Aqil abbas


partlatmaq  çox  çətindi.  Bunu  görürən?-  deyə  çiynindəki



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix11.01.2022
ölçüsü1,13 Mb.
#51166
növüYazı
1   2   3   4   5   6
[kitabyurdu.org] Aqil Abbas Dolu


partlatmaq  çox  çətindi.  Bunu  görürən?-  deyə  çiynindəki 
qumbaraatanı göstərdi. 
- Bunu hardan aldın? 
-  Almadım,  meşədən  tapdım.  Bizimkilər  qaçanda 
atıbmış. Heyf ki, bir atımlıqdı. 
- Qorxmursan səni ataram? 
- Yox. 
- Niyə? 
- Əlin qalxmaz! 
- Yaxşı, getdik. Bunu sonra ayırd eləyərik. 
Döyüş çox ağır gedirdi. Komandir tez-tez uşaqlara 
xəbər göndərirdi: 
-  Qeyrətinizə  qurban  olum!  Möhkəm  dayanın! 
Arxamızda ana-bacılarımızdı! 
downloaded from KitabYurdu.org


 
 
115 
Amma  Qeyrət  bədbəxt  oğlu  bədbəxt  neyləsin! 
Qeyrətin gücü pulemyotun, avtomatın güllələri qarşısında 
çox  aciz  idi.  Qeyrət  nə  qədər  özünü  öldürürdü,  gücü 
BMP-nin  gücünə  çatmırdı.  Qeyrətin  gücü  sinəsi  ilə  o 
güllənin,  o  mərminin  qarşısına  sipər  olmağa  çatırdı,  bu 
torpağın  yolund  ölməyə  çatırdı  və  ölürdü.  Və  qeyrət 
sinəsini gərmişdi düşmən gülləsinin qabağına. 
Adətən kinolarda “ura” eləyib alman pulemyotunun 
qabağına  atılmaq  olurdu,  amma  bu  Kinoda  “ura”  eləyib 
erməni pulemyotunun qabağına atılmaq olmurdu. Çünki o 
kinolarda  rejissorlar  “ura”  eləyənin  tərəfindəydilər,  bu 
Kinoda  pulemyot  atanların.  Yüksəkliyə  yaxın  düşmək 
mümkün deyildi. Yerdən baş qaldıran yerində vurulurdu. 
Beempe  də  öz  işindəydi,  qəfil  çıxır,  köməyə  gələn 
texnikalardan  birini  vurur  və  yenə  gizlənirdi.  O  biri 
texnikalar  da  qorxusundan  üzümlüyün  içindən  çıxa 
bilmirdi.  Milislərin  gətirdiyi  minamyotun  da  elə  bir 
köməyi çatmırdı, atanlar çox təcrübəsiz idilər. 
Komandir: 
-  Pələngi  çağırın!  Onun  minamyotdan  yaxşı  başı 
çıxır. 
Amma Pələngi gördüm deyən olmadı. 
- Komandir, Pələng yoxdu. 
- Necə yəni yoxdu? 
- Yoxdu də. Bəlkə qaçıb? 
- Axmaq-axmaq danışmayın. 
downloaded from KitabYurdu.org


 
 
116 
- Vallah, yoxdu. Ya qaçıb, ya da vurublar. 
Elə  bil  Komandirə  güllə  dəydi.  Döyüşdən  qorxulu 
şey  kiminsə  qaçması  idi.  Hətta bircəcə  nəfərin  qaçışı bir 
neçə  nəfərin  ölümündən  betər  idi.  Əslində  bütün 
döyüşlərdə  qəhrəmanlar  iyirmi  faiz  olurdu,  bu  iyirmicə 
faiz  bəs  idi  qələbə  üçün.  Qırx  faiz  isə  bu  iyirmi  faizə 
baxıb döyüşür. Yerdə qalan qırx faiz isə önlərində olan o 
altmış  faizin  hesabına  qeyrətə  gəlirdi.  Amma  bircə  nəfər 
qaçdımı,  bütün  düzən  dağılırdı.  İndi  Pələng  qaçmışdısa, 
düzən dağıla bilərdi. Ona görə də Komandir dedi: 
- Yaxşı, elə eləyin uşaqlar bilməsin. 
Komandir yenə telsizi götürdü: 
- Qatır! Qatır! Eşidirsən? 
Telsizdən Tankçı Vanyanın səsi gəldi: 
- Slışu Komandir! Slışu! 
- Vanya, qırıldıq! 
- Slış, Komandir, jdi! Qırdırma! Çatmışam! 
Komandir məlumat istədi. 
- Ölənlər də var, yaralananlar da. 
-  Yaralıları  görün  ortadan  çıxara  bilirsinizmi? 
Medbrat hardadı? 
-  Bakılılardan  biri  həkimiymiş,  medbratla  işləyir. 
Amma uşaqların birinin vəziyyəti çox ağırdı. 
- Yaralıları mənim maşınımla yollayın şəhərə. 
*** 
downloaded from KitabYurdu.org


 
 
117 
BMP-nin 
gizləndiyi 
yerin 
yüz-yüz 
əlli 
addımlığındaydılar,  burdan  belə  meşə  qurtarırdı, 
yaxınlaşmaq  çətin  idi.  BMP-dəkilər  çox  arxayınıydılar, 
yaxşı da yer seçmişdilər. Bir nəfər buferin üstündə oturub 
siqaret  çəkirdi.  BMP-nin  üstündə  xaç  nişanı  da  yox  idi. 
Bunların 
hamısı 
Xankəndindəki 
366-cı 
polkun 
texnikalarıydı. Verirdilər ermənilərə. Yoxlama gələndə də 
yığırdılar polkun həyətinə ki, buyurun, hamısı burdadı. 
Drakon: 
-  Dörd-beş  belə  beempemiz  olsa  Əsgəranı  çoxdan 
şumlamışdıq. 
Pələng: 
- Şerbak birini iki yüz əlli m 
inə satır, gedib alsınlar dana. 
-  Bizə  min  manat  qıymayan,  iki  yüz  əli  minə 
beempe alacaq?! Davay, işində ol. Vura biləssənmi? 
- Anasın ağladacam. 
Pələng  bir  ağacın  arxasında  yerini  rahatladı. 
Məsafəni  gözəyarı  ölçüb-biçdi,  səhv  etmək  olmazdı. 
Qumbaraatanı  sığallayıb  öpdü.  Adəti  idi,  həmişə  döyüşə 
girəndə silahını oxşayıb öpərdi. 
Bir dəfə bir BPM-ni vurandan sonra sevindiyindən 
çaşıb qumbaraatanı öpmüşdü. Dodaqları necə yanmışdısa, 
ağız-burnu xeyli sarıqlı qalmışdı. 
İndi  onun  qumbaraatanı  öpdüyünü  görən  Drakon 
zarafatla dedi: 
downloaded from KitabYurdu.org


 
 
118 
-  Ə,  o  qız  deyil  ey,  dəmirdi.  Gözlə,  birdən  sonra 
yenə öpərsən. Onda gərək sənə təzə ağız, burun alaq. 
Lazım  olan  anı  gözləməyə  başladı.  Bircəcik 
mərmisi vardı. Və hər şey bu bircəcik mərmidən asılı idi. 
Bircəcik mərmi, bircəcik sərrast atəş... 
Drakon hiss elədi ki, Pələng çox həyəcanlanır: 
-  Özünü  toparla!  Bax  ha,  vura  bilməsən,  səni 
doğrudan öldürəcəm. Tələsmə. Birinci dəfə deyil ki? Mən 
də  getdim  bir  az  yuxarı,  o  daşı  görürsən,  onun  arxasına. 
Mənim  işarəmi  gözlə.  Yenə  deyirəm,  qorxma.  Vura 
bilməsən  mən  həll  edərəm.  Sən  də  məni  qoruyarsan  ki, 
qumbara məsafəsinədək yüyürə bilim, yaxşı? 
Pələng başı ilə işarə elədi ki, yaxşı. 
Drakon  kol-kosun  içiylə  göstərdiyi  qaya  parçasına 
tərəf sürünməyə başladı. 
Drakonun  qaya  parçasına  çatanadək  keçən  beş 
dəqiqə Pələngə bir saat kimi gəldi. Drakon qaya parçasına 
çatdı, avtomatı qoydu yerə, sonra çantasından iki qumbara 
çıxarıb taxdı kəmərinə. Məsafəni ölçdü, qumbaranı atmaq 
üçün  azı  otuz-qırx  addım  qaçmalı  idi.  Hər  anı  bir  il 
çəkəcək  qədər  böyük  məsafəydi.  Gərək  bu  otuz-qırx 
addımda  vurulmayaydı.  Özünü  sakitləşdirdi,  gücünü 
tamam  yığdı,  özünə  tam  arxayın  olandan  sonra  Pələngə 
işarə elədi. 
BMP-ni  Pələngin  gözü  yesə  də,  onu  soyuq  tər 
basmışdı.  Əlindəkinə  çox  güvənmirdi.  Bu  biratımlıq 
downloaded from KitabYurdu.org


 
 
119 
qumbaraatanlar o qədər də etibarlı deyildi, dəfələrlə onları 
pis  vəziyyətdə  qoymuşdu.  Əlinin  arxası  ilə  alnının  tərini 
sildi,  barmağını  qoydu  tətiyə,  BMP-ni  götürdü  nişana, 
amma  atmadı.  Hiss  elədi  ki,  hazır  deyil.  Yenə  də  üz-
gözünün  tərini  sildi,  yenə  barmağını  qoydu  tətiyə, 
dərindən  bir  nəfəs  aldı,  sonra  bütün  nəfəsini  buraxıb  bir 
anlıq dondu və... 
... BMP alovlandı. 
BMP-nin  vurulduğunu  görən  Komandir  sevinclə 
bağırdı: 
- Drakon beempeni vurdu! 
Drakon  geri  sürünməyə  başladı.  Pələng  isə  ağaca 
söykənib  gözünün  yaşını  silirdi.  Sürünə-sürünə  gəlib 
Pələngin  dörd-beş  addımlığına  çatan  Drakon  baş 
barmağını qaldırıb dedi: 
- Kişisən ey! 
Bu vaxt yanan BMP-nin arxasından əli karabinli bir 
erməni çıxdı, dərhal da Drakonun kürəyini nişan aldı. Hər 
şey  bircə  anda  oldu  -  erməninin  yanan  BMP-nin 
arxasından çıxması da, Drakonu nişan alması da, Pələngin 
çığırması  və  özünü  işığa  atılan  ilan  kimi  Drakona  uçan 
gülləyə  atması  da,  güllə  dəymiş  Pələngin  Drakonun 
üstünə düşməsi də. Hər şey bircə anda oldu, bircə anda... 
milyard illik tarixin bircə anında, bircə göz qırpımında... 
downloaded from KitabYurdu.org


 
 
120 
Drakon  güllə  səsinə  geri  çevriləndə  erməni  ikinci 
gülləni  lüləyə  verirdi,  macal  tapmadı,  Drakon  erməniyə 
tərəf bir qatar güllə yolladı... 
Tələm-tələsik 
Pələngi 
meşənin 
dərinliyinə 
sürüməyə başladı. 
Pələng xırıltılı səslə soruşdu: 
- Oğraş məni vurdu? 
- Qorxma, qorxma, boş şeydi. 
BMP-nin  gözlənilmədən  vurulması  erməniləri  çaş-
baş salmışdı. Bir neçəsi yüyürüb gəlmişdi yanan BMP-nin 
yanına, çaşqın halda ətrafa baxırdılar, amma atəşin hardan 
açıldığını  dəqiqləşdirə  bilmirdilər.  Meşəni  atəşə  tutmağa 
başladılar.  Amma  Drakon  cavab  vermədi,  Pələngi  bir  az 
da dərinliyə sürüdü. 
Ermənilər bir-iki daraq boşaltdıqdan sonra gördülər 
cavab  gəlmir,  dayandılar,  meşəyə  girməyə  ürək 
eləmədilər, qayıtdılar əvvəlki mövqelərinə. 
Drakon  ermənilərin  onların  ardınca  gəlmədiyinə 
əmin olduqdan sonra dayandı. 
Pələng yenə zarıdı: 
- Oğraş məni vurdu? 
- Ə, dedim ki, qorxma dana! Boş şeydi! 
Pələngi soyundurdu. Güllə sağ döşündən girmişdi. 
Yaranın  ağzını  bağlamaq  üçün  patronun  birinin 
mərmisini  çıxartdı.  Barıtından  bir  azca  tökdü  yaraya  və 
yandırdı.  Pələng  fınxırdı,  sonra  bədəni  titrədi,  titrədi  və 
downloaded from KitabYurdu.org


 
 
121 
sakitləşdi.  Özü  də  soyundu,  köynəyini  çıxartdı  yaranın 
üstünə  basıb  kəməri  ilə  möhkəm-möhkəm  sarıdı,  aldı 
çiyninə.  Amma  bir  az  gedəndən  sonra  yoruldu,  gördü 
gücü çatmır, qoydu yerə ki, bir az nəfəsini dərsin. 
Pələng zəif səslə yenə soruşdu: 
- Denən qardaşımın goru haqqı boş şeydi?! 
-  Qardaşımın  goru  haqqı  boş  şeydi.-  dedi  Drakon, 
sonra bir siqaret yandırıb qoydu Pələngin dodaqlarına. 
Pələng siqaretin bal kimi acı tüstüsünü zorla çəkdi 
ciyərlərinə,  bu  bal  kimi  acı  tüstü  ağrılarının  üstünə  bir 
sığal çəkdi, bir qurtum da aldı. 
Yara  nə  qədər  bərk  sarınsa  da  qan  dayanmırdı, 
gözləmək olmazdı, birtəhər gücünü toplayıb yenidən onu 
belinə aldı, amma Pələng yalvardı: 
-  Qurban  olum,  qoy  yerə,  sinəm  deşilir.  Qoy,  qoy 
yerə. 
Qaytarıb  ehtiyatla  uzatdı  yerə  və  başını  da  qoydu 
dizinin üstünə. 
- Qoyma ölüm, qardaş, qoyma. Ölmək istəmirəm. 
Drakonu  qəhər  boğdu,  udqunaraq  içindən  fınxırıb 
çıxmaq istəyən hıçqırtının qarşısını zorla kəsdi: 
-  Dedim  ki,  qardaşımın  goru  haqqı  boş  şeydi.  Ə, 
mən səni heç belə qorxaq bilmirdim. 
- Ölümdən qorxmuram ey! 
- Bəs onda nə sarsaq-sarsaq danışırsan? 
- Arvadın ürəyi partlayacaq. 
downloaded from KitabYurdu.org


 
 
122 
-  Ə,  sarsaq-sarsaq  danışma.  Bir  az  da  döz  ki,  səni 
həkimə çatdıra bilim. 
Drakon  onu  yenidən  çiyninə  qaldırmaq  istədi, 
amma Pələng yenə qoymadı. 
-  Dəymə!  Qurban  olum,  dəymə!  Deyəsən  ölürəm, 
qoy rahat ölüm. İncitmə! 
Drakon: 
-  Qorxma,  qoymaram  öləsən.  Səni  Əzrayıla 
vermərəm.-  dedi  sonra  onu  toxtatmaq  üçün  zarafata 
salmaq  istədi;  -  İnşallah,  səni  özüm  öldürəcəm.  Özü  də 
bilirsən harda? 
- Bulvarda? 
- Yox, Şuşada, Cıdır düzündə. 
- Şuşada ölsəydim, uf da deməzdim.- Bir az susdu, 
yenidən nəfəsini toplayıb  dilləndi;  -  Görən uşaqlar  postu 
götürdü? 
-  Hə,  götürdülər.  Eşitmirsən  bizim  avtomatların 
səsini? 
- Drakon! 
- Haycan! 
- Sən qardaşıyın goru, məni vuracaqdın? 
Qəhərdən boğulan Drakon onun yarasından öpdü: 
-  Mənim  sənə  əlim  qalxar?!  Özümü  atardım,  səni 
yox! 
- Mən də! Yaman soyuqdu. Üşüyürəm, üstümü ört. 
Drakon pencəyini çıxarıb saldı onun üstünə. 
downloaded from KitabYurdu.org


 
 
123 
Pələngin bədəni soyuqdan tir-tir titrəsə də dodaqları 
od  tutub  yanırdı.  Bu  od  tutub  yanan  dodaqlarını  diliylə 
islatmaq istədi, amma dili yanırdı: 
- Su istəyirəm. 
Yaxınlıqda  bulaq  vardı  və  şəhərdə  istidən 
təntiyəndə  pendir-çörəkdən,  yemiş-qarpızdan  götürüb 
özlərini verirdilər bu bulağın başına. Yemiş-qarpızı, arağı 
doldurardılar  bu  bulağın  buz  kimi  suyuna.  Babat 
vurandan  sonra  bulağın  gözündən  beş  daş  götürməyə 
mərc  çəkərdilər,  hələ  ki,  o  mərci  hər  oğul  udammırdı, 
əlləri necə keyiyirdisə... 
Bir  də  görürdün  kiminsə  maşınının  mühərriki 
qızdırıb yolda qalıb. Belələrinə zarafatla deyərdilər: 
-  Ə,  qardaş,  özünü  ver  Gülablıya,  Soyuqbulağın 
suyundan  doldur,  canın  qurtarsın.  Bax  biz  doldurmuşuq, 
neçə ildi maşınımız qızdırmır. 
- Bu saat gətirirəm. - deyə Drakon getdi bulağa. 
Ağzını  bulağın  gözünə  dirəyib  doyunca  içdi, 
başının tükü də, ayaq barmaqları da suyu hiss elədi. Sonra 
papağını  su  ilə  doldurub  qayıtdı.  Pələngin  sifətində  qan 
qalmamışdı.  Sudan  onun  sir-sifətinə,  sinəsinə  çilədi, 
dodaqlarını islatdı, amma içməyə vermədi. 
 
Pələng yalvardı: 
- Ver içim, onsuz da ölürəm. 
downloaded from KitabYurdu.org


 
 
124 
Drakon  artıq  onun  üz-gözünə  qonmuş  ölümü 
görürdü.  Və  onu  da  görürdü  ki,  Pələngi  ölümün 
pəncəsindən  qopara  bilməyəcək.  Pələngin  başını  bir  az 
qaldırdı və suyu ehtiyatla ona içirtməyə başladı: 
- İç! 
Pələng  suyu  qurtum-qurtum  içdi,  sonra  get-gedə 
sönən bir səslə dedi: 
- Qalanını da tök başıma. 
Drakon  qalan  suyu  da  tökdü  onun  başına,  əslində 
elə bir şey də qalmamışdı. 
-  Həəə...  Məni  bağışla,  Drakon,  sənə  əl  qaldırdım. 
Drakon, anama deyərsən Rəşid Behbudovun papağını da, 
xəncərini  də  versin  sənə.  Sən  də  onu  mənim  adımdan 
oğluna bağışlayarsan. 
- İnşallah, sən özün bağışlayarsan. 
-  Drakon,-  udqundu,  sanki  dilçəyində  ilişib  qalmış 
son sözləri dartıb çıxarırdı;- Heyf... Drakon... 
- Can Drakon! 
- Mən qız görmədim ey... 
Drakon onun başını bərk-bərk sıxdı sinəsinə, amma 
bu  dəfə  dözə  bilmədi,  bayaq  boğazından  qaytardığı 
fınxırtını bu dəfə saxlamağa gücü yetmədi, hönkürdü... 
Və  elə  hönkürdü  ki,  göz  yaşından  bütün  heyfini 
aldı. 
Amma  Pələng  nə  bu  fınxırtını  eşitdi,  nə  də 
Drakonun göz yaşlarını gördü... 
downloaded from KitabYurdu.org


 
 
125 
... Pələng Şuşadaydı... 
Drakon  Pələngi  uzatdı  otların  üstünə.  Gözləri  açıq 
qalmışdı  və  ağacların  başı  üzərindən  görünən  bir  parça 
aydın  və  işıqlı  göyə  baxırdı  -  Drakon  onun  gözlərini 
örtməyə  ürək  eləmədi,  başını  bağrına  basıb  saçlarından 
öpməyə başladı. Xeyli belə oturdu. Pələngin bir az əvvəl 
bir  damla  qan  qalmayan  və  Drakonun  dünən  əzişdirdiyi 
üzü  nura  boyanmışdı,  işıq  saçırdı  -  bu  dəqiqə  Dünyanın 
Ən  Gözəl  Ölüsü onun  qucağındaydı.  O  da  Dünyanın  Bu 
Ən  Gözəl  Ölüsünü  bağrına  basıb  ağlayırdı,  amma 
bəbəklərindən  göz  yaşı  axmırdı,  qan  axırdı,  qıpqırmızı 
qan. 
Amma Pələng nə onun hönkürtüsünü eşidirdi, nə də 
yanaqlarından  axan  qıpqırmızı  qanı  görürdü  -  baxışları 
ağacların  başı  üstündə  görünən  bir  parça  göy  üzünə 
zillənmişdi və o bir parça göy üzündə Tanrını axtarırdı... 
Kipriklərində də iki damla qurumuş göz yaşı vardı... 
Nəhayət,  Drakon  Pələngi  qucağından  yerə  qoydu, 
sonra  pencəyini  onun  üstündən  götürüb  bükdü  və  qoydu 
başının  altına.  Əyilib  son  dəfə  onun  yarasından  öpdü, 
avtomatı  tulladı  bir  kənara.  Qumbaraları  yenidən 
kəmərinə taxıb yuxarı dırmaşmağa başladı. 
BMP  hələ  tüstülənirdi.  Sürünə-sürünə  gəlib  çatdı 
BMP-yə,  bir  az  yorğunluğunu  aldı.  Burdan  səngərə 
qumbara  çatdıra  bilməzdi,  həm  məsafə  uzaq  idi,  həm  də 
qollarında  güc  qalmamışdı,  bir  az  da  yaxınlaşmaq  lazım 
downloaded from KitabYurdu.org


 
 
126 
idi. Ehtiyatla səngərə tərəf sürünməyə başladı. Ermənilər 
güclü  atəş  altında  olduqlarından  başlarını  səngərdən 
çıxara bilmirdilər, Vanyanın tankı işləyirdi. 
Bütün gücünü yığdı, qalxdı ayağa və: 
- Alın, sizin bajınızı... 
Var  gücüylə  qumbaranı  səngərə  qolazladı  və 
ikincini  də  elə  bir  sürətlə  göndərdi  ki,  elə  bil  bu  iki 
qumbara birdən atıldı. 
Eyni 
andaca 
Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin