Aqil abbas



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə4/6
tarix11.01.2022
ölçüsü1,13 Mb.
#51166
növüYazı
1   2   3   4   5   6
[kitabyurdu.org] Aqil Abbas Dolu


partlayan 
iki 
qumbaranın 
vahiməsindən  -  elə  bildilər  səngərə  mərmi  düşdü  -  sağ 
qalan ermənilər cəsədlərin havada uçduğu səngərdən çıxıb 
geri  qaçmağa  başladılar.  Və  qarşılarında  gözlərindən 
qıpqırmızı qan axan Drakonu gördülər. Avtomatlar işlədi. 
Drakon  isə  yalnız  əlləriylə  qana  boyanmış  üzünü 
güllələrdən qorumağa çalışdı və: 
- Ay... 
Drakonun  çiynindəki  mələklər  gördü  ki,  güllələr 
onu son anda  anasını  çağırmağa  qoymayacaqlar, özlərini 
atdılar güllələrin qabağına. Güllələr mələkləri deşik-deşik 
elədi,  amma  bu  bir  an  kifayət  elədi  ki,  Drakon  anasını 
çağırsın... 
... ana... 
Yaratdığı 
dünyanı 
onun 
iradəsi 
əleyhinə 
məhvərindən  çıxarmış  insanlara  qəzəblənən  Tanrı 
yorulmuşdu.  Müharibədə  qırılan  bu  günahsız  cavanlar 
kimi  o  da  vaxtından  əvvəl  qocalmışdı.  Qibləsini  azmış 
downloaded from KitabYurdu.org


 
 
127 
insanların  üzünü  yenidən  qibləyə  çevirmək  üçün  bir 
peyğəmbərə  ehtiyac  olduğunu  görmüşdü.  Və  bu 
peyğəmbəri  tapmaq  ümidiylə  yer  üzünə  göndərdiyi 
mələklər  dünyanın  altını  üstünə  çevirsələr  də  Tanrının 
istədiyini  tapa  bilməmişdilər.  Tanrının  da  yanına  əliboş 
qayıtmağa  qorxurdular.  Birdən  göy  üzü  kimi  təmiz, 
Zəmzəm  suyu  kimi  saf,  göz  yaşı  kimi  dupduru  bir  səs 
eşitmişdilər. Bu səsi sahibinin qanından, ruhundan soyub 
Tanrıya hədiyyə gətirmişdilər. Və artıq öz yaratdıqları ilə 
bacara  bilməyən  Tanrı  qəzəbini  soyutmaq,  bir  az 
yorğunluğunu  çıxarmaq  istəyəndə  Qədir  Rüstəmovun 
səsinə  qulaq  asırdı.  Bu  səs  onu  qoymurdu  ki,  insanları 
məhşərə  çəkib  qiyami-qiyamət  gününü  qursun,  şeytan 
bayram  eləsin.  Və  Qədir  Rüstəmovun  səsi  ruhuna  necə 
işləmişdisə  Yiyəsiz  Övladların  yalvarışlarını  eşitmirdi. 
İndi də eşitməyəcəkdi... 
Qədir  Rüstəmovun  səsi  “ay  ana”  fəryadından 
diksindi və susdu. Və bu an Tanrı da Drakonun fəryadını 
eşitdi.  Və  yaratdığı  bu  şah  əsərin  son  arzusunu  ürəyində 
qoymadı... 
... “Ay ana” sədası bir anda cənnəti silkələdi... 
Drakonun anası bu səsə dik atıldı: 
- Can ana! 
...  Bu  vaxt  Pələngin  bir  parça  göy  üzündə  Tanrını 
axtaran gözləri güclü bir işıq gördü, bir nur gördü - Tanrı 
downloaded from KitabYurdu.org


 
 
128 
Dünyanın bu Ən Gözəl Ölüsünə bir nur kimi, bir işıq kimi 
göründü - və Pələng rahat-rahat gözlərini qapadı... 
... Drakon isə girdi anasının qucağına: 
- Yaman yorulmuşam, ay ana. Qoy bir az yatım. 
-  Yat,  bala,  yat!  Laylay  balam,  a  laylay.  Laylay 
dedim  yatasan,      qızılgülün  içində  şirin  yuxu  tapasan. 
Laylay balam, a laylay... 
...  Drakon  qızıl  qanın  içində  şirin  bir  yuxu 
tapmışdı... 
...  Batalyon  zirvəni  götürmüşdü,  bayrağı  da 
sancmışdı. 
Komandir  Drakonu  basmışdı  bağrına,  balası 
vurulmuş  pələng  kimi  onun  sinəsindəki  hələ  qanı 
qurumamış yaraları yalayırdı. 
Qələbə sevincini bir andaca itirən uşaqlar başlarını 
aşağı  salıb  sakitcə  gözləyirdilər.  Gözləyirdilər  ki,  bu 
illərdə ilk dəfə göz yaşlarını gördükləri Komandir ürəyini 
təmiz  boşaltsın.  Nəhayət,  Komandiri  Drakonun  üstündən 
qaldırdılar və... 
...  qızıl  qanın  içində  şirin  yuxu  tapmış  Drakonu 
qaldırdılar çiyinlərinə... 
Komandir  isə  min  ilin  yorğunu  kimi  arxalarından 
gəlirdi.  Girdilər  meşəyə.  Cığırla  bir  az  getmişdilər  ki, 
dayandılar. 
Komandir səsləndi: 
- Nə oldu? Niyə dayandınız? 
downloaded from KitabYurdu.org


 
 
129 
-  Komandir,  bir  ora  bax!  -  deyə  uşaqlar  ağacların 
birinin  altında  uzanmış  Pələngi  göstərdilər  və  Drakonu 
yerə qoyub ona tərəf yüyürdülər. 
Dünyanın Ən Gözəl Ölüsü - sanki sinəsində lalələr 
açmışdı  -  ağrıdan-acıdan  uzaq,  üz-gözündə  Tanrı  nuru, 
xoşbəxtcəsinə  uyumuşdu,  Drakonun  pencəyi  də  başının 
altında. 
Komandir  heç  nə  deyə  bilmədi,  sadəcə  olaraq  üç-
dörd  saat  öncə  qorxub  qaçdığını  zənn  edərək  söydüyü 
Pələngin  -  Dünyanın  Bu  Ən  Gözəl  Ölüsünün-  ayaqları 
altında dizi üstə düşdü... 
*** 
...  Mağarı  batalyonun  həyətində  qurmuşdular. 
Başdakı  gəbənin  üstündə  də  bir  az  əvvəl  torpağa 
tapşırdıqları  qırılan  oğulların  qırmızı  lentlər  bağlanmış 
şəkilləri asılmışdı - ortada da Drakonla Pələngin. 
Bütün şəhər burdaydı. Ağ Evin möhtərəm qonaqları 
da  təşrif  gətirmişdilər.  Uşaqlar  əvvəlcə  onları  yasa 
buraxmaq istəməmişdilər, Komandir qarşılarını kəsmişdi: 
-  Dəyməyin!  Günahdı!  Yasdan  heç  düşməni  də 
qovmazlar. 
Komandir  yas  sahibi  kimi  oturmuşdu  mağarın 
ağzında, Rəis də yanında. 
Məclisdəkilər  o  qədər  pıçıltıyla  danışırdılar  ki,  elə 
bil bu boyda mağar bomboş idi, arada yalnız çaxmaqların 
çaqqıltısı  gəlirdi,  bir  də  mollanın  “Fatihə”si  eşidilirdi. 
downloaded from KitabYurdu.org


 
 
130 
Molladan  başqa  süfrədəki  çaylara  əl  uzadan  da  yox  idi. 
Çaylar  buğlanıb-buğlanıb  soyuyurdu.  Çayçı  soyumuş 
çayları  dəyişirdi,  amma  yenə  buğlanıb-buğlanıb 
soyuyurdular. 
Sükutu Komandirin qəfil hönkürtüsü pozdu: 
-  Rəis!  Belim  qırıldı,  Rəis!  Bu  niyə  belə  oldu,  ay 
Allah! Niyə belə elədin?! 
Rəis onu sakitləşdirməyə çalışdı: 
-  Ə, yaxşı,  yaxşı!  Özünü ələ  al, yekə kişisən!  Dost 
var, düşmən var! 
-  Rəis,  nə  dost,  nə  düşmən!  Ə,  mən  cəhənnəm  ey, 
bu şəhərin beli qırıldı. 
Bu  vaxt  mağara  qarayaylıqlı  bir  qadın  daxil  oldu, 
kişi məclisinə heç vaxt qadın girmədiyindən hamı çaşdı - 
Pələngin  anası  idi,  əlində  də  bir  çanta.  Dayandı 
Komandirin qarşısında. 
Komandir hönkürtüsünü kəsib yerindən dik qalxdı, 
bütün  mağar  qalxdı.  Qadın  Komandirin  qızarmış 
gözlərinə  baxıb  doluxsundu,  yaylığının  ucuyla  yaşarmış 
gözlərini sildi, sonra əlindəki çantanı qoydu stolun üstünə. 
-  Komandir,  uşaq  bunu  dünən  gecə  gətirmişdi. 
Deyirdi ki, türklər göndəriblər. 
Komandir duruxdu: 
- Kimlər göndərib? 
-  Türklər.  Batalyona  göndəriblər  dedi.  Dedi,  sabah 
verəcəm Komandirə. Belə oldu. Götür. 
downloaded from KitabYurdu.org


 
 
131 
Komandir  çantanın  ağzını  açdı,  təəccüblə  gah 
çantadakı  pullara  baxdı,  gah  Pələngin  anasına,  gah 
mağardakılara - çiyinlərini çəkdi. 
Pələngin anası sonra əlini qoynuna salıb bir bükülü 
də çıxartdı, onu da qoydu stolun üstünə: 
-  Bunu  da  mənə  verib  demişdi  ki,  ölüb-eləsəm 
lazımın  olar.  Nəyimə  lazımdı?  Ala,  bunu  da  götür! 
Göndər  bu  ölən  oğulların  analarına.  -  sonra  üzünü  tutdu 
mağardakılara: - Hamınıza qurban olum! Təki siz salamat 
olun! 
Və mağardan çıxdı. 
Mağara yenə də bir qəbiristanlıq sükutu çökdü, heç 
kim  bu  sükutu  pozmağa  ürək  eləmirdi.  Çaylar  yenə 
soyumuşdu  və  Çayçının  bu  soyumuş  çayları  dəyişməyə 
cəsarəti  çatmırdı,  çiynində  dəsmal  boynunu  büküb 
dayanmışdı mağarın ağzında. 
Və bir anda bütün şəhərə səs yayıldı: 
- Türklər uşaqlara pul göndəriblər... 
- Deyirlər özləri də gəlir... 
-  Di  gedin,  erməni  köpəyuşağı!  Elə  bilirdiniz 
qardaşlarımız bizi  tək qoyacaqlar... 
Və İkinciyə xəbər çatdı ki... 
...  Batalyonun  həyətində  Türkiyənin  bayrağın 
qaldırıblar! 
downloaded from KitabYurdu.org


 
 
132 
...  Batalyonun  həyətində  qaldırılan  isə  Türkiyənin 
bayrağı  deyildi,  Drakonun  Pələngin  qanına  hopmuş 
köynəyiydi... 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin