Aqil abbas


----------------------------



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix11.01.2022
ölçüsü1,13 Mb.
#51166
növüYazı
1   2   3   4   5   6
[kitabyurdu.org] Aqil Abbas Dolu

---------------------------- 
Lit.az-Azərbaycanın ədəbiyyat portalı
 
 
DOLU 
II Fəsil 
 
*** 
 
Baş  qaldıran  başsız  qalırdı,  çarpaz  atəşin  altında 
qırılırdılar.  Topun-tüfəngin  səsi  ölən  və  yaralananların 
bağırtısına  qarışaraq  tüklər  ürpədirdi.  Əzrayıl  yuxarıdan 
dəhşətlə  tamaşa  edirdi.  İnsanların  onu  da  dəlik-deşik 
edəcəyinin qorxusundan aşağı yenməyə ürək eləmirdi, bir 
də  ki,  heç  ona  ehtiyac  yox  idi,  insanlar  özləri  bir-birinin 
Əzrayılına çevrilmişdilər. Çox ağır döyüşlər görmüşdülər, 
amma bu heç birinə bənzəmirdi. Və bunu təkcə Komandir 
yox, uşaqlar da hiss edirdilər. Hiss edirdilər ki, bu onların 
son  döyüşüdür.  Və  bu  son  döyüşdə  hər  kəs  öz  ölüsünü 
düşmənə daha baha satmağa çalışırdı. 
Hələ  ki  Qarqar  çayı  qanlarının  arasına  girmişdi. 
Düşmən  minanın  qorxusundan  texnikanı  çayın  içinə 
soxmağa  ürək  eləmirdi,  əslində  çayda  mina-filan  da 
yoxuydu. Yeganə körpüdə isə düşmənin iki tankı yanırdı - 
downloaded from KitabYurdu.org


 
 
133 
birini  Komandirin  özü  vurmuşdu  və  yolu  kəsmişdi.  Bir 
neçə  dəfə  tankları  yoldan  çıxarmağa  cəhd  etsələr  də, 
uşaqlar aman verməmişdi. 
Düşmən  bütün  gücünü  ortaya  çıxarmışdı.  Və 
Komandir  görürdü  ki,  qarşılarındakı  heç  də  indiyədək 
savaşdıqları  həmişəki  erməni  batalyonları  deyil,  illərin 
təlimini görmüş nizami bir ordudu. Komandir də nəyi var 
ortaya  tökmüşdü,  amma  başa  düşürdü  ki,  damarlarında 
qan əvəzinə qəzəb axan bu uşaqlar Əzrayıl olsalar belə bu 
ordunun qarşısında duruş gətirə bilməyəcəklər. 
Komandir  neçə  dəfə  o  biri  batalyonlarla  əlaqə 
saxlamaq  istəmişdisə  mümkün  olmamışdı,  telsizlər 
işləmirdi.  Şəhərə  xəbər  gətirmək  üçün  gedən  uşaqlar  da 
elə bir xəbər gətirə bilmirdilər. Qarağacıya xəbər dalınca 
göndərdiyi  Qeyrət  Dağarcığı  da  qayıtmamışdı.  Gələn 
xəbərlərdən bircə o aydın idi ki, düşmən üç istiqamətdən 
hücuma keçib. Savaş başlayandan ilk dəfəydi ki, düşmən 
bütün  cəbhə  boyu  hərəkət  edirdi.  Niyyətləri  açıq  idi  - 
şəhəri götürmək. 
Əslində  ermənilər  bu  niyyətlərini  çoxdan  ortaya 
qoymuşdular.  Və  batmaqda  olan  Dünyanın  Ən  Varlı 
Şəhəri  nə  vaxtdan  “SOS”  siqnalı  verən  okeanda  tənha 
qalmış gəmi kimi idi. 
Komandir özü də şəhəri kimi tənha qalmışdı: Eldar 
Bağırovu  günün-günorta  çağı  Bakıda  güllələmişdilər, 
Qatır  Məmmədi  həbsxanada  öldürmüşdülər,  Allahverdi 
downloaded from KitabYurdu.org


 
 
134 
Bağırovu  qumbaraatanla  vurmuşdular,  Şirin  Mirzəyevi 
minaya  salmışdılar,  General  Dəli  Ərşadı  “Qrad”la 
parçalamışdılar, sağ və sol əlləri olan Drakonla Pələng də 
artıq yox idi. Və indi batmaqda olan bu gəmini təkbaşına 
xilas etmək onun gücü daxilində deyildi. 
Neçə  vaxtıydı  camaatı  ruhdan  salmaq  üçün  şəhərə 
bir şayiə də buraxmışdılar: 
- Şəhəri satıblar! 
Komandir uşaqlara demişdi: 
-  Belə  sözlərə  fikir  verməyin.  Hələ  biz  ölməmişik! 
Nə qədər biz sağıq, erməni bu şəhərə girə bilməyəcək. 
İndi  deyəsən  həmin  sağolmanın  sonuydu. 
Komandir də bunu görürdü. 
Hələ  döyüşə  girməmişdən  həmişə  dediyi  sözləri 
yenə demişdi: 
-  Bax,  deyirəm  ha,  kim  qorxursa  girməsin, 
döyüşdən  qaçsa  özüm  güllələyəcəm.  İndi  getsə, 
qınamaram. 
Onsuz  da  çoxdan  nəfə  yaşayan  uşaqlar  bir-birinə 
baxmışdılar və heç kim bir şirin canından ötəri, o canın da 
artıq elə bir şirinliyi qalmamışdı, min illik töhmətin altına 
girməmişdi. 
Komandir: 
- Qardaşlar! Bura bizim Çanaqqalamızdı! Day arxa 
yoxdu! Arxada ana-bacılarımızdı! 
downloaded from KitabYurdu.org


 
 
135 
Və  uşaqlar  arxalarındakı  ana-bacılarının  Tanrının 
eşitmədiyi  və  ya  eşitmək  istəmədiyi  dualarına  söykənib 
sonuncu döyüşə girmişdilər. Arxadan kömək gəlməyəcəyi 
də gün kimi aydın idi. Komandir son ümidini təyyarələrə 
bağlamışdı. Təyyarələr isə gəlmirdi, xəbəri gəlirdi: 
-  Mingəçevirdən  qalxıblar.  Bu  dəqiqə  erməniləri 
şumlayacaqlar. 
Xəbərlərdən  iki  saat  çox  keçmişdi,  amma  saat 
yarımlıq  maşın  yolunu  təyyarələr  bu  iki  saata  gəlib  çıxa 
bilmirdilər. 
Artıq  əli  hər  yerdən,  hətta  Tanrıdan  da  üzülmüş 
Komandir tez-tez hayqırırdı: 
- Qardaşlar, arxada ana-bacılarımızdı! 
Uşaqlar  bu  sözləri  bütün  səngər  boyu  bir-birlərinə 
ötürürdülər: 
- Arxada ana-bacılarımızdı... 
- Arxada ana-bacılarımızdı... 
- Ana-bacılarımız... 
Artıq  onlara  ana-bacılarının  Tanrıya  çatmayan 
duaları  da  kömək  eləmirdi  -  düşmən  güllələri  bu  duaları 
da  dua  sahibləri  kimi  qızıl  qana  boyamışdı.  Torpaq 
oğullarının  qanından  çiçək-çiçək  çiçəkləyib  laləzar 
olmuşdu.  Havadan  gülün-çiçəyin,  bu  yaşıl  zəmilərin,  bu 
torpağın qoxusu gəlmirdi - qan qoxusu gəlirdi. 
Şəhərdən xəbər gətirdilər: 
downloaded from KitabYurdu.org


 
 
136 
-Ermənilər  Qarağacını  götürdülər.  Əhmədavar 
yanır. 
- Yeddiyüzdoqquz topun-tüfəngin götürüb qaçır. 
Komandir dəli oldu: 
- Necə yəni qaçır?! 
- Qaçır də! Qaçır! 
Komandir: 
- Möhkəm dayanın, mən bu dəqiqə qayıdıram. 
Qarağacı  yoluna  çıxanda  dəhşətə  gəldi  -  qoşun 
qaçırdı,  özü  də  necə  gəldi.  Küçəyə  tökülmüş  camaat 
vahimə içərisində qaçan əsgərlərə baxır, kimi söyür, kimi 
qarğış edir, kimi ağlayır, kimi də uşaqlarının əlindən tutub 
üzüaşağı  qaçırdı.  Bəziləri  isə  bağıra-bağıra  qaçan 
əsgərlərin qarşısını kəsməyə çalışırdılar: 
-  Sizə  qurban  olaq,  bu  arvad-uşağı  qoyub  hara 
qaçırsınız?! 
Amma  nə  ağlayana  baxan  vardı,  nə  yalvarana. 
Yolun  kənarında  bir  neçə  atılmış  texnika  vardı.  Tırtılı 
qırılmış  bir  tank  da  yolun  kənarındakı  evə  girmişdi, 
həyətdə vay-şivən idi. 
Maşınını  öndə  gələn  BTR-in  qabağına  verdi  və 
sıçrayıb  düşdü,  BTR  az  qalmışdı  maşının  belinə  qalxa. 
Arxadan gələn texnikalar dayandı. BTR-dəkilər töküldü: 
- Nə qayırırsan,ə? 
- Canınıza azar qayırıram! Hara qaçırsınız? 
downloaded from KitabYurdu.org


 
 
137 
-Görmürsən  yer-göy  dağılır?!  Gələn  erməni  deyil 
ey, rus ordusudu. 
- Döndərin beteerləri! Döndərin dedim! 
BTR-dən düşən bir zabit onun üstünə yeridi: 
-  Çəkil  yoldan!  Ölmək  istəyirsən  can  sənin, 
cəhənnəm allahın. 
Əsgərlər  də  onun  üstünə  ayaqlandılar.  Onu 
görəndən  sonra  bir  az  ürəklənmiş  camaat  da  Komandirə 
qahmar çıxdı, tökülüb yolu bağladılar. 
Komandir  isə  qabağına  keçəni  şapalaqlayıb 
çığırırdı: 
- Dönün köpəyuşağı! Dönün! Yoxsa hamınızı cırıq-
cırıq eləyəcəm! 
Əsgərlərin başı üstündən bir qatar güllə buraxdı. 
Bu  vaxt  bir  “Niva”  gəlib  saxladı,  maşından  düşən 
polkovnik sərxoş gözləri süzülə-süzülə özündən razı halda 
dayandı Komandirin önündə: 
- Mənim əsgərlərimi niyə döyürsən? 
- Hara qaçırlar bu köpəyuşaqları? 
-  Yaxşı  edirlər!  Canınız  çıxsın,  gedin  şəhərinizi 
özünüz qoruyun! 
Ağlı başından çıxmış Komandirin mübahisə etməyə 
nə vaxtı vardı, nə hövsələsi, polkovniki boğazladı: 
- Qaytar əsgərlərini geri! 
Polkovnik 
yazılması 
mümkün 
olmayan 
yeddimərtəbəli bir söyüş söyərək əlini silaha atdı: 
downloaded from KitabYurdu.org


 
 
138 
- Çəkil, ə! 
Daha Komandir heç özü də bilmədi neylədi: 
- Sənin... 
Tətiyi çəkdi, güllələr polkovniki bükmələyib çırpdı 
indicə  düşdüyü  maşına.  Polkovnikin  vurulduğunu  görən 
əsgərlər qorxub indi də ağzı geri qaçmağa başladılar. 
Komandir  sıçrayıb  qalxdı  BTR-ə,  avtomatı  dirədi 
sürücüyə: 
- Dön geri, küçük! 
 Komandirin  indicə  gözünün  qabağında  polkovniki 
necə  güllələdiyini  görüb  sarısını  udmuş  sürücü  udqundu 
və BTR-i geriyə çevirdi. 
Komandir BTR-in üstündə əllərini Qarağacıya tərəf 
yelləyə-yelləyə çığırırdı: 
- Arxamca! Arxamca! Qardaşlar! Arxamca! 
Bundan  ruhlanan  o  biri  BTR-lər  də  Komandirin 
arxasınca tərpəndilər. Camaatın içində əli silah tutanlar da 
qoşuldular geriyə qayıdan əsgərlərə. 
Komandir  bir  az  əvvəl  söydüyü  sürücüyə  indi 
yalvarırdı: 
- Sür başına dönüm, sür! Sür, sənə qurban olum, tez 
sür! 
- Komandir, vallah, bundan bərk getmir. 
- Sür, oğul, camaat qırıldı... 
Bu  an  sanki  Komandirin  kürəyindən  baltanın 
dalıyla vurdular, səsi də çıxmadı, bircə içini çəkə bildi... 
downloaded from KitabYurdu.org


 
 
139 
*** 
Kürəsəl istilənmə bu camaat üçün vaxtından 20-25 
il  əvvəl  gəlmişdi  və  göydən  təpələrinə  od  tökülürdü.  Və 
təpələrinə tökülən bu odun altında bəzən az qala saatlarla 
növbəyə  durmaq  ömürlərində  növbə  nə  olduğunu 
bilməyən bu adamlar üçün əsl cəhənnəm əzabıydı. 
Özlərinin də bilmədikləri, bəlkə də heç etmədikləri 
və  ya  başqalarının  işlətdiyi  və  bunların  ayağına  yazılan 
hansısa  günahlara  görə  Tanrı  cəhənnəmi  onlara  bu 
dünyada  göstərirdi,  sadəcə  olaraq  qır  qazanını  tərsinə 
çevirmişdi  və  onları da  yığmışdı  bu tərsinə  çevrilmiş  qır 
qazanının altına. 
Göydən tökülən oddan kölgələnməyə bir yer də yox 
idi.  Bu  od  çadırı  necə  qarsıyırdısa  alaçığa  da  girmək 
olmurdu  ki,  heç  olmasa  bir  az  toxtasınlar.  Son  zamanlar 
bir-iki  artezian  quyusu  vurulmuşdu,  təzə-təzə  ağac 
əkməyə başlasalar da bu ağaclar hələ boy verməmişdi. Bir 
az  imkanı  olanlar  bu  cəhənnəm  odundan  az  da  olsa 
qorunmaq  üçün  çiy  kərpicdən  daxma  tikib  girmişdilər 
altına  -  belə  daxmalar  alaçıqlara  nisbətən  yayda  sərin, 
qışda  da  isti  olurdu.  Əvvəl-əvvəl  Çadır  Şəhərinin 
yaraşığının  pozulduğunu  deyən  sahiblər  bunun  əleyhinə 
olsalar da sonradan fikir verməmişdilər. 
İlan-çayanın  içində,  göydən  tökülən  odun  qarsdığı 
çadırın altında birtəhər yaşamağa öyrəşə bilsələr də - əgər 
buna yaşamaq demək mümkün idisə, bu növbəyə heç cür 
downloaded from KitabYurdu.org


 
 
140 
öyrəşə  bilmirdilər.  Qaçqın  malı  yeməkdən  Bordağa 
Bağlanmış  Buğaya  Dönən  Məmurlar  nə  qədər  onları 
növbəyə alışdırmağa çalışsalar da xeyiri olmurdu: 
-  Ay  qardaşlar,  ay  bacılar,  ay  camaat,  növbəyə 
durun da! Bizi bu xaricilərin yanında biabır etməyin! 
Amma kimə deyirsən, yenə növbə dağılır, basabas, 
səs-küy  -  həm  Bordağa  Bağlanmış  Buğaya  Dönən 
Məmurların,  həm  də  özlərinin  yayın  tülyanında,  qışın 
sazağında  Avropadan  iş-güclərini,  arvad-uşaqlarını  atıb 
onlara humanitar yardım gətirmiş bu humanist xaricilərin 
yanında biabır edir, Şərq mədəniyyətini gözdən salırdılar. 
Elə  bil  bunlar  nizamilərin,  füzulilərin  qohum-əqrəbaları 
yox, hitlerlərin, napoleonların qohum-əqrəbalarıydılar. 
Böyük  Vətən  Müharibəsi  iştirakçıları  yardım 
gələndə  elə  bilirdilər  bayramdı,  xeyir-şər  kostyumlarını 
geyir,  bütün  orden-medallarını  da  sinələrinə  taxıb 
gəlirdilər. Amma sonra yuxarıdan tapşırıq gəldi ki, yaxşı 
deyil, 
almanlar 
gələndə 
orden-medalları 
taxıb 
çıxmasınlar. 
-  Kişilərin  sizə  ürəyi  yanır,  durub  o  boyda  yol 
gəlirlər  ki,  sizi  ac  qoymasınlar.  Siz  də  Almaniyanı 
darmadağın  edən  o  Qələbə  medallarını  taxıb  fors 
edirsiniz. 
Bundan  sonra  müharibə  iştirakçıları  xəcalət 
çəkdilər  ki,  nahaq  o  vaxt  belə  humanist  bir  xalqın 
downloaded from KitabYurdu.org


 
 
141 
paytaxtını  dağıdıblar.  Hətta  bir  dəfə  Kefli  Çapay  bir 
almanı qucaqlayıb küçük sahibini yalayan kimi yalamışdı: 
- Sənə də qurban olum, Hitlerə də! 
Yaxşı  ki,  tərcüməçilər  onun  sözünü  başqa  cür 
tərcümə eləmişdilər. 
Bu basabasda birinci qoluzorlular, ikinci qolu bir az 
zorlular, sonra qolu zorsuzlar, lap axırda isə əldə-ayaqda 
qalanlar yardım paylarını alıb dönürdülər göydən tökülən 
odun qarsdığı alaçıqlarına: iki kilo qənd, iki kilo şəkər, on 
litr  neft,  beş  sabun,  on  beş  kilo  un  və  bir  də  bambalaca 
kağız kisələrdə beş ədəd gül-çiçək toxumu. 
Bu gül-çiçək toxumu nədən ötrü idi, Allahın deyil, 
insanların  yaratdığı  bu  cəhənnəmdə  kimə  və  nəyə  lazım 
idi,  gül-çiçəyin  içində  böyüsələr  də  artıq  gül-çiçəklik 
halları  qalmamış  camaat  bunu  başa  düşə  bilmirdi. 
Xəbərləri  yox  idi  ki,  bu  gül-çiçək  toxumu  Bakıda 
qaçqınlar  və  imkansızlar  üçün  olmayan  mağazalarda 
səkkiz, on, hətta on beş dollara satılırdı. Bir az gec də olsa 
axır ki bundan xəbər tutdular və başa düşdülər ki, xaricilər 
heç  də  onların  fikirləşdikləri  kimi  o  qədər  də  axmaq 
deyillər.  Və  bu  gül-çiçək  toxumu  onların  işinə  əməlli-
başlı yaramağa başladı. 
Dünyanın  məhvərindən  çıxmayan  vaxtı  Bakıya 
qonaq  gedəndə  ətdən,  toyuqdan,  bir  sözlə  kənd 
matahından pay aparardılar. İndi bu gül-çiçək toxumu ən 
yaxşı paya çevrilmişdi. Bakıdan, Gəncədən sifariş sifariş 
downloaded from KitabYurdu.org


 
 
142 
dalınca gəlirdi. Bir az diribaşlar bu gül-çiçək toxumunun 
alverinə girişərək həm əməlli-başlı qazanmağa başladılar, 
həm  də  qaçqınlar  və  imkansızlar  üçün  olmayan 
mağazalarda  gül-çiçək  toxumunun  satışına  da  böyük 
zərbə vurdular. Pullarını balta kəsməyənlər day gül-çiçək 
toxumlarını  bahalı  mağazalardan  yox,  bazarlarda 
qaçqınlardan  almağa  başladılar  -  qiymətinə  görə  yox, 
qaçqın soydaşlarına ürəkləri yandığın görə. 
Amma  Pələngin  Anası  bu  gül-çiçək  toxumunu 
alverçilərə  satmırdı,  gedirdi  Ağcabədidəki  şəhid 
qəbristanlığına  və  bu  gül  -çiçəyi  Pələngin  şəhid 
qardaşlarının 
məzarlarının 
ətrafında 
əkirdi. 
Bu 
toxumlardan  elə  qəribə,  elə  gözəl  gül-çiçək  çıxmışdı  ki, 
ömürlərində  ilk  dəfə  gördükləri  bu  gözəllik  camaatı 
heyrətə  gətirmişdi.  Bundan  sonra  bu  şəhərin  də 
imkanlıları daraşmışdı Çadır Şəhərinə. 
Hər  dəfə  Şəhidlər  Xiyabanına  gələndə  Pələngin 
Anasını  burda  görən  və  bu  gül-çiçəkləri  onun  əkib-
becərdiyini bilən Başçı müavinindən soruşmuşdu: 
- Bu hansı şəhidin anasıdı? 
- Heç birinin. Onun oğlunun qəbri Qarağacıdadı. 
Başçı kövrəlmişdi və demişdi: 
-  Ya  bir  ştat  düzəldin,  ya  da  cibinizdən  ona  maaş 
verin. 
Amma Pələngin Anası maaşdan imtina eləmişdi: 
downloaded from KitabYurdu.org


 
 
143 
- Sağ olun, bala, lazım deyil. Bunlar hamısı mənim 
Pələnglərimdi. 
Yenə göydən təpələrinə od tökülürdü. Yenə göydən 
təpələrinə  tökülən  bu  odun  altında  yardım  maşınlarının 
qabağında basabas idi. Yenə Bordağa Bağlanmış Buğaya 
Dönən  Məmurlar  yalvarırdı ki,  onları xaricilərin  yanında 
biabır etməsinlər. Amma kimə deyirsən, xeyiri yox idi ki, 
yox idi! Özlərini də, bu yazıq Bordağa Bağlanmış Buğaya 
Dönən Məmurları da xaricilərin yanında biabır edirdilər. 
Pələngin  Anası  da  özlərini  xaricilərin  yanında 
biabır  edənlərin  arasındaydı.  Əvvəllər  bir  neçə  dəfə 
insanlardan hörmət və mərhəmət ümidiylə demişdi: 
- Mən şəhid anasıyam. 
- Burda kim şəhi 
d anası deyil ki?! 
Pələng  kimi  bir  oğulu  qurban  gedən  bir  anaya  bu 
qurbanlıq növbəsiz yardım almağa da yetmirdi. İlk vaxtlar 
bundan  çox  pərişan  olsa  da  sonralar  bu  keçdi,  heç  kəsi 
qınamadı,  gördü ki, yardıma  möhtacların  çoxunun  balası 
onun Pələngi kimi qurban gedib. 
Tanrı  İbrahim  peyğəmbərə  oğlu  İsmayılı  qurban 
kəsməmək üçün qoç göndərmişdi, oğulları qurbanlıq olan 
bu analara isə səbr və göz yaşları. 
Bu yardım bir adamı xoşbəxt edəcək olmasa da çox 
vaxt qulağı eşidə-eşidə deyirdilər: 
-Bəxtəvər! Tək arvaddı, bir belə yardımı neyləyir?! 
downloaded from KitabYurdu.org


 
 
144 
Və heç kim bilmirdi ki, bu bəxtəvər tək arvad aldığı 
yardımları Musanın Anasıgillə yarı bölür, onsuz da günün 
çoxunu  onlarda  keçirirdi.  Musanın  Anasının  yeməyini 
bişirir,  suyunu  gətirir,  Musanın  Qardaşı  evdə  olmayanda 
altını  atır,  çimizdirirdi.  Baş-başa  verib  ötən  xoşbəxt 
günlərini  xatırlaya-xatırlaya  Əzrayılı  gözləyirdilər. 
Əzrayılın da dövlətinin gəlhagəli idi, gül kimi sütül-sütül 
oğulları qoyub hay-hayları gedib vay-vayları qalmış, heç 
kimə,  hətta  özlərinə  belə  lazım  olmayan  bu  qocaları 
neyləyirdi  ki?!  Əzrayılın  yadından  çoxdan  çıxmışdılar. 
Allahın bir ucuz ölümü də onlar üçün mataha dönmüşdü. 
Yalnız  gecə  düşəndə  öz  alaçığına  gəlirdi.  Yerinə 
girəndə  Rəşid  Behbudovun  Pələngə  bağışladığı  papağı 
qoyurdu  sinəsinə,  ləzzətlə  qoxulayırdı.  Və  səhərədək 
gözünün  qabağına  gətirmək  istəyirdi  -  Pələngi  necə 
çimizdirir, necə əlindən tutub məktəbə aparır, necə səhər-
səhər  döyüşə  yola  salır...  Və  bunları  fikirləşə-fikirləşə 
xoşbəxt  olurdu...  Pələng  yanındaydı,  girmişdi  qucağına, 
saçlarının qoxusunu hiss edirdi.  Bu qoxusunu  hiss  etdiyi 
saçları  tumarlaya-tumarlaya  ona  gözəl-gözəl  nağıllar 
danışırdı. Gözəl-gözəl nağıllarla Pələngi yatırdıqdan sonra 
ona  yaraşan  qız  axtarırdı.  Amma  bu  boyda  Çadır 
Şəhərində oğluna yaraşacaq bir qız tapa bilmirdi. Bircə o 
Tarix  Müəlliminin  qızı  idi  ki,  onu  da  Musanın  Anası 
gözaltı eləmişdi. 
downloaded from KitabYurdu.org


 
 
145 
Kimsə  Bakıdan  gələn  vəzifəlilərə  demişdi  ki,  bu 
arvadda Rəşid Behbudovun çox qiymətli bir xəncəri var. 
Onlar da adam salmışdılar ki, xəncəri satın alsınlar. 
- Nə qədər pul istəyirsən verirlər. 
-  Acından  ölərəm,  satmaram.  O  Pələngimin 
yadigarıdı. 
Və  xəncəri  həmişə  yastığının  altında  saxlayırdı. 
Musanın Qardaşına da demişdi ki, ölüb eləsəm bu xəncəri 
Komandir həbsxanadan çıxanda ona verərsən. 
Gün  doğanda  gecənin  o  bütün  xoşbəxtliyi 
qucağında  yatmış  Pələnglə  birlikdə  yox  olurdu,  bir 
cəhənnəm sabahı açılırdı. Bu sabahlar ona görə cəhənnəm 
sabahları  deyildi  ki,  göydən  od  tökülürdü.  Bu  sabahlar 
ona görə  cəhənnəm  sabahları  deyildi ki,  gündə  qırx dəfə 
rastlaşdıqlarından  bir-birlərindən  iyrənməyə  başlamış, 
eyni  yardımı  yeməkdən  artıq  bir-birlərinə  oxşayan  və 
üzlərində  bir  qıça  nur  qalmamış  insanları  görürdü. 
Bordağa  Bağlanmış  Buğaya  Dönən  Məmurları  görürdü. 
Bu payız ev-eşiklərinə qayıdacaqları yalanları eşidirdi. Bu 
açılan  sabahlar  ona  görə  cəhənnəm  sabahları  idi  ki,  bu 
sabahlarda bir belə insanın içində Pələng yox idi. 
*** 
Gözlərini  yavaş-yavaş  açdı,  amma  heç  nə  görə 
bilmədi,  ətrafa  qatı  bir  zülmət  çökmüşdü.  Sonra  bu 
zülmətin  içində  iynə  ucu  boyda  işıq  zərrələri  göründü, 
zərrələr  yavaş-yavaş  böyüməyə  başladı.  Böyüdülər-
downloaded from KitabYurdu.org


 
 
146 
böyüdülər, sonra onun gözlərini qamaşdıran bütöv və gur 
bir  işığa  çevrildilər.  Gözlərinin  bir  də  açılmayacağından 
qorxaraq bu  gur  işığa  dözdü və kipriklərini  də qırpmadı, 
bəlkə də kipriklərini qırpmağa taqəti yoxuydu. Bu gur işıq 
seli də bir xeyli çəkdi, sonra necə yaranmışdısa, eləcə də 
qeyb oldu. 
İstədi başını qaldırsın, gücü çatmadı, elə bil başını 
yatağa  mismarlamışdılar.  Əvvəl-əvvəl  ağappaq  tavanı 
gördü,  sonra  istədi  ətrafa  göz  gəzdirsin,  amma  baxışları 
zilləndiyi  yerdən  tərpənmədi,  sanki  baxışlarını  da  həmin 
nöqtəyə  mismarlamışdılar.  Ümumiyyətlə,  heç  nə  hiss 
eləmirdi,  don  vurmuş  adam  kimi.  Amma  artıq  donu 
açılırdı,  bu  don  açıldıqca  bədəninin  giziltisini  hiss  eləsə 
də  əl-ayağını  hiss  eləmirdi.  Artıq  yatağa  mismarlanmış 
başının ağrısını da duymağa başladı. Bu ağrını duyandan 
sonra  tavana  mismarlanmış  baxışları  qopdu  və  ətrafı 
gəzməyə  başladı.  Yalnız  indi  yanında  oturmuş  həkimi 
gördü,  tutmuşdu  onun  biləyindən.  Amma  bunu  hiss 
eləmirdi  və  həkimin  dediklərini  də  eşitməyə  beynindəki 
uğultu  imkan  vermirdi.  Həkimə  baxdı,  baxdı,  sonra 
gözləri yoruldu və baxışları yenə qayıdıb tavandakı həmin 
nöqtəni tapdı və mismarlandı ora. 
Onun şokdan ayıldığını görən həkim: 
- Allah, sənə şükür, qurtuldu! - dedi və ağladı. 
O  isə  neçə  vaxtdı  ayıla  bilmədiyi  yuxudan  indicə 
ayılmasına  baxmayaraq,  günlərdi  yuxusuz  qalan  adamlar 
downloaded from KitabYurdu.org


 
 
147 
kimi  yatmaq  istəyirdi,  bütün  giziltilərə,  ağrılara 
baxmayaraq  yavaş-yavaş  gözləri  yenidən  yumuldu.  Və 
ayılanda  yadına  sala  bilməyəcəyi  şirin  bir  yuxuya  getdi. 
Yuxu o qədər şirin və gözəliydi ki, üz-gözündəki ağrı-acı 
bir anda çəkildi və yanaqlarına bir xoş təbəssüm qondu. 
Həkim  gördü  ki,  bu  yuxu  bir  az  əvvəlki  yuxudan 
deyil,  rahat  bir  nəfəs  aldı  və  qalxdı  ayağa,  tibb  bacısına 
dedi: 
- Məndən icazəsiz heç kimi yanına buraxmayın. 
Tibb bacısı: 
-  O  müstəntiq  neçə  gündü  kəsdirib  qapının  ağzını, 
ayılmağını  gözləyir.  Bayaq  da  zəng  eləmişdi,  yəqin  indi 
gələcək. 
-  Qələt  eləmişdi.  Dedim  yanına  buraxmayın, 
vəssalam. Bir azdan ayılacaq, dərhal məni çağırın. Sizdən 
nə soruşsa mən gələnəcən cavab verməyin. Nə badə şəhər 
haqqında bir söz deyəsiniz. 
*** 
Göydən od tökülürdü, o da bu göydən tökülən odun 
altında  gözləyirdi  ki,  qoluzorlular,  sonra  bir  az 
qoluzorlular,  sonra  qolu  zorsuzlar  və  ən  nəhayət,  əldə-
ayaqda qalanlara növbə çatanda o da öz neftini, sabununu, 
gül-çiçək  toxumunu  alıb  dönsün,  Musanın  Anası 
bayaqdan onu gözləyirdi. 
Neçə  ildi  eyni  bozarmış  kostyumu  geyən  Tarix 
Müəllimi  Azərbaycana  ilk  dəfə  gələn  bu  almanlara  gül 
downloaded from KitabYurdu.org


 
 
148 
kimi təmiz Azərbaycan dilində Qarabağın kimin olmasını, 
ermənilərin  Qarabağa  neçənci  əsrdə  Rusiya  imperiyası 
tərəfindən  köçürüldüyünü  sübut  edirdi.  Almanlar  da 
başları  ilə  onun  dediklərini  təsdiqləyirdilər,  bu  da  Tarix 
Müəllimini kövrəldirdi. 
Yenə Böyük Vətən Müharibəsi veteranlarından biri 
özünün  xeyir-şər  kostyumunu  geymişdi,  bütün  orden-
medallarını  da  qurşağınadək  taxıb  gəlmişdi  Yardım 
Bayramına.  Yaxşı  ki  Bordağa  Bağlanmış  Buğaya  Dönən 
Məmurlardan biri onu vaxtında görüb qabağını kəsdi: 
- Ay ağsaqqal, sənə qurban olum, adama neçə dəfə 
deyərlər.  Əşi,  bu  yardım  almağa  gələndə  bu  zir-zibilləri 
taxıb gəlməyin də! 
Bu  zir-zibilləri  qazanmaqdan  ötrü  Mazdokdan 
Berlinədək  piyada  gedən  və  ayağının  birini  də  bu  yolda 
itirən ağsaqqal qorxa-qorxa dedi: 
- Niyə, ay oğul? Bəs dedilər gələnlər yəhudilərdi?! 
- Yox, ay ağsaqqal. Yəhudilər o biri Çadır şəhərinə 
getdilər. Bunlar nemeslərdi. Yəhudilər gələndə özüm sənə 
şəxsən xəbər edəcəm. 
- Bağışla, ay oğul. 
Bu  zir-zibilləri  qazanmaqdan  ötrü  Mazdokdan 
Berlinə  piyada  gedən  və  bu  yolda  bir  ayağını  itirən 
ağsaqqal xəcalət içində döndü alaçığına ki, bu zir-zibilləri 
çıxarsın. 
downloaded from KitabYurdu.org


 
 
149 
Nəhayət,  növbə  əldə-ayaqda  qalanlara  çatdı, 
Pələngin Anası da yardımını aldı və alanda da soruşdu: 
- Bunu kimlər gətirib, ay bala? 
-Nemeslər, ay xala, nemeslər! 
Pələngin  Anası  yaxınlaşdı  həkim  məntəqəsinin 
qabağındakı  talvarın  altında  diqqətlə  Tarix  Müəllimini 
dinləyən qonaqlara, onlara çatanda yaşmandı, salam verdi 
və sonra: 
-Ay  bala,  Allah  eləməsin,  siz  nemes  olasınız. 
Nemes  budey  bunlardı-  dedi  və  Bordağa  Bağlanmış 
Buğaya Dönən Məmurları göstərdi. 
Qonaqlar  soruşdular  ki,  xanım  nə  deyir?  Qızarıb-
bozarmış tərcüməçi udqundu və dedi: 
- Heç, sizə təşəkkür edir! 
Qonaqlar: 
- Danke! Danke! 
Pələngin Anası: 
- Hə, düz deyirsiniz, danqıdılar. 
*** 
Müstəntiq  hansı  polisə  göstəriş  versə  də  heç  biri 
Komandirin qoluna qandal vurmaq istəmədi. 
- Rəis, bəlkə lazım deyil?! 
- Qandallayın! 
-Rəis, o milli qəhrəmandı! 
- Qandallayın, dedim! 
downloaded from KitabYurdu.org


 
 
150 
Amma  polislər  yenə  göstərişi  yerinə  yetirmədilər, 
biri əlindəki qandalı müstəntiqə uzatdı: 
- Onda al, özün vur! 
Müstəntiq: 
- Nə deyirsən? 
- Eşitdiyini. 
Müstəntiq bağırdı: 
- Sənin paqonlarını sökdürərəm! 
Polis: 
-  Bağırma,ə!  Sənin  uşağın  deyiləm!  Bir  yumruq 
vuraram,  batırmadığın  kol  dibi  qalmaz.  -  dedi,  sonra 
çiynindəki paqonları hirslə qoparıb qandalla birlikdə atdı 
müstəntiqin üstünə, - Ala! Sox... 
Və palatadan çıxdı. 
Pərt  olmuş  müstəntiq  gördü  polislər  üzlərinə 
dirəniblər,  çox  dərinə  getmədi,  əyilib  yerdən  qandalı 
götürdü və vurdu Komandirin qollarına. 
Komandir  bir  qollarındakı  qandala  baxdı,  bir 
pərtliyindən ağarmış müstəntiqə baxdı, bir başlarını aşağı 
salmış  polislərə  baxdı,  heç  nə  demədi,  başını  buladı  və 
düşdü  utandıqlarından  başlarını  aşağı  salmış  polislərin 
önünə. 
Bu  vaxt  həkim  özünü  yetirib  dəhlizdə  qarşılarını 
kəsdi və əsəbi halda müstəntiqə dedi: 
- Siz neyləyirsiniz? 
Pərtliyindən hələ rəngi üstünə gəlməmiş müstəntiq: 
downloaded from KitabYurdu.org


 
 
151 
-  İşə  düşmədik?!  Necə  yəni  neyləyirəm?  Sizin 
vəzifəniz  onu  sağaltmaq  idi,  mənim  də  vəzifəm  həbs 
eləmək.  Vəzifəmi  yerinə  yetirirəm.  Siz  öz  vəzifənizi 
yerinə yetirəndə mən sizə mane olurdum? 
-  Heç  kim  demir  ki,  vəzifənizi  yerinə  yetirməyin, 
amma o qandalları qolundan çıxardın. Cavan oğlansız, siz 
Komandiri tanımırsız, qaçmaq istəsəydi bura bir batalyon 
polis də gətirsəz qaçardı. Ayıbdı, çıxardın o qandalları. 
Müstəntiq bu dəfə yazıq-yazıq: 
- Həkim, buna qanun yol vermir. 
-  Nə  qanun?!  Bayırdan  xəbəriniz  var?  Camaat  sizi 
də,  polisləri  də  tapdalayar.  Çıxardın!  Mən  camaata 
demişəm Komandiri Bakıya müalicəyə aparırlar. 
Müstəntiq  daha  bir  söz  demədi,  Komandirin 
qollarındakı qandalı açıb verdi polislərə. 
Və xəstəxananı tərk etdilər. 
Komandir  ayağını  xəstəxananın  qapısından  bayıra 
qoyan  kimi  iynə  atsan  yerə  düşməyəcəyi  həyətdə  alqış 
sədaları qopdu: 
- Ko-man-dir! 
- Ko-man-dir! 
Komandir  əlini  sinəsinə  qoyub  onu  alqışlayanlara 
başıyla  təşəkkür  elədi,  sonra  gözləri  həyəti  nə  qədər 
axtardısa onu qarşılayanların içində uşaqlarından birini də 
görmədi, bərk dilxor oldu və mindi maşına. 
downloaded from KitabYurdu.org


 
 
152 
Və Komandir yalnız indi, maşında onu həbsxanaya 
aparan  polislərdən  öyrənə  bildi  ki,  batalyonun  uşaqları 
son nəfərədək qırılıblar, amma geri çəkilməyiblər... 
- Arxada ana-bacılarımızdı... 
- Arxada ana-bacılarımızdı... 
*** 
- İş tapa bildinmi, ay bala? 
-Yox, ana. Hara gedirəm, bir şey çıxmır. 
- Nə fərasətsiz uşaqsan, heç Musaya oxşamadın. A 
bala, bu boyda şəhərdə bir iş tapa bilmirsən? 
-  Ağlın öz şəhərimizə  getməsin  ey, bura balaca bir 
rayondu.  On-onbeş  idarə  var,  hərə  də  öz  qohum-
əqrəbasını yığıb başına. Deyirəm gəl çıxaq gedək Bakıya, 
getmirsən. 
-  Bakıda  nə  itim  azıb,  a  bala?  Demirsən  bu  gün-
sabah evimizə qayıdırıq? 
-  Qayıdanda  da  qayıdacağıq  da.  Ya  burdan 
qayıtdın, ya Bakıdan, nə fərqi? 
-  Fərqi  çoxdu,  burdan  heç  olmasa  dağlarımız 
görünür.  Yaxşı,  biz  getdik,  bəs  Pələngin  Anası  necə 
olsun? Tək arvaddı. 
- Onu da apararıq. 
-  Getməz.  O  Şəhidlər  Xiyabanını  qoyub  heç  hara 
getməz. Yaxşı, de görüm, Musadan xəbər tuta bildinmi? 
Musa  çoxdan  ölmüşdü,  Pircamalda  vurmuşdular, 
uşaqlar  heç  meyitini  də  götürə  bilməmişdilər.  Bunu 
downloaded from KitabYurdu.org


 
 
153 
anasından  gizli  saxlayırdı,  demişdi  ki,  itkin  düşüb, 
Qırmızı  Xaç  Komitəsi  axtarır.  Təkcə  Musanın  Qardaşı 
yox,  çoxları  analarından  qardaşlarının  ölümünü  gizli 
saxlayırdılar,  deyirdilər  ki,  itkin  düşüb,  beləcə  analarını 
xoşbəxt  edirdilər.  Musanın  Anası da oğulları  itkin  düşən 
bütün analar kimi hər səhəri Musadan bir xəbər gələcəyi 
ümidi ilə açırdı. Oğlu ölmüş bir ana neçə vaxt idi oğlunun 
ölümünü bilməməyin xoşbəxtliyini yaşayırdı. 
-Qızıl  Xaç  axtarır.  Bilirsən,  ay  ana,  üç-dörd  min 
adam itkin düşüb, tapmaq çox çətindi. 
-  Ermənistan  bambalaca  bir  yerdi.  Orda  üç-dörd 
min adamı nə təhər gizlədiblər ki, o dediyin komitə gör nə 
vaxtdandı onları tapa bilmir. 
- Nə bilim, ay ana. Taparlar da! 
Bir də görürdün qəzetlərdə Qırmızı Xaçın aldığı bir 
əsirin şəklini veriblər. Tez həmin qəzeti gətirirdi: 
- Bax, ay ana, bu uşaq da bir iliydi itkin düşmüşdü, 
indi tapıblar. 
Anasının gözlərinə işıq gəlirdi. Qəzeti alıb şəkli öz 
balasının şəkli kimi öpürdü: 
-  İnşallah,  bizimki  də  tapılar.  Ay  oğul,  bir  söz 
desəm mənə gülməzsən? 
- Allah eləməsin. 
-  Deyirəm  gəlib  çıxsaydı  evləndirərdik.  O  Tarix 
Müəlliminin qızından yaman xoşum gəlir. Maşallah, çox 
ağıllı  qızdı.  Musanın  da  onda  gözü  vardı.  Neçə  dəfə 
downloaded from KitabYurdu.org


 
 
154 
görmüşdüm ki, gədə onu görəndə rəngi dəyişir. Özünə də 
demişəm.  Demişəm,  qoy  Musa  gəlsin,  səni  alacam 
Musaya.  Deyəsən  ürəyindəndi,  mən  heylə  deyəndə 
gülümsəyir. Görən ermənilər bizim evi yandırıblar? 
*** 
...  Hakim  danışırdı,  prokuror  danışırdı,  şahidlər 
danışırdı,  dövlətin  onun  üçün  tutduğu  vəkil  danışırdı. 
Üzünə  duranlara  yazığı  gəlirdi.  Ev-eşiklərindən  olmuş, 
hardasa  çadırlara qısılıb  yaşayan  bu adamlar bəzən  onun 
üzünə  baxmağa  utanırdılar.  Gülümsəyərdi,  deməli,  hələ 
bir az abır-həyaları qalıb. Hakimə də yazığı gəlirdi, elə bil 
hakimin  yası  düşmüşdü  -  hökmü  o  çıxarmalıydı  axı.  O 
hökmü ki hələ məhkəmə başlamamış yazılmışdı. 
Onu  Cinayət  Məcəlləsinin  zorlamadan  və  Vətənə 
xəyanətdən  başqa  az  qala  bütün  maddələriylə  ittiham 
edirdilər, hətta dövlət əmlakını mənimsəməkdə də. 
İstintaq  zamanı  bu  ittihamla  bağlı  müstəntiqə 
demişdi: 
-  Rəis,  mən  kolxoz  sədri  olmuşam,  raypo  müdiri 
işləmişəm?!  Mənim  əlimdə  hansı  dövlət  əmlakı  olub  ki, 
mənimsəyim? 
Müstəntiq: 
-  Komandir,  mən  də  bilirəm  ki,  heç  bir  dövlət 
əmlakı  mənimsəməmisən.  Amma  neyləyim,  mən  balaca 
adamam.  Özün  komandir  olmusan.  Sən  döyüşçülərinə 
əmr  edirdin  ki,  gedin  ölümə,  onlar  da  gedirdi?!  Gedirdi! 
downloaded from KitabYurdu.org


 
 
155 
Mən  də  əmrə  tabeyəm.  Nə  əmr  eləyirlər,  onu  da  yerinə 
yetirməliyəm.  Ya  da  gəlib  səninlə  bir  kamerada 
oturmalıyam.  İndi  rəva  bilərsən  ki,  bir  sürü  uşağımı 
qoyub gəlim bura? Mən yazmayacam, nə çox müstəntiq. 
Komandir  də  rəva  görməmişdi  ki,  müstəntiq  bir 
sürü  uşağını  qoyub  gəlib  onunla  bir  kamerada  yatsın. 
Gülüb demişdi: 
-  Yaz  rəis,  yaz!  Nə  yazsan  qol  çəkəcəm.  Kişi 
adamsan ki, nakişiliyini boynuna aldın. 
Hakim  danışırdı,  prokuror  danışırdı,  vəkil 
danışırdı... O isə susurdu. Görürdü ki, danışmağın heç bir 
mənası yoxdu, fatihəsi oxunub. İnkir-minkir rolu oynayan 
prokuror  onu  cəhənnəmə  göndərmək  üçün  dəridən-
qabıqdan çıxır. 
İnkir-minkiri  başa  düşürdü,  amma  onun  hesabına 
sağ  qalıb  indi  onun  üzünə  duran  şahidləri  başa  düşə 
bilmirdi. Susurdu və istehza ilə bu şahidləri süzürdü. Bu 
şahidlərin  sağ  qalıb  indi  onun  üzünə  durmaları  üçün  hər 
şeyini  qurban  vermişdi.  Bir-iki  dəfə  istəmişdi  xayxırıb 
üzlərinə tüpürsün, sonra fikrindən vaz keçmişdi. Üzlərinə 
Allahın tüpürdüyü bu adamlara bəndənin tüpürməsinin nə 
mənası? 
Vəkili: 
-  Hər  şey  son  sözündən  asılıdır.  Özündən  çıxma. 
Denən  səhv  eləmişəm,  etiraf  elə.  Bağışlanmağını  istə. 
Yoxsa güllə verərlər. 
downloaded from KitabYurdu.org


 
 
156 
O da vəkilə demişdi: 
-  Mən  səni  də,  o  prokuroru  da,  o  hakimi  də,  o 
şahidləri də bağışlayıram. 
Vəkil: 
- Daha özün bilərsən. 
O  heç  son  söz  də  deməyəcəkdi,  amma  bir  şahidin 
sözləri  onu  yerindən  oynatdı.  Bir  az  əvvəl  atası  üzünə 
durmuşdu  ki,  Komandir  oğlunu  döyə-döyə  aparıb 
batalyona.  Üzünə  durmuşdu  ki,  Komandir  uşaqları  zorla 
ölümə  göndərirdi.  Əslində  düz  deyirdi,  onun  uşağını 
bazarın 
ortasında, 
hamının 
gözünün 
qabağında 
şapalağının altına salmışdı: 

Ay  oğraş,  sənin  tayların  Naxçıvandan, 
Lənkərandan,  dünyanın  o  başından  gəlib  burda  sənin 
evini-eşiyini  qoruyur,  sən  də  bazarda  arvad  tumanı 
satırsan?! 
Səhərisi  Uşaq  özü  utana-utana  batalyona  gəlmişdi 
ki, bağışla məni Komandir, məni də batalyona yaz. 
Atasından sonra danışan Uşaq: 
-  Komandir,  atamı  bağışla!  Bağışla  atamı! 
Komandir,  niyə  məni  ölümdən  xilas  elədin?!  Kaş  onda 
öləydim, amma səni bu qəfəsdə görməyəydim. Komandir, 
damarımdakı  qan  sənin  üzünə  duran  atamın  qanı  deyil, 
yaralananda sənin mənə verdiyin qandı. 
Və  sonra  da  Uşaq  ağladı.  Hakim  də  Uşağı  zaldan 
çıxartdı. 
downloaded from KitabYurdu.org


 
 
157 
Uşaq çıxarkən dedi: 
-  Komandir!  Biz  səni  gözləyirik!  Səninlə  ölümə 
getməyə hazırıq! 
Və neçə il hərbi intizama öyrədə bilmədiyi bu Uşaq 
qapıdan  çıxarkən  bir  anlıq  geri  döndü  və  ayaqlarını 
cütləyib ona hərbi salam verdi. 
Bütün  məhkəmə  boyu  yerindən  tərpənməyən  və 
bircə  söz  belə  söyləməyən  Komandir  də  ayağa  qalxdı, 
onun hərbi salamını hərbi salamla cavablandırdı. 
Bu vaxt zalda oturmuş cavanlar da ayağa qalxdılar 
və Komandirə hərbi salam verdilər. 
Vəziyyəti  belə  görən  hakim  özünü  itirdi  və 
məhkəməni düz bir həftə təxirə saldı... 
*** 
...  Komandir  danışmayacaqdı,  amma  Uşağın  o 
hərəkəti onu danışdırdı. Özü də çox uzaqdan başladı. 
- Cənab hakim, prokurora sual verə bilərəmmi? 
- Buyurun, sualınızı verin. 
- Cənab prokuror, məni arvad-uşağı düşmən əlində 
buraxıb qaçan polkovniki güllələməkdə ittiham edirsiniz. 
Adamları  zorla  döyüşə  soxub  qırdırmaqda,  qanunsuz 
silahlı dəstə yaratmaqda, rusların hərbi hissəsindən silah-
sursat  oğurlamaqda,  day  nə  bilim  nədə  ittiham  edirsiniz. 
İndi  mən  sizdən  soruşuram.  Heç  sizin  qucağınızda  on 
səkkiz  yaşında  bir  uşaq,  əmi,  qoyma  ölüm,  deyə  can 
verdimi? 
Arvad-uşaq, 
dostların  erməni  qradından 
downloaded from KitabYurdu.org


 
 
158 
gözünün  qabağında  parça-parça  oldumu?  Dişinlə-
dırnağınla  tikdirdiyin  evə  qrad  düşdümü?  Övladı  şəhid 
olan  anaların  dırnaqlarıyla  üz-gözlərində  açdıqları 
şırımları gördünmü?.. 
Prokuror: 
- Cənab hakim, müttəhim məni təhqir edir. 
Hakim: 
- Müttəhim, sözlərinizə fikir verin, əks halda... 
-  Yoxsa  nə?  Prokuror  mənə  iki  dəfə  güllələnmə 
tələb  edəcək?!  Məni  iki  dəfə  güllələyəcəksiz?!  Mən 
könüllü  batalyon  yaradıb  quldurluq  etməmişəm,  baş 
kəsməmişəm,  ev  yarmamışam.  Bu  torpağı  qorumuşam. 
Başınızın  üstündəki  o  bayrağı  qorumuşam.  Məni 
güllələnmə ilə qorxutmaq olmaz. Onsuz da neçə ildi nəfə 
yaşayıram.  Ölmək  doğulduğun  torpağı  düşmən  tapdağı 
altında  görməkdən  min  dəfə  şərəflidi.  Allah  hansı 
günahıma  görəsə  bu  şərəfi  də  mənə  çox  gördü.  Mən 
həqiqətən güllələnməyə layiqəm.  Amma prokurorun irəli 
sürdüyü  ittihamlarla  yox.  Məni  güllələmək  lazımdı. 
Vaxtında  bu  torpağı  satanları  o  polkovnik  kimi 
güllələmədiyimə  görə.  Məni  güllələmək  lazımdı!  Bu 
torpağı  qoruya  bilmədiyimə  görə.  Cənab  hakim,  icazə 
verin bir sual da verim, sözümü bitirəcəm. 
Hakim: 
- Buyurun. Amma etikaya riayət eləyin. 
downloaded from KitabYurdu.org


 
 
159 
-  Cənab  prokuror,  sizin  Diyarbəkr  valisi  Rəşid 
paşanın məhkəməsindən xəbəriniz varmı? 
... Hakim: 
- Siz doktorsunuz. Öz paranızla şəfaxanalar tikdirib 
insanlara  təmənnasız  yardımlar  göstərmisiniz.  Necə  oldu 
ki,  sizin  kimi  humanist  bir  şəxs  sürü-sürü  erməninin 
qırımına yol verdiniz? 
Rəşid paşa: 
-  Mən  doktoram,  amma  öncə  türkəm!  Millətimin 
ermənilər  tərəfindən  qətliam  edilməsinə  bir  türk  kimi 
dözəmməzdim. 
Hakim: 
-  Əvvəl-əvvəl  göstəriş  vermisiniz  ki,  qocalara  və 
uşaqlara  dəyməsinlər.  Sonradan  nədən  bu  göstərişinizi 
pozdunuz, onların da öldürülməsini əmr etdiniz? 
Rəşid paşa: 
-  Bir  gecə  ilan  vurmuş  kimi  yuxudan  ayıldım.  Axı 
bu  uşaqlar  da  böyüyüb  erməni  olacaqdılar  və  bizim 
balalarımızı süngüyə keçirəcəkdilər. 
Hakim: 
- Heç vicdan əzabı çəkirsinizmi? 
Rəşid paşa: 
- Qətiyyən! İndi siz mənə deyin görüm, Andronikin 
adamlarının  Qarabağda,  Şuşada  mənim  ana-bacılarımın 
kürəyində  samovar  qaynatdıqlarından  xəbəriniz  varmı?! 
Hamilə  analarımızın  qarnını  yarıb  bətnindəki  körpəni 
downloaded from KitabYurdu.org


 
 
160 
çıxarıb can verməkdə olan ananın gözü qarşısında başını 
üzməyindən  xəbəriniz  varmı?!  Bacı-qardaşlarımızı  bir 
daxmaya  yığıb  diri-diri  yandırdıqlarından  xəbəriniz 
varmı?! Var! Amma onları heç kim mühakimə eləmir... 
Hakim  hökmü  elan  edir:  “Diyarbəkr  valisi  Rəşid 
paşa boğazına qurşun sıkılaraq edam edilsin!” 
Gecə Rəşid paşa həbsxanadan qaçır və gəlir evinə. 
Kiçik  bir  məktub  yazır,  sonra  boğazına  qurşun  sıxaraq 
özünü öldürür. Məktubda nə yazılmışdı: “Mənim ölümüm 
qurban olduğum Türkiyə dövlətinə lazımdırsa, mən özüm 
özümü  öldürürəm.  İstəmədim  məni  sizlər  güllələyəsiniz. 
Çünki  gələcək  nəsillər  sizin  övladlarınızın  üzünüə 
tüpürəcəkdilər  ki,  bunlar  Rəşid  paşanı  güllələyənlərin 
övladlarıdır.  Mən  sizin  gələcək  nəsili  o  tüpürcəkdən,  o 
töhmətdən xilas edirəm. Onların heç bir günahı yoxdur”... 
Prokurorun  nəinki  Rəşid  paşanın  məhkəməsindən 
xəbəri  vardı  və  heç  bilmirdi  Diyarbəkr  hardadı.  Və  heç 
bunları bilməyə də borclu deyildi: 
-  Nə  Diyarbəkr?!  Nə  Rəşid  paşa?!  Bunun  bizim 
məhkəmə prosesinə nə dəxli? 
Komandir: 
- Bəlkə doğrudan da dəxli yoxdu! Amma bu mənim 
son sözümüydü. Nə hökm çıxararsınız, qəbulumudu. 
...  Amma  Komandir  səhv  edirdi.  İllər  keçmişdi, 
təkcə  bircə  nəfər  belə  Rəşid  paşaya  güllələnmə  hökmü 
çıxaranların  nə  övladlarının,  nə  də  nəvələrinin  üzünə 
downloaded from KitabYurdu.org


 
 
161 
tüpürməmişdi.  Türklər  özləri  Rəşid  paşanı  çoxdan 
unutmuşdular.  Tək  bircə  nəfər  belə...  Tək  bircə  nəfər 
belə...  Müşfiqi  güllələyənlərin  nə  özlərinin,  nə  də 
nəsillərinin üzünə tüpürülmədiyi kimi! 
...  Onların  nəsilləri  də  sonradan  vəzifə  sahibi 
oldular,  tutdular,  asdılar,  kəsdilər,  tutuldular,  asıldılar, 
kəsildilər  və  indi  onlardan  ikisi  də  bu  məhkəmə  zalında 
İsaq- Musaq quşları kimi ötürdü... 
*** 
...  Şeytan  Övladı  əlini  atdı  Tanrı  Övladının 
saqqalına və rişxəndlə dedi: 
- Budur Şərqin Şekspiri? 
Ətrafdakı  Şeytan  Övladları  qəh-qəhə  çəkdilər. 
Tanrı Övladının isə heç tükü də ürpənmədi - saqqalına əl 
atanlardan,  onu  alçaldıb  təhqir  edənlərdən  o  qədər 
yüksəkdəydi  ki!  İsa  peyğəmbər  onu  çarmıxa  çəkənlərə 
necə baxırdısa, o da bu Şeytan Övladlarına elə baxırdı. İsa 
peyğəmbər 
Tanrıdan 
onu 
çarmıxa 
çəkənlərin 
bağışlanmasını istəmişdi. 
O  da  peyğəmbər  idi,  amma  onu  bu  ağılla,  bu 
kamalla görcək babası Nəsimi kimi, qorxdular peyğəmbər 
deməyə,  çöndülər  Şair  dedilər.  Və  indi  Şair  İsa 
peyğəmbərdən  fərqli  olaraq  ona  insanın  ağlına 
gəlməyəcək  bu  işgəncələri  verənlərin  bağışlanmasını 
Tanrıdan  istəmirdi.  Bir  də,  əgər  Tanrı  İsa  peyğəmbəri 
çarmıxa 
çəkənləri 
peyğəmbərin 
xahişi 
ilə 
downloaded from KitabYurdu.org


 
 
162 
bağışlamamışdısa,  o  niyə  Tanrının  işinə  qarışsın?!  Və 
bütün  bu  işgəncələrə  baxmayaraq  Tanrıdan  küsmür, 
Tanrıya  şəkk  etmirdi.  Tanrı  öz  oğlunun  çarmıxa 
çəkilməsinə  dözmüşdüsə  onun  alçaldılıb  təhqir  olunması 
İsa peyğəmbərin  əzablarının  yanında  Tanrı üçün  o  qədər 
də  böyük  faciə  deyildi.  Tanrı  Məhəmməd  peyğəmbərin 
daşlanmasına  dözmüşdüsə,  onun  saqqalının  yolunması  o 
daşlanmanın yanında heç nə idi. 
İsa  peyğəmbəri  çarmıxa  çəkənlər  2000  ildi  həmin 
çarmıxın,  Məhəmməd  peyğəmbəri  daşlayanlar  isə  1400 
ildi  “Qur’an”ın  qarşısında  diz  üstə  düşmüşdülər.  Və 
Tanrıdan bağışlanmalarını xahiş edirdilər. 
İsa  peyğəmbəri  çarmıxa  çəkənlər  və  çəkdirənlər, 
Məhəmməd  peyğəmbəri  daşlayan  və  daşladanlar 
cəhənnəmə  gedən  uzun  və  əzablı  bir  yolda  illərdi 
növbələrini  gözləyirdilər.  Onun  saqqalını  yolanları  da 
cəhənnəmə gedən uzun və əzablı bir yol gözləyirdi. 
Heç  Şair  özü  də  cənnətə  gedəcəyinə  inanmırdı. 
Düzdür,  həyatında  heç  bir  günah  işlətməmişdi.  Amma 
cənnətə 
getmək, 
İsa 
peyğəmbərlə, 
Məhəmməd 
peyğəmbərlə eyni havanı udmaq, eyni sudan içmək, eyni 
göyün  altında  yaşamaq  üçün  həyatda  heç  bir  günah 
işlətməmək çox az idi. 
Amma  cəhənnəmə  də  getməyəcəkdi.  O  artıq 
cəhənnəmin  içindəydi  və  Tanrı  öz  bəndəsinə  iki  dəfə 
cəhənnəm əzabı göstərməz. 
downloaded from KitabYurdu.org


 
 
163 
Cəhənnəmlik  deyildi,  cənnətin  də  yolu  bağlı  idi. 
Tanrının  dərgahında  doğulduğu  torpaqdakı  Əshabu-Kəfə 
bənzər bir yer vardı, amma nə o, nə də heç kim belə bir 
yerin  olmasından  xəbərdar  deyildi.  Çünki  yer  üzünə 
göndərilən müqəddəs kitabların heç birində bu yer təsvir 
olunmamışdı.  Bu  kitablarda  yalnız  cənnət  və  cəhənnəm 
təsvir  edilirdi.  O  cənnət  və  cəhənnəm  ki,  insanlar  üçün 
nəzərdə  tutulmuşdu.  O  isə  insan  deyildi.  Tanrının  insan 
cildində  Yer  üzünə  göndərdiyi  və  artıq  öz  missiyasını 
başa  vurmaqda  olan  bir  mələyi  idi.  Və  missiyasını  başa 
vurduqdan  sonra  babası  Nəsimi  kimi  dönəcəkdi  heç  bir 
müqəddəs 
kitabda 
təsvir 
olunmayan 
Tanrının 
dərgahındakı Əshabu-Kəfə. 
İbrahim  peyğəmbər  özünü  yox,  oğlunu  Tanrıya 
qurban demişdi. O isə məhəbbət və sevgisi olan Tanrısına 
özünü  qurban  vermişdi.  Tanrı  İbrahim  peyğəmbərin 
sədaqətini  qiymətləndirib  oğlu  İsmayılı  qurban  kəsməyə 
qoymamışdı, mükafatlandırmışdı. Tanrısına özünü qurban 
vermiş  Şair  isə  Tanrıdan  heç  bir  mükafat  istəmir  və 
gözləmirdi.  Amma  o  istədi-istəmədi,  gözlədi-gözləmədi 
Tanrı  onu  mükafatlandıracaqdı.  Tanrı  öz  dərgahındakı 
Əshabu-Kəfdə,  babası  Nəsiminin  yanında  ona  əbədi  bir 
ömür  bağışlayacaqdı.  Və  Şair  ondan  neçə  il  sonra 
doğulacaq Qədir Rüstəmovun səsini də burda görəcəkdi. 
Şair  bütün  bunlardan  xəbərsiz  idi.  Hələ  o  dərgaha 
çox uzun və çox ağır bir yol vardı. Hələ Şeytan Övladları 
downloaded from KitabYurdu.org


 
 
164 
bu dörd divarın arasında ona işgəncə verirdilər. Sonra bu 
Şeytan  Övladları  onu  Sibirdəki  Şeytan  Övladlarının 
yanına göndərəcəkdilər. Sibirdəki Şeytan Övladlarının da 
işgəncələrinə uzun müddət dözməli olacaqdı. 
Hələ  o  günə  vardı,  hələ  oturmuşdu  bir  vaxtlar 
Şeytanın  özünün  oturduğu  və  haçansa  Komandirin 
oturacağı  dörd  divarın  arasında  və  ona  işgəncə  verən 
Şeytan  Övladlarına  gülürdü.  Şeytan  Övladları  onun  bu 
soyuqqanlılığının 
qarşısında 
özlərindən 
çıxırdılar, 
bağırırdılar,  onu  təpikləməkdən  yorulub  bir  az  istirahət 
edirdilər,  sonra  yenə  təpikləyirdilər,  sonra  yenə 
bağırırdılar və yenə yorulurdular. 
Axırda  başlayırdılar  yalvarmağa.  Yalvarırdılar  ki, 
bu ittihama qol çək, sənin də canın qurtarsın, bizim də... 
O  isə  qol  çəkmək  əvəzinə  elə  gülümsəyirdi, 
vəssalam. 
Bir  dəfə  onu  dəhlizdə  apararkən  döyülməkdən 
yumağa dönmüş Çingiz İldırımı gördü, iki Şeytan Övladı 
zorla  sürüyüb  aparırdı.  Bütün  ağrı-acıya  baxmayaraq,  bu 
dəfə  onu  möhkəm  bir  dəli  gülmək  tutdu.  Onu  aparan  və 
Çingiz  İldırımı  sürüyən  Şeytan  Övladları çaşıb  qaldılar  - 
bu niyə gülür?! Onun niyə güldüyünü isə bir özü bildi, bir 
də Çingiz İldırım. Baxışları bir neçə an üst-üstə düşdü. Və 
gördü  ki,  Çingiz  İldırım  artıq  ölməkdə  olan  baxışları  ilə 
ondan  bağışlanmasını  umur.  Müqəddəs  kitablarda 
yazılırdı  ki,  Tanrı  bağışlayanları  sevir,  bağışlamadı. 
downloaded from KitabYurdu.org


 
 
165 
Çingiz  İldırım  ölməkdə  olan  baxışları  ilə  ona  yalvara-
yalvara yanından keçdi - Əzrayıl da əlində çürümüş alma 
onunla  gedirdi  -  Vətən  xaini  olmaya-olmaya  müstəntiqin 
qarşısına  qoyduğu  ittihama,  özünün  ölüm  aktına  qol 
çəkmişdi.  Və  cəmi  iyirmi  dəqiqədən  sonra  Şeytan 
Övladları  onu  güllələyəcəkdilər  və  Əzrayıl  da  öz 
vəzifəsini yerinə yetirib gedəcəkdi. 
Keçəndə  Əzrayıl  dilxor-dilxor  Şairə  baxdı, 
rəhmətliyin oğlu, o qolunu çək, bir də mən sənin dalınca 
Sibirə getməyim! 
Amma  Sibirdə  səbirsizliklə  Əzrayılı  gözləyəndə 
özünü  yamanlayırdı  ki,  gərək  Çingiz  İldırımı 
bağışlayaydı... 
... Və indi üzü üzlər görməkdən bezib qaralmış bu 
soyuq  divarlar,  Şairə  verilən  işgəncələrin  şahidi  olan 
divarlar  onun  üçün  də  o  qədər  qorxulu  deyildi.  O,  bu 
soyuq  divarları  əvvəllər  də  görmüşdü,  neçə  il  yoldaşlıq 
eləmişdi.  Hamı  kimi  o  da  neçə  il  yoldaşlıq  elədiyi  bu 
divarlarla  çox  dərdləşmişdi,  çox  söhbətlər  eləmişdi. 
Düzdür, ilk əvvəllər o qədər asan olmamışdı, bir-birlərini 
başa  düşməmişdilər.  Amma  sonra  dil  tapa  bildilər.  Dil 
tapa bildilər deyəndə o, divarların dilini tapdı, bu divarlar 
əslində insan dilini çoxdan başa düşürdü. 
Və  o,  başqa  məhbuslar  kimi  heç  də  özünə  dərd 
etmirdi  ki,  bu  divarlardan  cəmi  bircə  addım  o  üzdə 
azadlıq  adlı  çox  şirin  bir  şey  var  -  cəmi  bircə  addım  o 
downloaded from KitabYurdu.org


 
 
166 
üzdəki azadlıqda azadlığın dadını çıxara bilməyənlər üçün 
nə  fərqi!  O  özünü  nə  qədər  azad  görmək  istəsə  də  başı 
açılmamışdı  ki,  azadlığın  kefini  çıxara.  Onu  Kalımadan 
azadlığa  daşıyan  qatar  gətirib  odun-alovun,  ağrı-acının 
içinə  atmışdı,  qatar  onu  azadlığa  deyil,  şəhid  analarının 
göz  yaşlarına  daşımışdı,  balasının  meyidi  düşmən  əlində 
qalan atanın qabağında aciz qalıb dəli olmağa daşımışdı. 
Bu göz yaşlarından, bu ah-vaylardan həm özünü, həm də 
göz yaşı tökənləri xilas etmək üçün silaha sarılmışdı... 
... Bu da sonu, yenə bu soyuq divarlar... 
Dünya ilə barışmasa da, taleyi ilə barışıb oturmuşdu 
bu  divarların  arasında.  Bilirdi  ki,  o  biri  kameralarda 
yatanlar  ruhlarının  azadlığı  üçün,  təsəlli  üçün  “Qur’an” 
oxuyur, namaz qılırlar. Amma o, nə “Qur’an” oxuyurdu, 
nə də namaz qılırdı. Çünki onun üçün nə üz tutub namaz 
qılınası  qiblə  qalmışdı  -  ermənilər  qibləsinə  od  vurub 
yandırmışdılar,  nə  də  oxunacaq  müqəddəs  bir  kitab  - 
kitabını  da qapatmışdılar.  Və oturmuşdu bu dörd divarın 
arasında.  Köhnə  tanışı  Rəisdən  xahiş  eləmişdi  ona  bir 
şahmat versinlər, Rəis də özü evdən bir şahmat gətirmişdi 
ona.  Gününün  çoxunu  öz-özüylə  şahmat  oynamaqla 
keçirirdi. 
Hamı  deyirdi  ki,  hətta  qəzetlər  də  yazırdı  ki,  nə 
vaxtsa  bura  muzeyə  çevriləcək.  Burda  yatan  məşhur 
adamları  balaca  bir  millət  necə  yetişdirə  bilmişdi, 
möcüzəydi.  Təkcə  son  yüz  ildə  bu  divarlar  neçə-neçə 
downloaded from KitabYurdu.org


 
 
167 
padşah  görmüşdü  -  Stalini  görmüşdü,  Nərimanovu, 
Məmməd Əmini, Bağırovu, Elçibəyi görmüşdü. 
Bu  divarlarla  dünyanın  ən  məşhur  şairləri, 
bəstəkarları,  yazıçıları  dərdləşmişdi.  Bu  divarlara  öyrəşə 
bilməyən,  bu  divarlarla  dil  tapmayan  Salman  Mümtazı, 
Müşfiqi,  Əhməd  Cavadı  elə  bu  divarların  arasındaca 
güllələmişdilər. 
Azərbaycan 
Türk  Cümhuriyyətini 
quranları da bu divarların arasında edam eləmişdilər, onu 
dağıdanları da... 
... Ayna Sultanovanın saçlarını dibdən qırxmışdılar, 
sir-sifətində bir sağ-islahat yox idi, əlləri stulun arxasında 
bağlanmışdı,  ayaqları  da  stulun  qıçlarına.  O  qədər  əzab 
vermişdilər  ki,  artıq  heç  bir  ağrını  hiss  etmirdi,  bütün 
yaddaşını  itirmişdi,  özünün  kimliyini  də  unutmuşdu. 
Qarşısında onun kimi işgəncələrə məruz qalan, onun kimi 
stula  bağlanan  adamın  da  əri  Həmid  Sultanov  olduğunu 
da bilmirdi. 
Prometey  kimi  hər  gün  qarğa-quzğunlar  ürəyini 
söküb çıxarır, didim-didim didişdirirdilər... 
...Əzrayılın əlindəki alma artıq çürümüşdü, iyi-filan 
da qalmamışdı. Tanrının Ayna Sultanovaya verdiyi ömürə 
hələ  çox  vardı.  Əzrayıl  bura  Həmid  Sultanovun  canını 
almağa  gəlmişdi.  Amma  Tanrının  yaratdığı  bir  yaradana 
verilən  zülmə,  işgəncəyə  dözə  bilmədiyindən  nəyə 
gəldiyini  unutmuşdu,  Həmid  Sultanov  artıq  Tanrının 
verdiyi ömürdən çox yaşayırdı. Əzrayıl Ayna Sultanovanı 
downloaded from KitabYurdu.org


 
 
168 
xilas  etmək  istəyirdi,  Əzrayıl  olsa  da  bu  qadının  çəkdiyi 
əzablara tab gətirmirdi, Tanrının yazdığı ömürü kəsməyə 
cəsarət etmirdi. Sadəcə olaraq bir səlahiyyətindən istifadə 
edib bu yaradılan yaradanın bütün hisslərini almışdı ki, bu 
işgəncələrə dözə bilsin, necə ki, vaxtilə Prometeyə də belə 
bir yaxşılıq etmişdi. 
Həmid  Sultanov bütün  işgəncələrə dözürdü,  amma 
gözünün  qabağında  namusunun  belə  təhqir  olunmasına 
dözəmmirdi,  ölmək  istəyirdi,  ölə  bilmirdi.  Gördüyü  bu 
vəhşətdən  dəhşətə  gəlmiş  Əzrayıl  Tanrının  Həmid 
Sultanovu  öldürmək  haqqında  əmrini  təmiz  yaddan 
çıxarmışdı. 
Tanrının  deyil,  şeytanın  qulu  olmuşlar  ərinin  gözü 
qabağında xanımını zorlayırdılar, başına min bir müsibət 
açırdılar.  Əzrayılın  mərhəmətindən  xanım  bunu  hiss 
eləmirdi,  amma  əri  bunu  görürdü,  zarıyırdı,  gah  Tanrıya 
yalvarırdı,  gah  qarğıyırdı,  gah  Əzrayılı  çağırırdı.  Əzrayıl 
yanında dayansa da nə onun yalvarışlarını eşidirdi, nə də 
qarğışlarını  -  əlində  çürümüş  alma,  eləcə  quruyub 
qalmışdı. Əgər Əzrayıl o idisə, bəs bunlar kim idi?! Əgər 
Tanrı  insanların  canını  ona  tapşırmışdısa,  bəs  onda 
Tanrının ona verdiyi bu səlahiyyəti mənimsəyənlər kimlər 
idi?!  Bu  işgəncə  verənləri  nə  Faraonun  gününə  salardı! 
Amma bu onun ixtiyarında deyildi - hələ onların uzun bir 
yaşamları  var  idi.  Əzrayıl  ilk  dəfə  özünü  çox  aciz  hiss 
elədi. 
downloaded from KitabYurdu.org


 
 
169 
Tanrının yazısı ilə Ayna xanımın ömrünə 33 il 2 ay 
15 gün 2 saat 11 dəqiqə qalırdı. Deməli, bu qadın hələ 33 
il  2  ay  15  gün  2  saat  11  dəqiqə  bu  işgəncələrlə  yaşamalı 
idi.  Daha  Əzrayıl  dözə  bilmirdi,  əlindəki  alma  da  təmiz 
çürüyüb qurtarmışdı. Və Əzrayıl... 
...  Çürümüş  almanı  Ayna  xanıma  iylətdi,  amma  o 
bu  iyi  hiss  eləmədi,  heç  əslində  almanın  iyi  də 
qalmamışdı,  əlini  atıb  onun  sinəsindəki  ürəyi  qopartdı, 
parça-parça  olmuşdu  bu  ürək,  qapqara  qanın  içindəydi. 
Və bunu görən Həmid Sultanovun daha Əzrayıla ehtiyacı 
qalmadı,  çox  rahat  bir  nəfəs  aldı  və  Tanrının  yaratdığı 
bəndələrdən  birincisi  oldu  ki,  əzrayılsız-filansız  canını 
tapşırdı.  Əzrayılın  başı  Ayna  xanımı  xilas  etməyə 
qarışdığından  Həmid  bəyin  canını  özü  ilə  götürməyi 
unutdu,  Həmid  bəyin  canı  eləcə  qaldı  bu  divarların 
arasında. 
Əzrayıl  yalnız  göy  üzünə  qalxdıqdan  sonra  yadına 
düşdü  ki,  Tanrının  Həmid  Sultanovu  öldürmək  haqqında 
əmrini  yerinə  yetirməyib  və  cəzalanacaq,  özü  də  ağır 
cəzalanacaq.  Çünki  ikinci  dəfəydi  ki,  Tanrının  yazısını 
pozurdu. Birinci dəfə bu əmri Nəsiminin dərisi soyulanda 
pozmuşdu, o böyük şairin canını bir saat əvvəl almışdı ki, 
Şeytanın Övladlarının verdiyi işgəncəni hiss eləməsin... 
Əzrayılın dözə bilmədiyi işgəncələri vaxtilə hər gün 
görən  bu  divarlar  gördüklərini  açıb  danışsaydılar  millət 
dəhşətə  gələrdi.  Divarlar  da  milləti  dəhşətə  gətirməmək 
downloaded from KitabYurdu.org


 
 
170 
üçün  susur  və  bildiklərini  bir  dövlət  sirri  kimi  qoruyub 
saxlayırdılar. 
O  da  inanırdı  ki,  bura  günlərin  birində  dünyanın 
anoloqu  olmayan  qeyri-adi  bir  muzeyinə  çevriləcək  və 
bütün  dünya  da  bu  muzeyə  tamaşa  eləmək  üçün  Bakıya 
töküləcək. 
İlk  dəfə  tutulanda  əvvəl-əvvəl  Şuşada  yatmışdı  - 
Xan  qızı  Natəvanın  öz  qardaşının  xatirinə  tikdirdiyi 
həbsxanada... 
...  O  necə  Xan  qızı  idi  ki,  Xan  oğlu  qardaşını 
Nikolay  tutdurmuşdu  və  Sibirə  göndərirdi.  Xan  qızı  da 
Nikolaya ağız açmışdı: 
-  Zati-aliləri,  icazə  verin  Şuşada  bir  həbsxana 
tikdirim, qardaşım da cəzasını həmin həbsxanada çəksin. 
Zati-aliləri  Nikolay  da  Xan  qızının  sözünü  yerə 
salmamışdı, axı o Xan qızı idi... 
...  Şuşa  son  saatlarını  yaşayırdı...  Generallar 
camaatı  düşmənin  qarşısında  əliyalın  qoyub  aradan 
çıxmışdılar,  gedib  Laçının  qaşında  dilxorçuluqlarından 
araq içirdilər. Şəhər boşalırdı. 
Həbsxananın rəisi nəzarətçilərə: 
- Açın qapıları! 
Bütün qapılar açıldı, məhbuslar həyətə töküldülər. 
Rəis: 
downloaded from KitabYurdu.org


 
 
171 
-  Ermənilər  artıq  şəhərə  girirlər.  Siz  cinayətkar 
olsanız da mən sizi ölümə atıb gedə bilmərəm. Bu əclaflıq 
olar. Hamınız azadsız. Kim canını qurtara bilir, qurtarsın. 
Burdan  qaçmağı  heç  vaxt  ağıllarına  belə 
gətirməyən  -  bu  həbsxana  tikildiyi  120  ildə  cəmi  bircə 
qaçış olmuşdu - məhbuslar bir-birlərinə baxdılar. 
Həbsxananın təyinatsız rəisi irəli yeridi: 
- Rəis, bir kişilik edirsən, birini də elə! Göstəriş ver, 
həbsxanada  nə  qədər  silah  var  paylasınlar  bizə. 
Günahlarımızı qanımızla yuyaq! 
Rəis əməliyyat üzrə müavinə baxdı: 
-Nə deyirsən? 
Əməliyyat üzrə müavin: 
- Paylayın silahları! 
Məhbuslar  hamısı  bir  nəfər  kimi  günahlarını 
qanlarıyla  yudular,  generalların  qoyub  qaçdığı  şəhəri  bir 
neçə  saat  qoruya  bildilər  ki,  əliyalın  şəhər  əhli  də  bu 
müddətdə  arvad-uşağını  ikinci  Xocalı  qətliamından  xilas 
edə bildi... 
...  Özü  də  Xan  qızının  qardaşının  yatdığı  “15” 
nömrəli kamerada. Və bu məşhur kamerada yatmaq üçün 
rəisə  babat  da  pul  vermişdi.  O  illərdə  bu,  Qarabağda  ən 
çox fors olunası bir şey sayılırdı: 
-  Ə  düdük,  sən  mənnən  danışa  bilməzsən  ey!  Mən 
Şuşada onbeş nömrəli kamerada yatmışam. 
... Allah, sən saxla... 
downloaded from KitabYurdu.org


 
 
172 
Bu  hörmətli  kameranı  fərqləndirmək  üçün  qapının 
üstündəki  “15”  rəqəmini  də  qırmızı  rənglə  yazmışdılar, 
baxmayaraq  ki,  qırmızı  hökumətin  rəmzi  olduğuna  görə 
məhbuslar bu rəngə nifrət edirdilər. Və heç kəs də bunun 
səbəbini bilmirdi ki, bu rəqəmi niyə məhz qırmızı rənglə 
yazıblar.  “15”  nömrəli  kamera  rəislərə  bütün  həbsxana 
qədər  xeyir  verirdi.  Bu  kameraya  yemək-içmək  Cıdır 
düzündəki restorandan gətirilirdi. Divarlarında xalı-xalça, 
ayaq altda gəbəsi vardı. Nəfəsliyindən ləzzətlə Topxanaya 
tamaşa  eləmək,  Daşaltı  çayının  şırıltısına  qulaq  asmaq 
olurdu. Və bu musiqinin sədaları altında gözlərini yumub 
azacıq da olsa özünü Cıdır düzündəki azad adamlar kimi 
hiss  edə  bilirdin.  Qısası,  Şuşada  yay  aylarında  bir 
mənzilin  aylıq  kirayəsi  100  manat  idisə,  bu  kameranın 
aylıq kirayəsi 300 manat idi, özü də adam başına. 
Burda  isə  heç  bir  kameranın  üstündəki  rəqəmi 
qırmızı  rənglə  yazmamışdılar.  Hansına  yazaydılar  ki?! 
Hər  birində  nəinki  Xan  qızının  qardaşından,  hətta 
özündən  də  məşhur  adamlar  yatmışdılar.  Hətta  bir 
kameraya  bir  neçə  məşhur  adam  şərik  çıxırdı.  Və  bu 
adamlar  o  qədər  məşhur  idilər  ki,  o,  bu  siyahıya 
düşmürdü. 
Şuşadakı  “15”  nömrəli  kameradan  fərqli  olaraq 
burdakı  bahalı  kameralarda  milli  pul  işləmirdi,  hesab 
dollarla  gedirdi.  O  da  bahalı  kameradaydı,  amma  nə 
downloaded from KitabYurdu.org


 
 
173 
puluna, nə də adına görə yox - Rəisi vaxtilə “15” nömrəli 
kameranın nəzarətçisi olmuşdu. 
Və indi oturmuşdu bir vaxtlar Şairə işgəncə verilən 
bu  bahalı kamerada və heç bilmirdi ki, vaxtilə Məmməd 
Əmin  dünyaya  böyük  bir  pislik  edərək  Stalini  məhz  bu 
kameradan  qaçırtdırıb  və  sonra  həmin  o  Stalin  də 
Məmməd Əmini elə bu kamerada da döydürüb. 
Oturmuşdu  və  fikirləşirdi  ki,  bura  haçansa  muzey 
olsa  da  bu  muzeydə  onun  adı  olmayacaq,  çünki  o, 
məşhurların yanında çox balacaydı. 
...  Amma  o  da,  o  biriləri  də,  buranın  muzey 
olacağını  yazan  qəzetçilər  də  səhv  edirdilər  -  bura  heç 
vaxt muzey olmayacaqdı. Pullu oğlanlardan biri günlərin 
birində  buranı  satın  alıb  özəlləşdirəcəkdi  və  sonra  da 
sökdürəcək  və  yerində  kvadratı  beş  min  dollara 
göydələnlər  ucaldacaqdı.  Dünyada  ruhların  olduğundan 
və  bu  ruhların  onları  rahat  yaşamağa  qoymayacağından 
bixəbər  olanlar  və  ya  belə  şeylərə  inanmayanlar  bu 
göydələnlərdən 
aldıqları 
evlərdən 
xeyir-bərəkət 
görməyəcəkdilər. Bu ona satacaqdı, o bu birisinə, bu biri 
o  birisinə,  nəhayət,  heç  kim  bu  binalardan  ev  almaq 
istəməyəcəkdi.  Və  gecələr  bu  binalarda  indi  Şəhidlər 
Xiyabanının  altında  Çəmbərəkənd  qəbristanlığının 
yerində 
tikilmiş 
dörd 
göydələn 
kimi 
işıqlar 
yanmayacaqdı.  Və  günlərin  birində  Bakıda  alababat  bir 
zəlzələ  olacaqdı  və  bu  binalar  həmin  alababat  zəlzələdə 
downloaded from KitabYurdu.org


 
 
174 
çökəcəkdi, sonra heç kim burda yeni binalar tikməyə ürək 
etməyəcəkdi.  Və  şəhər  meri  burada  böyük  bir  park 
salacaqdı və bir dənə də xatirə lövhəsi qoyacaqdı... 
Hələ  o  vaxta  çox  vardı.  Oturmuşdu  Şairə  Şeytan 
Övladlarının  işgəncə  verdiyi  divarların  arasında, 
fikirləşməkdən yorulub özüylə şahmat oynayırdı... 
*** 
Axşam  saat  səkkiz  xəbərlərində  oxunan  Prezident 
fərmanı Çadır Şəhərini Dolu kimi vurdu. Bu qəfil dolunun 
sevinciylə  hamı  çadırdan  bayıra  atıldı.  Şəhərdə  bir  vur-
çatlasın  başladı  ki,  sanki  camaata  demişdilər  sabah 
evinizə qayıdırsınız. 
Sonuncu  dəfə  belə  toy-bayram  Türkiyə  futbolda 
Dünya  üçüncülüyünü  qazanan  gecə  olmuşdu.  Camaat 
“urrey”  eləyib  necə  çölə  tökülmüşdüsə...  ağlayan  kim, 
bayraq yelləyən kim, tonqal qalayan kim... 
Qəfil  səs-küyə  yuxudan  hövlənək  qalxan  Musanın 
Anası oğlunun üz-gözündəki sevinci görüb soruşmuşdu: 
- Nə olub, ay oğul? 
- Türklər qələbə çaldılar. 
- Qarabağı aldılar? 
- Nə Qarabağ?! Futbolda ey, dünya çempionatında. 
Musanın Anası başını bulayıb: 
-  Allah  ayıbınızı  örtsün!  Mən  də  elə  bildim 
müharibə qurtardı. 
downloaded from KitabYurdu.org


 
 
175 
Ayağı yer tutan da, tutmayan da Pələngin Anasına 
muştuluğa qaçdı: 
- Prezident Pələngə Milli Qəhrəman adı verdi! 
Alaçığın qapısı açıq idi... 
... Pələngin Anası çarpayıda üzü qapıya uzanmışdı, 
alt  kipriklərinin  ucunda  iki  damla  qurumuş  yaş,  ona  şah 
damarından  yaxın  olan  Tanrını  axtaran  baxışları  açıq 
qapıdan  görünən  toranlaşmış  bir  parça  səmaya  ilişib 
qalmışdı...  Sol  əli  aşağı  sallanmışdı.  Sağ  əlində  isə  bir 
papaq  vardı  -  Rəşid  Behbudovun  Pələngə  bağışladığı 
papaq... 
Və  muştuluğa  qaçanlardan  heç  biri  Pələngin 
Anasından muştuluq ala bilmədi... 
*** 
Dünyanın  ən  şirin  şeyi  olan  azadlığın  elə  bir 
şirinliyini,  dadını-tamını  duymadı,  bu  azadlığın  heç  o 
qədər  də  həsrətini  çəkməmişdi.  Bir  azadlığın  ki  elə  bir 
şirinliyi yox idi, bir azadlıqda ki onu heç kim, heç harda 
gözləmirdi və o heç kimə lazım deyildi - heç belə dadsız-
duzsuz azadlıq da ona lazım deyildi. 
Və  dəmir  qapılar  arxasınca  bağlanan  kimi  bu  altı 
milyardlıq  dünyada  özünü  içəridəkindən  daha  tənha  və 
daha  yalqız  hiss  elədi.  Hara  getsin,  kimə  getsin.  Hansı 
üzlə  Dünyanın  Ən  Varlı  Şəhərinin  çöllərə  səpələnmiş 
camaatının  üzünə  çıxsın.  Müharibə  Allahın  ona  verə 
biləcəyi,  amma  vaxt  tapıb  verə  bilmədiyi  bütün  şeyləri 
downloaded from KitabYurdu.org


 
 
176 
əlindən almışdı, əvəzində ağarmış saçlar və bir də hər an 
qopub  düşə  biləcək  bir  dünya  ağrı-acını  güc-bəla  ilə 
daşıyan  bir  ürək  vermişdi,  bir  az  da  çoxdan  unudularaq 
yalnız saralmış qəzet səhifələrində qalmış nə özünə, nə də 
heç  kimə  lazım  olmayan  şöhrət.  Və  bu  on  ildə  heç  kim 
onun  adını  məhz  onun  adı  olduğuna  görə  oğluna 
qoymamışdı, hətta xilas elədiyi insanlar belə. 
Qarabağ camaatının yorğan davası bitmiş və dünya 
qayıdıb  öz  əvvəlki  məhvərinə  düşmüşdü  və  dünya  yenə 
24 saat öz ətrafında, 365 gün 12 saat isə Günəşin ətrafına 
fırlanaraq  öz  kefindəydi  və  bir  şouya  çevrilmişdi.  Bu 
şounun qəhrəmanları onun kimi müharibə qəhrəmanlarını 
çoxdan  unutdurmuşdu.  Həm  baldızı  ilə,  həm  qaynı 
arvadıyla  yaşayan,  qayınanasının  sevgisinə  isə  biganə 
qalan  Xose  Antuan  Rodrigesin  qayınanasının  iztirabları 
bir  tərəfdən,  aşnası  ilə  qəzaya  düşmüş  Diananın 
ölümünün acısı bir tərəfdən, “Aşka sürgün”dəki qızın göz 
yaşları  bir  tərəfdən  -  adamları  elə  təsirləndirib  üzmüşdü 
ki... Adamın adamlara yazığı gəlir, lap ürəyi ağrıyırdı... 
Vaxtilə  atdan  salıb  çayxanadan  qovduqları  indi 
yenə  at  belində  idilər.”Yiquli”  həsrətində  olanlar  xarici 
maşınlarda, cangüdənlərin əhatəsində gəzirdilər. Şəkilləri 
qəzetlərdən  düşmürdü.  Ən  məşhur  müğənnilərdən  də 
məşhur  idilər  və  ilboyu  qastrollardaydılar.  Böyük-böyük 
dövlətlərin  padşahları  ilə  oturub-dururdular,  qəşəng-
qəşəng  şəkillər  çəkdirirdilər.  Tuthatut  başlayanda  birinin 
downloaded from KitabYurdu.org


 
 
177 
də  burnu  qanamamışdı,  arada  onun  kimi  kasıblarınkı 
qırılmışdı. 
Özünü tamamilə unudulmuş bildiyi halda... 
...  O  adamlar  ki,  milyonları  yediyinə  görə  həbs 
olunan,  dünənədək  demokratiyaya,  elə  onların  da  üzünə 
tüpürən  dövlət  məmurlarının  müdafiə  komitələrini 
yaradırdılar,  adlarını  siyasi  məhbus  siyahılarına  salıb 
Avropanın  qapılarını  sındırırdılar,  amma  bu  uzun  illərdə 
bircə dəfə də onu yadlarına salmamışdılar... 
... elçi elçi dalınca düzüldü... 
- Bəy... 
... Bəy sözündən heç əvvəldən xoşu gəlmirdi. Onu 
“bəy” deyə müraciət edəndə əsəbləşirdi: 
-  Ə,  nə  bəy-bəy  salmısınız?  Bəyin  ya  anası  bəylə 
yatar, ya da atası bəy qızıyla. Mənim nə anam bəylə yatıb, 
nə  də  atam  bəy  qızıyla.  Kasıb  itinin  adını  Gümüş  qoyan 
kimi  hamınız  adınızı  bəy  qoymusunuz.  Bəylərin 
torpağında düşmən tank oynatmaz. 
Bir dəfə Bakıdan telefon açmışdılar: 
- Bəyin köməkçisidi, Bəy deyir ki... 
O da köməkçinin sözünü ağzında qoymuşdu: 
-  Dostum,  bəyin  köməkçisi  olmur,  nökəri  olur!  - 
deyib dəstəyi asmışdı... 
...  -  Bəy,  bizim  partiyaya  gəl,  bu  gün-sabah 
iqtidarıq... 
downloaded from KitabYurdu.org


 
 
178 
-  Bəy,  bu  dəqiqə  ölkədə  iki  partiya  var,  biri  YAP-
dı, biri də bizimki, başqan müavinlik təklif edir... 
- Bəy, Etibar bəy axşam yeməyinə dəvət edir... 
-  Bəy,  Rəsul  bəy  Nyu-Yorkdan  zəng  edib  səni 
soruşurdu... 
-  Bəy,  başqan  deyir  gəlsin  Qarabağ  Azadlıq 
Təşkilatını verim ona... 
... Bəy, bəy, bəy... 
Ev sahibi qorxmağa başlamışdı: 
-  İncimə,  oğul,  bəlkə  başqa  bir  ev  tapasan? 
Uçastkovı bütün günü məhlədən çıxmır. Uşağın bir balaca 
budkası  var,  birtəhər  başımızı  saxlayırıq.  Sən  Allah, 
incimə. 
- Yaxşı, xala, bir-iki günə çıxaram. 
Gecə  otaq  ona  Şeytanın  özünün  yatdığı,  Şeytanın 
əmri  ilə  Məmməd  Əminin  döyüldüyü,  Şairin  işgəncə 
verildiyi,  Avropadan  gələn  insan  haqlarınu  qoruyan 
deputatları  şahmatda  yıxıb-sürüdüyü  kameradan  da 
soyuq,  qaranlıq  və  dar  gəldi.  Heç  Əzrayılın  çürümüş 
almasını  iyləmədən  canını  tapşıran  Ayna  Sultanovaya 
edilən  vəhşətlərə  dözməyib  çatlayan  divarların  arasında 
özünü bu qədər pis hiss eləməmişdi, canı sıxıldı. 
Yüzlərlə oğlanı bir işarəsi ilə ölümə aparan, ayağını 
yerə  vuranda  Dünyanın  Ən  Varlı  Şəhəri  kimi  bir  şəhəri 
silkələyən, nazirlərin boğazından quş boğazı kimi yapışan 
bir  oğula  indi  bu  boyda  ölkədə  -  yolunda  hər  şeyini 
downloaded from KitabYurdu.org


 
 
179 
qurban  verdiyi  bu  boyda  ölkədə  Allahın  bir  kirəkeş 
otağını  da  çox  görürdülər.  Amma  onu  bundan  da  çox 
ağrıdan başqa şey idi. Yaralardan axan qanlar qurumamış 
insanlar  hər  şeyini  unutmuşdular.  Sanki  bu  dünyada  heç 
nə olmamışdı - nə Dünyanın Ən Varlı Şəhəri, nə Qarabağ, 
nə şəhid, nə də qucaqlarda “əmi, qoyma ölüm” deyib can 
verən qız görməmiş cavanlar - hər kəs öz işindəydi. 
Və  onu  da  başa  düşürdü  ki,  qapıya  gələn  elçilərin 
təklifləri  heç  də  onların  ağalarının  onun  keçmiş 
xidmətlərini  qiymətləndirməsi  deyil,yenidən  ondan  öz 
məqsədləri üçün istifadə etməkdi, vəssalam. 
Elçilərin  heç  birinə  acı  söz  deyib  qapıdan 
qovmamışdı. İstehza ilə, bu istehzanı gələn elçilər də hiss 
edirdilər,  amma  üstün  vurmurdular,  qulaq  asmışdı, 
hamısına da demişdi ki, fikirləşərəm. 
Amma biri onu hövsələdən çıxartdı. İgid oğlanıydı, 
vaxtilə  bir  şəhəri  qoruyurdu,  müharibənin  yorğunluğunu 
və havasını çıxarmaq üçün onu da Bayıldakı bahalı otelin 
bahalı  nömrələrinin  birinə  dincəlməyə  göndərmişdilər. 
Canından  müharibə  havası  çıxanadək  dincəlmişdi,  sonra 
Prezident əfv eləmişdi. 
- Utanmırsan? 
- Nədən? 
-  Bir  şəhəri  qoruyan  oğlan  indi  bir  adamı 
qoruyursan.  Yəni  bu  adam  o  qoruduğun  şəhərdən  çox 
bahalıdı? Özün də qəzetdə bəyanat verirsən ki, ona bir söz 
downloaded from KitabYurdu.org


 
 
180 
deyən  mənim  meyitimin  üstündən  keçməlidir.  Sənin 
meyitin  qoruduğun  şəhərdə  qalmalıydı  ey.  İkimiz  də 
xəcalət  çəkməliyik  ki,  meyidimiz  oralarda  qalmayıb. 
Başımı  qaldırıb  camaatın  üzünə  baxa  bilmirəm.  Elə 
bilirəm  üzümə  tüpürəcəklər  ki,  şəhərin  öləndə  sən  niyə 
ölmədin.  İndi  də  ölüb  yerə  girmək  əvəzinə  durub 
gəlmisən  üstümə,  utanıb-qızarmadan  mənə  də  təklif 
edirsən  ki,  mən  də  sənin  kimi  gedib  iti-qurdu  qoruyum. 
Ayıbdı ey! Ondansa gəl gedək boğazımıza bir çatı salaq. 
Bu  sözlər  elçiyə  güllə  kimi  dəymişdi,  başını  aşağı 
salıb  qıpqırmızı  qızarmışdı  və  bir  söz  demədən  durub 
getmişdi.  Səhər  qəzetlər  bəyanatını  yaymışdılar  ki, 
Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin