Aqil abbas


partiyasından istefa verib



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə6/6
tarix11.01.2022
ölçüsü1,13 Mb.
#51166
növüYazı
1   2   3   4   5   6
[kitabyurdu.org] Aqil Abbas Dolu


partiyasından istefa verib. 
Səhəri  beləcə  heç  vaxt  çıxa  bilmədiyi  və  çıxa 
bilməyəcəyi  fikirlər  burulğanında  açdı.  Geyinib  evdən 
çıxdı.  Həbsxanadan  çıxandan  sonra  neçə  dəfə  istəmişdi 
bir doğma yerlərə getsin, ürəyi gəlməmişdi. Elçiyə dediyi 
kimi,  qorxmuşdu,  qorxmuşdu  ki,  camaat  üzünə  tüpürər. 
Dünyanın Ən Varlı Şəhərinin ölümündə ən böyük günahı 
özündə  görürdü.  Neçə  ildi  çəkə  bilmədiyi  bu  yükün 
altında əzilirdi. Və onu da bilirdi ki, bu yük onu ömrünün 
axırına qədər öz altında əzəcək və elə bu yükün altında da 
öləcək.  Onun  fikrincə,  Komandir  çoxdan  ölmüşdü,  indi 
yaşayan Komandir deyildi, kimiydi heç özü də bilmirdi. 
Çıxanda ev sahibi: 
- Hə oğul, nə deyirsən? 
downloaded from KitabYurdu.org


 
 
181 
-  Narahat  olma  xala,  gedirəm  rayona,  iki-üç  günə 
qayıdıb şey-şüyümü aparacam. 
- İncimə, oğul! Özün başa düşürsən də. 
- İncimirəm! 
Düşdü  “Şamaxinka”  deyilən  yerə,  dünya  binə 
olandan  rayonlara  gedən  maşınlar  burda  müştəri 
gözləyirdi: 
- Yevlağa iki nəfər... 
- Gəncəyə, Gəncəyə... 
- Göyçaya bir nəfər... 
Onu  görən  kimi  müştəri  gözləyən  maşın  sahibləri 
başına yığışdılar: 
- Hara, qardaş? 
- Dünyanın Ən Varlı Şəhərinə. 
- Hara?! 
- Eşitdiyiniz yerə. 
Bir-birlərinə baxdılar: 
- Bu nə deyir, ə?! 
Əynində köhnə əsgər köynəyi olan sütül bir sürücü 
dedi: 
-  Əmi,  mən  o  tərəfə  gedirəm.  Sən,  budey  bağın 
içindəki  çayxanada  çay  iç,  beş-on  dəqiqəyə  bir-iki  nəfər 
də tapım gedək. 
Çayxanada  sakitlik  idi.  Bir  stolda  iki  ahıl  adam 
başlarını əllərinin arasına alıb şahmat oynayırdı, bir nəfər 
də  sanki  şahmata  deyil,  futbola  azarkeşlik  edirmiş  kimi 
downloaded from KitabYurdu.org


 
 
182 
yerində otura bilmirdi. Şahmatı dəli kimi sevdiyindən bir 
az  onlara  yaxın  oturdu,  gözü  qalmışdı  şahmatda. 
Azarkeşlik  edən  oynayanlara  aman  vermirdi,  gah  birinə 
gediş  göstərirdi,  gah  o  birisinə.  Oynayanlar  da  onun 
dediyi gedişləri etmirdilər. 
O da əsəbləşirdi: 
- Ə, vallah, siz bunu bilmirsiniz. 
 
- Ə, qoy bu zəhrimarı oynayaq də! 
Şahmat oynayanda dünyanı da unudurdu, özünü də, 
hətta  Dünyanın  Ən  Varlı  Şəhərini  də.  Ağlı-qaralı  64 
xanalı bir taxta parçasını, ağlı-qaralı 32 daşı insan ağlının 
hələ  sonunadək  gedib  çıxa  bilmədiyi  bir  möcüzə 
adlandırırdı.  Bu  daşlardan  16-sı  ona  tabe  idi,  hətta 
Tanrının yerdəki kölgəsi olan padşahı da. Həmişə deyirdi 
ki,  şahmatı  insan  yaratmayıb,  çünki  insanda  belə  bir 
möcüzəni  kəşf  edə  biləcək  bir  ağıl  yoxdu.  Deyirdi  ki, 
yeri-göyü yaratdığı kimi şahmatı da Allah yaradıb və özü 
üçün  yaradıb.  Allah  onun  itaətindən  çıxmış  bu  dünyanı 
yaratdığına  peşman  olduğu,  amma  məhv  eləyib  məhşər 
ayağına çəkmək istəmədiyi insanlardan, insanların canını 
almaqdan  yorulub  əldən  düşmüş  neçə  milyon  ildi  əlində 
istefa  ərizəsi  dərgahının  ağzında  dayanmış  Əzrayıldan 
usanıb yorulanda bir anlıq özünə çəkilib hər şeyi unutmaq 
və  yorğunluğunu  çıxarmaq  üçün  özü-özü  ilə  şahmat 
oynayır. 
downloaded from KitabYurdu.org


 
 
183 
Və onu da deyirdi ki, Fişer Tanrının işinə qarışıb bu 
möcüzənin sonuna çıxmaq istədiyi üçün Tanrı onun ağlını 
əlindən  aldı  ki,  şahmat  elə  sirr  olaraq  qalsın.  Və  həmişə 
şahmatla  bağlı  düşündüklərini  deyəndə  şahmatın 
möcüzəsindən xəbərsiz olan dostları: 
- Ə, vallah, sən xəstəsən. 
Bir az kitab oxumuş dostları da deyirdi: 
- Marks deyib ki, dünyada ən səfeh oyun şahmatdı. 
Və dünya Tanrının iradəsindən çıxanda dostları: 
- Deyəsən, Allahın başı şahmat oynamağa qarışıb. 
Həbsxanada  məhbuslar  da  görmüşdülər  ki,  o 
şahmat  oynayanda  bütün  ağrısını-acısını  unudur,  6-cı 
kalona  xəbər  göndərmişdilər  və  ordan  da  məxsusi  bir 
şahmat düzəldib yollamışdılar Komandirə. 
Həbsxana rəisindən daha çox ədəbiyyat müəlliminə 
oxşayan, məhbuslara, xüsusilə də cavanlara öyüd-nəsihət 
verməkdən  yorulmayan  Rəis  də  şahmat  xəstəsi 
olduğundan az-çox şahmat bilənləri onunlar bir kameraya 
saldırırdı.  Hərdən  özü  də  bir  bəhanə  ilə  gəlirdi  onun 
kamerasına,  ləzzətlə  bir-iki  partiya  oynayırdı,  həmişə  də 
uduzurdu. Hər dəfə uduzanda da başını yelləyib deyirdi: 
-  Komandir,  vallah,  sən  bu  şahmatın  dalınca 
düşsəydin çoxdan dünya çempionuydun. 
Rəisin  Komandirlə  köhnə  tanışlığından  və  ona 
xüsusi hörmət bəsləməsindən hamının xəbəri vardı, hətta 
yuxarıların da. Rəis bir neçə dəfə Böyük Rəisə demişdi: 
downloaded from KitabYurdu.org


 
 
184 
-  Avropada  türmələr  arasında  müxtəlif  idman 
yarışları keçirilir. Bəlkə, biz də bir şahmat yarışı keçirək? 
Böyük Rəis: 
-  Deyəsən  başına  at  təpib.  Bəlkə  yeni  ulduz 
müsabiqəsi keçirəsən?! 
Bir 
dəfə 
Rəis 
Avropadan 
gələn 
hüquq 
müdafiəçilərini 
hərləyib-fırlayıb 
onun 
kamerasına 
gətirmişdi  ki,  bəlkə  onu  da  siyasi  məhbuslar  siyahısına 
salalar. Hüquq müdafiəçilərinə əvvəlcədən də demişdi ki, 
bu  ən  məşhur  cəbhəçilərdəndi.  Ona  da  işarə  eləmişdi  ki, 
ürəyini boşalt. 
- Hansısa bir şikayətiniz var? 
- Xeyr. 
- Nə üstə həbs olunmusunuz? 
- Adamı nə üstə tutarlar? Cinayət eləmişəm. 
- Nə cinayət? 
- Adam öldürmüşəm. 
- Siz keçmişdə cəbhəçi olmusunuz? 
- Xeyr. 
- Özünüzü siyasi məhbus sayırsınız? 
- Xeyr, mən siyasətçi deyiləm. 
Rəis  də  dilxor-dilxor  başını  bulayıb  yavaşca  onun 
qulağına pıçıldamışdı: 
-  Rəhmətliyin  oğlu, bu  boyda  adamları  gətirmişəm 
ayağına, sən  də deyirsən adam öldürmüşəm. 
- Yalan danışım? 
downloaded from KitabYurdu.org


 
 
185 
Hüquq  müdafiəçiləri  stolun  üstündən  muzey 
əşyasına  oxşayan  qeyri-adi  şahmatın  gözəlliyinə  heyran 
qalmışdılar.  Daşları  götürüb  çox  maraqla  bir-bir  tamaşa 
edib  demişdilər  ki,  dünyada  bu  gözəllikdə  şahmat 
görməyiblər. 
Rəis də fors eləmişdi: 
- Bunu məhbuslar özləri düzəldib. 
Avropalı qonaqlar inanmamışdılar: 
- Doğrudan bunu məhbuslar düzəldib? 
- Bəli. 
- Bunu kim oynayır? 
Rəis Komandiri göstərmişdi. 
- Bizimlə oynayarmı? 
Rəis: 
-  Komandir,  bu  avropalılara  bir  dərs  ver.  İt  uşağı 
elə bilirlər ki, bunlardan ağıllı insan yoxdu. 
Komandir gülümsəmişdi: 
- Sənin xətrinə. 
Və Komandir bu hüquq müdafiəçilərinin ikisini də 
şahmat  taxtasının  üstünə  yıxıb  elədən-elə  sürümüşdü, 
belədən-belə. 
Komandirə  dalbadal  bir  neçə  dəfə  məğlub  olan  və 
bundan  heyrətə  gələn  qonaqlardan  biri  maddım-maddım 
Komandirə baxıb çiyinlərini çəkmişdi: 
downloaded from KitabYurdu.org


 
 
186 
-  Bu  ki  möcüzədi!  Mən  professional  şahmatçıyam, 
vaxtilə dünya çempionatlarında da iştirak eləmişəm, belə 
şey görməmişəm. Bu adam Fişer kimi oynayır. 
Rəis: 
- Komandir, gördün, bunlar da m 
ən deyəni deyir. 
Qonaqlar  ayrılanda  öz  vizit  vərəqələrini  ona  verib 
xahiş  etmişdilər  ki,  Avropaya  yola  düşsə  onların  qonağı 
olsunlar,  sonra  da  əlini  möhkəm-möhkəm  sıxıb 
demişdilər: 
- Çempion! 
Komandir  də  heç  vaxt  qonaq  getməyəcəyi 
insanların  vizit  vərəqələrini  etika  xatirinə  olsa  da  qəbul 
etməmişdi,  qonaqları  pərt  etməmək  üçün  vərəqləri  Rəis 
almışdı. Amma Komandir ayrılanda şahmatı bağışlamışdı 
onlara. 
Qonaqlar götürmək istəməmişdilər: 
- Olmaz! Belə bahalı hədiyyə qəbul edə bilmərik. 
Rəis də onları başa salmışdı ki, bu millətin özəl bir 
adəti  var,  qonağın  xoşuna  gələn  şeyi  mütləq  ona 
bağışlayırlar,  əgər  qonaq  götürməsə,  özlərini  təhqir 
olunmuş  sayırlar.  Və  çox  xahiş  eləmişdi  ki,  millətin 
adətinə hörmət eləsinlər. 
Və  qonaqlar  da  millətin  adətinə  hörmət  etməyə 
məcbur olub Komandirin hədiyyəsini qəbul etmişdilər. 
downloaded from KitabYurdu.org


 
 
187 
Gedəndən sonra həbsxana haqqında gözəl bir rapor 
yazmışdılar.  Həmişə  avropalıların  kəskin  tənqidi  ilə 
rastlaşan  Böyük  Rəis  raporu  oxuyub  təəccüblənmişdi  və 
Kiçik Rəisi çağırmışdı: 
- Rəis, sən neyləmisən ki, bizi belə tərifləyiblər? 
- Mən eləməmişəm, Komandir edib. 
Sonra  hadisəni  danışmışdı  və  yenə  Böyük  Rəisə 
demişdi: 
- Rəis, vallah, gəl bir yarış keçirək! Görürsünüz də! 
Böyük Rəis: 
-  Yaxşı,  bir  fikirləşərəm.  Danışım  görüm  böyüklər 
nə deyir. 
Komandir bir dəfə soruşdu: 
-Rəis, mənimlə dostluq eləməyə qorxmursan? 
Rəis də yarızarafat: 
-  Rəhmətliyin  oğlu,  mən  də  sizinlə  bir  yerdə  cəza 
çəkirəm  də,  özü  də düz  iyirmi  səkkiz ildi.  Hələ  beş  ilim 
qalıb,  sən  məndən  tez  çıxacaqsan.  Fərqimiz  ondadır  ki, 
mənim  kameramda  kondisioner  var,  bir  də  şoferim  hər 
günorta mənə peredaça gətirir. 
Azadlığa  buraxılanda  kabinetində  sonuncu  dəfə 
Komandirlə  şahmat  oynayan  və  yenə  uduzan  Rəis 
ayrılanda dedi: 
-  Komandir,  mən  ölüm,  hərdən  gəl  şahmat 
oynayaq... 
downloaded from KitabYurdu.org


 
 
188 
...  İndi  gözü  qalmışdı  şahmatda,  çayı  da 
soyumuşdu.  Hər  dəfə  səhv  gediş  görəndə  yerində 
qurcalanır,  həmin  azarkeş  kimi  o  da  az  qalırdı  müdaxilə 
eləsin.  Birdən  qulağı  arxa  stoldan  Dünyanın  Ən  Varlı 
Şəhərinin adını çaldı. 
- Yox, ora getmədim. Hiss etdim ki, Qukasyan ora 
getməyimi  istəmir,  mən  də  üz  vurmadım.  Həm  də  orda 
maraqlı bir şey var ki?! Daş daş üstə qalmayıb. Xocalıda 
oldum,  Əsgəranda  oldum.  Dünyanın  Ən  Varlı  Şəhərinə 
girən ilk tankın üstündə şəkil çəkdirdim. 
- Bəs Şuşada? 
-  Qukasyanla  qalxdıq  Cıdır  düzünə,  ordan  da 
yendik İsa bulağına. Mənə yaxşı bir qonaqlıq verdi. 
Komandiri  soyuq  tər  basdı,  geri  çevrildi,  üç  nəfər 
yaraşıqlı cavan oğlanıydı... Birini dərhal tanıdı... 
...  -  Bundan  yazın  dana!  Yoxsa  axtarıb  beş-altı 
bağlı qapı tapıb çəkirsiniz, sonra da qəhbə-şivən salırsınız 
ki,  camaat  qaçıb.  Nə  demək  istəyirsiniz?  Ermənilərə 
nakolka verirsiniz ki, şəhər boşdu, qorxmayın?! 
- Mən o xanımın çəkdiyinə cavabdeh deyiləm. 
Soyumuş  çayını  götürüb  atdı  yerə,  yeni  bir  çay 
süzdü, bir qurtum içdi, sonra sözünə davam elədi: 
- Get də! Get o həkimi tap, o binamusdan yaz! Yaz 
ki, biri canını verir, biri də canını verən oğulun anasından 
pul  istəyir.  Yox,  bunları  yazmazsan.  Bilirsən  gedib  nə 
yazacaqsan?! Oğullar qalacaq qıraqda, bayaq gördüklərini 
downloaded from KitabYurdu.org


 
 
189 
yazacaqsan.  Yazacaqsan  ki,  cəbhəçilər  quldurluq  edir, 
vəzifəliləri  soyur,  bir-birini  qırır,  çünki  sənin  hökumətin 
bunu istəyir. 
Yurnalist başını buladı: 
-  Komandir,  mən  hökumət  jurnalisti  deyiləm. 
Hökumət  jurnalisti  olsaydım,  hökumətin  yanına 
gedərdim, bura gəlməzdim. 
-  Götür  çayını  iç.  İncimə,  həqiqət  budur. 
Oturmusunuz  Bakıda,  burdan  xəbəriniz  yoxdu.İnsanlar 
dəli kimidilər, hər sözdən havalanırlar. Qəzetdəki adi bir 
yalan  adama  erməni  gülləsindən  pis  dəyir.  Dünən  o 
verilişdən  sonra  bütün  şəhər  bir-birinə  dəymişdi.  Mən 
olmasam  uşaqlar  gedib  onu  studiyanın  qabağında 
sürüyəcəkdilər.  Qaldı  müsahibəyə...  Bilirsən  ,  dostum, 
müharibədə  üç  cür  adam  var.  Döyüşənlər,  tank  belində 
şəkil  çəkdirənlər,  bir  də  müsahibə  verənlər.  Bu  boyda 
şəhərdə iki tank var, birini camaat pul yığıb alıb, Qarağacı 
qəbristanlığında  ermənilərin  qabağını  kəsib.  O  birini  də 
Mütəllibov göndərib özününkülərə, guya biz nemesik. Ağ 
evin  qabağındadı,  ordakıları  qoruyur.  Şəkil  çəkdirənlər 
üçündü,  istəyirsən  get  birini  də  sən  çəkdir.  Bizim 
batalyondakılar  döyüşənlərdi,  şəkil  yerini  də  göstərdim. 
Müsahibə  verənlər  də  Ağ  evdədirlər,  bilyard  oynayırlar. 
Gecə düşən kimi də qaçırlar Bərdəyə, hələ biri qrad səsi 
eşitməyib.  Elələri  var  ki,  heç  Bərdədən  bu  tərəfə 
downloaded from KitabYurdu.org


 
 
190 
keçməyib,  sürücüləri  gəlib  ezamiyyət  vərəqlərini 
möhürləyib gedir. 
- Bunlardan xəbərim var. 
- Xəbərin var get yaz da, niyə yazmırsan?.. 
...  -  Qukasyan  çox  maraqlı  adamdı.  Yaxşı  bir 
müsahibə götürmüşəm. Bir-iki günə çap edəcəm. 
... - Nə qədər ruhla yaşamaq olar? Ruhu topa qoyub 
atmaq  olmur  ey!  Lənkərandan  beş-altı  könüllü  gəlib, 
cavan  uşaqlardı,  od-alovdular.  Srağagün  ikisini  vurdular. 
Biri  lap  uşağıydı,  qucağımda  öldü.  Can  verəndə  deyirdi, 
dayı, qoyma ölüm... 
... - Yerevanda da Köçəryanla görüşdük. 
...  Drakonu  basmışdı  bağrına,  balası  vurulmuş 
pələng  kimi  sinəsindəki  hələ  qanı  qurumamış  yaraları 
yalayırdı... 
...  Yerindən  qalxdı  və  qalxmağı  ilə  bayaqdan 
Qukasyandan danışanı necə vurdusa oğlan arxadakı stola 
dəyib  stolqarışıq  düşdü  yerə  -  bütün  çayxana  səksəndi. 
Əlini atıb onu təzədən qaldırdı və təkrar vurdu, yıxılısını 
təpikləməyə başladı. Dostlarına kömək etmək istəyənlərə: 
- Sizin də... 
Hansını  vurdusa  yerdə  qaldı.  Üçünü  də  bir-birinə 
qatmışdı.  Heç  kim  yaxın  durmaq  istəmirdi.  Kimsə 
bağırırdı: 
- Polis! Polis! Polis çağırın! 
downloaded from KitabYurdu.org


 
 
191 
Hay-küyə  yüyürüb  gələn  bayaqkı  Əsgər  Köynəkli 
Sürücü  onun  qolundan  tutub  çayxanadan  çıxarmağa 
çalışırdı: 
- Əmi,bu dəqiqə polislər töküləcək. Gəl səni aradan 
çıxarım. Gəl dana! 
Döydüklərinin  üçü  də  yerdə  zarıyırdı,  hirsi  bir 
balaca  soyumuşdu,  gözünə  stolun  üstündəki  fotoaparat 
sataşdı, götürüb çırpdı yerə. 
Əsgər  Köynəkli  Sürücü  isə  qolundan  dartaraq 
yalvarırdı: 
- Di gəl dana! Gəl aradan çıxaq! 
Elə  yalvarırdı  ki,  sanki  polislər  gəlsələr  onu  da 
tutacaqdılar. 
Döydükləri hələ özlərinə gələ bilmirdilər. Çoxdandı 
belə  ürəkdən  heç  kimi  döyməmişdi,  özünə  ləzzət  elədi, 
qolunu Əsgər Köynəkli Sürücünün əlindən çıxartdı, sonra 
dəsmalla  əlinin  qanını  sildi,  üst-başını  çırpdı  və  heç  nə 
olmamış  kimi  qayıtdı  öz  stoluna.  Çayxanadakılar 
təəccüblə  gah  yerdə  zarıyanlara,  gah  da  ona  baxırdı. 
Şahmat oynayanlar da dayanmışdılar. 
Çayını  içmək  istədi,  gördü  soyuyub,  çayçını 
çağırdı: 
- Dostum, ordan bir çay gətir. 
Əsgər Köynəkli Sürücü: 
- Bu nə təhər adamdı, ə?! 
*** 
downloaded from KitabYurdu.org


 
 
192 
- Rəis, uşaqlar bir nəfər tutub gətiriblər. 
- Nə üstə? 
- Şamaxinkadakı çayxanada üç jurnalisti döyüb. 
- Kimi döyüb? 
- Üç jurnalisti. 
Rəis  yerindən  qalxdı,  əllərini  bir-birinə  vurub 
şaqqanaq çəkdi: 
-  Nə  bir  edib!  Bizi  yığıblar  boğaza!  Hara 
jurnalistləridi? 
-  Rəis, bilmirəm. Amma  çox  şər  adama  oxşayırlar. 
Bayaqdan  bəri  zəng  eləmədikləri  yer  qalmayıb.  Qolos 
Amerika,  Bibisi,  Azadlıq,  nə  bilim  ey,  day  hara.  Bir 
qəhbə-şüvən  salıblar  ki!  Hamısına  da  deyirlər  ki,  bizi 
iqtidar döydürüb. 
- Qələt edirlər. Döyən kimdi? 
- İki sudumisti var, üst-üstə iyirmi il yatıb. 
- Neçə il? 
- İyirmi il! Lap təzə çıxıbmış. 
- Dava nə üstə olub? 
- Bilmirik. 
- Şahid var? 
- Xeyr. 
- Ə, o boyda çayxanada heç kim yox idi? 
-  Niyə  yox  idi,  amma  heç  kim  şahid  durmaq 
istəməyib. 
- Yaxşı. Əvvəl o jurnalistləri çağır. 
downloaded from KitabYurdu.org


 
 
193 
Yurnalistlər  sir-sifətləri  dağılmış,  üst-başları 
cırılmış halda hay-küylə girdilər içəri. Rəis birini o dəqiqə 
tanıdı, Avropanı suyoluna döndərən məşhur qəzetçilərdən 
idi,  “zibilə  düşdük”  deyə  bərk  dilxor  oldu.  Yalançı  bir 
hörmət  göstərərək  yerindən  qalxdı.  Biri  hələ  telefonla 
danışırdı: 
-  Bəli,  bizi  möhkəm  döyüblər,  fotoaparatımızı 
qırıblar... 
Rəis: 
-  Ay  yoldaş,  o  telefonu  söndür.  Söndür!  Burdan 
çıxandan  sonra  nə  qədər  istəyirsən  danışarsan.  İndi 
əyləşin görüm nə baş verib. 
Sir-sifəti Lap İt Gününə düşmüş: 
-  Heç  özümüz  bilirik  ki?!  Çayxanada  oturub  çay 
içirdik, o da qonşu stolda oturmuşdu. Özü də arxası bizə 
tərəf.  Birdən  yerindən  qalxıb  cumdu  mənim  üstümə, 
başladı döyməyə. Uşaqlar istədi mane olsunlar, onları da 
qatdı mənə. Sonra da sizin işçilər gəldi. 
-  Elə  durduğunuz  yerdə  sizi  döydü?  Heç  bir  səbəb 
olmadan? 
Üz-gözü İt Gününə düşmüş: 
- Nə səbəb? Bəy dedi də. Biz öz aramızda iş söhbəti 
edirdik. O da şahmat oynayanlara baxırdı. Qəflətən söyə-
söyə qalxdı cumdu bizə. 
Üz-gözü Lap İt Gününə düşmüş: 
downloaded from KitabYurdu.org


 
 
194 
-  Rəis,  mən  bilirəm,  bu  iqtidarın  işidir.  Bu  mənim 
həyatıma sui-qəsddir. 
Rəis: 
-  Yaxşı,  ağ  eləmə.  Nə  iqtidar,  nə  sui-qəsd!  Evdə 
arvadla dalaşanda da günahı iqtidarda görürsünüz. Üç kişi 
bir  adama  cavab  verə  bilməmisiniz!  İqtidar  qolunuzdan 
tutmuşdu?! 
Üz-gözü Bir Az İt Gününə düşmüş: 
- Kor deyilik ha! Görürük də! Bayaqdan oturdublar 
müavinin kabinetində. Biri çay gətirir, biri şokolad gətirir. 
Bir  azdan  kabab-zad  da  gətirəcəklər.  İşçiləriniz  də 
qulağımız  eşidə-eşidə  deyirlər  ki,  yaxşı  eləyib  bunları 
əzişdirmisən. 
Üz-gözü İt Gününə düşmüş: 
-  Hələ  yolda  deyirdilər  ki,  rəhmətliyin  oğlu, 
döymüsən  qaç  çıx  get  də.  Deyirik  bizi  ekspertə  aparın, 
aparmırlar. 
Üz-gözü Lap İt Gününə düşmüş: 
-  Mən  bunu  belə  qoymayacam,  bütün  Avropanı 
bura tökəcəm. 
Rəis hövsələsini zorla basdı: 
-  Yaxşı,  yekə-yekə  danışma.  İqtidarın  işi-gücü 
yoxdu,  elə  düşüb  sizin dalınıza.  Avropa, yox  bir  BMT?! 
Biz  Qrossun  sözüylə  işləmirik  ey,  qanunlarla  işləyirik,  - 
deyə  stolun  üstündəki  məcəllələri  göstərdi,  -  Bu  dəqiqə 
hər şeyi ayırd edərik. Sizi döyüb, qanun necə tələb edirsə, 
downloaded from KitabYurdu.org


 
 
195 
elə də cəzasını alacaq. İndi ifadələrinizi alarlar, sonra sizi 
həkimə apararlar. 
Rəis müstəntiqi çağırdı: 
-  Hələlik  bunların  ifadəsini  al,  denən  onu  da 
gətirsinlər. Siz də əl-üzünüzü yuyun, özünüzü bir səliqəyə 
salın. Kişi dalaşar də. Döyər də, döyülər də. 
Üz-gözü İt Gününə düşmüş: 
- Rəis, bəs həkim? 
- Dedim də, eşitdiniz, indi çağırarlar. Siz hələ gedin 
ifadələrinizi verin. 
Baş İdarədən zəng elədilər. 
- Deyir səndə çepe olub? 
- Elə bir şey deyil, adi davadı. Çayxanada bir nəfər 
üç adamı döyüb, uşaqlar da tutub gətiriblər. 
- Ə, nə adam?! Yurnalistdilər ey! Biri də Avropanı 
suyoluna  döndərəndi.  Bir  az  əvvəl  Ombudsman  zəng 
eləmişdi. Ciddi məşğul ol. Özləri ilə də yumşaq danış. O 
Avropanı suyoluna döndərəndən də lap ehtiyatlı ol, yoxsa 
bütün Avropanı ayağa qaldıracaq, zəhləmizi tökəcəklər. 
- Onu mən də tanıyıram. Bütün günü 
 Yerevanda,  Xankəndində  sülənir.  Təpəsinin  gülləsi 
əskikdi. 
- Nə yeyib, özü bilər. Sənə deyirəm diqqətli ol. 
- Baş üstə! Narahat olmayın, yoluna qoyacam. 
Yurnalistləri  döyəni  gətirdilər,  ortaboylu,  caydağ 
bir  adamıydı,  ilan  kimi  soyuq  baxışları  vardı,  üz-
downloaded from KitabYurdu.org


 
 
196 
gözündən  bir  etinasızlıq  tökülürdü,  elə  bil  dünya  vecinə 
deyildi. Hiss olunurdu ki, çox bərkə-boşa düşüb. 
Rəis: 
- Əyləşin. Çay gətirsinlər? 
-  Sağ  olun.  Müavininizin  otağında  içmişəm,- 
gülümsədi,- mən polisi bu qədər mehriban bilmirdim. 
-  İndi  danışın  görüm  nə  baş  verib,  dava  nə  üstə 
olub? 
-  Rəis,  heç  nə  üstə.  Xoşuma  gəlmədilər,  mən  də 
döydüm. 
- Kim xoşunuza gəlməsə döyürsüz? 
- Hərdən olur. 
- Bəlkə bir az ciddi danışaq? 
- Rəis, mən həmişə ciddi danışıram. Çox danışmağı 
da sevmirəm. Yenə deyirəm, xoşuma gəlmədilər, mən də 
döydüm. 
- Bilirsiz ki, buna görə sizi azı yeddi il iş gözləyir? 
- Bilirəm. Üstümdə resedivist adı var. Lap on il də 
verə bilərlər. Nə olar gedib çəkərik. 
- Ola bilməz ki, siz bunu bilə-bilə, adi bir şey üstə 
dava salıb gedib yeddi-səkkiz il yatmağa razı olasınız. 
- Rəis, mən  müstəntiqə verdiyim ifadədə də beləcə 
demişəm. Ayrı bir deyəcəyim yoxdu. 
-  Qulaq  asın,  siz  cavan  adam  deyilsiniz,  qətiyyən 
boş  yerdən  dava  salan  adama  da  oxşamırsınız.  Görüb-
götürmüş,  ağır  adama  oxşayırsınız.  Mütləq  bir  səbəbi 
downloaded from KitabYurdu.org


 
 
197 
var.Bir  də  mənim  üçün  çox  maraqlıdı,  qaça  biləcəyiniz 
halda  qaçmamısınız.  Niyə?  Koroğlu  deyib  igidlik  ondu, 
doqquzu qaçmaqlıqdı. 
-  Mən  qaçmağı  igidlik  sayan  koroğluların  nəvəsi 
deyiləm. 
- İyirmi il nə üstə yatmısınız? 
-  Rəis,  görürəm  yaxşı  oğlana  oxşayırsız.  Nə 
özünüzü  yorun,  nə  məni.  Hamısı  qarşınızdakı  sənəddə 
yazılıb. 
Rəis  müstəntiqin  aldığı  ifadəni  yaxına  çəkib 
oxumağa  başladı.  Ad-familinə,  doğum  yerinə  gözləri 
sataşanda duruxdu, başını qaldırıb diqqətlə qarşısındakına 
baxdı, sonra bir də oxudu... 
...  Bir  şəhərdə  doğulmuşdular,  bir  məktəbdə 
oxumuşdular.  Onun  idman  çantasını  daşımaq  üstündə 
sinif  yoldaşlarıyla  o  qədər  tutaşmışdı  ki.  Bu  çantanı 
daşımaq kimin bəxtinə düşsə yaşıdlarına fors edərdi. O da 
bu  çantanı  çox  daşımışdı  və  o  da  bu  çantanı  daşımaqla 
yaşıdlarına  çox  fors  etmişdi.  İmarətdəki  stadionda 
dostlarıyla  qapının  dalında  durub  onun  vurduğu  topların 
dalınca çox qaçmışdı. 
...  Aradan  uzun  illər  keçmişdi.  Vaxtilə  çantasını 
daşımaqla  fors  etdiyi,  qızların  dərdindən  dəli  olduğu  o 
mehriban, o gülərüz oğlandan əsər-əlamət qalmamışdı. Və 
bu uzun illər onun üz-gözünə, saçlarına, alnının qırışlarına 
downloaded from KitabYurdu.org


 
 
198 
əməlli-başlı  əl  gəzdirmişdi,  amma  təkcə  onun  gözlərinə 
gücü çatmamışdı, gözlərindən tanıdı. 
Rəisin  sir-sifəti  dəyişdi,  doluxsunmuş  halda 
protokolu  kənara  itələdi,  kreslosundan  qalxıb  ona 
yaxınlaşdı və qucaqladı: 
- Komandir! 
Quruyub qaldı: 
- Nə? 
-  Sən  Komandirsən!  Tanıdım  səni,  Komandir! 
Bağışla, gec tanıdım. Bağışla, Komandir! 
Çaşqın-çaşqın soruşdu: 
- Sən kimsən? 
- Yadınıza düşmərəm. Bir məktəb 
də  oxumuşuq.  Siz  bizdən  dörd-beş  sinif  yuxarı 
oxuyurdunuz.  Onda  sizə  Kapitan  deyirdilər,  müharibədə 
Komandir oldunuz. Futbola gedəndə o qədər sizin idman 
çantanızı  daşımışamkı!  Məktəbdə  hamı  sizdən  qorxurdu. 
Bir  dəfə  bizim  məktəbin  qızlarına  söz  atdıqlarına  görə 
bazarın  qabağında  iki  oğlanı  möhkəm  döydüyünüz  də 
yadımdadı.  Siz  tutulanda  məktəbdəki  qızların  hamısı 
ağlayırdı, elə müəllimlər də. 
Rəis  o  qədər  doğma  danışırdı  ki!  Orta  məktəbi 
gözünün  qabağına  gətirdi,  amma  nə  illah  elədi  Rəisi 
yadına sala bilmədi. 
- Kimin oğlusuz? 
- At Belində Olan Adamın. 
downloaded from KitabYurdu.org


 
 
199 
...  At  Belində  Olan  Adamı  başdan-ayağa  deyil, 
ayaqdan-başa  süzdü,  sonra  xayxırdı,  özünü  onun  sifətinə 
tüpürməkdən zorla saxladı və tüpürdü yerə: 
-  Ə,  sən  nə  cındır  adamsan,  ə!  Bakıdan  gələnlərin 
dalın yuyursan, özününkünə beş manat qıymırsan?! 
Drakonun əlindən zorla qurtulmuş At Belində Olan 
Adam  indi  yenidən  qırx  arşın  quyunun  dibinə  düşdü, 
özünə bəraət qazandırmaq istədi: 
-  Komandir!  Seyid  Lazım  ağanın  cəddi  haqqı 
bilməmişəm.  Hər  gün  o  gəlir  pul  ver,  bu  gəlir  pul  ver. 
Mən köpəyoğlu nə bilim kim kimdi. Mənə demədilər ki, 
siz istəyirsiniz. 
Komandir gördü ki, əsəbləri onu dalınca sürükləyir 
və  belə  getsə  əlindən  xəta  çıxa  bilər,  onsuz  da  adları 
bədnam  idi,  hökumət  haqlarında  gündə  yüz  şayiə 
buraxırdı. 
İndi  Drakon  yenə  hökumətin  əlinə  dəstəvuz 
vermişdi.  Hökumət  birinin  üstünə  beşini  qoyub  bütün 
şəhərə  yayacaqdı  ki,  At  Belində  Olan  Adamı  aparıb 
batalyonda döyüblər, pulunu əlindən alıblar, day nə bilim 
nə. İndi Komandirin gözünün qabağına bu gəlirdi, yoxsa 
elə  məmnuniyyətlə  özü  onun  şalvarını  çıxartdırıb  başına 
geyindirərdi. Hövsələsini basdı: 
- Atın bunu bayıra! 
Uşaqlar bir andaca At Belində Olan Adamı itbusdu 
eləyib darvazadan bayıra tulladılar... 
downloaded from KitabYurdu.org


 
 
200 
...Və  Komandir  indi  gördü  ki,  bir  az  əvvəl 
kövrələrək  onu  bağrına  basan  elə  At  Belində  Olan 
Adamdı, amma çox cavandı. 
Rəis Komandiri bir də bağrına basdı: 

Haqqınızda 
qəzetlərdə 
çox 
oxumuşam. 
Məhkəmənizdən  də  çox  yazdılar.  Atam  da  sizin 
haqqınızda  çox  danışıb.  Hətta  bir  dəfə  atamı  ölümdən 
qurtarmısınız. 
- Yadımda deyil. Həm də onlar keçmişdə qalıb. 
-  Yox,  yox,  heç  nə  keçmişdə  qalmayıb.  Siz 
deməsəz də mən indi bildim ki, o erməni yengəsini niyə 
döymüsüz. Görürsüz də, Komandir. Sovet hökuməti vaxtı 
belələrini  ya  güllələyərdilər,  ya  da  Sibirdə  çürüdərdilər. 
Amma  biz  qıllarına  belə  toxuna  bilmirik.  Avropa 
tumanını  keçirir  başına.  Bayaqdan  Avropada  yer 
qalmayıb zəng eləməsinlər. Nə isə. Avropa da qələt edir, 
onlar da. 
Rəis yerinə qayıdıb telefonu götürdü: 
-  Hadisəni  kitaba  vurmusunuz?  Lap  yaxşı.  Hələ 
vurmayın,  vurmaq  lazım  olsa  deyərəm.  Maşını  da  çəkin 
qapıya, çıxıram. Müavin gəlsin içəri. 
At  Belində  Olan  Adamın  at  belindəki  oğlunun  bu 
gözlənilməz  hərəkətləri  Komandiri  necə  çaşdırmışdısa 
bilmirdi nə desin, nə etsin, işin sonunu gözləyirdi. 
Müavin girdi içəri: 
- Eşidirəm, Rəis. 
downloaded from KitabYurdu.org


 
 
201 
- Ala bu açarları,o seyfi aç, on min dollar götür, ver 
o  dəyyuslara.  Aparatlarını  da  alsınlar,  qalanını  da  öz 
aralarında bölsünlər. Denən şikayətlərini geri götürsünlər. 
Razı  olmasalar,  həkim  çağır,  yazsınlar  ki,  içkilidirlər, 
ağsaqqal  bir  adamı  da  döyüblər.  Onsuz  da  şahid  yoxdu. 
Qoy getsinlər nə bilirlər eləsinlər. Strasburqa yox ey, lap 
Buşa şikayət etsinlər. 
Eşitdiklərinə inanmadı, bu doğrudanmı  At  Belində 
Olan  Adamın  oğludu?!  Doğrudanmı  vaxtilə  Musanın 
ayaqları kəsilmiş anasına min manat qıymayan bir adamın 
oğlu indi onu həbsdən qurtarmaq üçün on min dollarından 
keçirdi?! 
Amma  Komandir  Rəisin  son  sözlərini  qəbul 
eləmədi: 
-  Rəis,  sağ  olun.  Sizi  başa  düşürəm,  mənə  kömək 
eləmək  istəyirsiz.  Amma  on  il  də  yataram,  döyülmək 
sözünü üstümə götürmərəm. Mən onları döymüşəm. 
- Komandir, döymüsüz, lap yaxşı eləmisiz. Mən də 
sizi buraxıram. Mən sizi tuta bilmərəm. Camaat mənə nə 
deyər?  Hələ  atam!  Üzümə  tüpürər.  İndi  durun.  Durun 
görüm. 
- Hara? 
-  Necə  yəni  hara?  Bizə!  Heç  bilirsiz  atam  sizi 
görəndə nə qədər sevinəcək! 
Amma Komandir getmədi: 
downloaded from KitabYurdu.org


 
 
202 
-  Sağ  olun,  Rəis.  Atanıza  salam  deyərsiz.  Gecdi. 
Ayrı vaxt görüşərik. Mən rayona getməliydim, bu hadisə 
oldu, qaldım. 
- Xahiş edirəm! 
-  Söz  verirəm,  ayrı  vaxt  gedərik.  İndi  icazə  versəz 
mən gedərdim. 
Rəis cibindən bir kart çıxartdı: 
-  Onda  bunu  götürün.  Burda  mənim  telefonlarım 
yazılıb.  Nə  lazım  olsa,  nə  vaxt  istəsəz,  lap  gecə  saat  iki 
olsun,  zəng  eləyin.  Elə  bilin  balaca  qardaşınıza  zəng 
edirsiz. 
Komandir kartı aldı: 
- Eləyərəm. 
-  Gözləyəcəm  ha.  Atam  da  gözləyəcək.  İndi 
doğrudan rayona gedirsiz? 
- Doğrudan. 
Endilər aşağı. Rəis bir nəfəri çağırdı. 
- Eşidirəm, Rəis. 
-  Sən  belə  elə,  Komandiri  aparırsan  rayona.  Onun 
ixtiyarındasan. 
- Baş üstə, Rəis! 
Komandir etiraz elədi: 
-  Lazım  deyil,  Rəis.  Özüm  bir  maşına  oturub 
gedəcəm. 
Rəis az qala yalvardı: 
- Komandir, məni sındırma. 
downloaded from KitabYurdu.org


 
 
203 
Rəislə idarədən çıxdılar. 
Komandir  gördü  ki,  bayaq  onu  rayona  aparacaq 
Əsgər  Köynəkli  Sürücü  idarənin  qabağında  var-gəl  edir, 
təəccüblə soruşdu: 
- Sən burda nə gəzirsən? 
- Necə yəni nə gəzirsən?! Səni gözləyirəm! 
- Məni? 
-  Bəs  kimi?  Demirdin  rayona  gedəcəyik.  Belə 
kişilik olar ki, səni qoyum gedim?! 
Komandir güldü: 
- Rəis, görürsüz də maşınım da hazırdı. 
Rəis: 
-  Nə  deyirəm  ki,  yaxşı  yol.  Amma  qayıdanda 
mütləq məni tapın ha, gözləyəcəm. 
Maşına oturub şüşəni yendirdi və soruşdu: 
-  Rəis,  siz  doğrudan  At  Belində  Olan  Adamın 
oğlusuz?! 
Rəis elə sadəlövcəsinə and içdi ki: 
- Vallah, hə! 
*** 
Gecə  yuxusuz qaldığından  bütün  yolboyu  maşında 
yatdı.  Əsgər  Köynəkli  Sürücü  yolun  belini  qırmaq  üçün 
söhbətdən  ötrü  ölsə  də  onu  oyatmağa  qıymadı.  Nəhayət, 
mənzil başına çatdılar, burdan o yana yol yox idi, burdan 
o yana yolun belini həqiqətən qırmışdılar... 
downloaded from KitabYurdu.org


 
 
204 
Əsgər  Köynəkli  Sürücü  onu  oyatmağa  məcbur 
oldu: 
- Əmi, ay əmi! 
- Deyəsən bərk yatmışdım. 
- Hə, elə şirin yatmışdız, oyatmağa ürəyim gəlmədi. 
Yol qurtarmasaydı heç oyatmayacaqdım. 
Maşından düşdülər. 
- Yaxşı, dostum, sən burdan qayıt. 
- Bəs sən? 
- Mən burda qalacam, hələ işim var. 
- Bəlkə gözləyim? Sonra gedək bizə. Evimiz burda, 
yaxındadı, Çadır Şəhərində. 
-  Yox,  sağ  ol.  Onsuz  da  bu  gün  sənə  çox  əziyyət 
verdim,- dedi Komandir və əlini cibinə salıb pul çıxartdı, 
- Mən qiyməti bilmirəm, nə qədər lazımdı götür. 
- Nə danışırsan, əmi, pul nədi?! Sən içəridə olanda 
şöbənin  qabağında  polislər  səndən  danışırdılar.  Mən  də 
sənin  adını  eşitmişəm.  Böyüklər  çayxanada  sənin 
haqqında  çox  danışırdılar,  elə  indi  də  danışırlar.  Mənim 
atam da şəhid olub, bəlkə tanıyırdız, adı Cəmil idi. 
Komandir ha  fikirləşdi,  belə  bir  adamı  yadına  sala 
bilmədi,  amma  bu  cavanın  könlünü  də  sındırmaq 
istəmədi: 
- Tanıyırdım. Çox qeyrətli döyüşçüydü. 
Əsgər Köynəkli Sürücü elə sevindi ki, Komandir öz 
şirin yalanıyla bu cavanı sevindirməyindən çox xoş oldu. 
downloaded from KitabYurdu.org


 
 
205 
-  Əmi,  mənim  atam  doğrudan  özünü  tankın  altına 
atıb? 
- Hə, oğul. 
- Deyirdilər inanmırdım, indi inandım. 
Əsgər  Köynəkli  Sürücü  o  qədər  xoşbəxt  oldu  ki  - 
atası özünü tankın altına atmışdı. 
- Nə deyirsən, əmi, gözləyim gedək bizə? 
- Yox, sən get. 
Əsgər  Köynəkli  Sürücü bir kağıza telefon  nömrəsi 
yazıb verdi Komandirə: 
-  Əmi,  bu  mənim  telefonumdu.  Nə  vaxt  maşın 
lazım  olsa,  zəng  elə.  Atamın  adı  haqqı,  pul-zad  lazım 
deyil. 
- Zəng eləyərəm. 
Əsgər  Köynəkli  Sürücü  Komandiri  atasını  bağrına 
basırmış kimi bağrına basdı, öpdü və sağollaşıb getdi. 
Dünyanın  Ən  Varlı  Şəhərinin  beş  addımlığında 
yolun  ortasına  dərin  bir  xəndək  atmışdılar.  Əgər  bu 
xəndək  son  idisə  -  bəs  niyə  xəndəkdən  o  üzdə  qoyun 
otaranlar, yer əkənlər, ot daşıyanlar heç nə olmamış kimi 
öz işindəydilər. 
Və  bir  zamanlar  dünyanın  ən  işlək  yolunun 
xəndəkdən  o  üzünü  ot  basmışdı.  Əlini  uzatsa  şəhərə 
çatardı. Amma heç kəs əl uzatsa əlləri çatacaq bu şəhərə 
bu  neçə  ildə  əl  uzatmaq  fikrinə  düşməmişdi.  Neçə  iliydi 
bu  şəhərin  bir  əl  məsafəsindəki  alaçıqlarda,  kərpic 
downloaded from KitabYurdu.org


 
 
206 
daxmalarda  vaxtilə  paytaxtlarına  bayraq  sancdıqları 
nemeslərdən  yardım  gözləyə-gözləyə,  axşamlar  da 
televizorlarda  Rodrigesin  qayınanasının  iztirablarını 
özlərinə  dərd  edə-edə,  arada  da  bir  qoyun  əti  yeyə-yeyə 
yaşamağa  alışmışdılar.  Və  bu  alışqanlıq  onları  elə 
mütiləşdirmişdi  ki,  ağıllarına  gəlmirdi  ki,  bir  səhər 
yerlərindən  qalxıb  heç  əl-üzlərini  yumadan  bu  xəndəyi 
atlayıb  əl  boyda  məsafəni  keçə  bilərlər,  ev-eşiklərinə, 
qəbristanlıqlarına gedə bilərlər. 
Vaxtilə  əliyalın  ölümə  gedən  oğulların  hamısı 
qırılıb  qurtarıbmı?!  Atalar  day  Drakon  əkmirlərmi?! 
Analar day Pələng doğmurlarmı?! 
Atlanıb  xəndəyi  keçdi.  Ot  basmış  yolla  üz  tutdu 
Dünyanın  Ən  Varlı  Şəhərinə.  Əlini-qolunu  sallayıb 
gedirdi. 
Bir  az  aralıda  qoyun-quzu  otaran  13-14  yaşlı  bir 
uşaq onu səslədi: 
- Əmi, ay əmi! 
- ... 
- Əmi! Ay əmi! Əmi! 
Dayandı: 
- Nədi, ay oğul? 
- Əmi, o tərəfə getmə! 
- Niyə, oğul? 
- Oralar ermənilərindi! 
downloaded from KitabYurdu.org


 
 
207 
Oralar ermənilərindi! Oralar ermənilərindi! Söz onu 
qəfil  it  kimi  tutdu.  Bu  uşağa  evdə  böyükləri  deyiblər  ki, 
oralara  getmə,  oralar  ermənilərindi.  Və  uşaq  da  elə  bilir 
ki, oralar doğrudan da ermənilərindi. 
- Qorxma, oğul! 
-  Getmə,  əmi.  Srağagün  orda  bir  əsgərimizi 
vurdular. 
- Başa düşdüm, oğul. 
Yenə  əlini-qolunu  sallayıb  düzəldi  yola.  Qarşısına 
bir  xəndək  də  çıxdı.  Gördü  ki,  bu  xəndək  o  xəndəkdən 
deyil,  səngərdi.  Başa  düşdü  ki,  day  onun  üçün  də  yol 
qurtardı. Gördü ürəyi istəsə də ayaqları getmir. Özünü bu 
qədər  alçalmış  və  təhqir  olunmuş  hiss  etməmişdi.  Özü 
özündən  utandı,  xəcalət  çəkdi,  əlləri  ilə  başını  tutub 
oturdu xəndəyin üstündə. 
İnsanı  hər  an  öldürə  biləcək  bu  ağrılarla  əl  uzatsa 
çatacaq  Dünyanın  Ən  Varlı  Şəhərinin  əl  boyda 
məsafəsində dayanmışdı. Bu şəhərin minlərlə şəhidindən - 
ölüb  canlarını  qurban  verdikləri  şəhərin  öldüyündən 
xəbərsiz  xoşbəxtlərdən  biri  ola  bilməməsi  onu  yandırdı. 
Tanrı  hansı  günahına  görəsə  bu  xoşbəxtliyi  də  ona  çox 
görmüşdü.  İndi  o  qədər  aciz  idi  ki,  əl  uzatsa  çatacaq 
şəhərə  Çadır  şəhərlərində  yaşayanlar  kimi  əl  uzatmağa 
qüdrəti çatmırdı. Elə beləcə əzizinin cəsədi ortalıqda qalıb 
qurd-quşun  yeminə  çevrilən  adamlar  kimi  əl  uzatsa 
çatacaq şəhərə xeyli tamaşa etdi. 
downloaded from KitabYurdu.org


 
 
208 
Etdi, etdi... 
Döndü Bayata, Azər Hüseynin kababxanasına. 
Adamlar  əl  uzatsalar  çatacaq  şəhərin  əl  boyda 
məsafəsində  heç  nə  olmamış  kimi  öz  keflərindəydilər, 
yeyib-içirdilər.  Hardansa  başlarında  ikibaşlıq  papaq 
gəzdirən  aşıqlar  da  tökülüb  gəlmişdilər,  hər  süfrənin 
başında biri oxuyurdu. 
- Bəlkə bu yerlərə bir də gəlmədim... 
- Meşəbəyi, meşəbəyi, meşəbəyi... 
- Çal oynasın Əjdər əmi... 
- Ağdam bir gözümdü, Bərdə bir gözüm... 
Biri  Məmməd  Arazdan,  biri  Hüseyn  Arifdən,  biri 
Dədə Şəmşirdən oxuyan aşıqların dediyi sözlər heç kimin 
tükünü  də  ürpətmirdi,  çünki  qulaq  asmırdılar.  Hərdən 
səndərləyə-səndərləyə  “Bəlkə  bu  yerlərə  bir  də 
gəlmədim” oxuyan aşıqların cibinə pul basır, lap keflilər 
isə aşığı qucaqlayıb o üzündən- bu üzündən öpürdülər: 
-  Ə,  o  Meşəbəyini  bir  də  oxu.  Can,  Meşəbəyi,  can 
xala... 
Bir  də  bu  yerlərə  gələ  biləcəyinə  inanmayan 
şairdən,  Meşəbəyinin  göz  vurduğu  xaladan,  bir  gözü 
Ağdam,  bir  gözü  Bərdə  olan  boşboğazdan  uzaq  olmaq 
üçün  kababxananın  lap  aşağısındakı  çinarın  altında 
dayanıb xörəkpaylayanı çağırdı: 
- Oğul, ordan bir stol tap gətir. 
downloaded from KitabYurdu.org


 
 
209 
Dərhal  stol-stul  gətirdilər,  stolun  üstünə  səliqəylə 
süfrə saldılar. 
- Nə yeyəcəksiz? 
- Hələ bir stəkan çay gətir. 
Onun  çaydan  başqa  heç  nə  sifariş  verməməsindən 
Xörəkpaylayan  bərk  dilxor  oldu,  amma  diqqətlə  ona 
baxdı. 
O isə bu baxışlardan xoşlanmadı: 
- Nədi ay oğul, xoşuna gəlmədim? 
- Allah eləməsin, dayı. Sizi bir nəfərə oxşatdım. 
- Hər kimə oxşadırsansa səhv eləyirsən. 
- Bağışlayın. 
- Bağışladım. 
Xörəkpaylayan  getdi,  tez  də  qayıtdı,  stolun  üstünə 
çay  qoydu,  mürəbbə  qoydu,  limon  qoydu  və  yenə 
ehtiyatla dedi: 
- Dayı, inciməsən bir söz soruşardım. 
- Ay oğul, sən nə zircih adamsan, get işinlə məşğul 
ol. 
Aşıqlar özlərini öldürürdülər: 
- Bəlkə bu yerlərə bir də gəlmədim... 
- Ağdam bir gözümdü, Bərdə bir gözüm... 
- Qarabağ, can Qarabağ... 
 
Sağlıq deyənlər özlərini öldürürdülər: 
-  Gün  o  gün  olsun  Şuşada,  Cıdır  düzündə  yeyib-
içək... 
downloaded from KitabYurdu.org


 
 
210 
- Yaxşı dostların sağlığına... 
Bir  nəfər  aşığa  ən  çox  pul  verəni  duz  kimi 
yalayırdı: 
- Sənin sağlığına, Qarabağda səndən qeyrətli oğlan 
yoxdu... 
O da xoşhallanır, forsla o biri stollara baxırdı. 
Komandir  gördü  özünü  çox  pis  hiss  edir,  çayı 
itələdi  bir  kənara,  qalxdı  ayağa  və  yendi  kababxananın 
altındakı kəhrizə. Çəkib torpağın ciyərini çıxaran artezian 
quyuları  bütün  kəhrizləri  qurutsa  da  Həmidə  xanımın 
vurdurduğu  bu  kəhrizi  quruda  bilməmişdi.  İmkanlı 
adamlar  artezian  quyularının  quruda  bilmədiyi  bu 
kəhrizdən su daşıtdırırdılar. 
Əvvəl-əvvəl ağzını kəhrizin gözünə dayayıb neçə il 
həsrətini  çəkdiyi,  az  qala  dadını  unutmaqda  olduğu  bal 
kimi  sudan içdi. Sonra  əl-üzünü  möhkəm-möhkəm  yudu, 
amma  bu  o  qədər  də  ləzzət  eləmədi.  Soyunub  girdi 
kəhrizin  göz  yaşı  kimi  təmiz,  bumbuz  suyuna.  Gözlərini 
yumdu və xoşbəxt uşaqlığını xatırlamaq istədi... 
...  Tez-tez  qaçıb  gəlirdilər  bura.  Bu  göz  yaşı  kimi 
təmiz, bu bumbuz suda çimişməkdən doymazdılar. Onda 
onların  özləri  də  göz  yaşı  kimiydilər,  amma  bumbuz 
deyildilər,  od-alovuydular,  təzə-təzə  qızların  ürəklərini 
yandırıb-yaxan  vaxtlarıydı.  Kəhrizin  dərinliklərinə 
üzməkdən  xüsusi  ləzzət  alardılar.  Dərinliyə  üzdükcə  su 
daha  şirinləşər,  daha  durular  və  bir  az  da  buzlaşardı.  Və 
downloaded from KitabYurdu.org


 
 
211 
kəhrizin dərinlikləri göyərçin yuvalarıyla dolu olardı, əlini 
at,  tut.  Amma  bu  göyərçinlərə  toxunmazdılar,  nənələri 
həmişə deyərdi ki, göyərçinlər imam qanından yaranıblar. 
Ən  çox  sevdikləri  isə  kəhrizdəki  balaca,  pırıl-pırıl 
balıqları  əllə tutmaq  idi.  Bəzən  bu  balıqları  tutmaq  üçün 
saatlarla yarışırdılar. Amma heç biri bu yarışda qalib gələ 
bilmirdi. O, uduzmağı sevməsə də və heç vaxt uduzmasa 
da  bu  pırıl-pırıl  balıqlara  həmişə  uduzurdu.  Kinolarda 
qartalların şığıyıb özlərini suya çırparaq balıq çalmalarını 
çox  görmüşdü.  O  da  çox  istəyirdi  qartal  kimi  şığıyıb 
özünü çırpsın suya və heç olmazsa bircə dəfə bu pırıl-pırıl 
balıqlardan  bircəciyini  çalsın.  Amma  çala  bilmirdi.  Bu 
kəhrizdə çimə-çimə, balıqlara uduza-uduza böyüdülər... 
...  Gözlərini  yummuşdu,  onunla bu kəhrizdə çimə-
çimə, pırıl-pırıl balıqlara uduza-uduza böyüyən dostlarını 
xatırlayırdı.  Hamısı  müharibədə  qırılmışdı,  tək  ondan 
başqa.  Sonra  Drakonu  gördü,  Pələngi  gördü,  Gülablı 
yolunda bağırsaqları ağacın budağına dolaşmış və hələ nə 
baş  verdiyini  anlamadan  bağıran  adamı  gördü,  od  tutub 
yanan  şəhəri  gördü  -  gözünü  açdı,  hər  şey  yox  oldu,  bir 
kəhrizin  suyuydu,  bir  özüydü,  bir  də  yanında  qorxusuz-
ürküsüz üzüşən balaca, pırıl-pırıl balıqlar... 
...  Göy  üzü  göy  üzütək  təmiz,  dünya  yamyaşıl, 
hardasa  quzu  otaran  bir  uşaq  Qədir  Rüstəmovu 
yamsılayırdı: 
downloaded from KitabYurdu.org


 
 
212 
-  Qoyubdur  intizarında,  neyçün  gəlməz,  neyçün 
gəlməz... 
Səsi  aləmi  götürmüşdü  başına.  Onlar  da  yamyaşıl 
dünyada,  göy  üzütək  təmiz  göy  üzünün  altında,  quzu 
otaran  uşağın  şipşirin  səsinin  içində  balaca,  pırıl-pırıl 
balıqları tutmaq üçün özlərini öldürürdülər... 
...  Uşaqlıqda  olduğu  kimi  əlini  atdı  və  bu  balaca, 
pırıl-pırıl  balıqlardan  birini  tutsun,  tutdu  da.  Balıq  əlinin 
içində elə çırpınırdı ki, elə bil əlinin içində çırpınan balıq 
yox, ürək idi. Çəkib sudan çıxarmaq istədi, nə illah elədi 
bu  balaca,  bu  pırıl-pırıl  balığa  gücü  çatmadı.  Balıq 
kəhrizin  dərinliyinə  doğru  üzməyə  başladı,  balıq  üzürdü 
və  onu  da  özüylə  çəkib  aparırdı.  Balıq  onu  dərinliyə 
çəkdikcə  su  daha  şirinləşir,  daha  durulur,  bir  az  da 
soyuyurdu.  Neçə  iliydi  bu  şirinliyin,  bu  duruluğun 
həsrətini  çəkdiyindən  indi  ləzzətlə  balığın  arxasınca 
üzürdü. Və heç fərqində də deyildi ki, bu balaca, bu pırıl-
pırıl balıq necə onu öz arxasınca dartıb aparır. 
Birdən  hiss  elədi  ki,  böyür-başında  da  kimlərsə 
üzür, çevrildi - Drakonu gördü, bir balaca, pırıl-pırıl balıq 
da onu ardınca aparırdı. Pələngi gördü - bir balaca, pırıl-
pırıl  balıq  da  onu  ardınca  aparırdı.  Batalyonun  bütün 
uşaqlarını  gördü,  hərəsi  bir  balıq  tutmuşdu  və  tutduqları 
balıqlar da onları öz arxalarınca dartıb aparırdılar. 
Hamısının  üz-gözündə  sevinc  vardı,  hamısı 
arzusuna çatmışdı - hamısı balıq tutmuşdu. 
downloaded from KitabYurdu.org


 
 
213 
Və  Komandir  də,  uşaqlar  da  bir  səs  eşidirdilər... 
Uzaqdan,  lap  uzaqdan,  eyy  lap  uzaqdan  Qədir 
Rüstəmovun səsi gəlirdi: 
- Bu dərənin uzunu, Tanrı qaytar... 
Və balıqlar da onları dartıb bu səsə doğru aparırdı! 
...  Qəflətən  minlərlə  at  ağız-ağıza  verib  necə 
kişnədisə  və  göylər  necə  şaqqıldadısa  çöllər  diksindi, 
ağaclar  diksindi,  çaylar  diksindi,  dağlar  diksindi. 
Şimşəklər  göy  üzünü  parça-parça  elədilər.  Və  göy 
üzündən  də  yuxarıdan  necə  bir  Dolu  başladısa...  camaat 
dik atıldı və sevinclə özünü atdı bayıra... 
1988-2007 
Dünyanın Ən Varlı Şəhəri.  
downloaded from KitabYurdu.org

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin