ÜÇÜNCÜ KİTAB
1. Ritorik sənətə aid üç əsas məsələ. – Üslub (deklamasiya), onun yaxşı cəhətlərini şərtləndirən üç xüsusiyyət. – üslubun əsas əhəmiyyəti. – Poetik üslub ilə ritorik üslub arasındakı fərq.
Natiq nitqinə münasibətdə müzakirə olunmalı üç bənd var: birincisi, inandırma üsulları haradan yaranacaq, ikincisi, üslub (le xıs) haqqında, üçüncüsü, nitqin hissələrini necə qurmaq lazımdır. Biz artıq inandırma üsulları haqqında və həm də onların neçə mənbədən yaranması və onların məhz üç mənbədən yaranması haqqında, bu mənbələrin necəliyi haqqında, onların niyə ancaq bu sayda olması haqqında danışmışdıq1 (belə ki, məhkəmə hökmünü söyləyənlərin hamısı nəyə isə inandırılmış olurlar, ya öz təcrübələrinə görə, ya natiqləri bu cür əxlaqi xüsusiyyətlərə malik insan hesab etdiklərinə görə, ya da ona görə ki, iş sübut olunmuşdur). Biz həm də entimemaları haradan əldə etmək barəsində də danışmışdıq, onlar üçün mənbə rolunu ya xüsusi entimamalar, ya da toplar2 oynayır. Bununla əlaqədar olaraq üslub haqqında danışmaq lazımdır, ona görə ki, nə demək lazım olduğunu bilmək kifayət deyil, həm də bunu necə demək lazım olduğunu da bilmək lazımdır; bu nitqin lazımi təsir bağışlamasına çox yardım edir. Şeylərin təbii axarına uyğun olaraq hər şeydən qabaq nəyin öz təbiətinə görə birinci olması məsələsi qoyulub, daha doğrusu, inandırıcılığın bəhrələndiyi şeylər haqqında, ikincisi, şərh zamanı onların yerləşdirilməsi üsulu haqqında, nəhayət, üçüncü yerdə isə tədqiqat predmeti olmasa da, daha çox qüvvəyə malik olan şey durur – deklamasiya məsələsi. Fragediya və rapsodiyaya hərəkət gec daxil olub, əvvəllər şairlər öz tragediyalarını özləri deklamasiya ediblər. Aydındır ki, bir çoxlarının, eləcə də Qlavkon Teoslunun3 da barəsində şərh etdikləri poetikanın şərtləri olduğu kimi, ritorika üçün də şərtlər mövcuddur. Burada hərəkət səsdən ibarətdir; hər bir hiss üçün səsdən necə istifadə etmək lazım olduğunu bilmək lazımdır, məsələn, nə zaman uca səslə, nə zaman yavaş səslə, nə zaman orta səslə danışmaq lazım olduğunu, intonasiyalardan necə istifadə etmək lazım olduğunu (məsələn, kəskin, boğuq və orta) və hər bir hal üçün hansı ritmləri işlətmək lazım olduğunu bilmək lazımdır. Burada diqqət verilməli üç bənd var: qüvvə (megethos), harmoniya və ritm4. Yarışlarda məhz bunlar, yəni bununla fərqlənən natiqlər qələbə qazanırlar. Səhnələrdə aktyorların əhəmiyyəti şairlərdən çox olduğu kimi, dövlətin zaylığı nəticəsində siyasi yarışmalarda da belə olur. Bu barədə hələ sənət yaranmayıb, belə ki, üslub sahəsində müvəffəqiyyətlər daha gec əldə olunub və onu öyrənəndə bizə kobudsayağı görünür.
Ritorikanın bütün işi bu və ya digər rəyin yaranmasına yönəldiyi üçün, üslubun qayğısına, onun həqiqəti özündə qapatmış bir şey olduğu üçün deyil, onun zəruri olduğu üçün qalmalıyıq, çünki, nitqin nə kədər, nə də sevinc doğurmamasına can atmaq daha ədalətlidir: fakt silahı ilə elə vuruşmaq ədalətlidir ki, sübut sahəsindən kənarda qalan hər şey lazımsız olsun. Amma bizim bildiyimiz kimi, üslub dinləyicinin mənəvi zaylığı nəticəsində çox mühüm bir şeyə çevrilir. Hər cür təlim zamanı üslub zəruri olaraq çox da böyük olmayan əhəmiyyətə malikdir, çünki, hər hansı bir şeyin aydınlaşdırılması üçün fikrin bu və ya başqa tərzdə bildirilməsində fərq mövcuddur; amma, hər halda bunun adətən düşündükləri qədər əhəmiyyəti yoxdur: bütün bunlar xarici görkəmə aiddir və dinləyiciyə dəxli olan şeydir, çünki, heç kim bu üslublardan həndəsəni öyrənən zaman istifadə etmir. Madam onlardan istifadə edirlər, onda onlar aktyor sənəti kimi təsir yaradırlar. Bəzi şəxslər bu barədə ötəri danışmaq istəyiblər, məsələn, Frasimax5 özünün “Əzabların oyadılması” traktatında. Aktyorun məharəti təbiətdən vergidir və texnikadan az asılıdır; üsluba gəldikdə isə o, texnika nəticəsində əldə olunur. Buna görə də dəfnə çələngləri sözə sahib ola bilənlərə çatır, eynilə belə, dramatik sənət sahəsində də çələng deklamatorların payına düşür. Yazılı nitqin gücü fikirlərindən çox üslublubundadur. Təbii olaraq şairlər bu sahədə irəli gediblər; söz özlüyündə təqliddir, bizim orqanlarımızdan ən çox təqlidə qabil olan da səsdir, məhz buna görə də rapsodiya, dramatik və başqa sənətlər yaranmışdır. Amma, adi predmetlər haqqında bəhs etdikləri halda, şairlərin öz üslubları ilə şöhrət qazandıqları üçün, onda göründüyü kimi, ən əvvəl poetik üslub yaranmışdır (məsələn, Qorqidə6 olduğu kimi). İndi də bir çox savadsız adamlar belə hesab edirlər ki, məhz belələri ən zərif danışanlardır. Əslində bu belə deyil, natiq nitqində və poeziyada olan üslub tamamilə fərqlidir, bunu faktlar da sübut edir; hətta tragediya müəllifləri belə artıq əvvəl işlətdikləri ifadələrdən istifadə etmirlər, onlar başqa vəznlərə nisbətən yambın danışıq dilinə daha yaxın olmasını nəzərə alaraq, tetrametrdən yamb vəzninə keçdilər, danışıq dilinə uyğun olmayan ifadələri eynilə belə kənara atdılar, halbuki, əvvəllər öz əsərlərini onlarla bəzəyirdilər və heksametrlərlə yazan şairlər indi də onlardan istifadə edirlər.7 Buna görə də, artıq bu ifadələrdən özlərinin də istifadə etmədiyi insanları təqlid etmək gülüncdür.
Buradan aydın olur ki, biz üslub barəsində demək mümkün olan hər şeyi müfəssəl şəkildə araşdırmalıyıq, lakin, ancaq bəhs etdiyimiz sənətə aid olan şeylər haqqında danışmalıyıq. Qalan şeylər barəsində isə biz poetik sənət haqqında olan əsərimizdə danışmışıq.
Üslubun yaxşı cəhəti – onun aydınlığıdır.
2. Üslubun aydın olmasına kömək edən ifadələr. Nəzm və nəsr ilə söylənən nitqlər üçün yararlı olan nədir? – Prozaik nitqlər üçün hansı ifadələri işlətmək lazımdır? Sinonim və omonimlərin istifadəsi. – Epitet və metaforaların istifadəsi. – Metaforaları haradan əldə etmək lazımdır? – Epitetləri necə yaratmaq lazımdır?
Bunu nəzərdən keçirərək müəyyən edəcəyik ki, üslubun yaxşı cəhəti onun aydın (saphẽ) olmasından ibarətdir; buna sübut kimi onu göstərmək olar ki, nitq aydın olmayanda öz məqsədinə çatmır. Üslub nə çox aşağı, nə də çox yüksək olmamalıdır, amma, nitqin predmetinə uyğun gəlməlidir. Poetik üslub də əlbəttə ki, aşağı səviyyəli üslub deyil, amma, o, natiq nitqinə uyğun deyil. İsim və fellərdən isə ümumi istifadədə olanlar öz aydınlıqları ilə seçilir. Poetik sənətə aid əsərimizdə8 sadaladığımız digər şəxslər nitqi aşağı üslubda yaratmasalar da, ona bəzək-düzək vururlar, belə ki, gündəlik danışıqdan uzaqlaşmaq nitqin daha dəbdəbəli görünməsinə səbəb olur – insanlar üsluba əcnəbilərə və öz vətəndaşlarına yanaşan kimi yanaşırlar. Buna görə də dilə əcnəbi xarakteri vermək lazımdır, çünki, insanlar uzaqdan gələn şeylərə heyrətlənməyə meyllidirlər, heyrət doğuran şeylər isə xoşluq verir. Şeirlərdə belə təsir bağışlayan şey çoxdur və bu poeziya üçün yararlıdır, çünki, orada sözügedən predmet və şəxslər gündəlik həyatdan daha çox uzaqlaşdırılıblar. Amma, prozaik nitqdə belə vasitələr daha azdır, çünki, onların predmeti o qədər də yüksək şey deyil; əgər, bu halda, qul ya çox gənc adam, ya da əhəmiyyətsiz şeylərdən danışan adam yüksək ibarələrlə danışırsa, bu çox böyük ədəbsizlik olar. Amma, burada da şərh olunan predmetə uyğun olaraq sözü deyərkən səsi gah alçaltmaq, gah da yüksəltmək olar. Amma bunu da gözə çarpdırmadan, özünü süni deyil, guya təbii danışırmış kimi qələmə verməklə etmək lazımdır, çünki, təbiilik inandırma qabiliyyətinə malikdir, süni olan isə əksinə. Adamlar onlara qarşı elə bil nəyinsə qəsdində olan adam təsiri bağışlayan natiqə qarşı eynilə qarışdırılmış şərablara qarşı olan kimi etimadsız münasibət bəsləyirlər. Feodorun9 səsi başqa aktyorların səsindən fərqləndiyi kimi natiqin üslubu da fərqlənməlidir, Feodorun səsi danışan adamın səsinə bənzədiyi halda, aktyorların səsləri tamam saxta səslənir. O adam öz məharətini yaxşı gizlədə bilir ki, öz nitqini adi danışıqdan alınmış ifadələrdən təşkil etsin, buna ilk nümunə göstərən Evripid10 məhz belə etmişdir.
Nitq isim və fellərdən təşkil olunur, poetik sənətə aid əsərdə nəzərdən keçirdiyimiz qədər isim növü mövcuddur11, onların sırasından qeyri-adi ifadələri, ikimənalı sözləri və yeni yaradılmış sözləri nadir hallarda və çox az yerdə işlətmək olar. Onların məhz harada istifadə olunması haqqında biz sonra12 danışacağıq, ona görə ki, bu sözlərin istifadəsi nitqi adi nitqdən lazım olduğundan artıq dərəcədə fərqli edir. Doğma dilə mənsub, ümumi istifadədə olan sözlər, metaforalar13 – prozaik nitq üslubu üçün yeganə faydalı olan materialdır. Bu onunla sübut olunur ki, hamı ancaq belə qəbildən olan ifadələrdən istifadə edir və metaforaların, ümumi istifadədə olan sözlərin köməyi ilə keçinir. Amma, aydındır ki, bunu məharətlə edəndə əcnəbi söz seçilmədən keçəcək və aydın məna daşıyacaq. Natiq nitqinin qiyməti məhz bundadır. İsimlərdən omonimlər sofistlər üçün faydalıdır, ona görə ki, onların köməyi ilə sofistlər pis fəndlərə əl atacaq; şairlər üçün isə sinonimlər yararlıdır; mən sinonimləri də ümumi istifadədə olan sözlərə aid edirəm, məsələn, poreyesthai “yola düşmək” və badidzein “getmək” kimi sözlər, onlanın hər ikisi eynimənalı və ümumi istifadədə olandır.
Bu terminlərin hər birinin nə olması haqqında, metaforanın neçə növü olması haqqında, həm də metaforanın həm nəsr, həm də nəzmdə böyük əhəmiyyəti haqqında artıq qeyd etdiyimiz kimi poetikaya14 dair əsərimdə danışılıb, prozaik nitqdə vəznli nitqə nisbətən köməkçi vasitələrdən nə qədər az istifadə edildikcə, buna daha çox diqqət etmək lazımdır.
Metafora yüksək dərəcədə aydınlığa, xoşagəlimliliyə və yenilik gözəlliyinə yüksək dərəcədə malikdir və onu başqa şəxs adından mənimsəmək olmaz. Nitqə uyğun epitet və metaforalar işlətmək lazımdır, buna isə analogiyanın köməyi ilə çatmaq olar; əks halda metafora və epitetlər namünasib kimi görünəcək, bunun səbəbi odur ki, bu iki anlayışın ziddiyyəti ancaq onlar yanaşı duranda daha çox aydın olur. Düşünmək lazımdır ki, alqırmızı plaş gəncə uyğundursa, bəs qocaya uyğun olan nədir, çünki, həm ona, həm də digərinə eyni şey yaraşmır. Əgər nəyi isə gözəl mənada təsvir etmək istəyirsənsə, onda bu qəbildən olan şeylərin içindən ən yaxşı olan predmetdən metafora iqtibas etmək (götürmək) lazımdır; əgər nəyi isə pis mənada göstərmək istəyirsənsə, onda metaforanı pis şeylərdən əldə etməlisən, sözügedən anlayışlar eyni qəbildən olan şeylərin əks tərəfləri olduğu üçün, məsələn, sədəqə verilməsini xahiş edən adamın sadəcə xahişlə müraciət etdiyini, xahişlə müraciət edən adamın isə sədəqə xahiş etdiyini demək olar, bunu o əsasla demək olar ki, hər iki ifadə xahişi bildirir, bu da göstərilmiş şəkildə hərəkət etmək deməkdir. Eynilə bu üsulla İfikrat da Kallini məşəlgəzdirən kahin deyil, Kibelanın dilənən kahini adlandırmışdı. Kalli cavabında bildirir ki, İfikrat məbədin ayinlərindən xəbərdar deyil, əks halda onu Kibelanın dilənən kahini deyil, məşəlgəzdirən kahini adlandırardı.15 Həm bu, həm də digər vəzifə ilahəyə aiddir, ancaq, onlardan biri şərəflidir, digəri isə deyil. Eynilə belə kənar şəxslər Dionisini əhatə edənləri Dionisinin yaltaqları16, onların özləri isə özlərini rəssam adlandırırlar. Həm bu, həm də digər ad metaforadır, amma, birincisi, buna çirkin məna verənlərdən gəlir, digəri isə onun əksini nəzərdə tutanlardan. Eynilə belə soyğunçular özlərini porist17 (fövqəladə vergiyığan) adlandırırlar. Eyni əsasla ədalətsiz hərəkət etmiş adam haqqında demək olar ki, o, səhv edib, səhv edən adama isə ədalətsiz hərəkət etdiyini demək olar və oğurluq etmiş haqqında demək olar ki, o, götürüb, həm də demək olar ki, qarət edib. Evripidin Telefinin dediyi:
Qılıncın dəstəyi altında hökmranlıq edir və Miziyaya gəlir.18
ifadəsi kimi ifadələr uyğun deyil, çünki, “hökmranlıq etmək” ifadəsi lazım olduğundan əhəmiyyətlidir və heç nə ilə pərdələnməyib. Səhv xoşagələn səs əlamətləri olmayan hecaların özündə ola bilər, məsələn, Mis ləqəbli Dionisi öz elegiyalarında poeziyanı o əsasla Kalliopanın19 harayı adlandırırdı ki, həm bu, həm də o səslərdən ibarətdir. Bu metafora ifadə olunmuş fikrin aydın olmamasına görə yaxşı deyil. Bundan başqa, adsız predmetlər üçün adları uzaqdan götürmək məsləhət deyil, elə qohum və eynicinsli predmetlərdən götürmək lazımdır ki, baxan kimi aydın olsun ki, madam ad götürülüb, onda hər iki predmet qohumdur, məsələn, məşhur tapmacada olduğu kimi:
Mən adam görmüşəm ki, misi odun köməyi
ilə adama yapışdırır.20
Bu əməliyyatın termini yoxdur, amma bu və o biri müəyyən dərəcədə yanına qoymaq, yapışdırmaq mənasındadır, buna görə də banka qoyulmasına yapışdırma deyirik.
Ümumiyyətlə, yaxşı tərtib olunmuş tapmacalardan gözəl metaforalar əldə etmək olar; metaforaların özləri tapmacalardan ibarətdir, buna görə də aydındır ki, tapmacalar yaxşı tərtib olunmuş metaforalardır. Adları gözəl predmetlərdən götürmək vacibdir. Likimninin21 dediyi kimi, sözün gözəlliyi səsin özündə, ya da onun mənasındadır, sözün eybəcərliyi haqqında da eyni şeyi demək olar. Daha bir şərt var ki, onunla sofist qaydaları təkzib edilir. Brisonun22 düzgün olmayan fikrinə görə, eyni bir şeyi bildirən sözləri bir-birinin yerində işlətmək heç də pis deyil. Bu səhvdir, ona görə ki, daha çox işlənən, daha çox uyğun gələn söz məsələni gözlərimizin qarşısında başqa sözlərdən daha tez təsəvvürə gətirə bilər. Bundan başqa, müxtəlif sözlər də predmeti eyni cür işıqlandırmır, buna görə də bu cəhətdən nəzərdə tutmaq lazımdır ki, bir söz o birindən ya gözəl, ya da eybəcərdir. Hər iki söz gözəl, ya da eybəcər mənası versə də, həmin şeyin nə qədər gözəl, ya da eybəcər olduğunu bildirmir, ya da bildirəndə də birinin böyük, digərinin kiçik dərəcədə olduğunu deyirlər.
Metaforaları səsinə, mənasına görə gözəl olan, ya göz üçün, ya da başqa bir hiss üçün xoş olan bir şeyə malik sözlərdən əldə etmək lazımdır. Məsələn, şəfəq haqqında ifadələrdə fərq var: “çəhrayı barmaqlı gözəl“, “al barmaqlı gözəldən” yaxşıdır“, “qırmızı barmaqlı gözəl isə pisdir“.
Epitetlər sahəsində də eyni şey hökm sürür: epitetləri pis və utanmalı şeylərin əsasında da qurmaq olar, məsələn, “ana qatili”“ epiteti; amma, onları yaxşının əsasında da qurmaq olar, məsələn, “atasına görə qisasçı“”23 Qatır yarışlarında qalib gələn şəxs Simonidə cüzi qiymətə şeir yazmağı təklif edəndə, o, imtina edərək bəhanə gətirir ki, “yarımeşşəkləri”“ vəsf etməyə çətinlik çəkir. Amma, ona kifayət qədər pul veriləndə belə yazır:
Salam olsun sizə, ey külək kimi madyanların
övladları.24
Halbuki, qatırlar həm də eşşəklərin övladları idi. Elə həmin məqsədlə kiçildici ifadələrə əl atmaq olar. Həm şəri, həm də xeyri əslində olduğundan daha kiçik göstərən ifadələr kiçildici adlanır; Aristofan öz “Babillilər“”25 əsərində zarafatla “qızıl əşya“” əvəzinə, “qızıl parçası“”, “libas”“ yerinə “libascıq”“, “söyüş“” əvəzinə “söyüşcük”“ və “naxoşluqcuq”“ dediyi kimi.
Amma, burada da ehtiyatlı olmaq və həm bunda, həm də onda həddi bilmək lazımdır.
3. Üslubun soyuqluğunun (təmtəraqlılığının) dörd səbəbi: mürəkkəb sözlərin, qeyri-adi ifadələrin işlədilməsi, lazım olmayan epitetlərdən və uyğun gəlməyən metaforalardan istifadə.
Üslubun soyuqluğu (psychra) dörd səbəbdən baş verə bilər: birincisi, mürəkkəb sözlərdən istifadə etməkdən, məsələn, Likofronun26 işlətdiyi “uca zirvəli torpağın çoxüzlü səma”, “darcığırlı sahil” kimi ifadələrdən. Ya da Qorqinin dediyi “sədəqə diləməkdə mahir olan yaltaq” və “həqiqi, ya da yalandan and içənlər” kimi ifadələr. Ya da Alkidamantın “qəzəblə dolu qəlb”, “od rənginə düşən sima” haqqında dedikləri, ya da hesab etməsi ki, “onların səyləri məqsədəuyğun olacaq” və həm də onun inandırıcı nitqi “məqsədəuyğun” hesab etməsi və dəniz səthini “tünd rəngli” adlandırması. Bütün bu ifadələr poetikdir, çünki iki sözdən tərtib olunub. Üslubun soyuqluğunun səbəbi məhz bundadır. Digər səbəb isə qeyri-adi ifadələrin işlədilməsidir, Likofronun Kserksi “div kişi”, Skironu27 “yirtici-kişi” adlandırması və Alkidamantın poeziyanın “oyuncaqlarından”, “təbii günahdan”, “öz ramedilməz fikirlərinin coşqunluğu ilə oyanmış” insan haqqında danışması buna misaldır.
Üçüncü səbəb isə uzun, ya da yersiz, ya da çox miqdarda epitetlərdən istifadə etməkdir, məsələn, poeziyada südü ağ adlandırmaq tamamilə mümkündür, nəsrdə isə belə epitetlər tamam yersizdir; epitetlərin çoxluğu ritorik məharəti aşkara çıxarır və bu sübut edir ki, onlardan həddən çox istifadə poeziyanın yaranmasına səbəb olur, belə ki, onlardan istifadə nitqin adi xarakterini dəyişdirir və üsluba yad bir çalar verir. Bu münasibətdə mötədilliyə (ortabablığa) can atmaq lazımdır, çünki, burada ifratçılıq sadə nitqdən (yəni epitetsiz) daha böyük pislikdir – ikinci halda nitq heç bir dəyərə malik deyil, birinci halda isə nöqsanlıdır. Məhz buna görə də Alkidamantın əsərləri soyuq görünür, o, epitetləri ədviyyat kimi deyil, yemək kimi istifadə edir. Alkidamantda epitetlər çox sıx və şişirdilmiş olduğu üçün gözə çarpır, məsələn, o, “tər” deyil, “nəm tər”, “İstmi oyunlara” deyil, “İstmi oyunlarında təntənəli iclasa”, “qanunlar“ deyil, “dövlətin hakimi olan qanunlar”, “sürətlə“ deyil, “qəlbin sürətli hərəkətiylə“ deyir; O, “muzey“ haqqında deyil, “təbiət muzeyi” haqqında, “qaranlıq mənəvi qayğıdan“ danışır, kimi isə “mərhəmətin yaradıcısı” deyil, “ümumxalq mərhəmətinin yaradıcsı” adlandırır, natiqə isə “dinləyicilər üçün ləzzətin bölüşdürücüsü“ deyir; o, nəyin isə “budaqlar altında” deyil, “meşənin budaqları altında” gizlənməsini“, birisinin bədənini deyil, “bədəninin abrını” gizlətməsini söyləyir, ehtirası “qəlbin rəqibi” adlandırır; sonuncu ifadə (antiminos) eyni zamanda həm düzəltmə söz, həmdə epitetdir, buna görə də poeziyaya məxsusdur; Alkidamant eynilə bu cür, pozğunluğun ifrat dərəcəsini “bütün sərhələri aşmaq“” adlandırır. Poetik ifadələrin belə yersiz istifadəsi nəticəsində üslub gülməli və soyuq alınır, boşboğazlıq nəticəsində isə aydın olmur, çünki, birisi işi bu işi bilən adama izah edən zaman izahının qaranlığı ilə aydınlığı məhv edir. Adamlar mürəkkəb sözlərdən müəyyən anlayışın adı olmayanda, ya da mürəkkəb sözü düzəltmək asan olanda mürəkkəb sözlərdən istifadə edirlər, məsələn chronotribein “vaxt keçirmək” sözü belədir, amma belə sözlər çoxdursa, onda ifadə tamamilə poetik olur. İkiqat sözlərdən istifadə etmək həmişə difiramb28 yazan şairlərə xas olub, belə ki, onlar gurultulu şeyləri sevirlər; Qədim sözlərdən istifadə isə epik şairlərə xasdır, çünki, belə sözlər təntənəli və inamlıdır. Bizim dediyimiz kimi, indi yazılan yambik şeirlərə metaforalardan istifadə xasdır. Elə metaforalar var ki, onlardan istifadə etmək olmaz, bəzilərini ona görə ki, mənaları gülməlidir (elə buna görə də komediya müəllifləri metafora işlədirlər), digərlərini ona görə ki, mənaları çox təntənəli və tragikdir; bundan başqa, uzaqdan götürülmüş metaforaların da aydın mənası olmur, məsələn: Qorqinin “solğun” və “qanlı“ işlər barəsində yazdığı ifadələr kimi. Ya da: “sən bu işdə rüsvayçılıq əkdin və bədbəxtlik biçdin”. Belə ifadə həddindən çox poetik görkəmə malikdir. Ya da, necə ki, Alkidamant fəlsəfəni “qanunların möhkəmlənməsi”, “Odisseeyanı” isə “insan həyatının gözəl güzgüsü” adlandırır və “poeziyaya buna oxşar oyuncaqlar daxil etmir”. Bütün buna bənzər ifadələr yuxarıda göstərilmiş səbəblər nəticəsində inandırıcı deyil. Uçarkən Qorqinin üstünü batırmış göyərçinə onun dediyi sözlər də daha çox tragikə yaraşardı, o, belə demişdi: “Filomela, ayıbdır”.29 Bunu edən quş üçün bu ayıb deyil, amma qız üçün ayıb ola bilərdi. Bu sözlərdə olan tənə quşun indi deyil, keçmiş həyatında nə olduğuna daha çox yaraşır.
4. Müqayisə, onun metaforaya münasibəti. - Müqayisədən istifadə.
Müqayisə (eicõn) də metaforadır, belə ki, onun və bunun arasında çox az fərq var. Şair Axill haqqında deyəndə ki, “o, şir kimi vuruşur” – bu müqayisədir. Amma, o, deyəndə ki, “şir cumdu” – bu metaforadır; onların hər ikisi cəsur olduğu üçün şair metaforadan istifadə edərək Axilli şir adlandırır. Müqayisə nəsr üçün də faydalıdır, amma çox az hallarda, çünki, o, ümumiyyətlə poeziya sahəsinə aiddir. Müqayisələrə yolu metaforalara verilən kimi vermək lazımdır, çünki, onlar da metaforadır və ancaq yuxarıda göstərdiyimizə görə metaforadan fərqlənirlər. Müqayisə üçün nümunə Androtionun İdriyaya30 haqqında sözləri ola bilər: “o, zənciri qırılmış itlərə oxşayır, onların dişləmək üçün cummaqları necə təhlükəlidirsə, buxovlardan azad olmuş İdriya da elə təhlükəlidir”.
Teodamant da Arxidamı Evksenlə31 belə müqayisə edərək ona “minus həndəsi biliklər” deyirdi, o, bunu o əsasla deyirdi ki, bunun əksinin “Evksen=Arxidam+həndəsi biliklər“ olduğunu hesab edirdi. Platonun “Dövlət“ əsərində rast gəlinən müqayisələr də belədir: “ölüləri soyub yaraq-əsləhəni götürən adamlar, onlara daş atan adamlara dəyməyilə, daşları dişləyən itlərə oxşayırlar”.32 Xalq üçün edilən müqayisə də belədir, burada xalqı güclü, amma bir az ağır eşidən gəmi sükançısına bənzədirlər33, şairlərin şeirlərinin müqayisəsi də belədir, - şeirlər təravətli, amma gözəl olmayan simalara bənzəyir, sonuncular solandan sonra əvvəl olduqlarına bənzəməyəcəklər, birincilər isə - ölçüləri pozulanda. Periklin samosalılar barəsində etdiyi müqayisə də belədir: “onlar təklif olunan payı alaraq ağlamağa davam edən uzaqlara bənzəyirlər”.34 Beotiyalılar haqqında müqayisə də belədir: “onlar palıdlara bənzəyirlər, palıdlar bir-birinə toxunub parçalandığı kimi, beotiyalılar da bir-biriləri ilə vuruşurlar”.35 Demostenin36 xalqı gəmidə dəniz xəstəliyindən əziyyət çəkən adamlarla müqayisə etməsi də belədir. Həm də Demokratın37 natiqləri “tikəni özləri yeyib tüpürcəyi uşaqların dodaqlarına sürtən” dayələrlə müqayisə etməsi də belədir. Antisfenin38 çox incə olan Kefisodotu buxarlanan zaman ləzzət verən buxar ilə müqayisə etməsi də belədir. Bütün bu ifadələri həm müqayisə, həm də metafora kimi istifadə etmək olar və aydındır ki, müvəffəqiyyətlə istifadə olunmuş metaforalar eyni zamanda müqayisə, müqayisələr isə əksinə metafora olacaq – belə ki, müqayisə sözü olan “necə” burada işlənmir. Metaforaları həmişə oxşarlardan götürmək və eyni qəbildən olan iki predmetə tətbiq etmək lazımdır, məsələn, fial Dionisinin qalxanıdırsa, onda Aresin39 qalxanını da fial adlandırmaq olar.
5. Dilin düzgünlüyünün asılı olduğu beş şərt - yazılı nitqin asan oxunuşu və asan başa düşülməsi. – Nitqi anlaşılmaz edən səbəblər.
Beləliklə, nitq bunlardan tərtib olunur. Üslub yunan dilində düzgün danışmaq qabiliyyətinə əsaslanır, bu isə beş şərtdən asılıdır. Birincisi, bağlayıcıların düzgün istifadəsindən, onların düzgün yerləşdirilməsindən, yəni, onların öz təbiətlərinə uyğun bir-birinin ardınca gəlməli olduqları kimi və bəzi yazıçıların tələb etdiyi kimi, əvvəl birilərinin, sonra isə digərlərinin gəlməsindən asılıdır, məsələn, men və egö men özlərindən sonra birincisi de-ni, ikincisi isə hode-ni tələb edir. Onları bir-birinin ardınca qoymaq lazımdır və tələb olunan qarşılıqlı nisbəti yadda saxlayaraq onları çox uzaq məsafədə yerləşdirməmək və bir bağlayıcını zəruri olan digərindən əvvəl işlətmək lazımdır, çünki, bağlayıcıların belə istifadəsi nadir hallarda yararlı olur. “Mən isə, nə vaxt ki, o, mənə dedi, belə ki, Kleon mənim yanıma xahiş və tələblərlə gəldi, yola düşdü, onları özümlə götürüb“”. Bu cümlədə bağlayıcıların çoxu izləməli olduqları bağlayıcılardan əvvəldə qoyulub, “yola düşdüm” sözündən əvvəl çox söz qoyulduğuna görə cümlə aydın deyil. Beləliklə, birinci şərt bağlayıcıların düzgün istifadəsindən ibarətdir. İkincisi, sözlərin təsviredici ifadələrindən deyil, özlərindən istifadə etməkdən ibarətdir. “Üçüncüsü, ikimənalı ifadələr işlətmək lazım deyid, bunu ancaq qəsdən etmək olar (məsələn, elə adamlar var ki, danışmağa söz tapmadıqları halda, özlərini elə aparırlar ki, guya nə isə danışırlar). Belə hallarda adamlar bunu poetik formada ifadə edirlər, məsələn, Empedokl həmişə belə edirdi. Eyhamlı ifadələr öz genişliyi ilə dinləyicilərin başını aldadır və bu zaman dinləyicilər orakulların qarşısında duraraq, onların gələcək haqqında verdikləri ikimənalı xəbərləri dinləyən və tam onlarla razılaşan xalqın hiss etdiyini hiss edirlər:
Qalisi keçsə böyük səltənəti
məhv edəcək.40
Orakullar ona görə iş barəsində ümumi cümlələrlə danışırlar ki, bu halda səhv ehtimalı azalır. “Cüt və tək”“ oyununda olduğu kimi burada da dəqiq rəqəm deməkdənsə, “cüt“” və ya “tək“” deməklə, udmaq daha asandır, odur ki, dəqiq vaxt təyin etməkdənsə, nəyin isə baş verəcəyini qabaqcadan demək daha mümkün olan şeydir; buna görə də orakullar öz fallarında baş verəcək hadisələrin dəqiq vaxtını demirlər. Bütün bu hallar bir-birinə bənzəyir və əgər belə bir məqsəd yoxdursa, onlardan qaçınmaq lazımdır. Dördüncüsü, isimlərin cinslərini Protaqorun böldüyü kimi kişi, qadın və orta cinslərə ayıraraq düzgün istifadə etmək lazımdır, məsələn, “gəldi və danışaraq getdi” (elthoysa cai dialechtheisa). Beşincisi, sayda ardıcıllığı gözləmək lazımdır, buna sözün çox olandan, ya da az olandan, ya da tək olandan getməsindən asılı olmayaraq əməl etmək lazımdır, məsələn, “onlar gələrək (elthontes) mənə zərbə vurmağa başladılar.
Ümumiyyətlə, yazılmış olan asan oxunmalı və anlaşılmalıdır, bu da eyni şey deməkdir. Çoxlu bağlayıcıları olan nitq, eləcə də durğu işarələrinin qoyulması çətin olan nitq bu xüsusiyyətlərə malik deyil, məsələn, Heraklitin41 yazdığı əsərlər kimi. Onları oxumaq böyük zəhmətdir, çünki, nəyin nəyə, əvvəl gələnə, ya da sonra gələnə aid olduğu aydın deyil, məsələn, kitabın əvvəlində o, deyir: “Şüura gəldikdə isə, tələb olunana, insanlar həmişə anlamazdırlar”. Burada aydın deyil, “həmişə” sözünü vergül işarəsi ilə nəyə birləşdirmək lazımdır.
Səhv həm də elə halda olur ki, bu zaman iki müxtəlif anlayışa onların heç birinə uyğun olmayan ifadə işlənsin, məsələn, səs və rəng üçün “görüb” ifadəsi hər iki anlayışa uyğun gəlmir, “sezib” ifadəsi isə uyğundur. Bundan başqa əsas şeyi başlanğıcda qeyd etməyib, çox şeyi araya salanda aydınlıq olmur, məsələn, əgər sən “mən danışıb yola düşmək niyyətindən idim və sonra isə bu şəkildə filan-filan şey oldu və filan şey oldu” əvəzinə “mən niyyətində idim ki, onunla filan şey və filan şey barəsində və filan cürə danışım, yola düşüm” desən aydınlıq olmaz.
6. Üslubun genişliyinə və yığcamlığına nə təsir edir?
Üslubun genişliyi (ogcon) anlayışı bildirən ad yerinə anlayışın tərifini vermək səbəb olur, məsələn, çevrə yerinə “bütün kənar nöqtələri mərkəzdən eyni məsafədə duran müstəvi sahə” desək. Üslubun yığcamlığına (syntomia) isə bunun əksi, yəni, adın tərif yerinə verilməsi səbəb olur. Nitqin genişliyi üçün belə etmək olar, əgər sözügedən şeydə nalayiq, ya da rüsvayçı nə isə varsa və bu anlayışdadırsa, onda onu ad ilə əvəz etmək lazımdır, əgər adda nalayiq bir şey varsa, onda onu anlayış ilə əvəz etmək lazımdır. Fikri metaforaların və epitetlərin köməyi ilə çatdırmaq olar, amma bu zaman poetik xarakterli şeylərdən çəkinmək lazımdır, həm də tək halda olanı cəm halda təsəvvür etməkdən də çəkinmək lazımdır, bunu şairlər edir, məsələn, bir dənə liman olduğu halda, onlar deyirlər:
Axey limanlarına…42
eləcə də
Bu məktubun çox açılan küncləri.43
Genişlik üçün iki sözü bir yerdə birləşdirmək və onların hər birinə isə ayrıca tərif vermək olar, məsələn, “arvadımdan, mənim olandan”; yığcamlıq üçün isə əksinə demək lazımdır – “arvadımdan”. Geniş danışanda bağlayıcılardan da istifadə etmək lazımdır, yığcam danışanda isə onlardan istifadə etmək lazım deyil, amma bu zaman nitqi rabitəsiz eləmək də olmaz, məsələn belə demək olar: “yola düşmüş və danışmış”, həm də belə demək olar: “yola düşərək danışmış” Antimaxın predmeti təsvir edən zaman onda olmayan keyfiyyətlər barəsində danışmaq tərzi də faydalıdır, məsələn, o, Tevmessa dağını vəsf edərək belə deyir:
Küləklərin burulduğu bir kiçik təpə var.44
Bu yolla təsviri sonsuzluğa qədər uzatmaq olar. Həm də, lazım olsa məlum predmetin malik olmadığı yaxşı və pis keyfiyyətləri haqqında danışmaq olar. şairlər də öz “simsiz və lirasız melodiya” ifadəsini buradan götürüblər. Onlar bu ifadələri keyfiyyətlərin yoxluğu nəticəsində deməli olurlar; bu üsul oxşarlığa əsaslanan metaforalar üçün yararlıdır, məsələn, əgər desək ki, “boru lirasız melodiyadır”.
7.Üslub hansı xüsusiyyətlərə malik olmalıdır? – Buna necə çatmaq olar?
Üslub lazım olan keyfiyyətlərə o zaman malik olar ki, hisslərlə (patheticẽ) dolu olsun, xarakteri (ethicẽ) əks etsin və şeylərin həqiqi vəziyyətinə uyğun gəlsin. Sonuncu o vaxt olur ki, mühüm şeylər haqqında yüngülvari, yüngül şeylər haqqında isə təmtəraqlı danışılmasın və sadə ada (sözə) bəzək-düzək vurulmasın; əks halda üslub təlxəkcəsinə görünəcək; məsələn, Kleofont45 belə edir – o, “hörmətli əncir ağacı” kimi ifadələrə bənzəyən ifadələrdən istifadə edir. Üslub o zaman hisslər ilə dolu olur ki, o, qəzəbli adamın dilindən çıxsın (əgər iş təhqirdən gedirsə) və hiddətlənən, həm də özünü saxlaya bilən adamın dilindən çıxmış olsun (söhbət allahsız, rüsvayçı şeylərdən gedirsə). Söhbət tərifli şeylərdən gedəndə isə onlardan qürurla, mərhəmət yaradan şeylərdən gedəndə isə fağırcasına danışmaq lazımdır; bunlara bənzəyən başqa hallarda da belə etmək lazımdır. Sözü gedən hala uyğun gələn üslub məsələyə həqiqətə bənzər görkəm verir, bu zaman insan səhv olaraq nəticə çıxarır ki, natiq doğru danışır, ona görə ki, eyni vəziyyətdə onun özü eyni şeyi təcrübədən keçirmişdir, odur ki, insan işlərin gedişini hətta, əslində bu belə olmasa da, natiqin təsvir etdiyi kimi qəbul edir. Dinləyici həmişə hiss ilə danışan natiqə hüsn-rəğbət bəsləyir, hətta bu natiq əsaslı bir şey danışmasa da; bir çox natiq məhz bu üsulla, ancaq boş hay-küyün köməyi ilə dinləyicilərə dərin təsir bağışlayır.
Fikirləri nişanların (sẽmeiõn) köməyi ilə ifadə etmək danışanın xarakterini əks etdirir, çünki, hər bir vəziyyət və mənəvi keyfiyyət üçün uyğun olan dil var; vəziyyət deyəndə yaşı (məsələn: oğlan, kişi, ya da qoca), cinsi (məsələn: qadın, ya da kişi), milliyyəti (məsələn: lakoniyalı, ya da fessaliyalı) nəzərdə tuturam. Mən elə şeyləri mənəvi keyfiyyət adlandırıram ki, onlara görə insan həyatda başqa cür deyil, məhz belə olur, ona görə ki, insanın həyat tərzinin başqa cür deyil, məhz belə olması heç də mənəvi keyfiyyətlərin hər birindən asılı deyil və əgər natiq mənəvi keyfiyyətə uyğun ifadələr işlədirsə, o, öz mənəvi simasını aşkar edir, çünki, yonulmamış adamın və savadlı adamın eyni şeyi eyni ifadələrlə deməsi mümkün deyil. Nitqi tərtib edənlərin tez-tez istifadə etdiyi üsullar müəyyən dərəcədə dinləyicilərə təsir edir. Kim bunu bilmir? Bu hamıya məlumdur. Bu halda dinləyici utandığından razılaşır ki, bütün qalan adamların iştirak etdiyi şeydə iştirak etsin. Bütün ifadə növləri yeri gələndə və gəlməyəndə işlədilə bilər.
Müəyyən ölçülərə riayət etməməyin dərmanı məlum qaydalardır ki, insan özü-özünü tənzimləməlidir, düzəliş verməlidir, ona görə ki, natiq nə etdiyini dərk edirsə, onda onun sözləri həqiqət kimi görünür. Bundan başqa, oxşar olan bütün vasitələrdən eyni zamanda istifadə etmək olmaz, çünki, belə olan tərzdə dinləyicilərdə inamsızlıq yarana bilər. Məsələn, əgər natiqin sözləri çox sərtdirsə, onları sərt səslə demək, simaya sərt ifadə vermək və buna oxşar digər vasitələrdən istifadə etmək olmaz. Bu qaydaya əməl edilməyəndə hər bir ritorik üsulun əslində nə olduğu aşkara çıxır. Əgər natiq bir vasitəni işə salaraq digərindən istifadə etmirsə, onda, o, hiss olunmadan eyni nəticəyə çatır; əgər sərt səslə xoş şeylərdən, xoş səslə isə qəddar şeylərdən danışırsa, onda, o, dinləyicilərin ona olan inamını itirəcək. Mürəkkəb sözlər, epitet bolluğu və az işlənən sözlər ancaq qəzəbin təsiri altında danışan natiq üçün yararlıdır; bədbəxtliyi “səma kimi hüdudsuz”, ya da “dəhşətli” adlandırmaq bağışlana bilər. Bu həm də o zaman bağışlana bilər ki, natiq artıq öz dinləyicilərini ələ almış olsun və onları tərif, ya məzəmmət, qəzəb ya dostluq ilə ruhlandırsın, məsələn, İsokrat öz “Paneqirikinin”“ sonunda bunu belə deyərək etmişdir: “şərəf və ehtiram“” (phẽmõn de cai mnẽmẽn) və ya “cəsarəti çatanlara“” (etlẽsan yerinə etolmẽsan). Belə şeyi insanlar entuziazm vəziyyətində deyir və dinləyirlər, yəqin ki, eyni şeyi də hiss edirlər. Buna görə də belə ifadələr poeziyaya uyğundur, belə ki, poeziya ilahidən ilhamlandırılmış bir şeydir. Onları ya yuxarıda göstərilmiş hallarda, ya da ironiya çaları ilə istifadə etmək lazımdır (necə ki, bunu Qorqi etmişdir və onun “Fedrasında“” buna nümunələr var.46
8.Üslub nə vəznli, nə də ritmsiz olmamalıdır.
Üslubun formasına gəldikdə isə, o, nə vəznli, nə də ritmsiz olmamalıdır. Birinci halda nitq uydurulmuş kimi göründüyü üçün inandırıcı olmayacaq, amma, bununla belə dinləyicilərin diqqətini yayındıracaq, onları oxşar yüksəliş və enişlərin təkrarlanmasını gözə tutmağa məcbur edəcək (onlar eynilə uşaqlar kimi hərəkət edəcəklər: uşaqlar carçıların azadlığa buraxılan adamın kimi hami seçəcəyi sualını qabaqlayaraq “Kleonu!“ deyərək qışqırırlar) Ritmdən məhrum üslubun natamam görkəmi var və ona tamamlanmış görkəm vermək lazımdır, amma vəznin köməyi ilə etmək lazım deyil, çünki, natamam olan hər şey xoşagələn deyil və anlaşılmazdır. Hər şey rəqəm ilə ölçülür, üslubun formasına münasibətdə rəqəm rolunu ritm oynayır, vəznlər isə onun bölmələridir; buna görə də nitq vəznə deyil, ritmə malik olmalıdır, əgər əksinə olsa, onda şeir47 alınar. Ritm ciddi müəyyən olunmuş olmamalıdır, amma ritm ancaq məlum həddə qədər genişlənə bilərsə, bu belə olacaq. Ritmlərdən qəhrəmanlıq ritmi təntənəli xarakter daşıyır və danışıq dilinə xas olan harmoniyaya malik deyil. Yamb bir çox adamların məhz nitq formasıdır. Məhz buna görə də adamlar danışıqlarında bütün ölçülərdən içindən yambik şeirlərə daha çox üstünlük verirlər. Natiqin nitqi isə müəyyən qədər dəbdəbəli olmalı və nitqdən bir qədər yüksəkdə durmAlıdır. Troxey komik rəqslərə uyğundur, bunu tetrametrlər sübut edir, çünki, tetrametrlər sıçrayışların ritmidir. Sonra peon48 gəlir, ondan Frasimaxdan başlayaraq istifadə ediblər, amma peonun nə olduğunu izah edə bilməyiblər. Peon üçüncü ritmdir və yuxarıda göstərilənlərə aiddir, çünki üçün ikiyə nisbətini bildirir, yuxarıda göstərilən ritmlərdən biri birin birə, digərləri isə ikinin birə nisbətini göstərir; bu ritmlərə yarımlıq (orta) ritm də qoşulur ki, bu elə peonun özüdür, qalan ritmləri bir tərəfə qoymaq lazımdır, həm yuxarıda şərh olunmuş səbəblərə görə, həm də onların vəznli olduğuna görə; nəzərdə tutmaq lazımdır ki, qeyd etdiyimiz bütün ritmlərdən şeir yaratmayan təkcə peondun, buna görə də peondan hiss olunmadan istifadə etmək olur.49 İndi ancaq bir növ peondan həm əvvəldə, həm də sonda istifadə edirlər, halbuki sonu əvvəldən fərqləndirmək lazımdır. Bir-birinə əks olan iki növ peon var ki, onlardan biri əvvəl üçün (onu məhz belə də istifadə edirlər) yararlıdır; bu məhz əvvəlində uzun hecanın, sonra isə üç qısa hecanın durduğu peondur, məsələn: Dãlŏgĕnĕs ẽitĕ lўcĭan ya da chnўsĕ – ocŏmd Hĕcqiĕ pai Dĭos. Peonun digər növündə isə ilk üç heca qısa, sonuncu isə uzundur, məsələn, mĕtq dĕ gdn hўdqtq töcĕqnŏn ẽphqnĭsĕ nўx.50 Bu növ peon sonda yerləşdirilir, çünki, qısa heca öz natamamlığına görə sonluğu bir növ şikəst edir. Sonluq uzun heca ilə bitirmək lazımdır, sonluq mirzənin, ya da hər hansı bir işarənin köməyi ilə deyil, ritmin özündən aydın olmalıdır.
Beləliklə, biz dedik ki, üslub yaxşı ritmə malik olmalıdır, ritmdən məhrum olmamalıdır, biz həm də dedik ki, hansı ritmlər və hansı şəraitdə üslubi ritmik edir.
9. Rabitəli üslub və periodik üslub – sadə period və mürəkkəb period. - Mürəkkəb periodun iki növü, - Müqayisə, bərabərləşdirmə və bənzətmə (təşbih).
Üslub mütləq, ya fasiləsiz (eiromene) və bağlayıcıların köməyi ilə əlaqələndirilmiş – difiramblarda prelyudiyalar (anobolai) belədir, ya da periodik olub qədim şairlərin antistroflarına oxşamalıdırlar. Fasiləsiz üslub – qədim üslubdir: “Aşağıda verilən əsər Furiyalı Heredotun tarixi şərhidir”.51 Əvvəllər bu üslubi hamı işlədirdi, indi isə ondan çox az adamlar istifadə edir. Mən elə üslubi fasiləsiz adlandırıram ki, əgər onun bəhs etdiyi predmet bitməsə, o, özlüyündə sonsuzdur; o, öz natamamlığına görə xoşagələn deyil, çünki hamı sonu görmək istəyir, məhz bu səbəbdən qaçışda yarışanlar döngələrdə təng nəfəs olur və gücdən düşürlər. Halbuki, əvvəl, qarşılarında qaçışın son həddini görəndə yorğunluq hiss etmirdilər. Fasiləsiz üslub məhz bundan ibarətdir; periodlardan tərtib olunmuş üslubə isə mən periodik üslub deyirəm. Mən period deyəndə müstəqil olaraq əvvəli və sonu olan və ölçüləri asan görünə bilən frazaları nəzərdə tuturam. Belə üslub xoş və anlayışlıdır; ona görə xoşdur ki, natamam nitqin əksini ifadə edir və dinləyiciyə həmişə elə gəlir ki, o, nəyi isə dərhal qavrayır və onun üçün nə isə sona yetib; heç bir şey hiss etməmək və heç nəyə gəlib çıxmamaq isə heç də xoşagələn şey deyil. Periodik nitq asan yadda qaldığı üçün anlaşılandır, buna səbəb odur ki, periodik nitq rəqəmlərə malikdir, rəqəm isə asanlıqla yadda qalır. Buna görə də hamı şeirləri nəsrdən daha yaxşı yadda saxlayır, çünki şeirlər rəqəmə malikdir və rəqəmlə ölçülürlər. Period fikirlə birlikdə sona yetməlidir, Sofoklun şeirləri kimi parçalanmalıdır:
Calydön men hẽde gaia Pelopias chthonos.52
belə parçalanma zamanı deyilən fikri demək istədiklərinə əks olan mənada başa düşmək olar, məsələn, misal gətirilmiş halda olduğu kimi fikirləşmək olar ki, Kalidon Peloponnesdə yerləşib. Period bir neçə üzvdən ibarət, ya da sadə ola bilər.
Bir neçə üzvdən (cöla) ibarət period tamamlanmış fraza görkəmində olur, o, ayrı-ayrı hissələrə bölünə bilər və yuxarıda misal göstərilmiş period kimi bölünmüş şəkildə deyil, birnəfəsə, tam deyilə bilər. Kolon periodun üzvü və onun hissələrindən biridir. Birüzvlü periodu mən sadə adlandırıram. Nə periodun üzvləri, nə də periodlar nə qısaldılmış, nə də uzun olmamalıdırlar, çünki qısa fraza çox vaxt dinləyiciləri duruxdurur; doğrudan da, dinləyici özündə təsəvvür etdiyi həddə doğru irəli gedən zaman nitqin kəsilməsi nəticəsində geriyə oturur və elə bil maniəyə rast gələrək duruxur. Uzun periodlar isə dinləyiciləri dalda qalmağa məcbur edir: eynilə belə, gəzintiyə çıxan adamlar təyin olunmuş hüdudlardan kənara çıxaraq bir yerdə gəzintiyə çıxdıqları adamları geridə qoyurlar. Eyni şəkildə, uzun periodlar da bütöv bir nitqə çevrilir və prelyudiyaya bənzəmiş olurlar və bu zaman elə hal əmələ gəlir iki, Xioslu Melanippidə rişxənd etmişdir:
Başqası üçün pislik etməyi düşünən, pisliyi özü üçün düşünür,
Elə uzun prelyudiya da onu yazanın özü üçün böyük pislikdir.
Uzun periodları tərtib edənlər haqqında da eyni şeyi demək olar. Amma, çox qısa periodlar da period deyil, onlar dinləyiciləri irəliyə çox sürətlə aparırlar.
Bir neçə üzvdən ibarət period ya bölüşdürücü, ya da onun əksi olur. Bölüşdürücü perioda misal:
“Mən tez-tez ona təəccüb edirdim ki, təntənəli yığıncaqları qanuniləşdirən və gimnastik yarışları təsis edən kimdir”.54 Əks olan period elədir ki, onun hər iki üzvündə əks olanın biri digəri ilə yanaşı durur, ya da eyni bir üzv iki əks olanla birləşir, məsələn: “Onlar xidməti həm onlara, həm başqalarına, həm qalanlara, həm də onların ardınca gələnlərə göstərdilər; onlar ikincilərə onların evdə malik olduqlarından daha çox torpaq verdilər, birincilərə isə evdə kifayət qədər torpaq saxladılar”.55 Burada əks olan bunlardır: qalmaq, ardınca gəlmək, kifayət qədər, çox”. Eynilə digər cümlədə də: “pula ehtiyacı olanlar üçün də və onlardan istifadə istəyənlər üçün də”56 - “istifadə” ilə “əldə etmək” biri-birinə əks qoyulur. Yenə də: “çox vaxt elə olur ki, belə şəraitdə ağıllı adamlar da müvəffəqiyyətsizliyə düçar olur, ağılsızlar da müvəffəqiyyət qazanır”.57 Ya da: “onlar həmin an qələbəyə görə mükafat aldılar, bir qədər sonra isə dənizdə ağalığı əldə etdilər”.58 “O, öz qoşunlarını Hellespontun üstündən körpü salmaqla və Afon dağını qazmaqla materikdə üzməyə və dənizdə piyada yeriməyə məcbur etdi”.59 “Onlardan bəziləri dəhşətli şəkildə həlak oldular, digərləri isə rüsvayçılıqla xilas oldular”.61 “Şəxsi həyatda barbar qulların xidmətindən istifadə etmək, siyasətdə isə bir çox müttəfiqin qula çevrilməsini seyr etmək”62, “Ya həyatda ikən sahib olmaq, ya da ölümdən sonra buraxıb getmək”.63 Bir nəfər isə məhkəmədə Pifolay və Likofrona münasibətdə belə deyib: “Onlar nə qədər ki, evdə idilər, bizi satırdılar, amma bura gələndə isə öz-özlərini satdılar”.64 Bütün gətirilmiş misallar qeyd etdiyimiz təsiri bağışlayır. Belə ifadə üsulu xoşagələndir, çünki, əks olanları anlatmaq çox asandır, əgər onlar yanaşı dururlarsa, onda onları anlatmaq daha da asanlaşır, həm də ona görə ki, bu ifadə üsulu sillogizmə oxşayır, çünki, ifşa etmək əks olanların birləşməsidir.
Əks olmaq (antithesis) belə olan şeydir. Bərabərləşdirmə (pa nisösis) elə hala deyilir ki, bu zaman periodun hər iki üzvü bərabər olur. Bənzətmə (paromoi osis) isə elə hala deyilir ki, o vaxt hər iki üzvün kənar hecaları bənzər olsun; bənzərlik mütləq ya əvvəldə, ya da axırda olmalıdır; əvvəldə adlar bənzər olur, axırda isə son hecalar, ya da eyni adın müxtəlif halları, ya da eyni bir ad. Əvvəldə olan bənzərliyə misallar: agron gar elaben agron par aytoy “o, ondan barsız tarla alıb”,65 dörẽtoi t’epelonto pararritoi t’epeessin – “Onları hədiyyələrlə rəhmə gətirmək, sözlərlə yola gətirmək olar”.66 Sonda olan bənzətməyə misallar: öiẽthẽsan ayton poidion tetocenai, all’ aytoy aition gegonenai – onlar düşünmürdülər ki, o, uşağı doğub, düşünürdülər ki, o, buna səbəb olub”, en pleistais de phrontisi cai en elashistais elpisin – “sonsuz qayğılar və cüzi ümidlərlə”. Eyni ismin müxtəlif hallarda sonda durmasına misal: axios de stathnyai chalcoys, oys axios un chalcoy – “o, mis heykələ layiqdir, halbuki mis pul qədər qiyməti yoxdur”. Eyni sözün sonda təkrarlandığı hal: sy d’ayton cai drönta eleges ca cös nyn grapheis cacös, - “o, həyatda olanda da onun haqqında pis danışırdın, elə indi də ondan pis şeylər yazırsan”. Bənzərliyin bir hecada olduğu hal: ti an epthes deinon, ei andr’eides argon – “əgər işsiz adam görsəydin nə cür narazılıq hiss edərdik?” Ola bilər ki, eyni bir fraza hər şeyi – həm əks olanı, həm üzvlərin bərabərliyini, həm də sonsuzların bənzərliyini özündə cəmləsin. Periodların müxtəlif başlanğıcları Teodektin67 əsərlərində sadalanıb. Amma saxta əks olanlar da ola bilir, məsələn, Epiarxın istifadə etdikləri: Gah onların ölkəsində olurdum, gah da onların yanında”.68
Zərif və yaxşı ifadələri haradan əldə edirlər? - Metaforaların hansı növü daha çox diqqətə layiqdir?
Bu məsələni araşdıraraq demək lazımdır ki, zərif (asteia) və yaxşı (ta eydocimoynta lecteon) ifadələr haradan əldə edilir. Belə ifadələri icad etmək istedadlı, ya da bu işdə təcrübəsi olan adamın işidir, amma onların xüsusiyyətlərini göstərmək isə elmin işidir. İndi isə onlardan danışaq və onları sadalayaq. Bundan başlayaq – təbiidir ki, hər bir insana nəyi isə asanlıqla öyrənə bilmək xasdır, hər bir söz isə müəyyən mənaya malikdir, buna görə də, hər hansı bir bilik verən sözlər bizim üçün daha xoş gəlir. Qeyri-adi sözlər bizim üçün anlaşılmazdır, ümumi istifadədə olan sözləri isə biz başa düşürük. Bu cəhətdən metaforalar irəlidədirlər, məsələn, əgər şair qocalığı biçindən sonra qalmış saplaq adlandırırsa69, onda, o, nəsil anlayışının köməyi ilə öyrədir və məlumat verir, çünki, həm bu, həm də o, bir növ solmuş şeylərdir. Şairlərin istifadə etdiyi bənzətmə də eyni təsiri bağışlayır, buna görə də onlar zərif görünürlər, əlbəttə, əgər onlar yaxşı seçiliblərsə. Bənzətmə, əvvəl dediyimiz70 kimi elə metaforanın özüdür, fərqi ancaq müqayisə edilən sözün birləşdirilməsindədir; bu da daha uzun olduğuna görə, “bunun o” olduğunu təsdiq etmədiyinə görə bəyənilmir, elə bizim şüurumuz da bunu tələb etmir.
Beləliklə, bizə elə o an bilik verə biləcək üslub və entimemalar zəruri olaraq zərif olacaqlar, elə buna görə də səthi entimemalar o qədər də hörmət qazanmayıb (biz elə entimemaları səthi adlandırırıq ki, hamı üçün aydın olsun və onlarda bir şeyi tədqiq etməyə ehtiyac olmasın); söylənən zaman anlaşılmaz olan entimemalar da hörmətdə deyildir. Ancaq o entimemalar böyük hörmət qazanıblar ki, onların deyilişi müəyyən biliyin yaranmasına səbəb olsun (hətta bu biliklər əvvəllər olmasa belə), ya da elə entimemalar hörmət qazanıblar ki, onlara münasibətdə şüur bir az geridə qalır; çünki, bu son hallarda biz elə bil yeni biliklər əldə edirik, ilk iki halda isə yox. Belə entimemalar onlarda söylənənin mənasına görə hörmət qazanıb, nitqin xarici formasına gəldikdə isə, burada əks olanların istifadə olunduğu entimemalara daha çox əhəmiyyət verilir, məsələn, “onların ümumi sülhünü bizim şəxsi maraqlarımıza qarşı elan edilmiş müharibə hesab edərək”71 – burada müharibə sülhə əks qoyulur. Entimema, əgər onda metafora varsa, ayrıca sözlərlə də təsir bağışlaya bilər, həm də metafora çox uzaqdan götürülməməlidir, çünki, beləsinin mənasını anlamaq çətindir; bundan başqa, entimema çox səthi olmamalıdır, ona görə ki, beləsi də heç bir təəssürat bağışlamır. Həm də elə entimema əhəmiyyətlidir ki, şeyi bizim gözlərimiz qarşısında təsvir etsin, çünki, diqqəti daha çox olacaq şeyə deyil, olan şeyə vermək lazımdır.
Beləliklə, bu üç şeyə səy göstərmək lazımdır: - metaforaya, əks qoymağa, əyaniliyə.
Metaforanın dörd növündən ən çox diqqətəlayiq olanlar analogiyaya əsaslanan metaforalardır; məsələn, Perikl deyirdi ki, “müharibədə həlak olmuş gənclər dövlət üçün itirilməsini, ilin fəsillərindən baharın itirilməsinin eynidir”72 Leptin73 də lakedemoniyalılar haqqında demişdi ki, “o, Elladanın bir gözündən çəp olmasına imkan verməyəcək”. Xaret də Olinf müharibəsi haqqında hesabat verməyə tələsəndə Kefisodot qəzəblənərək demişdi ki, o, xalq “qazanda qaynayan” zaman hesabat verməyə can atır. Vaxtilə afinalıları ərzaq ehtiyatı toplayaraq Evbeyaya getməyə çağıran natiq də deyirdi ki, Miltiadın qərarı “yürüşə çıxmaq”75 olmalıdır. İfikrat da afinalıların Epidavr və bütün sahilyanı ölkə ilə bağlandığı sazişdən narazılığını bildirərək deyirdi ki, “onlar müharibə dövründə ərzağı özləri özlərindən zorla alıblar” Pifolay76 da paralı “xalqın toppuzu”, Sesti isə “Pireyin ələyi” adlandırırdı. Perikl də, Eqinanı – “Pireyin gözündəki irini” məhv etməyə çağırırdı. Mirokl48 da hörmətli şəxslərdən birinin adını çəkərək demişdi ki, özü bu şəxsdən heç də pis deyil, çünki, həmin şəxs yüzün üçdə biri qədər faizdə pis hərəkət etdiyi halda, Miroklun özü yüzün onda biri qədər pis hərəkət edir. Anaksandridin ərə getməkdə gecikən qızları haqqında yazdığı yamb da eyni məna daşıyır:
Mənim qızlarım nikaha girmək möhlətini uzadıblar.79
Polievktin apopleksiyaya tutulmuş Spevsipp adlı birisi haqqında dediyi: “O, bir dəqiqəsini də sakit keçirə bilmir, baxmayaraq ki, tale onu beş deşikli xəstəliklə bağlayıb”80 – sözlər də bu mənadadır. Kefisodot da triyeraları alabəzək dəyirman, Diogeni isə affika fiditiyalıların yeməkxanasının köpəyi adlandırırdı, Esion isə deyirdi ki, onlar “dövləti siciliyaya töküblər”81 Bu ifadələr metaforik və əyanidir. “Bütün Yunanıstan haray çəksin” ifadəsi də müəyyən mənada metaforadır və əyanidir. Ya da Kefisodotun afinalılara verdiyi çoxlu yığnaqlara və xalq yığıncaqlarına yol verməkdən çəkinmək məsləhəti verməsi eyni şeydir. İsokrat da təntənəli yığıncağa qaçıb gələnlər haqqında eyni şeyi demişdi. Ya da epitatafiyada “Salamində həlakolmuş döyüşçülərin məzarının üstündə onların qəhrəmanlığı ilə bir yerdə öz azadlığını da basdıran Yunanıstanın öz saçını qırxması şərəfli olardı”82 sözlərinin yazılması. Əgər, o, desəydi ki, yunanlar göz yaşı tökməlidir, çünki onların qəhrəmanlığı basdırılıb – bu metaforik və əyani olardı, amma, sitat gətirilmiş sözlərin özündə qəhrəmanlığın azadlığına dair müəyyən ziddiyyət var. İfikrit də belə deyib: “Mənim nitqlərimin yolu Xaretin əməlləri arasından keçib gedir”. Burada metafora analogiyaya görə işlənir və “arasından” ifadəsi isə frazanı əyani edir. “Təhlükəyə qarşı mübarizədə təhlükəni yardıma çağırmaq” ifadəsi frazanı əyani edən metaforadır. Xabrini müdafiə edən Likoleont83 demişdir: “Necə, məgər, siz onun şərəfinə ucaldılmış mis heykəlin yalvarışlarına güzəşt etməyəcəksinizmi?” Bu metafora əyani olsa da, həmişəlik deyil, hazırkı dəqiqə üçündür; Xabri təhlükədə olanda ona görə xahişi mis heykəl edir,dövlət işlərinin bu cansız abidəsi elə bil bir növ canlanır. “Onlar var qüvvələri ilə qorxaq olmağa çalışırlar”84 ifadəsi də belədir, çünki, çalışmaq nəyi isə artırmaq deməkdir. Bu ifadə də eynilə belədir: “Allah şüuru qəlbdə bir məşəl kimi yandırıb”, çünki hər iki söz əyani olaraq nəyi isə göstərir. Bu da eyni şeydir: “Biz müharibəni dayandırmırıq, təxirə salırıq”85, həm bu, həm də o, həm təxirə salmaq, həm də belə sülh gələcəyə aiddir. Bu ifadə də buraya aiddir: “sülh sazişi daha qiymətli qənimətdir, nəinki müharibədə alınan qənimət”86, çünki, sonuncu ya əhəmiyyətsiz şeylərə görə, ya da təsadüfi bir hala görə alınır, birinci isə bütün müharibəyə görə; həm o, həm də digəri qələbə əlamətidir. Belə bir ifadə də buraya aiddir: “dövlət üçün böyük cəza adamların məzəmmətidir, ona görə ki, cəza bizə ədalətli şəkildə vurulmuş ziyandır”.
Bir daha uğurlu ifadələr və söz oyunu (asteia) haqqında. – Əyanilik nədir? Əyaniliyin metaforaya münasibəti. – Metaforaları haradan götürmək lazımdır? – Dinləyicilərin “aldadılması”, apofteqmalar, tapmacalar, paradokslar, hərflərin yerlərinin dəyişdirilməsi və həmahəngliyə əsaslanan zarafatlar omonimlər. – Müqayisə, onun metaforaya münasibəti. – Məsəllər və hiperbolalar, onların metaforaya münasibəti.
Beləliklə, biz uğurlu ifadələrin analogiya üzrə qurulmuş metaforalardan və şeyləri əyani təsvir edən ifadələrdən alındığını dedik, indi isə, biz nəyi “əyani” adlandırdığımız və əyaniliyin nəyin nəticəsində yaranması barəsində danışaq. Mən deyirəm ki, o ifadələr şeyi əyani göstərir ki, onlar onu hərəkətdə göstərsinlər, məsələn, əxlaqi cəhətdən yaxşı adamın dördbucaqlı olması ifadəsi metaforadır87, ona görə ki, hər iki anlayış tamamlanıb, amma hərəkəti göstərmirlər. “O, gücünün çiçəkləndiyi dövrdədir”, ifadəsi isə fəaliyyətin aşkarlandığını göstərir, eləcə də “səni, müqəddəs vilayətdə azad otlayan heyvan kimi…”88 ifadəsi. Eləcə də bu ifadə:
O zaman yunanlar öz sürətli ayaqları
ilə sıçrayaraq.89
“sıçrayaraq” ifadəsi hərəkət bildirir və metaforadır, ona görə ki, onun özündə sürət anlayışı var. Homer belə ifadələrdən tez-tez istifadə edərək, metaforaların köməyi ilə cansızı canlı kimi göstərirdi. Bütün bu hallarda hərəkət bildirən ifadələrin istifadəsindən frazalar qazanır, məsələn, aşağıdakı hallarda:
Həyasız daş dağın altından geriyə – vadiyə
yönəlirdi.90
Və
Oxun acı ucu… geri atılır dəydiyi misdən.
İti ox acgözcəsinə uçdu nişanlanmış qurbanına
doğru.
Düşmənlərin içinə.
Və
Nizələr neştərləriylə torpağa saplandılar,
acgöz doyacaq
Və
Acgözcəsinə irəli yönələrək
kürəyindən onun sinəsinə batdı.91
Bütün bu hallarda canlı kimi göstərilmiş predmetlər fəaliyyətdə görünürlər, belə ki, “aldatmaq”, “daldalanmaq” və sair fəaliyyətin təzahürüdür. Şair onları analogiyaya görə metaforaların köməyi ilə tətbiq etmişdir, çünki, daş Sizifə92 necə münasibət bəsləyirsə, həyasız hərəkət edən də həyasız davrandığına qarşı elə hərəkət edir. Şair cansız predmetlər haqqında danışarkən müvəffəqiyyətli obrazlardan istifadə edir:
…coşur
Çoxsəsli burulğanın çoxlu guruldayan qozbel
dalğaları,
Köpükdən ağ-appağ, aramsız bir-birinin dalınca
qaçacaq.93
Burada şair hərəkət edən hər şeyi həm də canlı təsvir edir, hərəkət isə fəaliyyətdir.
Biz daha əvvəl dediyimiz kimi94 metaforaları oxşar predmetlər sahəsindən götürməliyik, amma aşkar oxşar deyil, fəlsəfədə qəbul edildiyi kimi sərrast ağlın xüsusiyyəti olan bir-birindən uzaq şeylərdə də bənzərliyi görməyə bənzər şəkil, məsələn, Arxit95 deyirdi ki, hakim və qurbangah eyni şeydir, ona görə ki, ədalətsizliyə məruz qalanlar həm bunun, həm də onun yanına qaçıb gedirlər. Ya da ki, əgər birisi desə ki, lövbər və krematra96 eyni şeydir, həm bu, həm də digəri oxşar şeylərdir, amma biri-birindən vəziyyətləri ilə seçilirlər – biri yuxarıda, digəri isə aşağıda yerləşir. “Dövlətlər bərabərləşirdilər”97 ifadəsində də biri-birindən çox uzaq qalan predmetlərin oxşarlığı, məhz qüdrətdə və üzdə olan səthi bərabərliyi qeyd olunur.
Məzəli ifadələrin (astela) bir çoxu metaforaların köməyi və dinləyicilərin aldadılması vasitəsiylə əmələ gəlir. Dinləyici üçün o vaxt hər şey aydın olur ki, o, onun düşündüyünə zidd olan nə isə yeni bir şey öyrənsin, bu zaman şüuru elə bil ona deyir: “Bu necə də doğrudur! Mən isə yanılmışam”. Apofteqmlərin zərifliyi məhz ondan irəli gəlir ki, onlar, onlarda bəhs edilən şeyi ifadə etmirlər, məsələn, Stesixorun kəlamı: “cırcıramalar özləri üçün yerdə oxuyacaqlar”. Elə bu səbəb üzündən yaxşı tərtib olunmuş tapmacalar xoşagələndir, onlar müəyyən bilik verir və onlarda metaforadan istifadə edilir. Feodorun “yeni bir şey demək” (to caina legein) ifadəsi də buraya aiddir; bu o halda olur ki, o zaman fikir paradoksal olsun və Feodorun99 dediyi kimi əvvəlcədən bərqərar olmuş rəylə uzlaşmasın (eynilə zarafatlarda dəyişdirilmiş sözlərin istifadəsi kimi); hərf və sözlərin yerdəyişməsinə əsaslanan zarafatlar da eyni təsiri göstərə bilər, çünki, burada da dinləyici yanılır. Şeirlərdə də eyni şey olur, çünki onlar dinləyicinin nəzərdə tutduğu kimi bitmir, məsələn:
O, gedirdi, ayağında don vurmuş yerlər olsa da.100
Dinləyici gözləyirdi ki, ayağında don vurşmuş yerlər deyil, səndəllər deyiləcək. Belə ifadələr tələffüz ediləndən dərhal sonra anlanmalıdır. Sözlərdə hərflər dəyişdirilən zaman isə danışan dediyini deyil, təhrif edilmiş sözlərdən alınmış mənanı deyir, məsələn, Feodorun kifared Nikona dediyi sözlər belədir: “səni dünyaya frakiyalı qadın gətirib”. Feodor özünü elə tutur ki, elə bil deyir: “bu səni narahat edir” və bununla dinləyici aldadır, çünki, əslində o, tama başqa şey deyir. Buna görə də bu fraza onu başa düşənə ləzzət verir, amma Nikonun frakiyalı olmasını bilməyən üçün bu fraza sərrast görünməyəcək.102 Daha bir fraza: “sən onu məhv etmək istəyirsən”, ya da istəyirsən ki, o, farsların tərəfinə keçsin”.103 Həm bu, həm başqa mənada fraza lazımi şəkildə deyilməlidir. Eyni şeyi sözlərin oyunu haqqında da demək olar, məsələn, əgər belə deyilirsə: “Afinalılar üçün dənizdə hökmranlıq fəlakətin başlanğıcı deyildi, ona görə ki, onlar bundan fayda götürdülər”.104 Ya da İsokratın dediyi kimi: “ağalıq etmək dövlət üçün fəlakətin başlanğıcı oldu”.105 Hər iki halda elə şey deyildi ki, onun deyilməsini gözləmək çətin olsa da, həqiqət kimi qəbul edildi. Əvvəlin əvvəl olduğunu demək o qədər də böyük müdriklik deyil, amma bu söz belə şəkildə deyil, başqa cür işlədilir və archẽ həmin deyil, başqa mənada təkrarlanır. Bütün bu hallarda, əgər söz lazımi olan şəkildə omonimiya, ya da metafora üçün işlədilirsə, onda yaxşı alınır, məsələn: “Anasxet dözülməzdir” - burada omonimiya istifadə olunub və əgər Anasxet həqiqətən də xoşagəlməz adamdırsa, onda elə lazım olan şəkildə istifadə olunub. Ya da:
Sən bizim üçün əcnəbinin olmalı qədər olduğundan daha çox yad ola bilməzsən.107
Ya da: “sənin olmalı olduğun qədərdən çox olmayaraq, əcnəbi”: bu da elə eyni şey deməkdir. Bir də: “əcnəbi həmişə yad qalmamalıdır”, burada da xenos sözünün müxtəlif mənaları var. Eyni şeyi Anaksimandrıdin tərifləyici sözləri haqqında da demək olar:
Ölümə layiq bir şey etməmişdən əvvəl ölmək gözəldir.108
Bunu demək eynilə – “ölümə layiq olmadan ölməyə dəyər”, ya da “ölümə dəymədən ölməyə dəyər”, ya da “ölüm üçün nə isə layiqli bir şey etmədən” - deməkdir. Bu frazaların eyni bir ifadə üsulu var, həm də fraza nə qədər qısadırsa və ondakı ziddiyyət nə qədər güclüdürsə, bir o qədər uğurludur; bunun səbəbi odur ki, zidd olan tərəfdən verilən məlumat daha dolğun, qısalığına görə isə sürətli olur. Bu zaman frazanın aid olduğu sima hökmən olmalıdır və əgər frazada deyilənlər həqiqət olub, həm də bayağı deyilsə, (çünki, bu keyfiyyətlər bir-birinə uyğun gəlməyə də bilərlər) fraza düzgün deyilməlidir. Məsələn: “heç bir günah işlətmədən ölmək lazımdır”; burada fikir eynidir, amma ifadə zərif deyil. Yenə də: “ləyaqətli ləyaqətli olanla evlənməlidir” - bu da zərif deyil. Amma, fraza hər iki keyfiyyətə malikdirsə, məsələn: “ölümə layiq olmadan ölmək” – bu fraza zərifdir. Fraza yuxarıda göstərilən tələblərə nə qədər çox cavab versə, bir o qədər də uğurlu alınar, məsələn, əgər adlar metafora kimi istifadə olunubsa və frazada həm buna uyğun növ metafora, həm də ona zidd olan, həm barəbərləşdirmə, həm də fəaliyyət olmuş olsa. Eləcə də, bizim yuxarıda dediyimiz109 kimi metaforanın bir növ mahiyyəti olan müqayisə də olmalıdır ki, bu həmişə xoşagələndir. Onlar həmişə analogiya üzrə metaforada olduğu kimi iki anlayışdan tərtib olunurlar, məsələn: “biz deyirik ki, qalxan Aresin110 sinisidir, kaman isə – sinisiz forminqdir”. Belə şəkildə danışarkən sadə olmayan metaforalardan istifadə edirlər, kaman forminq, qalxanı isə sini adlandırmaq sadə metaforadan istifadə etmək deməkdir. Müqayisələr belə şəkildə edilir: məsələn, fleyta çalanı meymunla, zəif görən adamı sönməkdə olan şamdanla (çünki, həm biri, həm də digəri göz qırpır). Müqayisə o vaxt uğurlu olur ki, onda metafora olsun, məsələn, “necə ki, qalxanı Aresin sinisi ilə, xarabalıqları evin cır-cındırı ilə müqayisə etmək olar; buraya həm də Frasimaxın Prati tərəfindən deklamasiyada məğlub edilmiş, saçını uzadaraq səliqəsiz görkəmdi olan Nikeratı görən zaman dediyi müqayisə də daxildir: “Nikerat Plati tərəfindən dişlənmiş Filoktetdir”. Bu işdə (dahadoğrusu, müqayisə uğursuz alınanda) şairlər çox vaxt müvəffəqiyyətsizliyə düçar olurlar və həm də elə buna görə (yəni, müqayisə uğurlu alınanda) onları ən çox şərəfləndirirlər. Mən, məsələn şairin belə dediyi halları nəzərdə tuturam:
Onun dizləri kərəviz kimi əyilib.112
Ya da:
Filammon kimi öz kisəsi ilə vuruşaraq…113
Bütün bu ifadələr müqayisəni göstərir. Müqayisənin metaforadan başqa bir şey olmadığını isə biz dəfələrlə demişik.
Və nəhayət məsəllər – bir qəbildən olan şeylərin digər qəbilə metaforasıdır, məsələn, əgər birisi nəyi isə yanına götürərək bundan faydalanmaş istəyəndə və sonradan bundan ziyan çəkəndə deyirlər: “bu karpatlı ilə dovşanın işi oldu”.114 Çünki, ikisi də eyni cür zərər çəkib.
Beləliklə, biz artıq demək olar ki, uğurlu ifadələrin nədən və niyə yarandığını aydınlaşdırdıq.
Müvəffəqiyyətli hiperbolalar da metaforadır, məsələn, əzişdirilmiş sifət haqqında demək olar ki, tut dolu səbətə bənzəyir, çünki gözlərin altı göyərib. Amma, bu kifayət qədər şişirdilib. “Filan kimi şeyə bənzəyir” və “bu cür və bu cür” ifadələri hiperboladır və ancaq formaca fərqlənirlər.
Filammon kimi öz kisəsi ilə vuruşaraq…
Bu formada müqayisə hiperbola olur – fikirləşmək olar ki, bu kisə ilə döyüşən Filamondur, ya da “kərviz kimi əyriayağı sahib olmaq” ifadəsi, elə fikirləşmək olar ki, həmin adamda ayaq əvəzində kərəviz var (çünki, onlar elə əyiliblər). Uşaq xarakteri daşıyan hiperbolalar da mövcuddur, onlar mübaliğəli olduğu üçün, çox vaxt onları qəzəbin təsiri altında istifadə edirlər:
Hətta o, mənə burada olan qum və toz qədər versə də.
Mən Atridin qızını almaram özümə arvad
Hətta gözəlliyi ilə qızıl Afrodita ilə bəhsə girsə də
Hətta mahirlikdə bayquşgözlü Afinaya oxşasa da.115
Attika natiqləri hiperbolalardan daha tez-tez istifadə edirlər. Yaşlı adama isə onlardan istifadə etmək yaraşmır.
Hər bir nitq növünə xüsusi üslub uyğundur. – Yazılı nitqin və polemik nitqin üslubi. – Yazılı nitq üslubi ilə şifahi yarışmaların nitqinin üslubi arasında fərq. Səhnə üsulları hansı nitq üçün yararlıdır? – Üslub haqqında mülahizələrin nəticəsi.
Bizim diqqətimizdən qaçmamalıdır ki, hər bir nitq növü üçün xüsusi üslub yararlıdır, çünki, yazılı və polemik nitq, xalq yığıncağı qarşısında söylənən nitqş və məhkəmə nitqi eyni üslubdə olmur. Hər iki növ üslubi bilmək zəruridir, çünki, birinci üslub yunan dilini mahircəsinə bilməkdən ibarətdir, ikinci üslubi bilməklə başqalarına nəyi isə ötürmək lazım olanda yazı yazmağı bacarmayan adamlar kimi susmalı olmayacaqsan. Yazı nitqi ən dəqiq, polemik nitqin üslubi isə ən aktyorcasına olan üslubdir. Sonuncu üslubin iki növü var: əxlaqa aid olan etik və ehtirasları oyadan patetik. Buna görə də aktyorlar belə qəbildən olan dramatik əsərlərin, şairlər isə belə qəbildən olan aktyorların sorağındadırlar. Oxumaq üçün yararlı olan şairləri ağır şairlər təqdim edir; məsələn, Xeremon belə şair sayılırdı, çünki, o, loqoqraf kimi dəqiq idi, difiramb yazan şairlərdən isə Likimnini116 göstərmək olar. Əgər nitqləri öz aralarında müqayisə etsək, onda şifahi yarışmalarda qələmə alınmış nitqlər quru görünür, hətta müvəffəqiyyət qazanmış natiqlərin nitqləri də əlimizdə olanda mahircəsinə deyilmiş kimi görünmür; bunun səbəbi odur ki, onlar ancaq şifahi yarışlar üçün yararlıdır; enlə həmin səbəb üzündən səhnə üsulları səhnədən kənarda xoş təəssürat yaratmır və yöndəmsiz görünür; məsələn, ədalətlə desək, yazılı nitqdə bağlayıcılarla birləşdirilməmiş frazalar və eyni şeyin tez-tez təkrarı qəbul edilmir, amma şifahi nitqlərdə isə natiqlər onlardan istifadə edir, çünki, onlar aktyorlara xasdır. Eyni bir şeyin təkrarı zamanı başqa cür danışmaq zəruridir, bu da bir növ deklamasiyaya yol vermək deməkdir, məsələn: “bax, o, sizi soyandır, bax, o sizi aldadandır, bax, o, isə sizə xəyanət etməyi nəhayət qərara alıb”. Məsələn, aktyor Filemon Anaksandridin117 “Qocaların dəliliyi” əsərində hər dəfə “Radamant və Palamed” deyəndə, “Möminin” isə praloqunda “mən” deyəndə belə edirdi. Belə cümlələri taktyor kimi deməyənlər isə şalban daşıyan adama bənzəyirlər. Bağlayıcılarla birləşdirilməmiş frazalar haqqında da eynilə belə demək olar, məsələn: “mən gəldim”, “mən qarşıladım”, “mən istədim”. Bu cümlələri eyni cür, eyni səslə və bir cümlə deyirmiş kimi demək olmaz, onları deklamasiya ilə demək lazımdır.bağlayıcılarla birləşməmiş nitqin müəyyən xüsusiyyəti var: eyni bir vaxt ərzində daha çox şey deyilir, ona görə ki, bağlayıcılarla birləşmək nəticəsində çoxluq vahidə çevrilir, bağlayıcıların ləğvi ilə isə vahid çoxluğa çevrilir. Bu səbəbdən belə nitqdə amplifikasiya118 var: “mən gəldim, danışdım, xahiş etdim” (bu çox görünür), “o, mənim dediklərimin hamısına nifrətlə yanaşdı”. Homer də buna nail olmaq istəyib.
… Nirey simalıdır…
…Nireyi Aqlaya doğub…
Nirey hamıdan gözəldir…119
Kimin barəsində çox deyirlərsə, yəqin ki, bu barədə tez-tez deyirlər; kimin haqqında tez-tez deyirlərsə, belə görünür ki, onun haqqında çox deyilib; şair də bu şəkildə Nireydən bir dəfə deyərək paralogizmin köməyi ilə bir dəfəni artırır və onun adını əbədiləşdirir, baxmayaraq ki, onun haqqında başqa yerdə heç bir söz demir.
Xalq iclasında söylənən nitqin üslubi bütün cəhətlərdən skiaqrafiyaya (sciagraphia)120 bənzəyir, çünki, kütlə nə qədər çox olsa perspektiv də o qədər uzaqlaşır, məhz buna görə də, həm orada, həm də burada dəqiq olan hər şey yersiz görünür və pis təəssürat bağışlayır; məhkəmə nitqinin üslubi daha dəqiqdir, bir haimin qarşısında söylənən nitq isə daha dəqiq olur; belə nitqdə ritorika daha az olur, çünki burada nəyin işə aid olduğu, nəyin isə yad olduğu daha yaxşı bilinir; burada mübahisə olmadığına görə qərar təmiz alınır. Buna görə də, eyni natiqlər bütün qeyd etdiyimiz nitq növlərində deyil, ən az dəqiqlik olan yerdə, ən çox deklamasiya olan yerdə müvəffəqiyyət qazanırlar, bu elə yerdə olur ki, orada səs və xüsusən güclü səs lazım olsun.
Yazı üçün epideyktik nitq üslubi daha çox uyğundur, belə ki, o, qiraət üçün nəzərdə tutulub; onun ardınca məhkəmə nitqi üslubi gəlir.
Üslubin analizini davam etdirmək, onun xoşagəlimli və əzəmətli olmasını sübut etmək artıqdır, axı nəyə görə üslub bu xüsusiyyətlərə mötədillik, alicənablıq, ya da başqa etik məziyyətdən daha çox dərəcədə sahib olmalıdır? Sadaladığımız xüsusiyyətlərin üslubin xoşagəlimli olmasına yardım etməsinə gəldikdə isə, əgər biz üslubin məziyyətlərini düzgün müəyyən etmişiksə, bu şübhəsizdir. Ona görə ki, heç bir başqa şeyə görə deyil, ancaq xoşagəlimli olmaq üçün üslub aydın, ədəbli olmalıdır. Əgər üslub çox geniş, ya da çox yığcamdırsa, onda, o, aydın olmur; bu cəhətdən orta vəziyyətdə olmağın yararlılığı şübhəsizdir.
Sadalanmış keyfiyyətlər üslubi xoşagəlimli edir ki, onda həm ümumi işlənən, həm də az işlədilən ifadələr, həm ritm, həm də lazımi qaydada inandırıcı dəlillər müvəffəqiyyətlə qarışdırılsın.
Beləliklə, biz üslub haqqında – bütün üslublər və hər biri haqqında ayrıca danışdıq. İndi ancaq nitqin qurulmasından danışmaq qalır.
Dostları ilə paylaş: |