İkinci kitab
-
Bax.: «Ritorika», I.
-
Burada ikinci kitab nəzərdə tutulur.
-
«İliada», XVIII (hiddət və düşmənçiliyi lənətləyən Axillin sözləri).
-
«İliada», I, 356, IX, 647.
-
«İliada», II, 196, I, 82.
-
Antifont, Afinalı faciə janrında işləyən yazıcı; Sirakuza tiranı Böyük Dionisinin xidmətində olmuş, onun tərəfindən edam edilmişdir. Onun faciələrindən bu günə yalnız ayrı-ayrı parçaları gəlib çatmış, o cümlədən «Meleaqr» faciəsindən bir parça.
Alfeya və Oyneyin oğlu olan Etomeya qəhrəmanı Meleaqr, Kalidoniya qabanını ovlamaqla məşhurlaşmışdı; qaban başını Atalanta övçu-qadına verdi, bununla da iki dayısını Pleksipp və Tokseyi özündən küsdürdü. Nəticədə mübahisə başlandı. Meleaqr bunları öldürəndən sonra kuretlər və etoliyalılar arasında müharibə başlandı. Qəzəblənmiş ana, içində oğlunun canı olan kösövü oda atdı, bununla da onun axırına çıxdı (bax.: «İliada», IX). Ovidinin «Metamorfozalar» əsərində öz oğlunu lənətləmiş və qətlindən sonra vicdan əzabını çəkən ana haqqında təsirli epizod verilir.
Hiddətlənən adamın bir çox bəlaların və pisdurumunun səbəbi olan qəzəbin mahiyyəti hələ Homer dövründən etibarən yunanlıları düşündürürdü. Düşmən qalasının qarşısında axeylərin bir çox bəlaları («İliada») Axillin qəzəbi ilə bağlı olmuşdur (Axillin qeyrətinə Aqamemnon toxunmuşdur). Homer qəzəbin gərginlik dərəcələrini fərqləndirir, buna leksik formalar tapır. Məsələn, coşqun, dağıdıcı qəzəb (mẽnis) dəlilik hədddinə yaxındır, bunu «mainomai» «dəlilik edirəm», menea - «istəyirəm, dəlicəsinə buna can atıram» və yaxud «menos» ismi ilə («güc», «qüvvə») ümumi kökün olmasında görmək olar. Tez yaranan, həm də tez keçən qəzəb (cholos) əslində «od» deməkdir və sözün əsil mənasında ödün dağılması fizioloji prosesi ilə əlaqəsini bildirir. İnsan bu zaman hövsələsiz və həssas olur. Müəyyən təhlükəni gizli qəzəb (cotos) yaradır; belə insan daima qəzəbli olur.
3
-
Bax.: «Odisseya», XIV
Birdən Odisseyi görcək itlər hay-küylə yığışdı,
hürə-hürə özlərini bildirdi,
Odissey onları görcək ehtiyatla tez yerə oturdu,
lakin bu zaman çubuğu əlindən düşdü.
-
Filokrat orator, Demosfenin müasiri və rəqibi, e.ə. 346-cı ildə Makedoniya çarı Filipp ilə imzalanmış sülh müqaviləsinin əsas təşəbbüskarı.
-
Kallisfen və Erqofil – 362-ci ildə xəyanətdə günahlandırılmış və mühakimə edilmiş Afina sərkərdələri.
-
«Odisseya», IX, 504.
-
«İlliada», XXIV, 54.
Axill Hektorun cənazəsini təhqir etdi, bununla da sonuncu tərəfindən öldürülmüş dostu Patröklun əvəzini çıxırdı.
4
-
Hesiod. «İşlər və günlər», 25.
-
Sevgi və düşmənçilik anlayışları yunan fəlsəfəsində kosmoqonik məna daşıyırdı. Empedokla görə, sevgi sferosu, kürəyəbənzər kosmosu birləşdirir, onu bütöv edir. Sevgi, və ya dostluq, və ya Afrodita, - «müəyyən birləşdirici qüvvədir». «Düşmənçilik və sevgi daima insanlar, heyvanlar və quşlar üzərində hakimdir», lakin sfera «öz bütövlülüyündə vüqarlıdır», «sevgi səltənətidir».
5
-
Esxilə görə, ölümün unudulması Prometey tərəfindən insan nəslinə bəxş edilmiş nemətlərindən biri olmuşdur.
-
Qorxu və dəhşət - Fobos və Deymos yunan mifologiyasında iblisanə məxluqları, müharibə allahının (Aresin) silahdaşları olmuşdular («İliada», XIII, 298, XV, 119). Sonra bu adlar poeziyada troplar kimi istifadə olunur (məsələn, Esxilin əsərlərində, o cümlədən «Fivlərə qarşı yeddi cəsur» əsərində).
-
Evripid, «Kresfont» faciəsindən bir parça (bu günə bütöv gəlib çatmayıb).
-
Təfsirçi burada belə izahat verir ki, sirakuzalılar sülhə razılıq verməyəndə Evripid, sülhməramlı elçi olaraq, onları qınadı, dedi ki, birinci müraciətdə «yox» cavabı verməzlər. Ola bilsin ki, bu həkayət Plutarxın təsdiqlədiyi bir fakta əsaslanır: Evripid çox qabiliyyətli adam imiş, onun nüfuzu o qədər böyük olmuşdur ki, Siçiliya yürüşündə (413-cü il) məğbul olmuş afinalıları, Evripidin şerlərini əzbər dedikdə, əsirlikdən azad edir və hətta yedizdiriblər.
-
Bu paraçalanma 439-cu ildə Perikl tərəfindən Samos adasında üsyan yatızdırılandan sonra baş vermişdir. Kidi – az məlum olan şəxsdir (Bax.: Plutarx. «Perikl»).
-
Antifont haqqında bax.: II kitabda 6-cı qeydə. Plutarx söhbət edir ki, Antifont verilən suala sərt cavabından sonra edam edilmişdir (Dionisi, soruşanda ki, hansı mis yaxşıdır? cavab verildi: tiran qatilləri Harmodi və Aristogiton heykəllərinə sərf edilmiş mis).
7
-
Yunanca «phormos» «zənbil, palaz, yük, çörək ölçusu» deməkdir («pher» - «aparıram» deməkdir). Burada nə nəzərdə tutulur, məlum deyil.
8
-
«Poetika» əsərində Aristotelin məşhur faciəvi kataris haqqında ifadəsi qorxu və mərhəmət anlayışları ilə bağlıdır. Qədim teatra gələn tamaşaçı, qəhrəmanın taleyinə can yandıraraq, həmin hisslərdən azad olmalıdır. Aristotel düşünürdü ki, insanda mərhəmət hissini, öz xasiyyəti baxımından tamaşaçıya uyğun gələn, ona oxşayan, müəyyən mənfi cəhətlərinə malik qəhrəman oyada bilər («Poetika», Fəsil 13). Həmin fikir bu fəsildə əzabkeşlik və qəm-qüssə gətirən yaxınlarımızın dərdi-səri haqqındakı fikirlərlə üst-üstə düşür. Nə dərəcədə bu hisslər bizə köməklik edə bilər? Bu sualın da cavabı axtarılır.
Sofistlər (xüsusi olaraq Qorgi) ritorun başqalarda mərhəməti oyatmaq, onu artırmaq qabiliyyətinə fikir verirlər. Natiqlik sənətkarı olan Qorgi üçün dinləyicini öz tərəfinə çəkmək, sözün qüvvəsini onda sınamaq vacib idi. Bu zaman o, eyni dərəcədə gah onda (dinləyicidə) mərhəmət və rəhm, təəssüf hissini oyadır, gah da «qorxunu qovur və qəm-qüssəni məhv edirdi».
-
Bilinmir, Aristotel hansı faktı burada qeyd edir.
-
Bunun haqqında Herodotun hekayəti var, Misir çarın oğlu Amazis – Psammenitin üzərində Fars çarı Kambizin (Kirin oğlu) qələbə çalması haqqında. Psammenit, öz qızını qul geyimində və edam yerinə aparılan oğlunu görcək, güclə özünü həyəcanlanmadan saxladı; lakin dilənən dostunu görərkən, hıçqırtı ilə ağladı. Kambiz, bu barədə verilən suala cavab verdi ki, öz dərdi ağlamaq üçün olduqca vacib səbədir, amma qoca yaşında salamat və firavan həyatı ilə vidalaşıb, yoxsulluqla rastlaşan dostunun dərdi göz yaşına layiqdir. Kambiz bu sözləri eşidəndə, heyrətləndi və Psammenitin oğlunu əfv etməyə hazır olduğunu bildirdi, lakin artıq gecikmişdi.
-
Bax yuxarıda, qeyd 22, yaxınlar və əzizlərə qarşı mərhəmət haqqında.
-
Aristotel «Nikomaxın etika»sında bu cür tərif verir: «hiddət – paxıllıq və bədxahlıq arasında yerləşir; bu mənəvi durum öz yaxınlarımızın düşdüyü müxtəlif vəziyyətlərilə bağlı çəkdiyimiz əzabkeşliyə və həzzalmaya aiddir. Hiddətlənən adam, pis insanların layiq olmadıqları zirvəyə nail olduğunu görəndə iztirab çəkir; paxıl adam bundan da artıq əzab çəkir: yaxınların, tanışların hər bir sevinci onun iztirablarını artırır; bədxah insan nəinki digərinin dərdinə şərik olur, əksinə, sevinc keçirir».
-
«İliada», XI, 543. Söhbət Troya qəhrəmanı, Priam çarın oğlu Hektordan gedir.
10
-
Esxilin bizim günlərə gəlib çatmayan, adı məlum olmayan tragediyadan ifadə.
-
Herkules sütunları – Hibraltar.
-
Bax.: qeyd 13.
12
-
Burada Aristotel ehtirasla (pathos) əxlaqi adətləri (ethos) qarşı-qarşıya qoyur, yəni çox güclü daxili təəssüratlanmanı xasiyyətin sabit durumuna qarşı qoyulur. Qədim dövrdə etos dediklə həm sabitlik, həm də müəyyən, insan mahiyyətini ifadə edən istiqamətləndirici qüvvəni nəzərdə tuturdular. Heraklit, məsələn, qeyd edirdi ki, «insan etosu onun bəlasıdır». Pafos – faciənin zəruri hissəsidir, «bu – ağrılı bir haldır» («Poetika», III-cü fəsil). Sabitləşdirici bir qüvvə olaraq, etos faciə qəhrəmanı üçün çox vacibdir, xüsusilə chrẽston ethos, yəni həddindən çox ideallaşdırılmayan, tamaşaçının bəraətini qazanan xoş xasiyyət («Poetika», fəsil 13).
Aristotel orator nitqində etosun bədii xüsusiyyətlərini dərindən təhlil etmişdir: etos müəllifin məqsədlərinə və tövsiyələrinə uyğun gəlməlidir, musiqi etosu isə insanın özünü tərbiyə edir. Sonradan incəsənət tədqiqatçılara (Halikarkaslı Dionisi, Lonqin, Kvintilian) pafosu və etosu iki növ üslubun təmsil etdiyini göstərmişlər – effektiv və sakit, biri «yüksəldənə», digəri isə «həzz verənə uyğundur» (Lonqin).
-
Sxoliast burada belə izahat verir: Fivlərə qarşı müharibəyə qalxan başçılarla Arqos qəhrəmanı və gələcəyi görən Amfiarayla ittifaqa girməyə cəhd xatırlanır. Amfiaray, arvadına Adrast tərəfindən təklif edilmiş cah-calaldan (ya da puldan) imtina etmişdir; yeddi müdrikdən biri – Pittak bunu xüsusi ifadədə qeyd etmişdir. Sxoliastın izahı qeyri-ardıcıldır. Pittak – tarixi şəxsiyyət, Lesbos adasından seçkilər yolu ilə seçilmiş Mitilen şəhərinin ali başçısı, «esimnet»i olmuşdur (e.ə. VII-VI-ci əsrlər). Pittakın dostu, sonra isə siyasi düşməni olmuş şair Alkey onun haqqında bəzi məlumat vermişdir. Yeddi başçının yürüşü isə Troyanın alınmasına bir nəsil qalmış baş vermişdir, yəni bu, e.ə. II minilliyin son rübünə aiddir. Arfiarayın arvadı Erifila öz qardaşı Adrastın əlindən boyunbağı almış və ərini yürüşdə iştirak etməyə sövq etmişdir («Odisseya», XI, 326). Amfiarayın cəng, arabasını torpaq udmuş, özü isə, yürüş başçılarını Fivaları dağıtmaqdan çəkindirdiyinə görə ölməzliyə ucalmışdır.
-
Xilon – Spartalı, yeddi müdrikdən biridir. Hesab olunur ki, «Ölçüdən artıq heç nə olmamalı» ifadəsi Solona aiddir; Lindli Kleobun isə guya demişdir ki, «ölçü – yaxşıların yaxşısıdır»; Xilona adətən həm də bu sözləri aid edirlər: «özün-özünü dərk et».
13
-
Biant – yeddi müdrikdən biri, İoniyada da yerləşən Priyenadandır (e.ə. VI-cı əsr). Belə bir ifadəsi ilə məşhurlaşıb: «Özümünkü nə varsa, özümlədir». Aristotelin qeyd etdiyi Biantın sözlərini həm də Lalrtli Diogen gətirir; öz kitablarının birincisində o, bütün yeddi müdrikin həyat və yaradıcılığından yazır.
-
Gözəlliyin bu tərifini «Böyük Hippi» əsərində Platonun təsvir etdiyi Sokratın tərifi ilə müqayisə et: «əgər gözəl olan xoşbəxtliyin səbəbidirsə, onda xoşbəxlik gözəlliyə görə əmələ gəlir». Bu ifadədə gözəllik haqqında teleoloji, məqsədyönlü təsəvvür aydın şəkildə gözə çarpır, bunun etik mahiyyəti özünü biruzə verir. Aristoteldə bu cəhət bir qədər zəif qabardılıb.
14
-
Aristotel burada məlum antik ənənəyə sadiq qalır. Solonun 19-cu elegiyasında (e.ə.VII-VI-cı əsrlər) 7 ədədin simvolik anlamını tapmış oluruq («hebdomada»nın): uşaq yeddi yaşında diş dəyişir, ikinci yeddilik – yetkinlik, üçüncü – həddibuluğa çatmaq, dördüncü – çiçəklənmə («akme»), beşinci – nigah bağlamaq, altıncı – ağıldan möhkəm olmaq deməkdir.
Yalnız yeddinci yeddilikdə səkkizincisi ilə birlikdə – düz ön dörd il ərzində – zəka və nitq çiçəklənir.
Doqquzuncu yeddilikdə cömərdlik müdrikliyə yer verir, onuncuda isə – ölümü gözləyirlər. Platon hesab edirdi ki, kişilər öz yetkinliyinə 25-30 və yaxud 30-35 yaşında gəlib çatır («Qanunlar», VI, 772). Bu yaş həddi nigahın bağlanması üçün ən gözəl yaş sayılır; burada şair Hesiodun köhnə kəlamını xatırladır: «Otuza qədər tələsmə, lakin otuzdan sonra da ləngimə. Otuz yaşına yaxın evlənmək – ən yaxşı vaxtdır» («İşlər və günlər»)».
15
-
Alkiviad (e.ə. təqribən 450-403-cü illər) – Afina dövlət xadimi və sərkərdəsi, öz siyasi avaturizmlə şöhrət qazanmışdı. Çox savadlı və qabiliyyətli insan olubmuş; gənc yaşlarında Sokratın ideyalarını qəbul edib, lakin sonra ondan uzaqlaşdı, Ksenofont («Sokrat haqqında xatirələr») belə yazırdı: «Demokratiya zamanı Alkiviad öz təkəbbürü, zabitəliyi, zorakılığa meylliliyi ilə fərqlənirdi».
Sirakuza tiranı Böyük Dionisinin oğlu Kiçik Dionisi də tiran olmuşdur. Sonuncunun yanına Platon iki dəfə gəlmiş və fəlsəfi öyüd-nəsihət vermişdi. Hər ikisinin qəddarlığı, Platon ilə gərgin münasibətləri haqqında Plutarx yazıb (bax.: «Dion»); Platonun yeddinci məktubunda da bu problemlər göstərilir.
Kimon (e.ə. təqribən 504-449-cu illər) – yunan-fars müharibələr dövrünün tanınmış dövlət xadimi və sərkərdəsi; o, Afina başda olmaqla yunanların dəniz ittifağını möhkəmlətməyə nail olmuşdur. Bax.: Plutarx «Kimon». Kimonun övladları haqqında bir məlumat yoxdur.
Platon öz «Protaqor» dialoqunda deyir ki, Perikl öz oğullarına Parala və Ksantippə gözəl və incə tərbiyə vermişdir, lakin «öz bildiyini onlara öyrədə bilmədi, başqalarına da bunu etməyə tapşırmadı». «Birinci Alkiviad» əsərində onlar axmaq adlandırılıb.
Sokratla və Ksantippanın üç oğlu var idi – böyüyü Lamprokl, kiçikləri – Sofronisk və Meneksen. Böyük Katonun həyat fəaliyyətinin təsvirində Plutarx göstərir ki, sonuncu Sokrata ona görə hörmət edirdi ki, o «deyingən arvadı və kütbəyin uşaqlarına» qarşı mehriban və yumşaq olmuşdur (fəsil 20).
16
-
Giyeron – Sirakuza tiranı (e.ə. 467-ci ildə vəfat etmişdir), elm və incəsənət sahələrinə himayədarlıq etməsi ilə məşhurlaşmışdır. Onu Pindar vəsf etmiş, ona Esxil və Keoslu Simonid baş çəkirdilər.
Platon «Dövlət» əsərində yazırdı ki, «belə zarafat edən yanılır, yəni, mümkün deyil ki, müdriklər dövlətlilərin qapılarını gəzsinlər» (VI).
Sxoliast və Aristotel bu sözlərin Simonidə aid olduğunu təkzib edir; belə bir rəvayəti xatırladırlar: Sokrat və Evbul adlı şəxs arasında söhbət yaranır; Sokrat Evbulla razılaşmayaraq, deyir ki, dövlətli adamın qapısında dayanan müdrik bilir ki, dövlətli kasıblara nə paylayır, lakin dövlətli bilmir ki, müdrikdən necə faydalana bilər. Bu həkayətə yaxın məzmunda filosof – kirenaik Aristipp və Sirakuzalı tiran Dionisi arasında olmuş söhbəti bizə Laertli Diogen də çatdırmışdır.
-
Bax.: «Ritorika», I, 8.
-
Bax.: Yenə orada, 3.
-
Bax.: Yenə orada, 9.
19
-
Prosxizma, kefalida, xiton – ayaqqabı hissələridir.
-
Aqafon – bizə məlum olmayan faciədən bir ifadə.
-
Evfin – məşhur ritor İsokrata qarşı çıxış etmiş Afinalı şəxs. Evfinə qarşı İsokratın nitqi də məşhurdur.
20
-
Ezon - yarıəfsanəvi yunan təmsilyazar olmuşdur (ə.e.VI-cı əsr); bir neçə yüz təmsilin müəllifi olduğunu yəqin edirlər.
Hermogen adlı ritorun «Hisnasmatikaya yaxın məşqlər» əsərindəki təmsillər haqqında fəslində təmsillərin bir neçə qədim müəlliflərinin adları çəkilir (Hesiodun bülbül və qırğı haqqında təmsili, Arxinoxun – tülkü haqqında), təmsillərin yayılması əraziləri göstərilir (Kipr, Liviya, Sibarit). Ayrıca Ezopun təmsilləri burada da qeyd olunur.
-
Ola bilsin ki, söhbət e.ə. 350-ci ildə Misirə təcavüz edən III Artakserksdən gedir.
I Dari – fars çarı (e.ə. VI-ci əsr), öz dövlətini genişləndirmiş və möhkəmləndirmiş, bununla da özünə şöhrət qazanmışdır. Onun dövründə yunan müharibələri baş vermişdir.
-
Kserks – öz zülmkarlığı və təkəbbürlüyü ilə tanınan Dari çarının oğlu. Yunanlara qarşı müharibəyə başçılıq etmiş, sonuncular tərəfindən Salamin, Plateya, Mikal ərazilərində darmadağın edilmişdir (e.ə. 485-465-ci illər). Kserksin rüsvayçı məğlubiyyəti Esxilin «Farslar» pyesində göstərilmişdir.
-
Stesixor (e.ə.VII-VI-ci əsrlər) Siciliya adasının Himer əyalətindəndir; lirik şair, xor mahnılar müəllifi, xorların yaradıcısı (adından da bilinir). Xorun strofası (səhnədə xor dəstəsinin təntənə ilə gəzişməsi və oxuması) və antistrofasına o, daha bir epizodu əlavə etmiş və onu nəqarət adlandırmışdır. Suda onun haqqında yazır: «Deyirlər ki, Yelenaya yazdığı təhqirə görə, onun gözlərini kör etdilər. Hökm olundu ki (yuxuda)» o Yelena üçün yenidən tərif yazsın (palinodiya, yəni «əksinə olan nəğmə»), nəticədə gözlərinə nur qayıtdı. Bu fikri İsokrat da öz nitqlərindən birində təsdiqləyir.
Falarid – Siciliyanın Aqriqent şəhərinin tiranı (e.ə.VI-ci əsr). Stesixor Himera sakinlərinə onun barəsində xəbərdarlıq etmişdir. Falarid ölümə məhkum olanları misdən hazırlanmış öküz fiqurunda yandırardı. Stesixorun bu nəsihətini yalnız Aristotel qeydə almışdır. Plutarx Aratın həyat və yaradıcılığının təsvirində (fəsil 38), buna oxşar süjeti (atı yehərləmiş övçu haqqında) Ezona mənsub olduğunu qeyd edir.
21
-
Evripid, «Medeya».
-
Evripid, bizə gəlib çıxmamış «Sfenebeya» faciəsindən bir parça.
-
Evripid, «Hekuba», 864.
-
Yenə orada, 865.
-
Platonun «Qorgi» əsərini yazan sxoliast, bu şeri Keoslu şair Simonidə və yaxud komik Epaharma aid olduğunu qeyd edir.
-
Evripid. «Troyalı qadınlar».
-
Bax.: qeyd 49.
-
79-cu hissə – məlum olmayan tragediya müəllifinə aiddir.
-
Epiharm, hissə 263.
-
Bax.: Demetri. Üslub haqqında, qeyd 106. Stesixorun nəsihətinin mənası belədir: əgər lokriyalalılar müharibəni başlasa, onda ölkə ___ran olacaq, hətta ağacda oxuyan çırcırama qalmaz.
-
«İliada», XII, 243, XVIII, 309 (Hektorun sözləri).
-
Bax.: «Ritorika», 1, 15, qeyd 100.
-
Söhbət axmaq qonşudan gedir. Bu atalar sözü Afinalıların mürtecə siyasəti ilə bağlı yaranmışdır.
-
Bax.: qeyd 33.
-
Burada, yəqin ki, sadə mənşəli sərkərdə İfikrat nəzərdə tutulur; bax. həm də qeyd 47 (kitab I).
22
-
Bax.: «Ritorika», I, 2; II, 22.
-
Evripid. «İppolit», 988.
-
Salamin yaxınlığında e.ə. 480-ci ildə Femistoklun rəhbərliyi altında yunanlar fars donanmasını darmadağın etdilər.
E.ə. 490-cı ildə Marafon ətrafındakı döyüşdə Miltiadın rəhbərliyi altında yunanlar farsları darmadağın etdilər.
Heraklidlər – Herakl və onun oğlu Hillin övladları sayılan Pelopones çarlarıdır; onlar ölkənin idarəolunması hüququnun olmasına iddia edirdilər.
-
Afinalılar Salamin döyüşündən sonra, güclü donanması olan Egin adasının yüksəlməsindən ehtiyat edərək, eginetləri darmadağın etdilər, onları, şəhər divarlarını sökdürüb, xərac verməyə məcbur etdilər. Potideylilər – Potideya skinləri – farslarla mübarizədə Afinalıların müttəfiqləri idilər, lakin Peloponness müharibəsi zamanı şəhəri afinalılara təhvil verdilər (e.ə. 432-ci ildə), sakinlər şəhərdən köçürüldü, onları Afina münacirləri əvəz etdi.
-
«Topika», I, 14.
-
Diomed - Troya ətrafındakı Ahey başçılarından birisi olan Tideyin oğlu; Diomedin qəhrəmanlıqları «İliada»da təsvir olunmuşdur (V).
-
Kikn – Troyalıların müttəfiqi olan Poseydonun oğlu. Silah ona təsir etmədiyi üçün, dəbilqənin qayışı ilə böğudulmuşdu. Ovidi «Metaforfozalar» əsərində Axill tərəfindən onun öldürülməsindən və ölümündən sonra qu quşuna dönməsindən yazır (yunanca cycnos – «qu quşu» deməkdir).
23
-
Qorqinin şagirdi, ritor Alkidamantın nitqi. Bax.: «Ritorika», I, 13.
-
Naməlum faciə yazarın ifadəsi.
-
Evripid, bu günə gəlib çıxmamış «Fiyest» faciəsindən bir parça.
-
Teodekt (e.ə. IV əsr) – orator və faciə aktyoru, İsokrat, Platon və Aristotelin şagirdi. 50 faciənin müəllifidir. Onun eyniadlı faciənin qəhrəmanı Alkmeon, Amfiarayın oğlu, öz anası Erifilanın qatili, sonradan Alfesibeyaya evlənmiş, ayrılmış və onun qardaşları tərəfindən öldürülmüşdür. Burada «Alkmeon»dan bir parça verilir.
-
Məşhur orator Demosfeni (e.ə. 385-322-ci illər) məhkəməyə verdilər, çünki o, Makedoniyalı İsgəndərin ölümündən sonra (e.ə.323-cü il) yunanlıları makedoniyalılara qarşı qaldırmışdır. Demosfen Kalavriya adasına, Poseydon məbədinə qaçdı, zəhər içərək, intihar etdi (Plutarx, «Demosfen», fəsil XXIX).
Nikanor – Makedoniyalı İsgəndərin sərkərdəsi; sonuncunun ölümündən sonra hakimiyyəti ələ keçirmək istərkən, öldürülmüşdür.
-
Söhbət Evfondan gedir; onun tarixçəsini Kesnofont «Yunan tarixində» şərh edir (VII, 3, 5).
-
Bu günə gəlib çıxmamış faciədən bir parça.
-
Birinci dəfə Pesey Yelenanı öz dostu Perifoy ilə bir yerdə qaçırmışdır, lakin Yelenanın qardaşları fürsət tapıb qızı xilas etdilər (bax.: Plutarx, «Tesey», fəsil XXXI).
Aleksandr – Troya şahzadəsi Parisin yunan adı.
Tindaridlər – Kastor və Polidevkdir (Tindar və Ledanın övladları Yelenanın qardaşları), öz əmiqızları olan LevGippin bacılarını qaçıranlardır.
-
İfikrat (bax.: I kitab, qeyd 47). - Harmodiy adlı bir şəxs tərəfindən özünə heykəl ucaldılmasında günahlandırılmışdır. Harmodiyə qarşı İfikratın nitqinin müəllifi orator-loqoqraf Lisi olduğunu yəqin edirlər.
-
e.ə. 338-ci ildə baş vermiş Heroney döyüşündən əvvəl baş vermiş hadisələr nəzərdə tutulur: bu zaman yunanlılar Makedoniyalı çar II Filipp ilə döyüşlərdə öz müstəqilliyini itirmişlər.
-
Sofoklun «Tevkr» faciəsi, yalnız arı-ayrı hissələri bu günə gəlib çıxmışdır.
-
Aristofonta qarşı İfikratın nitqinin müəllifi Lisi olduğunu yəqin edirlər. Aristofont İfikratı xəyanətdə günahlandırırdı.
-
Yəqin ki, e.ə. V-ci əsrin məşhur yunan sərkərdəsi Aristid nəzərdə tutulur; o ədalətli, vicdanlı, əliaçıq olmaqla özünü şöhrətləndirmişdir (Bax.: Plutarx. «Aristid»).
-
«Demonion», və yaxud «dahi» - bu, Sokratın daxili səsi olmaqla, uşaq yaşlarından onu müxtəlif bəd əməllərindən çəkindirdi (Bax.: Platon, Sokratın apologiyası; Ksenofont. «Sokrat haqqında xatirələr»; Plutarx. «Sokratın dahiliyi haqqında», Apuley «Sokratın allahı haqqında»).
-
Burada, Harmodiyə qarşı İfikratın nitqi nəzərdə tutulur (bax.: qeyd 79).
-
«Aleksandr» - nitqdir, görünür ki, müzakirə obyekti burada Paris olmuşdur.
-
Laertli Diogen xəbər verir ki, Sokrat Makedoniya çarı Arxelayın və digər hökmdarlar – Skopas və Evriloxun dəvətini qəbul etmədi.
-
Peparef – Kiklad adalarından biridir; burada Panorm və Selinunt şəhərləri yerləşir (Siciliya ilə dəyişik salmayın!) Makedoniyalı çar II Filipp bu adanı viran etmişdi.
Bax.: Herodotun (VI, 67-69) Sparta çarı Demaratın anası haqqında həkayətini: sonuncu onun kimdən anadan olduğunu sirrini açdı.
Orator Lisi Manti adlı naməlum şəxsə qarşı nitq söyləmişdir. Orator Esxin, məktublarından birində Manti adında ritor – qramatisti qeyd edir (IV, 2).
Burada müxtəlif şəxslərin məhkəmə hadisələrindən nümunələr gətirilir; həmin hadisələr başqa heç bir yerdə qeydə alınmamışdır.
-
Teodekt haqqında bax.: qeyd 74. «Qanun» - ola bilsin, bu onun nitqnin adıdır.
-
Burada məşhur qədim yunan dövrünün şairləri, filosofları və müdriklərin adları gətirilir.
Arxilox – Paros adasından yamboqrafdır (şair) (e.ə.VII-ci əsr). Yazdığı şerlərində o, keçmiş adaxlısına, onun qohum-əqrəbasına böhtanlar yaxmış və, rəvəyətə görə, buna görə bütün ailə özünü asmaqla intihar etmişdir.
Hios adası Homerin vətəni olduğunu sübut etməyə çalışırdı. Hiosda «Homeridlər» adlanan öz adət-ənənələri ilə tanınan müğənnilər birliyi öz əcdadının Homer olduğunu deyirdi. Rəvayətə görə, Hios adasından olan Kreofil Homerin qızını alıbmış, Homer ona «İliada» əsərini bağışlamış, şairi öz ailəsinə qəbul etmişdir (Platonun «Dövlət» əsərini yazan sxoliast, IX, 600). Strabona görə, Kreofil-Samos adasındandır (XIV, 1).
Safo – Lesbos adasından məşhur şairə (e.ə. VII-VI əsrlər), sevgi nəğmələri lirikasının banisi. Onuncu muza sayılardı, onun şərəfinə pul sikkələri hazırlanmışdı.
Xilon – yeddi müdrik adlananlardan biridir.
Pifaqor (e.ə.VI əsr) – cənubi İtaliyanın Regiya şəhərindəndir; onun adına bir çox rəvayətlər deyilir. Krotonda xüsusi məktəbi təsis etmişdir; burada ən çox diqqət riyaziyyata və zahidlik idmanına verilirdi.
Klazomenli Anaksaqor (e.ə. V-ci əsr) – filosof, Sokratın müasiri Periklin dostu; öz baxışlarına görə təqiblərə məruz qalmış və Afinadan qovulmuşdu. Yazırdı ki, Günəş – qızmar nəhəng daş, Ay isə – Yer kürəsinə bənzər bir cisimdir. Afinada Anaksaqorun üzərində məhkəmə zamanı belə bir təklif irəli sürülmüşdür ki, adətlərə riayət edib allahlara səcdə etməyən və ya səma hadisələrinin elmi izahını verən şəxs cinayətkar hesab olunmalıdır. Periklin xahişinə əsasən hakimlər ona çıxarılan ölüm hökmünü sürgün ilə əvəz etdilər.
Solonun həyat və yaradıcılığı haqqında bax.: Plutarx. «Solon».
Likurq – yarıəfsanəvi Sparta qanunvericisi; öz sərtliyi ilə məşhur idi. Onun haqqında bax.: Plutarx «Likurq».
-
Müxtəlif oratorlar, filosoflar, şairlər, hökmdarların adı çəkilir.
Avtokl (e.ə. V-IV-ci əsrlər), Ksenofontun dediyinə görə («Yunan tarixi», IV, 3, 7), çox hazırcavab natiq kimi məşhurlaşmışdı.
Öz anasını qətlə yetirmiş əsər qəhrəmanı Orestin Afina Areopaqı məhkəməsinə cəlb edilməsi səhnəsi nəzərdə tutulur. Məhkəməyə Orest, qisas ilahələri Eriniyalar və ya Evmenidalar tərəfindən cəlb edilmişdir.
Safonun şeridir:
Ölüm pislikdir. Allahların özü bunu belə təyin edib.
Ölüm nemət olsaydı, allahlar da ölərdi.
Aristinın – Kirenalı filosof, hedonistlər məktəbinin banisi (yunanca hedoner – «həzzalma» deməkdir). Sokratın şagirdi və Platonun müasiridir.
Qeqesipolid və yaxud Aqesipolid; Ksenofonta görə («Yunan tarixi», IV), Sparta sərkərdəsi olmuşdur; Arqosa yürüşə getməzdən əvvəl Olimpiyada Zevsdən və Delfidə Apollondan razılıq (təqdiretmə) almışdır.
İsokrat (e.ə.436-338) – Afina oratorudur. Siyasi həyatda böyük nüfuza malik olmuşdur. Xeroneya ətrafında (e.ə.338-ci il) makedoniyalılar yunanlara qalib gələndən sonra intihar etdi. Burada Yelenaya həsr olunmuş onuncu nitq nəzərdə tutulur.
Yevaqor (V-IV-cu əsrlər) – Kipr çarı; onun şərəfinə İsokrat doqquzuncu nitqini yazmışdır. Bacarıqlı və savadlaı adım olmuş, yunan mədəniyyəti təhsil vasitəsilə yaymağa çalışırdı. Afina süquta uğrayanda Afina sərkərdəsi Kononu öz evində qəbul etmiş və ona himayədarlıq etmişdi. Konon səkkiz il mühaçiratda qalmış, lakin sonra fars müttəfiqlərinə arxalanaraq, Afinada hakimiyyəti bərpa etdi və Spartanın nüfuzunu zəiflətdi.
-
Görünür ki, Teodektdə, Sokratın apologiyasını təmsil edən nitq var idi.
-
Kallipp – Afina ritoru, İsokratın şagirdi; həmvətənlər onu qızıl çələnglə mükafatlandırdılar. İsokrat öz əsərlərində onun adını çəkir (IX).
-
Bu topa həm də ritor Korinfli Qriqorinin nitqində təsadüf olunur.
-
Atalar sözündə, görünür, nəzərdə tutulur ki, duzu alan adam həm faydalı duzun özünü, həm də duza qarışmış lazımsız toz-torpağı alır. Yunan dilində «duz» sözü tələffüzündə «bataqlıq» sözünə yaxındır. Beləliklə, sözlərin zahiri oxşarlığı daxili müxtəlifliyə maneçilik törətmir.
-
Ksenofan, 21A, 12.
-
Naməlum yazıcının əsərindən (faciədən)bir parça.
-
«Meleaqr» faciəsindən bir parça.
-
Teodektin «Ayaks» əsəri haqqında məlumatımız yoxdur. Yalnız Aristotelin əsərində bu fakt təsdiqlənir.
-
Pamfil - ritor, Platonun şagirdi. Siseron «Allahların təbiəti haqqında» traktatında yazır: «Epikur etiraf edir ki, Samosda olarkən o, Pamfil alı bir şəxsi (Platonun şagirdini) dinləmişdir; bununla belə Epikurun özü bu platonikə xor baxardı – qorxurdu ki, birdən ondan nəyisə öyrəndiyini onun boynuna qoyarlar».
-
Androkl – Alkiviadın məhvindən sonra demokratlara başçılıq edən Afina demaqoqu və oratoru. Alkiviadi, hermaların, yəni Hermesin təsvirlərinin kafirçasına dağıdılmasında təqsirləndirmişdir.
-
Leodamant – haqqında bax.: qeyd 41 (kitab 1).
Kollitli Frasibul – orator, Afinada Otuz tiranların hakimiyyətini devirmiş məşhur Frasibulun müasiridir. Afinaların azad edilməsində iştirak etmişdir. E.ə. IV əsrin 80-cı illərində Kiçik Asiyaya göndərilmiş donanmasına başçılıq edir, fivalıların rəğbətini qazanmışdır.
-
Ksenofan, 21A, 13.
Levkoteya – dəniz pərisi; başından havalanmış Kadmanın qızı, Afamantın arvadı, Allahların hökmü ilə özünü dənizə atmış və su pərisinə çevrilmişdi.
-
Karkin – Evripidi yamsılamaq bacarığı və səmimiliyi ilə şöhrətlənmiş dramaturqlar ailəsindən çıxmış Afina yazıçısı (e.ə. V-IV-cı əsrlər). Aristofan öz komediyalarında bu ailəni dönə-dönə lağa qoyur. Bir neçə faciənin iki yüzə yaxın parçası bizim günlərə gəlib çatmışdır.
Medeya – Arqonavt, qəhrəman Yazonun sevgilisi, Kolxida şahzadəsi; onun köməyi isə Yazon qöyunun qızıl dərisini əldə etmişdir; sonradan onun tərəfindən rədd edilmiş Medeya, öz uşaqlarından qısas alaraq, onları qətlə yetirmişdir.
-
Feodor - Vizanti şəhərindən olan ritor, məhşur orator-loqoqraf Lisinin müasiri.
-
Sofokl, «Tiro» adlı naməlum faciədən bir parça. Burada sözlərin oxşarlığından istifadə olunur: «Sidẽros» (dəmir) və qadın adı «Sidẽrõ» (Sidero).
-
Konon haqqında bax.: qeyd 91.
Frasibul – yunan dilindən «cəsarətli məsləhətçi» kimi tərcümə olunur.
Herodik – məhşur həkim olmuşdur. Bax.: kitab I, qeyd 31.
Frasimax – yunan dilindən tərcümədə «döyüşdə cəsarətli» kimi səslənir.
Yunan dilində «põlos» - «dayça» deməkdir.
-
Drakon – e.ə. VII əsrdə məşhur Afina hüquqşünası; yunanca «dracõn» - «ilan», «əjdaha» deməkdir.
-
Evripid «Troya qadınları» əsəri. Afrodita yunan dilində Afrosinẽ («dəlilik») sözünə uyğun gəlir.
-
Xeremon – e.ə. V-IV-cı əsrlərdə Afina yazıçısı. Burada onun «Dionis» faciəsindən bir parça verilir (bütövlükdə tamaşa bizim günlərə gəlib çıxmayıb).
Penfey – Fivaların çarı, Kadmanın nəvəsi, Dionisinin əmisi oğlu; Dionisini allah kimi qəbul etmədiyinə görə Vakxın (şərab Allahı) kahinələri onu tikə-tikə parçaladılar. Adı yunan dilində «qəm» sözünə həmahəngdir («penthos»).
24
-
Yevaqorun şərəfinə İsokratın nitqi, IX, 65-69.
-
Pindar, hissə 96.
Pan allahın adı «hər şey» sözünü xatırladır (yunanca «pan»); bu da bu allahın mahiyyətinin anlamına yaxındır; çünkü təbii qüvvələrin ümumən dəyişkənliyini ifadə edir.
-
Hermes – Allahların iradəsini yazan, onların müjdəcisi, Yer üzündə səyahətçilərin himayədarı, axirət dünyasında isə ruhların bələdçisidir. Həqiqətən öz vəzifələrinə görə Allah bütün, yəni səma, yerüstü, yeraltı sahələrin ümumisidir.
-
Polikrat – sofist, ritordur. «Otuzların tiraniyası» əvəzinə, bütövlüyü daha dəqiq ifadə etmək üçün «Otuz tiran» ifadəsi işlədilir.
-
Teodektin naməlum faciəsi «Orest»dən bir hissə.
-
Müqayisə üçün bax.: Platon. «Məclis», 178 (Harmodi və Aristoqitonun sevgisi haqqında).
-
Müqayisə üçün bax.: Herodotun, Misir çarı Sətə basqın etmiş ərəblərin oxluqları, kamanları, qalxan qulplarını sicanların gəmirib korlaması haqqında həkayəsinə.
-
Müqayisə üçün bax.: Proklun «Müntəxəbatına» (bölmə 104); burada deyilir ki, Tenedos adasında Troyaya yürüş etməzdən əvvəl Axilles, sonradan məclisə dəvət olundur və burada aqamemnon ilə dalaşdı.
-
Paris sürülərini Troyay axınlığında İda dağında otarırdı.
-
Demad (e.ə. IV əsr) Afina oratoru, Demosfenin müasiri və düşməni, Makedoniya partiyasının yaradılmasının tərəfdarı. Antipartr tərəfindən edam edilmişdir.
-
Evripidin «Avliddə İfigeniya» əsərində Yelenanın atası, çar Tindar belə demişdir:
«Qızım, kimi seçirsən, seç;
yəni Kipridanın küləyi səni haraya istiqamətləndirsə, oraya da üz».
-
Aqafonun naməlum faciəsindən bir parça.
-
Koraks (e.ə. V-ci əsr) – Siciliya ritoru, Tisiyin müəllimi; hər ikisi ritorikanı «inam demiurqu» (yaradıcısı) kimi qiymətləndirirdilər; öz dəlillərini «mümkünlük» əsasında qurur, nitqi parçalara bölmək texnikasından istifadə edirdilər. Koraks və Tisi, Leontili Qorqinin müəllimləri olaraq, antik ritorikanın əsasını yaratmışdılar.
-
Protaqor (e.ə. I-ci əsr) – Afinalı ritor və sofist, Heraklitin dialektikasını relyativizm həddinə çatdırmışdır. Qocalıqda azadfikirlilikdə günahlandırılmış, kitabları Afinada yandırılmışdır.
-
Ovidi «Metamorfozalar» əsərində (IX, s.450-665). Biblidanın öz qardaşı Kavna olan sevgisindən, sonuncunun isə bu sevgini rədd etməsindən yazır.
-
Pittakın bu qanunu haqqında bax.: Aristotel. «Politika», II, 12.
-
«İkinci Analitika», II, 27.
-
Yenə orada.
26
-
Top – ümumi müddəa, bunun mümkünlüyü məntiqi sübutsuz (sillogizmsiz) qəbul olunur. Sillogizmə daxil edilmiş top onun mühakimələrindən irəli gələn formal nəticəni pozur. Aristotelin toplar haqqında təlimi, formal məntiqi, həyatın ziddiyyətlərlə dolu məntiqinə yaxınlaşdırır. Aristotel toplar haqqında təlimi əsil dialektika və ritorika adlandırır.
Dostları ilə paylaş: |