org


 
 
69 
dörd-beş  maşın  zurna-qavalla  girdi  hər  küçədə  bir  sütül 
oğlanın  yası  olan  şəhərə.  Gəlib  dayanırdılar  Lenin 
meydanında.  Yardım  gətirənlər  Leninin  çoxdan 
yuyulmadığından kir-pas basmış heykəlinin altında bir-iki 
nitq irad edib, Birincini o ki var öyür, salamını da camaata 
çatdırandan  sonra  yardımpaylama  mərasimi  başlanırdı  - 
undan,  kartof-soğandan,  yemiş-qarpızdan.  Ermənilərin 
yandırdığı  kəndlərdən  qaçıb  bu  şəhərə  pənah  gətirənlər, 
artıq  Dünyanın  Ən  Varlı  Şəhərindən  ən  kasıb  şəhərinə 
çevrilməkdə  olan  bu  şəhərin  öz  imkansızları  tökülürdü 
meydana.  Bir  mərəkə  qopurdu,  insanlar  insanlıqlarını 
itirirdilər.  Lap  yaxın  günlərədək  mal-mülk  sahibi  olmuş 
adamlar  bir  kisə  unun  üstə  yumruq  davasına  çıxırdı. 
Dünənədək  adi  bir  söyüşə  görə  adam  öldürülən  şəhərdə 
söyüşün  biri  bir  qəpik,  nə  ağsaqqala  baxan  olurdu,  nə 
arvad-uşağa. 
Katib  insanların  bu  qədər  alçaldılmasına  və 
alçalmasına dözə bilmirdi. Pəncərədən bu müdhiş səhnəni 
seyr edəndə bəzən gördüyü mənzərənin təsirindən özünü 
saxlaya  bilməyib  uşaq  kimi  ağlayırdı.  Axırda  yardımın 
meydanda  paylanmasına  qadağa  qoydu.  Tapşırdı  ki,  o 
zurna-qavalı  yığışdırsınlar,  gələn  yardımları  şəhər  ticarət 
idarəsinin  anbarına  təhvil  versinlər,  ordan  da  birbaşa 
göndərsinlər erməni mühasirəsində olan kəndlərə: 
-  Mənə  heç  kəsin  yardımı  lazım  deyil.  Bu  şəhər 
hələ ölməyib. 
downloaded from KitabYurdu.org


 
 
70 
Amma şəhər ölürdü. 
Bu  da  həm  Bakıdakıların,  həm  də  Ağ  Evdəki 
vəzifəlilərin xoşuna getmədi, mübahisə düşdü. 
Amma Katib geri çəkilmədi: 
- Camaatı dilənçi kökünə salmısınız, indi də qarpız 
paylamaqla öyünürsünüz. Bu camaata qarpız lazım deyil, 
bu camaata patron lazımdı, avtomat lazımdı, arvad-uşağı 
qorusun. 
Və  Katib  o  qədər  boğaza  yığılmışdı  ki,  hətta  bir 
neçə dəfə yuxarıya zəng edib ağzına gələni demişdi: 
-  Mən  bilmirəm  bu  bədbəxt  camaatı  yola  verim, 
ermənilərlə  vuruşum,  yoxsa  göndərdiyiniz  bu  nazirlərə 
qulluq eləyim. 
Yuxarıdan da demişdilər: 
-  Cəbhəçilər  kimi  danışırsan.  Səni  orda  oturdublar 
ki, sekanın sözünü deyəsən, cəbhəçilərin yox. 
-  Burda  cəbhəçi  yoxdu.  Burda  yalın  əllə  torpağını 
qoruyan  camaat  var.  Heç  bilmirlər  Xalq  Cəbhəsi  nə 
deməkdi, özləri də bombanın altında yaşayırlar. 
-  Bilirik,  səni  o  Naxçıvandakı  danışdırır,  onun 
kadrısan. Şükür elə ki, hələ səni vəzifədə saxlayırıq. 
-  Onun  çörəyini  siz  məndən  çox  yemisiniz. 
Darıxmayın,  gildir-gildir  burnunuzdan  gələcək.  Özü  də 
məni  vəzifəylə  hədələməyin.  Bura  mənim  şəhərimdi,  bu 
qırılan  camaat  da  mənim  camaatımdı.  Tabut  düzəltməyə 
taxta  da  tapmıram.  Tüpürüm  sizin  vəzifənizə.  İşdən 
downloaded from KitabYurdu.org


 
 
71 
çıxararsınız,  əlimə  bir  avtomat  götürüb  gedib  oturaram 
camaatımın içində. Siz qorxun! Darıxmayın, belə getsə bu 
millət sizi dənizə tökəcək! 
Bütün  bunlar  haqqında  Birinciyə  məlumat 
vermişdilər, üstünə də bir az qoymuşdular. 
-  Yoldaş  Mütəllibov,  O  heç  kimi  saymır.  Həftə 
səkkiz-mən  doqquz  Naxçıvandadı.  Öz  camaatı  çörək 
tapmır, Naxçıvana un göndərir. 
Birinci: 
-  Arı  pətəyinə  çöp  uzatmayın.  Onsuz  da  o  şəhər 
qaynayır, daşsa çətin olacaq. Qoyun hələ işləsin. Sonra bir 
şey fikirləşərik... 
-  Əlində  neçə  dənə  könüllü  batalyon  var,  özünü 
general kimi aparır. 
- Viktor Petroviç adam yerinə qoymur. 
- Elə danışır elə bil şəhər ona dədəsindən qalıb. 
- Zəng eləyirik ya telefonu götürmür, götürəndə də, 
gözünü yumub ağzını açır. 
Birinci: 
- Camaatı qalıdırın üstünə. 
- Öz camaatıdı. 
-  Boş-boş  danışmayın,  öz  camaatı,  özgə  camaatı. 
Bir  az  maaşlarını  gecikdirin,  yanağacağın  azaldın,  görün 
öz  camaatı  onun  başına  nə  oyun  açır.  Bəs  ora  it  ilxısı 
qədər  adam  göndərmişəm,  nə  ilə  məşğuldurlar?  Gəlmə-
yerli davası salın, nə qələt eləyirsiniz eləyin. 
downloaded from KitabYurdu.org


 
 
72 
Sonra DTK-nın sədrini çağırmışdı: 
- Sənin bu cəbhəçilərin içində agentlərin yoxdu?! 
- Var Ayaz Niyazoviç. 
-  Bəs  niyə  göndərmirsən  o  şəhərə?  Bu  boyda 
respublika  qalıb  bir  şəhərin  əlində.  Göndər,  qoy  canları 
çıxsın, o şəhəri dağıtsınlar. 
- Baş üstə! Böyüklərindən birini vurduraram. 
- Yox, elə olmaz. Sən necə keqebeşniksən?! İşi elə 
qur ki, özləri bir-birin vursunlar. 
- O da baş üstə! 
...  Birincinin  tapşırığı  elə  həmin  gecə  yerinə 
yetirildi. Ali Sovetin iclasından çıxıb Dünyanın Ən Varlı 
Şəhərinə  qayıtmaq  istəyən  xalq  deputatı  Eldar  Bağırovu 
9-cu mikrorayonda maşınında vurdular. 
Hadisədən  beşcə  dəqiqə  keçməmiş  Respublika 
Prokurorluğu  rəsmi  məlumat  yayımladı ki,  deputat  Eldar 
Bağırovu  Dünyanın  Ən  Varlı  Şəhərinin  könüllü 
batalyonlarından birinin komandiri Yavər vurub... 
... Şelli Eldar Ağ Evdə olmuşdu və həmişə eşitdiyi 
sözləri yenə eşitmişdi: 
- Bir az da dözün... 
... - Boş şeydi, Komandir. Orda adam yoxdu, bircə 
o Səhiyyə Nazirinin Müavinindən başqa. O gün gəlmişdi 
kəndə. Məni çəkdi bir kənara, on min manat pul çıxartdı 
ki,  bunu  payla  uşaqlara.  Almırdım,  yalvardı,  dedi  ki,  ay 
qardaş,  mənim  də  gücüm  buna  çatır,  bizdən  də  bir  şey 
downloaded from KitabYurdu.org


 
 
73 
gözləməyin,  özünüz  başınıza  bir  çarə  qılın.  Bir  az  da 
dava-dərman gətirmişdi. Bu gün yenə getmişdim, deyirəm 
camaat qırılır, deyirlər ki, Mütəllibov Maskvayla danışıb, 
bu  gün-sabah  ruslar  Yerevanı  bombalayacaq.  Bunlar  elə 
bilir  biz  qoyunuq.  Bərk  dirənəndə  də  deyirlər  ki,  get 
Katibdən  istə.  Deyirəm  Katibin  topu  var,  tüfəngi  var, 
tankı  var?  Katib  müdafiə  naziridi?  Az-çox  yenə  nə  əl 
tutursa, sağ olsun. 
Komandir bir siqaret yandırdı, birini də ona uzatdı. 
- Çəkmirəm, dərd qoyur ki, ayrı şey çəkək. 
- Müdafiə naziri orda yox idi? 
-  Ondan  nazir  olar?!  Alkaşın  biridi,  hələ  onu  ayıq 
görən  olmayıb.  Gör  o  gün  başımıza  nə  gəlib.  Bu 
yaxınlarda  Goranboyun  katibi  bir  az  yardım  gətirmişdi. 
Dedim,  əmoğlu,  bizə  ərzaq  lazım  deyil,  patron  lazımdı. 
Dedi,  qardaş,  vallah,  elə  biz  də  siz  gündəyik,  amma 
çalışaram  bir  şey  tapım.  Sağ  olsun,  kişi  adammış,  gedən 
kimi  bir  buluddağıdan  top  göndərmişdi.  Əsgəranda 
ermənilərin  bir  beteeri  var,  bizi  yığıb  boğaza.  Sənin 
dediyin  o  nazir  özü  gəlmişdi,  iki  nəfər  də  topçu 
gətirmişdi, guya beteeri vuracaqdılar. Bizim Qarağacıdakı 
su  qülləsini  vurdular.  Camaat  boğurdu,  əllərindən  zorla 
aldım.  Bunlar  bu  ölkəni  dağıdacaqlar,  bizi  də  boş  yerə 
qırdırırlar,  körpə-körpə  uşaqlar  hayıf  olur.  Elə  bil  bu 
millətin qəsdinə durublar. 
- Möhkəm ol. Sənki ruhdan düşən oğlan deyilsən. 
downloaded from KitabYurdu.org


 
 
74 
-  Nə  qədər  ruhla  yaşamaq  olar?  Ruhu  topa  qoyub 
atmaq  olmur  ey!  Lənkərandan  beş-altı  könüllü  gəlib, 
cavan  uşaqlardı,  od-alovdular.  Srağagün  ikisini  vurdular. 
Biri  lap  uşağıydı,  qucağımda  öldü.  Can  verəndə  deyirdi, 
dayı,  qoyma  ölüm.  Buna  hansı  köpəyoğlu  dözər?!  Atası 
kişi adammış. Meyidi aparmadı. Dedi, şəhid harda ölübsə, 
orda da dəfn olunmalıdı, oğlum bu şəhərdə ölüb, burda da 
dəfn  eləyin.  Dünən  basdırdıq.  Heç  yas  vermək  üçün 
rayona  da  qayıtmadı,  oğlunun  tüfəngini  götürüb  oturub 
səngərdə.  Nə  isə!  Səni  də  yordum.  Sənin  günün 
mənimkindən yaxşı deyil ha. Bəlkə gedək kəndə, uşaqlar 
səni görüb bir az ürəklənsinlər. 

Qalsın  ayrı  vaxta.  Drakonu  axtarıram, 
görməmisən? 
-  Mən  bayaq  şəhərə  gedəndə  Qozlu  bağ  tərəfə 
keçdi. Nahaq o namərdə görə Drakonun xətrinə dəymisən. 
Gərək  qoyaydın  şalvarını  çıxarıb  keçirəydi  başına. 
Namərd  oğlu  namərd.  O  gün  bizim  uşaqlar  gedib 
qarajından  bir  az  pulsuz  benzin  götürmüşdülər,  zavqarı 
döyüb öldürürmüş. İstədim gedib idarənin ortasında salım 
təpiyin altına, dedim, lənət şeytana, onsuz da adımıza yüz 
söz çıxarırlar. 
Qucaqlaşıb  ayrıldılar.  Komandir  maşına  minəndə 
dedi: 
- Sabah uşaqları göndər, dediklərimi verim. 
downloaded from KitabYurdu.org


 
 
75 
Komandir  getdi  Qozlu  bağa,  amma  Drakonu  tapa 
bilmədi. 
Bufetçi: 
- Komandir, heç çörək də yemədi. Odur ey, arağı da 
qalıb  stolun  üstə.  Burda  ermənistanlı  uşaqlar  çörək 
yeyirdilər,  onlarla  getdi.  Amma  hara  getdilər,  onu 
bilmirəm. 
*** 
At  Belində  Olan  Adam  telefonu  götürüb  Rəisi 
yığdı. Xoş-beşdən, hal-əhvaldan sonra dedi: 
- Rəis, sənə indiyədək bir ətək pul vermişəm? 
Söz Rəisin xətrinə dəydi: 
- Dədəyin pulunu vermisən? 
-  Yaxşı,  yaxşı,  hirslənmə,  qulaq  as.  Yəqin  ki, 
bugünki hadisəni eşitmisən. 
Rəis özünü bilməməzliyə vurdu: 
- Gündə yüz hadisə olur, hansını deyirsən? 
-  Sənin  agenturan  keqebenkindən  yaxşı  işləyir. 
Bilirsən nəyi deyirəm. 
- Eşitmişəm. 
-  Onu  soxdur  kepezeyə,  eşşək  kimi  döydür.  Özüm 
ölüm, sənə Bakıda üçotaqlı ev almayan kişi deyil. 
-  Ə,  başına  at  təpib,  Drakonu  kepezeyə  soxmaq 
olar?  İstəyirsən  mənim  şalvarımı  çıxarsınlar?!  Hələ  sağ 
olsunlar ki, onlar bizi kepezeyə salmayıblar. 
- Onda gəl başqa cür danışaq. 
downloaded from KitabYurdu.org


 
 
76 
- Buyur. 
-  Rəis,  Ətağa  cəddi,  günü  sabah  səni  Gəncəyə  rəis 
göndərtməyən  alçaq  oğlu  alçaqdı.  Bakıda  da  üçotaqlı  ev 
öz yerində. Ürəyindən ayrı nə keçir, ona da hazıram. 
- Nə belə səxavətli olmusan, ə? Sonra? 
-  Rəis,  heç  kim  bilməsə  də  mən  sənin  gücünə 
bələdəm.  Əlinin  altında  üç-dörd  yüz  milisionerin  var. 
Pristupnu mir də səni yaxşı tanıyır. 
- Sözünü de. 
-  Bax,  yenə  deyirəm.  Bakıda  üçotaqlı  ev,  Gəncəyə 
rəis, bir diplomat da pul. 
- Bunu demisən, sözünü de. 
- Onu atdır! 
Elə bil rəisi ildırım vurdu: 
-  Oğrac  özünsən!  Bütün  nəslindi!  Binamus  oğlu 
binamus!-  dedi  və  telefonun  dəstəyini  necə  yerinə 
çırpdısa,  dəstək  ortadan  qırıldı,  əlini  də  yaraladı;  - 
Göpəyoğlu! Ona görə erməni anamızı... 
Dalbadal  üçüncü  zərbəni  alan  At  Belində  Olan 
Adam da dəstəyi tulladı: 
-  Buna  bax  ey,  qudurub.  Elə  bil  kisəynən  pul 
verdiyim adam deyil. Eybi yox, altda qalanın canı çıxsın. 
Səni  uvolit  elətdirib  bu  rayondan  it  kimi  qovdurmasam 
mən də mən deyiləm! 
*** 
downloaded from KitabYurdu.org


 
 
77 
İkinci  saunada  yayxınmışdı,  əlində  də  bir  bardaq 
“Əsgəran” pivəsi: 
-  Bu  erməni  it  uşaqları  pivə  bişirməyi  bacarır  də. 
Çex  pivəsinin  adı  var,  bizim  pivələrin  dadı  ,  -  dedi  və 
pivədən bir az tökdü daşların üstə, bir anda içərini pivənin 
dadlı qoxusu bürüdü, - Bəh, bəh, bəh! Hə, indi de görüm 
işlər necə gedir? 
- Viktor Petroviç, şəhərdə vəziyyət çox pisdi, başlı 
başını  saxlasındı.  Katib  cəbhəçilərlə  oturub-durur,  əl 
altdan onları silahlandırır. Bir ayağı da Naxçıvandadı. Elə 
bu  gün  mənə  Şerbakdan  yüz  min  manatlıq  silah  aldırıb 
gətirdib.  Rəis  də  cinayətkarların  hamısını  yığıb 
qoltuğunun  altına.  Keqebe  də  onlara  işləyir.  Bakıdan, 
Şəkidən  hardan  oldu  erməni  tapdırıb  gətirir,  verir 
cəbhəçilərə.  Bu  dəqiqə  cəbhəçilərin  zirzəmisinidə  altı-
yeddi erməni var. Özü də deyəsən biri də Şaumyankəndin 
ya katibidi, ya da qardaşı. 
İkinci süpürgəni verdi ona: 
- Döy görüm. 
At Belində Olan Adam süpürgəni saldı soyuq suya, 
sudan  bir  az  çilədi  İkincinin  kürəyinə,  başladı 
döyəcləməyə. 
Süpürgənin ləzzətindən İkinci bir az da xoşallandı: 
-  Bir  az  bərk vur. Ayaqlarımın  altına döy. Hə, bax 
belə.  Bir  az  da  bərk.  Az  qalıb,  bu  gün-sabah  katibi  o 
downloaded from KitabYurdu.org


 
 
78 
məsələ.  Birinciylə  danışmışam.  Amma  deyir  elə  edin  ki, 
cəbhəçilər özləri qovsunlar. 
- Dedim axı, cəbhəçilər onu qovmaz. Yerli adamdı, 
qohum-əqrəbası da çoxdu, böyük nəsildilər. 
-  O  daşların  üstünə  bir  az  da  pivə  at.  Hə,  yaxşıdı. 
Şantaj  eləyin.  İndi  nazirlərlə  də  ayrı-ayrı  danışacam. 
İşləmək  lazımdı,  işləmək.  Onların  silahı  var,  sizin  də 
pulunuz.  Pul  silahdan  yüz  dəfə  güclüdü.  Puldan  tökün, 
özlərini özlərinə qırdırın. 
At  Belində  Olan  Adamın  əlinə  Rəisin  torbasını 
tikmək üçün yaxşı fürsət düşmüşdü: 
-  Bu  gün  bir  cəbhəçi  üstümə  avtomat  çəkib  məni 
öldürürdü. Rəisə dedim, tədbir görmək əvəzinə məni küçə 
söyüşləriylə  təhqir  elədi.  Milisin  avtomatlarının  yarısı 
cəbhəçilərin  əlindədi.  Bu  müharibə  başlayandan  qoşulub 
onlara. Cəbhəçiləri yığıb doldurub milis batalyonuna. Nə 
qədər  o  burdadı,  bu  cəbhəçilər  meydan  sulayacaq,  Allah 
hələ axırını xeyir eləsin. 
- Yaxşı, indi məşğul olaram. 
İkinci  girdi  hovuza,  bütün  yorğunluğunu  tökdü 
hovuzun  biz  kimi  suyuna,  təzədən  doğuldu,  hovuzdan 
çıxıb  qurulandı,  keçdi  salona.  Süfrə  hazır  idi.  Nazirlər, 
nazir müavinləri onu gözləyirdilər, heç kim əlini süfrəyə 
uzatmamışdı.  Saunanın  havasından  pörtmüş  sifətindən 
qan damırdı. Dəsmalla alnında puçurlamış tər damlalarını 
sildi, məclisə bir nəzər saldı, Katibi görməyib soruşdu: 
downloaded from KitabYurdu.org


 
 
79 
- Katib hanı? 
Səhiyyə Nazirinin Müavini: 
-  Getdi  Gülablıya.  Deyirlər  ermənilər  orda  yaman 
fəallaşıblar. 
- Bilmirdi gələcəm? 
- Demişdik. 
İkinci hirsləndi: 
- Bu lap qudurub! Sukinsın! 
Süfrəyə  mürəbbə  düzən  Çayçı  əl  saxladı,  bunu 
bütün şəhər üçün söyüş bildi  - bu camaatın bir xasiyyəti 
vardı,  hətta  sevmədikləri  bir  həmyerlilərini  də  başqası 
söyərdisə 
qəbul 
etməzdilər, 
bunu 
özlərinə 
sığışdırmazdılar: 
- Xahiş edirəm, bizim Katibi təhqir eləməyin. 
Hələ  indiyədək  ağzından  bir  dəfə  də  olsun  “bəli”, 
“xeyr”dən başqa ayrı bir kəlmə eşitmədikləri Çayçının bu 
sözləri  məclisdəkilərin  hamısını  şaşırtdı,təəccüblə  bir-
birlərinə baxdılar. 
Elə  İkincinin  özü  də  gözləmədiyi  bu  sözlərdən 
hirslənməkdən daha çox təəccübləndi: 
- Nə dedin? 
-  Heç.  Dedim  ki,  xahiş  edirəm  bizim  Katibi  təhqir 
eləməyin. 
İkinci  necə  bağırdısa,  bayırdakılar  da  bu  bağırtını 
eşitdilər və elə bildilər içəridə nə isə oldu. 
- Rədd oool! 
downloaded from KitabYurdu.org


 
 
80 
Çayçı  indicə  İkincinin  qabağına  qoyduğu  çayı 
götürdü: 
- Baş üstə! Onda çayınızı özünüz tökərsiniz.  - dedi 
və  salondan  çıxdı,  çıxarkən  də  əlindəki  stəkanı  qapının 
ağzında dayanmış At Belində Olan Adama verdi; - Ala! 
İkincini elə bil ilan vurmuşdu, yerində qıvrılırdı: 
- Allahın çayçısı da qudurub. Tək bu yox ey, bütün 
şəhər  qudurub.  Hamısını  da  o  katib  qudurdub.  Mən  onu 
yerində oturdaram. - üzünü tutdu Müdafiə Nazirinə; - Bu 
sukinsının əlinə bir qundağı qırıq təklülə ver, bas səngərə. 
Burda  artıq-urtuq  yeməkdən  porsuğa  dönüb.  Deyin  o 
Rəisi bura çağırsınlar. 
Heç  kəs  əlini  çörəyə  uzatmırdı,  hamının  iştahı 
küsmüşdü. İkinci də qarşısındakı yeməyi kənara itələdi: 
-  Nu  davay,  indi  məlumat  verin  görək  vəziyyət 
necədi? 
Səhiyyə Nazirinin Müavini: 
-  Yaxşı  deyil,  Viktor  Petroviç.  O  boyda  Təşkilat 
Komitəsi Stepanakertdə niyə oturub? Ermənilər gündə bir 
kənd yandırır. Bu şəhərdə salamat ev qalmayıb. Hər gün 
Ermənistandan maşın-maşın bayavik göndərirlər. Deyirlər 
hələ aralarında zəncilər də var. 
-  Mən  ordakı  vəziyyəti  soruşmadım.  Siz  mənə 
burdan danışın. 
-  Mən  də  elə  burdakı  vəziyyəti  deyirəm.  Burdakı 
vəziyyət ordan asılıdı. Oranı düzəltmək lazımdı... 
downloaded from KitabYurdu.org


 
 
81 
İkinci onun sözünü kəsdi: 
-  Dedim  ki,  burdan  danışın.  Bu  boyda  hökumət 
oturmusunuz burda, əlinizdə milis, ordu, prokuror. Şəhəri 
oğrular,  quldurlar  idarə  edir.  Hakimiyyəti  əldən 
vermisiniz. Sizi bura nəyə göndəriblər? 
Səhiyyə Nazirinin Müavini gördü ki, heç kəs başını 
ağrıtmaq  istəmir,  yenə  özünü  verdi  İkincinin  gülləsinin 
qabağına: 
-Viktor  Petroviç,  burda  oğru-quldur  yoxdu,  arvad-
uşağını,  ev-eşiyini  qorumaq  istəyən  camaat  var,  hər  gün 
də  qırılırlar.  Ermənilərin  tankı,  topu,  qradı,  bəs  bu 
camaatın  nəyi  var?!  Berdenkayla  vuruşurlar.  Yaralılara 
dərman  da  çatdırmaq  olmur.  Camaat  adamın  üzünə 
tüpürür. Elə gecə olmur ki, şəhəri qrada tutmasınlar. 
- Bir az çox şişirdirsən. Neçə saatdı burdayam, hanı 
qrad, hanı top? 
-  Sizin  xətrinizə  atmırlar.  Siz  Əsgəranı  üzü  yuxarı 
keçən kimi başlayacaqlar. 
Söz İkincini tərs şapalaq kimi tutdu: 
- İkibaşlı danışma. 
Səhiyyə Nazirinin Müavini geri çəkilmədi: 
- Siz soruşdunuz, mən də olanı dedim. 
İkinci gördü nazir müavini üzə dirənib, daha dərinə 
getmədi, üzünü tutdu Müdafiə Nazirinə: 
- Hanı sənin qoşunun? 
Müdafiə Naziri qalxdı ayağa: 
downloaded from KitabYurdu.org


 
 
82 
-  Mənim  qoşunum  var?  O  burnu  fırtılıqlı  uşaqları 
deyirsiniz? Onlardan qoşun olar? Qoşunu yığıblar Bakıya. 
Heç  bilmirəm  mənim  vəzifəm  torpağı  qorumaqdı,  yoxsa 
Mərkəzi  Komitəni?!  Səhiyyə  Nazirinin  Müavini  düz 
deyir, camaat üzümüzə tüpürür. Yer yarılsa, yerə girərəm. 
- Niyə girmirsən? Gir də! 
- Yarılmır axı. 
- Mən yararam. 
- Necə məsləhətinizdi. 
Bu hadisələrin hansı sonluqla bitə biləcəyindən heç 
özlərinin də xəbəri olmayan bu vəzifəlilər də bezmişdilər 
hər şeydən, axı bu millətə nə qədər yalan danışmaq olar? 
Axı  bu  milləti  nə  qədər  aldatmaq  olar?  Camaat  üzlərinə 
deyirdi ki, siz ermənidən pissiniz. 
Bu  yazıqlar  ermənidən  pis  deyildilər,  onları 
ermənidən  pis  eləyən  əllərindən  buraxmağa  qorxduqları 
vəzifələriydi.  Onları  yığmışdılar  bir  vəzifə  torbasının 
içinə,  ağzını  da  bağlamışdılar,  çıxa  bilmirdilər  bu 
torbadan. Partlaya-partlaya qalmışdılar bu torbanın içində. 
Və  dözməyib  bu  torbadan  çıxmaq  istəyənlər  olurdu. 
Amma bu torbadan çıxmaq istəyənlərə elə bir başqa torba 
tikirdilər ki, bu torba o torbanın yanında muştuluq olurdu. 
Bu torba Bayılın divarları kimi çox möhkəm idi, sökmək 
mümkün deyildi. Amma hərdən Bayıldakı torbanı gözləri 
altına  almayıb  belə  yığcam  iclaslarda  ürəklərini 
boşaldanlar  da  olurdu.  Və  bəzən  də  bu  ürəkboşaltmalar 
downloaded from KitabYurdu.org


 
 
83 
onlara  baha-başa  gəlirdi.  Belə  iclasların  birində  İkincinin 
üzünə ağ olub ürəyini boşaldan bir prokuror səhərisi günü 
Xankəndinə  Təşkilat  Komitəsinə  çağırılmışdı  və 
Komitənin 
qabağındaca 
ermənilər 
onu 
girov 
götürmüşdülər. 
Hökumət  bütün  torpedaları  işə  salsa  da  bir  xeyri 
olmamışdı.  Katib  görmüşdü  hökumətin  əlindən  bir  şey 
gəlmir,  Komandirdən  xahiş  eləmişdi  ki,  bu  işə  qarışsın. 
Komandir  elə  həmin  gün  Drakonla  Pələngi  göndərmişdi 
Xankəndinə.  Onlar  da  ermənilərin  liderlərindən  birini 
gecə  evindən  oğurlayıb  gətirmişdilər,  soxmuşdular 
zirzəmiyə.  İkinci  nə  qədər  çığırıb-bağırsa  da  xeyri 
olmamışdı. 
Komandir xəbər göndərmişdi: 
-  Ona  deyin,  proletariatın  inqilabda  itirəcəyi  bircə 
zənciridi, onu da biz çoxdan itirmişik. Bağırmasın, yoxsa 
onun özünü də oğurlayarıq. 
İkinci görmüşdü bu həna o hənadan d 
eyil  barışmalı  olmuşdu.  Bundan  sonra  Komandir 
gətirdikləri  ermənini  prokurorla  dəyişmişdi.  İkinci  də 
hökumətin şər maşınını işə salmışdı. 
-  Cəbhəçilər  prokuroru  Salatın  Əsgərovanın  qatili 
ilə dəyişiblər. 
- Deyirlər prokurorun oğlundan kalan pul alıblar. 
- Ay namərdlər! 
downloaded from KitabYurdu.org


 
 
84 
İkincinin  tapşırığı  ilə  qəzetlər  bu  şayiəni  bütün 
ölkəyə yaymışdı. 
Amma  Komandir  “Qur’an”  götürüb  camaatın 
üstünə  getməmişdi:  “Kimin  nə  danışdığı  mənə  maraqlı 
deyil, özüm ki bilirəm nə var, nə yox”. Heç qəzetlərə də 
cavab  verməmişdi,  bilirdi  ki,  onsuz  da  cavabını  çap 
etməyəcəklər.  Bircə  Salatının  anasına  xəbər  göndərmişdi 
ki, ay ana, belə şeylərə inanma. Salatının anası da demişdi 
ki, ay oğul, mən heç əvvəldən inanmamışdım. 
İkinci Müdafiə Nazirinin ağzından vurdu: 
- Sənin araqdan başın açılır ki, yerə girəsən, yoxsa 
göyə çıxasan?! 
- Mənim içməyim hökumətə sərf edir. Yoxsa elə bu 
burnufırtılıqlı 
uşaqlarla 
Stepanakerti 
şumlayaram. 
İnanmırsınız, çəkilin kənara, görün şumlayıram, ya yox. 
İkinci: 
-  Səhər  nə  yemisiniz  belə?  Hamınız  bülbül  kimi 
ötürsünüz. 
Bir nəfər içəri daxil olub dedi: 
 - Viktor Petroviç, rəis gəlib. 
-Gəlsin içəri. 
Salona  girən  Rəis  qapının  ağzında  dayanmış  At 
Belində Olan Adamı görəndə dalağı sancdı, amma özünü 
onda qoymadı, istehzayla dedi: 
-  Sən  də  burdasan?  Bəs  deyirlər  sənin  şalvarını 
çıxarıblar,  əynindədi  ki!  -  sonra  irəli  yeriyib  dayandı 
downloaded from KitabYurdu.org


 
 
85 
İkincinin önündə, əlini qulağının dibinə atıb özünü təqdim 
etdi: - Yoldaş Polyaniçko, şəhər milis idarəsinin rəisi sizin 
əmrinizlə gəlib. 
İkinci: 
-  Rəis,  məndə  məlumat  var  ki,  sən  cinayətkarları 
himayə edirsən? 
-Yalan  məlumatdır,  yoldaş  Polyaniçko.  Mənim 
ermənilərlə  heç  bir  əlaqəm  yoxdur.  Buyurub  keqebedən 
öyrənə bilərsiniz. 
- Mən erməniləri demirəm. 
- Mən də ayrı cinayətkar tanımıram. 
İkinci yerindən qalxıb var-gəl eləməyə başladı: 
-  Deyəsən  söz  güləşdirirsən,  özün  yaxşı  bilirsən 
mən  nə  deyirəm.  Günün-günorta  çağı  cəbhəçilər  şəhərin 
mötəbər  bir  şəxsinin  evinə  soxulub  pul  istəyirlər,  üstünə 
avtomat  çəkirlər,  döyürlər,  məşğul  olmursan.  Hələ 
məlumat  almışam  ki,  üstəlik  onları  işə  də  götürmüsən, 
rəsmi silah vermisən. 
-  Yoldaş  Polyaniçko,  biz  fakt  əsasında  cinayət  işi 
qaldırırıq.  Həmin  şəxs  bizə  rəsmi  müraciət  eləməyib. 
Buyursun,  rəsmi  müraciət  eləsin,  biz  də  araşdıraq.  Qaldı 
ikinci məsələyə, vəziyyətlə əlaqədar nazirlik bizə bir rota 
formalaşdırmaq  əmri  göndərib.  Əmrdə  də  göstərilib  ki, 
rota  yerli  gənclərdən  formalaşdırılsın.  Mən  də  sağlam, 
qabiliyyətli gəncləri rotaya götürmüşəm. 
İkinci gəldi durdu Rəisin qarşısında: 
downloaded from KitabYurdu.org


 
 
86 
-  Sənə  əmr  eləyirəm,  elə  indi  get  o quldurları həbs 
elə. 
-  Yoldaş  Polyaniçko,  mən  bu  əmri  yerinə  yetirə 
bilmərəm. 
- Niyə? 
-  Onları  həbs  eləsəm  bayaviklərlə  kim  vuruşacaq, 
burda oturanlar? 
- Görünür babat pullarını almısan. 
Rəis gördü geriyə  yol yoxdu, onsuz da yuxarıların 
alçaldıcı  əmrlərindən,  aşağıların  söyüşlərindən  boğaza 
yığılmışdı,  bu  rəislik  deyildi,  it  əzabıydı,  çəkirdi.  Hər 
gecə  Dolunun  altında  kabinetdə  yatmaqdan  da  bezmişdi, 
məsciddə  şəhid  yudurtmaqdan  da,  qulağı  eşidə-eşidə  o 
şəhidlərin  ata-analarının  onun  və  onun  kimilərinin 
ölənlərinin goruna söyüşlərini eşitməkdən də. Ömrü boyu 
gözəl-gözəl  istirahət  evlərində,  buz  bulaqların  başında 
yeyib-içdikləri 
müharibə 
başlayandan 
gildir-gildir 
burnundan  gəlirdi.  Çoxdan  tüpürüb  gedərdi.  Amma 
dünyanın  düz  vaxtı  Dünyanın  Ən  Varlı  Şəhərindən 
qazandığı  pullarla  özü  də,  balaları  da  dünyanın  kefini 
görmüşdü.  Nəyi  vardı  Dünyanın  Ən  Varlı  Şəhərinə 
borcluydu.  Bu  şəhərdə  qazanmaq  üçün  başqa  yerlərdə 
olduğu  təki  kimisə  asıb-kəsmək,  tutub  içəri  basmaq, 
oboxeyislə qorxutmaq lazım deyildi. 
Bu  şəhərdə  camaat  pul  qazanmağı  da  gözəl  bilirdi 
və qazandıqları pulları ürəklə xərcləməyi  də. Bu şəhərdə 
downloaded from KitabYurdu.org


 
 
87 
vəzifəli  adamlara  pulu  az qala  zorla verirdilər, özü  də işi 
düşən  də  pul  verirdi,  işi  düşməyən  də.  Bir  əlin  verdiyi 
pulu  o  biri  əl  bilmirdi.  Qaynayıb-qarışmışdı  bu  camaata, 
olmuşdu  bu  camaatdan  biri,  oğrusuyla  da  dil  tapmışdı, 
doğrusuyla da. Və indi dünya  məhvərindən çıxanda, onu 
gözü üstə  saxlayan,  onu  özününkü sayan  bu  camaatı  dar 
ayaqda  əsir-yesir  kökündə  qoyub  qaçmağı  özünə  ar 
bilmişdi,  kişiliyinə  sığışdırmamışdı.  Və  bu  camaatla  bir 
səngərdə yatırdı, nə gecəsi vardı, nə də gündüzü. 
Qorbaçov  silahları  yığmaq  əmrini  verəndə 
Ermənistan  bu  əmrlə  gündöyməzini  silib  atmışdı  tualetə. 
Bizdə  isə  rəislər  daha  artıq  silah  təhvil  vermək  üçün 
özlərini öldürürdülər, elə bil pambıq planı doldururdular. 
Amma o, yuxarıdan nə qədər sıxsalar da bir adamın evinə 
də milis göndərmədi. 
Nazirlikdən: 
- Sən o boyda şəhərdən silah tapa bilmirsən? 
- Yoxdu! Neyləyim, özümü silah eləyim?! 
-  Nə  nağıl  danışırsan?!  Bazarında  avtomat  satılan 
şəhərdə silah tapmırsan? 
-  Bilirsiniz  nə  var?  Əvvəl  ermənilərdən  silahları 
yığın,  sonra  mən  sizə  bir  vaqon  silah  təhvil  verim.  Mən 
bu  camaatı  topun-tüfəngin  qabağında  əliyalın  qoya 
bilmərəm. 
downloaded from KitabYurdu.org


 
 
88 
Hələ altdan-altdan başqa şəhərlərə adam salıb silah 
aldırırdı  və  bu  silahların  da  çoxunu  ermənilərin 
mühasirəsindəki kəndlərə göndərirdi. 
Camaat  da  dünyanın  düz  vaxtı  onun  bu  şəhərdən 
qazandıqlarının hamısını halal eləmişdi: 
- Ə, bu Rəis kişi oğlu kişiymiş! 
Artıq geriyə yol yox idi, vardı ey, amma bu yol kişi 
oğlu kişilik deyildi. 
-  Yoldaş  Polyaniçko,  mən  də  burda  oturan  bütün 
vəzifəlilər  kimi  rüşvət  almışam,  özü  də  pis  almamışam. 
Sizin  özünüzün  də  rüşvət  almaq  stajınızdan  sizə  yaxşı 
məlumdur  ki,  hamımızın  bir  vəzifəsi  də  rüşvət  almaq  və 
aldığımız  rüşvəti  də  yuxarılarla  bölməkdi.  Amma  mən 
başqalarından  fərqli  olaraq  həmişə  pulluların  pulunu 
almışam,  yetim-yesirin  yox.  Sizin  o  dedikləriniz  yetim-
yesirlərdi,  pulları  yoxdu.  Olub-qalanlarını  da  satıb 
tüfəngdən-zaddan  alıb  hökumətin  əvəzinə  bu  şəhəri 
qoruyurlar. 
İkinciyə bəlkə də həyatında indiyədək belə bir sərt 
söz deyilməmişdi. Ona görə də bu gözlənilməz cavabdan 
özünü itirdi: 
- Sən kiminlə danışdığının fərqindəsənmi? 
- Yoldaş Polyaniçko, əvvəla, sən yox, siz! Mən sizə 
siz deyə  müraciət  edirəm.  Mən  bir  milis  polkovnikiyəm, 
kimin qarşısında olduğumu da çox gözəl bilirəm. 
downloaded from KitabYurdu.org


 
 
89 
Oturanların hamısını soyuq tər basmışdı. Rəisin az-
çox köntöy olduğunu bilsələr də, hər halda ondan ölkənin 
ikinci şəxsinə bu qədər sərt bir cavab gözləmirdilər. Rəis 
taleyini ortaya qoymuşdu və yəqin ki, artıq uduzmuşdu. 
Bayaq  saunanın  kefindən,  indi  isə  hirsindən 
pörtmüş  İkinci  yenə  alnının  tərini  sildi  və  dəsmalı  hirslə 
stola çırpdı, stolda nəsə qırıldı: 
- Mən səni tutduğun vəzifədən azad edirəm. 
Müdafiə  Naziri  nə  vaxtdan  bəri  bir  yerdə  çörək 
yediyi  Rəisi  düşdüyü  uçurumdan  xilas  etmək  üçün 
İkincini sakitləşdirməyə çalışdı: 
- Viktor Petroviç, rəis yaxşı oğlandı, şəhərdə böyük 
hörməti  var,  camaat  onu  eşidir.  Gecə-gündüz 
səngərlərdədi, güllənin altındadı. Heç ailəsini də şəhərdən 
çıxarmayıb... 
Səhiyyə  Nazirinin  Müavini  də  Müdafiə  Nazirinin 
sözünə qüvvət verdi: 
-  Dünən  idarəsinə  qrad  düşüb,  gözünün  qabağında 
iki  milis  işçisi  ölüb.  Çox  böyük  sarsıntı  keçirib.  Bütün 
gecə  özüm  onun  yanında  olmuşam.  Hələ  heç  özünə 
gəlməyib, bu dəfə bağışlayın. Ağsaqqalsınız! Qul xətasız, 
ağa kərəmsiz olmaz. 
Amma  hirindən-hikkəsindən  boğazının  damarları 
çıxmış İkincini sakitləşdirə bilmədilər: 
-  Eşitmədin?  Gedə  bilərsən!  Mən  səni  tutduğun 
vəzifədən azad elədim! 
downloaded from KitabYurdu.org


 
 
90 
Rəis təmkinini pozmadı: 
-  Yoldaş  Polyaniçko,  siz  partiya  işini  yaxşı  bilə 
bilərsiniz. Amma görünür hərbi işi yaxşı bilmirsiniz. Mən 
hərbçiyəm.Məni bu vəzifəyə  daxili işlər naziri təyin  edir 
və  daxili  işlər  naziri  də  vəzifədən  götürür.  Mən  nazirə 
tabeyəm,  sizə  yox.  Nazir  əmr  verər,  mən  də  vəzifəmi 
əmrdə göstərilən şəxsə təhvil verərəm. 
- Eybi yox, mən elə indi nazirlə danışaram. Çiyninə 
bir  avtomat  verib  səni  göndərər  Stepanakertə,  gedib 
Kərkicahanda uçastkovı işləyərsən. 
Rəis: 
- Dedim ki, mən hərbçiyəm. Nazir əmr eləsə sıravi 
milis işçisi kimi də bu dövlətə qulluq eləməyə borcluyam 
və hazıram. İndi gedə bilərəm? 
- Gedə bilərsən! 
Rəis  bu  dəfə  hərbi  salam  vermədi,  üzünü  bir  az 
əvvəl onu müdafiə edənlərə dedi: 
-  İkinizə  də  təşəkkür  edirəm.  Məni  müdafiə 
etdiyinizə  görə  yox,  belə  nakişilərin  arasında  kişiliyinizi 
qoruya bildiyinizə görə. 
Və  çevrilib  otaqdan  çıxdı,  çıxanda  da  qapının 
ağzında əmrə müntəzir dayanmış At Belində Olan Adama 
dedi: 
-  Sənin  bu  şəhərdən  qazandıqlarını  burnunun  iki 
deşiyindən tökmək mənə borc olsun. 
*** 
downloaded from KitabYurdu.org


 
 
91 
Anası  Pələngi  oyatmaq  üçün  əlini  bir  balaca  ona 
toxundurmuşdu ki, uşaq yerindən necə dik atıldısa, yazıq 
arvad qorxdu: 
- Bissimillah! Bissimillah! 
Hövlnak qalxan Pələng: 
- Nə oldu? Qrad başladı? 
- Yox, ay bala, səni çöldə çağırırlar. 
Ağlına  birinci  o  gəldi  ki,  yəqin  Drakondu,  haqq-
hesab çəkməyə gəlib, rəngi  qaçdı. 
- A bala, sənnən deyiləm?! 
- Kimdi? 
- Rəhmətlik dədəngilin buxaltiridi. 
Toxtadı, keçdi yan otağa, hər ehtimala qarşı Rəşid 
Behbudovun  bağışladığı  xəncəri  pencəyinin  altından 
qurşadı belinə və çıxdı darvazaya. 
- Qonşu, gecə vaxtı xeyir ola? 
- Xeyir olar, inşallah.Bir gedək bizə, sözüm var. 
- Burda deyə bilməzsən? 
- Hər halda ev yaxşıdı. 
- Gedək deyirsən gedək də. 
İçəri  girəndə  gördü  ki,  At  Belində  Olan  Adam 
yayxanıb  divana, qarşısında da  bir stəkan  çay,  televizora 
baxır, televizorda vurhavur konsert gedirdi. 
Uşaq  vaxtı  televiziyada  Livanı  göstərəndə  dəli 
olurdu:  bir  tərəfdə  kəndlər,  şəhərlər  yanır,  millət  qırılır, 
bir  tərəfdə  də  restoranlar,  barlar,  göbək  rəqsləri.  Uşaq 
downloaded from KitabYurdu.org


 
 
92 
ağlıyla fikirləşirdi ki, bu necə dövlətdi, bu necə millətdi, 
belə də müharibə eləmək olar? 
 
Onun  üçün,  elə  hamı  üçün  müharibə  deyilən  şey 
Böyük  Vətən  Müharibəsi  idi  -  kinolarda  gördükləri, 
kitablarda oxuduqları, atalarının-babalarının vuruşduqları, 
qırıldıqları  müharibə.  Uşaqlı-böyüklü  hamının  ayağa 
qalxıb  düşmənlə  döyüşdüyü  müharibə.  Bütün  ölkənin 
“Hər  şey  cəbhə  üçün,  hər  şey  Vətən  üçün”  dediyi 
müharibə. Və uşaq ağlıyla fikirləşirdi ki, bəs bu livanlılar 
niyə  demirlər:  “Hər  şey  Vətən  üçün!  Hər  şey  cəbhə 
üçün!”  Və  heç  cür  nə  onun,  nə  də  kimsənin  ağlına  gələ 
bilməzdi,  heç  yatsalar  yuxularına  da  girməzdi  ki,  bu 
televiziyada  gördüklərini  haçansa  həyatda  da  görəcəklər 
və  yaşadıqları  ölkə  elə  Livan  kimi  olacaq.  Millətin  bir 
parası  qırılacaq,  millətin  o  biri  parası  isə  öz  kefində,  öz 
damağında!  Və  uşaq  vaxtı  televizorda  gördüyü  Livan 
hətta bu ölkənin yanında muştuluq olacaq. 
İndi  At  Belində  Olan  Adam  yayxanmışdı  divana, 
qarşısında bir stəkan çay və ləzzətlə bu millətin olmayan 
televiziyasında bu millətdən olmayanların vur-çatlasınına 
tamaşa edirdi. 
İstədi  elə  qapıdan  geri  qayıtsın,  çevrilib  qonşuya 
baxdı, gördü qonşu əlini atıb boğazına, qayıtmadı. 
At Belində Olan Adam dərhal hiss elədi ki, Pələng 
bu  görüşdən  xoşlanmadı.  Qalxdı  ayağa,  televizoru 
downloaded from KitabYurdu.org


 
 
93 
söndürdü, amma Pələngə yaxınlaşıb əl uzatmağa qorxdu, 
əli göydə qala bilərdi, bu da işləri korlayardı: 
- Axşamın xeyir. Gəl otur, qardaş. 
Amma Pələng oturmadı: 
- Xeyirdimi? 
-  Gəl,  gəl  otur.  Kişisən,  kişi  oğlusan.  Rəhmətlik 
atanın da xətrini çox istəyirdim. Gözəl insanıydı. Neçə il 
bir yerdə işlədik, çox çörək yemişdik. Gəl, gəl otur. 
Pələng  atasının  adını  eşidəndə  bir  az  yumşaldı  və 
könülsüz-könülsüz keçib oturdu. 
At Belində Olan Adam Baş Mühasibə dedi: 
- Bizi tək burax. 
Otaqda ikisi qaldı. 
-  Əvvəla,  sənə  təşəkkür  edirəm,  məni  böyük  bir 
biabırçılıqdan  qurtardın.  Ömrü  boyu  özüm  də,  balalarım 
da sənə borcludu. 
- Nə sən, nə də balaların mənə heç nə borclu deyil. 
-  Yox,  borcluyuq!  Mənə  görə  özünü  Drakon  kimi 
bir əjdahanın ağzına atdın. 
Pələngin söhbətə qulaq asmağa heç həvəsi yox idi. 
Həm  də  postda  qaldığı  iki  günün  yuxusu  gözündən 
tökülürdü: 
-  Rəis,  -  bu  şəhərdə  vəzifəlilərə  rəis  deyirdilər,  - 
sözünün canını de, mən hələ posta gedəcəm. 
- Yaxşı, sözümün canın deyirsən, mən də sözümün 
canın  deyirəm.-  deyə  o,  əlini  atıb  divanın  altından  bir 
downloaded from KitabYurdu.org


 
 
94 
çanta  çıxartdı və qoydu stolun üstünə:  - Qulaq  as,  burda 
ürəyin  istədiyin  qədər  pul  var.  Bu  pulla  Bakıdan  ev  ala 
bilərsən,  maşın  ala  bilərsən,  evlənə  bilərsən.  Bunu  sənə 
gətirmişəm. 
Səhər-səhər  Musanın  anası  üçün  min  manat 
qıymayan  nədən  belə  səxavətli  olmuşdu,  nədən  onun 
ayağına gəlmişdi? Düzdür, yaxşılıq eləməyinə Pələng ona 
çox  böyük  bir  yaxşılıq  eləmişdi,  biabırçılıqdan,  özü  də 
dəhşətli  bir  biabırçılıqdan  qurtarmışdı.  Amma  Pələngə 
görə hər qəpiyinin qədrini bilən bu adam həmin yaxşılığı 
bu  qədər  pulla  qiymətləndirmək  qabiliyyətində  deyildi, 
qəpiyinin  qədrini  bilən  bir  belə  pulu  buna  görə  çölə 
atmazdı. Görünür burda nə isə başqa bir əmma vardı. 
-  Rəis,  səni  yaxşı  tanıyıram,  bilirəm  pulun  da 
çoxdu,  amma  sən  bu  qədər  pulu  havayı  çölə  atanlardan 
deyilsən. 
- Havayı niyə, həyatımı qurtarmısan. 
- Rəis, açıq danış, de görüm məndən nə istəyirsən? 
Sözü bir başa demək çətin idi, özü də çox çətin idi. 
Məsələ  çox  pis  sonuclana,  onun  üçün  daha  ağır  qurtara 
bilərdi. Hərçənd ki, ona olan olmuşdu, qaradan artıq rəng 
yoxuydu. Tutar-tutar, tutmaz da... Amma necə olur-olsun 
tutdurmaq  lazımıydı,  daha  uzaqdan  gəzişməkdən  vaz 
keçdi, birbaşa gəldi mətləbin üstünə. 
-  Yaxşı,  lap  açıq  danışıram,  amma  cavab  verməyə 
tələsmə.  Mənə  diqqətlə  qulaq  as.  Drakonu  məndən  də 
downloaded from KitabYurdu.org


 
 
95 
yaxşı tanıyırsan. Yaxşı bilirsən ki, anasına qəhbə deyibsə, 
səni atacaq. Eldar Bağırovu vurdular, kimə nə dedilər ki, 
səni  də  vursalar  kimə  nə  deyələr?!  Müharibədi,  kim 
kimədi?  Qorxma,  döyüşlərin  birində  işini  gör,  arxanda 
mən durmuşam. 
Pələng  gözlərini  qıyıb  qarşısındakı  adamın  anlaya 
bilməyəcəyi bir baxışla onu süzdü. Qarşısındakı adam bu 
gün səhər şalvarını batıran adama oxşamırdı. Yenə səhər-
səhər düşürüldüyü atın belinə qalxmışdı. Və bu atı daşlı-
kəsəkli yolda səyirtmək istəyirdi. Bu adam pulla hər şeyi 
almağı  öyrənmişdi  və  hər  şeyi  də  həmişə  ala  bilmişdi  - 
diplomu  da,  vəzifəni  də,  ad-sanı,  xətir-hörməti  də, 
toylarda, yaslarda məclisin yuxarı başını da. Hər şeyi satın 
ala  bilmişdi  -  katibləri  də,  rəisləri  də,  prokurorları  da, 
özündən  yuxarıları  da,  özündən  aşağıları  da.  Onun  üçün 
bu dünyada hər şey satılırdı, hər şey alınırdı. İndi də onu 
almaq  istəyirdi,  qiyməti  də  özü  müəyyənləşdirmişdi, 
xəsislik  də  eləməmişdi.  Əjdahaları  satın  almağı  bacaran 
bir  adam  üçün  o  çox  kiçik  bir  əşya  olsa  da,  ortaya  çox 
böyük pul qoymuşdu. 
- Hə, nə deyirsən? 
Pələng  xeyli  bir  çanta  pula  baxdı,  bu  bir  namərdə 
öz  qardaşına  güllə  atdıracaq  qədər  pul  idi,  sonra  yenə 
baxışlarını  qaldırıb  qarşısındakını  süzdü.  Onun  təzə-təzə 
dərk  elədiyi,  təzə-təzə  qədəm  qoyduğu  bir  duyğunu  - 
kişiliyini satın almaq istəyən bu adamın sinəsində qəşəng 
downloaded from KitabYurdu.org


 
 
96 
bir  xəncər  yeri  vardı.  Amma  o,  Rəşid  Behbudovun 
bağışladığı  xəncərə  əl  atmadı.  Gözlərinin  qabağına 
Musanın  ayaqları  kəsilmiş  anası  gəldi,  həkimə  verilmək 
üçün  qəpik-qəpik  yığdıqları  pul  gəldi,  Komandirin 
barmağından çıxartdığı nişan üzüyü gəldi, ətsiz yedikləri 
borş gəldi... Daha çox şeylər, çox şeylər gəldi gözlərinin 
qabağına. Amma o çox şeylərin içərisində nə ev vardı, nə 
maşın,  nə  də  toy.  O  heç  qız  sevməyə  macal  tapmamışdı 
ki!  Və indi qabağına  çox  şeylər gələn gözlərinin  önündə 
bir  çanta  pul  vardı,  ağlına  gəlməyəcək,  yuxusuna 
girməyəcək, bütün nəslini xoşbəxt edə biləcək qədər pul. 
Acı-acı güldü. 
-  Hə, nə deyirsən?  Bunu  Allahdan başqa bir  kimsə 
bilməyəcək. 
Pələng  yenə  At  Belində  Olan  Adama  baxdı, 
çantadakı pula baxdı, qalxdı ayağa, çantanın ağzını örtüb 
götürdü: 
- Nə deyirəm ki! - dedi və otaqdan çıxdı. 
At Belində Olan Adam dərindən nəfəs aldı: 
-  Di  get,  köpəyoğlu!  Görək  kim  kimi  şalvarsız 
qoyur. 
 
*** 
 
downloaded from KitabYurdu.org


 
 
97 
Pələng  həyətə  girəndə  gördü  anası  artırmada  əli 
qoynunda  dayanıb  intizarla  onu  gözləyir  -  gecənin  bu 
çağında bu qəfil çağırış arvadı qorxutmuşdu. 
- Bu gecə vaxtı xeyiriydimi, ay bala? 
- Xeyiriydi. 
Girdilər  evə.  Pələng  çantanı  stolun  üstünə  qoyub 
açdı. Anası pulları görəndə matı-qutu qurudu, əli üzündə 
qaldı: 
-  Bu  nədi,  ay  bala?  Oğurluq  eləmisən?-  dedi  və 
halsız düşdü çarpayıya. 
-  Oğurluq  nədi,  ay  ana?!  Bakıdan  göndəriblər, 
batalyonun  puludu.-  amma  gördü  anası  inanmadı,  and 
içdi;- Seyid Lazım ağanın cəddi, batalyonun puludu. 
Anası yenə inanmadı: 
- Denən Həzrət Abbas haqqı! 
- Həzrət Abbas haqqı! İndi inandın? - Sonra “türk” 
adı gələndə çiçəyi çırtlayan anasını həm rahatlatmaq, həm 
də sevindirmək üçün dedi; - Türklər göndərib. 
Anasının gözləri alacalanıb işıqlandı: 
-  Buy,  onlara  qurban  olum!  Buy,  onların  başına 
dolanım! 
- Sən mənə bir stəkan çay gətir, işim var. 
Türklərin adını eşidəndən sonra rəngi üstünə gələn 
anası getdi çay gətirməyə. 
“Mənə bir belə verirsə, gör namərdin nə qədər pulu 
var  ey”  deyə  fikirləşən  Pələng  əlinin  arxasıyla  pulları 
downloaded from KitabYurdu.org


 
 
98 
sığalladı,  elə  bil  qayçının  ağzından  indicə  çıxmışdı.  İlk 
dəfə hiss elədi ki, heç demə gül kimi, çiçək kimi pulun da 
öz  qoxusu  varmış.  Və  gülün,  çiçəyin  qoxusu  kimi  pulun 
da  qoxusu  ləzzətliymiş.  Və  gül-çiçək  qoxusu  verən 
puldan iki dəst götürüb qoydu qoltuq cibinə. 
Əlində çay otağa girən anası bunu gördü: 
- Onları niyə götürürsən? 
- Lazımdı, -dedi, sonra iki-üç dəstini də götürüb bir 
qəzetə  bükdü  verdi  anası;  -  Ala  bunu,  bərk  yerə  qoy. 
Müharibədi birdən məni vurub-eləyərlər, lazım olar. 
- Allah eləməsin, ay bala. 
-Biz Allahın yadından çoxdan çıxmışıq. 
-Axmaq-axmaq danışma, ağzın əyilər. 
Pələngin əli havada qalmışdı: 
- Di ala dana, qoy bərk yerə. 
Anası yenə əlini pula uzatmadı: 
- Bəs deyirdin batalyonundu? 
- Həzrət Abbas haqqı batalyonundu. Tezdən aparıb 
verəcəm  Komandirə.  Bunlar  da  mənim  payımdı.  Mən 
indiyədək heç sənə yalan danışmışam?! 
Anası  pulları  alıb  qoynuna  soxdu,  Pələngi  də 
gülmək tutdu: 
-  Amma  yaman  bərk  yerə  qoydun,  ha!-  dedi  sonra 
çantanı atdı çarpayının altına, tələm-tələsik bir-iki qurtum 
çay içdi və evdən çıxdı;- Sən yat, mən Musanın qardaşına 
bir söz deyib gəlirəm. 
downloaded from KitabYurdu.org


 
 
99 
Getdi Musanın xalasıgilə. Evə Dolu düşəndən sonra 
Musanın  qardaş-bacılarını  xalası  əri  yığıb  aparmışdı  öz 
evlərinə. Darvazanı xeyli döydü: 
- Ay dədəm vay, bunlar nə bərk yatıblar, ə! 
Nəhayət, Musanın Xalası Ərinin yuxulu səsi gəldi: 
- Ay kimsən?! 
- Mənəm, Pələngdi. 
Darvaza  açıldı,  Musanın  Xalası  Əri  gecənin  bu 
gözü  Pələngi  görəndə  elə  bildi  Bakıdan bəd  xəbər gəlib, 
salamsız-kəlamsız soruşdu: 
- Arvad keçinib? 
-  Yox,  salamatdı.  Musa  qardaşına  xəbər  göndərib, 
ona görə gəlmişəm. 
- Gəl içəri. 
- Sağ ol, tələsirəm. Zəhmət olmasa çağır. 
Səsə  Musanın  Qardaşı  da  artırmaya  çıxmışdı, 
Pələngi  görüb  düşdü  darvazaya  tərəf,  çatan  kimi  o  da 
soruşdu: 
- Arvad keçindi? 
Pələng girdi onun qoluna: 
-  Ə,  loxəbər  özünüzsünüz.  Bir  bəri  dur  görüm. 
Dayı, sən bizi bağışla. 
Musanın Xalasının Əri: 
- Allah bağışlasın!- deyib girdi həyətə. 
Pələng  cibindən  iki  dəstə  pul  çıxartdı  və  uzatdı 
Musanın Qardaşına: 
downloaded from KitabYurdu.org


 
 
100 
- Ala bunları. 
O  da  Pələngin  anası  kimi  ömründə  ilk  dəfəydi  bu 
qədər pul görürdü, təəccüblə soruşdu: 
- Bunlar nədi, ə? 
- Korsan? Görmürsən puldu?! 
- Görürəm ey puldu, deyirəm nədi? 
- Bakıdan Musanın dostları göndərib. 
- Ə, nə səfeh-səfeh danışırsan. Musa dünən o boyda 
Bakıda dərman almağa əlli manat pul tapmayıb. Nə dost, 
hansı  dost?!  Musanın  dostunun  biri  sənsən,  acından 
günorta durursan. 
Pələng əsəbləşdi: 
-  Ə,  nə  zəhləmi  tökürsən?!  Dostları  olmasın,  yaxşı 
oğlanlar  olsun.  Götür  get  evinizi  tikdir,  arvaddan  da 
narahat  olma.  Bu  gün  Musaya  pul  göndərmişik.  Nə 
gözünü  döyürsən,  ala  dana!-  dedi  və  pulları  basdı  onun 
cibinə. 
-  Nə  deyirəm,  vallah,  kim  göndəribsə,  Allah 
balasını  saxlasın.  Pələng,  eşitdim  bu  gün  Drakonla 
dalaşmısan? 
- Boş şeydi, bir balaca dilləşmişik. 
Musanın Qardaşı başını buladı: 
- Necə dilləşməyiniz üz-gözündən görünür. Boş şey 
deyil,  söz  Drakonun  ağzından  çıxıbsa,  səni  atacaq. 
Deyirəm, bəlkə sabah gedək Seyid Lazım Ağanın yanına. 
downloaded from KitabYurdu.org


 
 
101 
Bu  camaat  üçün  Seyid  Lazım  Ağanın  sözü 
“Qur’an”  ayəsi  kimiydi,  heç  kim  keçə  bilməzdi.  Camaat 
Ağanın  şəkillərini  ciblərində  gəzdirir,  maşınlarının  ön 
şüşəsinə  yapışdırır,  evlərinin  ən  görkəmli  yerlərindən 
asırdı.  Üzündən  nur  yağan  Ağa  adətən  çox  vaxt  bazarda 
Drakonun  mağazasının  qarşısında,  onun  üçün  qoz 
ağacından  xüsusi  hazırlanmış  taxtda  otururdu.  Bazara 
gələnlərin  çoxu  onun  əlindən  öpməmiş,  xeyir-duasını 
almamış  bazardan  çıxmazdı.  Nəzir-niyazı  olanlar  da  onu 
elə burda tapardı. Dükanın ağzında bir qutu vardı, bu qutu 
axşamadək  nəzir-niyazla  dolardı.  Amma  Ağa  əlini  o 
nəzir-niyaza  vurmazdı,  bu  nəzir-niyaz  kasıb-kusuba 
paylanırdı. Təzə işə başlayanlar, ya bir vəzifəyə gedənlər 
Ağadan bir-iki manat pul alardı - bərəkət olsun deyə. 
Bu  günlərdə  bir  Dolu  gəlib  ağanın  on-on  beş 
addımlığında  torpağa  sancılmışdı,  amma  partlamamışdı. 
Gördükləri möcüzədən əlləri üzlərində qalan camaat Dolu 
düşərkən  heç  tükü  də  ürpənməyən  Ağanın  əlinə-ayağına 
düşmüşdü: 
- Cəddinə qurban olaq, Ağa! 
Bir  an  da  bütün  Qarabağa  səs  yayılmışdı,  hətta 
xəbər  gedib  Bakıya  da  çatmışdı  -  Ağanın  cəddi  camaatı 
ölümdən  qurtarıb.  Müharibə  başlayandan  bəri  Dolu 
döyməkdən  xeyli  öləziyən  Dünyanın  Ən  Varlı  Şəhərinin 
bu  ən  varlı  bazarı  yenidən  qaynamağa  başlamışdı  -  Ağa 
nə qədər bazardadı, cəddi camaatı qoruyacaq. 
downloaded from KitabYurdu.org


 
 
102 
Və  indi  Musanın  Qardaşı  çox  gözəl  bilirdi  ki, 
Drakon  nəyə  and  içir-içsin,  Ağanın  bir  kəlmə  sifarişi 
bəsdi. 
-  Hə,  nə  deyirsən,  səhər  gedək?  Sən  utanırsansa 
mən gedim. 
Musanın  Qardaşı  Pələngin  ürəyindən  xəbər 
vermişdi, amma özünü sındırmadı: 
- O məni atmaz! Bir sözdü də deyib. Özü də mənim 
əlimi pişik yeyib?! 
- Yaxşı da, gopa basma. Səhər gedirik, ya yox? 
Pələng gülümsədi: 
- Nə deyirəm, gedək deyirsən, gedərik. 
*** 
Bayaqdan  yatmaqdan  ötrü  ölən  Pələngin  gözünə 
səhərədək yuxu getmədi. Və heç bilmədi ki, onu yatmağa 
qoymayan çarpayının altındakı gül-çiçək qoxusu verən bir 
çanta  puldu.  Dan  yeri  onun  gözlərində  söküləndə  düşdü 
həyətə,  qurşaqdan  yuxarı  yuyundu.  Sonra  evə  qalxıb 
ağzına  bir-iki  tikə  pendir-çörək  qoydu.  Anası  daş  kimi 
yatmışdı,  oyatmağa  heyfi  gəldi,  əyilib  sümükləri  çıxmış 
qupquru əlindən öpdü və evdən çıxdı. 
Batalyonun  həyətində  ağız  deyəni  qulaq  eşitmirdi, 
vurhavuruydu, maşınlara doluşurdular. 
- Hara? 
- Deyirlər ermənilər Gülablıya girib. 
downloaded from KitabYurdu.org


 
 
103 
Yüyürdü  Komandirin  maşınına  tərəf.  Əlini  atıb 
yerindən tərpənməkdə olan maşının qapısını açdı: 
- Komandir, bəs mən?! 
Komandir: 
- Arujeynikə de, silahını versinlər! 
*** 
Yüksəkliyi  ələ  keçirən  ermənilər  ovucları  içində 
qalan  kəndi  güllə  yağışına  tutmuşdular.  Göydən  ucuz 
ölüm  tökülürdü.  Və  göydən  tökülən  bu  ucuz  ölümdən 
canlarını qurtarmaq üçün arvad-uşaq, ağsaqqal-qarasaqqal 
ayaqyalın,  başıaçıq  üzümlüklərin  arasıyla  üzüaşağı 
qaçırdı.  Körpələrin  çığırtısı,  qadınların  fəryadı  tük 
ürpədirdi. 
Bir  yük  maşını  yolun  ortasında  yanırdı,  ətraf 
parçalanmış  meyidlərlə  dolu  idi.  Yolun  kənarındakı  şah 
tutun budaqlarından  bağırsaqları  çölə  tökülmüş  bir  adam 
sallanırdı və hələ nə baş verdiyini anlamadan bağırırdı. 
Sürücü  öyüdü,  maşını  saxlayıb  düşmək  istədi, 
Komandir hirslə boynunun dalına bir şapalaq vurdu: 
- Sür, köpəyoğlu! Camaat qırıldı! 
İdarənin  qabağında  xeyli  silahlı  əsgər  vardı, 
Direktor  birinin  yaxasından  yapışıb  şapalaqlaya-
şapalaqlaya bağırırdı: 
- Hara qaçırsınız, ay qəhbə uşağı qəhbə?! 
Komandir: 
downloaded from KitabYurdu.org


 
 
104 
- Saxla!- deyib çığırdı və heç maşının dayanmağını 
gözləmədən qapını açıb özünü atdı yerə, əli ilə də arxadan 
gələnlərə işarə elədi ki, dayanmayın, qalxın yuxarı. 
Komandiri görən Direktor bir az da ürəkləndi: 
- Ə, binamuslar... 
Komandir  əsgəri  Direktorun  əlindən  alıb  kənara 
itələdi: 
- Müəllim, bir dayan görüm. Nə olub? 
- Görmürsən bu binamusları, postu qoyub qaçırlar. 
Komandir  qorxudan  ciyərləri  ağızlarından  gələn, 
tozun-torpağın  içində,  tökülüb-itən  bu  burnu  fırtılıqlı 
əsgərlərə baxdı. 
Onların  çoxunu  Bakıda  küçələrdən  tutub  milisə 
gətirir,  pulluları  buraxır,  imkansızları  isə  Müdafiə 
Nazirliyinin  adamlarına  təhvil  verirdilər.  Bəzilərinin 
üstündə  heç  sənədi  də  olmurdu.  Bir  də  görürdün 
ağlayırdılar  ki,  vallah,  biz  uşağıq,  orta  məktəbdə 
oxuyuruq.  Kim  idi  baxan?  Və  Müdafiə  Nazirliyi  də 
ömründə  bircə  dəfə  də  silah  görməyən  bu  burnufırtılıqlı 
uşaqlara  heç  bir  təlim  keçmədən,  döyüşə  hazırlamadan, 
hətta əyinlərinin ölçüsünə-filanına baxmadan əsgər paltarı 
geyindirib  doldururdular  avtobusa  və  göndərirdilər 
ermənilərin  ət  maşınının  ağzına,  elə  bil  millətin  qəsdinə 
durmuşdular. Belələrinin çoxu birinci döyüşdəcə güllənin 
səsindən şoka düşürdü. 
downloaded from KitabYurdu.org


 
 
105 
İmkan düşən kimi bu əsgərlərə baş çəkən Komandir 
belələrinə az qala yüz dəfə deyirdi: 
-  Ay  oğul,  güllənin  səsindən  qorxma,  güllənin 
səsini  eşitdinsə,  deməli,sənlik  deyil.  Sənə  dəyən  gülləni 
eşitməyəcəksən. 
Amma  nə  fayda?  Ömürlərində  kinolardan  başqa 
bircə  dəfə  də  güllə  səsi  eşitməyən  bu  uşaqların  bəziləri 
döyüş  başlayan  kimi  silahlarını  atıb  qaçır,  bəziləri  də 
səngərin  içində  qulaqlarını  tutub  uşaq  kimi  ağlayırdılar. 
Özlərini  batıranlar  da  olurdu.  Qınamaq  da  mümkün 
deyildi,  ana  uşaqları  idi,  çoxunun  üzünə  heç  ülgüc  də 
dəyməmişdi. 
Gözlərinin  qabağında  cavan-cavan  oğlanların 
havayıdan qırılmasına, qırılmayanların da minbir xəstəlik 
tapmasına  dözə  bilməyən  zabitlər  xəlvətcə  Komandirin 
yanına gəlmişdilər: 
-  Komandir,  bizi  eşidən  yoxdu.  Etiraz  edənləri  də 
tutub  soxurlar  içəriyə  ki,  provakatorsan.  Yenə  səndən 
çəkinirlər. Qoyma, uşaqlar havayıdan qırılır. 
Komandir: 
-  Vallah,  sizin  hökumət  elə  bilir  düşmən  erməni 
deyil, mənəm. Amma çalışaram. 
Durub getmişdi Katibin yanına: 
-  Katib,  sən  bu  şəhərin  yiyəsisən,  niyə  qoyursan 
hökumət bu xalqın uşaqların qırdırsın? 
downloaded from KitabYurdu.org


 
 
106 
-  Rəhmətliyin  oğlu,  nə  şəhər,  nə  rayon,  nə  yiyə?! 
İndi  heç  bu  ölkənin  yiyəsi  yoxdu.  Elə  bilirsən  məni 
eşidirlər?  Dəfələrlə  demişəm,  dava  da  eləmişəm.  Sekada 
söymədiyim adam qalmayıb, heç filan yerlərinə də deyil. 
Deyirəm  heç  olmasa  bu  yazıqları  paylayın  bizim 
batalyonlara,  qoyun  bir  az  təlim  keçsinlər.  Deyirlər, 
cəbhəçiləriyin sayın artırmaq istəyirsən? Guya cəbhəçilər 
mənimdi. Deyirəm, bizim batalyonlara vermirsiniz, yaxşı, 
onda  verin  Şirin  Mirzəyevin  batalyonuna,  o  ki  cəbhəçi 
deyil, nazirliyin batalyonudu. Ona da razı olmurlar. Çünki 
yuxarıların axmaq göstərişlərini yerinə yetirmədiyinə görə 
Şirindən  də  zəhlələri  gedir.  O  gün  Kolanıda  bir  kapitan 
Müdafiə  Nazirinin  boğazını  üzürdü.  Deyirdi  ki,  tüfəng 
tuta  bilməyən  bu  uşaqlarla  erməninin  qabağına  necə 
çıxım?  Düzü,  zəhləm  getsə  də,  Nazirə  yazığım  gəldi, 
oturub zülüm-zülüm ağladı. Dedi elə bilirsiniz mən insan 
deyiləm,  elə  bilirsiniz  mənim  balalarım  yoxdu?! 
Neyləyim?! Ali Baş Komandan nə əmr eləyir, mən də onu 
yerinə yetirirəm. 
-  Heç  olmazsa  o  uşaqlara  verdikləri  silahları  bizə 
versinlər, bu camaata versinlər, biz də işimizi bilək. 
Katib acı-acı güldü: 
- Komandir, bayaqdan ağzımda bir “Qur’an”lıq söz 
danışıram,  sən  də  deyirsən  silahları  bizə  versinlər.  Bir 
nəfərə  deyirlər  Əzrayıl  bala  paylayır,  o  da  deyir  ki, 
balama  dəyməsin,  onun  balası  mənə  lazım  deyil.  Şükür 
downloaded from KitabYurdu.org


 
 
107 
elə  ki,  əlimizdəkini  almayıblar.  Çalışaram  heç  olmasa 
onları ön cəbhədən çıxarsınlar. 
Ayrılarkən Komandir dedi: 
-  Katib,  ağsaqqalımızsan,  səndən  keçə  bilmirəm. 
İcazə  ver,  o  ağevdəkilərin  hərəsinin  əlinə  bir  qoşa  lülə 
verib soxum səngərə, ağılları başlarına gəlsin. 
- Onlar peşkadılar, Komandir. İşin olmasın. Özü də 
içlərində bizi istəyənlər də var. Amma neyləsinlər, nəyin 
nəyidilər ki! 
Komandir  qorxudan  sapsarı  saralmış  bu  əsgərlərə 
baxdı, gördü ki, onları təzədən döyüşə soxub qırdırmağın 
heç bir mənası yoxdu, soruşdu: 
- Komandiriniz hanı? 
- Vurdular! Uşaqların yarısı dağda qırıldı! 
Komandir: 
-  Müəllim,  işin  yoxdu,  qoy  getsinlər.  Günah 
bunlarda deyil ey, bunları bura göndərən namərdlərdədi.- 
dedi,  sonra  üzünü  tutdu  əsgərlərə:-  Silahlarınızı  buraxın, 
gedin.  Müəllim,  sən  də  silahları  payla  öz  camaatına, 
göndər  yuxarı,  Abdalın  üstünə.  Oranı  möhkəmlədin, 
ordan  da  girə  bilsələr,  qabaqlarını  kəsmək  mümkün 
olmayacaq. Di siz də buraxın silahlarınızı. 
Əsgərlər  əvvəl-əvvəl  bir-birlərinə  baxdılar,  sonra 
başlarını  saldılar  aşağı,  xəcalətindən  heç  kim  silahını 
birinci atmağa ürək eləmədi. 
Komandir: 
downloaded from KitabYurdu.org


 
 
108 
- Ə, vaxt yoxdu, buraxın silahlarınızı dedim. Çıxın 
kənddən!  Özü  də  üzümlüklərin  içiylə  gedin  ki,  sizi 
qırmasınlar. 
Bəziləri  utana-utana  silahını  gətirib  Komandirin 
önünə buraxdı və çəkildilər bir tərəfə. Bəziləri isə hələ də 
dayanıb çəkinə-çəkinə Komandirə baxırdı. 
- Siz nəyi gözləyirsiniz? Gedin, utanmayın! 
- Biz döyüşə qayıtmaq istəyirik. 
Komandir daha gözləmədi: 
- Müəllim, silahları payla camaata, bunları da götür 
özünlə!  Çıxın  Abdala!  Dağ  bizlikdi.  -  dedi  və  cavab 
gözləmədən  mindi  maşına:-  Sür!  Namərd  uşağı, 
namərdlər!  Xalqın  burnufırtılıqlı  uşaqlarını  küçələrdən 
yığıb  göndərirlər  ki,  gedin  ölün.  Vuruşa  bilənlər  də 
Mütəllibovu  qoruyur.  Eybi  yox,  qoy  bu  ermənilərlə 
qurtaraq, onun da məsələsinə baxarıq. 
Batalyon  döyüşə  hazır  vəziyyətdə  meşənin  içində 
Komandiri gözləyirdi. Çatan kimi qərargah rəisi məlumat 
verdi: 
-  Sol  tərəfdə  bir  beempeləri  var.  Çıxır  yolu  vurur, 
tez  də  gizlənir.  Deyəsən  pulemyotları  çoxdu.  Yaxşı 
möhkəmləniblər.  Beempe  olmasaydı  dərd  yarıydı.  Çətin 
olacaq.  Artilleriyasız  heç  nə  edə  bilməyəcəyik.  Oğraşlar 
bu boyda postu uşaq-muşağa tapşırıblar. 
Kimsə  tövşəyə-tövşəyə  kəsə  yolla  aşağıdan  yuxarı 
dırmanırdı, hamının çiçəyi çırtladı: 
downloaded from KitabYurdu.org


 
 
109 
- Komandir! Baxın! 
Komandir  geri  çevrildi  -  Drakon  idi  -  ciyər  dolusu 
bir nəfəs aldı, bəlkə də heç vaxt bu qədər sevinməmişdi, 
gözləri doldu. Bunu uşaqlar da hiss elədi. 
Drakon  gəlib  çatdı.  Dayandı  Komandirin  önündə, 
nəfəsini dərmədən ağır-ağır dedi: 
- Komandir! İcazə ver məlumat verim! 
- Buyur! 
-  Döyüş  başlayanda  Ağbulaqda  postdaydım. 
Özümü  çatdıra  bilmədim,  yoxsa  postu  verməyə 
qoymazdım.  Yazıqlar  lap  uşaqdılar.  Amma  komandirləri 
əjdaha  oğlanıydı,  snayperlə  vurublar.  Komandirləri 
vurulan  kimi  də  qorxularından  düşüblər.  Bir  beempeləri 
var,  rusdu  köpəyoğlu,  tanıyıram.  Çox  yaxşı  işləyir.  Bir 
dənə  qranatamyotları  var,  iki  dənə  də  erpeka 
pulemyotları.  Çox  deyillər,  otuz-otuz  beş  nəfər  ola-
olmaya. 
Drakon  əsgərlikdə  olmamışdı,  elə  bu  uşaqların 
çoxu  da!  Əsgərlikdə  olanlar  da  vardı  ki,  iki  ildə  heç 
avtomat da görməmişdilər. Ya tikinti batalyonunda qulluq 
eləmişdilər,  ya  da  özlərini  vermişdilər  yeməkxanaya, 
anbara. Ya da generalların bağlarını qorumağa. Hamısı da 
qayıdandan  sonra  gopa  basırdı  ki,  generalın  qızıyla 
gəzirdi, amma indiyədək əsgərlikdən bir general qızı, heç 
mayor  qızı  da  alıb  gətirən  olmamışdı.  Alıb  gətirdikləri 
qızların  ataları  ya  elektrik  idi,  ya  sürücü,  çox  qudursa 
downloaded from KitabYurdu.org


 
 
110 
ticarətçi  qızı.  Bir  də  əsgərlikdən  gələnlərin  hamısı  bığlı 
olardı,  bununla  fors  eləyirdilər  ki,  komandir  nə  qədər 
elədi bığımı qırxdıra bilmədi: 
-  Dedim,  komandir,  biz  azərbaycanlılar  kişiyik  ey! 
Kişinin də bığı olar. 
Bığsız  komandirlər  kişi  deyildilər,  amma  bığsız 
komandirlərin  bağında  qulluq  eləyən,  axşamlar  itlərini 
gəzməyə çıxaran bığlı bizimkilər kişiydilər. 
Və belə yerlərə, general qızları ilə kef eləmək üçün 
general  bağlarına  düşməyin  xatirinə  də  yalvara-yalvara 
ruslara  nə  qədər  rüşvət  verirdilər.  Və  heç  bilmirdilər  ki, 
pul  verməsələr  də  bizimkilərin  yeri  elə  tikinti 
batalyonudu,  yeməkxanadı,  çayxanadı.  Lap  pulluları  da 
uzağı general bağlarına göndərilirdi, general qızları ilə kef 
eləməyə  yox,  general  qızlarına  nökərçilik  eləməyə. 
Ölmüşdü  rus,  bizimkiləri  aparıb  raket  qurğuları 
öyrədəydi,  təyyarə,  tank  sürməyi,  top  atmağı  öyrədəydi. 
Hələ fəxr də eləyirdik ki, Hacı Zeynalabdin Tağıyev Çara 
hər  il  külli  miqdarda  pul  verirmiş  ki,  bizimkiləri  əsgər 
aparmasın, guya aparacaqmış. 
Amma  indi  bu  müharibə  çox  qısa  zamanda,  bu 
əsgərlikdə  olmayan,  ya  da  əsgərlikdə  olub  general 
qızlarıyla  gəzdiklərini  gopa  basan  bu  uşaqlara  çox  şeyi 
öyrətmişdi.  Hətta  elə  şeylər  öyrətmişdi  ki,  iyirmi  ilin 
zabiti  də  o  şeyləri  bilmirdi.  Güllələrin  səsindən  silahın 
növünü  təyin  edirdilər,  mərminin  səsindən  topun. 
downloaded from KitabYurdu.org


 
 
111 
Səsindən  Amerika  istehsalı  silahları  da  tanıyırdılar. 
Adətən  bu  silahlardan  xaricdən  gətirilən  muzdlular 
istifadə  etdiyindən  hətta  onu  da  bilirdilər  ki,  qarşıda  nə 
qədər muzdlu var. 
Döyüşlərin  birində  bir  ölü  zənci  ələ  keçirmişdilər. 
Ermənilər  bu  zəncinin  meyidini  bir  neçə  diri 
azərbaycanlıyla  dəyişdilər.  Və  uşaqlar  heç  bilmədilər  ki, 
ermənilər  bu  sahibsiz  zəncinin  meyidini  niyə  belə  çox 
istəyir. 
Drakon  da  bu  işdə  ustaların  ustasıydı,  onun  kimi 
silah səsi tanıyan yoxuydu. 
Bu  vaxt  BMP  yenə  çıxdı  və  yoldakı  maşınlardan 
birini də vurdu. 
Komandir: 
-  Nu,  davay!  Üç  yerdən  qalxırıq.  Özünüzü  havayı 
gülləyə  verməyin.  Snayper,  sən  çıx  sağdakı  yala,  ordan 
işləyərsən.  Güllə  atan  kimi  də  yerini  dəyiş.  Drakon,  sən 
öz uşaqlarını götür sağdan çıxart. Mən mərkəzdə olacam. 
İndi  Qatırdan  Vanyanı  istəyərəm.  Versə,  işimiz  asan 
olacaq.  Bəd  ayaqda  tarana  gedəcəyik  ha.  Bəri  başdan 
deyirəm, kim qorxur getsin, qınamarıq. Amma döyüşdən 
qaçsa, özüm öldürəcəm! Ya Allah! 
Drakon: 
- Komandir, icazə ver, bir söz deyim. 
- Tez elə. 
downloaded from KitabYurdu.org


 
 
112 
- Komandir, bilirsən ki, mən buraları beş barmağım 
kimi tanıyıram. Sovet hökuməti üç il məni bu meşələrdə 
tuta  bilmədi.  Sən  mənə  icazə  ver,  o  beempeni  aşırım. 
Onların  gücü  beempedədi.  Siz  yerinizi  möhkəmlədin, 
hücuma  keçməyin,  çox  demirəm,  yarım  saat  məni 
gözləyin. 
Pələng çıxdı qabağa: 
-  Komandir,  mənə  də  icazə  ver.  Biz  həmişə 
kəşfiyyata bir getmişik. 
Komandir: 
- Yox! Sən mənə burda lazımsan. 
Pələng baxışlarıyla Drakona yalvardı və Drakon bu 
baxışları tutdu: 
- Qoy gəlsin. Qorxma, mən onu bulvarda vuracam. 
Komandir yenə razı olmadı: 
-  Yox,  ona  görə  demirəm,  Pələng  mənə  burda 
lazımdı. İstəyirsən başqa adam götür. 
Drakon: 
- Yaxşı, onda heç kim lazım deyil, mən getdim. 
Komandir  sonuncu  tapşırıqlarını  da  verdi,  uşaqlar 
mövqelərini tutub girdilər döyüşə. 
Komandir telsizi götürdü: 
- Qartal! Qartal! Mən Komandirəm! Qartal! Qartal! 
Telsizdən Rəisin səsi gəldi: 
- Qartal eşidir! Qartal eşidir! 
downloaded from KitabYurdu.org


 
 
113 
-  Qartal!  Ermənilər  Gülablının  üstündəki  postu 
götürüblər. Camaat qırılır. Döyüşə girmişəm. Bizə kömək 
ver. Qartal! Eşidirsən? 
-  Eşidirəm,  Komandir!  Eşidirəm!  Milis  batalyonu 
sənə köməyə gəlir, özüm də gəlirəm. Möhkəm ol! 
- Kişisən, Rəis! 
- Day mən rəis deyiləm. Gecə işdən çıxartdılar. Yaz 
batalyonuna. 
- Zarafat edirsən? 
- İndi zarafat vaxtıdı? Gəlirəm! Möhkəm ol! 
Bu vaxt telsizdən Qatırın səsi gəldi: 
- Komandir! Eşidirsən? Komandir! 
Komandirin ürəyi atlandı: 
- Səsinə quzu kəsim! 
-  Komandir!  Mənimkilər  gəlir.  Bildin  də  kimi 
deyirəm? 
- Bildim! Bildim! 
- Möhkəm ol! 
-  Möhkəməm!-  dedi  Komandir,  sonra  üzünü  tutdu 
uşaqlara:-  Qatır  tankı  göndərib.  Uşaqlara  deyin, 
ürəklənsinlər. 
- Qatır tankı göndərib... 
- Qatır tankı göndərib... 
- Vanya gəlir... 
Drakon  özünün  tanıdığı  cığırlarla  ermənilərin 
arxasına keçirdi. Yuxarı dırmaşdıqca nəfəsi çatmırdı. Hər 
downloaded from KitabYurdu.org


 
 
114 
dəfə  döyüşə  girəndə  özünə  söyürdü:  “Nə  bilim  bu  oğraş 
müharibə  düşəcək,  yoxsa  nə  içərdim,  nə  də  çəkərdim”. 
Cavanların əlində siqaret görən kimi alıb atardı: 
- Mən çəkib ağ günə çıxmışam! 
Yenə özünə söyə-söyə üzüyuxarı dırmaşırdı. Birdən 
hiss  elədi  ki,  arxadan  kimsə  gəlir,  girdi  ağacların  birinin 
arxasına,  bıçağına  çıxartdı  -  bu  vaxt  Pələng  ləhləyə-
ləhləyə  cığırda  göründü,  çiynində  də  qumbaraatan, 
Drakon duruxdu. 
- Ə, sən hara gəlirsən? 
Pələng: 
-  Səni  tək  buraxa  bilərdim?!  Beempeni  qranatla 
Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin